Məhkəmə qərarları › İş №e-2-2(119)-588/2024

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-588/2024

29.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-588/2024 29.05.2024 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Bağırova Naidə Saləddin qızının katibliyi, Cavabdeh3 iştirakı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı tərəfindən cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və Alıyeva (Səlimova) Nigar Talıb qızına qarşı verilmiş “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və Alıyeva (Səlimova) Nigar Talıb qızına qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh3 02 sentyabr 2015-ci il tarixli 885 saylı kredit müqaviləsinə əsasən 7057,92 (yeddi min əlli yeddi manat doxsan iki qəpik) manat məbləğində əsas, 6875,34 (altı min səkkiz yez yetmiş beş manat otuz dörd qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 13933,26 (on üç min doqquz yüz otuz üç manat iyirmi altı qəpik) manat məbləğində borcun İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının xeyrinə tutulması, Cavabdeh3 məxsus, habelə onun və onun ailə üzvləri Cavabdeh1, Cavabdeh2 və X1 paylı mülkiyyətində olan Qobustan rayonu, Ərəbşalbaş kəndində yerləşən fərdi yaşayış evinin 0,12 ha torpaq sahəsi ilə birlikdə ilkin satış qiymətinin 15000 (on beş min) manat dəyərində müəyyən edilməsi, borc tələbinin ipoteka qoyulmuş Cavabdeh3 məxsus, habelə onun və onun ailə üzvləri Cavabdeh1, Cavabdeh2 və X1 paylı mülkiyyətində olan Qobustan rayonu, Ərəbşalbaş kəndində yerləşən fərdi yaşayış evinə torpaq sahəsi ilə birlikdə yönəltməklə həmin əmlakın açıq hərraca çıxarılaraq satılması hesabına 13933,26 (on üç min doqquz yüz otuz üç manat iyirmi altı qəpik) manat məbləğində borcun və ödənilmiş 200 (iki yüz) manat məbləğində mediasiya xərcinin tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh3 arasında bağlanmış 02 sentyabr 2015-ci il tarixli 885 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh3 illik 6 %lə 36 ay müddətində 8000 (səkkiz min) manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi Cavabdeh3 məxsus olan Qobustan rayonu, Ərəbşalbaş kəndində yerləşən fərdi yaşayış evi, habelə onun və onun ailə üzvləri Cavabdeh1, Cavabdeh2 və X1 paylı mülkiyyətində olan 0,12 ha torpaq sahəsi ilə birlikdə ipoteka qoyulmuş və bununla bağlı İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının Şamaxı filialı ilə ipoteka qoyanlar arasında 04 sentyabr 2015-ci il tarixli 885 nömrəli ipoteka müqaviləsi bağlanmışdır. İpoteka müqaviləsi notarial qaydada təsdiqlənmiş və İddiaçı SKT-nin girovu kimi müvafiq icra hakimiyyəti orqanı tərəfindən dövlət qeydiyyatına alınmışdır. Cavabdeh3 ilə bağlanmış kredit müqaviləsinə əsasən borcalan krediti və ona hesablanmış faizləri həmin müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəmə cədvəlinə müvafiq olaraq ödənilməsini öhdəsinə götürür. İpoteka müqaviləsinin 3-cü bəndinə əsasən tərəflər arasında tərtib olunmuş ipoteka predmetinin dəyəri ipoteka qoyanın və ipoteka saxlayanın razılığına əsasən əmlakının razılaşdırılmış dəyəri 15000 (on beş min) manat müəyyən edilir. Cavabdeh3 tərəfindən 02 sentyabr 2015-ci il tarixli 885 nömrəli kredit müqaviləsinə əsasən 8000 manat əsas borc və ona hesablanmış 7887,26 manat faiz borcu qrafika uyğun ödənilməli olduğu halda, həmin şərtlərə əməl edilməmişdir. Cavabdeh3 02 sentyabr 2015-ci il tarixli 885 nömrəli kredit müqaviləsi üzrə 7057,92 manat əsas borc, 6875,34 manat faiz borcu olmaqla, cəmi borcu 13933,26 manat təşkil edir. Sözügedən mübahisə ilə bağlı Mediasiya Şurasına müraciət edilmiş, lakin cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmiş, bu barədə medaitor İsmayıl Nağıyev tərəfindən MŞS.MT.030.2023-02420 nömrəli, 27 noyabr 2023-cü il tarixli arayış təqdim etmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 200 (iki yüz) manat məbləğində mediasiya xərci ödəmişdir. Borcun ödənilməsi barədə cavabdehə müraciət olunmasına, iddiaçı tərəfindən məsələnin məhkəmədənkənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq lazimi nəticə əldə olunmamış, borc ödənilməmiş qalmışdır. 16 may 2024-cü il tarixdə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının nümayəndəsi Nümayəndə3 “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə “iddia tələbinin həcminin azaldılması” barədə ərizə təqdim edərək Cavabdeh3 02 sentyabr 2015-ci il tarixli 885 saylı kredit müqaviləsinə əsasən 7057,92 (yeddi min əlli yeddi manat doxsan iki qəpik) manat məbləğində əsas, 900 (doqquz yüz) manat məbləğində faiz borcu, müqavilənin icra müddəti bitdikdən sonra illik 5 faizlə hesablanmış 2001,70 (iki min bir manat yetmiş qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 9959,91 (doqquz min doqquz yüz əlli doqquz manat doxsan bir qəpik) manat məbləğində borcun İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının xeyrinə tutulması, Cavabdeh3 məxsus, habelə onun və onun ailə üzvləri Cavabdeh1, Cavabdeh2 və X1 paylı mülkiyyətində olan Qobustan rayonu, Ərəbşalbaş kəndində yerləşən fərdi yaşayış evinin 0,12 ha torpaq sahəsi ilə birlikdə ilkin satış qiymətinin 15000 (on beş min) manat dəyərində müəyyən edilməsi, borc tələbinin ipoteka qoyulmuş Cavabdeh3 məxsus, habelə onun və onun ailə üzvləri Cavabdeh1, Cavabdeh2 və X1 paylı mülkiyyətində olan Qobustan rayonu, Ərəbşalbaş kəndində yerləşən fərdi yaşayış evinə torpaq sahəsi ilə birlikdə yönəltməklə həmin əmlakın açıq hərraca çıxarılaraq satılması hesabına 9959,91 (doqquz min doqquz yüz əlli doqquz manat doxsan bir qəpik) manat məbləğində borcun və ödənilmiş 200 (iki yüz) manat məbləğində mediasiya xərcinin tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının nümayəndəsi Nümayəndə3 iddia ərizəsinin və “iddia tələbinin həcminin azaldılması” barədə ərizənin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. O, kredit müqaviləsi üzrə sonuncu dəfə 27 sentyabr 2018-ci il tarixdə ödəniş edildiyini bildirmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının nümayəndəsi Nümayəndə3 29 may 2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə ərizə ünvanlanaraq üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, məhkəmə baxış iclasının onun iştirakı olmadan keçirilməsini və müvafiq qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 məhkəməyə ərizə təqdim edərək iddia müddəti ötürüldüyü üçün İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh4 qarşı verilmiş “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə iddia müddətini tətbiq edib, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh4 məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh4 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş proses iştirakçılarının gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə proses iştirakçılarının icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini, “iddia müddətinin tətbiq edilməsi” barədə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı Səhmdar Kredit Təşkilatı – “borc verən” və Cavabdeh3 – “borc alan” olmaqla bağlanmış 02 sentyabr 2015-ci il tarixli 885 nömrəli krеdit müqaviləsinə əsasən ətlik danaların alınması üçün borc alan Cavabdeh3 36 ay müddətinə illik 6% dərəcəsi ilə 8000 (səkkiz min) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 1 nömrəli ödəniş cədvəlinə əsasən borcalan Cavabdeh3 kredit təşkilatına olan borcunun son ödəniş tarixi 2018-ci ilin sentyabr ayı olmaqla, müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur və həmin ödəniş planını borcalan Cavabdeh3 imzası ilə təsdiq etmişdir. İş materiallarında olan ipoteka saxlayan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı ilə ipoteka qoyanlar Cavabdeh2, Cavabdeh1 və Alıyeva (Səlimova) Nigar Talıb qızı, ipoteka qoyan- borc alan Cavabdeh3 arasında bağlanmış 04 sentyabr 2015-ci il tarixli 885 nömrəli ipoteka müqaviləsinə əsasən kredit (faizlə) qaytarılana qədər 02 sentyabr 2015-ci il tarixli 885 nömrəli krеdit müqaviləsi üzrə borcalanın öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə ipoteka qoyan ********** saylı mülkiyyət hüququnu təsdiq edən sənədə əsasən özünə məxsus olan Qobustan rayonu, Ərəbşalbaş kəndində yerləşən fərdi yaşayış evini (0,12 ha torpaq sahəsi ilə birlikdə) ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü etməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan hesabdan çıxarışdan və 27 sentyabr 2018-ci il tarixli, 2 nömrəli qəbzdən görünür ki, sözügedən kredit müqaviləsi üzrə sonuncu dəfə 27 sentyabr 2018-ci il tarixdə 100 (yüz) manat məbləğində kredit ödənişi həyata keçirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 743-cü maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, kredit verən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini borcalan Cavabdeh3 vermiş, lakin sonuncu tərəfindən əsas və faiz borcu hər ay ödəniş cədvəlinə uyğun olaraq ödənilməli olduğu halda vaxtında ödəniş edilməmişdir. Məhkəmə qeyd edir ki, araşdırılan mübahisə üzrə məhkəməyə cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh4 tərəfindən imzalanmış ərizə təqdim edilərək iddia müddəti ötürüldüyündən iddianın rədd edilməsi xahiş olunmuşdur. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən göründüyü kimi, mübahisə predmetini təşkil edən kredit müqaviləsi 02 sentyabr 2015-ci il il tarixdə bağlanmış, kredit müqaviləsinin müddəti 2018-ci ilin sentyabr ayında bitmişdir. İş materiallarında olan hesabdan çıxarışdan görünür ki, həmin kredit müqaviləsi üzrə sonuncu dəfə 27 sentyabr 2018-ci il tarixdə kredit ödənişi həyata keçirilmişdir. Həmin vaxtdan sonra Cavabdeh3 tərəfindən bu kredit müqaviləsi üzrə ödəniş aparılması iş üzrə sənədlərlə və tərəflərin izahatları ilə öz təsdiqini tapmır. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı isə kredit müqaviləsinin müddətinin bitdiyi vaxtdan müqavilə tələbləri üzrə qanunla müəyyənləşdirilmiş üç illik iddia müddəti keçdikdən sonra – 15 mart 2024-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli qərarında qeyd olunur ki, kredit münasibətlərindən yaranan mübahisələrə Mülki Məcəllənin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Mülki Məcəllənin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Plenum qərarında göstərilmişdir ki, kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. - 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. - 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. - 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. - 376-cı maddəsinə görə əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 07 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və Alıyeva (Səlimova) Nigar Talıb qızına qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddiası iddia müddəti keçdiyindən rədd edilməli, məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı tərəfindən cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və Alıyeva (Səlimova) Nigar Talıb qızına qarşı verilmiş “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddiası rədd edilsin. Məhkəmə xərcləri iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar