Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-569/2025 04.06.2025 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Atakişiyeva Nülufər Nizami qızının katibliyi, Cavabdeh1 iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Komleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada 19198,41 (on doqquz min yüz doxsan səkkiz manat qırx bir qəpik) manat məbləğində əsas borc, 1767,82 (min yeddi yüz altmış yeddi manat səksən iki qəpik) manat məbləğində faiz borcu, 72,13 (yetmiş iki manat on üç qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 21038,36 (iyirmi bir min otuz səkkiz manat otuz altı qəpik) manat məbləğində borcun və 153,12 (yüz əlli üç manat on iki qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə bağlanmış 14 iyun 2024-cü il tarixli 1140***-*******01L saylı kredit limitinin açılmasına dair razılaşmaya əsasən Cavabdeh4 120 ay müddətinə, illik faiz dərəcəsi 30%-dən artıq olmamaq şərti ilə 200000 manat məbləğində kredit limiti ayrılmışdır. Kredit limitinin açılmasına dair razılaşma üzrə öhdəliklərin icrasının təmini kimi bankla digər cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 arasında 14 iyun 2024-cü il tarixli 1FİZAM206765601, 1FİZAM206765501 və 1FİZAM206765401 saylı zaminlik müqavilələri bağlanmış və onlar kredit limiti müqaviləsi üzrə öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdürlər. Kredit limitinin açılmasına dair razılaşmanın şərtlərinə uyğun olaraq 14 iyun 2024-cü il tarixli kredit limiti daxilində birdəfəlik kreditin verilməsinə dair razılaşmaya əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh4 36 ay müddətinə illik 22% dərəcəsi ilə 20000 manat məbləğində kredit verilmişdir. Cavabdeh4 onunla bağlanmış kredit müqaviləsinin şərtlərinə əməl etmədiyindən, ona, eləcə də öhdəlik üzrə zaminlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 dəfələrlə şifahi və rəsmi (bildirişlə) müraciət edilməsinə baxmayaraq onlar tərəfindən kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görülməmiş, kredit müqaviləsindən irəli gələn öhdəliklər lazımi qaydada icra edilməmişdir. Kredit limitinin açılmasına dair razılaşma üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh4 22 yanvar 2025-ci il tarixə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 19198,41 manat əsas kredit borcu, 1767,82 manat faiz borcu və 72,13 manat cərimə olmaqla, cəmi 21038,36 manat borcu qalmaqdadır. 03 iyun 2025-ci il tarixdə İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən məhkəməyə ərizə təqdim edilərək işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılması və iddia tələbinin təmin edilməsi xahiş olunmuşdur. Məhkəmə baxış iclasında iştirak edən Cavabdeh1 izahatında borc məbləği barədə məlumatı olmadığını, Cavabdeh4 onu aldatdığını və buna görə müvafiq zaminlik müqaviləsini imzaladığını bildirmişdir. İş üzrə digər cavabdehlər Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə həmin cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş proses iştirakçılarının gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə proses iştirakçılarının icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan kreditverən İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə borcalan Cavabdeh4 arasında bağlanmış 14 iyun 2024-cü il tarixli 1140***-*******01L nömrəli əsas kredit limitinin açılmasına dair razılaşmaya əsasən kreditverən tərəfindən borcalana 120 (yüz iyirmi) ay müddətinə illik faiz dərəcəsi 30%-dən artıq olmamaq şərti ilə 200000 (iki yüz min) manat məbləğində kredit limiti ayrılmışdır. İş materiallarında olan kreditverən İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə borcalan Cavabdeh4 arasında bağlanmış 14 iyun 2024-cü il tarixli kredit limiti daxilində birdəfəlik kreditin verilməsinə dair razılaşmaya əsasən kreditverən illik 22 faiz dərəcəsi ilə 36 ay müddətinə 20000 (iyirmi min) manat məbləğində krediti dövriyyə vəsaitlərinin artırılması və cari xərclər məqsədilə borcalana verir. İş materiallarında olan 14 iyun 2024-cü il tarixli razılaşmaya əlavə olan ödəniş planında borcalan Cavabdeh4 banka olan borcunun son ödəniş tarixi 14 iyun 2027-ci il olmaqla, həmin borcun müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur və həmin ödəniş planı borcalan Cavabdeh4 imzası ilə təsdiq edilmişdir. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 14 iyun 2024-cü il tarixli 1FİZAM206765601 nömrəli, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 14 iyun 2024-cü il tarixli 1FİZAM206765501 nömrəli və İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış 14 iyun 2024-cü il tarixli 1FİZAM206765401 nömrəli zaminlik müqavilələrinə əsasən zaminlər borcalan Cavabdeh4 14 iyun 2024-cü il tarixli 1140***-*******01L nömrəli kredit limiti razılaşması və həmin razılaşmanın ayrılmaz tərkib hissəsi olan razılaşmalardan irəli gələn öhdəliklərinin tamamının icrası üçün onunla birgə məsuliyyəti üzərinə götürmüşdür. İş materiallarında olan iddiaçı tərəfindən tərtib olunaraq məhkəməyə təqdim olunmuş 22 yanvar 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh4 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 14 iyun 2024-cü il tarixli kredit limiti daxilində birdəfəlik kreditin verilməsinə dair razılaşma üzrə 19198,41 (on doqquz min yüz doxsan səkkiz manat qırx bir qəpik) manat əsas borc, 1767,82 (min yeddi yüz altmış yeddi manat səksən iki qəpik) manat kredit üzrə faiz borcu və 72,13 (yetmiş iki manat on üç qəpik) manat cərimə olmaqla, cəmi 21038,36 (iyirmi bir min otuz səkkiz manat otuz altı qəpik) manat məbləğində borcu vardır. İş materiallarından görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlərə 31 yanvar 2025-ci il tarixdə pretenziya məktubu göndərilərək kredit müqaviləsi üzrə 22 yanvar 2025-ci il tarixə banka 19198,41 manat məbləğində əsas borc, 1767,82 manat faiz borcu və 72,13 manat cərimə olmaqla, cəmi 21038,36 manat borc olduğu bildirilmiş, 3 gün müddətində banka olan borcun ödənilməsinin təmin edilməsi xahiş olunmuş, əks halda borcun qaytarılması tələbi ilə məhkəməyə müraciət ediləcəyi qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 465.2-ci maddəsinə əsasən borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. - 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, Cavabdeh4 İddiaçı Açıq Səhmdar Cəmiyyətindən aldığı kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin o, 14 iyun 2024cü il tarixli kredit limiti daxilində birdəfəlik kreditin verilməsinə dair razılaşma üzrə öhdəliklərini icra etməyərək bank qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Ona görə də, həmin kredit razılaşması üzrə kredit ödənişlərini müqavilə şərtlərinə uyğun ödənilməsini təmin etmədiyindən 19198,41 (on doqquz min yüz doxsan səkkiz manat qırx bir qəpik) manat məbləğində əsas borc, 1767,82 (min yeddi yüz altmış yeddi manat səksən iki qəpik) manat məbləğində faiz borcu və 72,13 (yetmiş iki manat on üç qəpik) manat məbləğində cərimə Cavabdeh4 tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 14 iyun 2024-cü il tarixli 1FİZAM206765601 nömrəli, 1FİZAM206765501 nömrəli, və 1FİZAM206765401 nömrəli zaminlik müqavilələrinə əsasən Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 borclunun 14 iyun 2024-cü il tarixli 1140***-*******01L nömrəli kredit limiti razılaşması və həmin razılaşmanın ayrılmaz tərkib hissəsi olan razılaşmalardan irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərlərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyırlar. Buna görə də məhkəmə hesab edir ki, iddianın həmin şəxslərə münasibətdə də təmin olunması üçün əsaslar mövcuddur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Məhkəmə qeyd edir ki, iddia tələbinin “cavabdehlərdən müştərək qaydada 153,12 (yüz əlli üç manat on iki qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iş materiallarında olan 17 fevral 2025-ci il tarixli, **********04 nömrəli ödəniş qəbzindən iddiaçı tərəfindən məhkəməyə müraciət olunan zaman 153,12 (yüz əlli üç manat on iki qəpik) manat məbləğində dövlət rüsumu ödənildiyi görünür. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən tələbi həmin hissədə də təmin edilməli və iddiaçı tərəfindən ödənilmiş 153,12 (yüz əlli üç manat on iki qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 19198,41 (on doqquz min yüz doxsan səkkiz manat qırx bir qəpik) manat məbləğində əsas borc, 1767,82 (min yeddi yüz altmış yeddi manat səksən iki qəpik) manat məbləğində faiz borcu, 72,13 (yetmiş iki manat on üç qəpik) manat məbləğində cərimə və 153,12 (yüz əlli üç manat on iki qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 21191,48 (iyirmi bir min yüz doxsan bir manat qırx səkkiz qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Yuxanda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdеhlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 19198,41 (on doqquz min yüz doxsan səkkiz manat qırx bir qəpik) manat məbləğində əsas borc, 1767,82 (min yeddi yüz altmış yeddi manat səksən iki qəpik) manat məbləğində faiz borcu, 72,13 (yetmiş iki manat on üç qəpik) manat məbləğində cərimə və 153,12 (yüz əlli üç manat on iki qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 21191,48 (iyirmi bir min yüz doxsan bir manat qırx səkkiz qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-569/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-569/2025
04.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver