Məhkəmə qərarları › İş №e-2-2(119)-522/2020

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-522/2020

03.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-522/2020 03.11.2020 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X3 qızının katibliyi, cavabdeh “X2” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 Vəliyəddin oğlunun iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər “X2” Məhdud Məsuliyyətli Cəmiyyətinə, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2, Cavabdeh6, Cavabdeh7, Cavabdeh9, Cavabdeh10, Cavabdeh1, Cavabdeh8, Cəmilli Elnur Muxtar oğluna və Cavabdeh11 qarşı “borcun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdehlər “X2” Məhdud Məsuliyyətli Cəmiyyətinə, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2, Cavabdeh6, Cavabdeh7, Cavabdeh9, Cavabdeh10, Cavabdeh1, Cavabdeh8, Cəmilli Elnur Muxtar oğluna və Cavabdeh11 qarşı “borcun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsi və “iddia tələbinin həcminin artırılması” barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər “X2“ MMC-dən, Cavabdeh5 və Cavabdeh4 İddiaçıASC-nin xeyrinə xx xxxxxxxx 2018-ci il tarixli 4-BİZG5Z2-2-0-3-18 (1) saylı kredit müqaviləsi üzrə banka 752224,29 ABŞ dolları əsas, 28835,1 ABŞ dolları faiz və 714,57 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 781773,96 ABŞ dolları borcun, 07 sentyabr tarixli 2018-ci il 4-BİZG5Z2-2-0- 3-18 (2) saylı kredit müqaviləsi üzrə banka 2289058,54 manat əsas, 146245,29 manat faiz və 1482,35 manat cərimə borcu olmaqla, cəmi 2436786,18 manat borcun, xx xxxxxxxx 2018-ci il tarixli 4-BİZG5Z2-2-0-3-18 (3) saylı kredit müqaviləsi üzrə banka 512334,83 manat əsas və 32732,1 manat faiz borcu olmaqla, cəmi 545066,93 manat borcun, xx xxxxx 2019-ci il tarixli 4-BİZG5Z2-2-0-3-18 (4) saylı kredit müqaviləsi üzrə banka 200663,86 ABŞ dolları əsas, 4872,78 ABŞ dolları faiz və 15980,68 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 2674,6 ABŞ dolları məbləğində əldən çıxmış fayda borcu olmaqla, cəmi 224191,92 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat dövlət rüsumunun və 80 manat xidmət haqqının ödənilməsi; Borcun əvəzi “X2” MMC-nin mülkiyyətindəki iddia ərizəsinə əlavə edilmiş xx.xx.2018-ci il tarixli 4-BİZG5Z2-2-0-3-18 (G) saylı Sonrakı Girov müqaviləsinə 1 saylı Əlavədə göstərilən avadanlıqlara yönəldilməsi və açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi; Tutmanın “X2“ MMC-yə məxsus ünvan 1 ünvanında yerləşən 7492,8 kv.m ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisəyə yönəldilməsi, həmin əmlak kompleksi kimi müəssisənin açıq hərracdan satılması və borcun ünvan 1 ünvanında yerləşən 7492,8 kv.m ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisənin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməsi; Tutmanın Cavabdeh6 məxsus Sumqayıt şəhəri, 10-cu mikrorayon ünvanında yerləşən 68,3 kv.m ümumi sahədən ibarət 66A nömrəli evin 21 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun Sumqayıt şəhəri, 10-cu mikrorayon ünvanında yerləşən 68,3 kv.m ümumi sahədən ibarət 66A nömrəli evin 21 nömrəli mənzilinin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməsi; Tutmanın Cavabdeh4 məxsus Sumqayıt şəhəri, 12-ci mikrorayon ünvanında yerləşən 112,6 kv.m ümumi sahədən ibarət 9 nömrəli evin 22 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun Sumqayıt şəhəri, 12-ci mikrorayon ünvanında yerləşən 112,6 kv.m ümumi sahədən ibarət 9 nömrəli evin 22 nömrəli mənzilinin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməsi; Tutmanın Cavabdeh2 məxsus Sumqayıt şəhəri, Corat qəsəbəsi, 2-ci məhəllə 105 ünvanında yerləşən 599,6 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərracdan satılması və borcun Sumqayıt şəhəri, Corat qəsəbəsi, 2-ci məhəllə 105 ünvanında yerləşən 599,6 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməsi; Tutmanın Cəmilli Elnur Muxtar oğluna məxsus Abşeron rayonu, Məmmədli kəndi, Zabrat - Kürdəxanı yolu ünvanında yerləşən 0,2857 ha torpaq sahəsi və üzərindəki əmlak kompleksi kimi müəssisəyə yönəldilməsi, həmin torpaq sahəsi və üzərindəki əmlak komleksi kimi müəssisənin açıq hərracdan satılması və borcun Abşeron rayonu, Məmmədli kəndi, Zabrat-Kürdəxanı yolu ünvanında yerləşən 0,2857 ha torpaq sahəsi və üzərindəki əmlak kompleksi kimi müəssisənin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməsi; Satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi; “X2“ MMC-yə məxsus olan ünvan 1 ünvanında yerləşən 7492.8 kv.m ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisəyə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra həmin əmlak kompleksi kimi müəssisənin boşaldılması və Banka təhvil verilməsi; Cavabdeh6 məxsus Sumqayıt şəhəri, 10-cu mikrorayon ünvanında yerləşən 68,3 kv.m ümumi sahədən ibarət 66 A nömrəli evin 21 nömrəli mənzilinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh6, Cavabdeh11, Cavabdeh1 və Cavabdeh8 Sumqayıt şəhəri, 10-cu mikrorayon ünvanında yerləşən, 68,3 kv.m ümumi sahədən ibarət 66 A nömrəli evin 21 nömrəli mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh6, Cavabdeh11, Cavabdeh1 və Cavabdeh8 həmin mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi; Cavabdeh4 məxsus olan Sumqayıt şəhəri, 12-ci mikrorayon ünvanında yerləşən 112,6 kv.m ümumi sahədən ibarət 9 nömrəli evin 22 nömrəli mənzilinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh4, Cavabdeh2, Cavabdeh9, Cavabdeh7 və Cavabdeh10 Sumqayıt şəhəri, 12-ci mikrorayon ünvanında yerləşən 112,6 kv.m ümumi sahədən ibarət 9 nömrəli evin 22 nömrəli mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh4, Cavabdeh2, Cavabdeh9, Cavabdeh7 və Cavabdeh10 həmin mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi; Cavabdeh2 məxsus Sumqayıt şəhəri, Corat qəsəbəsi, 2-ci məhəllə 105 ünvanında yerləşən 599,6 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh2 və digər şəxslərin Sumqayıt şəhəri, Corat qəsəbəsi, 2-ci məhəllə 105 ünvanında yerləşən 599,6 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh2 və digər şəxslərin həmin fərdi yaşayış evindən çıxarılmaları, həmin fərdi yaşayış evinin boşaldılması və Banka təhvil verilməsi; Cəmilli Elnur Muxtar oğluna məxsus olan Abşeron rayonu, Məmmədli kəndi, Zabrat-Kürdəxanı yolu ünvanında yerləşən 0,2857 ha torpaq sahəsi və üzərindəki əmlak kompleksi kimi müəssisəyə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra həmin əmlak kompleksi kimi müəssisənin boşaldılması və Banka təhvil verilməsi; “X2“ MMC ilə “xxxxxx” İKB ASC arasında bağlanmış xx xxxxxxxx 2018-ci il tarixli Baş Kredit Müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin iddia tələbinə dair kommersiya işi üzrə xx xxxxxx 2020-ci il tarixinə təyin edilmiş məhkəmə baxış iclasına cavabdeh “X2” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 Vəliyəddin oğlu gəlmiş olsa da, digər cavabdehlər və iddiaçının nümayəndəsi lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, gəlməmişlər. Lakin, cavabdehlər Cavabdeh5, Cavabdeh2 və Cavabdeh6 ayrı-ayrılıqda məhkəməyə yazılı vəsatətlərlə müraciət edərək, İddiaçı Açıq Səhmdar Cəmiyyəti hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən onlarla mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi tələbinə riayət edilmədiyi üçün iddia ərizəsinin geri qaytarılması və yaxud iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərardad qəbul edilməsini xahiş etmişlər. Məhkəmə proses iştirakçısını dinləyib, vəsatətləri, iddia ərizəsini və iddia ərizəsi ilə birlikdə məhkəməyə təqdim edilmiş sənədləri araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər “X2” Məhdud Məsuliyyətli Cəmiyyətinə, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2, Cavabdeh6, Cavabdeh7, Cavabdeh9, Cavabdeh10, Cavabdeh1, Cavabdeh8, Cəmilli Elnur Muxtar oğluna və Cavabdeh11 qarşı “borcun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, hazırkı iddia tələbi üzrə mübahisə predmeti olan Cavabdeh2 ilə bağlanmış xx xxxxxxxx 2018-ci il tarixli 4-BİZG5Z2-2-0-3-18 (İ4) nömrəli X1 10.5-ci bəndində və eləcə də, Cavabdeh6 ilə bağlanmış xx xxxxxxxx 2018-ci il tarixli 4-BİZG5Z2-2-0-3-18 (İ12) nömrəli X1 10.5-ci bəndində “bu Müqavilənin icrası ilə əlaqədar tərəflər arasında yaranmış mübahisələr qarşılıqlı razılıqla həll edilir. Qarşılıqlı razılıqla həll edilməyən mübahisələr Azərbaycan Respublikasının aidiyyəti məhkəmələri tərəfindən həll olunur” (hər iki müqavilədə eyni qaydada ifadə olunmuşdur) şərtinin nəzərdə tutulmasına baxmayaraq, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdən əvvəl həmin şərtin tələblərinə riayət edərək, müvafiq qaydada mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi üçün həmin cavabdehlərə müraciət etməmişdir. Qeyd etmək lazımdır ki, həmin cavabdehlərə məhkəməyə müraciət edilənədək "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq “ipoteka predmetinə tutmanın yönəldilməsi” barədə bildiriş göndərilmiş olsa da (həmin bildirişlər cavabdehlərə çatdırılmamışdır), həmin Bildiriş yuxarıda qeyd olunan Müqavilələrin 10.5-ci bəndində qeyd olunan şərtlərin yerinə yetirilməsi kimi qəbul oluna bilməz. Çünki, Qanunla nəzərdə tutulmuş “ipoteka predmetinə tutmanın yönəldilməsi” barədə bildirişin göndərilməsi - tərəflər arasında bağlanmış Müqavilələrin yuxarıda qeyd olunan tələblərinin yerinə yetirilməsi deyildir. Eyni zamanda, məhkəmə iddiaçının diqqətinə çatdırır ki, yuxarıda təsvir olunan qaydalara eyni qaydada xx xxxxxxxx 2018-ci il tarixli İpoteka Müqaviləsi üzrə tərəf olan digər cavabdeh Cəmilli Elnur Muxtar oğlu ilə əlaqədar da yerinə yetirilməlidir. Eləcə də, Cavabdeh5 ünvanı “ünvan 7 (iddia ərizəsində cavabdehin qeyd edilən ünvanı) olsa da, iddiaçı tərəfindən ona ünvanlanmış “Xəbərdarlıq” (pretenziya) məktubu “ünvan 8 ünvanına göndərilmiş və bu səbəbdən də həmin poçt göndərişinin qaiməsində “səhv ünvan” qeydi aparılaraq, “pretenziya məktubu” cavabdehə çatdırılmadan geri qaytarılmışdır. Bununla da, yəni iddiaçı məktubu səhv ünvana göndərməklə Cavabdeh5 ilə əlaqədar da mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi tələbinə riayət etməmişdir. Həmçinin, hazırkı iddia ərziəsində “X2“ MMC ilə “xxxxxx” İKB ASC arasında bağlanmış xx xxxxxxxx 2018-ci il tarixli Baş Kredit Müqaviləsinin ləğv edilməsi” tələbinin nəzərdə tutulmasına və ayrı-ayrı müqavilələr üzrə müxtəlif miqdarlarda borc məbləğləri tələb edilməsinə baxmayaraq, cavabdehlər “X2” Məhdud Məsuliyyətli Cəmiyyətinə, Cavabdeh5 və Cavabdeh4 ünvanlanmış “Xəbərdarlıq” (pretenziya) məktublarında müqavilənin ləğv edilməsi və eləcə də, tələb olunan borc məbləğləri (iddia tələbində verilmiş) göstərilməyərək, həmin tələblər üzrə həmin cavabdehlərlə mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi tələbinə müvafiq qaydada riayət olunmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.3-cü maddəsinə əsasən, əgər qanunla müəyyən kateqoriya kommersiya mübahisələri üçün məhkəməyə qədər nizamlama (pretenziya) qaydası müəyyən olunarsa və yaxud bu, tərəflər arasında müqavilə ilə nəzərdə tutularsa, mübahisə həmin qaydaya riayət edildikdən sonra kommersiya məhkəməsinin həllinə verilə bilər. Həmin Məcəllənin 149.2.4-cü maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat iddia ərizəsində göstərilməlidir. Həmin Məcəllənin 150.0.7-ci maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməlidir. Göründüyü kimi, yuxarıda təsvir olunan həmin hallar hazırkı mübahisə ilə əlaqədar məhkəməyə müraciət etməzdən əvvəl iddiaçı tərəfindən Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 4.3-cü və 150.0.7-ci maddələrinin tələblərinin lazımi qaydada yerinə yetirilmiş olmasını təsdiq etmir. Halbuki, həmin tələblər kommersiya mübahisləri ilə əlaqədar məhkəməyə müraciət etməzdən əvvəl iddiaçının yerinə yetirməli olduğu zəruri hərəkətlərdir ki, məlum mübahisə ilə əlaqədar iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdeh tərəf həmin mübahisədən xəbər tutub, mübahisənin məhkəməyə qədər nizama salınması imkanlarından istifadə edə bilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.1-ci maddəsinə əsasən, məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə - ərizə baxılmamış saxlanılır. Beləliklə də, yuxarıda təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehlərlə mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi tələblərinə müvafiq qaydada yerinə yetirilməməsi - gələcəkdə mübahisəni mahiyyəti üzrə həll edəcək məhkəmə aktının qanuniliyni və əsaslılığını şübhə altına ala biləcəyindən, həmin tələbin yerinə yetirilməsi məqsədi ilə hazırkı mərhələdə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.1-ci maddəsinə əsasən iddia ərizəsi baxılmamış saxlanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259, 260, 263, 264, 267 və 268-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər “X2” Məhdud Məsuliyyətli Cəmiyyətinə, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2, Cavabdeh6, Cavabdeh7, Cavabdeh9, Cavabdeh10, Cavabdeh1, Cavabdeh8, Cəmilli Elnur Muxtar oğluna və Cavabdeh11 qarşı “borcun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işi baxılmamış saxlanılsın. Qərardaddan 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar