Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-51/2024 08.01.2024 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Bağırova Naidə Saləddin qızının katibliyi ilə iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 05 iyun 2014-ci il tarixli 01KT nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş 109968,04 (yüz doqquz min doqquz yüz altmış səkkiz manat dörd qəpik) manat məbləğində əsas borcun, 15045,42 (on beş min qırx beş manat qırx iki qəpik) manat müqavilə müddəti üzrə hesablanmış faiz borcunun, 16151,24 (on altı min yüz əlli bir manat iyirmi dörd qəpik) manat gecikdirilmiş ödəniş üzrə hesablanmış cərimə borcunun və 15499,05 (on beş min dörd yüz doxsan doqquz manat beş qəpik) manat Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş müddət üçün hesablanmış 5% borcu olmaqla, ümumilikdə 156663,75 (yüz əlli altı min altı yüz altmış üç manat yetmiş beş qəpik) manat borcun, həmçinin iddiaçı tərəfindən ödənilmiş 400 (dörd yüz) manat mediasiya xərcinin və 47,06 (qırx yeddi manat altı qəpik) manat dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 05 iyun 2014-cü il tarixli 01KT nömrəli kredit müqaviləsinə əsasən borcalana 60 ay müddətinə 198000 manat məbləğində kredit vəsaiti ayrılmışdır. Kredit müqaviləsinin 2.2.1, 2.2.2 və 2.2.3-cü bəndlərinə əsasən borc alan Cavabdeh kreditdən istifadəyə görə alınmış ssuda üzrə faizləri, eyni zamanda əsas borcun ödənişini tam şəkildə borcverənə ödəməli olmasına baxmayaraq, o, bu öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Kredit müqaviləsinin şərtlərinin pozulması ilə əlaqədar bank tərəfindən cavabdehə dəfələrlə şifahi müraciət edilməsinə və xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq kredit borcunun banka qaytarılması təmin edilməmişdir. Bu səbəbdən də cavadeh Cavabdeh 05 iyun 2014-ci il tarixli 01KT nömrəli kredit müqaviləsi üzrə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməmiş 109968,04 (yüz doqquz min doqquz yüz altmış səkkiz manat dörd qəpik) manat məbləğində əsas borcu, 15045,42 (on beş min qırx beş manat qırx iki qəpik) manat müqavilə müddəti üzrə hesablanmış faiz borcu, 16151,24 (on altı min yüz əlli bir manat iyirmi dörd qəpik) manat gecikdirilmiş ödəniş üzrə hesablanmış cərimə borcu və 15499,05 (on beş min dörd yüz doxsan doqquz manat beş qəpik) manat Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş müddət üçün hesablanmış 5% borcu olmaqla, ümumilikdə 156663,75 (yüz əlli altı min altı yüz altmış üç manat yetmiş beş qəpik) manat borcu vardır. 26 noyabr 2023-cü il tarixdə Cavabdeh “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə ərizə təqdim edərək mübahisənin əsasını təşkil edən və ümumiyyətlə kredit borcunun olub-olmamasını sübüt edən kredit müqaviləsinin əsli və ya notarius tərəfindən təsdiq edilmiş sürəti iddia ərizəsinə əlavə edilmədiyi üçün iddia ərizəsinin rədd edilməsini xahiş etmişdir. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş iddiaçının nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Eyni zamanda o, Cavabdeh qardaşının İddiaçı ASC-nin Quba filialının rəhbəri işlədiyini, əvvəllər sözügedən kredit müqaviləsi üzrə ödənişlər həyata keçirildiyini, sonradan ödəniş edilmədikdə müqavilənin itdiyinin bildirildiyini qeyd etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsi Əmanətlərin Sığortalanması Fonduna təqdim edilməmişdir. Cavabdeh tərəfindən kredit müqaviləsi üzrə sonuncu dəfə 20 avqust 2019-cu il tarixdə 10000 manat, 28 mart 2022-ci il tarixdə isə 500 manat məbləğində ödəniş həyata keçirilmişdir. 26 noyabr 2023-cü il tarixdə iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə ərizə təqdim edilərək baxış iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə baxış iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş proses iştirakçılarının gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə proses iştirakçılarının icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. - 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. - 406.3-cü maddəsinə əsasən yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə poçt, teleqraf, teletayp, telefon, elektron rabitəsi və ya sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən digər rabitə vasitəsilə sənədlər mübadiləsi yolu ilə bağlana bilər. Məhkəmə ilk öncə qeyd edir ki, kredit təşkilatı tərəfindən müəyyən müddətə, müəyyən faiz dərəcəsi ilə 198000 manat məbləğində pul verilərkən kredit verən və alan arasında yazılı müqavilə bağlanmalı, həmçinin hüquq və vəzifələr, bununla yanaşı öhdəliklər və sair şərtlər razılaşdırılmalıdır. Yuxarıda təsvir olunanlarla müəyyən olunur ki, iddiaçı öz tələblərinin əsası kimi 05 iyun 2014-ci il tarixli 01KT nömrəli kredit müqaviləsinə istinad etmiş, lakin həmin müqaviləni, o cümlədən 198000 manat məbləğində pulun cavabdehə verilməsini əks etdirən sənədləri məhkəməyə təqdim etməmişdir. İddiaçı tərəfindən məhkəməyə yalnız hesabdan çıxarışlar, Cavabdeh 198000 manat pulun verilməsinin sübutu kimi 24 iyun 2014-cü il tarixli 004877 nömrəli çek və 500 manat pulun ödənilməsi ilə bağlı 28 mart 2022-ci il tarixli mədaxil elanı təqdim edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən təqdim olunan hesabdan çıxarışlar, çek və mədaxil elanı tərəflər arasında kredit müqaviləsinin bağlanmasını və 198000 manat kreditin cavabdehə verilməsini təsdiq edən mötəbər sübutlar kimi qəbul edilə bilməz. Belə ki, hesabdan çıxarışlar iddiaçının özü tərəfindən birtərəfli qaydada tərtib edilən sənəddir. Bundan başqa 24 iyun 2014-cü il tarixli 004877 nömrəli çekdə 05 iyun 2014-ci il tarixli 01KT nömrəli kredit müqaviləsinə istinad edilməmiş, bankın adı “Anar” Kommersiya Bankı, məsrəfin məqsədi “əmək haqqı” kimi göstərilmişdir. 28 mart 2022-ci il tarixli mədaxil elanında 05 iyun 2014-ci il tarixli 01KT nömrəli kredit müqaviləsinə istinad edilməmiş, ödəyən X1 və alan Cavabdeh göstərilmişdir. Göründüyü kimi, iddiaçı ərizəsində 05 iyun 2014-ci il tarixli 01KT nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh 60 ay müddətinə 198000 manat məbləğində kredit verilməsini, eyni zamanda kredi müqaviləsinin 2.2.1, 2.2.2 və 2.2.3-cü bəndlərini qeyd etsə də, həmin şərtlərlə öhdəliklərin yaranmasını və sözügedən məbləğdə vəsaitin cavabdeh tərəfindən almasını əks etdirən heç bir mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “borcun tutulması” barədə iddia tələbi rədd edilməli və məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “borcun tutulması” barədə iddia tələbi rədd edilsin. Məhkəmə xərcləri iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-51/2024
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-51/2024
08.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver