Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-518/2024 04.04.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X1 qızının katibliyi ilə, İddiaçı Bank olmayan Kredit Təşkilatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh qarşı verilmiş “borcun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsinə dair e-2-2(119)-518/2024 nömrəli kommersiya işinə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Bank olmayan Kredit Təşkilatı Açıq Səhmdar Cəmiyyəti 07 mart 2024-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh qarşı verilmiş “borcun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdeh əsas borc üzrə 17728,14 ABŞ dolları, faiz borcu üzrə 9697,97 ABŞ dolları və cərimə borcu üzrə 22641,77 ABŞ dolları olmaqla, ümumilikdə 50067,88 (əlli min altmış yeddi dollar 88 sent) ABŞ dolları və iddianın məhkəməyə verilməsi üçün ödənilmiş 346 manat məbləğində dövlət rüsumunun tutulub İddiaçı Bank olmayan Kredit Təşkilatı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, tutmanın 25 noyabr 2015-ci il tarixli RX seriyalı ******* saylı ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Abşeron rayonu, Xırdalan şəhəri, Z.Əliyeva küçəsi, ev 3, 304 saylı mənzilə yönəldilməsi, qeyd olunan əmlakın açıq hərrac vasitəsi ilə satılması, satışdan əldə olunmuş məbləğ iddiaçının tələblərini ödəmək üçün kifayət etmədikdə çatışmayan məbləğin cavabdehdən tutulması və Cavabdeh mülkiyyətində olan həmin mənzildən qeydiyyatda olan şəxslərlə birlikdə məcburi çıxarılması və mənzilin boşaldılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Həmin iddia ərizəsinə dair e-2-2(119)-518/2024 nömrəli kommersiya işi üzrə 04 aprel 2024-cü il tarixinə təyin edilmiş məhkəmə hazırlıq iclasına tərəflər gəlməmişlər. Lakin, həmin iş üzrə Cavabdeh nümayəndəsi Nümayəndə1 14 mart 2024-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə yazılı vəsatətlə məhkəməyə müraciət edərək, Sumqayıt Kommersiya Məhkəməsinin icraatında olan İddiaçı Bank olmayan Kredit Təşkilatı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsinə dair e-2-2(119)-518/2024 nömrəli kommersiya işi ilə Bakı Kommersiya Məhkəməsinin icraatında olan iddiaçı Cavabdehlər İddiaçı Bank olmayan Kredit Təşkilatı Açıq Səhmdar Cəmiyyətinə və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “mərkəzləşdirilmiş kredit reyestrində qeydlərin silinməsi və s.” tələbi barədə olan iddia ərizəsinə dair e-2-2(113)- 1771/2024 nömrəli kommersiya işinin mübahisə predmetinə və tərəflərinə görə bir-biri ilə əlaqəli olduğuna görə, yəni hər iki iş üzrə tərəflər eyni olduğuna və mübahisənin eyni daşınmaz əmlakla əlaqədar yarandığına görə e-2-2(113)-1771/2024 nömrəli kommersiya işinə birləşdirilməsi üçün e-2-2(119)-518/2024 nömrəli kommersiya işinin Bakı Kommersiya Məhkəməsinə göndərilməsini xahiş etmiş və bununla bağlı Bakı Kommersiya Məhkəməsinin 23 fevral 2024-cü il tarixli e-2-2(113)-1771/2024 nömrəli qərardadını elektron kabinet vasitəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə təqdim etmişdir. e-2-2(119)-518/2024 nömrəli kommersiya işi üzrə İddiaçı Bank olmayan Kredit Təşkilatı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 da 15 mart 2024-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə yazılı vəsatətlə məhkəməyə müraciət edərək, cavabdehin nümayəndəsinin vəsatətinin təmin olunmasını və Sumqayıt Kommersiya Məhkəməsinin icraatında olan İddiaçı Bank olmayan Kredit Təşkilatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh qarşı verilmiş “borcun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsinə dair e- 2-2(119)-518/2024 nömrəli kommersiya işinin Bakı Kommersiya Məhkəməsinin icraatında olan iddiaçı Cavabdehlər İddiaçı Bank olmayan Kredit Təşkilatı Açıq Səhmdar Cəmiyyətinə və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “mərkəzləşdirilmiş kredit reyestrində qeydlərin silinməsi və s.” tələbi barədə olan iddia ərizəsinə dair e-2-2(113)- 1771/2024 nömrəli kommersiya işinə birləşdirilməsini xahiş etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının nümayəndəsinin və cavabdehin nümayəndəsinin vəsatəti təmin olunmalı və Sumqayıt Kommersiya Məhkəməsinin icraatında olan İddiaçı Bank olmayan Kredit Təşkilatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh qarşı verilmiş “borcun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsinə dair e-2-2(119)-518/2024 nömrəli kommersiya işi Bakı Kommersiya Məhkəməsinin icraatında olan iddiaçı Cavabdehlər İddiaçı Bank olmayan Kredit Təşkilatı Açıq Səhmdar Cəmiyyətinə və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “mərkəzləşdirilmiş kredit reyestrində qeydlərin silinməsi və s.” tələbi barədə iddia ərizəsinə dair e-2-2(113)-1771/2024 nömrəli kommersiya işinə birləşdirilərək, bir icraatda baxılmalıdır. Belə ki, iş materialları və eyni zamanda, "AZEMİS" Elektron Məhkəmə İnformasiya Sistemində olan məlumat bazasında olan məlumatlarla müəyyən olunur ki, iddiaçı Cavabdeh 19 fevral 2024-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdehlər İddiaçı Bank olmayan Kredit Təşkilatı Açıq Səhmdar Cəmiyyətinə və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “mərkəzləşdirilmiş kredit reyestrində qeydlərin silinməsi və s.” tələbi barədə iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etmiş və həmin iddia ərizəsinə dair kommersiya işinə e-2-2(113)- 1771/2024 nömrəsi verilərək, icraata qəbul edilmişdir. Hazırkı iddia ərizəsi isə İddiaçı Bank olmayan Kredit Təşkilatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh qarşı 07 mart 2024-cü ildə Sumqayıt Kommersiya Məhkəməsinə verilmişdir. Hər iki kommersiya işi isə eyni tərəflər (kredit verən İddiaçı Bank olmayan Kredit Təşkilatı Açıq Səhmdar Cəmiyyəti və borcalan Cavabdeh) arasında və eyni mübahisə predmeti (borc və ipoteka münasibətləri) üzrə yaranmış kommersiya mübahisələridir və bu əlaqəli işlərdən - Bakı Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(113)-1771/2024 nömrəli kommersiya işi ilkin olaraq icraata qəbul edilmiş məhkəmə işidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 43.1-ci maddəsinə əsasən, əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Həmin Məcəllənin 43.2-ci maddəsinə əsasən, bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 44.2 və 44.2.6-cı maddələrinə əsasən, bu Məcəllənin 43-cü maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Həmin Məcəllənin 45.3-cü maddəsinə əsasən, işin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra icra edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 43-45, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Vəsatətlər təmin edilsin. İddiaçı Bank olmayan Kredit Təşkilatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh qarşı verilmiş “borcun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi” tələbi barədə olan e-2-2(119)-518/2024 nömrəli kommersiya işi Bakı Kommersiya Məhkəməsinin icraatında olan iddiaçı Cavabdehlər İddiaçı Bank olmayan Kredit Təşkilatı Açıq Səhmdar Cəmiyyətinə və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “mərkəzləşdirilmiş kredit reyestrində qeydlərin silinməsi və s.” tələbi barədə olan e-2-2(113)-1771/2024 nömrəli kommersiya işinə birləşdirilsin. Qərardaddan rəsmi qaydada verildikdən (elektron kabinetə yerləşdirildikdən) sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə elektron kabinet vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №e-2-2(119)-518/2024
Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-518/2024
04.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver