Məhkəmə qərarları › İş №e-2-2(119)-53/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-53/2025

22.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-53/2025 22.07.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Calalova Jalə Habil qızının katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə4 iştirakı ilə, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti 11 iyun 2024-cü ildə cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh4 ilə aralarında bağlanılmış 29 noyabr 2019-cu il tarixli 017R********** nömrəli krеdit razılaşması üzrə 11765,35 (on bir min yeddi yüz altmış beş manat, otuz beş qəpik) manat məbləğində əsas bоrc, 7648,33 (yeddi min altı yüz qırx səkkiz manat, otuz üç qəpik) manat məbləğində faiz bоrcu və 1022,54 (min iyirmi iki manat, əlli dörd qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 20436,22 (iyirmi min dörd yüz otuz altı manat, iyirmi iki qəpik) manat məbləğində bоrcun, 151,3 (yüz əlli bir manat, otuz qəpik) manat məbləğində dövlət rüsumunun əvəzinin, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 15 (on beş) manat məbləğində dövlət rüsumunun və 36 (otuz altı) manat məbləğində xidmət haqqının cavabdehlər Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçının хеyrinə tutulması, tələbin Cavabdeh1 məxsus Abşeron rayonu Masazır kəndi Nazim Əsədov küçəsindəki 0,055 ha torpaq sahəsi və üzərində yerləşən 85,9 kv.m. ümumi sahədən ibarət 21 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılaraq əldə edilmiş vəsait hesabına yuxarıda qeyd edilən məbləğlərin iddiaçının xeyrinə ödənilməsi, həmin vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin həmin cavabdehlərdən ümumi qaydada iddiaçının xeyrinə tutulması, ipoteka predmeti olan torpaq sahəsinə və fərdi yaşayış evinə tutma yönəldildikdən və satıldıqdan sonra 1 ay ərzində cavabdehlər Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 həmin əmlakdan çıxarılması, əmlakın boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh4 iddiaçı ilə bağladığı 13 noyabr 2014-cü il tarixli 017L**********11 nömrəli uzunmüddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə 500000 ABŞ dolları məbləğində krеdit хətti açılmışdır. Bu müqaviləyə əsasən, cavabdehə vеriləcək məbləğ və müddət ayrıca оlaraq krеdit razılaşması ilə müəyyən оlunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh4 iddiaçı ilə bağladığı 29 noyabr 2019-cu il tarixli 017R********** nömrəli krеdit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1,8333% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərtilə 20000 manat məbləğində krеdit götürmüşdür. Tərəflərin imzaladıqları 20 aprel 2020-ci il tarixli 017R**********S nömrəli, 30 dekabr 2020-ci il tarixli 017R**********SA nömrəli, 30 iyun 2021-ci il tarixli 017R**********SB nömrəli və 26 iyul 2022-ci il tarixli 017R**********SC nömrəli sazişlərlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh4 krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri 06 mart 2023-cü il tarixdən banka qaytarmamışdır. Cavabdeh4 Qafar götürdüyü krеdit bоrcundan 8234,65 manat ödəmiş, onun 11765,35 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh4 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 18 aprel 2024-cü il tarixə 409 gün üçün hesablanmış faiz borcu 7648,33 manat təşkil edir. Krеdit razılaşmasının 4.2.2-ci bəndinə uyğun оlaraq borclu ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. 18 aprel 2024-cü il tarixə 409 gün üçün hеsablanmış cərimə 1022,54 manat təşkil edir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh4 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеhlər Cavabdeh1 və Cavabdeh2 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən yuхarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh4lə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidirlər. Bundan başqa uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh4 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 iddiaçı ilə bağladığı 30 avqust 2018-ci il tarixli ipoteka müqaviləsi əsasında Abşeron rayonu Masazır kəndi Nazim Əsədov küçəsində 0,055 ha torpaq sahəsi və üzərində yerləşən 85.9 kv.m ümumi sahədən ibarət 21 saylı fərdi yaşayış evi iddiaçının xeyrinə ipoteka ilə yüklü etmişdir. Cavabdehlər Cavabdeh4 və Cavabdeh1 nümayəndəsi 16 iyul 2024-cü il tarixində “məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsi” barədə vəsatətlə məhkəməyə müraciət edərək iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsini xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 13 avqust 2024-cü il tarixli e-2-2(119)- 1089/2024 nömrəli qərardadı ilə kommersiya işi üzrə məhkəmə-əmtəəşünaslıq və məhkəmə-mühasibatlıq ekspertizaları təyin edilmişdir. İddiaçı 04 noyabr 2024-cü il tarixində vəsatətlə müraciət edərək iş üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsini xahiş etmiş və vəsatət onunla əsaslandırılmışdır ki, ekspert tərəfindən düzgün hesablama aparılmamış, borc məbləği müəyyən edilərkən yanlışlığa yol verilmiş, ilk öncə cərimə borcuna silinmiş, lakin sonradan əməliyyatın geri qaytarılması nəticəsində əsas borcdan silinmiş, yəni eyni məbləğ iki dəfə ödəniş kimi nəzərə alaraq hesablanmış, nəticədə natamam və qüsurlu rəy verilmişdir. Cavabdehlər Cavabdeh4 və Cavabdeh1 nümayəndəsi 24 noyabr 2024-cü il tarixində məhkəməyə vəsatətlə müraciət edərək yenidən məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsini xahiş etmiş və vəsatət onunla əsaslandırılmışdır ki, ekspert məhkəməyə təqdim etdiyi məlumatda 24 sentyabr 2024-cü il tarixdə Cavabdeh4 şəxsi istifadəsində olan mobil telefona zəng edildiyini, onun baxış keçirilən gün rayonda olduğunu bildirməsi göstərilsə də, cavabdehlər bildirmişdir ki, ekspert tərəfindən zəng edilməmişdir. Bir dəfə zəng edilmiş, Cavabdeh4 ekspertə həmin tarixdə rayona gemək istədiyini, ekspertin gəlməsini bir gün təxirə salınmasını ona bildirmiş, lakin ekspert bununla razılaşmamış və Cavabdeh4 də həmin tarixdə ekspertin gəlməyinə razılıq vermiş, lakin ekspert 00 oktyabr 2024-cü il tarixə təyin olunmuş yerli baxışa gəlməmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 23 noyabr 2024-cü il tarixli e-2-2(119)- 1089/2024 nömrəli qərardadı ilə vəsatətin qismən təmin edilərək kommersiya işi üzrə əlavə məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsi, eyni zamanda Sumqayıt Kommersiya Məhkəməsinin 13 avqust 2024-cü il tarixli qərardadı ilə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsinin təmin edilməsi qərara alınmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehlər məhkəmə baxışı iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq, işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materialları: İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh4 arasında bağlanmış 13 noyabr 2014-cü il tarixli 017L**********11 nömrəli uzunmüddətli kredit müqaviləsinin 1.1-ci bəndi ilə müəyyən edilir ki, bank bu müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə verilən kreditlər üçün 500000 ABŞ dolları məbləğində uzunmüddətli kredit xətti açmışdır. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən, kreditlər tərəflər arasında “kredit razılaşması”, “bank qarantiyası verilməsi haqqında müqavilə”, “akkreditiv açılması üçün razılaşma” və “bank hesabının kreditləşməsi barədə razılaşma” formasında bağlanacaq ayrıca razılaşmalar əsasında veriləcəkdir. Həmin müqavilənin 1.4-cü bəndinə əsasən, verilən hər bir kreditin məbləği, faiz dərəcəsi, müddəti, məqsədi və digər şərtləri hər dəfə tərəflər arasında bağlanan və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan kredit razılaşmaları ilə müəyyən edilir. Həmin müqavilənin 1.6-cı bəndinə əsasən, kredit alan hər bir kredit üzrə əsas kredit məbləğini, faizi, xərcləri və başqa məsrəfləri müvafiq kredit razılaşmasında müəyyən olunmuş qaydada və şərtlərlə, olduğu halda ödəniş planına uyğun olaraq banka qaytarmağı öz öhdəsinə götürür. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh4 arasında bağlanmış 29 noyabr 2019-cu il tarixli 017R********** nömrəli kredit razılaşmasına əsasən, bank məbləği 20000 manat olan krediti fərdi mikro kredit məqsədilə aylıq 1,8333 dərəcəsi ilə 36 ay müddətinə kredit alana verir. Həmin kredit razılaşmasında bu razılaşmanın 13 noyabr 2014-cü il tarixli 017L**********11 nömrəli uzunmüddətli kredit müqaviləsi üzrə bağlandığı qeyd edilmişdir. Həmin razılaşmanın 1.2-ci bəndinə əsasən, kredit alan bu kredit razılaşmasının ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilmiş ödəniş planına əsasən razılaşdırılmış tarixlərdə kredit məbləğini, ona hesablanmış faizlə birlikdə banka qaytarmağı öz öhdəsinə götürür. Həmin razılaşmanın 2.3-cü bəndinə əsasən, faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Həmin razılaşmanın 4.2.2-ci yarımbəndinə əsasən, kredit alan ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,1 faiz məbləğində cərimə ödəməyə borcludur. İş materiallarında olan 29 noyabr 2019-cu il tarixli 017R********** nömrəli razılaşma üzrə tərtib edilmiş ödəniş cədvəlinə əsasən, Cavabdeh4 banka olan borcu üçün son ödəniş tarixi 06 dekabr 2022-ci il olmaqla müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi tərəflər arasında razılaşdırılmışdır. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh4 arasında bağlanmış kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında 20 aprel 2020-ci il tarixli 017R**********S nömrəli sazişə əsasən, kredit alan 13 noyabr 2014-cü il tarixli 017L**********11 nömrəli uzunmüddətli kredit müqaviləsinə əsasən 29 noyabr 2019-cu il tarixli 017R********** nömrəli kredit razılaşması üzrə götürdüyü kredit qalığını və hesablanmış faizləri, habelə nəzərdə tutulduğu halda gecikdirilmə faizlərini bu sazişə əlavə olunan 20 aprel 2020-ci il tarixli ödəniş planına uyğun olaraq ödəniş planında göstərilən müddətdə və tarixlərdə banka ödəməlidir. İş materiallarında olan 20 aprel 2020-ci il tarixli 017R**********S nömrəli saziş üzrə tərtib edilmiş ödəniş cədvəlinə əsasən, Cavabdeh4 banka olan borcu üçün son ödəniş tarixi 06 mart 2023-cü il olmaqla müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi tərəflər arasında razılaşdırılmışdır. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh4 arasında bağlanmış kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında 30 dekabr 2020-ci il tarixli 017R**********SA nömrəli sazişə əsasən, kredit alan 13 noyabr 2014-cü il tarixli 017L**********11 nömrəli uzunmüddətli kredit müqaviləsinə əsasən 29 noyabr 2019-cu il tarixli 017R********** nömrəli kredit razılaşması üzrə götürdüyü kredit qalığını və hesablanmış faizləri, habelə nəzərdə tutulduğu halda gecikdirilmə faizlərini bu sazişə əlavə olunan 30 dekabr 2020-ci il tarixli ödəniş planına uyğun olaraq ödəniş planında göstərilən müddətdə və tarixlərdə banka ödəməlidir. İş materiallarında olan 30 dekabr 2020-ci il tarixli 017R**********SA nömrəli saziş üzrə tərtib edilmiş ödəniş cədvəlinə əsasən, Cavabdeh4 banka olan borcu üçün son ödəniş tarixi 06 mart 2023-cü il olmaqla müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi tərəflər arasında razılaşdırılmışdır. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh4 arasında bağlanmış kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında 30 iyun 2021-ci il tarixli 017R**********SB nömrəli sazişə əsasən, kredit alan 13 noyabr 2014-cü il tarixli 017L**********11 nömrəli uzunmüddətli kredit müqaviləsinə əsasən 29 noyabr 2019-cu il tarixli 017R********** nömrəli kredit razılaşması üzrə götürdüyü kredit qalığını və hesablanmış faizləri, habelə nəzərdə tutulduğu halda gecikdirilmə faizlərini bu sazişə əlavə olunan 30 iyun 2021-ci il tarixli ödəniş planına uyğun olaraq ödəniş planında göstərilən müddətdə və tarixlərdə banka ödəməlidir. İş materiallarında olan 30 iyun 2021-ci il tarixli 017R**********SB nömrəli saziş üzrə tərtib edilmiş ödəniş cədvəlinə əsasən, Cavabdeh4 banka olan borcu üçün son ödəniş tarixi 06 mart 2023-cü il olmaqla müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi tərəflər arasında razılaşdırılmışdır. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh4 arasında bağlanmış kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında 26 iyul 2022-ci il tarixli 017R**********SC nömrəli sazişə əsasən, kredit alan 13 noyabr 2014-cü il tarixli 017L**********11 nömrəli uzunmüddətli kredit müqaviləsinə əsasən 29 noyabr 2019-cu il tarixli 017R********** nömrəli kredit razılaşması üzrə götürdüyü kredit qalığını və hesablanmış faizləri, habelə nəzərdə tutulduğu halda gecikdirilmə faizlərini bu sazişə əlavə olunan 26 iyul 2022-ci il tarixli ödəniş planına uyğun olaraq ödəniş planında göstərilən müddətdə və tarixlərdə banka ödəməlidir. İş materiallarında olan 26 iyul 2022-ci il tarixli 017R**********SC nömrəli saziş üzrə tərtib edilmiş ödəniş cədvəlinə əsasən, Cavabdeh4 banka olan borcu üçün son ödəniş tarixi 06 mart 2023-cü il olmaqla müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi tərəflər arasında razılaşdırılmışdır. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış 13 noyabr 2014-cü il tarixli 017S**********03 nömrəli, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 30 avqust 2018-ci il tarixli 017S**********01 nömrəli zaminlik müqavilələrinin 1.1-ci bəndlərinə əsasən, borclunun uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zaminlər bank qarşısında tam məsuliyyəti öz üzərlərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin zaminlik müqavilələrinin 3.1-ci bəndlərinə əsasən, borclu uzunmüddətli kredit müqaviləsi üzrə ödəməli olduğu məbləğlərdən hər hansı birini ödəyə bilmədikdə, zaminlər kreditdən istifadə üçün faiz və bank tərəfindən kreditin verilməsi və qaytarılması ilə əlaqədar hesablanmış məbləğlərin ödənilməsi də daxil olmaqla, borclunun uzunmüddətli kredit müqaviləsi üzrə icra etməli olduğu bütün öhdəlikləri bankın ilk tələbi ilə yerinə yetirməyə borcludurlar. İş materiallarında olan ipoteka saxlayan (İddiaçı QSC) ilə ipoteka qoyan (Cavabdeh1) və borc alan (Cavabdeh4) arasında bağlanmış 30 avqust 2018-ci il tarixli ipoteka müqaviləsinin 1.1-ci bəndinə əsasən, ipoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan bu müqavilənin 2-ci bəndində qeyd edilən əmlakı (Abşeron rayonu Masazır kəndi Nazim Əsədov küçəsindəki 0,055 ha torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli, 85,9 kv.m. ümumi sahədən ibarət 2 otaqlı 21 nömrəli fərdi yaşayış evini) 13 noyabr 2014-cü il tarixdə Xırdalan şəhərində bağlanmış 017L**********11 nömrəli uzunmüddətli kredit müqaviləsinə əsasən yaranmış öhdəliyinin icrasının təmin edilməsi məqsədilə ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edir. Həmin müqavilənin 2.5-ci bəndinə əsasən, ipoteka predmetinin dəyəri tərəflərin qarşılıqlı razılığı ilə 30000 manat təşkil edir. Həmin müqavilənin 9.1-ci bəndinə əsasən, əsas öhdəlik, yaxud onun bir hissəsi vaxtında icra olunmaması ipoteka saxlayana ipoteka predmetinə tutma yönəltmək hüququ verir. İş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində 50 nömrəli reyestr kitabının 1 nömrəli vərəqində qeydiyyata alınmış çıxarışa əsasən, Cavabdeh1 məxsus Abşeron rayonu Masazır kəndi Nazim Əsədov küçəsindəki 0,055 ha torpaq sahəsi və 85,9 kv.m. sahədən ibarət 21 nömrəli fərdi yaşayış evi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan 18 aprel 2024-cü il tarixli OUT-2024/04/18-45 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh4 29 noyabr 2019-cu il tarixli 017R********** nömrəli kredit razılaşması üzrə iddiaçıya 11765,35 manat məbləğində əsas bоrc, 7648,33 manat məbləğində faiz borcu və 1022,54 manat məbləğində cərimə оlmaqla, cəmi 20436,22 manat məbləğində borcu vardır. İş materiallarında olan məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən tərtib edilmiş 11 oktyabr 2024-cü il tarixli məktubla “ekspert qarşısında qoyulmuş sualın həll edilməsi üçün qərardadda qeyd edilən əmlaklara ekspert baxışının keçirilməsi barədə məhkəməyə 09 sentyabr 2024-cü il tarixli 9/7296/2024 nömrəli vəsatət göndərilmiş, baxışın keçirilməsi 09 oktyabr 2024-cü il tarixə saat 13:00-a təyin edilmişdir. Vəsatətə cavab olaraq Mərkəzə 24 sentyabr 2024-cü il tarixdə Sumqayıt Kommersiya Məhkəməsi tərəfindən tərtib edilmiş 24 sentyabr 2024-cü il tarixli məktub daxil olmuşdur. Cavabdeh X1 məxsus ********** nömrəylə əlaqə saxlanılmış, həmin şəxs rayonda olduğu üçün fərdi yaşayış evini baxışa təqdim edə bilməyəcəyini bildirmişdir” əsası ilə ekspertizanın keçirilməsindən imtina edilərək iş məhkəməyə geri qaytarılmışdır. İş materiallarında olan məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən tərtib edilmiş 09 aprel 2025-ci il tarixli məktubla “məhkəmə tərəfindən tədqiq olunan obyektə baxış keçirilməsi 14 fevral 2025-ci il tarixinə təyin edilmiş, lakin tədqiqat obyektləri baxışa təqdim edilmədiyindən qərardadda qoyulmuş suallar üzrə tədqiqat aparılması mümkün olmamışdır” əsası ilə ekspertizanın keçirilməsindən imtina edilərək iş məhkəməyə geri qaytarılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən məhkəməyə təqdim edilmiş 08 oktyabr 2024-cü il tarixli 9/7310 nömrəli məhkəmə-mühasibatlıq ekspertizasına dair ekspert rəyinin nəticə hissəsində göstərilir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanmış 29 noyabr 2019-cu il tarixli 017R********** nömrəli kredit razılaşması müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh4 İddiaçı ASC-yə olan borcu müqavilə müddətinin bitmə tarixinə, yəni xx.xx.2023-cü il tarixə əsas borc üzrə 10.205,59 manat, faiz borcu üzrə 4.751,56 manat; sualda qeyd edilən tarixə, yəni xx.xx.2024-cü il tarixə illik 5% hesablanmaqla əsas borc üzrə 10205,59 manat, faiz borcu üzrə 4751,56 manat, faiz borcu 5% ilə 569,82 manat; sualda qeyd edilən tarixə, yəni xx.xx.2024-cü il tarixə illik 5% hesablanmaqla əsas borc üzrə 10205,59 manat; faiz borcu üzrə 4751,56 manat, faiz borcu 5% ilə 732,82 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən məhkəməyə təqdim edilmiş 17 fevral 2025-ci il tarixli 9/10182 nömrəli məhkəmə-mühasibatlıq ekspertizasına dair ekspert rəyinin nəticə hissəsində göstərilir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanmış 29 noyabr 2019-cu il tarixli 017R********** nömrəli kredit razılaşması müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh4 İddiaçı QSC-yə olan borcu xx.xx.2023-cü il tarixə əsas borc üzrə 11006,64 manat, faiz borcu üzrə 4286,77 manat; xx.xx.2024-cü il tarixə illik 5% hesablanmaqla əsas borc üzrə 11006,64 manat; faiz borcu üzrə 4286,77 manat, faiz borcu 5% ilə 614,54 manat; xx.xx.2024-cü il tarixə illik 5% hesablanmaqla əsas borc üzrə 11006,64 manat; faiz borcu üzrə 4286,77 manat, faiz borcu 5% ilə 790,34 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən məhkəməyə təqdim edilmiş 14 iyul 2025-ci il tarixli 02-169/25 nömrəli mütəxəssis rəyindən görünür ki, Abşeron rayonu Masazır kəndi Nazim Əsədov küçəsindəki 0,055 ha torpaq sahəsinin və üzərində yerləşən 85,9 kv.m. ümumi sahədən ibarət 21 nömrəli fərdi yaşayış evinin likvid dəyəri 74600 manat, bazar dəyəri 82800 manat təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.4-cü və 269.5-ci maddələrinə əsasən, ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Həmin Məcəllənin 269.7-ci maddəsinə əsasən, girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Həmin Məcəllənin 270.1-ci maddəsinə əsasən, girov və ipoteka müqavilə üzrə əmələ gəlir. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci və 319.4-cü maddələrinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiyməti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci və 739.2-ci maddələrinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” 24 fevral 2023-cü il tarixli Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qüvvədə olmuş redaksiyasına əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi və (və ya) ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallara aiddir. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, ipoteka predmetinin ilkin satış qiymətini qərarda göstərməlidir, ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki:. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun (59.3.1) və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar (59.3.2). Həmin Qanunun 59.4-cü maddəsinə əsasən, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 64.1-ci maddəsinə əsasən, işə baxılarkən məhkəməyə kömək etmək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxs məhkəmədə mütəxəssis qismində çıxış edə bilər. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 226.2-ci maddəsinə əsasən, məhkəmə bir neçə cavabdehin əleyhinə qətnamə çıxardıqda, cavabdehlərdən hər birinin qətnaməni hansı hissədə yerinə yetirməli olmasını və ya onların məsuliyyətlərinin müştərək olmasını göstərir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya və Mülki kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.4-cü maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 22 iyun 2023-cü il tarixli 02/2023 nömrəli qərardadının nəticə hissəsinin birinci bəndinə əsasən, tərəflər arasında ipoteka müqaviləsi 2018-ci il 28 dekabr tarixinədək bağlanmışdırsa, ipoteka qoyulmuş fərdi yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda “ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin tutduqları yaşayış sahəsindən ən geci bir ay ərzində çıxarılmalarına dair” iddia tələblərinə mahiyyəti üzrə baxılmalıdır. Həmin Qərardadın nəticə hissəsinin ikinci bəndinə əsasən, tərəflər arasında ipoteka müqaviləsi 2018-ci il 28 dekabr tarixindən sonra bağlanmışdırsa, ipoteka qoyulmuş fərdi yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda “ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmələrinə və qeydiyyatdan çıxarılmalarına dair” iddia tələbləri hissəsində iddia ərizəsinin icraata qəbulundan Mülki Prosessual Məcəllənin 153.1 və 153.2.1-ci maddələrinə əsasən imtina olunmalı, əgər iddia artıq icraata qəbul edilmişdirsə, Mülki Prosessual Məcəllənin 261.0 və 261.0.1-ci maddələrinə uyğun olaraq iş üzrə icraata həmin hissədə xitam verilməlidir. Məhkəmənin mövqeyi: Yuxarıda təsvir olunanlarla müəyyən edilir ki, tərəflər arasında bağlanmış 13 noyabr 2014-cü il tarixli 017L**********11 nömrəli uzunmüddətli kredit müqaviləsi, 29 noyabr 2019cu il tarixli 017R********** nömrəli kredit razılaşması və kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında razılaşmalar üzrə Cavabdeh4 üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməyərək iddiaçıya ödənilməli olan kredit məbləğini tam ödəməmiş, bununla da müqavilə öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Həmin müqavilələr üzrə o, öhdəliklərini müvafiq qaydada yerinə yetirmədiyindən, zaminlik müqavilələrinin şərtlərinə əsasən, onunla birlikdə həmçinin zaminlər Cavabdeh1 və Cavabdeh2 də kreditor qarşısında borclu ilə eyni həcmdə birgə məsuliyyətlləri yaranmışdır. Məhkəmə hesab edir ki, iddiaçı və Cavabdeh4 arasında bağlanmış 29 noyabr 2019cu il tarixli 017R********** nömrəli kredit razılaşması üzrə tutulmalı olan əsas və faiz borcun məbləği müəyyən edilərkən 17 fevral 2025-ci il tarixli 9/10182 nömrəli ekspert rəyi mötəbər sübut olaraq nəzərə alınmalı, həmin kredit müqaviləsi üzrə 11006,64 manat məbləğində əsas borc, 4286,77 manat məbləğində faiz borcu tutulmalıdır. Belə ki, iddia ərizəsində sözügedən kredit müqaviləsi üzrə 11765,35 manat məbləğində əsas borc, 7648,33 manat məbləğində faiz borcunun tutulması xahiş edilsə də, 17 fevral 2025-ci il tarixli ekspert rəyində əsas borcun məbləği 11006,64 manat, faiz borcunun məbləği 4286,77 manat məbləğində müəyyən edilmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, 29 noyabr 2019-cu il tarixli 017R********** nömrəli kredit razılaşması üzrə cavabdehlər Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 11006,64 manat məbləğində əsas borc, 4286,77 manat məbləğində faiz borcu iddiaçının xeyrinə tutulmalıdır. İddia tələbinin cavabdehlər Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 29 noyabr 2019-cu il tarixli 017R********** nömrəli kredit razılaşması üzrə 1022,54 manat məbləğində cərimənin tutulmasına aid hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Cavabdeh4 kredit razılaşması üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə təsdiq edildiyindən və həmin müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi də nəzərdə tutulduğundan (kredit razılaşmasının 4.2.2-ci yarımbəndi) iddiaçı cavabdehlərdən cərimənin ödənilməsini də tələb etməkdə haqlıdır. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya)qanun və yamüqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Qeyd olunanlarla bağlı məhkəmə hesab edir ki, tələb olunan cərimənin əsas borc məbləğinə nisbəti, o cümlədən həm kreditorun, həm də ki, borclunun əmlak mənafeləri və işin digər halları nəzərə alınmaqla iddia tələbinin cavabdehlərdən cərimənin tutulmasına aid hissəsi qismən təmin edilməli, tələb edilən cərimənin məbləği azaldılaraq həmin cavabdehlərdən müştərək qaydada 551 manat məbləğində cərimə tutulmalıdır. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İddiaçı ilə ipoteka qoyan Cavabdeh1 və borc alan Cavabdeh4 arasında bağlanmış 30 avqust 2018-ci il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən 0,055 ha torpaq sahəsi və üzərindəki 21 nömrəli fərdi yaşayış evi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Kredit razılaşması üzrə müvafiq pul vəsaitlərinin ipoteka ilə yüklü edilmiş həmin əmlaka yönəldilməsi barədə tələb Mülki Məcəllənin 317-ci və 319-cu maddələrinin və “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğundur. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, ipoteka predmetinin ilkin satış qiymətini qərarda göstərməlidir, ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə iş üzrə "xxxx" MMC-dən təqdim edilmiş 14 iyul 2025-ci il tarixli 02-169/25 nömrəli mütəxəssis rəyini nəzərə alaraq hesab edir ki, ipotekaya qoyulmuş Abşeron rayonu Masazır kəndi Nazim Əsədov küçəsindəki 0,055 ha torpaq sahəsinin və üzərində yerləşən 85,9 kv.m. ümumi sahədən ibarət 21 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti dəyəri 74600 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə iddia tələbinin “satışdan əldə edilmiş vəsait borcun ödənilməsi üçün yetərli olmazsa, borcun qalan hissəsinin cavabdehlərdən ümumi qaydada tutulması”na dair hissəsi ilə bağlı məhkəmə yuxarıda göstərilənləri və iş üzrə məhkəmə araşdırması zamanı müəyyən olunan digər halları, o cümlədən Mülki Məcəllənin, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun və "İpoteka haqqında" Azərbaycan Respublikasının Qanununun tələblərini nəzərə alaraq hesab edir ki, tələbin həmin hissədə əsaslılığı müəyyən olunmadığı üçün təmin edilməməlidir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 45.6-cı maddəsinə əsasən, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Göründüyü kimi, borcun yönəldiyi ipoteka predmetinin satışından əldə edilən vəsait cavabdehlərdən tutulan borcu tam ödəmədikdə, ödənilməyən hissənin cavabdehlərdən alınması, yəni qətnamə əsasında verilmiş icra sənədi ödənilməyən hissədə yuxarıda qeyd olunan Məcəllə və Qanunların tələblərinə uyğun olaraq ümumi qaydada icra edilir. Yəni satışdan əldə edilən məbləğ borcun ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin cavabdehlərdən tutulması qətnamənin icrası zamanı həll edilən məsələlərə aid olduğundan iddia həmin hissədə əsassız hesab edilərək təmin edilməməlidir. İddia tələbinin ipoteka predmeti olan fərdi yaşayış evinə tutma yönəldildikdən və satıldıqdan sonra 1 ay ərzində cavabdehlər Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 həmin əmlakdan çıxarılması, əmlakın boşaldılaraq hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi barədə hissəsinə gəldikdə, yuxarıda istinad edilmiş “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 59.3-cü və 59.4-cü maddələrinin müddəalarına, o cümlədən Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya və Mülki kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.4-cü maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 22 iyun 2023-cü il tarixli 02/2023 nömrəli qərardadında təsbit edilmiş hüquqi mövqelərə əsasən, məhkəmə hesab edir ki, iddia bu hissədə əsaslıdır və təmin edilməlidir, yəni ipoteka predmetinə tutma yönəldildikdən və o, satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdehlər Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 həmin əmlakdan məcburi qaydada çıxarılmalıdırlar. İddia tələbinin ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin reyestrdə qeydə alınması üçün ödənilmiş 15 manat məbləğində dövlət rüsumunun və 36 manat məbləğində xidmət haqqının əvəzinin cavabdehlərdən iddiaçının xeyrinə tutulması hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iş materiallarında olan dövlət rüsumunun ödənilməsi barədə 20 dekabr 2023-cü il tarixli təsdiqetmə bildirişlərindən görünür ki, iddiaçı tərəfindən cəmi 15 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Həmçinin iş materiallarında olan təyinatı “Xidmət haqqının ödənilməsi” olan ********** nömrəli təsdiqetmə bildirişindən görünür ki, iddiaçı tərəfindən 36 manat məbləğində xidmət haqqı ödənilmişdir. Buna görə də, iddia tələbi həmin hissədə təmin edilməli, cavabdehlər Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 15 manat məbləğində dövlət rüsumunun və 36 manat məbləğində xidmət haqqının əvəzi iddiaçının xeyrinə tutulmalıdır. Bundan əlavə, iddia tələbinin 151,3 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehlərdən iddiaçının xeyrinə tutulması barədə hissəsinə gəldikdə, iş materiallarında olan 22 may 2024-cü il tarixli ********** nömrəli ödəniş qəbzinə əsasən müəyyən edilir ki, məhkəməyə hazırkı iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 151,3 manat məbləğində dövlət rüsumu ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda, 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən, hazırkı iddia tələbi üzrə iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumunun məbləği 137,53 manat təşkil etdiyindən, həmin məbləğdə pul vəsaiti cavabdehlər Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Bundan əlavə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 08 oktyabr 2024-cü il tarixli 9/7310 nömrəli və 17 fevral 2025-ci il tarixli 9/10182 nömrəli ekspert rəylərinə əlavə olunmuş ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, aparılan ekspertiza tədqiqatlarının dəyəri 200 manat məbləğində təşkil etmişdir. Hazırkı iddia ərizəsi qismən təmin edildiyindən iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 200 manat məbləğində pul vəsaiti Mülki Prosessual Məcəllənin yuxarıda istinad edilmiş 119.1-ci maddəsinə əsasən, cavabdehlər Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməlidir. Bundan əlavə, "xxxx" MMC-nin 14 iyul 2025-ci il tarixli mütəxəssis rəyinə əlavə edilmiş xərclərə dair bildirişdən görünür ki, aparılan tədqiqatın dəyəri 300 manat təşkil etmişdir. Hazırkı iddia ərizəsi təmin edildiyindən iş üzrə keçirilmiş mütəxəssis tədqiqatının dəyəri olan 300 manat məbləğində pul vəsaiti Mülki Prosessual Məcəllənin yuxarıda istinad edilmiş 119.1-ci maddəsinə əsasən, cavabdehlər Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq "xxxx" MMC-yə ödənilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirib, istinad olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 11006,64 manat məbləğində əsas borc, 4286,77 manat məbləğində faiz borcu, 551 manat məbləğində cərimə, ipoteka predmetinə tutma yönəldilməsi ilə bağlı ödənilmiş 36 manat məbləğində xidmət haqqının, 15 manat məbləğində dövlət rüsumunun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 137,53 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 16032,94 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalı, cavabdehlər Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 tutulmalı olan cəmi 16032,94 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmiş Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən 0,055 ha torpaq sahəsinə və üzərindəki 21 nömrəli fərdi yaşayış evinə yönəldilməli və həmin ipoteka predmeti açıq hərracda satılaraq iddiaçıya olan cəmi 16032,94 manat məbləğində borc ödənilməli, ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti 74600 manat məbləğində müəyyən edilməli, əmlaka tutma yönəldildikdən və o satıldıqdan sonra ən geci 1 ay ərzində Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 həmin əmlakdan məcburi qaydada çıxarılmalı, iddia qalan hissədə təmin edilməməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 200 manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməli və iş üzrə keçirilmiş mütəxəssis tədqiqatının dəyəri olan 300 manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 müştərək qaydada 11006,64 (on bir min altı manat, altmış dörd qəpik) manat məbləğində əsas borc, 4286,77 (dörd min iki yüz səksən altı manat, yetmiş yeddi qəpik) manat məbləğində faiz borcu, 551 (beş yüz əlli bir) manat məbləğində cərimə, ipoteka predmetinə tutma yönəldilməsi ilə bağlı ödənilmiş 36 (otuz altı) manat məbləğində xidmət haqqının, 15 (on beş) manat məbləğində dövlət rüsumunun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 137,53 (yüz otuz yeddi manat, əlli üç qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 16032,94 (on altı min otuz iki manat, doxsan dörd qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Cavabdehlər Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 tutulmalı olan cəmi 16032,94 (on altı min otuz iki manat, doxsan dörd qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmiş Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən 0,055 ha torpaq sahəsinə və üzərindəki 21 nömrəli fərdi yaşayış evinə yönəldilsin və həmin ipoteka predmeti açıq hərracda satılaraq İddiaçı QSC-yə olan cəmi 16032,94 (on altı min otuz iki manat, doxsan dörd qəpik) manat məbləğində borc ödənilsin. İpoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 0,055 ha torpaq sahəsinin və üzərindəki 21 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 74600 (yetmiş dörd min altı yüz) manat məbləğində müəyyən edilsin. Abşeron rayonu Masazır kəndi Nazim Əsədov küçəsində 0.055 ha torpaq sahəsi və üzərindəki 21 nömrəli fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdehlər Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 həmin əmlakdan məcburi qaydada çıxarılsın. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 200 (iki yüz) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə keçirilmiş mütəxəssis tədqiqatının dəyəri olan 300 (üç yüz) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar