Məhkəmə qərarları › İş №e-2-2(119)-57/2024

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-57/2024

24.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-57/2024 24.01.2024 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Bağırova Naidə Saləddin qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı “icarə haqqı borcunun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh qarşı “icarə haqqı borcunun tutulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 01 fevral 2018-ci il tarixli 2504-2506 nömrəli və 01 oktyabr 2018-ci il tarixli 102 nömrəli icarə müqavilələri üzrə 4160 (dörd min yüz altmış) manat məbləğində icarə haqqı, ona hesablanmış 211,60 (iki yüz on bir manat altmış qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 4371,60 (dörd min üç yüz yetmiş bir manat altmış qəpik) manat məbləğində pul vəsaitinin və 65 (altmış beş) manat məbləğində ödənilmiş mediasiya xərcinin tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, qeyri-yaşayış sahəsinin icarəyə verilməsi ilə əlaqədar icarəyə verən İddiaçı ilə icarəçi Cavabdeh arasında 01 fevral 2018-ci il tarixli 2504-2506 nömrəli icarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən icarəyə verən İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi 3 ünvanında, Bakı Beynəlxalq və şəhərlərarası avtovağzal kompleksinin ticarət mərkəzinin 2-ci mərtəbəsində yerləşən, sahəsi 80 kv.metr ölçüsündə olan “2504-2506” nömrəli mağaza olan qeyriyaşayış sahəsini icarəyə verməyi, icarəçi isə icarəyə verənə icarə haqqı və icarədən yaranan digər ödənişləri ödəməyi, habelə bu müqavilə ilə nəzərdə tutulmuş şərtlərə sözsüz əməl etməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 4.1-ci bəndinə uyğun olaraq icarəyə verilən sahədən istifadəyə görə icarəçi hər ay kommunal və sair xərclər daxil olmamaqla ƏDV daxil 480 (dörd yüz səksən) manat məbləğində aylıq icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Həmin icarə müqaviləsinə 28 sentyabr 2018-ci il tarixli 96 nömrəli əmr ilə xitam verilmişdir. Eyni zamanda qeyri-yaşayış sahəsinin icarəyə verilməsi ilə əlaqədar icarəyə verən İddiaçı ilə icarəçi Cavabdeh arasında 01 oktyabr 2018-ci il tarixli 102 nömrəli icarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən icarəyə verən İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi 3 ünvanında, Bakı Beynəlxalq və şəhərlərarası avtovağzal kompleksinin ticarət mərkəzinin 2-ci mərtəbəsində yerləşən, sahəsi 40 kv.metr ölçüsündə olan “2504” nömrəli mağaza olan qeyri-yaşayış sahəsini icarəyə verməyi, icarəçi isə icarəyə verənə icarə haqqı və icarədən yaranan digər ödənişləri ödəməyi, habelə bu müqavilə ilə nəzərdə tutulmuş şərtlərə sözsüz əməl etməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 4.1-ci bəndinə uyğun olaraq icarəyə verilən sahədən istifadəyə görə icarəçi hər ay kommunal və sair xərclər daxil olmamaqla ƏDV daxil 240 (iki yüz qırx) manat məbləğində aylıq icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. 01 oktyabr 2018-ci il tarixli 102 nömrəli icarə müqaviləsinə 30 sentyabr 2021-ci il tarixli sazişlə xitam verilmişdir. İcarəçi qeyd edilən müqavilələr üzrə ödənişlə bağlı üzərinə götürdüyü öhdəlikləri icra etməmiş, 01 fevral 2018-ci il tarixli 2504-2506 nömrəli və 01 oktyabr 2018-ci il tarixli 102 nömrəli icarə müqavilələri üzrə 30 sentyabr 2021-ci il tarixə icarəçi Cavabdeh icarə haqqı borcu 4160 (dörd min yüz altmış) manat, ona hesablanmış cərimə borcu 211,60 (iki yüz on bir manat altmış qəpik) manat olmaqla, cəmi borc 4371,60 (dörd min üç yüz yetmiş bir manat altmış qəpik) manat məbləğindədir. Borcun ödənilməsi ilə əlaqədar icarəyə verən tərəfindən icarəçinin ünvanına məktub (pretenziya) göndərilmiş, sonuncu tərəfindən borc ödənilməmiş, pretenziyaya rəsmi münasibət bildirilməmişdir. Bundan sonra mübahisənin mediasiya ilə həll edilməsi məqsədi ilə mediatora müraciət edilmiş, lakin cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Göründüyü kimi, Cavabdeh icarə müqaviləsinə əsasən ödənişlə bağlı üzərinə götürdüyü öhdəlikləri icra etmir və həmin öhdəliklərin icrasından boyun qaçırır. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Eyni zamanda o, pandemiya dövründə cavabdehə icarə haqqı borcu hesablanmadığını qeyd etmişdir. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, icarəyəverən İddiaçı ilə icarəçi Cavabdeh arasında bağlanmış 01 fevral 2018-ci il tarixli, 2504-2506 nömrəli icarə müqaviləsinin 1-ci bəndinə əsasən İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi 3 ünvanında, Bakı Beynəlxalq və şəhərlərarası avtovağzal kompleksinin ticarət mərkəzinin 2-ci mərtəbəsində yerləşən 80 kv.metr ölçüsündə olan 2504-2506 nömrəli mağaza-qeyriyaşayış sahəsini icarəyə verməyi, icarəçi isə icarəyəverənə icarə haqqı və icarədən yaranan digər ödənişləri ödəməyi, habelə bu müqavilə ilə nəzərdə tutulmuş şərtlərə sözsüz əməl etməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 4.1-ci bəndinə uyğun olaraq icarəyə verilən sahədən istifadəyə görə icarəçi hər ay kommunal və sair xərclər daxil olmamaqla hər ay ƏDV daxil 480 (dörd yüz səksən) manat icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 4.3-cü bəndinə əsasən icarəçi icarə haqqını vaxtında ödəməzsə və ya ödənişdən imtina edərsə, bu halda icarəyə verənin tələbi ilə ona hər ayın 11-dən etibarən ödənişini gecikdirdiyi məbləğin 1 (bir) faizi həcmində cərimə ödəyir. İş materiallarında olan “İcarə müqaviləsinə xitam verilməsi üçün” 28 sentyabr 2018-ci il tarixli aktdan görünür ki, 01 fevral 2018-ci il tarixli 2504-2506 nömrəli icarə müqaviləsinə xitam verilmiş və Cavabdeh 2640 manat məbləğində borcu vardır. İş materiallarında olan icarəyəverən İddiaçı 28 sentyabr 2018-ci il tarixli 96 nömrəli əmrindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında 80 kv.metr sahənin icarəsi haqqında bağlanmış 01 fevral 2018-ci il tarixli, 2504-2506 nömrəli icarə müqaviləsinə 28 sentyabr 2018-ci il tarixdən xitam verilmişdir. İş materiallarında olan icarəyəverən İddiaçı ilə icarəçi Cavabdeh arasında bağlanmış 01 oktyabr 2018-ci il tarixli 102 nömrəli icarə müqaviləsinin 1-ci bəndinə əsasən İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi 3 ünvanında, Bakı Beynəlxalq və şəhərlərarası avtovağzal kompleksinin ticarət mərkəzinin 2-ci mərtəbəsində yerləşən 40 kv.metr ölçüsündə olan 2504 nömrəli mağaza-qeyri-yaşayış sahəsini icarəyə verməyi, icarəçi isə icarəyəverənə icarə haqqı və icarədən yaranan digər ödənişləri ödəməyi, habelə bu müqavilə ilə nəzərdə tutulmuş şərtlərə sözsüz əməl etməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 4.1-ci bəndinə uyğun olaraq icarəyə verilən sahədən istifadəyə görə icarəçi hər ay kommunal və sair xərclər daxil olmamaqla hər ay ƏDV daxil 240 (iki yüz qırx) manat icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 4.3-cü bəndinə əsasən icarəçi icarə haqqını vaxtında ödəməzsə və ya ödənişdən imtina edərsə, bu halda icarəyə verənin tələbi ilə ona hər ayın 11-dən etibarən ödənişini gecikdirdiyi məbləğin 1 (bir) faizi həcmində cərimə ödəyir. İş materiallarında olan icarəçi Cavabdeh tərəfindən İddiaçınə ünvanlanmış bildirişdən görünür ki, 01 oktyabr 2018-ci il tarixli 102 nömrəli icarə müqaviləsinə 30 sentyabr 2021-ci il tarixdən xitam verilməsi xahiş olunmuşdur. İş materiallarında olan icarə müqaviləsinə xitam verilməsi üçün imzalanmış 30 sentyabr 2021-ci il tarixli aktdan görünür ki, icarə obyektini işlədə bilmədiyinə görə (virus səbəbi ilə) Cavabdeh tərəfindən sahəsi 40 kv.metr olan 2504 nömrəli mağaza təhvil verilmiş, aktda icarəçinin icarəyə verənə 4160 manat icarə haqqı borcu olduğu qeyd edilmişdir. (İcarəçi aktda həmin borcla razı olmadığını qeyd etmişdir.) İş materiallarında olan icarəyə verən İddiaçı ilə icarəçi Cavabdeh arasında bağlanmış icarə müqaviləsinə xitam verilməsi haqqında 30 sentyabr 2021-ci il tarixli sazişdən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi 3 ünvanında, Avtovağzal Kompleksinin Ticarət Mərkəzinin 2-ci mərtəbəsində yerləşən 40 kv.metr ölçüsündə olan “2504" nömrəli qeyri-yaşayış sahəsinin icarəyə verilməsi barədə tərəflər arasında bağlanılmış 01 oktyabr 2018-ci il tarixli 102 saylı icarə müqaviləsinə tərəflərin razılığı ilə xitam verilmişdir. İş materiallarında olan obyektin əməliyyat tarixçəsindən görünür ki, icarəçi Cavabdeh istifadəsində olan icarə sahəsinə 01 fevral 2018-ci il tarixli, 2504-2506 nömrəli icarə müqaviləsi üzrə 01 fevral 2018-ci il tarixdən 01 sentyabr 2019-cu il tarixədək ümumilikdə 3840 (üç min səkkiz yüz qırx) manat icarə haqqı hesablanmış və icarəçi tərəfindən cəmi 1200 (min iki yüz) manat məbləğində ödəniş edilmişdir. İş materiallarında olan əməliyyat tarixçəsindən görünür ki, icarəçi Cavabdeh istifadəsində olan icarə sahəsinə 01 oktyabr 2018-ci il tarixli, 102 nömrəli icarə müqaviləsi üzrə 03 oktyabr 2018-ci il tarixdən 01 sentyabr 2021-ciil tarixədək ümumilikdə 5000 (beş min) manat icarə haqqı hesablanmış və icarəçi tərəfindən cəmi 3480 (üç min dörd yüz səksən) manat məbləğində ödəniş edilmişdir. İş materiallarında olan 16 noyabr 2023-cü il tarixli 02-01/581 nömrəli maliyyə arayışından görünür ki, 01 fevral 2018-ci il tarixli 2504-2506 nömrəli icarə müqaviləsi üzrə 30 sentyabr 2021-ci il tarixə icarəçi Cavabdeh icarəyə verən İddiaçınə icarə haqqı borcu 2640 (iki min altı qırx altmış) manat, ona hesablanmış cərimə borcu 145,2 (yüz qırx beş manat iyirmi qəpik) manat olmaqla, cəmi borcu 2785,2 (iki min yeddi yüz səksən beş manat iyirmi qəpik) manat təşkil edir. İş materiallarında olan 16 noyabr 2023-cü il tarixli 02-01/582 nömrəli maliyyə arayışından görünür ki, 01 oktyabr 2018-ci il tarixli 102 saylı icarə müqaviləsi üzrə 30 sentyabr 2021-ci il tarixə icarəçi Cavabdeh icarəyə verən İddiaçınə icarə haqqı borcu 1520 (min beş yüz iyirmi) manat, ona hesablanmış cərimə borcu 66,4 (altmış altı manat qırx qəpik) manat olmaqla, cəmi borcu 1586,4 (min beş yüz səksən altı manat qırx qəpik) manat təşkil edir. İddiaçı tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə təqdim edilmiş 24 yanvar 2024-cü il tarixli məktubda qeyd olunmuşdur ki, hər iki müqavilə üzrə təqdim edilmiş maliyyə arayışlarından, obyektin əməliyyat tarixçələrindən və ödəniş qəbzlərindən göründüyü kimi cavabdeh şəxs 2504- 2506 nömrəli müqavilə üzrə 01 fevral 2018-ci il tarixdən 28 sentyabr 2018-ci il tarixədək, habelə 102 nömrəli müqavilə üzrə 01 oktyabr 2018-ci il tarixdən 30 sentyabr 2021-ci il tarixədək olan müddət ərzində, yəni hər iki müqavilə üzrə ümumilikdə 31 (otuz bir) ay müddətinə 8840 (səkkiz min səkkiz yüz qırx) manat məbləğində icarə haqqı ödəməli olduğu təqdirdə, cəmi 4680 (dörd min altı yüz səksən) manat məbləğində icarə haqqı ödəmişdir. Qeyd edilən 31 (otuz bir) ay üzrə icarə haqqı belə hesablanmışdır: 8 (səkkiz) ay ərzində ayda 480 (dörd yüz səksən) manat (8x480=3840 manat); 3 (üç) ay ərzində ayda 120 (bir yüz iyirmi) manat (3x120=360 manat); 15 (on beş) ay ərzində ayda 240 (iki yüz qırx) manat (15x240=3600 manat); 2 (iki) ay ərzində ayda 160 (bir yüz altmış) manat (2x160=320 manat) və 3 (üç) ay ərzində ayda 240 (iki yüz qırx) manat (3x240=720 manat). Göründüyü kimi, cavabdeh şəxs Cavabdeh 01 fevral 2018-ci il tarixli 2504-2506 nömrəli və 01 oktyabr 2018-ci il tarixli 102 nömrəli müqavilələr üzrə 4160 (dörd min bir yüz altmış) manat məbləğində icarə haqqı borcu vardır (8840-4680=4160 manat). Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. - 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Göründüyü kimi, işin halları ilə müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 01 fevral 2018-ci il tarixli 2504-2506 nömrəli icarə müqaviləsinə əsasən iddiaçı tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi 3 ünvanında, Bakı Beynəlxalq və şəhərlərarası avtovağzal kompleksinin ticarət mərkəzinin 2-ci mərtəbəsində yerləşən 80 kv.metr ölçüsündə olan 2504-2506 nömrəli mağaza-qeyri-yaşayış sahəsi və 01 oktyabr 2018-ci il tarixli 102 nömrəli icarə müqaviləsinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi 3 ünvanında, Bakı Beynəlxalq və şəhərlərarası avtovağzal kompleksinin ticarət mərkəzinin 2-ci mərtəbəsində yerləşən 40 kv.metr ölçüsündə olan 2504 nömrəli mağaza-qeyri-yaşayış sahəsi cavabdehin icarəsinə verilmiş, icarəçi Cavabdeh tərəfindən vaxtaşırı müxtəlif məbləğlərdə icarə haqqı ödənilsə də, onun iddiaçıya sözügedən iki icarə müqaviləsi üzrə üzrə cəmi 4160 manat məbləğində icarə haqqı borcu qalmışdır. Buna görə də, İddiaçı tərəfindən ödənilməmiş 4160 (dörd min yüz altmış) manat məbləğində icarə haqqı borcunun və 211,60 (iki yüz on bir manat altmış qəpik) manat məbləğində cərimənin Cavabdeh tutulması üçün məhkəməyə müraciət olunmuşdur. İş materiallarından görünür ki, icarə haqqı borcunun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl Cavabdeh ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə İddiaçı tərəfindən 65 (altmış beş) manat məbləğində mediasiya xərci ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə, yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh arasında 01 fevral 2018-ci il tarixli 2504-2506 nömrəli və 01 oktyabr 2018-ci il tarixli 102 nömrəli icarə müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, lakin cavabdeh müqavilə üzrə öz üzərinə düşən öhdəliyini lazımi qaydada yerinə yetirməmişdir. Buna görə məhkəmə hesab edir ki, həmin müqavilələr üzrə ödənilməmiş 4160 (dörd min yüz altmış) manat məbləğində icarə haqqı borcunun Cavabdeh iddiaçının xeyrinə tutulması hissəsində iddia tələbi əsaslıdır və təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 465.2-ci maddəsinə əsasən borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə hesab edir ki, iddia tələbinin "211,60 (iki yüz on bir manat altmış qəpik) manat məbləğində cərimənin tutulması" hissəsi qismən təmin olunmalı və işin halları nəzərə alınmaqla cərimə məbləği azaldılaraq, Cavabdeh cəmi 50 (əlli) manat məbləğində cərimə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 4160 (dörd min yüz altmış) manat məbləğində icarə haqqı borcu və 50 (əlli) manat məbləğində cərimə tutularaq İddiaçınə ödənilməlidir. Həmçinin iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl Cavabdeh ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə İddiaçı tərəfindən ödənilmiş 65 (altmış beş) manat məbləğində mediasiya xərci də Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Eləcə də iddianın təmin edilmiş hissəsinə uyğun olaraq hesablanmış 62,10 (altmış iki manat on qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh dövlət nəfinə tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinin tələblərinə görə, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 4160 (dörd min yüz altmış) manat məbləğində icarə haqqı borcu, 50 (əlli) manat məbləğində cərimə və mediasiya ilə əlaqədar ödənilmiş 65 (altmış beş) manat məbləğində mediasiya xərci olmaqla, cəmi 4275 (dörd min iki yüz yetmiş beş) manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh dövlət nəfinə 62,10 (altmış iki manat on qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar