Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-595/2020 03.12.2020 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, Quluzadə Hüseyn Rasim oğlunun katibliyi, Cavabdeh nümayəndəsi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü İsmayılov Ceyhun Zöhrab oğlunun iştirakı ilə, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən Cavabdehnə qarşı verilmiş “siyahıya alınmış əmlakın açıq hərracda satılması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə sadələşdirilmiş icraat qaydasında Cavabdehnə qarşı “siyahıya alınmış əmlakın açıq hərracda satılması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx xxxxxxxx 2019-cu il tarixinə Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 3606,83 (üç min altı yüz altı manat 83 qəpik) manat məbləğində dövlət sosial sığorta borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə ünvan 1 ünvanında yerləşən Cavabdehnə məxsus siyahıya alınmış hər birinin qiyməti 1168 manat olmaqla, ümumi dəyəri 7008 manat təşkil edən 6 ədəd döşəmə üçün keramik plitələrin ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində iddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən məcburi dövlət sosial sığorta haqqı üzrə borcunun ödənilməsinə dair Cavabdehnə bildiriş verilərək, yaranmış borc öhdəliyinin Vergi Məcəlləsinin 65.1-ci maddəsinə əsasən 5 gün müddətində ödənilməsi tələb edilmiş olsa da, həmin borc öhdəliyi cavabdeh tərəfindən qanunla müəyyən edilmiş müddətdə yerinə yetirilməmişdir. Vergi Məcəlləsinin 65.2-ci maddəsinin tələblərinə müvafiq olaraq borc öhdəliyinin cavabdehin milli və ya xarici valyutada cari və ya digər hesablarından dövlət büdcəsinə alınması ilə əlaqədar olaraq kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra (ödəniş) sənədi olan sərəncam verilsə də, borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilməmişdir. Vergi Məcəlləsinin 89.1-ci maddəsinin tələblərinə müvafiq olaraq vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi cavabdehin əmlakının siyahıya alınması barədə qərar qəbul edilmiş və cavabdehin xx xxxxxxxx 2019cu il tarixə Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 3606,83 (üç min altı yüz altı manat 83 qəpik) manat məbləğində sosial sığorta borcuna görə hər birinin qiyməti 1168 manat olmaqla, 6 ədəd döşəmə üçün keramik plitə adında - ümumilikdə 7008 manat məbləğində əmlakı siyahıya alınmışdır (Siyahıya alınmış əmlakların siyahısı iddia ərizəsinə əlavə edilir). Əmlakın siyahıya alınması haqqında cavabdehin nümayəndəsinin və müşahidəçilərin iştirakı ilə xx xxxxxxx 2019-cu il tarixli **********7 nömrəli protokol tərtib edilmiş və siyahıya alınmış həmin əmlak məsul saxlanma üçün müvafiq aktla cavabdehin nümayəndəsinə təhvil verilmişdir. Cavabdeh xx xxxxxxxx 2020-ci ildə həmin sadələşdirilmiş icraat qaydasında verilmiş kiçik mübahisələr üzrə iddia ərizəsinə qarşı yazılı Etirazla məhkəməyə müraciət edərək, həmin iddia tələbinə öz etirazını bildirib, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən Cavabdehnə qarşı verilmiş “siyahıya alınmış əmlakın açıq hərracda satılması” barədə iddia tələbinin təmin olunmaması haqqında qətnamə qəbul edilməsini xahiş etmiş və həmin Etirazda “vergi ödəyicisi Cavabdeh məcburi dövlət sosial sığorta haqqı üzrə borc öhdəliyini vaxtında ödəməməsi və buna görə onun əmlakının siyahıya alınması” - Cavabdeh MMC-nin fəaliyyəti nəticəsində deyil, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin və ona tabe olan çoxsaylı vergi orqanlarının Cavabdeh MMC-nin normal fəaliyyətinə qanunsuz müdaxilələrinin və qanunsuz əməllərinin səbəb olması və hesablarına əsassız məhdudiyyətlərin qoyulması nəticəsində vergi ödəyicisinin heç bir maliyyə fəaliyyəti göstərə bilməməsi ilə əsaslandırılmışdır. Sumqayıt Kommersiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli e-2-2(119)- 595/2020 nömrəli qərardadı ilə iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Cavabdehnə qarşı verilmiş “siyahıya alınmış əmlakın açıq hərracda satılması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Məhkəmə baxış iclaslarında Cavabdeh nümayəndəsi İsmayılov Ceyhun Zöhrab oğlu iddia tələbini qəbul etmədiyini bildirib, iddia tələbinə qarşı verilmiş yazılı Etirazda göstərilənlərə uyğun izahat verərək, iddia tələbində qeyd olunan xx xxxxxxxx 2019-cu il tarixinə hesablanmış Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 3606,83 manat məbləğində dövlət sosial sığorta borcunun tamamilə ödənildiyi üçün iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən Cavabdehnə qarşı verilmiş “siyahıya alınmış əmlakın açıq hərracda satılması” barədə iddia tələbinin təmin edilməməsi haqqında qətnamə qəbul edilməsini xahiş etdi. xx xxxxxx 2020-ci ildə keçirilən məhkəmə baxış iclasında iştirak etmiş iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi Nurullayev Rövşən Azad oğlu iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və cavabdehin xx xxxxxxxx 2019-cu il tarixinə Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 3606,83 manat məbləğində dövlət sosial sığorta borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə ünvan 1 ünvanında yerləşən Cavabdehnə məxsus siyahıya alınmış hər birinin qiyməti 1168 manat olmaqla, ümumi dəyəri 7008 manat təşkil edən 6 ədəd döşəmə üçün keramik plitələrin ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdi. Lakin, cavabdeh iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi Nurullayev Rövşən Azad oğlu davamının xx xxxxxx 2020-ci il tarixinə təxirə salındığı məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, həmin tarixə təyin edilmiş məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, cavabdehin nümayəndəsinin mövqeyini və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərini nəzərə alaraq, iddiaçının nümayəndəsinin iştirakı olmadan məhkəmə baxış iclasının davam etdirilməsini mümkün hesab etmişdir. Məhkəmə, tərəflərin məhkəmə iclasında vermiş olduqları izahatları, iddia ərizəsini, iddia tələbinə qarşı verilmiş Etirazı və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, vergi öhdəliklərini Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün vergi ödəyicisi Cavabdeh (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna xx xxxxxxxx 2019cu il tarixə hesablanmış dövlət sosial sığorta borcunun 3606,83 (üç min altı yüz altı manat 83 qəpik) manat hissəsi ödənilməmişdir. Vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı tərəfindən həmin vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə qərar qəbul edilmiş və həmin Qərar əsasında vergi ödəyicisinin xx xxxxxxxx 2019-cu il tarixinə olan 3606,83 manat məbləğində ödənilməmiş dövlət sosial sığorta borcuna görə ümumi dəyəri cəmi 7008 manat məbləğində qiymətləndirilmiş əmlakları siyahıya alınaraq, bu barədə xx xxxxxxx 2019-cu il tarixli **********7 saylı protokol tərtib edilmişdir. İddia ərizəsinə əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, həmin Protokol əsasında vergi ödəyicisinin ünvan 1 ünvanında yerləşən hər birinin qiyməti 1168 manat olmaqla, ümumi dəyəri 7008 manat təşkil edən 6 ədəd döşəmə üçün keramik plitələri siyahıya alınmış və həmin əşyalar siyahıya alındıqdan sonra saxlanılması üçün vergi ödəyicisi Cavabdeh MMC-nin səlahiyyətli nümayəndəsinin məsul saxlancına verilərək, bu barədə xx xxxxxxx 2019-cu il tarixli “Vergi ödəyicisinin siyahıya allnmış əmlakının məsul saxlanmaya verilməsi haqqında” Akt tərtib edilmişdir. Həmin Protokolda və Aktda siyahıya alınmanın hüquqi nəticələri, siyahıya alınmış əmlaklarla əlaqədar davranış qaydaları və həmin qaydaların pozulmasının hüquqi nəticələri vergi ödəyicisi Cavabdeh MMC-nin səlahiyyətli nümayəndəsinə elan edilmiş və sonuncu həmin sənədləri imzalamışdır. Bundan sonra məlum dövlət sosial sığorta borcu ödənilmədiyi üçün iddaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi hazırkı iddia ərizəsi ilə Cavabdeh MMC-nə qarşı “siyahıya alınmış əmlakın açıq hərracda satılması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “cavabdehin xx xxxxxxxx 2019-cu il tarixinə Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 3606,83 (üç min altı yüz altı manat 83 qəpik) manat məbləğində dövlət sosial sığorta borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə” həmin siyahıya alınmış əmlakların ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Lakin, məhkəmə araşdırması zamanı Cavabdeh nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş xx xxxxxx 2020-ci il tarixli ********* və ********* nömrəli Mədaxil qəbzləri ilə müəyyən olunur ki, Cavabdeh (VÖEN **********) tərəfindən xx xxxxxx 2020-ci il tarixdə “Hökumət Ödəniş Portalı” vasitəsi ilə Dövlət Sosial Müdafiə Fondunun hesabına müvafiq olaraq 3200 (üç min iki yüz) manat və 410 (dörd yüz on) manat məbləğlərində olmaqla, cəmi 3610 (üç min altı yüz on) manat məbləğində ödəniş edilmiş və bununla da, xx xxxxxxxx 2019-cu il tarixə hesablanmış 3606,83 (üç min altı yüz altı manat 83 qəpik) manat məbləğində dövlət sosial sığorta borcunun Dövlət Sosial Müdafiə Fonduna tam ödənilməsi təmin edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 1.4-cü maddəsinə əsasən, bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Həmin Məcəllənin 16.1 və 16.1.1-ci maddələrinə əsasən, qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini) ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Həmin Məcəllənin 23.1.6-cı maddəsinə əsasən, müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək vergi orqanının hüququdur. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. Həmin Məcəllənin 90.1-ci maddəsinə əsasən, Vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 90.2-ci maddəsinə əsasən, məhkəmə bu Məcəllənin 90.1-ci maddəsində göstərilən vergi orqanının müraciətinə Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsində müəyyən edilmiş qaydada baxır. Beləliklə də, yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən Cavabdeh MMC-nə qarşı verilmiş hazırkı iddia ərizəsi üzrə “siyahıya alınmış əmlakların ixtisaslaşdırılmış açıq hərracda satılmaqla ödənilməsi” tələb olunan xx xxxxxxxx 2019-cu il tarixinə hesablanmış 3606,83 (üç min altı yüz altı manat 83 qəpik) manat məbləğində dövlət sosial sığorta borcu məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən tam olaraq Dövlət Sosial Müdafiə Fondunun hesabına ödənilmiş və bununla da, hal-hazırda həmin borcun ödənilməsi üçün siyahıya alınmış məlum əmlakların hərrac vasitəsi ilə satılması zərurəti aradan qalxmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, xx xxxxxxxx 2019-cu il tarixinə Dövlət Sosial Müdafiə Fonduna ödənilməsi tələb olunan 3606,83 (üç min altı yüz altı manat 83 qəpik) manat məbləğində dövlət sosial sığorta borcu məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən tam olaraq ödənildiyi üçün iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən Cavabdehnə qarşı verilmiş “siyahıya alınmış əmlakın açıq hərracda satılması” barədə iddia tələbi, yəni “cavabdehin xx xxxxxxxx 2019-cu il tarixinə Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 3606,83 (üç min altı yüz altı manat 83 qəpik) manat məbləğində dövlət sosial sığorta borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə ünvan 1 ünvanında yerləşən Cavabdehnə məxsus siyahıya alınmış hər birinin qiyməti 1168 manat olmaqla, ümumi dəyəri 7008 manat təşkil edən 6 ədəd döşəmə üçün keramik plitələrin ixtisaslaşdırılmış açıq hərracda satılması” barədə iddia tələbi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən Cavabdehnə qarşı verilmiş “siyahıya alınmış əmlakın açıq hərracda satılması” barədə iddia tələbi təmin edilməsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №e-2-2(119)-595/2020
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-595/2020
03.12.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver