Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-521/2020 24.09.2020 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X9 qızının katibliyi, İddiaçı Qapalı X5mayan Kredit Təşkilatının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Qapalı X5mayan Kredit Təşkilatının cavabdeh “X3 Maarifləndirilməsi” İctimai Birliyinə qarşı “borcun tutulması və borcun əmlaka yönəldilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Məhdud X1mayan Kredit Təşkilatı cavabdeh "X3 Maarifləndirilməsi” İctimai Birliyinə qarşı “borcun tutulması və borcun əmlaka yönəldilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “X3 Maarifləndirilməsi” İctimai Birliyindən 1200 (min iki yüz) manat əsas borc və 891,90 (səkkiz yüz doxsan bir manat 90 qəpik) manat faiz borcu olmaqla, cəmi 2091,90 (iki min doxsan bir manat 90 qəpik) manat məbləğində kredit borcunun və məhkəməyə iddia verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının xeyrinə tutulması və həmin borc tələbinin cavabdehə məxsus daşınmaz və daşınar əmlaklara (nəqliyyat vasitələri və texnikalara) yönəldilməsi, “X3 Maarifləndirilməsi” İctimai Birliyniin həmin əmlaklar üzərində mülkiyyət hüququna xitam verilməsi, İddiaçı QSC BOKT-nın həmin əmlaklar üzərində mülkiyyət hüququnun tanınması, müvafiq olaraq səlahiyyətli orqanların üzərinə İddiaçı QSC BOKT-nın yuxarıda qeyd edilən əmlakların yeni mülkiyyətçisi kimi qeydiyyata alınması ilə bağlı hərəkətlərin edilməsi öhdəliyinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində iddiaçı tərəfindən iddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” X4 dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2015-ci il tarixli 570 nömrəli Fərmanının və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2017-ci il tarixli 101s saylı Sərəncamının icrası ilə əlaqədar olaraq, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin problemli aktivləri (borcları) üzrə tələb hüququ xx xxxxxx 2015-ci il və xx xxxxx 2017-ci il tarixli Müqavilələr əsasında İddiaçı Qapalı X5mayan Kredit Təşkilatına keçmişdir. Həmin Fərmanın və Sərəncamın icrası ilə bağlı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin “X3 Maarifləndirilməsi” İctimai Birliyinə qarşı müqavilə öhdəliklərindən irəli gələn problemli borcu üzrə tələb hüququ da xx xxxxxx 2017-ci il tarixli S-99 saylı təhvil-təslim Aktı əsasında İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına təhvil verilmişdir. Həmin Akta əsasən cavabdehin təhvil-təslim olunan tarixə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-yə cəmi 2091,90 manat (əsas borc 1200 manat və faiz borcu 891,90 manat) məbləğində borcu olmuşdur. Həmin borc cavabdehlə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC arasında bağlanmış xx xxxx 2013-cü il tarixli 232/13 nömrəli Kredit Müqaviləsinə əsasən yaranmışdır. xx xxx 2020-ci il tarixə cavabdeh “X3 Maarifləndirilməsi” İctimai Birliyinin qeyd olunan kredit müqaviləsi üzrə cəmi ümumi borcu yenə də 2091,90 manat (əsas borc 1200 manat və faiz borcu 891,90) təşkil edir. Cavabdehlə mübahisənin məhkəməyə qədər pretenziya yolu ilə həll edilməsi prosesində müəyyən edilmişdir ki, cavabdeh tərəfindən qeyd edilən borcun iddiaçıya qaytarılması mümkün deyil. Buna görə də, qeyd edilən borcun cavabdehə məxsus daşınar və daşınmaz əmlaklara yönəldilməsi və həmin daşınar və daşınmaz əmlakların iddiaçının mülkiyyətinə keçirilməsi zərurəti yaranmışdır. Eyni zamanda, “X3 Maarifləndirilməsi” İctimai Birliyinin mülkiyyətində olan əmlaklar barədə məlumat verilməsi ilə bağlı İddiaçı QSC BOKT tərəfindən verilmiş sorğulara cavab verilməmişdir. Cavabdeh “X3 Maarifləndirilməsi” İctimai Birliyi ilə bağlanmış və iddia ərizəsinə əlavə edilən kredit Müqaviləsinin 2.1-ci bəndinə əsasən müqavilənin predmeti pul öhdəliyidir. Müqavilənin 2.3-cü bəndinə görə borcalan həmin Müqaviləyə əsasən krediti qəbul etməyi, Müqavilədə göstərilən müddətdə və qaydada krediti və ona hesablanmış faizləri qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 43.1ci maddəsinə görə hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir.Həmin Məcəllənin 52.1-ci maddəsinə görə hüquqi şəxs öz öhdəlikləri üçün ona mənsub bütün əmlakla cavabdehdir. Həmin Məcəllənin 203-cü maddəsinə görə öhdəliklər üzrə tutmanın əmlaka yönəldilməsi zamanı əmlakın mülkiyyətçidən məcburi alınmasına yol verilir. Həmin Məcəllənin 205-ci maddəsinə əsasən mülkiyyətçinin öhdəlikləri üzrə tutmanın əmlaka yönəldilməsi yolu ilə əmlakın alınması, müqavilədə tutmanın yönəldilməsinin ayrı qaydası nəzərdə tutulmayıbsa, “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikası Qanununa və ya məhkəmə qərarına əsasən həyata keçirilir. Tutmanın yönəldildiyi əmlaka mülkiyyətçinin mülkiyyət hüququna, alınmış əmlakın keçdiyi şəxsin həmin əmlaka mülkiyyət hüququnun yarandığı andan xitam verilir. Cavabdeh “X3 Maarifləndirilməsi” X7 Müqaviləsi üzrə öz öhdəliklərini pozmuşdur - bu səbəbdən borc məbləği iddiaçının xeyrinə tutulmalıdır; qeyd edilən borc məbləğinin qaytarılması üçün cavabdehin maddi vəsaiti yoxdur; cavabdeh hüquqi şəxs olduğu üçün öhdəliklərinə görə bütün əmlakı ilə cavabdehdir və cavabdeh öhdəliklərini icra etmək iqtidarında olmadığı üçün tutma cavabdehin bütün əmlakına yönəldilməlidir; cavabdehin əmlaklar üzərində mülkiyyət hüququna xitam verilməli və iddiaçının mülkiyyət hüquqları tanınmalıdır. Məhkəmə iclasında İddiaçı Qapalı X5mayan Kredit Təşkilatının nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və cavabdeh “X3 Maarifləndirilməsi” İctimai Birliyindən 1200 manat əsas borc və 891,90 manat faiz borcu olmaqla, cəmi 2091,90 manat məbləğində kredit borcunun və məhkəməyə iddia verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının xeyrinə tutulması və həmin borc tələbinin cavabdehə məxsus daşınmaz və daşınar əmlaklara, yəni nəqliyyat vasitələrinə və texnikalara yönəldilməsi, “X3 Maarifləndirilməsi” İctimai Birliyinin həmin əmlaklar üzərində mülkiyyət hüququna xitam verilməsi, İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının həmin əmlaklar üzərində mülkiyyət hüququnun tanınması, müvafiq olaraq səlahiyyətli orqanların üzərinə İddiaçı QSC BOKT-nın yuxarıda qeyd edilən əmlakların yeni mülkiyyətçisi kimi qeydiyyata alınması ilə bağlı hərəkətlərin edilməsi öhdəliyinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh “X3 Maarifləndirilməsi” İctimai Birliyi məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, onun nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən kommersiya işinə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirkaçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx xxxx 2013-cü il tarixli 232/13 nömrəli Kredit Müqaviləsindən görünür ki, borcverən “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” X8 ilə borcalan “X3 Maarifləndirilməsi” İctimai Birliyi arasında bağlanmış həmin Müqaviləyə əsasən sonuncuya 3 ay müddətinə illik 22% faiz dərəcəsi ilə 3000 (üç min) manat məbləğində kredit verilmişdir. İş materialları ilə müəyyən olunur ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” X8 ilə İddiaçı Qapalı X5mayan Kredit Təşkilatı arasında bağlanmış ““xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin problemli aktivləri üzrə tələb hüququnun güzəşt edilməsinə dair” xx xxxxxx 2015ci il tarixli və xx xxxxx 2017-ci il tarixli Müqavilələrə əsasən “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” X4 problemli aktivlərinin tələb hüququ İddiaçı Qapalı X5mayan Kredit Təşkilatına keçmişdir. İş materialları ilə müəyyən olunur ki, borcverən “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin borcalan “X3 Maarifləndirilməsi” İctimai Birliyi arasında bağlanmış xx xxxx 2013cü il tarixli 232/13 nömrəli Kredit Müqaviləsi üzrə öhdəliklərdən irəli gələn problemli borc üzrə tələb hüququ xx xxxxxx 2017-ci il tarixli S-99 saylı təhvil-təslim Aktı əsasında İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına təhvil verilmişdir. Həmin Aktdan görünür ki, borcalan “X3 Maarifləndirilməsi” İctimai Birliyinin təhvil-təslim olunan tarixə borcverən “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-yə cəmi 2091,90 manat (əsas borc 1200 manat; faiz borcu 891,90 manat) məbləğində borcu olmuşdur. İş materiallarında olan xx xxx 2020-ci il tarixli Maliyyə Arayışından görünür ki, borcalan “X3 Maarifləndirilməsi” İctimai Birliyinin xx xxxx 2013-cü il tarixli 232/13 nömrəli Kredit Müqaviləsi üzrə 1200 (min iki yüz) manat əsas borc və 891,90 (səkkiz yüz doxsan bir manat 90 qəpik) manat faiz borcu olmaqla, cəmi 2091,90 (iki min doxsan bir manat 90 qəpik) manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Beləliklə də, təsvir olunanlarla müəyyən edilir ki, borcalan “X3 Maarifləndirilməsi” İctimai Birliyi borcverən “xxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC ilə xx xxxx 2013-cü il tarixli 232/13 №-li Kredit Müqaviləsini bağlayarkən götürdüyü öhdəlikləri pozmuş və onları lazımı qaydada icra etməyərək, həmin Müqavilə üzrə ödənilməli olan borcu müvafiq qaydada ödəməmiş və bununla da, iddiaçıdan aldığı krediti Müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla, müqavilə öhdəliklərini yerinə yetirməmişdir. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” X4 dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2015-ci il tarixli 570 nömrəli Fərmanının və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2017-ci il tarixli 101s saylı Sərəncamının icrası ilə əlaqədar “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin problemli aktivləri (borcları) üzrə tələb hüququ İddiaçı Qapalı X5mayan Kredit Təşkilatına keçmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 194.1-ci maddəsinə əsasən, tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür. Həmin Məcəllənin 194.2-ci maddəsinə əsasən, tələbin güzəşti tələbin sahibi ilə üçüncü şəxs arasında bağlanan müqavilə ilə həyata keçirilir və belə hallarda ilk sahibin yerini üçüncü şəxs tutur. Bu halda “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tələbin sahibi ilə borclu arasında bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. İş materiallarından görünür ki, borcalan “X3 Maarifləndirilməsi” İctimai Birliyinə borcun müvafiq qaydada ödənilməsi barədə xəbərdarlıq olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən,əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, xx xxxx 2013-cü il tarixli 232/13 №-li Kredit Müqaviləsini üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirmədiyi üçün cavabdeh “X3 Maarifləndirilməsi” İctimai Birliyindən 1200 manat məbləğində əsas borcun və 891,90 manat məbləğində faiz borcunun tutulması barədə iddia tələbi əsaslıdır. Eyni zamanda məhkəmə hesab edir ki, iddia tələbinin "borc tələbinin cavabdehə məxsus daşınmaz və daşınar əmlaklara (nəqliyyat vasitələri və texnikalara) yönəldilməsi, “X3 Maarifləndirilməsi” İctimai Birliyinin həmin əmlaklar üzərində mülkiyyət hüququna xitam verilməsi, İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının həmin əmlaklar üzərində mülkiyyət hüququnun tanınması, müvafiq olaraq səlahiyyətli orqanların üzərinə İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının yuxarıda qeyd edilən əmlakların yeni mülkiyyətçisi kimi qeydiyyata alınması ilə bağlı hərəkətlərin edilməsi öhdəliyinin qoyulması" hissəsi isə əsaslı deyildir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və cavabdeh “X3 Maarifləndirilməsi” İctimai Birliyindən 1200 manat məbləğində əsas borc və 891,90 manat məbləğində faiz borcu olmaqla - cəmi 2091,90 manat məbləğində kredit borcu İddiaçı Qapalı X5mayan Kredit Təşkilatının xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Eləcə də, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 30 (otuz) manat məbləğində dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh “X3 Maarifləndirilməsi” İctimai Birliyindən 1200 (min iki yüz) manat məbləğində əsas borc, 891,90 (səkkiz yüz doxsan bir manat 90 qəpik) manat məbləğində faiz borcu və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla - cəmi 2121,90 (iki min yüz iyirmi bir manat 90 qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Qapalı X5mayan Kredit Təşkilatının xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №e-2-2(119)-521/2020
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-521/2020
24.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver