Məhkəmə qərarları › İş №e-2-2(119)-56/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-56/2025

06.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-56/2025 06.11.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Əliyev İslam Əli oğlunun sədrliyi, Novruzzadə Türkan Hüseyn qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə7, Cavabdeh1 vəkili və nümayəndəsi Nümayəndə6 iştirakları ilə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti 13 iyun 2024-cü il tarixdə cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1ndən və Cavabdeh2 birgə qaydada K5155 nömrəli kredit müqaviləsinə əsasən 100000 (yüz min) manat məbləğində əsas borc, 6250 (altı min iki yüz əlli) manat məbləğində faiz borcu, 35416,67 (otuz beş min dörd yüz on altı manat altmış yeddi qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 141666,67 (yüz qırx bir min altı yüz altmış altı manat altmış yeddi qəpik) manat məbləğində borcun, K5484 nömrəli kredit müqaviləsinə əsasən 139992,91 (yüz otuz doqquz min doqquz yüz doxsan iki manat doxsan bir qəpik) manat məbləğində əsas borc, 36087,04 (otuz altı min səksən yeddi manat dörd qəpik) manat məbləğində faiz borcu, 13904,12 (on üç min doqquz yüz dörd manat on iki qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 189984,07 (yüz səksən doqquz min doqquz yüz səksən dörd manat yeddi qəpik) manat məbləğində borcun, K5180 nömrəli kredit müqaviləsinə əsasən 92309,74 (doxsan iki min üç yüz doqquz manat yetmiş dörd qəpik) manat məbləğində əsas borc, 19654,3 (on doqquz min altı yüz əlli dörd manat otuz qəpik) manat məbləğində faiz borcu, 12825,56 (on iki min səkkiz yüz iyirmi beş manat əlli altı qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 124789,6 (yüz iyirmi dörd min yeddi yüz səksən doqquz manat altmış qəpik) manat məbləğində borcun, K4953 nömrəli kredit müqaviləsinə əsasən 396736,75 (üç yüz doxsan altı min yeddi yüz otuz altı manat yetmiş beş qəpik) manat məbləğində əsas borc, 101889,79 (yüz bir min səkkiz yüz səksən doqquz manat yetmiş doqquz qəpik) manat məbləğində faiz borcu, 30132,73 (otuz min yüz otuz iki manat yetmiş üç qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 528759,27 (beş yüz iyirmi səkkiz min yeddi yüz əlli doqquz manat iyirmi yeddi qəpik) manat məbləğində borcun, KS2022-063LG nömrəli kreditə çevrilmiş qarantiya üzrə 41575 (qırx bir min beş yüz yetmiş beş) manat məbləğində əsas borc, 608,61 (altı yüz səkkiz manat altmış bir qəpik) manat məbləğində faiz borcu, 16740,87 (on altı min yeddi yüz qırx manat səksən yeddi qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 58924,48 (əlli səkkiz min doqquz yüz iyirmi dörd manat qırx səkkiz qəpik) manat məbləğində borcun, S2022-063LG saylı kredit müqaviləsinə əsasən 1466,66 (min dörd yüz altmış altı manat altmış altı qəpik) manat məbləğində faiz borcunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, tutmanın Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanda 0,055170 ha torpaq sahəsinə və üzərində yerləşən 816,20 kv.m ümumi sahədən ibarət bağ evinə, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 709T saylı ünvanda yerləşən 0,12 ha bağ sahəsi/torpaq sahəsinə, XCMG ZL50GN markalı, **-AB-*** qeydiyyat nişanlı, ban nömrəsi XUG0050GTMCB23103 olan “Frontal yükləyici” nəqliyyat vasitəsinə yönəldilməsi, Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanda 0,055170 ha torpaq sahəsi üzərində yerləşən 816,20 kv.m ümumi sahədən ibarət 707T saylı bağ evinin ilkin satış qiymətinin 309375 (üç yüz doqquz min üç yüz yetmiş beş) manat, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 709T saylı ünvanda yerləşən 0,12 ha bağ sahəsinin/torpaq sahəsinin ilkin satış qiymətinin 78000 (yetmiş səkkiz min) manat, XCMG ZL50GN markalı, **-AB-*** qeydiyyat nişanlı, “Frontal yükləyici” nəqliyyat vasitəsinin ilkin satış qiymətinin 66550 (altmış altı min beş yüz əlli) manat məbləğində müəyyən edilərək açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə olan öhdəliklər üzrə borclarının ödənilməsinə yönəldilməsi, əmlaklar satıldıqdan sonra 1 ay müddətində boşaldılaraq mülkiyyətçiyə təhvil verilməsi, ipoteka predmetinin satışından əldə olunan pul vəsaiti cavabdehlərin iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə olan kredit öhdəliklərinin icrasına kifayət etmədiyi halda qalıq borcun cavabdehlər “İron-Beton Construction" Məhdud Məsuliyyətli Cəmiyyətindən və Cavabdeh2 birgə qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməsi, 1313 (min üç yüz on üç) manat məbləğində dövlət rüsumunun, ipoteka bildirişinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsində qeydiyyata alınması üçün 30 (otuz) manat məbləğində dövlət rüsumunun və 156 (yüz əlli altı) manat məbləğində xidmət haqqının cavabdehlərdən birgə qaydada tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, borc verən "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə borc alan Cavabdeh1 arasında xx.xx.2021-ci il tarixdə OnGTC- 05900LE/2019 saylı Bank xidmətlərinin göstərilməsinə dair X6 xx.xx.2021-ci il tarixli 1.0.4 saylı versiyasının şərtlərinin qəbul edilməsi barədə razılaşma imzalanmışdır. Həmin razılaşmanı imzalayaraq borclu www.pashabank.az saytında yerləşdirilmiş X5 qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul edir. Sonradan tərəflər arasında xx.xx.2021-ci il tarixdə GL4953 saylı kredit limiti müqaviləsi imzalanmışdır. Bank ilə borcalan arasında bağlanılmış GL4953 nömrəli kredit limiti müqaviləsi üzrə borcalanın bank qarşısında olan öhdəliklərinin icrasını təmin etmək məqsədilə bank ilə Cavabdeh2 arasında xx.xx.2021-ci il tarixli Z4954 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Bundan əlavə, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış GL4953 nömrəli kredit limiti müqaviləsindən irəli gələn öhdəliklərin icrasını təmin etmək məqsədi ilə xx.xx.2021-ci il tarixdə İ4013 saylı alqı-satqı və ipoteka müqaviləsi imzalanmaqla Cavabdeh1 mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən 0.055170 ha torpaq sahəsi və üzərində yerləşən 816.20 kv.m ümumi sahədən ibarət olan bağ evi İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə yüklü edilmişdir. İpoteka müqaviləsi dövlət reyestrində qeydə alınmış və bu haqda (Reyestr nömrəsi: **********83-11301, qeydiyyat tarixi: xx.xx.2023, qeydiyyat nömrəsi: **********) dövlət reyestrindən çıxarış verilmiş, Cavabdeh1 ilə xx.xx.2021-ci il tarixdə İ4014 saylı alqı-satqı və ipoteka müqaviləsi imzalanmaqla Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 709T saylı ünvanda yerləşən 0.12 ha bağ sahəsi/torpaq sahəsi "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə yüklü edilmişdir. İpoteka müqaviləsi dövlət reyestrində qeydə alınmış və bu haqda (Reyestr nömrəsi: **********41, qeydiyyat tarixi: xx.xx.2023, qeydiyyat nömrəsi: **********) dövlət reyestrindən çıxarış verilmiş, Cavabdeh1 mülkiyyətində olan XCMG ZL50GN markalı, 50AB141 qeydiyyat nişanlı, “Frontal yükləyici” nəqliyyat vasitəsi "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 15 aprel 2022-ci il tarixli Aİ4172 nömrəli ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İpoteka müqaviləsi dövlət reyestrində qeydə alınmış və bu haqda dövlət reyestrindən nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi verilmişdir. Sonradan tərəflər arasında ümumi şərtlər toplusu və GL4953 saylı kredit limiti müqaviləsi çərçivəsində xx.xx.2021-ci il tarixli K4953 nömrəli Maliyyələşdirmə üçün ərizə imzalanmış və bank tərəfindən borcalana xx.xx.2024-cü il tarixədək illik faiz dərəcəsi 16%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 31 % olmaqla, 500000 (beş yüz min) manat məbləğində əsas vəsaitlərin alınması məqsədi ilə birdəfəlik kredit verilmiş, xx.xx.2022-ci il tarixli S2022-063LG nömrəli qarantiya və kreditə çevrilən illik faiz dərəcəsi 17%, illik cərimə faizi 32% olmaqla xx.xx.2022-ci il tarixədək 200000 (iki yüz min) manat məbləğində vəsait ayrılmış, xx.xx.2022-ci il tarixli K5155 nömrəli Maliyyələşdirmə üçün ərizə imzalanmış və bank tərəfindən borcalana xx.xx.2023-cü il tarixədək illik faiz dərəcəsi 15%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 30 % olmaqla, 100000 (yüz min) manat məbləğində dövriyyə vəsaitinin alınması məqsədi ilə kredit xətti açılmış, xx.xx.2022-ci il tarixli K5180 nömrəli Maliyyələşdirmə üçün ərizə imzalanmış və bank tərəfindən borcalana xx.xx.2024-cü il tarixədək illik faiz dərəcəsi 15%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 30 % olmaqla, 125000 (yüz iyirmi beş min) manat məbləğində əsas vəsaitlərin alınması məqsədi ilə birdəfəlik kredit verilmiş; - xx.xx.2022-ci il tarixli K5484 saylı Maliyyələşdirmə üçün ərizə imzalanmış və bank tərəfindən borcalana xx.xx.2024-cü il tarixədək illik faiz dərəcəsi 16%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 31 % olmaqla, 157000 (yüz əlli yeddi min) manat məbləğində əsas vəsaitlərin alınması məqsədi ilə birdəfəlik kredit verilmişdir. Borcalanın xx.xx.2024-cü il tarixinə "xxxx" Açıq Səhmdar Cəmiyyəti qarşısında öhdəlikləri K5155 nömrəli kredit müqaviləsinə əsasən 100000 (yüz min) manat əsas borc, 6250 (altı min iki yüz əlli) manat faiz borcu, 35416,67 (otuz beş min dörd yüz on altı manat altmış yeddi qəpik) manat cərimə olmaqla, cəmi 141666,67 (yüz qırx bir min altı yüz altmış altı manat altmış yeddi qəpik) manat, K5484 nömrəli kredit müqaviləsinə əsasən 139992,91 (yüz otuz doqquz min doqquz yüz doxsan iki manat doxsan bir qəpik) manat əsas borc, 36087,04 (otuz altı min səksən yeddi manat dörd qəpik) manat faiz borcu, 13904,12 (on üç min doqquz yüz dörd manat on iki qəpik) manat cərimə olmaqla, cəmi 189984,07 (yüz səksən doqquz min doqquz yüz səksən dörd manat yeddi qəpik) manat, K5180 nömrəli kredit müqaviləsinə əsasən 92309,74 (doxsan iki min üç yüz doqquz manat yetmiş dörd qəpik) manat əsas borc, 19654,3 (on doqquz min altı yüz əlli dörd manat otuz qəpik) manat faiz borcu, 12825,56 (on iki min səkkiz yüz iyirmi beş manat əlli altı qəpik) manat cərimə olmaqla, cəmi 124789,6 (bir yüz iyirmi dörd min yeddi yüz səksən doqquz altmış qəpik) manat, K4953 nömrəli kredit müqaviləsinə əsasən 396736,75 (üç yüz doxsan altı min yeddi yüz otuz altı manat yetmiş beş qəpik) manat əsas borc, 101889,79 (yüz bir min səkkiz yüz səksən doqquz manat yetmiş doqquz qəpik) manat faiz borcu, 30132,73 (otuz min bir yüz otuz iki manat yetmiş üç qəpik) manat cərimə olmaqla, cəmi 528759,27 (beş yüz iyirmi səkkiz min yeddi yüz əlli doqquz manat iyirmi yeddi qəpik) manat, S2022-063LG nömrəli kredit müqaviləsinə əsasən 1466,66 (bir min dörd yüz altmış altı manat altmış altı qəpik) manat faiz borcu, KS2022-063LG nömrəli kreditə çevrilmiş qarantiya üzrə 41575 (qırx bir min beş yüz yetmiş beş) manat əsas borc, 608,61 (altı yüz səkkiz manat altmış bir qəpik) manat faiz borcu, 16740,87 (on altı min yeddi yüz qırx manat səksən yeddi qəpik) manat cərimə olmaqla, cəmi 58924,48 (əlli səkkiz min doqquz yüz iyirmi dörd manat qırx səkkiz qəpik) manat təşkil edir. Borcalan qeyd edilən müqavilə üzrə öhdəliklərini icra etməyərək gecikmələrə yol vermişdir. Buna görə də bank tərəfindən məhkəməyə qədər pretenziya qaydasına əməl edilərək borcalan və zaminə xəbərdarlıq məktubları göndərilmiş və bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Eyni zamanda ipoteka saxlayan "xxxx" Açıq Səhmdar Cəmiyyəti ipoteka qoyanlara “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1.1-ci bəndinə uyğun olaraq ipoteka predmetlərinə tutmanın yönəldiləcəyinə dair ipoteka qoyanların banka məlum olan qeydiyyat ünvanlarına bildiriş göndərmiş və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınması haqqında ərizə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin müvafiq Ərazi İdarələrinə təqdim olunmuş və qeydiyyata alınmışdır. Eyni zamanda ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınması haqqında ərizə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinə təqdim olunmuş və qeydiyyata alınmışdır. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsinin məhkəməyə verilməsi üçün 1313 (min üç yüz on üç) manat dövlət rüsumu, ipoteka bildirişinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsində qeydiyyata alınması üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu və 156 (yüz əlli altı) manat məbləğində xidmət haqqı ödəmişdir. Tərəflər arasında imzalanmış bank xidmətlərinin göstərilməsinə dair X6 4-cü bölməsinin 5.2.1-ci bəndinə əsasən Bu müqavilə çərçivəsində kreditin və faizlərin ödənilməsi müştəri tərəfindən 3 (üç) aydan artıq müddətə gecikdirildikdə bank müştəriyə verilən krediti vaxtından əvvəl ləğv edə və/və ya kredit məbləğini vaxtından əvvəl müştəridən tələb edə bilər. Bank xidmətlərinin göstərilməsinə dair X6 4-cü bölümünün 3.8-ci bəndinə əsasən müştərinin bank qarşısında mövcud pul öhdəlikləri ilə bağlı banka edilən hər hansı bir ödəniş ilkin olaraq cərimə (penya) faizlərinin, sonra kredit faizlərinin və son olaraq əsas borc öhdəliyinin silinməsinə yönəldilir. Kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesablanır. Həmçinin GL4953 nömrəli kredit limiti müqaviləsinin 5.1.2-ci bəndində kredit alanın müqavilənin vaxtından əvvəl xitam vermək və hər bir qaytarılmalı kredit məhsulu üçün kredit borcunu, faizi, xərcləri və başqa məsrəfləri kredit alandan tələb edə bilər. İpoteka müqaviləsinə əsasən bu müqavilə ilə təminat verilən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır.

3. 10 iyul 2024-cü il tarixdə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəməyə “iddia tələbinin həcminin dəqiqləşdirilməsinə dair” ərizə verərək cavabdehlər Cavabdeh1ndən və Cavabdeh2 birgə qaydada 010CRLSAZN12200-K5155 nömrəli Maliyyələşdirmə üçün Ərizəyə əsasən 100000 manat məbləğində əsas borc, 6250 manat məbləğində faiz borcu və 40916,67 manat məbləğində cərimə olmaqla - cəmi 147166,67 (yüz qırx yeddi min yüz altmış altı manat altmış yeddi qəpik) manat məbləğində, 010CLAAAZN14093-K5484 nömrəli Maliyyələşdirmə üçün Ərizəsinə əsasən 139992,91 manat məbləğində əsas borc, 39322,43 manat məbləğində faiz borcu və 18401,33 manat məbləğində cərimə olmaqla - cəmi 197716,67 (yüz doxsan yeddi min yeddi yüz on altı manat altmış yeddi qəpik) manat məbləğində, 010CLAAAZN12500-K5180 nömrəli Maliyyələşdirmə üçün Ərizəsinə əsasən 92309,74 manat məbləğində əsas borc, 19654,3 manat məbləğində faiz borcu və 17902,59 manat məbləğində cərimə borcu olmaqla - cəmi 129866,62 (yüz iyirmi doqquz min səkkiz yüz altmış altı manat altmış iki qəpik) manat məbləğində, 010CLAAAZN11313-K4953 nömrəli Maliyyələşdirmə üçün Ərizəsinə əsasən 396736,75 manat məbləğində əsas borc, 113527,38 manat məbləğində faiz borcu və 37865,99 manat məbləğində cərimə olmaqla - cəmi 548130,12 (beş yüz qırx səkkiz min yüz otuz manat on iki qəpik) manat məbləğində, 010CLGAAZN17829- KS2022-063LG nömrəli Kreditə Çevrilmiş Qarantiyaya əsasən 41575 manat məbləğində əsas borc, 608,61 manat məbləğində faiz borcu və 19179,93 manat məbləğində cərimə olmaqla cəmi 61363,54 (altmış bir min üç yüz altmış üç manat əlli dörd qəpik) manat məbləğində borcun və 000LGİ**********-S2022-063LG nömrəli Maliyyələşdirmə üçün Ərizəsinə əsasən cəmi 1466,66 (min dörd yüz altmış altı manat altmış altı qəpik) manat məbləğində faiz borcunun iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, tutmanın tələb edilən kreditlərə görə ipoteka ilə yüklü edilmiş Cavabdeh1 mülkiyyətində olan – ünvan 3 ünvanda yerləşən 0,055170 ha torpaq sahəsinə və üzərində yerləşən 816,2 kv.m ümumi sahədən ibarət bağ evinə (hərracda ilkin satış qiymətinin 309375 manat olmaqla), ünvan 4 ünvanda yerləşən 0,12 ha bağ sahəsi/torpaq sahəsinə (hərracda ilkin satış qiymətinin 78000 manat olmaqla) və XCMG ZL50GN markalı 50AB141 qeydiyyat nişanlı “Frontal yükləyici” (ban nömrəsi: XUG0050GTMCB23103) nəqliyyat vasitəsinə (hərracda ilkin satış qiymətinin 66550 manat olmaqla) yönəldilərək açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə olan öhdəliklər üzrə borclarının ödənilməsinə yönəldilməsi, əmlaklar satıldıqdan sonra 1 ay müddətində boşaldılaraq mülkiyyətçiyə təhvil verilməsi, ipoteka predmetlərinin satışından əldə olunan pul vəsaiti cavabdehlərin iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə olan kredit öhdəliklərinin icrasına kifayət etmədiyi halda, qalıq borcun cavabdehlər Cavabdeh1 MMC-dən və Cavabdeh2 birgə qaydada tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməsi, 1332,86 (min üç yüz otuz iki manat səksən altı qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun, ipoteka bildirişinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsində qeydiyyata alınması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və 156 (yüz əlli altı) manat xidmət haqqının cavabdehlər Cavabdeh1ndən və Cavabdeh2 birgə qaydada tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

4. Məhkəmə iclasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə7 iddia tələbini müdafiə edib, iddia ərizəsində və “iddia tələbinin həcminin dəqiqləşdirilməsinə dair” ərizədə yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını, ipoteka predmeti olan daşınmaz əmlakların ilkin satış qiyməti müəyyən olunarkən "xxxx" MMC-nin 23 oktyabr 2025-ci il tarixli mütəxəssis rəyinin nəzərə alınmasını xahiş etmişdir.

5. Məhkəmə iclasında Cavabdeh1 vəkili və nümayəndəsi Nümayəndə6 izahatında bildirmişdir ki, iddia tələbinin cərimə hissəsi ilə razı deyil və tələb olunan cərimə məbləğləri şişirdilmişdir. Belə ki, K5155 saylı maliyyələşdirmə üçün ərizəsinə əsasən cərimə 40916,67 manat, faiz bocu isə 6250 manat təşkil edir. Cərimə faiz borcundan çoxdur. K5484 saylı maliyyələşdirmə üçün ərizəsinə əsasən müəyyənləşdirilmiş 18401,33 manat cərimə məbləği şişirdilmişdir. K5180 saylı maliyyələşdirmə üçün ərizəsinə əsasən faiz borcu və cərimə təqribən bir-birinə yaxın rəqəmlərdir. KS2022-063LG saylı maliyyələşdirmə üçün ərizə üzrə 608,61 manat faiz borcu, 19179,93 manat cərimə müəyən olunub və cərimnin məbləği yüksəkdir. S2022-063LG saylı maliyyələşdirmə üçün ərizəsinə əsasən isə cavabdehin faiz borcu yoxdur. Bundan başqa o, "xxxx" MMC tərəfindən verilən rəyin bazar qiymətlərinə uyğun olduğunu bildirmiş və məhkəmənin yekun qərarında həmin rəyə istinad olunmasını xahiş etmişdir.

6. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

7. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.

8. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini, “iddia tələbinin həcminin dəqiqləşdirilməsinə dair” ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir.

9. Belə ki, iş materialları ilə müəyyən olunur ki, "Bank" - “Paşa Bank" Açıq Səhmdar Cəmiyyəti ilə "Müştəri" - Cavabdeh1 (VÖEN **********) arasında 26 noyabr 2021-ci il tarixdə sonuncunun “Bank xidmətlərinin göstərilməsinə dair” X6 14 iyun 2021-ci il tarixli 1.0.4 nömrəli Versiyasının şərtlərinin qəbul etməsi barədə OnGTC-05900LE/2019 nömrəli Razılaşma imzalanmış və həmin razılaşmanı imzalamaqla müştəri Cavabdeh1 MMC X5 qeyd edilmiş şərtləri qəbul etmişdir.

10. Həmin razılaşmanın 1-ci bəndinə əsasən borcalan Cavabdeh1 MMC (VÖEN **********) bu Razılaşmanı imzalamaqla, “Bank xidmətlərinin göstərilməsinə dair” X6 Bankın rəsmi internet səhifəsində “https://www.pashabank.az/gsa_addendum/lang,az/” link üzrə yerləşdirilən 14 iyun 2021-ci il tarixli 1.0.4 nömrəli Versiyasının şərtlərini diqqətlə oxuduğunu, onun bütün müddəalarını başa düşdüyünü, müqavilə üzrə müəyyən edilən xidmətlərin istifadəsinə dair öz öhdəliyinə düşən şərtlərə riayət olunmasına görə məsuliyyət daşıdığını və əks halda yaranan hər hansı maddi zərər və ya məsuliyyəti birbaşa olaraq öz hesabına daşıdığını qəbul edir.

11. İş materiallarında olan “Paşa Bank" Açıq Səhmdar Cəmiyyəti ilə "Müştəri" - Cavabdeh1 arasında imzalanmış 17 dekabr 2021-ci il tarixli GL4953 nömrəli kredit limiti müqaviləsindən görünür ki, “kredit verən” “Paşa Bank" Açıq Səhmdar Cəmiyyəti “borc alan” Cavabdeh1nə ******* (on milyon) manat məbləğində illik 25% (on beş) faiz dərəcəsi ilə xx.xx.2031-ci il tarixədək kredit limiti ayırır.

12. Kredit limiti müqaviləsinin 2.4-cü bəndinə əsasən hər bir kreditin məbləği, faiz dərəcəsi, müddəti, məqsədi və digər şərtləri hər dəfə yalnız bir kredit alan olmaqla bağlanan ayrıca “Maliyyələşdirmə üçün Ərizə” və ya Razılaşma ilə müəyyən edilir.

13. Kredit limiti müqaviləsinin 5.4.6-cı yarımbəndinə əsasən kredit alan hər bir kredit üzrə əsas kredit məbləğini, faizi, xərcləri və başqa məsrəfləri müvafiq Əlavədə göstərilmiş və onun ayrılmaz hissəsi olan ödəniş cədvəlinə uyğun, habelə bu müqavilədə qeyd olunan hallar baş verdikdə müvafiq müddət ərzində kredit verənə qaytarmaq vəzifəsi daşıyır.

14. İş materiallarında olan “Paşa Bank" Açıq Səhmdar Cəmiyyəti – “Bank” ilə Cavabdeh2 – “Zamin” arasında bağlanılmış 17 dekabr 2021-ci il tarixli Z4954 nömrəli zaminlik müqaviləsinə əsasən 17 dekabr 2021-ci il tarixli GL4953 nömrəli kredit limiti müqaviləsi əsasında borcalan "xxxx" MMC-yə veriləcək bu müqavilənin 2.2. bəndində göstərilən məbləğdə kreditlə əlaqədar olaraq borcalan bank qarşısında öz öhdəliyini tam yerinə yetirənədək zamin borcalan ilə birlikdə bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürür.

15. Həmin müqavilənin 3-cü bəndinə görə zamin bank qarşısında borcalanın 17 dekabr 2021-ci il tarixli GL4953 nömrəli kredit limiti müqaviləsi üzrə banka olan borcları, həmçinin bu öhdəlik ilə əlaqədar yaranan və yarana biləcək hər cür faiz, zərər, komisyon, dəbbə pulu, məhkəmə xərcləri və s. məbləği həcmində məsuliyyət daşıyır.

16. Həmin müqavilənin 6-cı bəndinə əsasən bu müqavilənin qüvvədə olma müddəti borcalanın müqavilənin 2.1. bəndində göstərilən müqavilə və ya müqavilədən irəli gələn öhdəliklərinin bank qarşısında qüvvədə olma müddəti ilə üst-üstə düşür.

17. İş materiallarından görünür ki, “Paşa Bank" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında: - 17 dekabr 2021-ci il tarixli, K4953 saylı maliyyələşdirmə üçün ərizə (kredit əməliyyatı üzrə) imzalanmış və “Paşa Bank" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh1nə xx.xx.2024-cü il tarixədək faktiki illik faiz dərəcəsi 16 %, gecikdirilmiş əsas məbləğə hesablanan illik cərimə faiz dərəcəsi 16 %, kreditin illik cərimə faiz dərəcəsi kredit müddəti ərzində 15%, müddətin bitmə tarixindən sonra 31% olmaqla, 500000 (beş yüz min) manat məbləğində pul vəsaiti ayrılmışdır; - 25 fevral 2022-ci il tarixli, S2022-063LG saylı maliyyələşdirmə üçün ərizə (sənədli əməliyyatı üzrə) imzalanmış və bank tərəfindən Cavabdeh1nə xx.xx.2022-ci il tarixədək ticarətin maliyyələşdirilməsi əməliyyatı üzrə kreditin illik faiz dərəcəsi 17 %, ticarətin maliyyələşdirilməsi əməliyyatı üzrə kreditin illik cərimə faiz dərəcəsi 32 % olmaqla, 200000 (iki yüz min) manat məbləğində pul vəsaiti ayrılmışdır. (Əməliyyat növü: daxili ödəniş qarantiyası) - 28 fevral 2022-ci il tarixli, K5155 saylı maliyyələşdirmə üçün ərizə (kredit əməliyyatı üzrə) imzalanmış və bank tərəfindən Cavabdeh1nə xx.xx.2023-cü il tarixədək illik faiz dərəcəsi 15 %, gecikdirilmiş əsas məbləğə hesablanan illik cərimə faiz dərəcəsi 15 %, kreditin illik cərimə faiz dərəcəsi kredit müddəti ərzində 15 %, müddətin bitmə tarixindən sonra 30% olmaqla, 100000 (yüz min) manat məbləğində pul vəsaiti ayrılmışdır. - 11 mart 2022-ci il tarixli, K5180 saylı maliyyələşdirmə üçün ərizə (kredit əməliyyatı üzrə) imzalanmış və bank tərəfindən Cavabdeh1nə xx.xx.2024-cü il tarixədək illik faiz dərəcəsi 15 %, gecikdirilmiş əsas məbləğə hesablanan illik cərimə faiz dərəcəsi 15 %, kreditin illik cərimə faiz dərəcəsi kredit müddəti ərzində 15%, müddətin bitmə tarixindən sonra 30% olmaqla, 125000 (yüz iyirmi beş min) manat məbləğində pul vəsaiti ayrılmışdır. - 23 iyun 2022-ci il tarixli, K5484 saylı maliyyələşdirmə üçün ərizə (kredit əməliyyatı üzrə) imzalanmış və bank tərəfindən Cavabdeh1nə xx.xx.2024-cü il tarixədək illik faiz dərəcəsi 16 %, gecikdirilmiş əsas məbləğə hesablanan illik cərimə faiz dərəcəsi 16 %, kreditin illik cərimə faiz dərəcəsi kredit müddəti ərzində 15 %, müddətin bitmə tarixindən sonra 31% olmaqla, 157000 (yüz əlli yeddi min) manat məbləğində pul vəsaiti ayrılmışdır.

18. İş materiallarında olan kredit hesabı üzrə çıxarışdan görünür ki, KS2022-063LG nömrəli kreditə çevrilmiş qarantiya üzrə Cavabdeh1 hesabına 41575 manat məbləğində mədaxil edilmişdir.

19. İş materiallarında olan KS2022-063LG nömrəli kreditə çevrilmiş qarantiya üzrə ödəniş cədvəlindən görünür ki, həmin razılaşma üzrə borcalan Cavabdeh1 banka olan borcunun 30 yanvar 2023-cü il tarixdə ödənilməsi nəzərdə tutulmuşdur.

20. İş materiallarında olan 11 dekabr 2021-ci il tarixli, K4953 nömrəli kredit müqaviləsinə qoşma ödəniş cədvəlindən görünür ki, həmin razılaşma üzrə borcalan Cavabdeh1 banka olan borcunun son ödəniş tarixi 17 dekabr 2024-cü il olmaqla müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur.

21. İş materiallarında olan 11 mart 2022-ci il tarixli, K5180 nömrəli kredit müqaviləsinə qoşma ödəniş cədvəlindən görünür ki, həmin razılaşma üzrə borcalan Cavabdeh1 banka olan borcunun ödəniş tarixi 11 mart 2024-cü il olmaqla müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur.

22. İş materiallarında olan 23 iyun 2022-ci il tarixli, K5484 nömrəli kredit müqaviləsinə qoşma ödəniş cədvəlindən görünür ki, həmin razılaşma üzrə borcalan Cavabdeh1 banka olan borcunun son ödəniş tarixi 24 iyun 2024-cü il olmaqla müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur.

23. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsəlləri Dövlət Komitəsi yanında daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, 707T nömrəli ünvanda yerləşən 0,055170 ha torpaq sahəsi və üzərində yerləşən 816,2 kv.m ümumi sahədən ibarət daşınmaz əmlak Cavabdeh1 xüsusi mülkiyyətindədir.

24. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsəlləri Dövlət Komitəsi yanında daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, 709T nömrəli ünvanında yerləşən 0,12 ha torpaq sahəsi Cavabdeh1 xüsusi mülkiyyətindədir.

25. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində 707T nömrəli ünvanda yerləşən 0,055170 ha torpaq sahəsinə və üzərində yerləşən 816,2 kv.m ümumi sahədən ibarət bağ evi İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmiş, əsas öhdəliyin mahiyyəti kimi 17 dekabr 2021-ci il tarixli GL4953 nömrəli kredit limiti müqaviləsi göstərilmişdir.

26. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində 709T nömrəli ünvanında yerləşən 0,12 ha torpaq sahəsi İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmiş, əsas öhdəliyin mahiyyəti kimi 17 dekabr 2021-ci il tarixli GL4953 nömrəli kredit limiti müqaviləsi göstərilmişdir.

27. İş materiallarında olan, mülkiyyətçi X3, ipoteka saxlayan İddiaçı Açıq Səhmdar Cəmiyyəti və alıcı-ipoteka qoyan Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli İ4013 saylı alqı-satqı və ipoteka müqaviləsinə əsasən satıcı daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlarına və onların məhdudlaşdırılmasına (yüklüyüyünə) dair dövlət reyestrinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli **********WD72302 nömrəli arayışa əsasən ümumi sahəsi 928,8 kv.m, dövlət istifadəsində olan 0,068480 ha-dan ibarət yaşayış məntəqələrinin torpaqları olan, ünvan 2 ünvanında yerləşən bağ evini alıcının mülkiyyətinə vermişdir.

28. Həmin müqavilənin 1.5-ci bəndinə əsasən alıcı-ipoteka qoyan satılan torpaq sahəsinin bu müqavilə üzrə yaranmış hüquqa əsasən onunla kreditor-ipoteka saxlayan arasında bağlanmış xx.xx.2021-ci il tarixli GL4953 saylı kredit limiti müqaviləsi üzrə yaranmış öhdəliyin təminatı kimi kreditor-ipoteka saxlayana ipotekaya verir.

29. İş materiallarında olan, mülkiyyətçi X2, ipoteka saxlayan İddiaçı Açıq Səhmdar Cəmiyyəti və alıcı-ipoteka qoyan Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli İ4014 saylı alqı-satqı və ipoteka müqaviləsinə əsasən satıcı daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlarına və onların məhdudlaşdırılmasına (yüklüyüyünə) dair dövlət reyestrinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli **********UH72302 nömrəli arayışa əsasən ümumi sahəsi 0,12 ha olan xüsusi mülkiyyətdə olan Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 709T saylı ünvanında yerləşən bağ torpaq sahəsi alıcı-ipoteka qoyanın mülkiyyətinə vermişdir.

30. Həmin müqavilənin 1.5-ci bəndinə əsasən alıcı-ipoteka qoyan satılan torpaq sahəsinin bu müqavilə üzrə yaranmış hüquqa əsasən onunla kreditor-ipoteka saxlayan arasında bağlanmış xx.xx.2021-ci il tarixli GL4953 saylı kredit limiti müqaviləsi üzrə yaranmış öhdəliyin təminatı kimi kreditor-ipoteka saxlayana ipotekaya verir.

31. İş materiallarında olan ipoteka saxlayan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə borcalan-ipoteka qoyan Cavabdeh1 arasında bağlanış 15 aprel 2022-ci il tarixli Aİ4172 nömrəli ipoteka müqaviləsinə əsasən bu müqavilə ipoteka qoyanının ipoteka saxlayan qarşısında olan pul öhdəliyinin icrasının təmin edilməsi məqsədi ilə ipoteka qoyanının XCMG ZL50GN markalı, 50AB141 qeydiyyat nişanlı, “Frontal yükləyici” nəqliyyat vasitəsinin ipoteka ilə yüklü edilməsini və ipoteka ilə təmin edilmiş pul öhdəliyini ipoteka qoyan tərəfindən müqavilənin 2.7-ci bəndində müəyyən edilmiş şərtlərlə və qaydada icra edilmədikdə və lazımınca icra edilmədikdə, habelə bu müqavilənin 5.1-ci bəndilə müəyyənləşdiirlən hallarda ipoteka saxlayanın ipoteka qoyana qarşı olan tələbinin ipoteka ilə yüklü edilmiş əşya hesabına ödənilməsinin hüquqi əsasını, tərəflərin hüquq və vəzifələrini müəyyən edir.

32. İş materiallarında olan iddiaçı tərəfindən tərtib olunaraq məhkəməyə təqdim olunmuş 13 may 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 02 may 2024-cü il tarixə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə borcu K5155 saylı maliyyələşdirmə üçün ərizəsinə əsasən 100000 (yüz min) manat əsas borc, 6250 (altı min iki yüz əlli) manat faiz borcu, 35416,67 (otuz beş min dörd yüz on altı manat altmış yeddi qəpik) manat cərimə borcu olmaqla, cəmi 141666,67 (yüz qırx bir min altı yüz altmış altı manat altmış yeddi qəpik) manat, K5484 saylı maliyyələşdirmə üçün ərizəsinə əsasən 139992,91 (yüz otuz doqquz min doqqquz yüz doxsan iki manat doxsan bir qəpik) manat əsas borc, 36087,04 (otuz altı min səksən yeddi manat dörd qəpik) manat faiz borcu, 13904,12 (on üç min doqquz yüz dörd manat on iki qəpik) manat cərimə borcu olmaqla, cəmi 189984,07 ( yüz səksən doqquz min doqquz yüz səksən dörd manat yeddi qəpik) manat, K5180 saylı maliyyələşdirmə üçün ərizəsinə əsasən 92309,74 (doxsan iki min üç yüz doqquz manat yetmiş dörd qəpik) manat əsas borc, 19654,3 (on doqquz min altı yüz əlli dörd manat otuz qəpik) manat faiz borcu, 12825,56 (on iki min səkkiz yüz iyirmi beş manat əlli altı qəpik) manat cərimə borcu olmaqla, cəmi 124789,59 (yüz iyirmi dörd min yeddi yüz səksən doqquz manat əlli doqquz manat) manat, K4953 saylı kredit müqaviləsinə əsasən 396736,75 (üç yüz doxsan altı min yeddi yüz otuz altı manat yetmiş beş qəpik) manat əsas borc, 101889,79 (yüz bir min səkkiz yüz əksən doqquz manat yetmiş doqquz qəpik) manat faiz borcu, 30132,73 (otuz min yüz otuz iki manat yetmiş üç qəpik) manat cərimə borcu olmaqla, cəmi 528759,27 (beş yüz iyirmi səkkiz min yeddi yüz əlli doqquz manat iyirmi yeddi qəpik) manat, KS2022-063LG saylı maliyyələşdirmə üçün ərizəsinə əsasən 1466,66 (min dörd yüz altmış altı manat altmış altı qəpik) manat faiz borcu, olmaqla, cəmi 1466,66 (min dörd yüz altmış altı manat altmış altı qəpik) manat təşkil edir.

33. İş materiallarında olan iddiaçı tərəfindən tərtib olunaraq məhkəməyə təqdim olunmuş 10 iyul 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 08 iyul 2024cü il tarixə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə borcu 010CRLSAZN12200-K.5155 saylı maliyyələşdirmə üçün ərizəsinə əsasən 100000 (yüz min) manat əsas borc, 6250 (altı min iki yüz əlli) manat faiz borcu, 40916,67 (qırx min doqquz yüz on altı manat altmış yeddi qəpik) manat, cərimə borcu olmaqla, cəmi 147166,67 (yüz qırx yeddi min yüz altmış altı manat altmış yeddi qəpik) manat; 010CLAAAZN14093-K5484 saylı maliyyələşdirmə üçün ərizəsinə əsasən 139992,91 (yüz otuz doqquz min doqquz yüz doxsan iki manat, doxsan bir qəpik) manat əsas borc, 39322,43 (otuz doqquz min üç yüz iyirmi iki manat, qırx üç qəpik) manat faiz borcu, 18401,33 (on səkkiz min dörd yüz bir manat, otuz üç qəpik) manat, cərimə borcu olmaqla, cəmi 197716.67 (yüz doxsan yeddi min yeddi yüz on altı manat, altmış yeddi qəpik) manat; 010CLAAAZN12500-K5180 saylı maliyyələşdirmə üçün ərizəsinə əsasən 92309,74 (doxsan iki min üç yüz doqquz manat, yetmiş dörd qəpik) manat əsas borc, 19654,30 (on doqquz min altı yüz əlli dörd manat otuz qəpik) manat faiz borcu, 17902,59 (on yeddi min doqquz yüz iki manat, əlli doqquz qəpik) manat cərimə borcu olmaqla, cəmi 129866,62 (bir yüz iyirmi doqquz min səkkiz yüz altmış altı manat, altmış iki qəpik) manat; 010CLAAAZN11313-K4953 saylı maliyyələşdirmə üçün ərizəsinə əsasən 396736,75 (üç yüz doxsan altı min yeddi yüz otuz altı manat, yetmiş beş qəpik) manat əsas borc, 113527,38 (yüz on üç min beş yüz iyirmi yeddi manat, otuz səkkiz qəpik) manat faiz borcu, 37865,99 (otuz yeddi min səkkiz yüz altmış beş manat, doxsan doqquz qəpik) manat cərimə borcu olmaqla, cəmi 548130,12 (beş yüz qırx səkkiz min yüz otuz manat, on iki qəpik) manat; 010CLGAAZN17829-KS2022-063LG saylı maliyyələşdirmə üçün ərizəsinə əsasən 41575 (qırx bir min beş yüz yetmiş beş) manat əsas borc, 608,61 (altı yüz səkkiz manat, altmış bir qəpik) manat faiz borcu, 19179,93 (on doqquz min yüz yetmiş doqquz manat, doxsan üç qəpik) manat cərimə borcu olmaqla, cəmi 61363,54 (altmış bir min üç yüz altmış üç manat, əlli dörd qəpik) manat; 000LGİ**********-S2022- 063LG sayh maliyyələşdirmə üçün ərizəsinə əsasən 1466,66 (min dörd yüz altmış altı manat, altmış altı qəpik) manat borcu olmaqla, cəmi 1466,66 (min dörd yüz altmış altı manat altmış altı qəpik) manat təşkil edir.

34. İş materiallarında olan 25 noyabr 2024-cü il tarixli 9/7311 nömrəli ekspert rəyinin tədqiqat hissəsində göstərilənlərə əsasən 17 dekabr 2021-ci il tarixli, K4953 saylı maliyyələşdirmə üçün ərizə forması üzrə Cavabdeh1 xx.xx.2024-cü il tarixə İddiaçı ASCyə əsas borcu 396736,75 manat, faiz borcu 10647,87 manat, xx.xx.2024-cü il tarixə əsas borcu 396736,75 manat, faiz borcu 119603,46 manat, xx.xx.2022-ci il tarixli, K5155 №-li maliyyələşdirmə üçün ərizə forması üzrə Cavabdeh1 xx.xx.2024-cü il tarixə İddiaçı ASCyə əsas borcu 100000 manat, faiz borcu 6291,67 manat, xx.xx.2024-cü il tarixə əsas borcu 100000 manat, faiz borcu 6291,67 manat, xx.xx.2022-ci il tarixli, K5180 saylı maliyyələşdirmə üçün ərizə forması üzrə Cavabdeh1 xx.xx.2024-cü il tarixə İddiaçı ASCyə əsas borcu 92309,74 manat, faiz borcu 19573,75 manat, xx.xx.2024-cü il tarixə əsas borcu 92309,74 manat, faiz borcu 19573,75 manat, xx.xx.2022-ci il tarixli, K5484 saylı maliyyələşdirmə üçün ərizə forması üzrə Cavabdeh1 xx.xx.2024-cü il tarixə İddiaçı ASCyə əsas borcu 139992,91 manat, faiz borcu 35962,46 manat, xx.xx.2024-cü il tarixə əsas borcu 139992,91 manat, faiz borcu 39073,42 manat, xx.xx.2022-ci il tarixli, KS2022- 063LG saylı kreditə çevrilmiş qarantiya üzrə Cavabdeh1 xx.xx.2024-cü il tarixə İddiaçı ASC-yə əsas borcu 41575 manat, faiz borcu 608,61 manat, xx.xx.2024-cü il tarixə əsas borcu 41575 manat, faiz borcu 608,61 manat müəyyən olunmuşdur. Həmçinin rəyin tədqiqat hissəsində 25 fevral 2022-ci il tarixli S2022-063LG saylı maliyyələşdirmə üçün ərizəsi üzrə hesablanmış 1466,66 manat məbləğində borcun hesablanmasına dair mühasibat sənədləri olmadığından həmin məbləğin düzgünlüyünün müəyyən edilməsinin mümkün olmadığı bildirilmişdir.

35. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 30 aprel 2025-ci il tarixli 9/84xx-xx/8111 nömrəli ekspert rəyində göstərilmişdir ki, ekspert baxışına təqdim edilmiş təyinatı üzrə istifadəyə yararlı, 2022-ci il buraxılışlı XCMG ZL50GN markalı **-AB-*** dövlət nişanlı “Frontal yükləyici” nəqliyyat vasitəsinin orta bazar qiyməti təxminən 116000 manat, 10% azalma əmsalı tətbiq edilməklə likvid qiyməti təxminən 105000 manat müəyyən edilmişdir. Tədqiq olunan əmlak kompleksinin və torpaq sahəsinin yerləşmə yerinə, təmirlilik səviyyəsinə uyğun olaraq Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi və ya həmin ərazidə yerləşən anoloji torpaq sahəsi və əmlak komplekslərinin satışına dair məlumat olmadığından həmin tədqiqat obyektləri üzrə qiymətləndirmə aparmaq mümkün olmamışdır.

36. İş materiallarında olan Cavabdeh1 nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 22 iyun 2024-cü il tarixli MB 17/0680 nömrəli mütəxəssis rəyindən görünür ki, Cavabdeh1 xüsusi mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 709T ünvanda yerləşən bağ evinin və ünvan 7 ünvanında yerləşən torpaq sahəsinin 22 iyul 2024-cü il tarixinə hesablanmış bazar dəyəri ******* (bir milyon altı yüz otuz dörd min) manat müəyyən edilmişdir.

37. İş materiallarında olan Cavabdeh1 nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 25 iyul 2024-cü il tarixli 17/0097 nömrəli mütəxəssis rəyindən görünür ki, Cavabdeh1nə məxsus XCMG ZL50GN markalı, 50AB141 qeydiyyat nişanlı, “Frontal yükləyici” nəqliyyat vasitəsinin 25 iyul 2024-cü il tarixinə hesablanmış bazar dəyəri 90400 (doxsan min dörd yüz) manat müəyyən edilmişdir.

38. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 15 may 2025-ci il tarixli rəyinə əsasən Cavabdeh1 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 709T ünvanda yerləşən bağ evinin obyektinin bazar dəyəri ******* (iki milyon iki yüz min) manat, ünvan 8ahəsinin bazar dəyəri 266000 (iki yüz altmış altı min) manat, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 709T ünvanda yerləşən bağ evinin və ünvan 8ahəsinin ümumi bazar dəyəri ******* (iki milyon dörd yüz altmış altı min) manat müəyyən edilmişdir.

39. İş materiallarında olan "xxxx" MMC-nin 09 sentyabr 2025-ci il tarixli ƏEM/S nömrəli mütəxəssis rəyindən görünür ki, Cavabdeh1nə məxsus ünvan 3 ünvanda yerləşən ipoteka ilə yüklü edilmiş 0,055170 ha torpaq sahəsinin və onun üzərində yerləşən 816,2 kv.m ümumi sahədən ibarət 707T nömrəli bağ evinin 11 sentyabr 2025-ci il tarixinə bazar dəyəri ******* (iki milyon yüz yetmiş dörd min) manat, likvid dəyəri ******* (bir milyon doqquz yüz əlli yeddi min) manat, Cavabdeh1nə məxsus ünvan 4 ünvanda yerləşən ipoteka ilə yüklü edilmiş 0,12 ha bağ sahəsinin/torpaq sahəsinin 11 sentyabr 2025-ci il tarixinə bazar dəyəri 420000 (dörd yüz iyirmi min) manat, likvid dəyəri 378000 (üç yüz yetmiş səkkiz min) manat təşkil edir.

40. İş materiallarında olan "xxxx" MMC-nin 23 oktyabr 2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Cavabdeh1nə məxsus ünvan 3 ünvanda yerləşən ipoteka ilə yüklü edilmiş 0,055170 ha torpaq sahəsinin və onun üzərində yerləşən 816,2 kv.m ümumi sahədən ibarət 707T nömrəli bağ evinin 23 oktyabr 2025-ci il tarixinə bazar dəyəri 750000 (yeddi yüz əlli min) manat, likvid dəyəri 675 (altı yüz yetmiş beş min) manat, Cavabdeh1nə məxsus ünvan 4 ünvanda yerləşən ipoteka ilə yüklü edilmiş 0,12 ha bağ sahəsinin/torpaq sahəsinin 23 oktyabr 2025-ci il tarixinə bazar dəyəri 153000 (yüz əlli üç min) manat, likvid dəyəri 137700 (yüz otuz yeddi min yeddi yüz) manat təşkil edir.

Tətbiq edilən hüquq

41. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür.

42. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

43. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

44. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.

45. Həmin Məcəllənin 442.1-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

46. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

47. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.

48. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

49. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

50. Beləliklə, təsvir olunanlarla müəyyən edilir ki, Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətindən aldığı kredit üzrə əsas borcu və müəyyən edilmiş faizləri ona qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə aralarında bağlanmış maliyyələşdirmə üçün ərizələr və kreditə çevrilmiş qarantiya üzrə öhdəliklərini icra etməyərək İddiaçı Açıq Səhmdar Cəmiyyəti qarşısında pul öhdəliyini yerinə yetirməmişdir.

51. Buna görə məhkəmə hesab edir ki, K5155 nömrəli müqaviləyə əsasən 100000 (yüz min) manat əsas borc, 6250 (altı min iki yüz əlli) manat faiz borcu, K5484 nömrəli müqaviləyə əsasən 139992,91 (yüz otuz doqquz min doqquz yüz doxsan iki manat doxsan bir qəpik) manat əsas borc, K5180 nömrəli müqaviləyə əsasən 92309,74 (doxsan iki min üç yüz doqquz manat yetmiş dörd qəpik) manat əsas borc, K4953 nömrəli müqaviləyə əsasən 396736,75 (üç yüz doxsan altı min yeddi yüz otuz altı manat yetmiş beş qəpik) manat əsas borc, KS2022-063LG nömrəli müqaviləyə əsasən 41575 (qırx bir min beş yüz yetmiş beş) manat əsas borc, 608,61 (altı yüz səkkiz manat altmış bir qəpik) manat faiz borcu, S2022-063LG nömrəli maliyyələşdirmə üçün ərizəyə əsasən 1466,66 (min dörd yüz altmış altı manat altmış altı qəpik) faiz borcu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir.

52. Digər müqavilələr üzrə tutulmalı olan faiz borcunun məbləğləri müəyyən edilərkən iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 25 noyabr 2024-cü il tarixli 9/7311 nömrəli ekspert rəyi mötəbər sübut olaraq nəzərə alınmalı, 02 may 2024-cü il tarixə hesablanan K5484 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 35962,46 (otuz beş min doqquz yüz altmış iki manat qırx altı qəpik) manat, K5180 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 19573,75 (on doqquz min beş yüz yetmiş üç manat yetmiş beş qəpik) manat, K4953 maliyyələşdirmə üçün ərizəyə əsasən 101618,06 (yüz bir min altı yüz on səkkiz manat altı qəpik) manat faiz borcu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir.

53. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 17 dekabr 2021-ci il tarixli Z4954 nömrəli zaminlik müqaviləsinə əsasən Cavabdeh2 bank qarşısında 17 dekabr 2021-ci il tarixli GL4953 nömrəli kredit limiti müqaviləsi üzrə borcalan "xxxx" MMC öz öhdəliyini tam yerinə yetirənədək borcalan ilə birlikdə bank qarşısında məsuliyyət daşımağı öhdəsinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. Buna görə də məhkəmə hesab edir ki, iddianın Cavabdeh2 münasibətdə də təmin olunması üçün əsaslar mövcuddur.

54. Məhkəmə hesab edir ki, iddianın cavabdehlərdən müştərək qaydada "010CRLSAZN12200-K5155 nömrəli Maliyyələşdirmə üçün ərizəyə əsasən 40916,67 manat məbləğində, 010CLAAAZN14093-K5484 nömrəli Maliyyələşdirmə üçün Ərizəsinə əsasən 18401,33 manat məbləğində, 010CLAAAZN12500-K5180 nömrəli Maliyyələşdirmə üçün Ərizəsinə əsasən 17902,59 manat məbləğində, 010CLAAAZN11313-K4953 nömrəli Maliyyələşdirmə üçün Ərizəsinə əsasən 37865,99 manat məbləğində, 010CLGAAZN17829-KS2022-063LG nömrəli Kreditə Çevrilmiş Qarantiyaya əsasən 19179,93 manat məbləğində cərimənin iddiaçının xeyrinə tutulması" tələbinə aid hissəsi qismən təmin olunmalı və işin halları nəzərə alınmaqla cərimə məbləği azaldılaraq cavabdehlərdən müştərək qaydada 010CRLSAZN12200-K5155 nömrəli Maliyyələşdirmə üçün Ərizəyə əsasən 5000 (beş min) cərimə, 010CLAAAZN14093-K5484 nömrəli Maliyyələşdirmə üçün Ərizəsinə əsasən 7000 (yeddi min) manat məbləğində cərimə, 010CLAAAZN12500-K5180 nömrəli Maliyyələşdirmə üçün Ərizəsinə əsasən 5000 (beş min) manat, 010CLAAAZN11313-K4953 nömrəli Maliyyələşdirmə üçün Ərizəsinə əsasən 20000 (iyirmi min) manat məbləğində, 010CLGAAZN17829-KS2022-063LG nömrəli Kreditə Çevrilmiş Qarantiyaya əsasən 2000 (iki min) manat məbləğində cərimə iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

55. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur.

56. Həmin Məcəllənin 317-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.

57. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir.

58. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: - 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; - 34.1.3-cü maddəsinə əsasən ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi.

59. Həmin Qanunun 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir;

60. Həmin Qanunun 41.1-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər.

61. Həmin Qanunun 59.3-cü maddəsinə görə ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar.

62. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” xx.xx.2020-ci il tarixli qərardadında göstərilir ki, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir.

63. Göründüyü kimi, kredit limiti müqaviləsi üzrə Cavabdeh1 üzərinə düşən öhdəliklərin icrasının təmini məqsədilə iddiaçı ipoteka saxlayan İddiaçı Açıq Səhmdar Cəmiyyəti və alıcı-ipoteka qoyan Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli İ4014 saylı alqı-satqı və ipoteka müqaviləsinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 709T saylı ünvanında yerləşən bağ torpaq sahəsi, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə borcalan Cavabdeh1 arasında bağlanış 15 aprel 2022-ci il tarixli Aİ4172 nömrəli ipoteka müqaviləsinə əsasən ipoteka qoyanının XCMG ZL50GN markalı, 50AB141 qeydiyyat nişanlı, “Frontal yükləyici” nəqliyyat vasitəsini, xx.xx.2021-ci il tarixli İ4013 saylı alqı-satqı və ipoteka müqaviləsinə əsasən ünvan 2 ünvanında yerləşən bağ evi ipoteka ilə yüklü edilmişdir. Tutmanın ipoteka ilə yüklü edilmiş daşınmaz əmlaklara yönəldilməsi barədə tələb Mülki Məcəllənin 317, 319-cu maddələrinin və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğundur.

64. Məhkəmə ipoteka predmeti olan əmlakların ilkin satış qiyməti ilə bağlı qeyd edir ki, XCMG ZL50GN markalı 50AB141 qeydiyyat nişanlı “Frontal yükləyici” (ban nömrəsi: XUG0050GTMCB23103) nəqliyyat vasitəsinin ilkin satış qiyməti müəyyən olunarkən 30 aprel 2025-ci il tarixli 9/84xx-xx/8111 nömrəli ekspert rəyi mötəbər sübut kimi nəzərə alınmalı və həmin əmlakın ilkin satış qiyməti 105000 (yüz beş min) manat müəyyən edilməlidir.

65. Məhkəmə hesab edir ki, ipoteka predmeti olan daşınmaz əmlakların ilkin satış qiymətləri ilə müəyyən edilərkən "xxxx" MMC-nin iş üzrə keçirilmiş mütəxəsis tədqiqatının nəticəsi olaraq verilmiş rəyi nəzərə alınmalı ünvan 3 ünvanda yerləşən 0,055170 ha torpaq sahəsi və üzərində yerləşən 816,2 kv.m ümumi sahədən ibarət bağ evinin ilkin satış qiyməti 675000 (altı yüz yetmiş beş min) manat, ünvan 4 ünvanında yerləşən 0,12 ha torpaq sahəsinin ilkin satış qiyməti 137700 (yüz otuz yeddi min yeddi yüz) manat müəyyən olunmalıdır.

66. Məhkəmə iddia tələbinin “ipoteka predmetinin satışından əldə edilmiş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması”na dair hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə əsassızdır.

67. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.6-cı maddəsinə əsasən, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir.

68. Göründüyü kimi, satışdan əldə edilən məbləğ borcun ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin cavabdehlərdən tutulması qətnamənin icrası zamanı həll edilən məsələlərdəndir. Odur ki, iddianın həmin hissəsi əsassızdır. Buna görə də iddia tələbi həmin hissədə rədd edilməlidir.

69. Məhkəmə iddia tələbinin “əmlaklar satıldıqdan sonra 1 ay müddətində boşaldılaraq mülkiyyətçiyə təhvil verilməsi”nə dair hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə əsassızdır.

70. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.4-cü maddəsinə görə bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar.

71. Məhkəmə iddianın “ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və 156 (yüz əlli altı) manat xidmət haqqının ödənilməsi”nə dair hissəsini araşdıraraq hesab edir ki, iddia bu hissədə əsaslı olduğundan təmin edilməli, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun və 156 (yüz əlli altı) manat məbləğində xidmət haqqının əvəzi cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir.

72. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

73. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

74. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

75. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

76. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlərdən müştərək qaydada 28 fevral 2022-ci il tarixli, K5155 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 100000 (yüz min) manat əsas borc, 6250 (altı min iki yüz əlli) manat faiz borcu və 5000 (beş min) manat cərimə, 23 iyun 2022-ci il tarixli, K5484 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 139992,91 (yüz otuz doqquz min doqquz yüz doxsan iki manat doxsan bir qəpik) manat əsas borc, 35962,46 (otuz beş min doqquz yüz altmış iki manat qırx altı qəpik) manat faiz borcu və 7000 (yeddi min) manat cərimə, 11 mart 2022-ci il tarixli, K5180 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 92309,74 (doxsan iki min üç yüz doqquz manat yetmiş dörd qəpik) manat əsas borc, 19573,75 (on doqquz min beş yüz yetmiş üç manat yetmiş beş qəpik) manat faiz borcu və 5000 (beş min) manat cərimə, 17 dekabr 2021-ci il tarixli, K4953 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 396736,75 (üç yüz doxsan altı min yeddi yüz otuz altı manat yetmiş beş qəpik) manat əsas borc, 101618,06 (yüz bir min altı yüz on səkkiz manat altı qəpik) manat faiz borcu və 20000 (iyirmi min) manat cərimə, KS2022-063LG nömrəli kreditə çevrilmiş qarantiya üzrə 41575 (qırx bir min beş yüz yetmiş beş) manat əsas borc, 608,61 (altı yüz səkkiz manat altmış bir qəpik) manat faiz borcu və 2000 (iki min) manat cərimə, 25 fevral 2022-ci il tarixli, S2022-063LG saylı maliyyələşdirmə üçün ərizəyə əsasən cəmi 1466,66 (min dörd yüz altmış altı manat altmış altı qəpik) manat məbləğində faiz borcu, 1265,09 (min iki yüz altmış beş manat doqquz qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi, ipoteka bildirişinin qeydiyyata alınması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 156 (yüz əlli altı) manat xidmət haqqı olmaqla, cəmi 976545,03 (doqquz yüz yetmiş altı min beş yüz qırx beş manat üç qəpik) manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, cavabdehlərdən müştərək qaydada tutulmalı olan cəmi 976545,03 (doqquz yüz yetmiş altı min beş yüz qırx beş manat üç qəpik) manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmiş Cavabdeh1 mülkiyyətində olan – ünvan 3 ünvanda yerləşən 0,055170 ha torpaq sahəsinə və üzərində yerləşən 816,2 kv.m ümumi sahədən ibarət bağ evinə, ünvan 4 ünvanda yerləşən 0,12 ha torpaq sahəsinə və XCMG ZL50GN markalı 50AB141 qeydiyyat nişanlı “Frontal yükləyici” (ban nömrəsi: XUG0050GTMCB23103) nəqliyyat vasitəsinə yönəldilməli və həmin ipoteka predmetləri açıq hərracda satılaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə olan cəmi 976545,03 (doqquz yüz yetmiş altı min beş yüz qırx beş manat üç qəpik) manat məbləğində borc ödənilməli, ipoteka predmetləri olan ünvan 3 ünvanda yerləşən 0,055170 ha torpaq sahəsi və üzərində yerləşən 816,2 kv.m ümumi sahədən ibarət bağ evinin ilkin satış qiyməti 675000 (altı yüz yetmiş beş min) manat, ünvan 4 ünvanında yerləşən 0,12 ha torpaq sahəsinin ilkin satış qiyməti 137700 (yüz otuz yeddi min yeddi yüz) manat, XCMG ZL50GN markalı 50AB141 qeydiyyat nişanlı “Frontal yükləyici” (ban nömrəsi: XUG0050GTMCB23103) nəqliyyat vasitəsinin ilkin satış qiyməti 105000 (yüz beş min) manat müəyyən edilməli, iddia qalan hissədə təmin edilməməlidir.

77. Bundan başqa iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarnın dəyəri olan 150 (yüz əlli) manat məbləğində pul vəsaiti cavabdеhlər Cavabdeh1ndən və Cavabdeh2 müştərək qaydada tutularaq X1 ödənilməlidir.

78. Həmçinin cavabdеhlər Cavabdeh1ndən və Cavabdeh2 müştərək qaydada iş üzrə keçirilmiş mütəxəssis tədqiqatının dəyəri olan 900 (doqquz yüz) manat məbləğində pul vəsaiti tutularaq "xxxx" MMC-yə, 1200 (min iki yüz) manat məbləğində pul vəsaiti tutularaq "xxxx" MMC-yə ödənilməlidir.

79. Bununla yanaşı hazırkı iddia tələbinin təmin olunmuş hissəsinə uyğun hesablanan 1265,09 (min iki yüz altmış beş manat doqquz qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçının xeyrinə ödənilməlidir.

80. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.4-cü maddəsinə əsasən iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 390 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi məbləğində dövlət rüsumu tutulur.

81. Həmin Qanununun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür.

82. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

83. Yuxanda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər “İron-Beton Construction" Məhdud Məsuliyyətli Cəmiyyətindən və Cavabdeh2 müştərək qaydada 28 fevral 2022-ci il tarixli, K5155 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 100000 (yüz min) manat əsas borc, 6250 (altı min iki yüz əlli) manat faiz borcu və 5000 (beş min) manat cərimə, 23 iyun 2022-ci il tarixli, K5484 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 139992,91 (yüz otuz doqquz min doqquz yüz doxsan iki manat doxsan bir qəpik) manat əsas borc, 35962,46 (otuz beş min doqquz yüz altmış iki manat qırx altı qəpik) manat faiz borcu və 7000 (yeddi min) manat cərimə, 11 mart 2022-ci il tarixli, K5180 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 92309,74 (doxsan iki min üç yüz doqquz manat yetmiş dörd qəpik) manat əsas borc, 19573,75 (on doqquz min beş yüz yetmiş üç manat yetmiş beş qəpik) manat faiz borcu və 5000 (beş min) manat cərimə, 17 dekabr 2021-ci il tarixli, K4953 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 396736,75 (üç yüz doxsan altı min yeddi yüz otuz altı manat yetmiş beş qəpik) manat əsas borc, 101618,06 (yüz bir min altı yüz on səkkiz manat altı qəpik) manat faiz borcu və 20000 (iyirmi min) manat cərimə, KS2022-063LG nömrəli kreditə çevrilmiş qarantiya üzrə 41575 (qırx bir min beş yüz yetmiş beş) manat əsas borc, 608,61 (altı yüz səkkiz manat altmış bir qəpik) manat faiz borcu və 2000 (iki min) manat cərimə, 25 fevral 2022-ci il tarixli, S2022-063LG saylı maliyyələşdirmə üçün ərizəyə əsasən cəmi 1466,66 (min dörd yüz altmış altı manat altmış altı qəpik) manat məbləğində faiz borcu, 1265,09 (min iki yüz altmış beş manat doqquz qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi, ipoteka bildirişinin qeydiyyata alınması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 156 (yüz əlli altı) manat xidmət haqqı olmaqla, cəmi 976545,03 (doqquz yüz yetmiş altı min beş yüz qırx beş manat üç qəpik) manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Cavabdehlərdən müştərək qaydada tutulmalı olan cəmi 976545,03 (doqquz yüz yetmiş altı min beş yüz qırx beş manat üç qəpik) manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmiş Cavabdeh1 mülkiyyətində olan – ünvan 3 ünvanda yerləşən 0,055170 ha torpaq sahəsinə və üzərində yerləşən 816,2 kv.m ümumi sahədən ibarət bağ evinə, ünvan 4 ünvanda yerləşən 0,12 ha torpaq sahəsinə və XCMG ZL50GN markalı 50AB141 qeydiyyat nişanlı “Frontal yükləyici” (ban nömrəsi: XUG0050GTMCB23103) nəqliyyat vasitəsinə yönəldilsin və həmin ipoteka predmetləri açıq hərracda satılaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə olan cəmi 976545,03 (doqquz yüz yetmiş altı min beş yüz qırx beş manat üç qəpik) manat məbləğində borc ödənilsin. İpoteka predmetləri olan -ünvan 3 ünvanda yerləşən 0,055170 ha torpaq sahəsi və üzərində yerləşən 816,2 kv.m ümumi sahədən ibarət bağ evinin ilkin satış qiyməti 675000 (altı yüz yetmiş beş min) manat, ünvan 4 ünvanında yerləşən 0,12 ha torpaq sahəsinin ilkin satış qiyməti 137700 (yüz otuz yeddi min yeddi yüz) manat, XCMG ZL50GN markalı 50AB141 qeydiyyat nişanlı “Frontal yükləyici” (ban nömrəsi: XUG0050GTMCB23103) nəqliyyat vasitəsinin ilkin satış qiyməti 105000 (yüz beş min) manat müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarnın dəyəri olan 150 (yüz əlli) manat məbləğində pul vəsaiti cavabdеhlər Cavabdeh1ndən və Cavabdeh2 müştərək qaydada tutularaq X1 ödənilsin. Cavabdеhlər Cavabdeh1ndən və Cavabdeh2 müştərək qaydada iş üzrə keçirilmiş mütəxəssis tədqiqatının dəyəri olan 900 (doqquz yüz) manat məbləğində pul vəsaiti tutularaq "xxxx" MMC-yə ödənilsin. Cavabdеhlər Cavabdeh1ndən və Cavabdeh2 müştərək qaydada iş üzrə keçirilmiş mütəxəssis tədqiqatının dəyəri olan 1200 (min iki yüz) manat məbləğində pul vəsaiti tutularaq "xxxx" MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən İslam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar