Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-572/2020 02.11.2020 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Tağıyev Xəqani Qəhrəman oğlunun sədrliyi, Ağayeva Elnarə Nəriman qızının katibliyi, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1, Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakı ilə İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair kommersiya işinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsiilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 2348 nömrəli kredit müqaviləsinə əsasən, cavabdehə 36 (otuz altı) ay müddətinə, illik 6% (altı faiz) ödənilmək şərtilə 15.000 (on beş min) manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq, Cavabdeh1 ilə həmin tarixdə bağlanmış ipoteka müqaviləsinə əsasən, xüsusi mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan Xaçmaz rayonu, Qaraqurtlu kəndində yerləşən 0,12 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 51,2 m2 yaşayış, 221,95 m2 köməkçi sahəsindən ibarət 2 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evi İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsinə əsasən, borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öz üzərinə götürmüşdür. Lakin Cavabdeh2 kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Hazırda onun Banka ödənilməmiş 10.640 manat əsas, 1.845,47 manat faiz, 1.345,96 manat cərimə, kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış 1.598,40 manat məbləğ olmaqla, cəmi 15.429,83 (on beş min dörd yüz iyirmi doqquz manat, 83 qəpik) manat borcu mövcuddur. Göstərilənlərə əsasən, iddiaçı məhkəmədən Cavabdeh2 10.640 manat əsas, 1.845,47 manat faiz, 1.345,96 manat cərimə, kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış 1.598,40 manat məbləğ olmaqla, cəmi 15.429,83 (on beş min dörd yüz iyirmi doqquz manat, 83 qəpik) manat kredit borcunun və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi; ipoteka qoyulmuş, xüsusi mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus məxsus Xaçmaz rayonu, Qaraqurtlu kəndində yerləşən 0,12 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 51,2 m2 yaşayış, 221,95 m2 köməkçi sahəsindən ibarət 2 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evinin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh2nın borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh2 tutularaq Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iddiaçının nümayəndəsi X2 iddianın məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmədə Cavabdeh2 iddianı qəbul etməyərək, bağlanmış kredit müqaviləsində nəzərdə tutulan məbləğdə pulun ona verilmədiyini bildirdi. Eyni zamanda o, məhkəməyə iddia müddətinin tətbiqi ilə bağlı ərizə təqdim edərək, vurğuladı ki, onunla İddiaçı ASC arasında kredit müqaviləsi xx xxxx 2014-cü ildə bağlanılıb, həmin müqaviləyə əsasən ona 36 ay müddətinə ödəmək şərti ilə kredit verilməsi nəzərdə tutulub. Yəni ödənişlər xx.xx.2017-ci il tarixdə bitməli idi. Belə olan halda iddia müddətinin axımı həmin tarixdən başlayaraq, xx.xx.2017-ci ildə bitmişdir. Hazırkı iddia ərizəsi ilə 2020-ci ilin avqust ayında məhkəməyə müraciət edilib. Müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Buna görə o, iddia müddətinin keçməsini əsas gətirərək, iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh1 izahat verərək bildirdi ki, o, bacısı oğlu Cavabdeh2lə kredit almaq üçün banka müraciət edib, bankda onların hərəsinə 15.000 manat məbləğində kredit veriləcəyini, əvəzində banka 3.000 manat məbləğində ödəniş etməli olduqları bildirilib. Cavabdeh1 həmin məbləğlə razılaşmadıqda isə bankda ona 1000 manat məbləğində ödənişin kifayət olduğu deyilib. Sonra Cavabdeh1 Cavabdeh2lə bir neçə dəfə krediti nə vaxt götürəcəkləri ilə bağlı banka müraciət edəndə onlara bildirilib ki, hələ pul fonda köçürülməyib, köçürülən kimi sizə kredit veriləcək. Cavabdeh2 işlədiyi üçün hər dəfə işdən icazə almaq mümkün olmadığından bankın işçisi Orucov Babək onlara bildirib ki, Emin gəlmişkən bütün sənədlərə imza etsin, bundan sonra gəlməyi zəruri deyil. Cavabdeh2 də lazımi sənədləri imzalayıb. Cavabdeh1 qeyd etdi ki, ona 15.000 manat verilib, Cavabdeh2 isə rəsmiləşdirilmiş 15.000 manat verilməyib. Həmin vaxtdan 3 ay sonra onlar başqa banka müraciət etdikdə bildirilib ki, Cavabdeh2 adında borc var. Cavabdeh1 və Cavabdeh2 təkrarən bankın işçisi olan Babək Orucova müraciət edərək şikayət edəcəklərini bildirdikdə B.Orucov cavabdehlərə pulu özünün götürdüyünü, borcu bağlayacağını deyib. Həmin məbləğdən B.Orucov 5.000 manat ödəniş edib. Qalanı isə ödəməyib. Dəfələrlə bununla bağlı banka yazılı və şifahi müraciət etdikdə bildirilib ki, B.Orucovun bir neçə dəfə belə işləri olub və hazırda bununla bağlı araşdırılma aparılır. Göstərilənləri nəzərə alaraq, Cavabdeh1 iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, Cavabdeh2 ərizəsini nəzərə alıb, iş materiallarını və təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmamalıdır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, 1 saylı Bakı İnzibati-İqtisad məhkəməsinin xx xxxx 2016-cı il tarixli qərarına əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyəti məcburi ləğv edilmiş və Əmanətlərin Sığortalanması Fondu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi təyin edilmişdir. İş materiallarında olan xx xxxx 2014-cü il tarixli 2348 №-li kredit müqaviləsindən görünür ki, İddiaçı ASC Cavabdeh2 36 ay müddətinə qaytarmaq şərti ilə kredit verməyi, borcalan isə krediti qəbul edərək həmin müqavilədə göstərilən müddətdə və qaydada müqavilənin tərkib hissəsi olan ödəniş qrafiki əsasında banka qaytarmağı öz öhdəsinə götürmüşdür. İş materiallarında olan 2014-cü il tarixli, Y47/2348 №-li ipoteka müqaviləsindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanan xx xxxx 2014-cü il tarixli 2348 №-li kredit müqavilələrinin icrasının təminatı kimi ipoteka qoyan Cavabdeh1 xüsusi mülkiyyət hüququ ilə özünə məxsus olan Xaçmaz rayonu Qaraqurtlu kəndində 0,12 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 51,2 m2 yaşayış, 221,95 m2 köməkçi sahəsindən ibarət 2 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evini ipoteka saxlayanın xeyrinə ipteka ilə yükləməyi və müvafiq dövlət orqanlarında yüklülük qeydiyyatının aparılmasını üzərinə götürmüşdür. xx xxxx 2014-cü il tarixli 2348 №-li kredit müqaviləsinə əlavədən görünür ki, Cavabdeh2 15.000 manat məbləğdə krediti xx xxxx 2014-cü il tarixdən etibarən 36 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.2-ci maddəsinə görə əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Mülki Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir. Həmin Məcəllənin 377.2-ci icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Həmin Məcəllənin 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı ilə İddiaçı ASC Cavabdeh2 arasında bağlanan kredit müqaviləsinə əsasən İddiaçı ASC Cavabdeh2 kredit verməyi, borcalan isə krediti qəbul edərək həmin müqavilədə göstərilən müddətdə və qaydada müqavilənin tərkib hissəsi olan ödəniş qrafiki əsasında banka qaytarmağı öz öhdəsinə götürmüşdür. Eyni zamanda, kredit müqaviləsinin icrasının təminatı kimi İddiaçı ASC ilə Cavabdeh1 arasında ipoteka müqaviləsi bağlanmış və xüsusi mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan Xaçmaz rayonu, Qaraqurtlu kəndində yerləşən 0,12 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 51,2 m2 yaşayış, 221,95 m2 köməkçi sahəsindən ibarət 2 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evi İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Göründüyü kimi, tərəflər arasında kredit müqaviləsinin icrası müddəti ödəniş qrafikinə əsasən xx xxxx 2014-cü il tarixdən xx xxxx 2017-ci il tarixədək nəzərdə tutulmuş, müqavilənin icrası müddəti həmin tarixdə başa çatmışdır. Lakin, ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun iddia ərizəsi xx.xx.2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Göründüyü kimi, öhdəliyin pozulmasından 3 ildən artıq vaxt keçmişdir. Müqavilə öhdəlikləri üzrə isə iddia müddəti 3 il təşkil edir. Bundan əlavə, məhkəmədə Cavabdeh2 kredit müqaviləsini imzalasa da, həmin müqavilədə göstərilən pulun ona verilmədiyini bildirmiş, iddiaçının nümayəndəsi isə kredit müqaviləsində göstərilən məbləğdə pulun cavabdehə verilməsini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, müqavilə öhdəlikləri üzrə 3 illik iddia müddəti keçdiyinə görəiddia müddəti tətbiq edilməklə, eyni zamanda, iddiaçı kredit müqaviləsində göstərilən 15.000 manat məbləğində pulun Cavabdeh2 verilməsini məhkəmədə sübuta yetirə bilmədiyinə görə iddia tələbi əsas kredit borcunun, faiz və cərimə borclarının, eləcə də müqavilə müddəti bitdikdən sonra hesablanmış məbləğin tutulması hissəsində əsassız olduğu üçün təmin edilməməlidir. İddia tələbi kredit borcu ilə bağlı hissədə təmin edilmədiyi üçün tutmanın ipotekaya yönəldilməsi ilə bağlı hissədə də təmin edilməməlidiur. Bununla da, iddia bütövlükdə rədd olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220-ci maddələrinin tələbini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Xəqani Tağıyev
Məhkəmə qərarları › İş №e-2-2(119)-572/2020
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-572/2020
02.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver