Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-544/2023 20.04.2023 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Alıyeva Həlimə Rəşid qızı, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh5 Əmirxanovnaya, Cavabdeh6, X1 və Cavabdeh8 qarşı verilmiş “krеdit razılaşmasının ləğv edilməsi, borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN E T D İ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti 17 aprel 2023-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh5 Əmirxanovnaya, Cavabdeh6, X1 və Cavabdeh8 qarşı “krеdit razılaşmasının ləğv edilməsi, borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.1-ci maddəsinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi Mülki-Prosessual Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Məhkəmə icraatının mümkünlüyünün yoxlanılması ilə əlaqədar İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh5 Əmirxanovnaya, Cavabdeh6, X1 və Cavabdeh8 qarşı “krеdit razılaşmasının ləğv edilməsi, borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən yolverilməzliyinə görə həmin iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti 17 aprel 2023-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh5 Əmirxanovnaya, Cavabdeh6, X1 və Cavabdeh8 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi barədə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh4 ilə bağlanmış xx.xx.2021-ci il tarixli 011R********** saylı krеdit razılaşmasının ləğv edilməsi, cavabdеhlər Cavabdeh4, Cavabdeh6, Cavabdeh5, Cavabdeh1, Cavabdeh2 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə 011R********** saylı krеdit razılaşması üzrə 26189,36 manat məbləğində krеdit bоrcu, 3219,14 manat məbləğində faiz bоrcu və 2351,8 manat məbləğində cərimə olmaqla, ümumilikdə 31760,30 (otuz bir min yeddi yüz altmış manat otuz qəpik) manat məbləğində bоrcun, iddiaçı tərəfindən ödənilmiş 200 manat məbləğində mediasiya xərcinin, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının tutulması, Cavabdeh6, Cavabdeh2, Cavabdeh1, Cavabdeh5, Cavabdeh4 mülkiyyətində olan Xaçmaz rayonu, İstisu qəsəbəsində yerləşən 1.08 ha torpaq sahəsinin açıq hərracdan satılması, 31760,30 (otuz bir min yeddi yüz altmış manat otuz qəpik) manat məbləğində borcun və tərəfimizdən ödənilmiş 200 manat məbləğində mediasiya xərcinin, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına "xxxx" QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh4, Cavabdeh6, Cavabdeh5, Cavabdeh1, Cavabdeh2 ümumi qaydada tutulması, Cavabdeh6, Cavabdeh2, Cavabdeh1, Cavabdeh5, Cavabdeh4 mülkiyyətində olan Xaçmaz rayonu, İstisu qəsəbəsində yerləşən 1.08 ha torpaq sahəsinə Cavabdeh6, Cavabdeh2, Cavabdeh1, Cavabdeh5, Cavabdeh4, Cavabdeh7, Cavabdeh8 həmin torpaq sahəsinə istifadə hüquqlarının itirilməsi, həmin torpaq sahəsinə tutma yönəldildikdən və o, satıldıqdan 1 ay sonra həmin torpaq sahəsinin boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Lakin "AZEMİS" Elektron Məhkəmə İnformasiya Sistemində olan məlumat bazasında olan məlumatlarla müəyyən olunur ki, iddia ərizəsində cavabdehlər qismində göstərilmiş Cavabdeh5 Əmirxanovna 07 iyul 2022ci il tarixdə, Cavabdeh6 isə 22 avqust 2021-ci il tarixdə ölmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 25.2-ci maddəsinə əsasən, fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 49.1-ci maddəsinə əsasən, öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur. Göründüyü kimi, cavabdehlər qismində göstərilmiş Cavabdeh5 Əmirxanovna 07 iyul 2022-ci il tarixdə, Cavabdeh6 isə 22 avqust 2021-ci il tarixdə vəfat etdiyi üçün hazırkı iddia ərizəsinin veridiyi vaxt, yəni 17 aprel 2023-cü il tarixdə onların hüquq qabiliyyəti olmamışdır. Buna görə də, iddiaçı onlara qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi ilə məhkəməyə müraciət etdiyi zaman cavabdehlər Cavabdeh5 Əmirxanovna və Cavabdeh6 artıq ölmüş olduğundan, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 25.2-ci maddəsinin tələblərinə əsasən onlara qarşı məlum iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi və onların cavabdeh qismində məhkəmə prosesinə cəlb olunması istisna edilir. Odur ki, məhkəməyə müraciət ediləndən əvvəl ölmüş Cavabdeh5 Əmirxanovna və Cavabdeh6 cavabdeh qismində cəlb edilməklə verilmiş hazırkı iddia ərizəsinə məhkəmə qaydasında baxıla bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə - iddianın yolverilməzliyinə görə ərizənin icraata qəbul edilməsindən imtina olunur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.4-cü maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Qeyd etmək lazımdır ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən hazırkı iddia ərizəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə verilmiş olduğundan, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçı tərəfindən yaradılmış olan elektron kabinetə yerləşdirilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-153, 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA ALDİ: İddianın yolverilməzliyinə görə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh5 Əmirxanovnaya, Cavabdeh6, X1 və Cavabdeh8 qarşı verilmiş “krеdit razılaşmasının ləğv edilməsi, borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsinin icraata qəbul olunmasından imtina edilsin. Qərardaddan 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-544/2023
Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-544/2023
20.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver