Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-528/2024 24.06.2024 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Bağırova Naidə Saləddin qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işdə iştirak etməyə cəlb olunmaqla “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işdə iştirak etməyə cəlb olunmaqla “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 20 oktyabr 2021-ci il tarixli SİF 093 saylı kredit müqaviləsinə əsasən 23952,90 (iyirmi üç min doqquz yüz əlli iki manat doxsan qəpik) manat məbləğində əsas borc, 630,09 (altı yüz otuz manat doqquz qəpik) manat məbləğində faiz borcu və 1259,54 (bir min iki yüz əlli doqquz manat əlli dörd qəpik) manat məbləğində cərimə borcu olmaqla, cəmi 25842,53 (iyirmi beş min səkkiz yüz qırx iki manat əlli üç qəpik) manat məbləğində borcun və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 168 (yüz altmış səkkiz) manat dövlət rüsumunun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 20 oktyabr 2021-ci il tarixli SİF 093saylı kredit müqaviləsi imzalanmış və kreditor Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun 20 oktyabr 2021-ci il tarixli ZM-2069/2021 nömrəli zəmanət məktubunun şərtlərinə uyğun olaraq məqsədli istifadə, qaytarılmaq, faizlər ödəmək şərtilə borcluya illik 15% faiz dərəcəsi ilə 24 (iyirmi dörd) ay müddətinə 150000 (yüz əlli min) manat məbləğində kredit verilmişdir. Lakin borcalan SİF 093 saylı müqavilə üzrə öhdəliklərini 151 gün icra etməyərək kreditin müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirməmişdir. Buna görə də bank tərəfindən məhkəməyə qədər pretenziya qaydasına əməl edilərək borcalana xəbərdarlıq məktubları göndərilmiş və bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Tərəflər arasında imzalanmış kredit müqaviləsinin 3-cü bəndinə əsasən kreditor borclu tərəfindən kreditdən məqsədli təyinatına uyğun istifadə edilməsinə nəzarət edir və bunu borcludan tələb edir, borclunun fəaliyyətinin (biznes proseslərin qurulması, fəaliyyət mühiti, mövcud və potensial istehsal gücü və s.), o cümlədən kreditin təyinatı üzrə istifadə edilib-edilməməsinin yoxlanılması məqsədilə təklikdə və ya fondla birgə baxışlar təşkil edir. Eyni zamanda müqavilənin şərtlərinə əsasən borclu kreditdən müqavilənin 1.3-cü bəndində göstərilmiş məqsədli təyinatına uyğun istifadə etmədikdə bank müqaviləyə vaxtından əvvəl bir tərəfli qaydada xitam verə və kredit üzrə əsas borc qalığının bu müddətə qədər hesablanmış faizi, dəbbə pulunun ödənilməsini borcludan tələb edə bilər. Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu tərəfindən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ünvanlanmış zəmanətli kredit vəsaitlərinin təyinatı üzrə istifadə edilməməsinə dair məktub və monitorinq aktından aydın olur ki, fond tərəfindən keçirilmiş monitorinq zamanı müəyyən edilmişdir ki, borcluya ayrılmış kreditdən təyinatı üzrə istifadə edilməmiş, nəticədə fond kredit üzrə verilmiş zəmanəti ləğv etmişdir. Buna görə də bank tərəfindən məhkəməyə qədər pretenziya qaydasına əməl edilərək borcalana xəbərdarlıq məktubu göndərilmiş və bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Borcalanın xx.xx.2023-cü il tarixə İddiaçı Açıq Səhmdar Cəmiyyəti qarşısında öhdəlikləri SİF 093 saylı kredit müqaviləsinə əsasən 23952,90 (iyirmi üç min doqquz yüz əlli iki manat doxsan qəpik) manat əsas borc, 630,09 (altı yüz otuz manat doqquz qəpik) manat faiz borcu, 1259,54 (min iki yüz əlli doqquz manat əlli dörd qəpik) manat cərimə borcu olmaqla, cəmi 25842,53 (iyirmi beş min səkkiz yüz qırx iki manat əlli üç qəpik) manat təşkil edir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsinin məhkəməyə verilməsi üçün 168 (yüz altmış səkkiz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun nümayəndəsi məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş proses iştirakçılarının gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə proses iştirakçılarının icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan kreditor “Paşa Bank" Açıq Səhmdar Cəmiyyəti ilə hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan borclu Cavabdeh arasında bağlanmış 20 oktyabr 2021-ci il tarixli sahibkarlıq subyektləri tərəfindən alınan kreditlərə dövlət zəmanətlərinin verilməsi və faizlərin subsidiyalaşdırılması üzrə SİF 093 nömrəli kredit müqaviləsinə əsasən kreditor Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun 20 oktyabr 2021-ci il tarixli ZM2069/2021 nömrəli zəmanət məktubunun şərtlərinə uyğun olaraq məqsədli istifadə, qaytarılmaq, faizlər ödəmək (bu müqavilənin 7-ci hissəsi nəzərə alınmaqla) şərtilə borcluya 150000 (yüz əlli min) Azərbaycan manatı məbləğində illik 15 % (on beş) faiz dərəcəsi ilə 24 (iyirmi dörd) ay müddətinə kredit verir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən borclu kredit üzrə əsas borcu və ona hesablanmış faizləri (bu müqavilənin 7-ci hissəsi nəzərə alınmaqla), o cümlədən mövcud olduğu təqdirdə dəbbə pulunu bu müqavilədə nəzərdə tutulmuş qaydada kreditora ödəyir. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən kredit dövriyyə vəsaitinin artırılması məqsədləri üçün borclunun Xaçmaz rayonu, Muxtadır ŞTQ ünvanında yerləşən sahibkarlıq fəaliyyətinin maliyyələşdirilməsinə verilir. İş materiallarında olan 20 oktyabr 2021-ci il tarixli SİF 093 nömrəli kredit müqaviləsi üzrə “Paşa Bank" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 20 oktyabr 2021-ci il tarixli öhdəlik müqaviləsinə əsasən tərəflər arasında 20 oktyabr 2021-ci il tarixdə SİF 093 saylı kredit müqaviləsi imzalanmasını nəzərə alaraq ayrılacaq məbləğ yalnız köçürmə yolu ilə təyinata əsasən istifadə edilməlidir. İş materiallarında olan iddiaçı tərəfindən tərtib olunaraq məhkəməyə təqdim olunmuş 04 mart 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 20 oktyabr 2021-ci il tarixli SİF 093 nömrəli kredit müqaviləsi üzrə 18 dekabr 2023-cü il tarixinə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 23952,90 (iyirmi üç min doqquz yüz əlli iki manat doxsan qəpik) manat əsas borc, 630,09 (altı yüz otuz manat doqquz qəpik) manat faiz borcu, 1259,54 (bir min iki yüz əlli doqquz manat əlli dörd qəpik) manat cərimə borcu olmaqla, cəmi 25842,53 (iyirmi beş min səkkiz yüz qırx iki manat əlli üç qəpik) manat məbləğində borcun manat məbləğində borcu vardır. İş materiallarında olan iddiaçı tərəfindən tərtib olunaraq 22 may 2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə təqdim olunmuş maliyyə arayışından görünür ki, Cavabdeh 20 oktyabr 2021ci il tarixli SİF 093 nömrəli kredit müqaviləsi üzrə 20 oktyabr 2023-cü il tarixinə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 23952,90 (iyirmi üç min doqquz yüz əlli iki manat doxsan qəpik) manat əsas borc, 849,09 (səkkiz yüz qırx doqquz manat doqquz qəpik) manat faiz borcu, 141,74 (yüz qırx bir manat yetmiş dörd qəpik) manat cərimə borcu olmaqla, cəmi 24943,73 (iyirmi dörd min doqquz yüz qırx üç manat yetmiş üç qəpik) manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 465.2-ci maddəsinə əsasən borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. - 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Göründüyü kimi, təsvir olunanlarla müəyyən edilir ki, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan borcalan Cavabdeh 20 oktyabr 2021-ci il tarixli SİF 093 nömrəli kredit müqaviləsini bağlayarkən üzərinə götürdüyü öhdəlikləri pozmuş və onları lazımınca icra etməyərək kreditor İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli olan əsas və faiz borcunu müvafiq qaydada ödəməmiş və bununla da iddiaçıdan aldığı krediti ərizə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini müvafiq qaydada yerinə yetirməmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə hesab edir ki, 20 oktyabr 2021-ci il tarixli SİF 093 nömrəli kredit müqaviləsi üzrə kredit ödənişlərini müqavilə şərtlərinə uyğun ödənilməsini təmin etmədiyindən, həmin müqavilə üzrə yaranmış 23952,90 (iyirmi üç min doqquz yüz əlli iki manat doxsan qəpik) manat məbləğində əsas borc, 630,09 (altı yüz otuz manat doqquz qəpik) manat məbləğində faiz borcu və 1259,54 (bir min iki yüz əlli doqquz manat əlli dörd qəpik) manat məbləğində cərimə Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda, 120 manat + 10000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. İddia tələbinin cavabdehdən “ödənilmiş 168 (yüz altmış səkkiz) manat dövlət rüsumunun tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, hazırkı iddia tələbi üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 167,53 (yüz altmış yeddi manat əlli üç qəpik) manat təşkil etdiyindən, iddia həmin hissədə qismən təmin edilməli, Cavabdeh 167,53 (yüz altmış yeddi manat əlli üç qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 23952,90 (iyirmi üç min doqquz yüz əlli iki manat doxsan qəpik) manat məbləğində əsas borc, 630,09 (altı yüz otuz manat doqquz qəpik) manat məbləğində faiz borcu, 1259,54 (min iki yüz əlli doqquz manat əlli dörd qəpik) manat məbləğində cərimə və ödənilmiş 167,53 (yüz altmış yeddi manat əlli üç qəpik) manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 26010,06 (iyirmi altı min on manat altı qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Yuxanda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 23952,90 (iyirmi üç min doqquz yüz əlli iki manat doxsan qəpik) manat məbləğində əsas borc, 630,09 (altı yüz otuz manat doqquz qəpik) manat məbləğində faiz borcu, 1259,54 (min iki yüz əlli doqquz manat əlli dörd qəpik) manat məbləğində cərimə və ödənilmiş 167,53 (yüz altmış yeddi manat əlli üç qəpik) manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 26010,06 (iyirmi altı min on manat altı qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-528/2024
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-528/2024
24.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver