Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-512/2024 04.10.2024 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Bağırova Naidə Saləddin qızının katibliyi, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2, Cavabdeh1 iştirakı ilə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə sadələşdirilmiş icraat qaydasında cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada 3756,25 (üç min yeddi yüz əlli altı manat iyirmi beş qəpik) manat məbləğində əsas borc, 255,63 (iki yüz əlli beş manat altmış üç qəpik) manat məbləğində faiz borcu, 12,13 (on iki manat on üç qəpik) manat məbləğində cərimə borcu olmaqla, cəmi 4024,01 (dörd min iyirmi dörd manat bir qəpik) manat məbləğində borcun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 60,25 (altmış manat iyirmi beş qəpik) manat məbləğində dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Əhmədli” filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 2542-ƏKM saylı əsas kredit müqaviləsinə əsasən Cavabdeh2 illik 30 faizdən çox olmamaq şərti ilə 60 ay müddətinə ******* manat məbləğində bərpa olunan kredit xətti ayrılmışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 2542-ƏKM saylı əsas kredit müqaviləsinə əlavə olaraq xx.xx.2023-cü il tarixli, 2542-KQ saylı əlavə kredit müqaviləsinə əsasən Cavabdeh2 aktiv kredit öhdəliyinin bağlanılması məqsədi ilə illik 12,5 faiz dərəcəsi ilə 36 ay müddətinə 450000 manat məbləğində kredit verilmişdir. xx.xx.2023-cü il tarixli, 2542-ƏKM saylı əsas kredit müqaviləsinə görə əsas kredit müqaviləsinin təminatı kimi Cavabdeh1 ilə bank arasında bağlanan xx.xx.2023-cü il tarixli, 2542-İZG/3 saylı zaminlik müqaviləsi bağlanılmışdır. Cavabdehlər kredit müqaviləsi üzrə vəsaitdən istifadə etmiş, lakin hazırda kredit borcunu və hesablanmış faizləri müqavilə ilə müəyyən edilmiş qaydada ödəməkdən boyun qaçırır. Maliyyə arayışına əsasən Cavabdeh2 xx.xx.2023-cü il tarixli, 2542-ƏKM saylı əsas kredit müqaviləsinə əlavə olaraq xx.xx.2023-cü il tarixli, 2542-KQ saylı əlavə kredit müqaviləsinə əsasən banka ödənilməmiş borcu – 3756,25 (üç min yeddi yüz əlli altı manat iyirmi beş qəpik) manat məbləğində əsas borc, 255,63 (iki yüz əlli beş manat altmış üç qəpik) manat məbləğində faiz borcu, 12,13 (on iki manat on üç qəpik) manat məbləğində cərimə borcu olmaqla, cəmi 4024,01 (dörd min iyirmi dörd manat bir qəpik) manat təşkil edir. Cavabdehlərə xx.xx.2023-cü il tarixli, 2542-ƏKM saylı əsas kredit müqaviləsinə əlavə olaraq xx.xx.2023cü il tarixli, 2542-KQ saylı əlavə kredit müqaviləsi üzrə borcun qaytarılması haqqında iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixli bildiriş göndərilərək xəbərdarlıq edilsə də, vəsait banka geri qaytarılmamışdır. Cavabdeh1 “Elektron məhkəmə” informasiya sistemində yaradılmış 27 mart 2024-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq işə iddia icraatı qaydasında onun iştirakı ilə baxılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 "xxxx" Açıq Səhmdar Cəmiyyətinə heç bir borcu yoxdur. Belə ki, onlar banka kredit üçün müraciət etmiş, lakin kredit götürməmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 28 mart 2024-cü il tarixli e-2-2(119)-512/2024 nömrəli qərardadı ilə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı verilmiş “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Məhkəmə baxış iclasında iştirak edən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən Cavabdeh1 iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 450000 manat məbləğində kredit götürülməmişdir. Belə ki, o, kredit götürüləndən 15-20 dəqiqə sonra filiala yaxınlaşaraq müdirin və müvafiq əməkdaşın qəbulunda olmuş, kredit məbləğinin geri qaytarılmasını xahiş etmişdir. Həmin gün kreditin geri qaytarılması ilə bağlı ərizə yazaraq həmin ərizəni banka təqdim etmişdir. Eyni zamanda kredit məbləğinin geri qaytarılması ilə bağlı bankın qaynar xəttinə zəng edərək məlumat vermişdir. Cavabdeh2 məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş proses iştirakçılarının gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə proses iştirakçılarının icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti (VÖEN **********) ilə Cavabdeh2 (VÖEN **********) arasında bağlanmış 13 iyul 2023-cü il tarixli, 2542-ƏKQ nömrəli əsas kredit müqaviləsinə görə bu müqaviləyə əsasən borc verən borc alana 60 (altmış) ay müddətində (xx.xx.2028-ci il tarixədək) ******* (bir milyon) manat ekvivalenti məbləğində bərpa olunan kredit limiti açmağı, borc alan isə ona bu kredit limiti çərçivəsində təqdim olunmuş krediti müvafiq əlavə kredit müqaviləsində nəzərdə tutulmuş şərtlərlə və qaydada qaytarmağı və kreditə hesablanmış faizləri borc verənə ödəməyi, habelə kreditdən təyinatı üzrə istifadə etməyi öhdəsinə götürür. Borc alan bu bənddə qeyd edilmiş limitdən müstəqil şəkildə istifadə edə bilər. Həmin müqavilənin 5.1.2-ci bəndinə əsasən öhdəliyin vaxtında və lazımi qaydada icra edilməməsinə görə bu müqavilədə və/və ya müvafiq əlavə kredit müqaviləsində müəyyən olunmuş dəbbə pulunun (cərimənin, penyanın) ödənilməsini və müvafiq öhdəliyin icrasını borc alandan tələb etmək borc verənin hüququdur. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 13 iyul 2023-cü il tarixli, 2542-KQ nömrəli əlavə kredit müqaviləsinə əsasən borc verən borc alana 36 (otuz altı) ay müddətində (xx.xx.2026-ci il tarixədək) 450000 (dörd yüz əlli min) manat məbləğində, kreditdən istifadəyə görə illik 12,5 (on iki tam onda beş) % ödəmək şərtilə kredit verməyi, borc alan isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri borc verənə ödəməyi, habelə kreditdən 1.2-ci bənddə göstərilmiş təyinatı üzrə istifadə etməyi öhdəsinə götürür. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən kredit üzrə faktiki illik faiz dərəcəsi (FİFD) illik 13,1 (on üç tam onda bir) faiz təşkil edir. İş materiallarında olan ödəniş planında borcalan Cavabdeh2 banka olan borcunun son ödəniş tarixi 13 iyul 2026-cı il olmaqla, müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur. Həmin ödəniş planı borcalan Cavabdeh2 imzası ilə təsdiq edilmişdir. İş materiallarında olan 13 iyul 2023-cü il tarixli, 2542-İZG/3 nömrəli "xxxx" Açıq Səhmdar Cəmiyyəti – “borc verən” və Cavabdeh1 – “zamin” olmaqla bağlanmış zaminlik müqaviləsinə əsasən bu müqaviləyə müvafiq olaraq zamin 1.2-ci bənddə qeyd olunmuş əsas kredit müqaviləsi, o cümlədən həmin müqavilə çərçivəsində bağlanan və müqavilənin 1.4-cü bəndində göstərilmiş müqavilələr üzrə borc alanın bank qarşısında götürdüyü öhdəliklərin lazımınca icra edilməsi üçün borc alanla birgə qaydada məsuliyyət daşımağı öhdəsinə götürür. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən bu müqavilə üzrə zaminliklə təmin edilən öhdəlik Cavabdeh2 ilə bank arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 2542-ƏKM saylı əsas kredit müqaviləsindən, o cümlədən həmin müqavilə çərçivəsində bağlanan və müqavilənin 1.4-cü bəndində göstərilmiş müqavilələrdən bütün digər müqavilələrdən irəli gələn bütün pul tələbləridir. İş materiallarında olan iddiaçı tərəfindən təqdim olunmuş maliyyə arayışından görünür ki, borcalan Cavabdeh2 13 iyul 2023-cü il tarixli kredit müqaviləsi üzrə 31 yanvar 2024-cü il tarixinə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 3756,25 (üç min yeddi yüz əlli altı manat iyirmi beş qəpik) manat məbləğində əsas borc, 255,63 (iki yüz əlli beş manat altmış üç qəpik) manat məbləğində faiz borcu, 12,13 (on iki manat on üç qəpik) manat məbləğində cərimə borcu olmaqla, cəmi 4024,01 (dörd min iyirmi dörd manat bir qəpik) manat məbləğində borcu vardır. İş materiallarından görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 12 fevral 2024-cü il tarixdə xəbərdarlıq məktubu göndərilərək 3756,25 (üç min yeddi yüz əlli altı manat iyirmi beş qəpik) manat məbləğində əsas borc, 255,63 (iki yüz əlli beş manat altmış üç qəpik) manat məbləğində faiz borcu, 12,13 (on iki manat on üç qəpik) manat məbləğində cərimə borcu olmaqla, cəmi 4024,01 (dörd min iyirmi dörd manat bir qəpik) manat məbləğində borclarının olduğu, öhdəliyin 3 gün müddətində tam yerinə yetirilməsi, əks halda borcun qaytarılması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarında olan məhkəmə-mühasibat ekspertizasının 18 sentyabr 2024-cü il tarixli 9/5276 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən cari hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanmış 13 iyul 2023-cü il tarixli, 2542-ƏKM saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış 13 iyul 2023-cü il tarixli, 2542-KM saylı əlavə kredit müqaviləsiinə əsasən istifadə edilmiş məbləğlərin, kreditin təyin edildiyi tarixdən etibarən qərardadda ekspert qarşısında qoyulmuş sual üzrə göstərilən tərixədək, yani maliyyə arayışında göstərilən xx.xx.2024-cü il tarixədək Cavabdeh2 iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə olan əsas borcu 3756,25 (üç min yeddi yüz əlli altı manat iyirmi beş qəpik) manat məbləğində və faiz borcu 255,63 (iki yüz əlli beş manat altmış üç qəpik) manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 465.2-ci maddəsinə əsasən borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Göründüyü kimi, təsvir olunanlarla müəyyən edilir ki, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan borcalan Cavabdeh2 13 iyul 2023-cü il tarixli, 2542- KQ nömrəli əlavə kredit müqaviləsini bağlayarkən üzərinə götürdüyü öhdəlikləri pozmuş və onları lazımınca icra etməyərək borcverən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməli olan əsas borcu və faiz borcunu müvafiq qaydada ödəməmiş və bununla da iddiaçıdan aldığı krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla, müqavilə öhdəliklərini müvafiq qaydada yerinə yetirməmişdir. Buna görə məhkəmə hesab edir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 13 iyul 2023-cü il tarixli 2542-KQ nömrəli əlavə kredit müqaviləsi üzrə 3756,25 (üç min yeddi yüz əlli altı manat iyirmi beş qəpik) manat məbləğində əsas borc, 255,63 (iki yüz əlli beş manat altmış üç qəpik) manat məbləğində faiz borcu və 12,13 (on iki manat on üç qəpik) manat məbləğində cərimə iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 13 iyul 2023-cü il tarixli 2542-İZG/3 nömrəli zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh1 əsas kredit müqaviləsi, o cümlədən həmin müqavilə çərçivəsində bağlanan və müqavilənin 1.4-cü bəndində göstərilmiş müqavilələr üzrə borc alanın bank qarşısında götürdüyü öhdəliklərin lazımınca icra edilməsi üçün borc alanla birgə qaydada məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Buna görə məhkəmə hesab edir ki, iddianın həmin şəxsə münasibətdə də təmin olunması üçün əsaslar mövcuddur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin “60,25 (altmış manat iyirmi beş qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki iş materiallarında olan 01 mart 2024-cü il tarixli ********** nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 60,25 (altmış manat iyirmi beş qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Buna görə iddia tələbi həmin hissədə də təmin edilməli və iddiaçı tərəfindən ödənilmiş 60,25 (altmış manat iyirmi beş qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin olunmalı, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 3756,25 (üç min yeddi yüz əlli altı manat iyirmi beş qəpik) manat məbləğində əsas bоrc, 255,63 (iki yüz əlli beş manat altmış üç qəpik) manat məbləğində faiz bоrcu, 12,13 (on iki manat on üç qəpik) manat məbləğində cərimə və 60,25 (altmış manat iyirmi beş qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 4084,26 (dörd min səksən dörd manat iyirmi altı qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Həmçinin iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaiti cavabdеhlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq X1 ödənilməlidir. Yuxanda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdеhlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 3756,25 (üç min yeddi yüz əlli altı manat iyirmi beş qəpik) manat məbləğində əsas bоrc, 255,63 (iki yüz əlli beş manat altmış üç qəpik) manat məbləğində faiz bоrcu, 12,13 (on iki manat on üç qəpik) manat məbləğində cərimə və 60,25 (altmış manat iyirmi beş qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 4084,26 (dörd min səksən dörd manat iyirmi altı qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaiti cavabdеhlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq X1 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-512/2024
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-512/2024
04.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver