Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-508/2025 01.07.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Calalova Jalə Habil qızının katibliyi, Cavabdehlər Cavabdeh5 və X3 iştirakları ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və X2rşı (X4 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində göstərilməklə) verilmiş “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və X2rşı (X4 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində göstərilməklə) “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdеhlərdən müştərək qaydada iddiaçının хеyrinə 10 avqust 2023-cü il tarixli 011R********** nömrəli krеdit razılaşması üzrə 12650,58 (on iki min altı yüz əlli manat, əlli səkkiz qəpik) manat məbləğində əsas bоrc, 1711,19 (min yeddi yüz on bir manat, on doqquz qəpik) manat məbləğində faiz bоrcu və 486,26 (dörd yüz səksən altı manat, iyirmi altı qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 14848,03 (on dörd min səkkiz yüz qırx səkkiz manat, üç qəpik) manat məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 134,55 (yüz otuz dörd manat, əlli beş qəpik) manat məbləğində dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 (on beş) manat məbləğində dövlət rüsumunun və 36 (otuz altı) manat məbləğində xidmət haqqının tutulması, tutmanın Cavabdeh2 xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən torpaq sahəsi və həmin torpaq sahəsi üzərindəki fərdi yaşayış evinə yönəldilməsi, həmin yaşayış evinin açıq hərracda satılması və 14848,03 (on dörd min səkkiz yüz qırx səkkiz manat, üç qəpik) manat məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 134,55 (yüz otuz dörd manat, əlli beş qəpik) manat məbləğində dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 (on beş) manat məbləğində dövlət rüsumunun və 36 (otuz altı) manat məbləğində xidmət haqqının ipoteka predmetinin hərracda satışından əldə olunan vəsait hesabına iddiaçının hesabına ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı QSC ilə cavabdehlər borcalan Cavabdeh5 və zaminlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Nina Aydəmirova arasında bağlanmış 11 noyabr 2022-ci il tarixli 011L**********44 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsinə əsasən Cavabdeh5 120 ay müddətinə 300000 manat məbləğində krеdit хətti açılmışdır. Həmin kredit müqaviləsi əsasında Cavabdeh5 İddiaçı QSC ilə bağladığı 10 avqust 2023-cü il tarixli 011R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma əsasında 36 ay müddətinə, illik faiz dərəcəsi 23 faiz оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərtilə 15000 manat məbləğində məbləğində kredit götürmüşdür. Cavabdeh5 uzunmüddətli kredit və təminat müqaviləsinin 2.7-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri 10 aprel 2024-cü il tarixdən banka qaytarmamışdır. Cavabdeh5 götürdüyü krеdit bоrcundan 2349,42 manat məbləğində pul ödəmiş, onun 12650,58 manat məbləğində kredit borcu qalmışdır. Cavabdeh5 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 16 noyabr 2024-cü il tarixə 220 gün üçün hesablanmış faiz borcu 1711,19 manat təşkil edir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.9-cu bəndinə uyğun оlaraq bоrclu ödəniş planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,02% məbləğində cərimə ödəməlidir. 16 noyabr 2024-cü il tarixə 220 gün üçün hеsablanmış cərimə 486,26 manat təşkil edir. Uzunmüddətli kredit və təminat müqaviləsi üzrə Cavabdeh5 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеhlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Nina Aydəmirova həmin müqaviləyə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. Uzunmüddətli kredit və təminat müqaviləsi üzrə Cavabdeh5 öhdəliklərinin icrasını təmin etmək məqsədilə bocalan Cavabdeh5, ipoteka qoyan Cavabdeh2 və bank arasında bağlanılmış 10 avqust 2023-cü il tarixli ipoteka müqaviləsi əsasında Cavabdeh2 xüsusi mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən torpaq sahəsi və həmin torpaq sahəsi üzərindəki fərdi yaşayış evi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İddiaçı 06 may 2025-ci il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq qeyd etmişdir ki, iddia ərizəsinin “Xahiş etdi” hissəsində texniki yanlışlıqla tələbin Cavabdeh2 xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən torpaq sahəsi və həmin torpaq sahəsi üzərindəki fərdi yaşayış evinə yönəldilməsi, həmin yaşayış evinin açıq hərracdan satılması qeyd edilmişdir. Hazırda tələbin Cavabdeh2 xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən torpaq sahəsi və həmin torpaq sahəsi üzərindəki fərdi yaşayış evinə yönəldilməsi, həmin torpaq sahəsi və yaşayış evinin açıq hərracdan satılması kimi nəzərə alınmasını xahiş etmişdir. İddiaçı 01 iyul 2025-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının onun nümayəndəsinin iştirakı olmadan keçirilərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh5 izahatında bildirdi ki, iddia ərizəsini qəbul edir. Borc məbləği üzrə cari ilin may ayında 800 manat, iyun ayında isə 500 manat məbləğində ödəniş həyata keçirmişdir. Lakin ipoteka predmetinin mütəxəssis rəyində qeyd edilən qiyməti ilə razı deyildir. Hazırda həmin əmlakın 70000 manat məbləğində dəyəri vardır. Əmlakın alqı-satqısı ilə məşğul olan şəxs evə və torpaq sahəsinə baxış keçirmiş və ona əmlakı 60000-70000 manat məbləğinə sata biləcəyini bildirmişdir. Ümumiyyətlə, yeganə yaşayış yeri həmin ev olduğundan evin satılmasına razı deyildir. Cavabdeh5 məhkəmədən evin satılmamasını və borcun hissə-hissə ödənilməsinə şərait yaradılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh Nina Aydəmirova izahatında bildirdi ki, iddianı qəbul edir, borc məbləğini tam ödəməyə maddi imkanları yoxdur, buna görə də hissə-hissə ödənişlər həyata keçiriləcəkdir. Həmçinin borcun onun aylıq əməkhaqqından da tutulmasına razıdır. Yeganə yaşayış yeri olan evin satılmasına razı deyildir. Cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 məhkəmə baxışı iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanaraq, işə iddiaçının nümayəndəsinin, digər cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Alesya Aydəmirovanın iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materialları: İş materiallarında olan İddiaçı QSC ilə cavabdehlər borcalan qismində Cavabdeh5 və zaminlər qismində Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Nina Aydəmirova arasında bağlanmış 11 noyabr 2022-ci il tarixli 011L**********44 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsinin 2.2-ci bəndi ilə müəyyən edilir ki, bank bu müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında sahibkarlıq fəaliyyətinin maliyyələşdirilməsi məqsədi ilə 300000 manat məbləğində uzunmüddətli kredit xətti açmışdır. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən, verilən hər bir kreditin məbləği, faiz dərəcəsi, müddəti, məqsədi və digər şərtləri hər dəfə tərəflər arasında bağlanan və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan kredit sazişi ilə müəyyən edilir. Həmin müqavilənin 2.7-ci bəndinə əsasən, kredit alan hər bir kredit üzrə əsas kredit məbləğini, faizi, xərcləri və başqa məsrəfləri bu müqavilənin tələbləri nəzərə alınmaqla müvafiq kredit sazişində müəyyən olunmuş qaydada habelə olduğu halda ödəniş planına və ödəniş haqları cədvəlinə uyğun olaraq banka qaytarmağı öz öhdəsinə götürür. Həmin müqavilənin 4.9-cu bəndinə əsasən, bank kredit alan krediti və kredit faizini vaxtında və lazımi qaydada qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,02 faizi məbləğində cərimə borcu hesablamaq hüququna malikdir. Bank hesablanmış cərimə borcunu öz mülahizəsinə uyğun olaraq kredit alanın bankda olan hesab(lar)ından birtərəfli qaydada akseptsiz şəkildə silir və ya həmin cərimə borcunun ödənilməsini kredit alandan tələb edir. Həmin müqavilənin 11.1-ci bəndinə əsasən, zamin kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və bank qarşısında kredit alan ilə birlikdə birgə məsuliyyət daşıyır. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh5 arasında bağlanmış 10 avqust 2023-cü il tarixli 011R********** nömrəli kredit sazişi - biznes krediti və girov barədə qarışıq razılaşmaya əsasən, bank məbləği 15000 manat olan krediti biznes məqsədilə illik 23 faiz dərəcəsi ilə 36 ay müddətinə kredit alana verir. Həmin kredit sazişində bu sazişin 11 noyabr 2022-ci il tarixli 011L**********44 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsi üzrə bağlandığı qeyd edilmişdir. İş materiallarında olan 10 avqust 2023-cü il tarixli 011R********** nömrəli kredit sazişibiznes krediti və girov barədə qarışıq razılaşma üzrə tərtib edilmiş ödəniş cədvəlinə əsasən, Cavabdeh5 banka olan borcu üçün son ödəniş tarixi 10 avqust 2026-cı il olmaqla müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi tərəflər arasında razılaşdırılmışdır. İş materiallarında olan ipoteka saxlayan (İddiaçı QSC) ilə ipoteka qoyan (Cavabdeh2) və borcalan (Cavabdeh5) arasında bağlanmış 10 avqust 2023-cü il tarixli 011M**********01 nömrəli ipoteka müqaviləsinin 1.1-ci və 2.1-ci bəndlərinə əsasən, ipoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan əmlakını (ünvan 1 ünvanında yerləşən torpaq sahəsi və həmin torpaq sahəsi üzərindəki 76 kv.m. sahədən ibarət 16 nömrəli fərdi yaşayış evini) 11 noyabr 2022-ci il tarixdə Xaçmaz şəhərində bağlanmış 11 noyabr 2022-ci il tarixli 011L**********44 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsinə əsasən yaranmış öhdəliyinin icrasının təmin edilməsi məqsədilə ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edir. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən, ipoteka predmetinə mülkiyyət hüququnu təsdiq edən rəsmi sənəd: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışdır. Həmin müqavilənin 2.5-ci bəndinə əsasən, ipoteka predmetinin dəyəri - ilkin satış qiyməti tərəflərin qarşılıqlı razılığı ilə 30000 manat təşkil edir. Həmin müqavilənin 9.1-ci bəndinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka saxlayana ipoteka predmetinə tutma yönəltmək hüququ verir. İş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində 17 nömrəli reyestr kitabının 6 nömrəli vərəqində qeydiyyata alınmış (qeydiyyat tarixi: 15 sentyabr 2023-cü il, qeydiyyat nömrəsi: **********) çıxarışa əsasən, Cavabdeh2 xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən torpaq sahəsi və həmin torpaq sahəsi üzərindəki fərdi yaşayış evi 10 avqust 2023-cü il tarixdən öhdəliklər tam yerinə yetirildiyi tarixədək iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan 16 noyabr 2024-cü il tarixli OUT-2024/11/16-48 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh5 10 avqust 2023-cü il tarixli 011R********** nömrəli kredit razılaşması üzrə iddiaçıya 12650,58 manat məbləğində əsas bоrc, 1711,19 manat məbləğində faiz borcu və 486,26 manat məbləğində cərimə оlmaqla, cəmi 14848,03 manat məbləğində borcu vardır. İş materiallarında olan 17 iyun 2025-cü il tarixli OUT-2025/06/17-99 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh5 10 avqust 2023-cü il tarixli 011R********** nömrəli kredit razılaşması üzrə iddiaçıya 11250,59 manat məbləğində əsas bоrc, 2893,27 manat məbləğində faiz borcu və 1007,26 manat məbləğində cərimə оlmaqla, cəmi 15151,12 manat məbləğində borcu vardır. İş materiallarında olan 13 sentyabr 2024-cü il tarixli pretenziya məktublarından görünür ki, iddiaçı tərəfindən cavabdehlərə xəbərdarlıq məktubları göndərilərək 10 avqust 2023-cü il tarixli kredit müqaviləsi üzrə 12750,57 manat məbləğində əsas borc, 1381,93 manat məbləğində faiz borcu, 323,78 manat məbləğində cərimə olmaqla, ümumilikdə 14456,28 manat məbləğində borclarının olduğu bildirilərək həmin borcun ödənilməsi tələb edilmişdir. Məktublarda, həmçinin öhdəliklərini pozduqları üçün məhkəməyə müraciət ediləcəyi cavabdehlərin nəzərlərinə çatdırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən “qiymətləndirmə fəaliyyətinin məhkəmə ekspertizası fəaliyyətinə aid olmadığı və qanunvericiliyə əsasən müstəqil fəaliyyət növü kimi qiymətləndirildiyi” əsası ilə tərtib edilmiş 14 aprel 2025-ci il tarixli 3-16-16/2-452/2025 nömrəli məktubla Sumqayıt Kommersiya Məhkəməsinin 13 mart 2025-ci il tarixli qərardadı icra olunmadan iş məhkəməyə geri qaytarılmışdır. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən məhkəməyə təqdim edilmiş 18 iyun 2025-ci il tarixli UNİ/İ-25-299/2025 nömrəli mütəxəssis rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən torpaq sahəsi və həmin torpaq sahəsi üzərindəki 76 kv.m. sahədən ibarət 1 mərtəbəli, çiy kərpicdən tikilmiş fərdi yaşayış evinin likvid qiyməti 26700 manat, bazar qiyməti isə 35600 manat məbləğində təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.4-cü və 269.5-ci maddələrinə əsasən, ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Həmin Məcəllənin 269.7-ci maddəsinə əsasən, girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Həmin Məcəllənin 270.1-ci maddəsinə əsasən, girov və ipoteka müqavilə üzrə əmələ gəlir. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci və 319.4-cü maddələrinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiyməti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci və 739.2-ci maddələrinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” 24 fevral 2023-cü il tarixli Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qüvvədə olmuş redaksiyasına əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi və (və ya) ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallara aiddir. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, ipoteka predmetinin ilkin satış qiymətini qərarda göstərməlidir, ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 64.1-ci maddəsinə əsasən, işə baxılarkən məhkəməyə kömək etmək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxs məhkəmədə mütəxəssis qismində çıxış edə bilər. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 226.2-ci maddəsinə əsasən, məhkəmə bir neçə cavabdehin əleyhinə qətnamə çıxardıqda, cavabdehlərdən hər birinin qətnaməni hansı hissədə yerinə yetirməli olmasını və ya onların məsuliyyətlərinin müştərək olmasını göstərir. Məhkəmənin mövqeyi: Beləliklə, yuxarıda təsvir olunanlarla müəyyən edilir ki, tərəflər arasında bağlanmış 11 noyabr 2022-ci il tarixli 011L**********44 uzunmüddətli kredit və təminat müqaviləsi və 10 avqust 2023-cü il tarixli 011R********** kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə Cavabdeh5 üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməyərək iddiaçıya ödənilməli olan kredit məbləğini tam ödəməmiş, bununla da müqavilə öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Həmin müqavilə üzrə o, öhdəliklərini müvafiq qaydada yerinə yetirmədiyindən, uzunmüddətli kredit və təminat müqaviləsinin şərtlərinə əsasən, onunla birlikdə, həmçinin zaminlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Nina Aydəmirovanın da kreditor qarşısında borclu ilə eyni həcmdə birgə məsuliyyətləri yaranmışdır. İddiaçı tərəfindən təqdim edilmiş 17 iyun 2025-ci il tarixli OUT-2025/06/17-99 nömrəli maliyyə arayışından görünür ki, cavabdeh tərəfindən əsas borc məbləği üzrə ödənişlər həyata keçirildiyindən qalıq borc 11250,59 manat məbləğində təşkil edir. Məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixədək olan dövrü əhatə edən hesabdan çıxarışdan görünür ki, iddia ərizəsindəki borc məbləğlərinin hesablandığı xx.xx.2024-cü il tarixindən sonra cavabdeh tərəfindən iddiaçının hesabına xx.xx.2024-cü il tarixində 99,99 manat, xx.xx.2025-ci il tarixində 800 manat və xx.xx.2025ci il tarixində 500 manat məbləğində pul vəsaiti ödənilmişdir. İddia ərizəsində qeyd edilmiş 12650,58 manat məbləğindəki əsas borcdan çıxılmalı olan məbləğlərin cəmi 1399,99 manat (99,99 manat + 800 manat + 500 manat = 1399,99 manat) təşkil edir. İddia ərizəsində qeyd edilmiş 12650,58 manat məbləğindəki əsas borc məbləği ilə məhkəmə prosesləri dövründə edilən ödənişlərin (1399,99 manat) nisbəti isə 11250,59 manat (12650,58 manat - 1399,99 manat = 11250,59 manat) təşkil edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehlərdən müştərək qaydada 10 avqust 2023-cü il tarixli 011R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 12650,58 manat məbləğində əsas bоrcun iddiaçının xeyrinə ödənilməsi barədə iddia tələbi qismən təmin edilməli, cavabdehlərdən müştərək qaydada 11250,59 manat məbləğində əsas bоrc iddiaçının xeyrinə tutulmalıdır. İddia tələbinin cavabdehlərdən müştərək qaydada 10 avqust 2023-cü il tarixli 011R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 1711,19 manat məbləğində faiz bоrcun iddiaçının xeyrinə ödənilməsi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçının xeyrinə tutulmalı olan faiz borcunun məbləği müəyyən edilərkən iş materiallarında olan 13 sentyabr 2024-cü il tarixli pretenziya məktubu əsas götürülərək hesablanmış 1381,93 manat məbləğində faiz borcu cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Kreditorun borcluya xəbərdarlıq məktubu göndərərək borcu qaytarmasını tələb etməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbər verməsi kredit razılaşmasının birtərəfli qaydada ləğv edilməsinə dəlalət edir. Belə olan halda, müvafiq bildiriş verildikdən sonra faiz borcunun kredit müqaviləsindəki illik faiz dərəcəsi ilə hesablanması doğru yanaşma sayıla bilməz. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 10 avqust 2023-cü il tarixli kredit müqaviləsi üzrə iddiaçının xeyrinə tutulmalı olan faiz borcunun məbləği müəyyən edilərkən borcun müvafiq qaydada ödənilməsi barədə cavabdehlərə göndərilmiş 13 sentyabr 2024cü il tarixli xəbərdarlıq məktubları nəzərə alınmalı və 1381,93 manat məbləğində faiz borcu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçının xeyrinə ödənilməlidir. İddia tələbinin cavabdehlərdən müştərək qaydada 10 avqust 2023-cü il tarixli 011R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma 486,26 manat məbləğində cərimənin tutulmasına aid hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Cavabdeh5 kredit razılaşması üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə təsdiq edildiyindən və uzunmüddətli kredit və təminat müqaviləsində öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi də nəzərdə tutulduğundan (uzunmüddətli kredit və təminat müqaviləsinin 4.9-cu bəndinə əsasən) iddiaçı cavabdehlərdən müştərək qaydada cərimənin ödənilməsini də tələb etməkdə haqlıdır və iddia tələbi bu hissədə də təmin edilməlidir. Bundan başqa, İddiaçı QSC ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh5 arasında bağlanmış 10 avqust 2023-cü il tarixli 011M**********01 nömrəli ipoteka müqaviləsinə əsasən Cavabdeh2 məxsus olan ünvan 1 ünvanında yerləşən torpaq sahəsi və həmin torpaq sahəsi üzərindəki fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Kredit sazişi üzrə müvafiq pul vəsaitlərinin ipoteka ilə yüklü edilmiş həmin əmlaka yönəldilməsi barədə tələb Mülki Məcəllənin 317-ci və 319-cu maddələrinin və “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğundur. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, ipoteka predmetinin ilkin satış qiymətini qərarda göstərməlidir, ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə ipotekaya qoyulmuş əmlakın ilkin satış (likvid) qiymətinin müəyyən edilməsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən “qiymətləndirmə fəaliyyətinin məhkəmə ekspertizası fəaliyyətinə aid olmadığı və qanunvericiliyə əsasən müstəqil fəaliyyət növü kimi qiymətləndirildiyi” əsası ilə tərtib edilmiş 14 aprel 2025-ci il tarixli 3-16-16/2-452/2025 nömrəli məktubla qərardad icra olunmadan iş məhkəməyə geri qaytarıldığına görə, məhkəmə ipoteka predmetinin ilkin satış qiymətini müəyyənləşdirərkən "xxxx" MMC tərəfindən təqdim edilmiş 18 iyun 2025-ci il tarixli UNİ/İ-25-299/2025 nömrəli mütəxəssis rəyini nəzərə alır. Belə ki, "xxxx" MMC tərəfindən təqdim edilmiş 18 iyun 2025-ci il tarixli UNİ/İ-25- 299/2025 nömrəli mütəxəssis rəyində ipotekaya qoyulmuş əmlakın ilkin satış (likvid) qiyməti 26700 manat məbləğində müəyyən edilmişdir. Həmin rəyin 20-ci vərəqəsindən görünür ki, ipoteka predmeti olan əmlakın bazar qiymətinin 35600 manat məbləğində olması müəyyən edilmiş və “Əmlakın likvid qiyməti onun orta bazar qiymətinin 25% aşağı düşməsindən alınır” qeyd edilərək, əmlakın likvid qiymətinin 26700 manat məbləğində olması hesablanmışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, ipotekaya qoyulmuş əmlakın likvid qiymətinin 26700 manat məbləğində deyil, ipoteka müqaviləsinin bağlandığı tarixdən hazırkı vaxtadək keçən 2 illik müddəti və bazar şəraitini nəzərə alaraq, həmin əmlakın bazar qiymətinin 10% azalma ilə hesablanmaqla likvid qiymətinin 32040 manat məbləğində müəyyən olunması daha ədalətli hesab ediməlidiir. Göstərilənləri nəzərə alaraq məhkəmə qeyd edir ki, ünvan 1 ünvanında yerləşən torpaq sahəsi və həmin torpaq sahəsi üzərindəki fərdi yaşayış evinin ilkin satış qiyməti 32040 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə iddia tələbinin “Satışdan əldə edilmiş vəsait borcun ödənilməsi üçün yetərli olmazsa, borcun qalan hissəsinin cavabdehlərdən müştərək qaydada tutulması”na dair hissəsi ilə bağlı məhkəmə yuxarıda göstərilənləri və iş üzrə məhkəmə araşdırması zamanı müəyyən olunan digər halları, o cümlədən Mülki Məcəllənin, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun və "İpoteka haqqında" Azərbaycan Respublikasının Qanununun tələblərini nəzərə alaraq hesab edir ki, tələbin həmin hissədə əsaslılığı müəyyən olunmadığı üçün təmin edilməməlidir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 45.6-cı maddəsinə əsasən, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Göründüyü kimi, borcun yönəldiyi ipoteka predmetinin satışından əldə edilən vəsait cavabdehlərdən tutulan borcu tam ödəmədikdə, ödənilməyən hissənin cavabdehlərdən alınması, yəni qətnamə əsasında verilmiş icra sənədi ödənilməyən hissədə yuxarıda qeyd olunan Məcəllə və Qanunların tələblərinə uyğun olaraq ümumi qaydada icra edilir. Yəni satışdan əldə edilən məbləğ borcun ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin cavabdehlərdən tutulması qətnamənin icrası zamanı həll edilən məsələlərə aid olduğundan iddia həmin hissədə əsassız hesab edilərək təmin edilməməlidir. İddia tələbinin ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin reyestrdə qeydə alınması üçün ödənilmiş 15 manat məbləğində dövlət rüsumunun və 36 manat məbləğində xidmət haqqının əvəzinin cavabdehlərdən iddiaçının xeyrinə tutulması hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iş materiallarında olan dövlət rüsumunun ödənilməsi barədə 28 noyabr 2024-cü il tarixli təsdiqetmə bildirişindən görünür ki, iddiaçı tərəfindən 15 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Həmçinin iş materiallarında olan təyinatı “Xidmət haqqının ödənilməsi” olan ********** nömrəli təsdiqetmə bildirişindən görünür ki, iddiaçı tərəfindən 36 manat məbləğində xidmət haqqı ödənilmişdir. Buna görə də, iddia tələbi həmin hissədə təmin edilməli, 15 manat məbləğində dövlət rüsumunun və 36 manat məbləğində xidmət haqqının əvəzi cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Bundan əlavə, iddia tələbinin 134,55 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehlərdən iddiaçının xeyrinə tutulması barədə hissəsinə gəldikdə, iş materiallarında olan 18 dekabr 2024-cü il tarixli **********40 nömrəli ödəniş qəbzinə əsasən müəyyən edilir ki, məhkəməyə hazırkı iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 134,55 manat məbləğində dövlət rüsumu ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda, 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən, hazırkı iddia tələbi üzrə iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumunun məbləği 129,35 manat təşkil etdiyindən, həmin məbləğdə pul vəsaiti cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan əlavə, "xxxx" MMC-nin 18 iyun 2025-ci il tarixli UNİ/İ-25-299/2025 nömrəli mütəxəssis rəyinə əlavə edilmiş məktubdan görünür ki, aparılan tədqiqatın dəyəri 300 manat təşkil etmişdir. Hazırkı iddia ərizəsi qismən təmin edildiyindən iş üzrə keçirilmiş mütəxəssis tədqiqatının dəyəri olan 300 manat məbləğində pul vəsaiti Mülki Prosessual Məcəllənin yuxarıda istinad edilmiş 119.1-ci maddəsinə əsasən, cavabdehlərdən "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirib, istinad olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdеhlərdən müştərək qaydada 11250,59 manat məbləğində əsas borc, 1381,93 manat məbləğində faiz borcu, 486,26 manat məbləğində cərimə, ipoteka predmetinə tutma yönəldilməsi ilə bağlı ödənilmiş 36 manat məbləğində xidmət haqqının, 15 manat məbləğində dövlət rüsumunun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 129,35 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 13299,13 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalı, cavabdehlərdən tutulmalı olan 13299,13 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmiş Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən 0,06 torpaq sahəsi və həmin torpaq sahəsi üzərindəki 76 kv.m sahədən ibarət fərdi yaşayış evinə yönəldilməli və həmin ipoteka predmeti açıq hərracda satılaraq iddiaçıya olan cəmi 13299,13 manat məbləğində borc ödənilməli, ipoteka predmeti olan həmin əmlakın ilkin satış qiyməti 32040 manat məbləğində müəyyən edilməli, iddia qalan hissədə təmin edilməməli, iş üzrə keçirilmiş mütəxəssis tədqiqatının dəyəri olan 300 manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və X1 müştərək qaydada 11250,59 (on bir min iki yüz əlli manat, əlli doqquz qəpik) manat məbləğində əsas borc, 1381,93 (min üç yüz səksən bir manat, doxsan üç qəpik) manat məbləğində faiz borcu, 486,26 (dörd yüz səksən altı manat, iyirmi altı qəpik) manat məbləğində cərimə, ipoteka predmetinə tutma yönəldilməsi ilə bağlı ödənilmiş 36 (otuz altı) manat məbləğində xidmət haqqının, 15 (on beş) manat məbləğində dövlət rüsumunun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 129,35 (yüz iyirmi doqquz manat, otuz beş qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 13299,13 (on üç min iki yüz doxsan doqquz manat, on üç qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və X1 tutulmalı olan cəmi 13299,13 (on üç min iki yüz doxsan doqquz manat, on üç qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmiş Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən 0,06 torpaq sahəsi və həmin torpaq sahəsi üzərindəki 76 kv.m sahədən ibarət fərdi yaşayış evinə yönəldilsin və həmin ipoteka predmeti açıq hərracda satılaraq İddiaçı QSC-yə olan cəmi 13299,13 (on üç min iki yüz doxsan doqquz manat, on üç qəpik) manat məbləğində borc ödənilsin. İpoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 0,06 torpaq sahəsi və həmin torpaq sahəsi üzərindəki 76 kv.m sahədən ibarət fərdi yaşayış evinin ilkin satış qiyməti 32040 (otuz iki min qırx) manat məbləğində müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş mütəxəssis tədqiqatının dəyəri olan 300 (üç yüz) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və X1 müştərək qaydada "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(119)-508/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-508/2025
01.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver