Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-530/2025 21.01.2026 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Atakişiyeva Nülufər Nizami qızının katibliyi, İddiaçı Bank olmayan Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Bank olmayan Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdeh qarşı verilmiş “borcun tutulması və tutmanın ipoteka predmetlərinə yönəldilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Bank olmayan Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı “borcun tutulması və tutmanın ipoteka predmetlərinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdеhdən iddiaçının хеyrinə 140000 (yüz qırx min) manat məbləğində əsas borc, 99198,31 (doxsan doqquz min yüz doxsan səkkiz manat, otuz bir qəpik) manat məbləğində faiz borcu, 4959,92 (dörd min doqquz yüz əlli doqquz manat, doxsan iki qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 244158,23 (iki yüz qırx dörd min yüz əlli səkkiz manat, iyirmi üç qəpik) manat məbləğində kredit borcunun, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar çəkilən xərclərin əvəzinin tutulması, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində reyestr nömrəsi **********90-10301, qeydiyyat nömrəsi ********** ilə 04 noyabr 2021-ci il tarixdə qeydiyyata alınan ünvan 1i ünvanında yerləşən 0,0142 ha torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 97,2 kv.m. olan fərdi yaşayış evinə, reyestr nömrəsi **********15- 05301-093008, qeydiyyat nömrəsi ********** ilə 03 dekabr 2021-ci il tarixdə qeydiyyata alınan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 49,9 kv.m olan mənzilə, reyestr nömrəsi **********15-05301-093011, qeydiyyat nömrəsi ********** ilə 03 dekabr 2021-ci il tarixdə qeydiyyata alınan ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 46,8 kv.m olan mənzilə, reyestr nömrəsi **********15-05301-093012, qeydiyyat nömrəsi ********** ilə 03 dekabr 2021-ci il tarixdə qeydiyyata alınan ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 49.9 kv.m. olan mənzilə tutma yönəldilməsi, ipoteka predmeti olan həmin fərdi yaşayış evinin ilkin satış qiymətinin 58000 (əlli səkkiz min) manat, digər mənzillərin hər birinin ayrılıqda ilkin satış qiymətlərinin 47700 manat məbləğində müəyyən edilməklə açıq hərracda satılması, satışdan əldə olunan vəsait hesabına iddiaçıya olan borcun ödənilməsi, bu vəsait kifayət etmədiyi halda isə qalıq borc məbləğinin ümumi icra qaydasında cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "MONETRİ” BoKT MMC (müqavilə bağlanıl zaman "xxxx" MMC) ilə Cavabdeh arasında 02 noyabr 2021-ci il tarixli 3323 nömrəli kredit xətti (limit) müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən, cavabdehə 36 ay müddətinə, illik 24 faiz olmaqla, 200000 manat məbləğdə kredit xətti üzrə limit açılmışdır. Həmin müqavilə üzrə bağlanmış 02 noyabr 2021-ci il tarixli 01 nömrəli razılaşmaya əsasən, 36 ay müddətinə, illik 24 faiz olmaqla 40000 manat, 02 dekabr 2021ci il tarixli 02 nömrəli razılaşmaya əsasən 35 ay müddətinə, illik 24 faiz olmaqla 100000 manat məbləğində kredit qeyri-yaşayış obyektinin tikintisi üçün verilmişdir. 02 noyabr 2021-ci il tarixli 3323 nömrəli kredit xətti (limit) müqaviləsi üzrə öhdəliyin icrasının təmini üsulu kimi, iddiaçı (ipoteka saxlayan) ilə cavabdeh (ipoteka qoyan) arasında 02 noyabr 2021-ci il tarixli 3323 nömrəli və 01 dekabr 2021-ci il tarixli 3323/1 nömrəli ipoteka müqavilələri bağlanılmışdır. 02 noyabr 2021-ci il tarixli 3323 nömrəli ipoteka müqaviləsi əsasən, cavabdehə məxsus olan ünvan 5i ünvanında yerləşən 0,0142 ha torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 97,2 kv.m olan fərdi yaşayış evi, 01 dekabr 2021-ci il tarixli 3323/1 nömrəli ipoteka müqaviləsinə əsasən, Cavabdeh məxsus olan ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 49,9 kv.m. olan mənzil, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 46,8 kv.m. olan mənzil, ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 49,9 kv.m olan mənzil iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. 02 noyabr 2021-ci il tarixli 3323 nömrəli kredit xətti (limit) müqaviləsinin 2.5-ci bəndinə əsasən, borcalan kredit və (və ya) ona hesablanmış faizləri ödəniş qrafikində (01 nömrəli Əlavədə) nəzərdə tutulmuş tarixlərdə ödəmədikdə hər gecikdirilmiş gün üzrə aylıq ödəniş məbləğinin 1 faiz dəbbə pulu və vaxtı keçmiş kredit üzrə illik 48 faiz olmaqla faiz hesablana bilər. Həmin kredit müqaviləsinin 3.5-ci bəndinə əsasən, hesablanmış faizlər kreditin verilmə tarixindən etibarən kredit tam qaytarılan günədək borcalanın adına açılan ssuda hesabı üzrə borc məbləğinə aylıq 30, illik 360 gün hesabı ilə gündəlik olaraq hesablanır. Tərtib edilmiş maliyyə arayışına əsasən, cavabdehin 02 noyabr 2021-ci il tarixli 3323 nömrəli kredit xətti (limit) müqaviləsi 140000 manat məbləğində əsas, 99198.31 manat məbləğində faiz borcu vardır və kredit üzrə hesablanmış cərimə məbləği 4959,92 manat məbləğində təşkil edir. İddiaçı tərəfindən kredit öhdəliyinin icra edilməsinə dair cavabdehə pretenziya məktubu ünvanlansa da, öhdəlik hazırkı vaxtadək icra edilməmişdir. Cavabdehlə mübahisənin pretenziya qaydasında nizama salınmasına cəhd edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Cavabdeh 25 aprel 2025-ci il tarixdə məhkəməyə vəsatətlə müraciət edərək, iddia ərizəsində qeyd olunan kredit üzrə faiz borcunun həddindən çox hesablandığını bildirmiş və məhkəmədən iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 08 may 2025-ci il tarixli e-2-2(119)-530/2025 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsi qərara alınmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin 14 aprel 2025-ci il tarixli iclasında iştirak etmiş cavabdeh izahatında bildirmişdir ki, iddianı qəbul etmir. İlk dəfə kredit götürərkən 140000 manat məbləğində kredit borcu mövcud olmuşdur, lakin bir neçə dəfə ödəniş etdiyi üçün əsas borc məbləğindən azalma olmalı idi. Krediti götürmək üçün iddiaçının Xırdalan şəhərində yerləşən filialına müraciət etmiş, müraciəti zamanı ona sahibkar kimi illik 12 faizlə kredit ayrılacağı bildirilmişdir. Krediti götürdüyü ilk vaxtlarda hissə-hissə ödəniş etdikdən bir neçə ay sonra kredit faizinin müqavilədə 26-27 faiz olduğu ona məlum olmuşdur. Bundan sonra iddiaçı təşkilatın Anar adlı əməkdaşına müraciət etmiş və qeyd etdiyi səbəbdən ödəniş həyata keçirməmişdir. Hazırda maddi imkanı zəifdir. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materialları: İş materiallarında olan İddiaçı BOKT MMC ("xxxx" BOKT MMC) ilə Cavabdeh arasında bağlanmış 02 noyabr 2021-ci il tarixli 3323 nömrəli kredit xətti (limit) müqaviləsinə əsasən, borcverən (iddiaçı) tərəfindən borcalana (cavabdehə) qeyri-yaşayış obyektinin tikintisi üçün illik 24 faiz olmaqla, 36 ay müddətinə 200000 manat məbləğində kredit limiti ayrılmışdır. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən, bu müqavilə üzrə borcverən borcalana 36 ay müddətinə, illik 24 faiz olmaqla 200000 manat məbləğində bərpa olunan kredit limiti ayırmağı və kredit limiti çərçivəsində bu müqavilənin ayrılmaz tərkib hissəsi olan razılaşmanı imzalamaqla kredit ayırmağı, borcalan isə krediti qəbul edərək, bu müqavilədə göstərilən müddətdə və qaydada, müqavilənin tərkib hissəsi olan ödəniş cədvəli əsasında krediti və həmin kreditə görə hesablanmış faizləri borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit limitinin müddəti ərzində borcalan ona kredit verilməsi barədə kredit verənə müraciət etmək hüququna malikdir və bu zaman bir kredit və ya bir neçə kreditlər üzrə ümumi qalıq məbləğ, girova qoyulmuş daşınmaz əmlakın borcverən tərəfindən qiymətləndirilən dəyərinin 70 faizindən artıq olmamalıdır. Həmin müqavilənin 2.4-cü bəndinə əsasən, borcalan kredit limiti müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlinə (01 nömrəli Əlavə) və əlavə razılaşmalara uyğun olaraq borcverənin hesabına ödəməklə həyata keçirir. Həmin müqavilənin 2.5-ci bəndinə əsasən, borcalan kredit və (və ya) ona hesablanmış faizləri ödəniş qrafikində (01 nömrəli Əlavədə) nəzərdə tutulmuş tarixlərdə ödəmədikdə hər gecikdirilmiş gün üzrə aylıq ödəniş məbləğinin 1 faiz dəbbə pulu və vaxtı keçmiş kredit üzrə illik 48 faiz olmaqla faiz hesablanır. Həmin müqavilənin 2.6-cı bəndinə əsasən, kredit limiti müqaviləsi çərçivəsində borcalana verilən kreditlər razılaşmanın bağlanması ilə rəsmiləşdirilir və bu müqavilə çərçivəsində veriləcək hər bir kredit üzrə kreditin illik faiz dərəcəsi, cərimə və kreditin ödənilməsinə dair digər spesifik şərtlər bu müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən razılaşmalarla müəyyən ediləcəkdir. Həmin müqavilənin 2.7-ci bəndinə əsasən, kredit limiti çərçivəsində verilən kreditlərin məqsəd(lər)i, götürülən kreditlərin konkret məbləği, müddəti, faizləri və kreditlərin verilməsi ilə bağlı digər xüsusi şərtlər əlavə razılaşmalarla müəyyən olunur. Həmin müqavilənin 3.8-ci bəndinə əsasən, kredit üzrə borcalan tərəfindən ödənilən məbləğ ilk növbədə “BOKT”-a dəyən zərərin, sonra hesablanmış cərimənin və kredit üzrə hesablanmış faizlərin, ən nəhayət kreditin ödənilməsinə yönəldilir. “BOKT”-un bənddə göstərilən, ödənilən məbləğin yönəldilməsi ardıcıllığından fərqli ardıcıllıq müəyyən edə bilər. Həmin müqavilənin 4.4.1-ci yarımbəndinə əsasən, BOKT-dan aldığı kredit limitini və ona hesablanmış faiz borcunu bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə müvafiq olaraq ödəmək borcalanın vəzifəsidir. İş materiallarında olan İddiaçı BOKT MMC ("xxxx" BOKT MMC) ilə Cavabdeh arasında bağlanmış 02 noyabr 2021-ci il tarixli 3323 nömrəli kredit xətti (limit) müqaviləsi çərçivəsində 02 noyabr 2021-ci il tarixli 01 nömrəli razılaşmaya əsasən, iddiaçı tərəfindən cavabdehə qeyri-yaşayış obyektinin tikintisi üçün illik 24 faiz olmaqla, 36 ay müddətinə 40000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan İddiaçı BOKT MMC ("xxxx" BOKT MMC) ilə Cavabdeh arasında bağlanmış 02 noyabr 2021-ci il tarixli 3323 nömrəli kredit xətti (limit) müqaviləsi çərçivəsində 02 dekabr 2021-ci il tarixli 02 nömrəli razılaşmaya əsasən, iddiaçı tərəfindən cavabdehə qeyri-yaşayış obyektinin tikintisi üçün illik 24 faiz olmaqla, 35 ay müddətinə 100000 manat məbləğində kredit verilmişdir. Həmin razılaşmaların 1-ci bəndlərinə əsasən, kredit razılaşmaları 02 noyabr 2021-ci il tarixli 3323 nömrəli kredit xətti (limit) müqaviləsi əsasında bağlanmışdır və onun tərkib hissələri sayılır. İş materiallarında olan 02 noyabr 2021-ci il tarixli 01 nömrəli razılaşma üzrə tərtib edilmiş ödəniş cədvəlinə əsasən, Cavabdeh banka olan borcu üçün son ödəniş tarixi 02 noyabr 2024-cü il olmaqla müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi tərəflər arasında razılaşdırılmışdır. İş materiallarında olan 02 dekabr 2021-ci il tarixli 02 nömrəli razılaşma üzrə tərtib edilmiş ödəniş cədvəlinə əsasən, Cavabdeh banka olan borcu üçün son ödəniş tarixi 02 noyabr 2024-cü il olmaqla müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi tərəflər arasında razılaşdırılmışdır. İş materiallarında olan 22 yanvar 2025-ci il tarixli 146/25 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh iddiaçıya 140000 manat məbləğində əsas bоrc, 99198,31 manat məbləğində faiz borcu, 4959,92 manat məbləğində cərimə оlmaqla, cəmi 244158,23 manat məbləğində borcu vardır. İş materiallarında olan ipoteka saxlayan ("xxxx" BOKT MMC) ilə ipoteka qoyan Cavabdeh arasında bağlanmış 02 noyabr 2021-ci il tarixli 3323 nömrəli ipoteka müqaviləsinin 2.1-ci bəndinə əsasən, cavabdehə məxsus ünvan 5i ünvanında 0,0142 ha torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 97,2 kv.m olan fərdi yaşayış evi ipotekaya qoyulmuşdur. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən, ipoteka predmetinin dəyəri: ipoteka predmeti müqavilə bağlanan vaxt üçün 58000 manat məbləğində qiymətləndirilir. İş materiallarında olan ipoteka saxlayan ("xxxx" BOKT MMC) ilə ipoteka qoyan Cavabdeh arasında bağlanmış 02 noyabr 2021-ci il tarixli 3323/1 nömrəli ipoteka müqaviləsinin 2.1-ci bəndinə əsasən, cavabdehə məxsus ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 49,9 kv.m. olan mənzil, ünvan 8 ünvanında yerləşən ümumi sahəsi 46,8 kv.m. olan mənzil, ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 49,9 kv.m olan mənzil ipotekaya qoyulmuşdur. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən, ipoteka predmetlərinin dəyəri: ipoteka predmetləri müqavilə bağlanan vaxt üçün 47700 manat məbləğində qiymətləndirilir. Həmin müqavilələrin 9.2-ci bəndlərinə əsasən, əsas öhdəliyin və yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka saxlayanın ipoteka predmetlərinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallardan biridir. İş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində 242 nömrəli reyestr kitabının 57 nömrəli vərəqində qeydiyyata alınmış çıxarışa əsasən, cavabdehə məxsus ünvan 5i ünvanında 0,0142 ha torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 97,2 kv.m olan fərdi yaşayış evi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində 227 nömrəli reyestr kitabının 36 nömrəli vərəqində qeydiyyata alınmış çıxarışa əsasən, cavabdehə məxsus ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 49,9 kv.m. olan mənzil iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində 227 nömrəli reyestr kitabının 40 nömrəli vərəqində qeydiyyata alınmış çıxarışa əsasən, cavabdehə məxsus ünvan 8 ünvanında yerləşən ümumi sahəsi 46,8 kv.m. olan mənzil iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində 227 nömrəli reyestr kitabının 41 nömrəli vərəqində qeydiyyata alınmış çıxarışa əsasən, cavabdehə məxsus ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 49,9 kv.m olan mənzil iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən məhkəməyə təqdim edilmiş 25 avqust 2025-ci il tarixli ƏAM/A 70-476/25 nömrəli mütəxəssis rəyindən görünür ki, ünvan 5i ünvanında 0,0142 ha torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 97,2 kv.m olan fərdi yaşayış evinin likvid dəyəri 54000 manat, bazar dəyəri 60000 manat təşkil edir. ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 49,9 kv.m. olan mənzilin təmirli halda likvid dəyəri 68000 manat, bazar dəyəri 72000 manat, təmirsiz halda likvid dəyəri 59000 manat, bazar dəyəri 62500 manat; ünvan 8 ünvanında yerləşən ümumi sahəsi 46,8 kv.m. olan mənzilin təmirli halda likvid dəyəri 64000 manat, bazar dəyəri 67500 manat, təmirsiz halda likvid dəyəri 55000 manat, bazar dəyəri 58500 manat; ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 49,9 kv.m olan mənzilin təmirli halda likvid dəyəri 68000 manat, bazar dəyəri 72000 manat, təmirsiz halda likvid dəyəri 59000 manat, bazar dəyəri 62500 manat təşkil edir. İş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş ƏAM/A 70-476/25 nömrəli mütəxəssis rəyinə 03 sentyabr 2025-ci il tarixli 01 saylı Əlavənin məzmununda “ 1.Fərdi yaşayış evi ilə bağlı: Qiymətləndirmə prosesi zamanı əməkdaşımız tərəfindən obyektin xarici müşahidəsi aparılmış və pəncərə vasitəsilə daxili sahəyə vizual baxış qismən mümkün olmuşdur. Aparılan müşahidələr əsasında müəyyən edilmişdir ki, fərdi yaşayış evi "təmirsiz" vəziyyətdə deyil, yaşayış üçün yararlı, orta təmirli vəziyyətdədir. Bu səbəbdən qiymətləndirmə rəyində yalnız "orta təmirli" vəziyyət üzrə dəyər müəyyən edilmişdir. Mənzillərlə bağlı: Mülkiyyətçi tərəfindən açar təqdim edilmədiyindən, mənzillərin daxilinə baxış keçirilməsi mümkün olmamışdır. Bu səbəbdən ekspert mənzillərin bazar dəyərini müəyyən edərkən, həm “təmirsiz”, həm də “orta təmirli” vəziyyət üzrə analoji bazar yanaşmasından istifadə etmişdir” qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən məhkəməyə təqdim edilmiş 17 dekabr 2025-ci il tarixli 9/2851 nömrəli məhkəmə-mühasibatlıq ekspertizasına dair ekspert rəyinin nəticə hissəsində göstərilir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh banka ödənilmiş pul vəsaitlərinə dair bankda olan cari hesabdan çıxarış məlumatları, 02 noyabr 2021-ci il tarixli 3323 nömrəli kredit xətti müqaviləsinin, 02 noyabr 2021-ci il tarixli 3323 nömrəli kredit xətti müqaviləsi üzrə 02 noyabr 2021-ci il tarixli 1 nömrəli razılaşmanın və 02 dekabr 2021-ci il tarixli 2 nömrəli razılaşma nəzərə alınmaqla Cavabdeh sualda göstərilən tarixlərə banka olan faiz və əsas borcu 231825 manat məbləğində müəyyən edilir: 22 yanvar 2025-ci il tarixə: əsas borc üzrə 140000 manat, faiz borcu üzrə 91825 manat; 08 may 2025-ci il tarixə: əsas borc üzrə 140000 manat, faiz borcu üzrə 91825 manat məbləğində müəyyən edilmişdir. İş materiallarına, həmçinin hesabdan çıxarış əlavə edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.4-cü və 269.5-ci maddələrinə əsasən, ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Həmin Məcəllənin 269.7-ci maddəsinə əsasən, girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Həmin Məcəllənin 270.1-ci maddəsinə əsasən, girov və ipoteka müqavilə üzrə əmələ gəlir. Həmin Məcəllənin 276.1-ci maddəsinə əsasən, ipoteka predmeti olan əşyalar, habelə mülki dövriyyədən çıxarılmış əşyalar və kreditorun şəxsiyyəti ilə qırılmaz bağlı olan tələblər, o cümlədən alimentlər, həyata və ya sağlamlığa vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında tələblər və digər şəxsə güzəşt olunması qanunla qadağan edilmiş sair hüquqlar istisna olmaqla, istənilən əşyalar və tələblər girov predmeti ola bilər. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci və 319.4-cü maddələrinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiyməti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 739.1-ci və 739.2-ci maddələrinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” 24 fevral 2023-cü il tarixli Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qüvvədə olmuş redaksiyasına əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi və (və ya) ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallara aiddir. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, ipoteka predmetinin ilkin satış qiymətini qərarda göstərməlidir, ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 64.1-ci maddəsinə əsasən, işə baxılarkən məhkəməyə kömək etmək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxs məhkəmədə mütəxəssis qismində çıxış edə bilər. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi: Yuxarıda təsvir olunanlarla müəyyən edilir ki, iddiaçı ilə cavabdeh arasında 02 noyabr 2021-ci il tarixli 3323 nömrəli kredit xətti (limit) müqaviləsi və həmin müqavilə çərçivəsində tərəflər arasında bağlanmış 02 noyabr 2021-ci il tarixli 01 nömrəli razılaşma üzrə cavabdehə 40000 manat, 02 dekabr 2021-ci il tarixli 02 nömrəli razılaşma üzrə isə 100000 manat məbləğində kredit verilmişdir. Cavabdeh qeyd edilən müqavilələr üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməyərək iddiaçıya ödənilməli olan kredit məbləğlərini tam ödəməmiş, bununla da müqavilə öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Məhkəmənin 14 aprel 2025-ci il tarixində keçirilmiş iclasında iştirak edən cavabdeh iddia ilə razı olmadığını, borc məbləği üzrə ödənişlər həyata keçirildiyindən əsas borcun məbləğinin azaldılmalı olduğunu qeyd etmişdir. Cavabdehin izahatı və vəsatəti nəzərə alınaraq 08 may 2025-ci il tarixli qərardadla iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspert rəyi əldə edilmişdir. Bundan başqa, 02 noyabr 2021-ci il tarixli 3323 nömrəli kredit xətti (limit) müqaviləsinin 3.8-ci bəndində borcalan tərəfindən həyata keçiriləcək ödənişlərin ardıcıllığı razılaşdırılmışdır: ilk növbədə, kreditora dəyən zərər, sonra hesablanmış cərimə və faizlər, daha sonra əsas borc məbləği. Üçüncü bir tərəfdən, cavabdeh məhkəmədən vəkillə müqavilə bağlamasına şərait yaradılması üçün iclasın başqa tarixə təxirə salınmasını xahiş etmiş, cavabdehin müraciəti nəzərə alınaraq iclas təxirə salınsa da, cavabdeh və ya nümayəndəsi növbəti məhkəmə iclaslarında iştirak etməmiş, eyni zamanda iştirak etməməsinin üzrlü səbəbi barədə məhkəməyə hər hansısa məlumat təqdim etməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin cavabdehdən 140000 manat məbləğində əsas borc məbləğinin tutulması barədə hissəsi əsaslıdır və təmin edilməlidir (əsas borcun məbləği ilə bağlı 17 dekabr 2025-ci il tarixli 9/2851 nömrəli ekspert rəyində də eyni nəticəyə gəlinmişdir). Məhkəmə hesab edir ki, cavabdehdən tutulmalı olan faiz borcunun məbləği müəyyən edilərkən 17 dekabr 2025-ci il tarixli 9/2851 nömrəli ekspert rəyi mötəbər sübut olaraq nəzərə alınmalı, həmin kredit müqaviləsi üzrə 91825 manat məbləğində faiz borcu tutulmalıdır. Belə ki, iddia ərizəsində sözügedən kredit müqaviləsi üzrə 99198,31 manat məbləğində faiz borcunun tutulması xahiş edilsə də, istinad edilən ekspert rəyində faiz borcunun məbləği 91825 manat məbləğində müəyyən edilmişdir. Eyni zamanda həmin ekspert rəyinin nəticə hissəsində faiz borcunun 22 yanvar 2025-ci il və 08 may 2025-ci il tarixlərinə hesablandığı qeyd edilsə də, rəyin tədqiqat hissəsinə əlavə edilmiş cədvəldən görünür ki, ekspert faiz borcunun məbləğini 02 noyabr 2024-cü il tarixdən, yəni müqavilənin müddətinin bitdiyi tarixdən etibarən hesablanmasını dayandırmış, 02 noyabr 2024-cü il tarixinə 91825 manat məbləğində faiz borcunun olması qənaətinə gəlmişdir. İddia tələbinin 4959,92 manat məbləğində cərimənin tutulmasına aid hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Cavabdeh kredit müqavilələri üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə təsdiq edildiyindən və müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi də nəzərdə tutulduğundan (02 noyabr 2021-ci il tarixli 3323 nömrəli kredit xətti (limit) müqaviləsinin 2.5-ci bəndi) iddiaçı cavabdehdən cərimənin ödənilməsini də tələb etməkdə haqlıdır və iddia tələbi bu hissədə təmin edilməlidir. İddiaçı ilə cavabdeh arasında bağlanmış 02 noyabr 2021-ci il tarixli 3323 nömrəli ipoteka müqaviləsinin 2.3-cü bəndinə əsasən, cavabdehə məxsus ünvan 5ində yerləşən ipoteka predmetinin (fərdi yaşayış evinin) dəyəri 58000 manat məbləğində, 02 noyabr 2021-ci il tarixli 3323/1 nömrəli ipoteka müqaviləsinin 2.3-cü bəndinə əsasən, Abşeron rayonu, Xırdalan şəhəri H.Əliyev prospekti, ev 1282 ünvanında yerləşən (müvafiq olaraq mənzil 4, 10 və 12) ipoteka predmetlərinin (mənzillərin) hər birinin dəyəri isə 47700 manat məbləğində qiymətləndirilmişdir. Kredit müqaviləsi üzrə müvafiq pul vəsaitlərinin ipoteka ilə yüklü edilmiş həmin daşınmaz əmlaklara yönəldilməsi barədə tələb Mülki Məcəllənin 317-ci və 319-cu maddələrinin və “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğundur “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, ipoteka predmetinin ilkin satış qiymətini qərarda göstərməlidir, ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. İddiaçının xeyrinə yüklü edilmiş ipoteka predmeti olan ünvan 5ində yerləşən fərdi yaşayış evinin ilkin satış qiymətinə münasibətdə məhkəmə qeyd edir ki, ipoteka müqaviləsində bu qiymət 58000 manat, məhkəməyə təqdim edilmiş əmtəəşünaslıq tədqiqatı üzrə mütəxəssis rəyində isə 54000 manat məbləğində müəyyən edilmişdir. Eyni zamanda, iddia tələbində də həmin ipoteka predmetinə münasibətdə ilkin satış qiymətinin 58000 manat məbləğində müəyyənləşdirilməsi xahiş edilmişdir. Məhkəmə hesab edir ki, əmlakın likvid qiymətinin məhz 58000 manat dəyərində müəyyənləşdirilməsi tərəflərin, xüsusən cavabdehin mənafeləri baxımından daha ədalətlidir. Çünki əmlakın dəyərinin 58000 manatdan daha artıq miqdarda qiymətləndirilməsi üçün hazırkı vəziyyətdə hansısa əsas yoxdur, digər tərəfdən iddia tələbində əmlakın satış qiymətinin 58000 manat məbləğində qiymətləndirilməsinin xahiş edilməsi nəzərə alındıqda, mütəxəssis rəyində göstərilmiş 54000 manat məbləğində qiymətin əsas götürülməsi “iddia tələbindən kənara çıxma” hesab edilə bilər, eyni zamanda cavabdehin mənafeyi baxımından yolverilən deyildir. Belə olduğu təqdirdə sözügedən ipoteka predmetinin ilkin satış qiyməti, məhz 58000 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə digər ipoteka predmetlərinə münasibətdə - iş üzrə "xxxx" MMC-dən təqdim edilmiş 25 avqust 2025-ci il tarixli ƏAM/A 70-476/25 nömrəli mütəxəssis rəyini nəzərə alaraq hesab edir ki, ünvan 9 ünvanında yerləşən 49.9 kv.m olan mənzilin ilkin satış qiyməti 59000 manat, ünvan 10 ünvanında yerləşən 46.8 kv.m olan mənzilin ilkin satış qiyməti 55000 manat və ünvan 11 ünvanında yerləşən 49.9 kv.m olan mənzilin ilkin satış qiyməti 59000 manat məbləğində müəyyən edilməlidir. İddia tələbinin “satışdan əldə edilmiş vəsait borcun ödənilməsi üçün yetərli olmazsa, borcun qalan hissəsinin cavabdehdən ümumi qaydada tutulması”na dair hissəsi ilə bağlı məhkəmə yuxarıda göstərilənləri və iş üzrə məhkəmə araşdırması zamanı müəyyən olunan digər halları, o cümlədən Mülki Məcəllənin, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun və "İpoteka haqqında" Azərbaycan Respublikasının Qanununun tələblərini nəzərə alaraq hesab edir ki, tələbin həmin hissədə əsaslılığı müəyyən olunmadığı üçün təmin edilməməlidir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 45.6-cı maddəsinə əsasən, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Göründüyü kimi, borcun yönəldiyi ipoteka predmetinin satışından əldə edilən vəsait cavabdehdən tutulan borcu tam ödəmədikdə, ödənilməyən hissənin cavabdehdən alınması, yəni qətnamə əsasında verilmiş icra sənədi ödənilməyən hissədə yuxarıda qeyd olunan Məcəllə və Qanunların tələblərinə uyğun olaraq ümumi qaydada icra edilir. Yəni satışdan əldə edilən məbləğ borcun ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin cavabdehdən tutulması qətnamənin icrası zamanı həll edilən məsələlərə aid olduğundan iddia həmin hissədə əsassız hesab edilərək təmin edilməməlidir. İddia tələbinin ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin reyestrdə qeydə alınması üçün çəkilən xərclərin əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iş materiallarında olan dövlət rüsumunun ödənilməsi barədə 30 yanvar 2025-ci il tarixli təsdiqetmə bildirişlərindən görünür ki, iddiaçı tərəfindən cəmi 60 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Həmçinin iş materiallarında olan təyinatı “Xidmət haqqının ödənilməsi” olan təsdiqetmə bildirişlərindən görünür ki, iddiaçı tərəfindən cəmi 144 manat məbləğində xidmət haqqı ödənilmişdir. Buna görə də, iddia tələbi həmin hissədə təmin edilməli, cavabdehdən 60 manat məbləğində dövlət rüsumunun və 144 manat məbləğində xidmət haqqının əvəzi iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, iş materiallarında olan 10 fevral 2025-ci il tarixli ********** nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət edilən zaman 534,16 manat məbləğində dövlət rüsumu ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.4-cü maddəsinə əsasən, iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 390 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi məbləğində dövlət rüsumu tutulur. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən, hazırkı iddia tələbi üzrə iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumunun məbləği 526,78 manat təşkil etdiyindən, həmin məbləğdə pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, "xxxx" MMC-nin 25 avqust 2025-ci il tarixli ƏAM/A 70-476/25 nömrəli mütəxəssis rəyinə əlavə edilmiş xərclərə dair bildirişdən görünür ki, aparılan tədqiqatın dəyəri 1050 manat təşkil etmişdir. Hazırkı iddia ərizəsi qismən təmin edildiyindən iş üzrə keçirilmiş mütəxəssis tədqiqatının dəyəri olan 1050 manat məbləğində pul vəsaiti Mülki Prosessual Məcəllənin yuxarıda istinad edilmiş 119.1-ci maddəsinə əsasən, cavabdehdən tutularaq "xxxx" MMC-yə ödənilməlidir. Bunlardan əlavə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 17 dekabr 2025-ci il tarixli 9/2851 nömrəli ekspert rəyinə əlavə olunmuş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılan ekspertiza tədqiqatının dəyəri 200 manat məbləğində təşkil etmişdir. Hazırkı iddia ərizəsi qismən təmin edildiyindən iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 200 manat məbləğində pul vəsaiti Mülki Prosessual Məcəllənin yuxarıda istinad edilmiş 119.1-ci maddəsinə əsasən, cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirib, istinad olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdеhdən 140000 manat məbləğində əsas borc, 91825 manat məbləğində faiz borcu, 4959,92 manat məbləğində cərimə, ipoteka predmetlərinə tutma yönəldilməsi ilə bağlı ödənilmiş 144 manat məbləğində xidmət haqqının, 60 manat məbləğində dövlət rüsumunun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 526,78 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 237515,7 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalı, cavabdehdən tutulmalı olan cəmi 237515,7 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmiş cavabdehə məxsus ünvan 5i ünvanında yerləşən 0.012 ha torpaq sahəsinin üzərindəki ümumi sahəsi 97.2 kv.m olan fərdi yaşayış evinə, ünvan 9 ünvanında yerləşən 49.9 kv.m olan mənzilə, ünvan 10 ünvanında yerləşən 46.8 kv.m olan mənzilə və ünvan 11 ünvanında yerləşən 49.9 kv.m olan mənzilə yönəldilməli və həmin ipoteka predmetləri açıq hərracda satılaraq iddiaçıya olan cəmi 237515,7 manat məbləğində borc ödənilməli, ipoteka predmetləri olan ünvan 5i ünvanında yerləşən 0.0142 ha torpaq sahəsinin üzərindəki ümumi sahəsi 97.2 kv.m olan fərdi yaşayış evinin ilkin satış qiyməti 58000 manat, ünvan 9 ünvanında yerləşən 49.9 kv.m olan mənzilin ilkin satış qiyməti 59000 manat, ünvan 10 ünvanında yerləşən 46.8 kv.m olan mənzilin ilkin satış qiyməti 55000 manat və ünvan 11 ünvanında yerləşən 49.9 kv.m olan mənzilin ilkin satış qiyməti 59000 manat məbləğində müəyyən edilməli, iddia qalan hissədə təmin edilməməli, iş üzrə keçirilmiş mütəxəssis tədqiqatının dəyəri olan 1050 manat məbləğində pul vəsaiti cavabdehdən "xxxx" MMC-nin xeyrinə tutulmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 200 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdеh Cavabdeh 140000 (yüz qırx min) manat məbləğində əsas borc, 91825 (doxsan bir min səkkiz yüz iyirmi beş) manat məbləğində faiz borcu, 4959,92 (dörd min doqquz yüz əlli doqquz manat, doxsan iki qəpik) manat məbləğində cərimə, ipoteka predmetlərinə tutma yönəldilməsi ilə bağlı ödənilmiş 144 (yüz qırx dörd) manat məbləğində xidmət haqqının, 60 (altmış) manat məbləğində dövlət rüsumunun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 526,78 (beş yüz iyirmi altı manat, yetmiş səkkiz qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 237515,7 (iki yüz otuz yeddi min beş yüz on beş manat, yetmiş qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Bank olmayan Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Cavabdeh tutulmalı olan cəmi 237515,7 (iki yüz otuz yeddi min beş yüz on beş manat, yetmiş qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Bank olmayan Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmiş Cavabdeh məxsus ünvan 5i ünvanında yerləşən 0.012 ha torpaq sahəsinin üzərindəki ümumi sahəsi 97.2 kv.m olan fərdi yaşayış evinə, ünvan 9 ünvanında yerləşən 49.9 kv.m olan mənzilə, ünvan 10 ünvanında yerləşən 46.8 kv.m olan mənzilə və ünvan 11 ünvanında yerləşən 49.9 kv.m olan mənzilə yönəldilsin və həmin ipoteka predmetləri açıq hərracda satılaraq İddiaçı BOKT MMC-yə olan cəmi 237515,7 (iki yüz otuz yeddi min beş yüz on beş manat, yetmiş qəpik) manat məbləğində borc ödənilsin. İpoteka predmetləri olan ünvan 5i ünvanında yerləşən 0.0142 ha torpaq sahəsinin üzərindəki ümumi sahəsi 97.2 kv.m olan fərdi yaşayış evinin ilkin satış qiyməti 58000 (əlli səkkiz min) manat, ünvan 9 ünvanında yerləşən 49.9 kv.m olan mənzilin ilkin satış qiyməti 59000 (əlli doqquz min) manat, ünvan 10 ünvanında yerləşən 46.8 kv.m olan mənzilin ilkin satış qiyməti 55000 (əlli beş min) manat və ünvan 11 ünvanında yerləşən 49.9 kv.m olan mənzilin ilkin satış qiyməti 59000 (əlli doqquz min) manat məbləğində müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş mütəxəssis tədqiqatının dəyəri olan 1050 (min əlli) manat məbləğində pul vəsaiti Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(119)-530/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-530/2025
21.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver