Məhkəmə qərarları › İş №e-2-2(119)-52/2021

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-52/2021

06.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-52/2021 06.05.2021 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Məmmədov Zahid Tahir oğlu, Abdulrəhimov Kamran Hüseyn oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 və cavabdeh "Cavabdeh" MMC-nin qanuni təmsilçisi X2 iştirakları ilə iddiaçı Sumqayıt Bələdiyyəsinin cavabdeh "Cavabdeh" MMC-yə qarşı icarə haqqının tutulması, icarə müqaviləsinin ləğv edilməsi və sair tələbinə dair iddia ərizəsi üzrə işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı icarə haqqının tutulması, icarə müqaviləsinin ləğv edilməsi və sair tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 06.05.2021-ci il tarixdə keçirilmiş məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsi M.Abbasov məhkəməyə ərizə təqdim edərək, tərəflər arasında mübahisənin məhkəmədən kənar həll edildiyini, cavabdehin iddia tələbi üzrə borcunu ödədiyini bildirərək iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi işin mahiyyəti üzrə həll olunmasını tələb etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 259.0.11, 263, 264, 267, 268, 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçının nümayəndəsi tərəfindən verilmiş “İddia ərizəsinin geri qaytarılması” barədə ərizə təmin edilsin. İddiaçı Sumqayıt Bələdiyyəsinin cavabdeh "Cavabdeh" MMC-yə qarşı icarə haqqının tutulması, icarə müqaviləsinin ləğv edilməsi və sair tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 (on) gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zahid Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar