Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-594/2025 05.06.2025 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Atakişiyeva Nülufər Nizami qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı tərəfindən Cavabdehnə qarşı verilmiş “pul tələbi” barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdehndən 5000 (beş min) manat məbləğində pul vəsaitinin və 70 (yetmiş) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətində olan VÖEN: **********, AZ12PAHA40060AZNHC********** nömrəli hesabından Cavabdeh X1 Səhmdar Cəmiyyətinin Sahil filialında olan VÖEN **********, AZ04AİİB400300F**********208 nömrəli hesabına 18 dekabr 2024-cü il tarixdə MT2412 seriyalı 11316195 nömrəli elektron qaiməyə əsasən 2500 manat, MT2412 seriyalı 11311018 nömrəli elektron qaiməyə 1250 manat və MT2412 seriyalı 11296911 nömrəli elektron qaiməyə 1250 manat olmaqla, ümumilikdə 5000 manat vəsait ödənilmişdir. Sonradan aparılan araşdırma zamanı tərəflər arasında heç bir əməkdaşlıq müqaviləsi olmadığı və Cavabdehndən elektron qaimə-fakturalarda göstərilən xidmət alınmadığı, həmçinin sifariş olunmadığı məlum olmuşdur. Cavabdeh ilə əlaqə saxlanılan zaman onlarda olan müqavilənin bir nüsxəsi, qiymət razılaşma protokolu, təhsil-təslim aktı və s. tələb olunsa da, cavabdeh tələb olunan sənədləri təqdim edə bilməmişdir. Məsələ ilə bağlı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə müraciət edilməsinə baxmayaraq ödəniş artıq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına köçürüldüyü üçün aidiyyatı üzrə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə müraciət olunması bildirildi. Bundan sonra "xxxx" Açıq Səhmdar Cəmiyyətinə müraciət olunsa da bir nəticə əldə olunmamışdır. Cavabdehə pretenziyalar göndərilmiş, lakin danışıqlar və pretenziyalar cavabsız qalmışdır. Bu səbəbdən məhkəməyə müraciət edilmişdir. İddiaçı nümayəndəsi Nümayəndə2 26 may 2025-ci il tarixdə məhkəməyə mülahizə təqdim edərək bildirmişdir ki, MT2412 seriyalı, 11296911, 11311018 və 11316195 nömrəli nömrəli elektron qaimə-fakturalar üzrə Cavabdehnə səhvən ümumilikdə 5000 manat məbləğində ödəniş edilmişdir. Lakin cavabdehlə iddiaçı arasında hər hansı xidmətin göstərilməsi ilə bağlı müqavilənin mövcud olmadığı qaimələr üzrə ödəniş edildikdən sonra məlum olmuşdur. Bu ödənişlər sistem tərəfindən və iddiaçı tərəfindən təsdiqlənməmiş, elektron qaimələr düzəlişə qaytarılmışdır. Cavabdeh tərəfindən göndərilən elektron qaiməfakturaları iddiaçı hər dəfə düzəlişə qaytarmasına baxmayaraq, cavabdeh buna məhəl qoymamış və yalnız pretenziya məktubunun göndərilməsindən sonra təkrar elektron qaimə-faktura göndərməyi dayandırmışdır. Cavabdehə dəfələrlə müraciət ünvanlansa da, ödənilmiş məbləğin qaytarılması təmin olunmamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişlər. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş proses iştirakçılarının gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə proses iştirakçılarının icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, 18 dekabr 2024-cü il tarixdə Cavabdeh tərəfindən İddiaçınə 1250 (min iki yüz əlli) westhospital.az saytına bir illik yerləşməsi ilə əlaqədar MT2412 seriyalı 11296911 nömrəli, 1250 (min iki yüz əlli) manat dəyərində westhospital.az saytına bir illik yerləşməsi ilə əlaqədar MT2412 seriyalı 11311018 nömrəli, 2500 (iki min beş yüz) manat dəyərində westhospital.az saytına bir illik yerləşməsi ilə əlaqədar tarixli MT2412 seriyalı 11316195 nömrəli elektron qaimə-fakturalar təqdim olunmuşdur. Elektron qaimə-fakturaların tarixçəsindən görünür ki, Cavabdeh tərəfindən sözügedən elektron qaimə-fakturalar 19 dekabr 2024-cü il tarixdə “heç bir sənəd, təhviltəslim aktı, müqavilə olmadan tərtib edilib, ləğv olunmalıdır” əsası ilə düzəlişə qaytarılmış, Cavabdeh düzəliş edilmiş elektron qaimə-fakturaları 19 dekabr 2024-cü il tarixdə yenidən İddiaçınə göndərmiş, sonuncu həmin gün qaimə-fakturaları eyni əsasla düzəlişə qaytarmış, cavabdeh 23 dekabr 2024-cü il tarixdə düzəliş edilmiş qaimə-fakturaları iddiaçıya göndərmiş, sonuncu həmin gün qaimə-fakturaları eyni əsasla düzəlişə qaytarmış, bundan sonra 04 yanvar 2025-ci il tarixdə cavabdeh düzəliş edilmiş qaiməfakturaları iddiaçıya göndərmiş və sonuncu qaimə-fakturaları yenidən düzəlişə qaytarmışdır. İş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətində olan 40060AZNHC********** nömrəli hesabından Cavabdeh X1 Səhmdar Cəmiyyətinin Sahil filialında olan AZ04AİİB400300F**********208 nömrəli hesabına 18 dekabr 2024-cü il tarixdə 010AZ**********3 nömrəli ödəniş qəbzinə əsasən 1250 manat (ödənişin təyinatı və əsası: MT2412 seriyalı 11296911 nömrəli qaimə), 010AZ**********0 nömrəli ödəniş qəbzinə əsasən 1250 manat (ödənişin təyinatı və əsası: MT2412 seriyalı 11311018 nömrəli qaimə), 010AZ**********1 nömrəli ödəniş qəbzinə əsasən 2500 manat (ödənişin təyinatı və əsası: MT2412 seriyalı 11316195 nömrəli qaimə) məbləğində ödəniş olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. - 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir - 1092-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 18 dekabr 2024-cü il tarixdə Cavabdeh tərəfindən İddiaçınə ümumilikdə 5000 (beş min) manat dəyərində 3 ədəd elektron qaimə-faktura təqdim edilmiş və həmin gün iddiaçı tərəfindən elektron qaimə-fakturalar üzrə 5000 (beş min) manat cavabdehə ödənilmişdir. 19 dekabr 2024-cü il tarixdə həmin elektron qaimə-fakturalar İddiaçı Məhdud Məsuliyyətli tərəfindən “heç bir sənəd, təhvil-təslim aktı, müqavilə olmadan tərtib edilib, ləğv olunmalıdır” əsası ilə cavabdehə düzəlişə qaytarılmışdır. 19 dekabr 2024-cü, 23 dekabr 2024-cü və 04 yanvar 2025-ci il tarixdə qeyd olunan elektron qaimə-fakturalar Cavabdeh tərəfindən yenidən İddiaçınə göndərilsə də, iddiaçı onları həmin tarixlərdə qeyd olunan əsasla düzəlişə qaytarmışdır. Göründüyü kimi, İddiaçı Məhdud Məsuliyyətli ilə Cavabdeh hər hansı müqavilə bağlanmadığından aralarında müqavilə münasibətləri yaranmamışdır. Qeyd edilənlərə əsasən müəyyən edilir ki, tərəflər arasında müqavilə münasibətləri olmadığından cavabdeh tərəfindən heç bir xidmət göstərilmədən iddiaçıdan aldatma yolu ilə əsassız göndərilmiş elektron qaimə-fakturalar üzrə ödənişlərin icrası tələb edilmiş, nəticədə cavabdeh əsassız varlanmışdır. Yuxarıda qeyd edilən qanunvericilik normalarından göründüyü kimi tərəflər arasında heç bir müqavilə əsası olmadan cavabdeh iddiaçının hesabına pul əldə etmişdir. Buna görə də məhkəmə hesab edir ki, Cavabdehndən 5000 (beş min) manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin “70 (yetmiş) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iş materiallarında olan 25 dekabr 2024cü il tarixli **********13 nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 70 (yetmiş) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Buna görə iddia tələbi həmin hissədə də təmin edilməli və iddiaçı tərəfindən ödənilmiş 70 (yetmiş) manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdehndən tutularaq İddiaçınə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdehndən 5000 (beş min) manat məbləğində pul və 70 (yetmiş) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 5070 (beş min yetmiş) manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdehndən 5000 (beş min) manat məbləğində pul və 70 (yetmiş) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 5070 (beş min yetmiş) manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-594/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-594/2025
05.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver