Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-56/2023 21.11.2023 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, Əliyeva Təhminə Faiq qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh9nə, Cavabdeh8, Cavabdeh7, Cavabdeh4, Cavabdeh6, Cavabdeh5, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə cavabdehlər Cavabdeh9nə, Cavabdeh8, Cavabdeh7, Cavabdeh4, Cavabdeh6, Cavabdeh5, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh9ndən, Cavabdeh8, Cavabdeh7 və Cavabdeh4 müştərək qaydada 17 dekabr 2018-ci il tarixli RB/KM-1206 saylı kredit müqaviləsi və ona Əlavələr üzrə 117633,76 manat əsas borc, 21178,70 manat faiz borcu və 19312,53 manat cərimə olmaqla, cəmi 158124,99 manat məbləğində borcun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 45 manat rüsumun, dövlət rüsumu kimi ödənilmiş 101 manat pulun və mediasiya xərci kimi ödənilmiş 400 manat məbləğində pulun İddiaçı ASC-nin xeyrinə tutulması, həmin tələbin mülkiyyət hüququ ilə Cavabdeh4 məxsus ipoteka predmeti olan Abşeron rayonu Xırdalan şəhərinin 22-ci məhəlləsində 0,01923 ha torpaq sahəsində yerləşən 144,3 kv.m yaşayış, 145,8 kv.m köməkçi sahədən ibarət 85 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin ipoteka predmetinin ilkin satış qiymətinin 138000 manat məbləğində müəyyən edilməsi, bu əmlakın açıq hərracdan satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdehlərin 17 dekabr 2018-ci il tarixli RB/KM-1206 saylı kredit müqaviləsi və ona Əlavələr üzrə yaranmış ümumilikdə cəmi 158124,99 manat məbləğində borcun və dövlət rüsumu və xidmət haqqı kimi ödənilmiş cəmi 546 manat məbləğində pulun ödənilməsi, ipoteka predmeti olan Cavabdeh4 məxsus Abşeron rayonu Xırdalan şəhərinin 22-ci məhəlləsində yerləşən 85 nömrəli fərdi yaşayış evinə tutma yönəldikdən və əmlak satıldıqdan sonra ən geci 1 ay ərzində evi tərk etmədikdə cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh6, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 ipoteka predmeti olan həmin fərdi yaşayış evindən çıxarılması və əmlakın boşaldılması, ipoteka predmeti açıq hərracdan satılmaqla əldə edilmiş vəsait qeyd olunan kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, qalan borcun ümumi qaydada cavabdehlər Cavabdeh9 MMC-dən, Cavabdeh8, Cavabdeh7 və Cavabdeh4 tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Həmin iddia ərizəsinə dair kommersiya işi üzrə 21 noyabr 2023-cü il tarixinə təyin edilmiş məhkəmə baxış iclasına tərəflər gəlməmişlər. Lakin, İddiaçı Açıq Səhmdar Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə “iddia ərizəsinin qaytarılması” barədə ərizə təqdim edərək, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh9nə, Cavabdeh8, Cavabdeh7, Cavabdeh4, Cavabdeh6, Cavabdeh5, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsinin Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması barədə qərardad qəbul edilməsini xahiş etmiş və həmin ərizə - tərəflər arasında razılaşma əldə edilməsi və borc öhdəlikləri tam icra olunması ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə - iddia ərizəsi baxılmamış saxlanılır. Təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “iddia ərizəsinin qaytarılması” barədə ərizəsi təmin edilməli və həmin ərizə əsasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh9nə, Cavabdeh8, Cavabdeh7, Cavabdeh4, Cavabdeh6, Cavabdeh5, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Eləcə də, iş materialları ilə müəyyən edilir ki, hazırkı mübahisənin obyektiv həlli məqsədi ilə kommersiya işi üzrə məhkəmə-mühasibatlıq ekspertizası keçirilmiş və ekspertiza tərəfindən müvafiq olaraq 28 fevral 2023-cü il tarixli 9/562 nömrəli Ekspert Rəyi verilmişdir. X1 əlavə edilmiş “Ekspertiza xərclərinə dair” Bildirişdə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat məbləğində müəyyən edilərək, həmin məbləğin müvafiq qaydada tutularaq aidiyyəti üzrə ödənilməsi xahiş olunmuşdur. İşin hallarına görə məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaiti yuxarıda qeyd olunan kredit borcunu almış Cavabdeh9ndən dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 260.3-cü maddəsinə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadında işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259-260, 263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “iddia ərizəsinin qaytarılması” barədə ərizəsi təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh9nə, Cavabdeh8, Cavabdeh7, Cavabdeh4, Cavabdeh6, Cavabdeh5, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaiti Cavabdeh9ndən dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №e-2-2(119)-56/2023
Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-56/2023
21.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver