Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-584/2023 05.07.2023 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X19 qızının katibliyi, iddiaçı xxxxnın nümayəndəsi Nümayəndə2 Nəriman oğlunun, Cavabdeh nümayəndəsi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Nümayəndə1 iştirakı ilə, iddiaçı xxxx tərəfindən Cavabdeh qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı xxxx 25 aprel 2023-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, kredit alan Cavabdeh 06 oktyabr 2010-cu il tarixli **********10 nömrəli Kredit müqaviləsi üzrə kredit verən xxxx qarşısında 06 oktyabr 2012-ci il tarixdən 14 oktyabr 2022-ci il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 11 % dərəcəsi ilə hesablanmış 9460,56 manat məbləğində zərərin (əldən çıxmış faydanın) əvəzi və 06 oktyabr 2012-ci il tarixdən 14 oktyabr 2022-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % dərəcəsi ilə hesablanmış 10264,82 manat məbləğində cərimə faizləri üzrə borc olmaqla, cəmi 19725,38 (on doqquz min yeddi yüz iyirmi beş manat 38 qəpik) manat məbləğində pul vəsaitinin, ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 200 manat məbləğində xidmət haqqının və iddia ərizəsinin verilməsinə görə 149,18 manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh iddiaçı xxxxnın xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ASC “Xalq” Bankı (kreditor) ilə Cavabdeh (borc alan) arasında bağlanmış 06 oktyabr 2010-cu il tarixli **********10 nömrəli Kredit Müqaviləsinə (bundan sonra «Kredit müqaviləsi» adlandırılacaq) müvafiq olaraq iddiaçı tərəfindən Borc alana 24 ay müddətinə, kreditdən istifadəyə görə illik 25 % ödənilməsi şərtilə 12000 (on iki min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə Borc alanın öhdəliklərinin icrasını təmin etmək məqsədilə iddiaçı ASC “Xalq” Bankı ilə cavabdeh X14 arasında sonuncunun Xudat şəhərinin Dəmir-yolu küçəsində istifadədə olan 0,0123 ha torpaq sahəsində yerləşən 4 nömrəli, 1 mərtəbəli binanın 1-ci girişində 1-ci mərtəbəsində yerləşən, 46,2 kv.m ümumi, 36 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı, 2 nömrəli mənzilin ipoteka qoyulması barədə 06 oktyabr 2010-cu il tarixli 112002/0227/10/09 nömrəli İpoteka müqaviləsi bağlanmışdır. Cavabdeh tərəfindən Kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməməsinə görə ASC “Xalq” Bankı “Kredit müqaviləsi üzrə borc məbləğinin Borc alandan tutulması haqqında” iddia tələbi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin 06 dekabr 2012-ci il tarixli 2(060)- 4420/2012 nömrəli qətnaməsi ilə Bankın iddiası qismən təmin edilərək, iddiaçı ASC “Xalq” Bankın xeyrinə Cavabdeh 9500 manat əsas kredit borcu, 2157,64 manat faiz borcu və 1500 manat cərimə borcu olmaqla, cəmi 13157,64 manat borcun və 25 sentyabr 2012-ci il tarixindən başlayaraq iddiaçının tələblərinin faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 10 faiz dərəcəsi ilə hesablanan cərimə faizlərinin tutulması və iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 may 2013-cü il tarixli 2(105)-498/2013 nömrəli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Sumqayıt Şəhər Məhkəməsinin 06 dekabr 2012-ci il tarixli 2(060)- 4420/2012 nömrəli qətnaməsi qismən – yəni, “25 sentyabr 2012-ci il tarixinə qədər əsas borc məbləğinə illik 10 faiz dərəcəsi ilə hesablanan cərimə faizlərinin tutulması” hissəsində ləğv edilərək, iddia tələbi bu hissədə rədd edilmiş olsa da, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Daha sonra iddiaçı ASC “Xalq” Bankı 06 oktyabr 2010-cu il tarixli **********10 №-li Kredit müqaviləsi üzrə iddiaçının (Kreditorun) tələblərinin təmin edilməsi üçün “ipoteka predmetinə tutmanın yönəldilməsi və satışdan sonra ipoteka predmeti olan mənzildən çıxarma haqqında” iddia tələbi ilə Xaçmaz Rayon Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin 27 avqust 2019-cu il tarixli 2(067)-109/2019 nömrəli qətnaməsi ilə ASC “Xalq” Bankının cavabdeh X1 və qeyrilərinə qarşı cavabdehlər tərəfindən mirasın qəbul edilməsi faktı nəzərə alınmaqla, 06 oktyabr 2010-cu il tarixli **********10 nömrəli kredit müqaviləsi üzrə iddiaçının (kreditorun) tələblərinin təmin edilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi və satışdan sonra ipoteka predmeti olan yaşayış sahəsindən çıxarma tələbinə dair iddiası təmin edilməmişdir. Həmin qətnamədən Bank tərəfindən apellyasiya şikayəti verilmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 iyun 2021-ci il tarixli 2(105)-128/2021 nömrəli qətnaməsinə əsasən iddiaçı ASC “Xalq” Bankının apellyasiya şikayəti qismən təmin edilərək, Xaçmaz Rayon Məhkəməsinin 27 avqust 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamənin qəbul edilməsi, 06 oktyabr 2010-cu il tarixli 112002/0227/10/09 nömrəli kredit müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən Xudat şəhərinin Dəmiryolu küçəsində istifadədə olan 0,0123 ha torpaq sahəsində yerləşən 4 nömrəli, 1 mərtəbəli binanın 1-ci girişində, 1-ci mərtəbəsində yerləşən 46,2 kv.m ümumi, 36 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 2 nömrəli mənzilə tutmanın yönəldilməsi, Xudat şəhərinin Dəmiryolu küçəsində torpaq sahəsinin və onun üzərində yerləşən fərdi yaşayış evin likvid dəyəri 25000 manat müəyyən edilməklə, ipoteka predmetinin açıq hərracda satılması və satışdan əldə edilən vəsait hesabına Cavabdeh ödənilməmiş 10732,31 manat məbləğində borcunun iddiaçı ASC "Xalq" Bankına ödənilməsi, cavabdehlər X6, X3 və X2 ipoteka predmeti olan mənzildən çıxarılması, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra icra icraatı qaydasında "xxxx" MMC (bundan sonra “Hərrac təşkilatçısı” adlandırılacaq) tərəfindən keçirilmiş hərraclarda mənzil satılmadığından, həmin ipoteka predmeti əldə edilməsi üçün Banka təklif edilmiş və Bank həmin təklifi qəbul etmişdir. Mənzilin alqı-satqısı Hərrac təşkilatçısı və Bank tərəfindən imzalanmış Hərracın yekunları haqqında 269/22 №-li protokolla və Bank ilə Hərrac təşkilatçısı arasında 14 oktyabr 2022-ci il tarixdə bağlanmış İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair müqavilə ilə rəsmiləşdirilmişdir. Həmin müqaviləyə uyğun olaraq əmlakın son satış qiyməti 15937,50 (on beş min doqquz yüz otuz yeddi manat 50 qəpik) manat məbləğində müəyyən edilmişdir. Cavabdeh tərəfindən qətnamə üzrə müəyyənləşdirilmiş borc məbləğinin bir hissəsinin ödənilməsinə və İpoteka predmeti qismində çıxış edən əmlakın ödənilməmiş borc müqabilində Bankın balansına keçməsinə baxmayaraq, Cavabdeh Banka Kredit xətti müqaviləsinin 2.4-cü bəndinə əsasən ödənilməsi gecikdirilmiş məbləğə illik 15% (on beş faiz) dərəcəsi ilə hesablanan cərimə faizi də ödəməlidir ki, əsas borc məbləğinin tam şəkildə qaytarıldığı 14 oktyabr 2022-ci il tarixinə bu məbləğ 10264,82 (on min iki yüzaltmış dörd manat 82 qəpik) manat təşkil edir. İpoteka predmeti hesabına iddiaçının tələbi ödənilmədiyinə görə "İpoteka haqqında" Azərbaycan Respublikasının 15 aprel 2005-ci il tarixli Qanununun 47.5-ci maddəsinə əsasən, iddiaçının tələbinin ödənilməyən hissəsini borc alanın başqa əmlakından almaq hüququ yaranmışdır. Kredit müqaviləsi üzrə cavabdehin üzərinə götürdüyü öhdəliklərin könüllü qaydada yerinə yetirilməsinə nail olmaq məqsədilə iddiaçı tərəfindən cavabdehə xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq, cavabdeh tərəfindən borcun ödənilməsi üçün bu günə qədər heç bir əməli addım atılmamışdır. İddiaçı ilə cavabdeh arasında bağlanmış Kredit müqaviləsinin 5.1-ci bəndinə əsasən həmin müqavilə tərəflərin öz üzərinə götürdükləri öhdəliklərin tam icra edilməsi anına qədər qüvvəsini saxlayır və bu şərt Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsində ifadə olunmuş normaya tam uyğundur. Bu normanın hüquqi mahiyyəti bir daha “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında öz təsdiqini tapmışdır. Həmin qərarda Konstitusiya məhkəməsi qeyd edir ki: “Həmin norma müqavilədən yaranan öhdəliklərin icra olunma anına qədər müqavilənin qüvvədə olması prezumpsiyasına əsaslanır. Bu prezumpsiya isə “öhdəliklər vicdanla yerinə yetirilməlidir” (pacta sunt servanda) hüquqi prinsipindən yaranır. Belə ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması və bununla əlaqədar müqavilə üzrə öhdəliklərin də xitamı şərtləri müqavilədə dəqiq göstərilməlidir”. Yuxarıda qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin həmin qərarın nəticə hissəsində ifadə etdiyi hüquqi mövqeyinə görə kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Konstitusiya Məhkəməsi yuxarıda qeyd edilmiş əsaslardan çıxış edərək daha sonra həmin qərarda növbəti hüquqi mövqeyini ifadə edərək, göstərir ki, “kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər”. Bu zaman Konstitusiya Məhkəməsi həmin qərarda göstərir ki, kreditora ödənilməsi gecikdirilən əsas borc üzrə faizlər şəklində zərərin (əldən çıxmış fayda formasında) ödənilməsini tələb etmək üçün həmin zərərin mücərrəd qaydada hesablanmasını həyata keçirmək kifayətdir. Yəni, kreditora həyata keçirdiyi kredit əməliyyatlarının tərkibi və müvafiq növ kredit əməliyyatları üzrə bazara uyğun orta hesabla əldə etdiyi faiz gəlirlərinin miqdarı (müəyyən etdiyi faiz dərəcəsi) barədə məlumatların məhkəməyə təqdim edilməsi kifayətdir. Konstitusiya Məhkəməsi yuxarıda qeyd edilmiş qərarda göstərdiyi kimi, həmin mücərrəd qaydada hesablama metodu belə bir ehtimala əsaslanır ki, kreditor işlərin adi gedişatına əsasən borc məbləği vaxtında ona qaytarıldığı təqdirdə, bu məbləğdən tez bir zamanda müvafiq faizlər şəklində gəlir əldə etməklə kreditləşmə əməliyyatlarının aparılması üçün yenidən istifadə edə bilərdi. Bu zaman, sözügedən qayda kreditorun konkret olaraq yeni bir kredit əməliyyatı aparmış olacağını sübuta yetirməsini tələb etmir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, hazırkı iddia ərizəsinə iddiaçı tərəfindən Kredit müqaviləsi üzrə müddətinin bitməsi tarixindən (06 oktyabr 2012-ci il) etibarən əsas borc məbləğinin tam şəkildə ödənildiyi tarixə (14 oktyabr 2022-ci il) qədər olan dövr ərzində sahibkarlıq subyekti olan borcalanlara iddiaçı tərəfindən verilmiş kreditlər ("ASC “Xalq” Bankında verilən biznes krediti bank məhsulunun Pasportu") barədə statistik məlumatları əks etdirən arayış əlavə olunur. Təqdim edilmiş bu arayışdan göründüyü kimi, biznes məqsədləri üçün Bank (iddiaçı) tərəfindən verilmiş kreditlər üzrə orta faiz dərəcəsinin miqdarı illik 11 % faiz təşkil edir. Qeyd olunana əsasən Bank kreditləşmə müddətinin bitdiyi 06 oktyabr 2012-ci il tarixindən əsas borc məbləğinin tam şəkildə qaytarıldığı 14 oktyabr 2022-ci il tarixinə kimi əldən çıxmış faydanın hesablanmasında yuxarıda göstərilmiş faiz dərəcəsini əldə rəhbər tutmağı əsaslı hesab edir. Müvafiq hesablanma aparıldıqdan sonra həmin dövr üçün müvafiq məbləğ 9460,56 (doqquz min dörd yüz altmış manat 56 qəpik) manat təşkil edir. Onu da qeyd etmək zəruri hesab edilir ki, hazırki mübahisə kommersiya mübahisəsi olduğundan, qanunvericiliyin tələblərinə uyğun olaraq tərəflər arasında yaranmış mübahisənin qarşılıqlı razılıq əsasında həlli ilə bağlı mediasiya prosesi keçirilmiş, lakin cavabdeh mediasiya prosesində iştirak etməmiş və bununla bağlı “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayış verilmişdir. Cavabdeh nümayəndəsi Nümayəndə1 tərəfindən 05 iyul 2022-ci ildə məhkəməyə "xxxx" barədə ərizə təqdim edilərək, iddiaçı xxxxnın “borcun tutulması” tələbinə müqavilə tələbləri üzrə 3 illik iddia müddətini tətbiq etməklə, iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsi xahiş olunmuş və həmin "Ərizə” onunla əsaslandırılmışdır ki, hazırki mübahisə iddiaçı ilə cavabdeh arasında bağlanmış 06 oktyabr 2010-cu il tarixli **********10 nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliklərlə bağlıdır. Hansı ki, həmin müqavilə üzrə cavabdehdən əsas, faiz və cərimə borcu olmaqla tutulan ümumilikdə 10732,31 manat borcun ipoteka predmeti qismində çıxış edən fərdi yaşayış evinin açıq hərracda satılması və satışdan əldə edilmiş vəsait hesabına ödənilməsi barədə Sumqayıt Apellyasiya Məhkəməsinin 09 iyun 2021-ci il tarixli 2(105)-128/2021 nömrəli qətnaməsi mövcuddur. Həmin qətnamənin icrası nəticəsində ipoteka predmeti açıq hərracda satılaraq sözügedən borc tam ödənilmiş və hətta, satışdan artıq vəsait də qalmışdır. Bu hal işdə olan sənədlərlə öz təsdiqini tapır və mübahisələndirilmir. Göründüyü kimi müqavilə üzrə əsas borc öhdəliyi tam yerinə yetirilmişdir. Kreditin icra müddəti isə 06 oktyabr 2012-ci il tarixdə bitmişdir. Nəticə etibarı ilə iddiaçı hazırki tələb üzrə nəzərdə tutulan 3 (üç) illik iddia müddətini ötürmüşdür. Məhkəmə iclasında iddiaçı xxxxnın nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, kredit alan Cavabdeh 06 oktyabr 2010-cu il tarixli **********10 nömrəli Kredit müqaviləsi üzrə kredit verən xxxx qarşısında 06 oktyabr 2012-ci il tarixdən 14 oktyabr 2022-ci il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 11 % dərəcəsi ilə hesablanmış 9460,56 manat məbləğində zərərin, yəni əldən çıxmış faydanın əvəzi və 06 oktyabr 2012-ci il tarixdən 14 oktyabr 2022-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % dərəcəsi ilə hesablanmış 10264,82 manat məbləğində cərimə faizləri üzrə borc olmaqla, cəmi 19725,38 manat məbləğində pul vəsaitinin, ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 200 manat məbləğində xidmət haqqının və iddia ərizəsinin verilməsinə görə 149,18 manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh iddiaçı xxxxnın xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə1 iddia tələbini qəbul etmədiyini bildirib, iddia tələbinə qarşı verilmiş "xxxx" barədə ərizədə yazılanlara uyğun izahat verərək, iddiaçı xxxxnın Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinin təmin edilməməsi haqqında qətnamə qəbul olunmasını xahiş etdi və öz mövqeyini onunla əsaslandırdı ki, tərəflər arasında bağlanmış 06 oktyabr 2010-cu il tarixli kredit müqaviləsi üzrə öhdəliyin təminatı kimi daşınmaz əmlak da ipoteka ilə yüklü edilmişdir. Həmin kredit müqaviləsi üzrə yaranmış borcun tutulması üçün ASC “Xalq” Bankı tərəfindən birinci dəfə 2012-ci ildə iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət olunub, əsas, cərimə və faiz borcunun cavabdehdən tutulması tələb edilmiş və həmin iddia tələbinə dair məlum kredit müqaviləsi üzrə əsas, faiz və cərimə borclarının tutulması barədə qətnamə qəbul edilmişdir. Bundan sonra isə iddiaçı ASC "Xalq" Bankı Cavabdeh tutulan borcun ipoteka predmetinə yönəldilməsi üçün müvafiq iddia ərizəsi ilə Xaçmaz Rayon Məhkəməsinə müraciət etmiş və həmin iş üzrə qəbul edilmiş Sumqayıt Apellyasiya Məhkəməsinin 09 iyun 2021-ci il tarixli qətnaməsinə əsasən ümumilikdə tutulmalı olan 10731,32 manat məbləğində borcun ipoteka predmetinə yönəldilməsi qət edilmiş və həmin qətnamədə iddiaçının 08 iyun 2021-ci il tarixli maliyyə arayışına istinad olunmuşdur. Həmin qətnamə tam olaraq icra olunmuş və ipoteka predmetinə tutma yönəldilməsi üsulu ilə cavabdehin borcu tam ödənmişdir. Göründüyü kimi, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə yaranmış borcun tutulması ilə əlaqədar 2012-ci ildə və 2021-ci ildə məhkəmə qətnamələri qəbul edilərək, icra olunmasına baxmayaraq, iddiaçı ASC "Xalq" Bankının yenidən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi tamamilə əsassız və qanunsuzdur və borclu şəxsin hərəkətləri Mülki Məcəllənin 449-cu maddəsinin təsiri altına düşmür. Eyni zamanda, məhkəmə qərarlarının icrası ilə icra xidməti məşğul olur və məlum kredit müqaviləsi üzrə qəbul edilmiş hər iki məhkəmə qətnamələrində tutulmalı olan əsas, faiz və cərimə borclarının məbləği və icra üsulu konkret müəyyən olnumuşdur. İpoteka predmeti olan əmlak məhv edilməmiş və həmin əmlak satılaraq borc ödənilmişdir. Halbuki, borclu şəxsin özü hərrac keçirmir və belə olan halda da əmlakın nə vaxt satılmasına borclu şəxs məsuliyyət daşımır. Hərrac zamanı əmlakın satışından borc ödənmiş və hətta təxminən 4000 manat pul artıq qalmışdır. Bundan əlavə, Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Qərarın göstərişlərinə əsasən tərəflər arasında bağlanmış məlum kredit müqaviləsinin icra müddəti 06 oktyabr 2012-ci ildə bitmişdir və iddia müddəti kreditin icra müddəti bitdiyi gündən hesablanır. Yəni, iddiaçı bu iddia ərizəsi ilə məhkəməyə müraciət etmə müddətini ötürmüş və hazırkı tələb üzrə 3 illik iddia müddəti keçmişdir. Ona görə də, iddiaçının cavabdehdən əldən çıxmış fayda, cərimə faizləri və s. tələb etməsi əsassızdır. Çünki, tərəflər arasındakı kredit münasibətlərinə xitam verilmiş və cavabdehin qətnamələrlə müəyyən olunmuş əsas, faiz və cərimə borcları əmlaka yönəldilmişdir və həmin daşınmaz əmlak artıq iddiaçının balansındadır. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini, "xxxx" barədə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materialları, iddia ərizəsinin məzmunu və işin konkret halları ilə müəyyən olunur ki, xxxx – “Bank”, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Cavabdeh (VÖEN **********) – “Borc alan” olmaqla, bağlanmış 06 oktyabr 2010-cu il tarixli **********10 nömrəli Kredit Müqaviləsinə əsasən “pendir va kəsmik istehsalı” məqsədilə borcalan Cavabdeh 24 ay müddətinə, yəni 07 oktyabr 2012-ci il tarixinədək illik 25 % dərəcəsi ilə 12000 (on iki min) manat məbləğində kredit verilmişdir (həmin kreditin müvafiq qrafikə əsasən aylar üzrə müəyyən edilmiş məbləğlərdə və müəyyən olunmuş vaxtlarda Banka ödənilməsini nəzərdə tutan Ödəniş Cədvəlini (1 saylı Əlavəni) borcalan Cavabdeh da imzalamışdır və həmin Ödəniş Cədvəlinə əsasən ödənişin son tarixi 07 oktyabr 2012-ci il müəyyən olunmuşdur). Həmin Müqavilənin 1.5-ci bəndinə əsasən, borcalanın bu kredit müqaviləsi üzrə yaranmış öhdəliklərinin icrasının təminatı qismində 06 oktyabr 2010-cu il tarixli 112002/0227/10/09 saylı ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan əmlak çıxış edir. Həmin Müqavilənin 2.4-cü bəndinə əsasən, borcalan tərəfindən əsas borc məbləğinin ödənilməsi müddətləri pozulduqda borcalan Banka vaxtı ötmüş borc məbləğinə gecikdirmənin hər günü üçün illik 40% (qırx) faiz dərəcəsi ilə hesablanmış cərimə faizləri ödəyir. İş materiallarından görünür ki, 06 oktyabr 2010-cu il tarixli **********10 nömrəli Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə kredit verən ASC “Xalq” Bankı ilə ipoteka qoyan X11 məxsus Xudat şəhərinin Dəmir-yolu küçəsində istifadədə olan 0,0123 ha torpaq sahəsində yerləşən 4 nömrəli, 1 mərtəbəli binanın 1-ci girişində, 1-ci mərtəbəsində yerləşən 46.2 kv.m ümumi, 36 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 2 nömrəli mənzilin ipoteka ilə yüklü edilməsi barədə 06 oktyabr 2010-cu il tarixli 112002/0227/10/09 nömrəli İpoteka müqaviləsi də bağlanmışdır. İş materialları ilə müəyyən olunur ki, 06 oktyabr 2010-cu il tarixli **********10 nömrəli Kredit Müqaviləsi üzrə Borc alanın əsas və faiz borclarının ödənilməsi üzrə icra olunmamış öhdəlikləri qaldığından, kredit verən ASC “Xalq” Bankı “kredit müqaviləsi üzrə borc məbləğinin ödənilməsi” tələbinə dair müvafiq iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, "Cavabdeh 25 sentyabr 2012-ci il tarixə hesablanmış 9500 manat əsas borcun, 2157,64 manat faiz borcunun və 2428,85 manat cərimə borcunun iddiaçı Açıq Səhmdar Cəmiyyəti "Xalq" Bankın xeyrinə tutulması" barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Həmin iddia tələbi üzrə qəbul edilmiş Sumqayıt Şəhər Məhkəməsinin 06 dekabr 2012-ci il tarixli 2(060)-4420/2012 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, iddiaçı ASC "Xalq" Bankın xeyrinə Cavabdeh 9500 manat əsas kredit borcu, 2157,64 manat faiz borcu və 1500 manat cərimə borcu olmaqla, cəmi 13157,64 manat məbləğində borcun və 25 sentyabr 2012-ci il tarixdən başlayaraq iddiaçının tələblərinin faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 10 faiz dərəcəsi ilə hesablanan cərimə faizləri tutulması qət edilmişdir. Lakin, Sumqayıt Şəhər Məhkəməsinin 06 dekabr 2012-ci il tarixli 2(060)-4420/2012 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti Sumqayıt Apellyasiya Məhkəməsinin 20 may 2013-cü il tarixli 2(105)-498/2013 nömrəli qətnaməsi ilə qismən təmin edilərək, Sumqayıt Şəhər Məhkəməsinin 06 dekabr 2012-ci il tarixli 2(060)-4420/2012 nömrəli qətnaməsi qismən, yəni “25 sentyabr 2012-ci il tarixinə qədər əsas borc məbləğinə illik 10 faiz dərəcəsi ilə hesablanan cərimə faizlərinin tutulması” hissəsində ləğv edilib, iddia tələbi bu hissədə rədd edilmiş və qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İş materialları ilə müəyyən olunur ki, iddiaçı ASC "Xalq" Bankı cavabdehlər X1, X4, X7, X9 və Cavabdeh qarşı "ipoteka predmetinə tutmanın yönəldilməsi" tələbinə dair iddia ərizəsi ilə Xaçmaz Rayon Məhkəməsinə müraciət edərək, mərhum X8 mirası cavabdeh X5 tərəfindən faktiki qəbul edildiyi üçün 06 oktyabr 2010-cu il tarixli 112002/0227/10/09 nömrəli İpoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən Xudat şəhərinin Dəmir-yolu küçəsində istifadədə olan 0,0123 ha torpaq sahəsində yerləşən 4 nömrəli, 1 mərtəbəli binanın 1-ci girişində, 1-ci mərtəbəsində yerləşən 46.2 kv,m ümumi, 36 kv,m yaşayış sahəsindən ibarət 3 otaqlı 2 nömrəli mənzilə tutmanın yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması və 06 oktyabr 2010-cu il tarixli **********10 №-li kredit müqaviləsi üzrə borc alan Cavabdeh iddiaçı qarşısındakı 8940,25 manat məbləğində əsas borcu, kredit müqaviləsi ilə nəzərdə tutulmuş kreditin qaytarılma müddətinə kimi (07 oktyabr 2012-ci il tarixədək) kreditdən istifadəyə görə hesablanmış 3753,24 manat məbləğində adi faizlər üzrə borc məbləği, 07 oktyabr 2012-ci il tarixdən 12 aprel 2018-ci il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 16 % dərəcəsi ilə hesablanmış 8315,07 manat məbləğində əldən çıxmış faydanın əvəzi və illik 15 % dərəcəsi ilə hesablanmış 8750,25 manat məbləğində penya olmaqla, cəmi 29758,81 manat məbləğində borcun və 12 aprel 2018-ci il tarixindən başlayaraq iddiaçının tələblərinin faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinin qalığına illik 16 % dərəcəsi ilə hesablanan faizlər formasında zərərin (əldən çıxmış faydanın) əvəzi və illik 15 % dərəcəsi ilə hesablanan penyanın ipoteka predmetinin dəyərindən iddiaçı ASC "Xalq" Bankın xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Xaçmaz Rayon Məhkəməsinin 27 avqust 2019-cu il tarixli 2(067)-109/2019 nömrəli qətnaməsi ilə həmin iddia tələbi təmin edilməmişdir. Lakin, həmin qətnamədən iddiaçı ASC "Xalq" Bankı tərəfindən verilmiş apellyasiya şikayəti Sumqayıt Apellyasiya Məhkəməsinin 09 iyun 2021-ci il tarixli 2(105)- 128/2021 nömrəli qətnaməsi ilə qismən təmin edilərək, Xaçmaz Rayon Məhkəməsinin 27 avqust 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə qəbul edilməsi, 06 oktyabr 2010-cu il tarixli 112002/0227/10/09 nömrəli kredit müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən Xudat şəhərinin Dəmir-yolu küçəsində istifadədə olan 0,0123 ha torpaq sahəsində yerləşən 4 nömrəli, 1 mərtəbəli binanın 1-ci girişində, 1ci mərtəbəsində yerləşən 46,2 kv,m ümumi, 36 kv,m yaşayış sahəsindən ibarət 3 otaqlı 2 nömrəli mənzilə tutma yönəldilməsi, Xudat şəhərinin Dəmir-yolu küçəsində torpaq sahəsinin və onun üzərində yerləşən fərdi yaşayış evin likvid dəyərinin 25000 manat müəyyən edilməsi, ipoteka predmeti açıq hərracda satılması və satışdan əldə edilən vəsait hesabına Cavabdeh ödənilməmiş 10732,31 manat məbləğində borcunun iddiaçı ASC "Xalq" Bankına ödənilməsi, cavabdehlər X13, X10, X12 ipoteka predmeti olan Xudat şəhərinin Dəmir-yolu küçəsində istifadədə olan 0,0123 ha torpaq sahəsində yerləşən 4 nömrəli, 1 mərtəbəli binanın 1-ci girişində, 1-ci mərtəbəsində yerləşən 46,2 kv,m ümumi, 36 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 2 nömrəli mənzildən çıxarılması və iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 09 iyun 2021-ci il tarixli 2(105)-128/2021 nömrəli qətnaməsi qanuni qüvvəsini almış və həmin qətnamə əsasında verilmiş icra sənədinin icrası tamamlanmışdır. Yəni, 07 oktyabr 2012-ci ildə müddəti bitmiş 06 oktyabr 2010-cu il tarixli **********10 nömrəli Kredit müqaviləsi üzrə “ödənilməmiş cəmi 10732,31 manat məbləğində borc” qanuni qüvvəsini almış məhkəmə Qətnaməsində qət edilmiş qaydada həmin Kredit Müqaviləsinin təminatı olaraq ipoteka ilə yüklü edilmiş torpaq sahəsinə və fərdi yaşayış evinə yönəldilərək tutulmuş və həmin Qətnaməyə əsasən ipoteka predmetinin açıq hərracda satılması üçün "xxxx" MMC tərəfindən keçirilmiş hərraclarda mənzil satılmadığından, həmin əmlak əldə edilməsi üçün Banka təklif edilmiş və Bank həmin təklifi qəbul etmişdir. Həmin ipoteka predmetinin alqı-satqısı Hərrac təşkilatçısı və Bank tərəfindən imzalanmış Hərracın yekunları haqqında 14 oktyabr 2022-ci il tarixli 269/22 №-li protokolla və Bank ilə Hərrac təşkilatçısı arasında 14 oktyabr 2022-ci il tarixdə bağlanmış "İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair" müqavilə ilə rəsmiləşdirilmişdir. Həmin müqaviləyə uyğun olaraq əmlakın son satış qiyməti 15937,5 (on beş min doqquz yüz otuz yeddi manat 50 qəpik) manat məbləğində müəyyən edilərək, tələbkar Bankın mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 421-ci maddəsinin tələblərinə görə, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür (maddə 421.1);, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur (maddə 421.2); və müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır (maddə 421.3). Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 296.1-ci maddəsinə əsasən, girov qoyanla girov saxlayan arasında girova tutmanın məhkəmədən kənar qaydada yönəldilməsinə dair razılaşma olmadıqda, girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 39.1-ci maddəsinə əsasən, ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 41.2-ci maddəsinə əsasən, məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Beləliklə də, məhkəmə araşdırması zamanı işin konkret halları ilə müəyyən edilmişdir ki, kreditor ASC “Xalq” Bankı ilə borc alan Cavabdeh arasında 24 ay müddətinə bağlanmış 06 oktyabr 2010-cu il tarixli **********10 nömrəli Kredit müqaviləsi üzrə iddiaçı ASC “Xalq” Bankının müvafiq iddia ərizəsi əsasında qəbul edilmiş Sumqayıt Şəhər Məhkəməsinin 06 dekabr 2012-ci il tarixli 2(060)-4420/2012 nömrəli və Sumqayıt Apellyasiya Məhkəməsinin 20 may 2013-cü il tarixli 2(105)-498/2013 nömrəli qətnamələrinə əsasən iddiaçı ASC "Xalq" Bankın xeyrinə Cavabdeh 9500 manat əsas kredit borcu, 2157,64 manat faiz borcu və 1500 manat cərimə borcu olmaqla, cəmi 13157,64 manat məbləğində borcun tutulması qət edilmişdir. Eyni zamanda, məlum Kredit Müqaviləsi üzrə iddiaçı ASC “Xalq” Bankının ikinci dəfə vermiş olduğu iddia ərizəsi əsasında qəbul edilmiş Sumqayıt Apellyasiya Məhkəməsinin 09 iyun 2021-ci il tarixli 2(105)-128/2021 nömrəli qətnaməsinə əsasən 06 oktyabr 2010-cu il tarixli 112002/0227/10/09 nömrəli kredit müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən Xudat şəhərinin Dəmir-yolu küçəsində istifadədə olan 0,0123 ha torpaq sahəsində yerləşən 4 nömrəli, 1 mərtəbəli binanın 1-ci girişində, 1-ci mərtəbəsində yerləşən 46,2 kv,m ümumi, 36 kv,m yaşayış sahəsindən ibarət 3 otaqlı 2 nömrəli mənzilə tutmanın yönəldilməsi, Xudat şəhərinin Dəmir-yolu küçəsində torpaq sahəsinin və onun üzərində yerləşən fərdi yaşayış evin likvid dəyərinin 25000 manat müəyyən edilməsi, ipoteka predmeti açıq hərracda satılması və satışdan əldə edilən vəsait hesabına Cavabdeh ödənilməmiş 10732,31 manat məbləğində borcunun iddiaçı ASC "Xalq" Bankına ödənilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 09 iyun 2021-ci il tarixli 2(105)-128/2021 nömrəli qətnaməsi qanuni qüvvəsini almış və həmin qətnamə əsasında verilmiş icra sənədinin icrası tamamlanaraq, 07 oktyabr 2012-ci ildə müddəti bitmiş 06 oktyabr 2010-cu il tarixli **********10 nömrəli Kredit müqaviləsi üzrə “ödənilməmiş cəmi 10732,31 manat məbləğində borcun” qanuni qüvvəsini almış məhkəmə Qətnaməsində qət edilmiş qaydada həmin Kredit Müqaviləsinin təminatı olaraq ipoteka ilə yüklü edilmiş torpaq sahəsinə və fərdi yaşayış evinə yönəldilməsi təmin olunmuş və Hərracın yekunları haqqında 14 oktyabr 2022-ci il tarixli 269/22 №-li protokolla və Bank ilə Hərrac təşkilatçısı arasında 14 oktyabr 2022-ci il tarixdə bağlanmış "İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair" müqavilə ilə əmlakın son satış qiyməti 15937,5 manat məbləğində müəyyən edilərək, iddiaçı ASC "Xalq" Bankın mülkiyyətinə verilmiş və bunula da, iddiaçı tərəf qanuni qüvvəsini almış qətnamə üzrə tələbkar (kreditor) olaraq həmin icranı qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 527.1-ci maddəsinə əsasən, öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Həmin Məcəllənin 528-ci maddəsinə əsasən, öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Həmin Məcəllənin 529.2-ci maddəsinə əsasən, öhdəliyin icrası kimi təklif olunmuş hərəkəti qəbul edən kreditor, əgər onu öhdəliyin icrası kimi təsdiq etmək niyyətində deyildirsə, sübut etməlidir ki, o, icra edilməli öhdəlik deyil, başqasıdır və ya natamamdır və ya lazımi öhdəlik deyildir. Həmin Məcəllənin 529.4-cü maddəsinə əsasən, borcun alınması barədə tərtib edilmiş, faizlərə dair məlumatlar göstərilməmiş sənəd nəzərdə tutur ki, həm faizlər ödənilmişdir, həm də pul öhdəliyinə tamamilə xitam verilir. Göründüyü kimi, Sumqayıt Apellyasiya Məhkəməsinin 09 iyun 2021-ci il tarixli 2(105)-128/2021 nömrəli qətnaməsi ilə ipotekaya qoyulmuş əmlaklar hesabına ödənilməli olması müəyyən edilən borc məbləği tələbkar (kreditor) olaraq ASC "Xalq" Bankın "İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair" müqavilə əsasında əmlakın əldə edilməsi ilə ödənilmiş və iddiaçı tərəf (tələbkar-kreditor) öhdəliyin bu cür icrasını qəbul etmişdir. Lakin, icra müddəti bitmiş kredit müqaviləsi üzrə məhkəmə qətnaməsi ilə müəyyən edilmiş borc məbləğinin qətnamədə nəzərdə tutulduğu üsulla deyil, başqa cür icra olunmasının şərtləri və nəticəsi ilə əlaqədar tərəflər arasında hər hansı bir yeni öhdəlik yaradan saziş imzalanmamış və qətnamənin icrasını tələb etməyən tələbkarın razılığı ilə bu üsulla icra yekunlaşdıqdan sonra hazırkı iddia tələbində qeyd olunan "xxxx" tələb olunur. Qeyd etmək lazımdır ki, borcverən xxxx ilə borcalan Cavabdeh arasında 24 ay müddətinə bağlanmış 06 oktyabr 2010-cu il tarixli **********10 nömrəli Kredit Müqaviləsi üzrə sonuncunun hal-hazırda hər hansı bir ödənilməmiş əsas borcu və müqavilə şərtlərinə uyğun olaraq ödənilməmiş faiz borcu (qaytarılmamış əsas kredit məbləği və ödənilməmiş faiz məbləği) yoxdur. Məhkəmə qeyd etməyi lazım bilir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla, ilk olaraq həmin müqavilədən irəli gələn “öhdəlik” hüquq münasibətləri yaranmış olsa da, sonradan iddiaçı icra müddəti bitmiş həmin kredit müqaviləsi üzrə yaranmış qalıq borcun tutulması tələbi ilə məhkəməyə müraciət etmiş və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə kredit müqaviləsi üzrə mövcud borcun ipoteka predmetinə yönəldilməklə, tutulması qət edilmişdir. Ona görə də, cavabdehin hərəkətlərinə bu aspektdən, yəni kredit müqaviləsi üzrə “borcalan” kimi deyil, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi üzrə “borclu” kimi qiymət verilməlidir. Bu baxımdan qiymət veriləndə isə, qətnamə ilə tutulan borcun hazırkı iddia ərizəsində qeyd olunan “14 oktyabr 2022-ci il tarixədək icra olunmasında” cavabdehin (borclunun) təqsiri müəyyən edilmir. Yəni, Sumqayıt Apellyasiya Məhkəməsinin 09 iyun 2021-ci il tarixli 2(105)-128/2021 nömrəli qətnaməsi əsasında “ipoteka predmeti satılmaqla” borcun 14 oktyabr 2022-ci il tarixədək ödənilməsinə görə cavabdeh məsuliyyət daşımır və yuxarıda qeyd olunduğu kimi qətnamə ilə tutulan borcun məlum üsulla ödənilməsinə (tələbkar (kreditor) olaraq Bankın "İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair" müqavilə əsasında ödənilməsinə) isə iddiaçı (tələbkar) tərəfindən heç bir etiraz olunmayaraq, sonuncu tərəfindən borcun həmin üsulla icra olunması qəbul edilmişdir. Bundan əlavə, ipoteka predmetini hərracda satmaq mümkün olmadıqda, ipoteka saxlayanın (Bankın) ipoteka predmetini satış dəyərindən 40 faiz aşağı əldə etmək hüququ vardır və ipoteka saxlayan həmin hüquqdan 30 gün müddətində istifadə etmədikdə ipotekaya xitam verilir. Bununla yanaşı, işin hallarına görə məhkəmə, bu xüsusata da qiymət verərək hesab edir ki, iddiaçı (ipoteka saxlayan) ipoteka predmetini əldə etmək hüququndan qanunla nəzərdə tutulmuş müddət ərzində istifadə etdiyi halda, onun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399,3, 399,4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarına əsaslanmaqla real zərər və yaxud əldən çıxmış faydanın ödənilməsini tələb etmək hüququ da itirilmiş olur. Çünki, ipoteka predmetinin hərracda satılmaması və ya onun ipoteka saxlayan tərəfindən əldə edilməsi – borc alan (cavabdeh) tərəfindən törədilmiş mülki hüquq pozuntusu hesab edilə bilməz. Belə ki, Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli Qərarında formalaşmış hüquqi mövqeyə əsasən, məhkəmə qərarlarının icrası haqqında qanunvericiliyi könüllü yerinə yetirərək, öhdəliyin icra olunması məqsədilə borclu tərəfindən girov əmlakın təhvil verilməsi birmənalı olaraq sübut edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə borc və faizlərin girov əmlaka yönəldilməsindən sonrakı istənilən pozuntu - ondan asılı olmayan haldan irəli gəlir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 233.3-cü maddəsinə əsasən, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 560.2-ci maddəsində isə təsbit olunmuşdur ki, hüquqdan sui-istifadəyə yol verilmir və bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Beləliklə də, Sumqayıt Apellyasiya Məhkəməsinin 09 iyun 2021-ci il tarixli 2(105)- 128/2021 nömrəli qətnaməsi ilə müəyyən edilmiş borcun ödənilməsinin iddiaçı (tələbkar) tərəfindən qəbul olunmasına baxmayaraq, 14 oktyabr 2022-ci il tarixinədək icra olunmasına görə hazırkı iddia tələbində qeyd olunan “06 oktyabr 2012-ci il tarixdən 14 oktyabr 2022-ci il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 11 % dərəcəsi ilə hesablanmış 9460,56 manat məbləğində zərərin (əldən çıxmış faydanın) əvəzi və 06 oktyabr 2012-ci il tarixdən 14 oktyabr 2022-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % dərəcəsi ilə hesablanmış 10264,82 manat məbləğində cərimə faizləri üzrə borc olmaqla, cəmi 19725,38 manat məbləğində pul vəsaitinin tutulmasının” tələb olunması – iddiaçının (tələbkarın) hüquqdan sui-istifadəsi kimi qiymətləndirilməlidir. Həmçinin, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin müvafiq qaydada icra olunmamasına görə cavabdehin təqsirinin olması müəyyən edilməmiş və məhkəmə araşdırması zamanı hazırkı iddia tələbinin, yəni “06 oktyabr 2012-ci il tarixdən 14 oktyabr 2022-ci il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 11 % dərəcəsi ilə hesablanmış 9460,56 manat məbləğində zərərin (əldən çıxmış faydanın) əvəzinin və 06 oktyabr 2012-ci il tarixdən 14 oktyabr 2022-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % dərəcəsi ilə hesablanmış 10264,82 manat məbləğində cərimə faizləri üzrə borcun” ödənilməli olmasının əsaslılığı təsdiq olunmamışdır. Eyni zamanda, yuxarıda təsvir olunanlara əsasən cavabdeh tərəfin məhkəməyə təqdim etmiş olduğu "xxxx" barədə ərizə ilə əlaqədar məhkəmə qeyd etməyi lazım bilir ki, iddia tələbinin əsaslılığı təsdiq olunduğu halda, həmin ərizə üzrə xüsusatların araşdırılması və qiymətləndirilməsi əhəmiyyət kəsb edərdi. Bundan əlavə, məhkəmə araşdırması zamanı cavabdeh tərəf borcunun olmasını etiraf etməyərək, iddia tələbini qəbul etməmiş və ilk növbədə, cavabdeh tərəf iddia tələbinə etirazını 06 oktyabr 2010-cu il tarixli **********10 nömrəli Kredit Müqaviləsi üzrə ödənilməmiş borcun olmaması ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il tarixli Qərarında qeyd olunur ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəlləsinin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda təsvir olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, əsaslılığı sübuta yetmədiyi üçün iddiaçı xxxxnın Cavabdeh qarşı “borcun tutulması” barədə iddia tələbi, yəni “kredit alan Cavabdeh 06 oktyabr 2010cu il tarixli **********10 nömrəli Kredit müqaviləsi üzrə kredit verən xxxx qarşısında 06 oktyabr 2012-ci il tarixdən 14 oktyabr 2022-ci il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 11 % dərəcəsi ilə hesablanmış 9460,56 manat məbləğində zərərin (əldən çıxmış faydanın) əvəzi və 06 oktyabr 2012-ci il tarixdən 14 oktyabr 2022-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % dərəcəsi ilə hesablanmış 10264,82 manat məbləğində cərimə faizləri üzrə borc olmaqla, cəmi 19725,38 (on doqquz min yeddi yüz iyirmi beş manat 38 qəpik) manat məbləğində pul vəsaitinin Cavabdeh iddiaçı xxxxnın xeyrinə tutulması” barədə iddia tələbi təmin olunmamalıdır. Eləcə də, iddia tələbi təmin edilmədiyindən, məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı xxxx tərəfindən Cavabdeh (VÖEN **********) qarşı verilmiş “borcun tutulması” barədə iddia tələbi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №e-2-2(119)-584/2023
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-584/2023
05.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver