Məhkəmə qərarları › İş №e-2-2(119)-571/2024

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-571/2024

30.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-571/2024 30.08.2024 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Bağırova Naidə Saləddin qızının katibliyi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 26 iyul 2022-ci il tarixli kredit müqaviləsi üzrə 6151,37 (altı min yüz əlli bir manat otuz yeddi qəpik) manat məbləğində əsas borc, 140,38 (yüz qırx manat otuz səkkiz qəpik) manat məbləğində faiz borcu və 2,09 (iki manat doqquz qəpik) manat məbləğində cərimə borcu olmaqla, cəmi 6293,84 (altı min iki yüz doxsan üç manat səksən dörd qəpik) manat məbləğində borcun, 16 fevral 2023-ci il tarixli kredit müqaviləsi üzrə 37553,52 (otuz yeddi min beş yüz əlli üç manat əlli iki qəpik) manat əsas borc, 3981,03 (üç min doqquz yüz səksən bir manat üç qəpik) manat faiz borcu və 125,89 (yüz iyirmi beş manat səksən doqquz qəpik) manat məbləğində cərimə borcu olmaqla, cəmi 41660,44 (qırx bir min altı yüz altmış manat qırx dörd qəpik) manat məbləğində borcun, ödənilmiş 233,86 (iki yüz otuz üç manat səksən altı qəpik) manat dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 (on beş) manat dövlət rüsumunun və 36 (otuz altı) manat xidmət haqqının tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, tutmanın Cavabdeh2 mülkiyyətindəki Şamaxı rayonu, Əngəxaran kəndində yerləşən 0,06 ha torpaq sahəsi və onun üzərində yerləşən 98,9 kv.m ümumi sahədən, 22.3 kv.m yaşayış sahəsindən ibarət yaşayış otaqlarının sayı 1 olan fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və borcun həmin əmlakın hərracda satışından əldə olunan vəsait hesabına iddiaçıya ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 23 may 2024-cü il tarixli, e-2-2(119)-571/2024 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq və məhkəmə-əmtəəşünaslıq ekspertizaları təyin edildiyi üçün həmin kommersiya işinin icraatı ekspert rəyi alınanadək dayandırılmışdır. 29 iyul 2024-cü il tarixdə İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən məhkəməyə ərizə ilə təqdim edilərək cavabdehlə bank arasında razılıq əldə olunduğu bildirilmiş, e-2- 2(119)-571/2024 nömrəli kommersiya işi üzrə iddia ərizəsinə əlavə edilmiş sənədlərin əsillərinin geri qaytarılması və həmin işin baxılmamış saxlanılması barədə qərardad qəbul edilməsi xahiş olunmuşdur. Buna görə e-2-2(119)-571/2024 nömrəli kommersiya işi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzi tərəfindən icrasız Sumqayıt Kommersiya Məhkəməsinə geri qaytarılmışdır. Məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə - iddia ərizəsi baxılmamış saxlanılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ərizəsi təmin edilməli və həmin ərizə əsasında İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı verilmiş “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Həmin Məcəllənin 260.3-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadında işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. Qeyd olunanlara əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 01 fevral 2024cü il tarixli ********** nömrəli ödəniş qəbzi üzrə dövlət büdcəsinə ödənilmiş 138,36 (yüz otuz səkkiz manat otuz altı qəpik) manat məbləğində dövlət rüsumu (ödənişin tarixi və saatı: 01 fevral 2024-cü il, saat 16:39; Sumqayıt Kommersiya Məhkəməsi üçün) və 16 fevral 2024-cü il tarixli ********** nömrəli ödəniş qəbzi üzrə dövlət büdcəsinə ödənilmiş 95,5 (doxsan beş manat əlli qəpik) manat məbləğində dövlət rüsumu (ödənişin tarixi və saatı: 16 fevral 2024-cü il, saat 14:27; Sumqayıt Kommersiya Məhkəməsi üçün) İddiaçı Açıq Səhmdar Cəmiyyətinə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259-260, 263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ərizəsi təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı verilmiş “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 01 fevral 2024-cü il tarixli ********** nömrəli ödəniş qəbzi üzrə dövlət büdcəsinə ödənilmiş 138,36 (yüz otuz səkkiz manat otuz altı qəpik) manat məbləğində dövlət rüsumu (ödənişin tarixi və saatı: 01 fevral 2024-cü il, saat 16:39; Sumqayıt Kommersiya Məhkəməsi üçün) və 16 fevral 2024-cü il tarixli ********** nömrəli ödəniş qəbzi üzrə dövlət büdcəsinə ödənilmiş 95,5 (doxsan beş manat əlli qəpik) manat məbləğində dövlət rüsumu (ödənişin tarixi və saatı: 16 fevral 2024-cü il, saat 14:27; Sumqayıt Kommersiya Məhkəməsi üçün) İddiaçı Açıq Səhmdar Cəmiyyətinə geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar