Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-512/2025 21.02.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlu, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada 011R********** nömrəli razılaşma üzrə 1087,87 (min səksən yeddi manat, səksən yeddi qəpik) manat məbləğində borc, 78,67 (yetmiş səkkiz manat, altmış yeddi qəpik) manat məbləğində faiz bоrcu, 24,71 (iyirmi dörd manat, yetmiş bir qəpik) manat məbləğində cərimə, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 011A********** nömrəli razılaşma üzrə 538,16 (beş yüz otuz səkkiz manat, on altı qəpik) manat məbləğində borc, 35,93 (otuz beş manat, doxsan üç qəpik) manat məbləğində faiz bоrcu, 11,27 (on bir manat, iyirmi yeddi qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 1776,61 (min yeddi yüz yetmiş altı manat, altmış bir qəpik) manat məbləğində pul vəsaitinin və 37,77 (otuz yeddi manat, yetmiş yeddi qəpik) manat məbləğində dövlət rüsumunun əvəzinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, həmin kiçik mübahisələr üzrə iddia ərizəsinə dair kommersiya işinə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə 11 fevral 2025-ci il tarixli məhkəmə bildirişləri müvafiq qaydada cavabdehlərə göndərilmişdir. İddiaçı QSC 21 fevral 2025-ci ildə məhkəməyə “iddia ərizəsinin qaytarılması” barədə ərizə təqdim edərək, iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Yəni kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilmiş iddia ərizəsinə mahiyyəti üzrə baxılıb müvafiq məhkəmə aktı qəbul edilənədək iddiaçı tərəfindən məhkəməyə həmin iddia ərizəsinin qaytarılması barədə ərizə verilmişdir. Mülki Prosessual Məcəllənin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, iddia ərizəsi baxılmamış saxlanılır. Təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsinin qaytarılması barədə ərizə təmin edilməli və həmin ərizə əsasında İddiaçı QSC tərəfindən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Həmçinin işin hallarına görə iddia tələbinin dəyərinə görə ödənilmiş 37,77 (otuz yeddi manat, yetmiş yeddi qəpik) manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 284-1-284-5-ci, 259, 260, 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D I: İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin iddia ərizəsinin qaytarılması barədə ərizəsi təmin edilsin. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən ********** nömrəli ödəniş qəbzinə əsasən dövlət büdcəsinə ödənilmiş 37,77 (otuz yeddi manat, yetmiş yeddi qəpik) manat məbləğində dövlət rüsumu (ödənişin tarixi və saatı: 06 yanvar 2025-ci il, 15:47:24; Sumqayıt Kommersiya Məhkəməsi üçün) həmin ödənişi etmiş iddiaçıya geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(119)-512/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-512/2025
21.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver