Məhkəmə qərarları › İş №e-2-2(119)-557/2021

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-557/2021

27.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-557/2021 27.04.2021 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X1 qızının katibliyi ilə, İddiaçı Cavabdeh Mənzil-Tikinti Kooperativinə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh Mənzil-Tikinti Kooperativinə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "Cavabdeh" MTK-dan iddaçı "İddiaçı" MMC-nin xeyrinə 35121,27 (otuz beş min yüz iyirmi bir manat 27 qəpik) manat məbləğində borcun və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi ilə birlikdə məhkəməyə daxil olmuş iddiaçının “iddianın təmin tədbirinin tətbiq edilməsi” haqqında ərizəsi əsasında qəbul edilmiş Sumqayıt Kommersiya Məhkəməsinin xx xxxxx 2021-ci il tarixli e-2-2(119)-557/2021 nömrəli qərardadı ilə İddiaçı Cavabdehnə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə mahiyyəti üzrə baxılanadək iddianın təmin tədbiri kimi Cavabdeh Mənzil-Tikinti Kooperativinə (VÖEN **********) məxsus bank hesabına (Muğan Bank ASC-nin Sumqayıt Filialı; M/H: AZ85NABZ**********3018944, H/N: AZ93MUGA**********08215AZM08, SWİFT BİK: MUGAZ22A) iddia tələbində nəzərdə tutulan 35121,27 (otuz beş min yüz iyirmi bir manat 27 qəpik) manat miqdarında həbs qoyulmuşdur. Həmin iddia ərizəsinə dair kommersiya işi üzrə xx xxxxx 2021-ci il tarixinə təyin edilmiş məhkəmə hazırlıq iclasına tərəflər gəlməmişlər. Lakin, İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə “iddia ərizəsinin qaytarılması” barədə ərizə təqdim edərək, İddiaçı Cavabdeh Mənzil-Tikinti Kooperativinə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinin baxılmadan geri qaytarılmasını və iş üzrə qəbul edilmiş iddianın təmin tədbiri qərardadının ləğv edilməsini xahiş etmiş və həmin ərizə - hazırkı iddia ərizəsi ilə tələb olunan borc məbləğinin cavabdeh tərəfindən ödənilməsi ilə əsaslandırılmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən, işin məhkəmə baxışına hazırlanması zamanı iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 162.1-ci maddəsinə əsasən, iddianın təmin edilməsi məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin xahişi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. Beləliklə də, təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı “iddia ərizəsinin qaytarılması” barədə ərizəsi təmin edilməli və həmin ərizə əsasında İddiaçı tərəfindən Cavabdeh Mənzil-Tikinti Kooperativinə qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılaraq, geri qaytarılmalı və eyni zamanda, iddia ərizəsi baxılmamış saxlandığı üçün Sumqayıt Kommersiya Məhkəməsinin xx xxxxx 2021ci il tarixli e-2-2(119)-557/2021 nömrəli qərardadı ilə iddianın təmin tədbiri kimi Cavabdeh Mənzil-Tikinti Kooperativinə məxsus bank hesabına qoyulmuş həbs ləğv edilməlidir. Qeyd etmək lazımdır ki, İddiaçı tərəfindən hazırkı iddia ərizəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə verilmiş olduğundan, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçı tərəfindən elektron kabinetdə yerləşdirilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 162, 170, 263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: İddiaçı “iddia ərizəsinin qaytarılması” barədə ərizəsi təmin edilsin. İddiaçı tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh Mənzil-Tikinti Kooperativinə qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılsın. Sumqayıt Kommersiya Məhkəməsinin xx xxxxx 2021-ci il tarixli e-2-2(119)-557/2021 nömrəli qərardadı ilə iddianın təmin tədbiri kimi Cavabdeh Mənzil-Tikinti Kooperativinə (VÖEN **********) məxsus bank hesabına qoyulmuş həbs ləğv edilsin. Qərardaddan 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar