Məhkəmə qərarları › İş №e-2-2(119)-525/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-525/2025

23.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-525/2025 23.12.2025 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Quliyeva Aynur Pərviz qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, Cavabdeh4nə, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh2 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi” barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, Cavabdeh4nə, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh2 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada 31 yanvar 2023-cü tarixli, sm6255 nömrəli kredit müqaviləsi üzrə 116609,31 (yüz on altı min altı yüz doqquz manat otuz bir qəpik) manat məbləğində əsas borc, 8667,02 (səkkiz min altı yüz altmış yeddi manat iki qəpik) manat məbləğində faiz borcu, 3022,79 (üç min iyirmi iki manat yetmiş doqquz qəpik) manat dəbbə pulu olmaqla, cəmi 128299,12 (yüz iyirmi səkkiz min iki yüz doxsan doqquz manat on iki qəpik) manat məbləğində borcun və 27 fevral 2024-cü tarixli, sm6627/1 nömrəli kreditin verilməsinə dair razılaşma 118750 (yüz on səkkiz min yeddi yüz əlli) manat məbləğində əsas borc, 2492,60 (iki min dörd yüz doxsan iki manat altmış qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 121242,60 (yüz iyirmi bir min iki yüz qırx iki manat altmış qəpik) manat məbləğində borcun, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 270 (iki yüz yetmiş) manat məbləğində rüsumun və dövlət rüsumu kimi ödənilmiş 419 (dörd yüz on doqquz) manat məbləğində pulun İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, tutmanın tam mülkiyyət hüququ ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus Sumqayıt şəhəri, X2 qəsəbəsi (yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən dövlət mülkiyyətində olan 0,227640 ha torpaq sahəsi üzərində yerləşən, 2106,7 kv.m ümumi sahəsi olan əmlak kompleksi kimi müəssisəyə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi, bu əmlakın açıq hərracdan satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cəmi 249541 (iki yüz qırx doqquz min beş yüz qırx bir) manat məbləğində borcunun, dövlət rüsumu və xidmət haqqı kimi ödənilmiş pul vəsaitinin ödənilməsi, ipoteka predmetinin açıq hərracdan satılmaqla əldə edilmiş vəsait qeyd olunan kredit müqavilələri üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, qalan borcun ümumi birgə qaydada cavabdehlərdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış 31 yanvar 2023-cü tarixli, sm6255 saylı kredit müqaviləsinə əsasən cavabdehə xammal alışı məqsədilə illik 15 % faiz dərəcəsi olmaqla 36 ay müddətinə 200000 manat məbləğində kredit verilmişdir. Həmçinin İddiaçı ASC ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış 09 fevral 2024-cü il tarixli, sm6627 saylı kredit limitinin ayrılmasına dair əsas şərtlər-razılaşma çərçivəsində bağlanmış 27 fevral 2024-cü il tarixli, sm6627/1 saylı razılaşmaya əsasən dövriyyə vəsaitinin artırılması məqsədilə müştəriyə ilik faiz dərəcəsi 5% olmaqla, 24 ay müddətinə 150000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqavilələri üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq İddiaçı ASC ilə digər cavabdehlər Cavabdeh4 MMC, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh2 arasında 31 yanvar 2023-cü tarixli, sm6255 saylı və 09 fevral 2024-cü il tarixli, sm6627 saylı zaminlik müqavilələri bağlanmışdır. Həmin müqavilələr üzrə zaminlər kredit müqavilələri üzrə öhdəliklər tam icra olunana qədər borclu ilə birlikdə məsuliyyət daşıyırlar. 31 yanvar 2023-cü tarixli, sm6255 saylı kredit müqaviləsindən, 09 fevral 2024-cü il tarixli, sm6627 saylı razılaşma və sonrakı 27 fevral 2024-cü il tarixli razılaşmadan irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi tam mülkiyyət hüququ ilə "xxxx" MMC-yə məxsus, Sumqayıt şəhəri, X2 qəsəbəsi, yeni qaydalarla, Sumqayıt şəhəri, Kənan Əhmədov küçəsi, 41 ünvanında, 0,22764 ha torpaq sahəsində yerləşən, 2106,7 kv.m ümumi sahəsi olan əmlak kompleksi kimi müəssisə İddiaçı ASC qarşısında 01 dekabr 2023-cü il tarixli, sm6255 saylı ipoteka müqaviləsi və sonrakı ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İpoteka müqavilələri notarial qaydada təsdiq edilmiş, dövlət qeydiyyatına alınmış və bu barədə banka yüklülük çıxarışları verilmişdir. Bağlanmış müqavilə və razılaşmaların şərtlərinə görə cavabdehlər kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Kreditlər üzrə ödənişləri qrafikə uyğun ödəməli olduqları barədə "xxxx" MMC, Cavabdeh4 MMC, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh2 yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öhdəliklərin icra edilməsindən qərəzli olaraq yayınmışlar. Təqdim olunan maliyyə arayışına əsasən cavabdehlərin 29 dekabr 2024-cü il tarixinə 31 yanvar 2023-cü tarixli, sm6255 saylı kredit müqaviləsi üzrə borcunun məbləği kreditə görə 116609,31 manat, faiz borcuna görə 8667,02 manat, dəbbə borcuna görə 3022,79 manat olmaqla, cəmi 128299,12 manat təşkil edir. Maliyyə arayışına əsasən cavabdehlərin 29 dekabr 2024-cü il tarixinə 27 fevral 2024-cü tarixli, sm6627/1 saylı razılaşma üzrə borcunun məbləği kreditə görə 118750 manat, faiz borcuna görə 2492,60 manat, dəbbə borcuna görə 0 manat olmaqla, cəmi 121242,60 manat təşkil edir. Azərbaycan Respublikasının “İpoteka” haqqında Qanunun 36-cı maddəsinin tələblərinə riayət olunaraq iddiaçı bank tərəfindən ipoteka qoyan cavabdehə müvafiq bilidirişlə müraciət edilmişdir və ipoteka predmeti kimi çıxış edən əmlaka tutmanın yönəldiməsi barədə bildirişin rəsmi qaydada qeydə alınması barədə müvafiq orqana müraciət olunmuşdur və bildiriş həmin orqanda qeydə alınmışdır. Qeyd olunanlara əsasən cavabdehlər "xxxx" MMC, Cavabdeh4 MMC, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh2 hər iki müqavilə üzrə cəmi 249541,82 manat məbləğində pul tutulmalıdır. Həmçinin bütün tələblər ipoteka predmetinə yönəldilməlidir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti 17 iyul 2025-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə iddia ərizəsinə əlavə təqdim edərək, əmlakın qiymətləndirilməsi rəyi ilə əlaqədar iddiaçı tərəfindən ödənilmiş 3000 manat pulun cavabdehlərdən iddiaçının xeyrinə tutulması məsələsinin də yekun məhkəmə qərarı qəbul edilərkən nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməsi haqqında qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdehlər "xxxx" MMC, Cavabdeh4 MMC, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh2 məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmənin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəmədə iştirak etməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iddia ərizəsini, iddia ərizəsinə əlavəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" MMC-nin təsisçilərinin 16 yanvar 2023-cü il tarixli qərarına əsasən dövriyyə vəsaitlərinin artırılması məqsədilə illik 15 % olmaqla 36 ay müddətinə 200000 manat məbləğində kredit alınması üçün İddiaçı ASC-yə müraciət edilməsi qərara alınmışdır. İş materiallarında olan Cavabdeh4 MMC-nin təsisçilərinin 27 yanvar 2023-cü il tarixli qərarına əsasən İddiaçı ASC ilə "xxxx" MMC arasında illik 15 % olmaqla 36 ay müddətinə 200.000 manat məbləğində kredit alınması üçün bağlanacaq müqavilə üzrə Cavabdeh4 MMC-nin zamin kimi çıxış etməsi qərara alınmışdır. İş materiallarında olan borcverən İddiaçı ASC, borcalan "xxxx" MMC, zaminlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh2 tərəfindən imzalanmış 31 yanvar 2023-cü il tarixli sm6255 nömrəli kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən borcverən İddiaçı ASC borcalan "xxxx" MMC-yə xammal alışı məqsədilə 200.000 manat məbləğində kredit verməyi, borcalan isə aldığı krediti müqavilədə nəzərdə tutulan şərtlərlə və onun ayrılmaz tərkib hissəsi sayılan kredit ödəniş cədvəlinə uyğun olaraq borcverənə qaytarmağı və kreditdən istifadəyə görə hesablanmış faizləri ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən kredit 36 ay müddətinə verilir. Müqavilənin 2.3-cü bəndinə əsasən kreditə görə illik 15 faiz hesablanır. Müqavilə üzrə faktiki illik faiz dərəcəsi 15 faiz təşkil edir. Müqavilənin 2.7-ci bəndinə əsasən, borcalan hesablanmış kredit faizlərini və əsas borc qalığını annuitet qaydada aylıq ödəməyi öhdəsinə götürür. Əsas borc kredit müddətinin son gününədək ödənilməlidir. Bu müqavilə üzrə verilmiş kreditin müddəti bitdikdə və borcalan kredit borcunu ödəmədikdə, kreditin ödənilməyən əsas məbləği üçün faizlər bu müqavilənin 2.3-cü bəndində göstərilən faiz dərəcəsinin 2 qatı həcmində, yəni 30 faiz borc tam ödənilən günədək hesablanır və borcalan tərəfindən tam ödənilməlidir. Müqavilənin 6.4-cü bəndinə görə kreditin təminatı Cavabdeh4, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh2 zaminliyidir. İş materiallarında olan sm6255 nömrəli kredit müqaviləsi üzrə ödəniş qrafikinə əsasən borcun sonuncu ödəniş tarixi 31 yanvar 2026-ci il tarixi müəyyən olunmuşdur. İş materiallarında olan kreditor İddiaçı ASC, borcalan "xxxx" MMC və zaminlər Cavabdeh2, Cavabdeh4 MMC, Cavabdeh3 və Cavabdeh5 arasında bağlanmış 31 yanvar 2023-cü il tarixli sm6255 nömrəli zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən zaminlər 31 yanvar 2023-cü il tarixli sm6255 saylı kredit müqaviləsinə əsasən bankdan kredit götürmüş borclunun kreditor qarşısında öhdəliklərinin tamamilə və ya hissə-hissə icra edilməsi üçün məsuliyyəti öz üzərlərinə götürmüşlər. İş materiallarında olan Cavabdeh4 MMC-nin təsisçilərinin 06 fevral 2024-cü il tarixli qərarına əsasən İddiaçı ASC ilə "xxxx" MMC arasında illik 30 % olmaqla 84 ay müddətinə ******* manat məbləğində kredit alınması üçün bağlanacaq müqavilə üzrə Cavabdeh4 MMC-nin zamin kimi çıxış etməsi qərara alınmışdır. İş materiallarında olan 09 fevral 2024-cü il tarixli sm6627 nömrəli kredit limitinin ayrılmasına dair əsas şərtlər-razılaşmaya əsasən borcverən İddiaçı ASC tərəfindən borcalan "xxxx" MMC-yə illik 30 faiz olmaqla, 84 ay müddətinə ******* manat məbləğində kredit limiti ayrılmışdır. Həmin kredit limiti çərçivəsində İddiaçı ASC ilə "xxxx" MMC arasında bağlanmış 27 fevral 2024-cü il tarixli sm6627/1 nömrəli kredit verilməsinə dair əsas şərtlər-razılaşmaya əsasən İddiaçı ASC tərəfindən "xxxx" MMC-yə illik faiz dərəcəsi 5 % olmaqla 24 ay müddətinə 150000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan kreditor İddiaçı ASC ilə zaminlər Cavabdeh2, Cavabdeh4 MMC, Cavabdeh3 arasında bağlanmış 09 fevral 2024-cü il tarixli sm6627 nömrəli zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən zaminlər 09 fevral 2024-cü il tarixli sm6627 saylı kredit limitinin ayrılmasına dair razılaşma üzrə bağlanacaq bütün razılaşmalara əsasən bankdan kredit götürmüş borclu "xxxx" MMC-nin kreditor qarşısında öhdəliklərinin tamamilə və ya hissə-hissə icra edilməsi üçün məsuliyyəti öz üzərlərinə götürmüşlər. İş materiallarında olan 29 dekabr 2024-cü il tarixli arayışa əsasən borclu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 31 yanvar 2023-cü il tarixli sm6255 nömrəli müqavilə üzrə 28 dekabr 2024-cü il tarixinə 116609,31 manat əsas borcu, 8667,02 manat faiz borcu, 3022,79 manat cərimə borcu olmaqla, cəmi borcu 128299,12 manat təşkil edir. İş materiallarında olan 29 dekabr 2024-cü il tarixli arayışa əsasən borclu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 27 fevral 2024-cü il tarixli sm6627/1 nömrəli müqavilə üzrə 28 dekabr 2024-cü il tarixinə 118750 manat əsas borcu, 2492,6 manat faiz borcu, 0 manat cərimə borcu olmaqla, cəmi borcu 121242,6 manat təşkil edir. İş materiallarında olan iddiaçı tərəfindən cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, Cavabdeh4nə, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh2 ünvanlanmış 29 dekabr 2024-cü il tarixli bildirişlərdən görünür ki, cavabdeh "xxxx" MMC-nin 31 yanvar 2023-cü il tarixli sm6255 nömrəli müqavilə üzrə 28 dekabr 2024-cü il tarixinə hesablanmış 116609,31 manat əsas borcu, 8667,02 manat faiz borcu, 3022,79 manat cərimə borcu olmaqla, cəmi 128299,12 manat borcun olduğu bildirilmiş, borcun 3 iş günü müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə həmin borcun ödənilməsi üçün məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan iddiaçı tərəfindən cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, Cavabdeh4nə, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh2 ünvanlanmış 29 dekabr 2024-cü il tarixli bildirişlərdən görünür ki, cavabdeh "xxxx" MMC-nin 27 fevral 2024-cü il tarixli sm6627/1 nömrəli razılaşma üzrə 28 dekabr 2024-cü il tarixinə hesablanmış 118750 manat əsas borcu, 2492,6 manat faiz borcu, 0 manat cərimə borcu olmaqla, cəmi 121242,6 manat borcun olduğu bildirilmiş, borcun 3 iş günü müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə həmin borcun ödənilməsi üçün məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən Sumqayıt, Hacı Zeynalabdin qəsəbəsi, yeni qaydalarla AZ 5022, Sumqayıt şəhəri, Kənan Əhmədov küçəsi, 41 ünvanında, 0,22764 ha torpaq sahəsində yerləşən, 2106,7 kv.m sahəsi olan əmlak kompleksi xüsusi mülkiyyət hüququ üzrə "xxxx" MMC-nin adına qeydiyyata alınmışdır. İş materiallarında olan "xxxx" MMC-nin təsisçilərinin 30 noyabr 2023-cü il tarixli qərarına əsasən Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi (yeni qaydalarla: AZ 5022, ünvan 1 ünvanında 0,22764 ha torpaq sahəsində yerləşən, 2106,7 kv.m sahəsi olan əmlak kompleksi kimi müəssisənin 31 yanvar 2023-cü il tarixli sm6255 nömrəli kredit müqaviləsinin təminatı kimi İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qərara alınmışdır. İş materiallarında olan ipoteka saxlayan İddiaçı ASC ilə ipoteka qoyan-borc alan "xxxx" MMC arasında bağlanmış 01 dekabr 2023-cü il tarixli sm6255 nömrəli ipoteka müqaviləsinə əsasən xüsusi mülkiyyət hüququ üzrə "xxxx" MMC-yə məxsus Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi (yeni qaydalarla: AZ 5022, ünvan 1 ünvanında 0,22764 ha torpaq sahəsində yerləşən, 2106,7 kv.m sahəsi olan əmlak kompleksi kimi müəssisə İddiaçı ASC ilə "xxxx" MMC arasında bağlanmış 31 yanvar 2023-cü il tarixli sm6255 nömrəli kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin təminatı kimi ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan Cavabdeh2 notarial qaydada təsdiqlənmiş 01 dekabr 2023-cü il tarixli ərizəsindən görünür ki, Cavabdeh2 əri Cavabdeh5 təsisçisi olduğu "xxxx" MMC-yə məxsus Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, yeni qaydalarla AZ 5022, Sumqayıt şəhəri, Kənan Əhmədov küçəsi, 41 ünvanında, 0,22764 ha torpaq sahəsində yerləşən, 2106,7 kv.m sahəsi olan əmlak kompleksinin ipoteka müqaviləsi ilə yüklü edilməsinə etiraz etmədiyini bildirmişdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli çıxarışa əsasən Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi (yeni qaydalarla: AZ 5022, ünvan 1 ünvanında 0,22764 ha torpaq sahəsində yerləşən, 2106,7 kv.m sahəsi olan əmlak kompleksi kimi müəssisə torpaq sahəsi ilə birlikdə İddiaçı ASC-nin xeyrinə yüklü edilmiş və əsas öhdəliyin mahiyyəti kimi 31 yanvar 2023-cü il tarixli sm6255 nömrəli kredit müqaviləsi göstərilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin təsisçilərinin 06 fevral 2024-cü il tarixli qərarına əsasən illik 30 % olmaqla 84 ay müddətinə ******* manat məbləğində kredit alınması üçün Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, yeni qaydalarla AZ 5022, Sumqayıt şəhəri, Kənan Əhmədov küçəsi, 41 ünvanında, 0,22764 ha torpaq sahəsində yerləşən, 2106,7 kv.m sahəsi olan əmlak kompleksi kimi müəssisənin İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qərara alınmışdır. İş materiallarında olan ipoteka saxlayan İddiaçı ASC ilə ipoteka qoyan-borc alan "xxxx" MMC arasında bağlanmış 09 fevral 2024-cü il tarixli sm6627 nömrəli sonrakı ipoteka müqaviləsinə əsasən xüsusi mülkiyyət hüququ üzrə "xxxx" MMC-yə məxsus Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi (yeni qaydalarla: AZ 5022, ünvan 1 ünvanında 0,22764 ha torpaq sahəsində yerləşən, 2106,7 kv.m sahəsi olan əmlak kompleksi kimi müəssisə İddiaçı ASC ilə "xxxx" MMC arasında bağlanmış 09 fevral 2024cü il tarixli sm6627 nömrəli kredit limitinin ayrılmasına dair əsas şərtlər-razılaşmaya, habelə bağlanılacaq bütün razılaşmalara əsasən yaranmış öhdəliyin təminatı kimi sonrakı ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan Cavabdeh2 notarial qaydada təsdiqlənmiş 09 fevral 2024-cü il tarixli ərizəsindən görünür ki, Cavabdeh2 əri Cavabdeh5 təsisçisi olduğu "xxxx" MMC-yə məxsus Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi (yeni qaydalarla: AZ 5022, ünvan 1 ünvanında 0,22764 ha torpaq sahəsində yerləşən, 2106,7 kv.m sahəsi olan əmlak kompleksinin sonrakı ipoteka müqaviləsi ilə yüklü edilməsinə etiraz etmədiyini bildirmişdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli çıxarışa əsasən Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, yeni qaydalarla AZ 5022, Sumqayıt şəhəri, Kənan Əhmədov küçəsi, 41 ünvanında, 0,22764 ha torpaq sahəsində yerləşən, 2106,7 kv.m sahəsi olan əmlak kompleksi kimi müəssisə torpaq sahəsi ilə birlikdə İddiaçı ASC-nin xeyrinə yüklü edilmiş və əsas öhdəliyin mahiyyəti kimi 09 fevral 2024-cü il tarixli sm6627 nömrəli kredit limitinin ayrılmasına dair əsas şərtlər-razılaşma göstərilmişdir. İş materiallarında olan 04 noyabr 2024-cü il tarixli RBxx-xx/2449 nömrəli bildirişə əsasən İddiaçı ASC "xxxx" MMC-dən 31 yanvar 2023-cü il tarixli sm6255 nömrəli kredit müqaviləsi üzrə ümumilikdə 122652,47 manat borcun ödənilməsini tələb etmiş, əks təqdirdə kredit müqaviləsinin təminatı olan ipoteka predmetinə tutma yönəldilməsi barədə tədbirlər görüləcəyinə dair xəbərdarlıq etmişdir. İş materiallarından görünür ki, İddiaçı ASC 14 noyabr 2024-cü il tarixli RBxx-xx/2468 nömrəli məktubla Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin Sumqayıt Şəhər Ərazi İdarəsinə müraciət edərək, 31 yanvar 2023-cü il tarixli sm6255 saylı kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olan ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasını xahiş etmişdir. İş materiallarında olan 05 dekabr 2024-cü il tarixli RBxx-xx/2551 nömrəli bildirişə əsasən, İddiaçı ASC "xxxx" MMC-dən 27 fevral 2024-cü il tarixli sm6627/1 nömrəli kredit razılaşması üzrə ümumilikdə 120863,33 manat borcun ödənilməsini tələb etmiş, əks təqdirdə kredit müqaviləsinin təminatı olan ipoteka predmetinə tutma yönəldilməsi barədə tədbirlər görüləcəyinə dair xəbərdarlıq etmişdir. İş materiallarından görünür ki, İddiaçı ASC 11 dekabr 2024-cü il tarixli RBxx-xx/2560 nömrəli məktubla Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin Sumqayıt Şəhər Ərazi İdarəsinə müraciət edərək, 27 fevral 2024-cü il tarixli sm6627/1 nömrəli kredit razılaşması üzrə öhdəliklərin təminatı olan ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasını xahiş etmişdir. İş materiallarında olan məhkəmə-mühasibatlıq ekspertizasının 5 noyabr 2025-ci il tarixli 9/2691 nömrəli rəyinə görə, "xxxx" MMC-nin İddiaçı ASC-yə 28 dekabr 2024-cü il və 23 aprel 2025-ci il tarixlərinə 31 yanvar 2023-cü il tarixli sm6255 nömrəli kredit müqaviləsi üzrə 131748,82 manat əsas borc və 9332,21 manat faiz borcu; 27 fevral 2024-cü il tarixli sm6627/1 kredit verilməsinə dair əsas şərtlər-razılaşma üzrə 125200,66 manat əsas borc, 2956,13 manat faiz borcu müəyyən edilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 27 may 2025-ci il tarixli PR/330/2025 nömrəli qiymətləndirmə rəyinə əsasən, Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, yeni qaydalarla AZ 5022, Sumqayıt şəhəri, Kənan Əhmədov küçəsi, 41 ünvanında, 0,22764 ha torpaq sahəsində yerləşən, 2106,7 kv.m sahəsi olan əmlak kompleksinin bazar qiyməti 800000 manat, likvid dəyəri 640000 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Göründüyü kimi, təsvir olunanlarla müəyyən edilir ki, İddiaçı ASC və cavabdeh "xxxx" MMC arasında kredit müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, kredit verən İddiaçı ASC üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmiş, yəni müqavilələrdə nəzərdə tutulan pul vəsaitini cavabdeh "xxxx" MMC-yə vermişdir. Lakin cavabdeh "xxxx" MMC kredit müqavilələri üzrə ödənilməli olan əsas və faiz borclarını müvafiq qaydada ödəməmiş, bununla da iddiaçıdan aldığı kreditləri müqavilələr ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla, müqavilə öhdəliklərini müvafiq qaydada yerinə yetirməmişdir. Odur ki, kredit müqavilələri üzrə kredit ödənişlərinin müqavilə şərtlərinə uyğun ödənilməsini təmin etmədiyindən həmin müqavilələr üzrə yaranmış borc cavabdeh "xxxx" MMC-dən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə qeyd edir ki, cavabdehlərdən iddiaçının xeyrinə tutulmalı əsas və faiz borcunun məbləği müəyyən edilərkən, iddia tələbi və cavabdeh tərəflərin mənafeyi nəzərə alınaraq əsas və faiz borcunun məbləği məhkəmə-mühasibatlıq ekspertizasının 5 noyabr 2025-ci il tarixli 9/2691 nömrəli rəyində müəyyən edilmiş nəticəyə əsasən deyil, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbləri (hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır) nəzərə alınmaqla, iddiaçı tərəfindən verilmiş iddia tələbinə uyğun olaraq müəyyən edilməlidir. Belə ki, məhkəmə-mühasibatlıq ekspertizasının 5 noyabr 2025-ci il tarixli 9/2691 nömrəli rəyində, "xxxx" MMC-nin 31 yanvar 2023-cü il tarixli sm6255 nömrəli kredit müqaviləsi üzrə 131748,82 manat əsas, 9332,21 manat faiz borcu və 27 fevral 2024-cü il tarixli sm6627/1 kredit verilməsinə dair əsas şərtlər-razılaşma üzrə 125200,66 manat əsas, 2956,13 manat faiz borcu müəyyən edilsə də, iddia tələbində iddiaçı tərəfindən cavabdehlərdən 31 yanvar 2023-cü il tarixli sm6255 nömrəli kredit müqaviləsi üzrə 116609,31 manat əsas, 8667,02 manat faiz borcu və 27 fevral 2024-cü il tarixli sm6627/1 nömrəli kredit verilməsinə dair əsas şərtlər-razılaşma üzrə 118750 manat əsas, 2492,6 manat faiz borcunun tutulması tələb olunur. Ona görə də, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3cü maddəsinin tələblərinə uyğun olaraq iddia tələbində göstərilən məbləğlərdə - 31 yanvar 2023-cü tarixli sm6255 nömrəli kredit müqaviləsi üzrə 116609,31 manat məbləğində əsas borc, 8667,02 manat məbləğində faiz borcu və 27 fevral 2024-cü il tarixli sm6627/1 nömrəli kredit verilməsinə dair əsas şərtlər-razılaşma üzrə 118750 manat məbləğində əsas borc, 2492,6 manat məbləğində faiz borcu iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 465.2-ci maddəsinə əsasən borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə iddianın “31 yanvar 2023-cü il tarixli sm6255 nömrəli kredit müqaviləsi üzrə 3022,79 manat məbləğində cərimənin iddiaçının xeyrinə tutulması” hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi həmin hissədə əsaslı olduğundan təmin olunmalıdır Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. - 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Kreditor İddiaçı ASC, borcalan "xxxx" MMC və zaminlər Cavabdeh2, Cavabdeh4 MMC, Cavabdeh3 və Cavabdeh5 arasında bağlanmış 31 yanvar 2023-cü il tarixli sm6255 nömrəli zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən zaminlər 31 yanvar 2023-cü il tarixli sm6255 saylı kredit müqaviləsinə əsasən bankdan kredit götürmüş borclunun kreditor qarşısında öhdəliklərinin tamamilə və ya hissə-hissə icra edilməsi üçün məsuliyyəti öz üzərlərinə götürdüklərindən, məhkəmə hesab edir ki, 31 yanvar 2023-cü il tarixli sm6255 saylı kredit müqaviləsi üzrə borcun həmin şəxslərə münasibətdə də təmin olunması üçün əsaslar mövcuddur. İddiaçı iddia tələbində 27 fevral 2024-cü il tarixli sm6627/1 nömrəli kredit verilməsinə dair əsas şərtlər-razılaşma üzrə cəmi 121242,60 manat borcun müştərək qaydada cavabdehlər Cavabdeh2, Cavabdeh4 MMC-dən, Cavabdeh3 və Cavabdeh5 tutulmasını xahiş etsə də, məhkəməyə qeyd edilən kredit razılaşması üzrə Cavabdeh5 ilə bağlanmış zaminlik müqaviləsini təqdim etməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə yalnız cavabdehlər Cavabdeh2, Cavabdeh4 MMC-nə və Cavabdeh3 münasibətdə təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. - 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. - 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: - 9.1-ci maddəsinə əsasən qanunla və ya əvvəlki ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka qoyan digər öhdəliklərini təmin etmək üçün əvvəldən ipoteka qoyulmuş əşyanı yenidən girov qoya bilər (sonrakı ipoteka). - 9.2-ci maddəsinə əsasən ipoteka qoyan ipoteka predmetinə dair bu Qanunun 10.8-ci maddəsində nəzərdə tutulmuş bütün məlumatı hər bir sonrakı ipoteka saxlayana verməlidir. - 9.3-cü maddəsinə əsasən sonrakı ipoteka saxlayanın tələbləri onların icra müddətindən asılı olmayaraq əvvəlki ipoteka saxlayanın tələbləri tam ödənildikdən sonra növbəlilik qaydasında ipoteka predmetinin dəyərindən ödənilir. - 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: - 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; - 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; - 41.1-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Göründüyü kimi, 01 dekabr 2023-cü il tarixli sm6255 nömrəli ipoteka və 09 fevral 2024-cü il tarixli sm6627 nömrəli sonrakı ipoteka müqavilələrinə əsasən Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, yeni qaydalarla AZ 5022, Sumqayıt şəhəri, Kənan Əhmədov küçəsi, 41 ünvanında, 0,22764 ha torpaq sahəsində yerləşən, 2106,7 kv.m sahəsi olan əmlak kompleksi kimi müəssisə, İddiaçı ASC ilə "xxxx" MMC arasında bağlanmış 31 yanvar 2023-cü il tarixli sm6255 nömrəli kredit müqaviləsinə və 09 fevral 2024-cü il tarixli sm6627 nömrəli kredit limitinin ayrılmasına dair əsas şərtlər-razılaşmaya, habelə bağlanılacaq bütün razılaşmalara əsasən əsasən yaranmış öhdəliklərin təminatı kimi ipoteka ilə yüklü edilmişdir. Tutmanın ipoteka predmetinə yönəldilməsi barədə tələb Mülki Məcəllənin və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğundur. Məhkəmə qeyd edir ki, ipoteka predmeti olan Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi (yeni qaydalarla: AZ 5022, ünvan 1 ünvanında 0,22764 ha torpaq sahəsində yerləşən, 2106,7 kv.m sahəsi olan əmlak kompleksi kimi müəssisənin likvid qiyməti müəyyən edilərkən "xxxx" MMC tərəfindən verilmiş 27 may 2025-ci il tarixli mütəxəssis rəyi nəzərə alınaraq, ipoteka predmetinin ilkin satış qiyməti 640000 (altı yüz qırx min) manat göstərilməlidir. Məhkəmə iddia tələbinin “hərracdan əldə edilmiş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən iddiaçının xeyrinə tutulması”na dair hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə əsassızdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Göründüyü kimi, satışdan əldə edilən məbləğ borcun ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin cavabdehlərdən tutulması qətnamənin icrası zamanı həll edilən məsələlərdəndir. Odur ki, iddianın həmin hissəsi əsassızdır. Buna görə də iddia tələbi həmin hissədə rədd edilməlidir. İş materiallarında olan ödəniş sənədlərindən müəyyən olunur ki, ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişlərin reyestrdə qeydə alınması üçün iddiaçı tərəfindən 270 (iki yüz yetmiş) manat məbləğində rüsum ödənilmişdir. Odur ki, iddia tələbi ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişlərin reyestrdə qeydə alınması üçün iddiaçı tərəfindən ödənilmiş 270 (iki yüz yetmiş) manat rüsumun cavabdehlərdən müştərək qaydada tutulması hissəsində əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.4-cü maddəsinə əsasən iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 390 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi məbləğində dövlət rüsumu tutulur. Məhkəmə hesab edir ki, iddia tələbinin “419 (dörd yüz on doqquz) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması” hissəsi əsaslı olduğundan təmin edilməli, iddiaçı tərəfindən ödənilmiş 419 (dörd yüz on doqquz) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. İş materiallarına əlavə edilmiş 10 iyun 2025-ci il tarixli ödəniş tapşırığı ilə müəyyən olunur ki, ipoteka predmetinin qiymətləndirilməsi ilə bağlı mütəxəssis rəyinin verilməsinə görə İddiaçı ASC tərəfindən "xxxx" MMC-yə 3000 (üç min) manat məbləğində ödəniş olunmuşdur. Odur ki, iddia tələbi mütəxəssis rəyinin alınmasına görə iddiaçı tərəfindən ödənilmiş 3000 (üç min) manat məbləğində xidmət haqqının əvəzinin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması hissəsində təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdеhlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən, Cavabdeh4ndən, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 31 yanvar 2023-cü tarixli sm6255 nömrəli kredit müqaviləsi üzrə 116609,31 (yüz on altı min altı yüz doqquz manat otuz bir qəpik) manat məbləğində əsas borc, 8667,02 (səkkiz min altı yüz altmış yeddi manat iki qəpik) manat məbləğində faiz borcu, 3022,79 (üç min iyirmi iki manat yetmiş doqquz qəpik) manat məbləğində dəbbə pulu olmaqla, cəmi 128299,12 (yüz iyirmi səkkiz min iki yüz doxsan doqquz manat on iki qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Cavabdеhlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən, Cavabdeh4ndən, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 27 fevral 2024-cü il tarixli sm6627/1 nömrəli kredit verilməsinə dair əsas şərtlər-razılaşma üzrə 118750 (yüz on səkkiz min yeddi yüz əlli) manat məbləğində əsas borc, 2492,6 (iki min dörd yüz doxsan iki manat altmış qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 121242,6 (yüz iyirmi bir min iki yüz qırx iki manat altmış qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Cavabdеhlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən, Cavabdeh4ndən, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 270 (iki yüz yetmiş) manat məbləğində rüsum və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 419 (dörd yüz on doqquz) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 689 (altı yüz səksən doqquz) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı olan cəmi 250230,72 (iki yüz əlli min iki yüz otuz manat yetmiş iki qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmiş cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, X2 qəsəbəsi (yeni qaydalarla: ünvan 1 ünvanında 0,22764 ha torpaq sahəsində yerləşən, 2106,7 kv.m ümumi sahəsi olan əmlak kompleksi kimi müəssisəyə yönəldilməli və həmin ipoteka predmeti açıq hərracda satılaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan cəmi 250230,72 (iki yüz əlli min iki yüz otuz manat yetmiş iki qəpik) manat məbləğində borc ödənilməli, ipoteka predmeti olan Sumqayıt şəhəri, X2 qəsəbəsi (yeni qaydalarla: AZ 5022, ünvan 1 ünvanında 0,22764 ha torpaq sahəsində yerləşən, 2106,7 kv.m ümumi sahəsi olan əmlak kompleksi kimi müəssisənin ilkin satış qiyməti 640000 (altı yüz qırx min) manat müəyyən edilməlidir. İş üzrə mütəxəssis rəyinin alınması üçün İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş 3000 (üç min) manat məbləğində xidmət haqqının əvəzi cavabdеhlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən, Cavabdeh4ndən, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Bundan başqa iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat məbləğində pul vəsaiti cavabdеhlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən, Cavabdeh4ndən, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq X1 ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdеhlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən, Cavabdeh4ndən, Cavabdeh5, Cavabdeh3 və və Cavabdeh2 müştərək qaydada 31 yanvar 2023-cü tarixli sm6255 nömrəli kredit müqaviləsi üzrə 116609,31 (yüz on altı min altı yüz doqquz manat otuz bir qəpik) manat məbləğində əsas borc, 8667,02 (səkkiz min altı yüz altmış yeddi manat iki qəpik) manat məbləğində faiz borcu və 3022,79 (üç min iyirmi iki manat yetmiş doqquz qəpik) manat məbləğində dəbbə pulu olmaqla, cəmi 128299,12 (yüz iyirmi səkkiz min iki yüz doxsan doqquz manat on iki qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Cavabdеhlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən, Cavabdeh4ndən, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 27 fevral 2024-cü il tarixli sm6627/1 nömrəli kredit verilməsinə dair əsas şərtlər-razılaşma üzrə 118750 (yüz on səkkiz min yeddi yüz əlli) manat məbləğində əsas borc və 2492,6 (iki min dörd yüz doxsan iki manat altmış qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 121242,6 (yüz iyirmi bir min iki yüz qırx iki manat altmış qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Cavabdеhlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən, Cavabdeh4ndən, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 270 (iki yüz yetmiş) manat məbləğində rüsum və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 419 (dörd yüz on doqquz) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 689 (altı yüz səksən doqquz) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı olan cəmi 250230,72 (iki yüz əlli min iki yüz otuz manat yetmiş iki qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmiş cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, X2 qəsəbəsi (yeni qaydalarla: AZ 5022, ünvan 1 ünvanında 0,22764 ha torpaq sahəsində yerləşən, 2106,7 kv.m ümumi sahəsi olan əmlak kompleksi kimi müəssisəyə yönəldilsin və həmin ipoteka predmeti açıq hərracda satılaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan cəmi 250230,72 (iki yüz əlli min iki yüz otuz manat yetmiş iki qəpik) manat məbləğində borc ödənilsin. İpoteka predmeti olan Sumqayıt şəhəri, X2 qəsəbəsi (yeni qaydalarla: AZ 5022, ünvan 1 ünvanında 0,22764 ha torpaq sahəsində yerləşən, 2106,7 kv.m. ümumi sahəsi olan əmlak kompleksi kimi müəssisənin ilkin satış qiyməti 640000 (altı yüz qırx min) manat müəyyən edilsin. İş üzrə mütəxəssis rəyinin alınması üçün İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş 3000 (üç min) manat məbləğində xidmət haqqının əvəzi cavabdеhlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən, Cavabdeh4ndən, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat məbləğində pul vəsaiti cavabdеhlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən, Cavabdeh4ndən, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq X1 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar