Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-549/2025 14.05.2025 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, X1 oğlunun katibliyi, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 iştirakı ilə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh4nə, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh4nə, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada 19 oktyabr 2021-ci il tarixli 1738/K nömrəli kredit müqaviləsi üzrə 6272,18 (altı min iki yüz yetmiş iki manat on səkkiz qəpik) manat məbləğində əsas borc, 724,57 (yeddi yüz iyirmi dörd manat əlli yeddi qəpik) manat məbləğində faiz borcu, müqavilə müddəti bitdikdən sonra illik 5 %-lə hesablanmış 151,14 (yüz əlli bir manat on dörd qəpik) manat məbləğində faiz borcu, 471,68 (dörd yüz yetmiş bir manat altmış səkkiz qəpik) manat məbləğində cərimə borcu olmaqla, cəmi 7619,57 (yeddi min altı yüz on doqquz manat əlli yeddi qəpik) manat məbləğində borcun, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 141,08 (yüz qırx bir manat səkkiz qəpik) manat məbləğində dövlət rüsumunun və 0,80 (səksən qəpik) manat məbləğində bank xidmət haqqının iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, eyni zamanda cavabdehlərdən müştərək qaydada ödənilmiş zəmanət üzrə 9408,27 (doqquz min dörd yüz səkkiz manat iyirmi yeddi qəpik) manat məbləğində pul vəsaitinin Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 249 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə veriləcək bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi və kredit faizlərinin subsidiyalaşdırılması Qaydası” əsasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh4 arasında bağlanmış 1738/K nömrəli, xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun xx.xx.2021-ci il tarixli ZM-1927/2021 nömrəli zəmanət məktubunun şərtlərinə uyğun olaraq bank tərəfindən borcluya 36 ay müddətinə illik 15 faiz ödəmək şərtilə 80000 manat məbləğində kredit verilmişdir. Borclu kredit üzrə əsas borcu və ona hesablanmış faizləri (müqavilənin 7-ci hissəsi nəzərə alınmaqla), o cümlədən mövcud olduğu təqdirdə dəbbə pulunu müqavilədə nəzərdə tutulmuş qaydada banka ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda kredit müqaviləsinin təminatı kimi bankla Aliev Dzhumshud arasında 1738/Z-1 nömrəli, xx.xx.2021-ci il tarixli, Cavabdeh2 arasında 1738/Z-2 nömrəli, xx.xx.2021-ci il tarixli və Cavabdeh1 arasında 1738/Z-3 nömrəli, xx.xx.2021-ci il tarixli zaminlik müqavilələri bağlanılmışdır. Həmin müqavilələrin 1.1-ci bəndinə əsasən zamin sözügedən kredit müqaviləsi üzrə yaranmış öhdəliyin icrasının təmin edilməsi üçün borclu tərəfindən bu öhdəlik icra edilmədikdə və ya lazımınca icra edilmədikdə, öhdəliyi tamailə icra etməsi üzrə məsuliyyəti öz üzərinə götürmüşdür. Lakin borclu müqavilədə nəzərdə tutulmuş qaydada krediti və ona hesablanmış faizləri banka qaytarmayaraq müqavilə şərtlərini pozmuşdur. Bundan sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 249 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə veriləcək bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi və kredit faizlərinin subsidiyalaşdırılması Qaydası”na uyğun olaraq verilmiş xx.xx.2021-ci il tarixli ZM-1927/2021 nömrəli zəmanət məktubu əsasında Cavabdeh4nə ayrılmış kredit üzrə zəmanət öhdəliyinin icrası ilə bağlı Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fonduna müraciət edilmiş və Fond xx.xx.2024-cü il tarixdə həmin günə yerinə yetirilməyən kredit üzrə əsas borc öhdəliyini 60 faizinin, yəni 15680,45 manat əsas borcun 9408,27 manat hissəsini "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödəmişdir. Eyni zamanda Fond yuxarıda göstərilən Qaydanın 12.7-ci bəndinə istinad edərək zəmanət üzrə ödənilmiş vəsaitin cavabdehlərdən geri tələb edilməsi hüquqlarının həyata keçirilməsini "xxxx" Açıq Səhmdar Cəmiyyətinə həvalə etmişdir. Göründüyü kimi, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondu adından və onun xeyrinə tələb hüquqlarını həyata keçirməkdə haqlıdır. Cavabdehlərə kredit borcunun və Fond tərəfindən zamanət üzrə ödənilmiş vəsaitin qaytarılması haqqında iddiaçı tərəfindən “Elektron məhkəmə” informasiya sistemi, müvafiq icra hakimiyyəti orqanının onlayn kargüzarlıq sistemi və poçt xidməti vasitəsi ilə xx.xx.2025-ci il tarixli bildiriş (mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınması barədə) göndərilərək, xəbərdarlıq edilsə də, öhdəliklər yerinə yetirilməmişdir. Beləliklə, müqavilə üzrə öhdəliklər razılaşdırılmış qaydada icra edilmədiyi üçün məhkəmə qaydasında zəmanət üzrə ödənilmiş vəsaitin və hesablanmış kredit borcunun cavabdehlərdən tələb edilməsi zərurəti yaranmışdır. Cavabdeh2 nümayəndəsi Vəkil 17 mart 2025-ci il tarixində məhkəməyə etiraz təqdim edərək "xxxx" Açıq Səhmdar Cəmiyyətinin iddia tələbinin Cavabdeh2 aid hissədə qanunsuz və əsassız olduğu üçün rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı iddia ərizəsində yazılanları təsdiq edən hər hansı sübut, fakt göstərməmişdir. Tərəflər arasında müqavilə 36 ay müddətinə bağlanmış, müqavilə müddəti bitdikdən sonra da bank faiz borclarını hesablamaqda davam etdirmişdir. Müqavilə üzrə əsas və faiz borcu əsassız və qanunsuz hesablanaraq şişirdilmişdir. Bundan başqa cərimə borcu tamamilə silinməlidir. Cavabdeh Alıev Dzhumsud 25 mart 2025-ci il tarixdə məhkəməyə etiraz təqdim edərək məhkəmədən kreditin restruktirizasiya olunmasını və cavabdehə qalıq məbləğin uyğun şəkildə ödənilməsi haqqında iddiaçıya tövsiyə olunmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Cavabdeh4 2020-ci ilədək inkişaf edən şirkət olduğu halda pandemiya dövründə inkişafı dayanmışdır və Azrəbaycan Respublikası Dövlət olaraq öz vətəndaşlarına və sahibkarlıq fəaliyyəti ilə məşğul olan subyektlərə dəstək olmaq üçün onlara aşağı faizli kreditləri təklif etmişdi. Amma müvəkkil bank olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti bu kreditlərdən əlavə gəlir əldə etsə də, öz fəaliyyətində qanunları pozmaqla, sahibkarla düzgün davranmamaqla məsələlərin həllində sahibkarın yanında olmaqdansa onlara daha da çətinlik yaratmaqla məşğuldur. Belə ki, 2023-cü il iyun ayında Dövlət Vergi Xidmətinin səhvən şirkətin hesablarında pul vəsaitlərinin dondurulması haqqında sərəncamı nəticəsində kreditin ödənilməsində çətinlik yaranmışdı. Həmin vaxt bankın əməkdaşları zaminlər tərəfindən ödənişlərin olunmasını tələb etdilər. Alıev Dzhumsud müqavilə üzrə öhdəliyi könüllü icra etmək üçün hesab açılıb ödəniş olunmasına görə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 28 May filialına müraciət etmişdir. X2 Rusiya Federasiyası vətəndaşı olmasına görə bank hesab açmaqda imtina etmişdir. Məcbur olaraq o, digər zamin İsazadə Kamranın adına hesab açaraq həmin hesab vasitəsilə ödəniş etmiş və hazırda həmin pulun onun vəsaiti olmasını heç cür subut edə bilmir. Bundan başqa həmin dövrdə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 28 May filialının rəhbərliyi ilə görüşüb şirkətdə çətinliklər olduğunu və kreditin restruktrizasiyanı, yəni qalıq məbləğinin daha artıq müddətə ödənilməsini xahiş etmişdir. Amma bankın məsuliyyətli şəxsləri bundan imtina etmiş, yenə də zaminlərin kömək etməli olduqlarını söyləmişlər. Dövlət Vergi Xidmətinin sərəncamı 4 aya qədər çəkmiş və hesablardan sərəncam götürüldükdən sonra çətinliklə də olsa öhdəliklər yerinə yetirilmişdir. 02 avqust 2024-cü il tarixdən sonra Sumqayıt Kommersiya Məhkəməsinin qətnaməsinin icrasının təmin edilməsi məqsədilə Abşeron rayon icra və probasiya şöbəsinin qərarı ilə şirkətin hesablarına həbs qoyulmuşdur. Həmin vaxt və ondan sonra şirkətin "xxxx" Açıq Səhmdar Cəmiyyətində olan hesabına pul vəsaitləri daxil olmuşdur. Cavabdeh4 borcun həmin hesabdan silinməsini xahiş etsə də, bank bundan imtina etmişdir. Cavabdeh, eyni zamanda digər Cavabdeh4 qanuni təmsilçisi Cavabdeh1 28 aprel 2024-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək iddia tələbinin əsas borc məbləği hissəsində təmin edilməsini, ödənişin gecikməsi ilə bağlı təqdim edilən sübutların nəzərə alınmasını, həbs qoyulmuş hesabın istifadəsiz olması səbəbindən gecikmənin obyektiv olduğunun nəzərə alınmasını, şirkətin çətin vəziyyətdə olmasını nəzərə alaraq aylıq 1800 manat ödəniş olunması üçün vaxt verilməsini və 05 avqust 2024-cü il tarixindən hesablanmış faiz və dəbbə pulunun hesablanmamasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh iddia ərizəsində göstərilən kreditin mövcudluğunu və onun bir hissəsinin ödənilmədiyini inkar etmir. Cavabdeh4 müvafiq müddət ərzində kreditin böyük bir hissəsini vaxtında ödəmiş və bu ödənişlər iddia ərizəsində nəzərə alınmamışdır. Abşeron rayon icra və probasiya şöbəsi tərəfindən cəmiyyətin hesabı üzərinə həbs qoyulduğundan hesabdan ödəniş etmək mümkün olmamışdır. Buna görə bankla əlaqə saxlanılmış, ödənişin həbs qoyulan hesabdan silinməsi xahiş olunmuşdur. Lakin bankın icra həbsi səbəbindən bu ödənişi həyata keçirməkdən imtina etməsi nəticəsində ödəniş gecikmişdir. Məhkəmə baxış iclasında iştirak edən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh Alıev Dzhmshud 13 may 2025-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək xx.xx.2025-ci il tarixinə təyin olunmuş məhkəmə iclasında səhhəti ilə əlaqədar iştirak edə bilməyəcəyini, iclasın onun iştirakı olmadan keçirilməsinə etiraz etmədiyini bildirmişdir. İş üzrə digər cavabdehlər məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş proses iştirakçılarının gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə proses iştirakçılarının icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini, etirazları və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan kreditor "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə borclu "Mi Mobile” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 19 oktyabr 2021-ci il tarixli 1738/K nömrəli kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən kreditor Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun 30 sentyabr 2021-ci il tarixki zəmanət məktubunun şərtlərinə uyğun olaraq məqsədli istifadə, qaytarılmaq, faizlər ödəmək şərtilə borcluya 80000 (səksən min) manat məbləğində illik 15% dərəcəsi ilə 36 ay müddətinə kredit verir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən borclu kredit üzrə əsas borcu və ona hesablanmış faizləri (bu müqavilənin 7-ci hissəsi nəzərə alınmaqla), o cümlədən mövcud olduğu təqdirdə dəbbə pulunu bu müqavilədə nəzərdə tutulmuş qaydada kreditora ödəyir. İş materiallarında olan ödəniş qrafikində borclu "Mi Mobile” Məhdud Məsuliyyətli Cəmiyyəti banka olan borcunun son ödəniş tarixi 19 oktyabr 2024-cü il olmaqla müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan kreditor "xxxx" Açıq Səhmdar Cəmiyyəti, borclu "Mi Mobile” Məhdud Məsuliyyətli Cəmiyyəti və zamin Aliev Dzhumshud bağlanmış 19 oktyabr 2021-ci il tarixli1738/Z-1 nömrəli zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən zamin kreditor və borclu arasında bağlanılmış 19 oktyabr 2021-ci il tarixli 1738/K nömrəli kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin icrasının təmin edilməsi üçün borclu tərəfindən bu öhdəlik icra edilmədikdə və ya tamamilə icra edilmədikdə kredit müqaviləsi üzrə öhdəliyi icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. İş materiallarında olan kreditor "xxxx" Açıq Səhmdar Cəmiyyəti, borclu "Mi Mobile” Məhdud Məsuliyyətli Cəmiyyəti və zamin Cavabdeh2 bağlanmış 19 oktyabr 2021-ci il tarixli1738/Z-2 nömrəli zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən zamin kreditor və borclu arasında bağlanılmış 19 oktyabr 2021-ci il tarixli 1738/K nömrəli kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin icrasının təmin edilməsi üçün borclu tərəfindən bu öhdəlik icra edilmədikdə və ya tamamilə icra edilmədikdə kredit müqaviləsi üzrə öhdəliyi icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. İş materiallarında olan kreditor "xxxx" Açıq Səhmdar Cəmiyyəti, borclu "Mi Mobile” Məhdud Məsuliyyətli Cəmiyyəti və zamin Cavabdeh1 bağlanmış 19 oktyabr 2021-ci il tarixli1738/Z-3 nömrəli zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən zamin kreditor və borclu arasında bağlanılmış 19 oktyabr 2021-ci il tarixli 1738/K nömrəli kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin icrasının təmin edilməsi üçün borclu tərəfindən bu öhdəlik icra edilmədikdə və ya tamamilə icra edilmədikdə kredit müqaviləsi üzrə öhdəliyi icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin zaminlik müqavilələrinin 1.4-cü bəndinə əsasən zamin kreditor qarşısında kredit məbləğinin, ona hesablanmış faizlərin, cərimə məbləğinin, borc tutulması üzrə məhkəmə xərclərinin, təminatın sığorta xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. İş materiallarında olan 24 dekabr 2024-cü il tarixli hesabdan çıxarışdan görünür ki, Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondu 18 dekabr 2024-cü il tarixdə zəmanət üzrə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 9408,27 manat ödəmişdir. İş materiallarında olan iddiaçı tərəfindən təqdim olunmuş maliyyə arayışından görünür ki, borcalan Cavabdeh4 19 oktyabr 2021-ci il tarixli 1738/K nömrəli kredit müqaviləsi üzrə 14 yanvar 2025-ci il tarixinə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 6272,18 (altı min iki yüz yetmiş iki manat on səkkiz qəpik) manat məbləğində əsas borc, 724,57 (yeddi yüz iyirmi dörd manat əlli yeddi qəpik) manat məbləğində faiz borcu, müqavilə müddəti bitdikdən sonra illik 5 %-lə hesablanmış 151,14 (yüz əlli bir manat on dörd qəpik) manat məbləğində faiz borcu və 471,68 (dörd yüz yetmiş bir manat altmış səkkiz qəpik) manat məbləğində cərimə borcu olmaqla, cəmi 7619,57 (yeddi min altı yüz on doqquz manat əlli yeddi qəpik) manat məbləğində borcu vardır. İş materiallarından görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh4nə, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 xəbərdarlıq məktubu göndərilərək 19 oktyabr 2021-ci il tarixli 1738/K nömrəli kredit müqaviləsi üzrə 14 yanvar 2025-ci il tarixinə 6272,18 (altı min iki yüz yetmiş iki manat on səkkiz qəpik) manat məbləğində əsas borc, 724,57 (yeddi yüz iyirmi dörd manat əlli yeddi qəpik) manat məbləğində faiz borcu, müqavilə müddəti bitdikdən sonra illik 5 %-lə hesablanmış 151,14 (yüz əlli bir manat on dörd qəpik) manat məbləğində faiz borcu, 471,68 (dörd yüz yetmiş bir manat altmış səkkiz qəpik) manat məbləğində cərimə borcu olmaqla, cəmi 7619,57 (yeddi min altı yüz on doqquz manat əlli yeddi qəpik) manat məbləğində borclarının və Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fonduna isə zəmanət öhdəliyinin icrası ilə əlaqədar 9408,27 (doqquz min dörd yüz səkkiz manat iyirmi yeddi qəpik) manat məbləğində borclarının olduğu, borcun və fond tərəfindən ödənilmiş zəmanət üzrə vəsaitin 3 gün müddətində tam şəkildə banka ödənilməsi, əks halda borcun qaytarılması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 465.2-ci maddəsinə əsasən borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında qeyd olunmuşdur ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə veriləcək bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi və kredit faizlərinin subsidiyalaşdırılması Qaydasının: - 3.1-ci bəndinə əsasən zəmanət zərər çəkmiş sahələrin iqtisadi fəaliyyət növləri üzrə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin müvəkkil kredit təşkilatlarından almaq istədikləri kreditlərə verilir. - 12.7-ci bəndinə əsasən zəmanət üzrə ödənilmiş vəsaitin geri qaytarılması üçün sahibkarlıq subyektinə və kredit üzrə təminat verən digər şəxslərə (girov (ipoteka) qoyana, zaminə və s.) qarşı Fondun adından və onun xeyrinə tələb hüquqlarını müvəkkil kredit təşkilatı həyata keçirir. Göründüyü kimi, təsvir olunanlarla müəyyən edilir ki, borcalan Cavabdeh4 19 oktyabr 2021-ci il tarixli 1738/K saylı kredit müqaviləsini bağlayarkən üzərinə götürdüyü öhdəlikləri pozmuş və onları lazımınca icra etməyərək borcverən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməli olan əsas borcu və faiz borcunu müvafiq qaydada ödəməmiş və bununla da iddiaçıdan aldığı krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla, müqavilə öhdəliklərini müvafiq qaydada yerinə yetirməmişdir. Buna görə məhkəmə hesab edir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh4 arasında bağlanmış 19 oktyabr 2021-ci il tarixli 1738/K saylı kredit müqaviləsi üzrə 6272,18 (altı min iki yüz yetmiş iki manat on səkkiz qəpik) manat məbləğində əsas bоrc, 724,57 (yeddi yüz iyirmi dörd manat əlli yeddi qəpik) manat məbləğində faiz bоrcu, müqavilə müddəti bitdikdən sonra illik 5 %-lə hesablanmış 151,14 (yüz əlli bir manat on dörd qəpik) manat məbləğində faiz borcu və 471,68 (dörd yüz yetmiş bir manat altmış səkkiz qəpik) manat məbləğində cərimə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Bundan başqa zəmanət üzrə ödənilmiş 9408,27 (doqquz min dörd yüz səkkiz manat iyirmi yeddi qəpik) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 19 oktyabr 2021-ci il tarixli1738/Z-1 nömrəli, 19 oktyabr 2021-ci il tarixli1738/Z-2 nömrəli və 19 oktyabr 2021-ci il tarixli1738/Z-3 nömrəli zaminlik müqavilələrinə əsasən zaminlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 zamin kreditor və borclu arasında bağlanılmış 19 oktyabr 2021-ci il tarixli 1738/K nömrəli kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin icrasının təmin edilməsi üçün borclu tərəfindən bu öhdəlik icra edilmədikdə və ya tamamilə icra edilmədikdə kredit müqaviləsi üzrə öhdəliyi icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Buna görə məhkəmə hesab edir ki, iddianın həmin şəxslərə münasibətdə də təmin olunması üçün əsaslar mövcuddur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin “cavabdehlərdən müştərək qaydada 141,08 (yüz qırx bir manat səkkiz qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 15 yanvar 2025-ci il tarixli ********** nömrəli ödəniş qəbzinə əsasən 96,20 (doxsan altı manat iyirmi qəpik) manat məbləğində dövlət rüsumu və 06 fevral 2025-ci il tarixli ********** nömrəli ödəniş qəbzinə əsasən 44,88 (qırx dörd manat səksən səkkiz qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Buna görə iddia tələbi həmin hissədə də təmin edilməli, iddiaçı tərəfindən ödənilmiş 141,08 (yüz qırx bir manat səkkiz qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehlər Cavabdeh4ndən, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Bundan başqa məhkəmə hesab edir ki, iddia tələbi “0,80 (səksən qəpik) manat məbləğində bank xidmət haqqının da cavabdehdən iddiaçının xeyrinə tutulması” hissəsində əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin olunmalı, cavabdehlər Cavabdeh4ndən, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada 6272,18 (altı min iki yüz yetmiş iki manat on səkkiz qəpik) manat məbləğində əsas borc, 724,57 (yeddi yüz iyirmi dörd manat əlli yeddi qəpik) manat məbləğində faiz borcu, müqavilə müddəti bitdikdən sonra illik 5 %-lə hesablanmış 151,14 (yüz əlli bir manat on dörd qəpik) manat məbləğində faiz borcu, 471,68 (dörd yüz yetmiş bir manat altmış səkkiz qəpik) manat məbləğində cərimə, 0,8 (səksən qəpik) manat məbləğində xidmət haqqı və 141,08 (yüz qırx bir manat səkkiz qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 7761,45 (yeddi min yeddi yüz altmış bir manat qırx beş qəpik) manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Eyni zamanda cavabdehlər Cavabdeh4ndən, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada zəmanət üzrə ödənilmiş 9408,27 (doqquz min dörd yüz səkkiz manat iyirmi yeddi qəpik) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun xeyrinə tutulmalıdır. Yuxanda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh4ndən, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada 6272,18 (altı min iki yüz yetmiş iki manat on səkkiz qəpik) manat məbləğində əsas borc, 724,57 (yeddi yüz iyirmi dörd manat əlli yeddi qəpik) manat məbləğində faiz borcu, müqavilə müddəti bitdikdən sonra illik 5 %-lə hesablanmış 151,14 (yüz əlli bir manat on dörd qəpik) manat məbləğində faiz borcu, 471,68 (dörd yüz yetmiş bir manat altmış səkkiz qəpik) manat məbləğində cərimə, 0,8 (səksən qəpik) manat məbləğində xidmət haqqı və 141,08 (yüz qırx bir manat səkkiz qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 7761,45 (yeddi min yeddi yüz altmış bir manat qırx beş qəpik) manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Cavabdehlər Cavabdeh4ndən, Cavabdeh2, Cavabdeh3dan və Cavabdeh1 müştərək qaydada zəmanət üzrə ödənilmiş 9408,27 (doqquz min dörd yüz səkkiz manat iyirmi yeddi qəpik) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-549/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-549/2025
14.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver