Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-535/2020 27.11.2020 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Tağıyev Xəqani Qəhrəman oğlunun sədrliyi, Ağayeva Elnarə Nəriman qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh “xxxx” Fərdi Şirkətinə qarşı pul tələbinə dair iddiası üzrə kommersiya işinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxx” Fərdi Şirkətinə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli qiyabi qətnaməsi ilə iddia təmin edilmişdir. İş üzrə cavabdeh “xxxx” Fərdi Şirkətinin ərizəsinə əsasən məhkəmənin xx.xx.2010-ci il tarixli qərardadı ilə qiyabi qətnamə ləğv edilmiş və icraatın təzələnərək mahiyyəti üzrə baxılması qərara alınmışdır. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ilə “xxxx” Fərdi Şirkəti arasında xx.xx.2019cu il tarixli, 224/1 nömrəli müasir ayaqaltı və betonaltı iskələ və teleskopik dəmir dirəklər sistemlərinin tikinti, təmir bərpa işləri məqsədi ilə icarəsinə dair müqavilə bağlamışlar. Müqavilənin şərtlərinə əsasən icarəyəverən İddiaçı “xxxx” Fərdi Şirkəti arasında müqavilə bağlandığı andan dəmir dirəklərinin icarəsini həyata keçirmişdir. xx.xx.2019-cu il tarixli, 224/1 nömrəli müqavilənin 1.1-ci bəndinə əsasən icarəyəverən malları icarəçinin sahibliyinə və istifadəsinə verdikdən sonra icarəçi razılaşdırılmış icarə haqqını ödəməyi öhdəsinə götürür. “xxxx” Fərdi Şirkəti tərəfindən 19979,4 manat məbləğində pul vəsaiti ödənilməmişdir. Cavabdeh tərəfindən müqavilə üzrə yaranmış 19979,4 manat pulun ödənilməməsi nəticəsində iddiaçı 300 manat hüquqi yardım göstərilməsinə görə və 31 manat məhkəməyə müraciət etmək üçün dövlət rüsumu ödəyərək xərc çəkmişdir. Göstərilənlərə əsasən iddiaçı məhkəmədən cavabdeh “xxxx” Fərdi Şirkəti tərəfindən icra olunmamış müqavilənin icrasının təmin edilməsi üçün 19979,4 (on doqquz min doqquz yüz yetmiş doqquz manat dörd qəpik) manat, hüquqlarını bərpa etmək üçün hüquqi yardıma görə 300 (üç yüz) manat və məhkəməyə müraciət etmək üçün ödənilmiş dövlət rüsumu olaraq 31 (otuz bir) manat pulun cavabdehdən tutaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh “xxxx” Fərdi Şirkətinə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən, cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə gəlmiş tərəfi dinləyib, iş materiallarını və təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmalıdır. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ilə “xxxx” Fərdi Şirkəti arasında xx.xx.2019-cu il tarixli, 224/1 №-li avadanlıqların icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndindən görünür ki, icarəyəverən (İddiaçı) bu müqaviləyə Əlavədə göstərilən müasir ayaqaltı və betonaltı iskələ və teleskopik dəmir dirəklər sistemləri (“Avadanlıqlar”) tikinti, təmir bərpa işləri məqsədi ilə icarəçinin (“xxxx” Fərdi Şirkəti) istifadəsinə verir. İcarəçi isə razılaşdırılmış icarə haqqını ödəməyi öhdəsinə götürür. İş materiallarında olan xx.xx.2020-ci il tarixli üzləşdirmə aktından görünür ki, həmin tarixə “xxxx” Fərdi Şirkətinin İddiaçı olan borcu 19979,4 manat təşkil edir. Sözügedən akta 1 №-li əlavədə də bu məbləğ öz əksini tapmışdır. İş materiallarında olan İddiaçı ilə Vəkil arasında bağlanmış hüquqi yardımın göstərilməsi haqqında xx.xx.2020-ci il tarixli, 474 №-li müqavilədən görünür ki, iddiaçının hüquqlarının müdafiəsi Vəkil həvalə edilmişdir. İş materiallarında olan 140873 №-li mədaxil qəbzindən görünür ki, xx.xx.2020-ci il tarixdə İddiaçı Vəkil 300 manat ödəniş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1.-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.2-ci maddəsinə görə əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Həmin Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, iddidaçı İddiaçı ilə “xxxx” Fərdi Şirkəti arasında avadanlıqların icarəsinə dair müqavilə bağlamışlar. Həmin müqaviləyə görə, İddiaçı müqaviləyə Əlavədə göstərilən müasir ayaqaltı və betonaltı iskələ və teleskopik dəmir dirəklər sistemləri (“Avadanlıqlar”) tikinti, təmir bərpa işləri məqsədi ilə “xxxx” Fərdi Şirkətinin sahibliyinə və istifadəsinə vermiş, cavabdeh isə razılaşdırılmış icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Buna görə də iddiaçı məcbur olub məhkəməyə müraciət etmişdir. İddiaçının istinad etdiyi hallar, yəni cavabdehlə aralarında bağlanılmış müqaviləyə əsasən müasir ayaqaltı və betonaltı iskələ və teleskopik dəmir dirəklər sistemlərinin iddiaçı tərəfindən cavabdehə icarəyə verilməsi və həmin sistemərin icarəsinə görə cavabdehin iddiaçıya 19979,4 manat məbləğində icarə haqqını ödəməməsi iş materialları ilə, o cümlədən icarə müqaviləsi və üzləşmə aktı ilə tam təsdiq olunur. İşdə olan mədaxil qəbzindən görünür ki, İddiaçı ona hüquqi yardın göstərməsi üçün Vəkil 300 manat ödəniş etmişdir. Ona görə də, iddia əsaslı olduğu üçün təmin edilməlidir. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia əsaslı olduğuna görə təmin edilməli, cavabdeh “xxxx” Fərdi Şirkətindən icra olunmamış müqavilənin icrasının təmin edilməsi üçün 19979,4 (on doqquz min doqquz yüz yetmiş doqquz manat dörd qəpik) manat, hüquqlarını bərpa etmək üçün hüquqi yardıma görə nümayəndəyə ödənilən xərc qismində 300 (üç yüz) manat pul tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220-ci maddələrinin tələbini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh “xxxx” Fərdi Şirkətinə qarşı pul tələbinə dair iddiası təmin edilsin. Cavabdeh “xxxx” Fərdi Şirkətindən müqavilənin icrasının təmin edilməsi üçün 19979,4 (on doqquz min doqquz yüz yetmiş doqquz manat qırx qəpik) manat və hüquqi yardım göstərilməsinə görə ödənilmiş 300 (üç yüz) manat məbləğində pul tutularaq, İddiaçı ödənilsin. İddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehə aid edilsin. Cavabdehdən 30 manat dövlət rüsumunun əvəzi tutularaq, iddiaçıya ödənilsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Xəqani Tağıyev
Məhkəmə qərarları › İş №e-2-2(119)-535/2020
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-535/2020
27.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver