Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-50/2024 26.01.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X4 qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “icarə haqqı borcunun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı 27 sentyabr 2023-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh qarşı “icarə haqqı borcunun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iki icarə müqaviləsi üzrə ümumilikdə 4359,07 (dörd min üç yüz əlli doqquz manat 07 qəpik) manat məbləğində icarə haqqı borcu, 716,81 (yeddi yüz on altı manat 81 qəpik) manat məbləğində cərimə borcu və mediasiya ilə əlaqədar ödənilmiş 105 (yüz beş) manat məbləğində mediyasiya xərcinin əvəzinin tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, qeyri-yaşayış sahəsinin icarəyə verilməsi ilə əlaqədar icarəyə verən İddiaçı ilə icarəçi Cavabdeh arasında 01 fevral 2018-ci il tarixli 2113 nömrəli icarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən icarəyə verən İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi 3 ünvanında, Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksində yerləşən sahəsi 34 kv.metr ölçüsündə olan “2113” nömrəli qeyri-yaşayış sahəsini (parça satışı üzrə mağaza) icarəyə verməyi, icarəçi isə icarəyə verənə icarə haqqı və icarədən yaranan digər ödənişləri ödəməyi, habelə bu müqavilə ilə nəzərdə tutulmuş şərtlərə sözsüz əməl etməyi öz öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 4.1-ci bəndinə uyğun olaraq, icarəyə verilən sahədən istifadəyə görə İcarəçi hər ay kommunal və sair xərclər daxil olmamaqla 121 (yüz iyrimi bir) manat (ƏDV daxil) məbləğində aylıq icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. İcarəyə verən İddiaçı MMC ilə icarəçi Cavabdeh arasında bağlanılmış 01 fevral 2018-ci il tarixli 2113 nömrəli İcarə Müqaviləsinə 28 oktyabr 2021-ci il tarixdə xitam verilmişdir. Bundan əlavə, qeyri-yaşayış sahəsinin icarəyə verilməsi ilə əlaqədar icarəyə verən İddiaçı ilə icarəçi Cavabdeh arasında 01 fevral 2018-ci il tarixli 2115 nömrəli icarə müqaviləsi də bağlanmışdır. Həmin Müqaviləyə əsasən icarəyə verən İddiaçı MMC Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi 3 ünvanında, Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksinin 2-ci mərtəbəsində yerləşən sahəsi 34 kv.metr ölçüsündə olan “2115” nömrəli qeyri-yaşayış sahəsini (uşaq geyim paltarlarının satışı üzrə mağaza) icarəyə verməyi, İcarəçi isə İcarəyə verənə icarə haqqı və icarədən yaranan digər ödənişləri ödəməyi, habelə bu müqavilə ilə nəzərdə tutulmuş şərtlərə sözsüz əməl etməyi öz öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 4.1-ci bəndinə uyğun olaraq icarəyə verilən sahədən istifadəyə görə İcarəçi hər ay kommunal və sair xərclər daxil olmamaqla ƏDV daxil aylıq 121 (yüz iyirmi bir) manat məbləğində icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. İcarəyə verən İddiaçı ilə icarəçi Cavabdeh arasında bağlanılmış 01 fevral 2018-ci il tarixli 2115 nömrəli İcarə müqaviləsinə 31 yanvar 2023-cü il tarixdə (icarə müqaviləsinə xitam verilməsi barədə aktla) xitam verilmişdir. Lakin, İcarəçi qeyd edilən hər iki müqavilə üzrə ödənişlə bağlı üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş və bununla da təqdim edilmiş 04 iyul 2023-cü il tarixli maliyyə arayışlarından da göründüyü kimi: - 01 fevral 2018-ci il tarixli 2113 nömrəli İcarə müqaviləsi üzrə icarəçi Cavabdeh icarə haqqı borcu 1960,73 (min doqquz yüz altmış manat 73 qəpik) manat və ona hesablanmış cərimə borcu 241,44 (iki yüz qırx bir manat 44 qəpik) manat olmaqla, cəmi borcu 2202,17 (iki min iki yüz iki manat 17 qəpik) manatdır; 01 fevral 2018-ci il tarixli 2115 nömrəli icarə müqaviləsinə görə isə icarəçi Cavabdeh icarə haqqı borcu 2398,34 (iki min üç yüz doxsan səkkiz manat 34 qəpik) manat və ona hesablanmış cərimə borcu 475,37 (dörd yüz yetmiş beş manat 37 qəpik) manat olmaqla, cəmi borc 2873,71 (iki min səkkiz yüz yetmiş üç manat 71 qəpik) manatdır. Ümumilikdə isə, cavabdehin hər iki icarə müqaviləsinə görə 4359,07 (dörd min üç yüz əlli doqquz manat 07 qəpik) manat məbləğində icarə haqqı borcu və 716,81 (yeddi yüz on altı manat 81 qəpik) manat məbləğində cərimə borcu yaranmışdır. Borcun ödənilməsi ilə əlaqədar İcarəyə verən tərəfindən İcarəçiyə məktub (pretenziya) göndərilmiş olsa da, sonuncu tərəfindən borc ödənilməmiş və pretenziyaya rəsmi münasibət bildirilməmişdir. Hazırki mübahisə kommersiya mübahisəsi olduğundan məhkəməyə müraciət edilməmişdən əvvəl mübahisənin məhkəməyədək həll olunması məqsədi ilə iddiaçı tərəfindən mediasiya təşkilatına və pretenziya qaydasında cavabdehə müraciət olunmasına baxmayaraq, borc ödənməmiş və mübahisənin məhkəmədən kənar və yaxud, mediasiya qaydasında həll edilməsi mümkün olmamışdır. Mediasiya xərci olaraq iddiaçı tərəfindən 105 manat məbləğində pul ödənilmişdir. Göründüyü kimi, cavabdeh icarə müqavilələrinə əsasən ödənişlə bağlı üzərinə götürdüyü öhdəlikləri icra etməmiş və həmin öhdəliklərin icrasından boyun qaçırmışdır. İş üzrə 26 yanvar 2024-cü ildə keçirilən məhkəmə baxış iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və Cavabdeh 01 fevral 2018-ci il tarixli 2113 nömrəli İcarə müqaviləsi üzrə 1960,73 manat icarə haqqı borcu və 241,44 manat hesablanmış cərimə borcu, 01 fevral 2018-ci il tarixli 2115 nömrəli İcarə müqaviləsi üzrə isə 2398,34 manat icarə haqqı borcu və 475,37 manat hesablanmış cərimə borcu olmaqla, hər iki icarə müqaviləsinə görə ümumilikdə cəmi 4359,07 manat məbləğində icarə haqqı borcunun və 716,81 manat məbləğində cərimə borcunun və eləcə də, mediasiya ilə əlaqədar ödənilmiş 105 manat məbləğində mediyasiya xərcinin əvəzinin tutularaq, İddiaçınə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. İş üzrə keçirilən məhkəmə hazırlıq iclaslarında iştirak etmiş Cavabdeh İddiaçı tərəfindən ona qarşı verilmiş hazırkı iddianı qəbul etmədiyini və “tələb olunan icarə haqqı üzrə borcların ondan tutulmamalı olduğunu” bildirsə də, 26 yanvar 2024-cü ildə keçirilən məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən o, məhkəmə baxış iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq məhkəmə baxış iclasının Cavabdeh iştirakı olmadan keçirilməsini və işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, icarəyə verən İddiaçı ilə icarəçi Cavabdeh (VÖEN **********) arasında bağlanmış 01 fevral 2018-ci il tarixli 2113 nömrəli İcarə Müqaviləsinə əsasən icarəyə verən İddiaçı MMC Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi 3 ünvanında - Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksində yerləşən sahəsi 34 kv.metr ölçüsündə olan “2113” nömrəli qeyri-yaşayış sahəsini (parça satışı üzrə mağaza) icarəyə verməyi, İcarəçi isə İcarəyə verənə icarə haqqı və icarədən yaranan digər ödənişləri ödəməyi, habelə bu müqavilə ilə nəzərdə tutulmuş şərtlərə sözsüz əməl etməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan icarəyə verən İddiaçı ilə icarəçi Cavabdeh (VÖEN **********) arasında bağlanmış 01 fevral 2018-ci il tarixli 2115 nömrəli İcarə Müqaviləsinə əsasən icarəyə verən İddiaçı MMC Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi 3 ünvanında - Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksinin 2-ci mərtəbəsində yerləşən sahəsi 34 kv.metr ölçüsündə olan “2115” nömrəli qeyri-yaşayış sahəsini (uşaq geyim paltarlarının satışı üzrə mağaza) icarəyə verməyi, İcarəçi isə İcarəyə verənə icarə haqqı və icarədən yaranan digər ödənişləri ödəməyi, habelə bu müqavilə ilə nəzərdə tutulmuş şərtlərə sözsüz əməl etməyi öz öhdəsinə götürmüşdür. Həmin Müqavilələrin 2.1.5-ci bəndinə əsasən, İcarəçi bu müqavilə üzrə icarə haqqı ilə bağlı öhdəliklərini müqavilə ilə müəyyən edilmiş müddətdə tam və ya qismən yerinə yetirmədikdə, İcarəyə verənin 15 (on beş) təqvim günü gözləməklə və gözləmə müddətinə cərimə tətbiq etməklə və ya etməməklə müqaviləni birtərəfli qaydada ləğv etmək hüququ vardır. Həmin Müqavilələrin 2.4.1-ci bəndinə əsasən, bu Müqavilənin maddələrinə uyğun şərtlərlə və qaydada İcarəyə verənə icarə haqqını, həmçinin icarə obyektinin yerləşdiyi Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksinin və Ticarət Mərkəzinin saxlanması və fəaliyyəti üçün zəruri ödənişlərin (temperaturun tənzimlənməsi - isitmə və soyutma, havalandırma, təmizlik, mühafizə xərcləri və sair bu mahiyyətdən olan xərclər) ona düşən hissəsini ödəmək İcarəçinin vəzifəsidir. Həmin Müqavilələrin 4.1-ci bəndinə əsasən, İcarəçi bu Müqavilə qüvvədə olduğu müddət ərzində İcarəyə verənə hər ay kommunal və sair xərclər daxil olmamaqla, 121 (yüz iyirmi bir) manat (ƏDV daxil) həcmində icarə haqqı ödəyir. İcarəçi icarə haqqından əlavə, vergiləri, kommunal ödənişləri, habelə sair saxlama və fəaliyyət xərclərini də ödəməlidir. Həmin Müqavilələrin 4.3-cü bəndinə əsasən, İcarəçi icarə haqqını vaxtında ödəməzsə və ya ödənişdən imtina edərsə, bu halda icarəyə verənin tələbi ilə ona hər ayın 11-dən etibarən ödənişini gecikdirdiyi məbləğin 1 (bir) faizi həcmində cərimə ödəməlidir. Həmin Müqavilələrin 9.1-ci bəndinə əsasən, bu Müqavilə imzalandığı tarixdən etibarən 11 (on bir) ay müddətinə bağlanır. Həmin Müqavilələrin 9.2-ci bəndinə əsasən, müqavilənin müddətinin bitməsinə 15 gün qalmış tərəflərdən biri müqaviləyə xitam verdiyini bildirməzsə, müqavilənin qüvvəsi eyni müddətə artırılır. Həmin Müqavilələrin 9.3-cü bəndinə əsasən, hər iki tərəfin digər tərəfi 15 təqvim günü əvvəlcədən xəbərdarlıq etməklə müqaviləyə birtərəfli qaydada xitam vermək hüququ var. İcarəçi bu müqavilə və ya qanunvericilik üzrə öz vəzifəsini və ya öhdəliyini icra etməzsə, İcarəyə verən müqaviləyə dərhal xitam vermək hüququna malikdir. İş materialları ilə müəyyən olunur ki, icarəçi Cavabdeh ilə icarəyə verən İddiaçı MMC arasında bağlanmış 01 fevral 2018-ci il tarixli 2113 nömrəli icarə müqaviləsinə 28 oktyabr 2021-ci il tarixindən etibarən xitam verilmişdir. İş materialları ilə müəyyən olunur ki, icarəçi Cavabdeh ilə icarəyə verən İddiaçı MMC arasında bağlanmış 01 fevral 2018-ci il tarixli 2115 nömrəli icarə müqaviləsinə 31 yanvar 2023-cü il tarixindən etibarən xitam verilmişdir. İş materiallarında olan 01 fevral 2018-ci il tarixli 2113 nömrəli İcarə Müqaviləsi üzrə tərtib edilmiş "Obyektin əməliyyat tarixçəsi" Cədvəli və digər sənədlərlə müəyyən olunur ki, 01 fevral 2018-ci il tarixli 2113 nömrəli İcarə Müqaviləsi üzrə icarəçi Cavabdeh “COVİD-19” pandemiyası ilə əlaqədar ölkədə tətbiq edilən qapanma dövründə icarəyə götürmüş olduğu icarə sahəsinə görə 2020-ci ilin aprel və may aylarında aylıq icarə haqqı hesablanmamış, 01 iyun 2020-ci il tarixdə aylıq icarə haqqı azaldılaraq 80,67 manat məbləğində icarə haqqı hesablanmış və həmin tarixdən bir il ərzində icarə haqqı hesablanmamış, daha sonra 10 iyun 2021-ci il tarixdə 80,67 manat məbləğində, 01 iyul 2021-ci ildən etibarən isə 121 manat məbləğində icarə haqqı hesablanmışdır. Bundan əlavə, həmin İcarə müqaviləsi üzrə sonuncu dəfə 01 oktyabr 2021-ci ildə 105,39 manat məbləğində icarə haqqı hesablanmaqla, həmin aydan məlum icarə müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan 01 fevral 2018-ci il tarixli 2115 nömrəli İcarə Müqaviləsi üzrə tərtib edilmiş "Obyektin əməliyyat tarixçəsi" Cədvəli və digər sənədlərlə müəyyən olunur ki, 01 fevral 2018-ci il tarixli 2115 nömrəli İcarə Müqaviləsi üzrə icarəçi Cavabdeh “COVİD-19” pandemiyası ilə əlaqədar ölkədə tətbiq edilən qapanma dövründə icarəyə götürmüş olduğu icarə sahəsinə görə 2020-ci ilin aprel və may aylarında aylıq icarə haqqı hesablanmamış, 01 iyun 2020-ci il tarixdə aylıq icarə haqqı azaldılaraq 80,67 manat məbləğində icarə haqqı hesablanmış və həmin tarixdən bir il ərzində icarə haqqı hesablanmamış, daha sonra 10 iyun 2021-ci il tarixdə 80,67 manat məbləğində, 01 iyul 2021-ci ildən etibarən isə 121 manat məbləğində icarə haqqı hesablanmışdır. Bundan əlavə, həmin İcarə müqaviləsi üzrə sonuncu dəfə 01 yanvar 2023-cü ildə 121 manat məbləğində icarə haqqı hesablanmaqla, həmin aydan məlum icarə müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan 04 iyul 2023-cü il tarixli 02-01/337 nömrəli Maliyyə Arayışında göstərilir ki, 01 fevral 2018-ci il tarixli 2113 nömrəli İcarə Müqaviləsi üzrə icarəçi Cavabdeh sonuncu ödəniş tarixi və məbləği 28 fevral 2020-ci il tarixində 121 (yüz iyirmi bir) manat olmaqla, icarəyə verən İddiaçınə cəmi 1635 manat məbləğində ödəniş etmiş və İcarəçinin hal-hazırda həmin Müqavilə üzrə 1960,73 (min doqquz yüz altmış manat 73 qəpik) manat məbləğində əsas borcu və ona hesablanmış 241,44 (iki yüz qırx bir manat 44 qəpik) manat məbləğində cərimə borcu vardır. İş materiallarında olan iddiaçı tərəfindən tərtib edilmiş 04 iyul 2023-cü il tarixli 02- 01/337/1 nömrəli Maliyyə Arayışında göstərilir ki, 01 fevral 2018-ci il tarixli 2115 nömrəli İcarə Müqaviləsi üzrə icarəçi Cavabdeh sonuncu ödəniş tarixi və məbləği 29 noyabr 2022ci il tarixində 121 (yüz iyirmi bir) manat məbləğində olmaqla, icarəyə verən İddiaçınə cəmi 3028 manat məbləğində ödəniş etmiş və İcarəçinin hal-hazırda həmin Müqavilə üzrə 2398,34 (iki min üç yüz doxsan səkkiz manat 34 qəpik) manat məbləğində əsas borcu və ona hesablanmış 475,37 (dörd yüz yetmiş beş manat 37 qəpik) manat məbləğində cərimə borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 675-ci maddəsinə əsasən, əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş İcarə haqqı ödəməyə borcludur. Göründüyü kimi, yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, icarəyə verən İddiaçı MMC ilə icarəçi Cavabdeh arasında bağlanmış 01 fevral 2018-ci il tarixli 2113 nömrəli və 01 fevral 2018-ci il tarixli 2115 nömrəli İcarə Müqavilələri müvafiq olaraq 28 oktyabr 2021-ci il tarixindən və 31 yanvar 2023-cü il tarixindən ləğv edilmiş və həmin İcarə Müqavilələri ləğv edilərkən müvafiq qaydada hesablanmış, lakin ödənilməyən 1960,73 (min doqquz yüz altmış manat 73 qəpik) manat və 2398,34 (iki min üç yüz doxsan səkkiz manat 34 qəpik) manat məbləğində icarə haqqı borcları hal-hazıradək icarəçi Cavabdeh tərəfindən ödənilməmişdir. Ona görə də, qeyd olunan borclar ödənilmədiyi üçün icarəyə verən (iddiaçı) İddiaçı MMC tərəfindən hər iki müqavilə üzrə ödənilməmiş əsas icarə haqqı borcları və həmin borclar üzrə hesablanmış cərimə borclarının ödənilməsi üçün icarəçi (cavabdeh) Cavabdeh qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş materiallarından görünür ki, icarə haqqı üzrə yaranmış borcların lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl Cavabdeh ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə İddiaçı MMC tərəfindən mediatora 105 (yüz beş) manat məbləğində xidmət haqqı ödənilmişdir. Lakin, mövcud mübahisənin məhkəməyə qədər mərhələdə və yaxud, mediasiya vasitəsi ilə həll edilməsi mümkün olmamışdır (Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmişdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 430.1-ci maddəsində göstərilir ki, əgər Mülki Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Beləliklə də, təsvir olunanlara əsasən müəyyən olunur ki, 01 fevral 2018-ci il tarixli 2113 nömrəli icarə müqaviləsi üzrə 1960,73 manat icarə haqqı borcun və 01 fevral 2018-ci il tarixli 2115 nömrəli icarə müqaviləsi üzrə 2398,34 manat icarə haqqı borcunun Cavabdeh tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə iddia tələbi əsaslıdır və təmin olunmalıdır. Eləcə də, məhkəmə hesab edir ki, iddianın cavabdehdən “01 fevral 2018-ci il tarixli 2113 nömrəli icarə müqaviləsi üzrə 241,44 manat məbləğində cərimənin və 01 fevral 2018-ci il tarixli 2115 nömrəli icarə müqaviləsi üzrə 475,37 manat məbləğində cərimənin tutulması” tələbinə aid hissəsi isə qismən təmin olunmalı və işin halları nəzərə alınmaqla, iddia ərizəsində hər bir müqavilə üzrə ayrı-ayrılıqda hesablanan cərimələrin məbləği azaldılaraq, cavabdehdən 01 fevral 2018-ci il tarixli 2113 nömrəli icarə müqaviləsi üzrə 30 (otuz) manat məbləğində və 01 fevral 2018-ci il tarixli 2115 nömrəli icarə müqaviləsi üzrə 50 (əlli) manat məbləğində cərimə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələblərinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər və tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Eyni zamanda, bununla əlaqədar məhkəmə qeyd etməyi lazım bilir ki, iddiaçı tərəfindən hesablanmış cərimə məbləğləri azaldılarkən digər hallarla yanaşı, tərəflər arasında bağlanmış İcarə Müqavilələrinin tələblərinə görə icarə obyekti üzrə hesablanan icarə haqlarının ödənilmə müddətinin və qaydasının dəqiq müəyyən edilməsinə baxmayaraq, ödəniş qaydalarına riayət olunmadığı halda - iddiaçı tərəfindən bununla bağlı tərəflər arasında bağlanmış Müqavilə şərtlərinə və qanunvericilik normalarına uyğun müvafiq tədbirlər görülməyərək, uzun müddət sonra məhkəməyə müraciət edilməsi və bununla əlaqədar hesablanmış cərimə məbləğlərinin də yüksək həddə artması və cərimə məbləğlərinin artmasına iddiaçı tərəfin hərəkətsizliyinin də səbəb olması nəzərə alınmalıdır. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəllənin 425.2-ci maddəsinin tələblərinə görə, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Qeyd etmək lazımdır ki, məhkəmə prosesi zamanı Cavabdeh məhkəməyə 2115 nömrəli icarə obyektinin onun tərəfindən subicarəçi X1 verilməsi barədə 08 noyabr 2016-cı il tarixli 2115 nömrəli Subicarə Müqaviləsinin kserosurətini məhkəməyə təqdim etsə də, həmin Müqavilə Cavabdeh 01 fevral 2018-ci il tarixli 2113 nömrəli və 01 fevral 2018-ci il tarixli 2115 nömrəli icarə müqavilələri üzrə hesablanmış icarə haqqı borclarının ondan tələb etməsinin əsaslılığını şübhə altına salmır. Bundan əlavə, yuxarıda təsvir olunan iş materialları ilə müəyyən olunmuşdur ki, icarəyə verən İddiaçı MMC tərəfindən “COVİD-19” pandemiyası ilə əlaqədar ölkədə tətbiq edilən qapanma dövründə 01 fevral 2018-ci il tarixli 2113 nömrəli və 01 fevral 2018-ci il tarixli 2115 nömrəli icarə müqavilələri üzrə hər hansı bir məbləğdə icarə haqqı məbləğləri hesablanmamışdır. Həmçinin, iddia tələbi “mediasiya prosesi ilə əlaqədar ödənilmiş 105 manat məbləğində mediasiya xərcinin tutulması” hissəsində isə qismən təmin edilməli və “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, Cavabdeh iddiaçının xeyrinə mediatora ödənilmiş 105 (yüz beş) manat məbləğində xidmət haqqının 52,5 (əlli iki manat 50 qəpik) manat hissəsi tutulmalıdır. Çünki, iş materialları ilə müəyyən olunur ki, tərəflər arasında təşkil olunmuş ilkin mediasiya sessiyasında İddiaçı MMC-nin nümayəndəsi ilə yanaşı, Cavabdeh da iştirak etmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və Cavabdeh (VÖEN **********) 01 fevral 2018-ci il tarixli 2113 nömrəli icarə müqaviləsi üzrə 1960,73 manat icarə haqqı borcu və 30 manat cərimə, 01 fevral 2018-ci il tarixli 2115 nömrəli icarə müqaviləsi üzrə 2398,34 manat icarə haqqı borcu və 50 manat cərimə və mediasiya ilə əlaqədar ödənilmiş xidmət haqqının 52,5 manat hissəsi İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Eləcə də, Cavabdeh dövlət nəfinə 64,39 (altmış dörd manat 39 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq, Dövlət Büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh (VÖEN **********) 01 fevral 2018-ci il tarixli 2113 nömrəli icarə müqaviləsi üzrə 1960,73 (min doqquz yüz altmış manat 73 qəpik) manat icarə haqqı borcu və 30 (otuz) manat cərimə, 01 fevral 2018-ci il tarixli 2115 nömrəli icarə müqaviləsi üzrə 2398,34 (iki min üç yüz doxsan səkkiz manat 34 qəpik) manat icarə haqqı borcu və 50 (əlli) manat cərimə, mediasiya ilə əlaqədar ödənilmiş xidmət haqqının 52,5 (əlli iki manat 50 qəpik) manat hissəsi olmaqla, cəmi 4491,57 (dörd min dörd yüz doxsan bir manat 57 qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh dövlət nəfinə 64,39 (altmış dörd manat 39 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq, Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №e-2-2(119)-50/2024
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-50/2024
26.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver