Məhkəmə qərarları › İş №e-2-2(119)-597/2020

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-597/2020

16.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-597/2020 16.11.2020 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Tağıyev Xəqani Qəhrəman oğlunun sədrliyi, Ağayeva Elnarə Nəriman qızının katibliyi ilə, İddiaçı BOKT ASC-nin nümayəndəsi X2, Cavabdeh1 nümayəndəsi və vəkili X3 iştirakı ilə İddiaçı BOKT ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası üzrə kommersiya işinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı BOKT ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı BOKT ASC iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 2020/00049-01 №-li istehlak kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 36 ay müddətinə illik 36% hesablanmaq şərtilə 14.300 AZN məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq Cavabdeh1 mülkiyyətində olan Sumqayıt şəhəri, 41-ci məhəllə, ev 1A ünvanında yerləşən 40 saylı mənzili (Daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarış: Qeydiyyat №-si **********, Reyestr № **********14-05101-093013, tarix xx.xx.2008) ipoteka predmeti kimi İddiaçı BOKT ASC-yə təqdim etmiş və bu barədə xx.xx.2020-ci il tarixli, 2020/00049-011P №-li İpoteka müqaviləsi bağlanmışdır. İpoteka müqaviləsi xx.xx.2020-ci il tarixində qeydə alınmış və müvafiq çıxarış verilmişdir (Daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarış: Qeydiyyat №-si **********, Reyestr № **********14-05101-093013). İddiaçı BOKT ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 2020/00055- 01 №-li kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə dövriyyə vəsaitinin artırılması məqsədilə 48 ay müddətinə illik 24% hesablanmaq şərtilə 3.600 ABŞ dolları məbləğində kredit verilmişdir. xx.xx.2020-ci il tarixli, 2020/00055-01 №-li kredit müqaviləsinin təminatı olaraq Cavabdeh1 mülkiyyətində olan Sumqayıt şəhəri, 41-ci məhəllə, ev 1A ünvanında yerləşən 40 saylı mənzili (Daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarış: Qeydiyyat №-si **********, Reyestr № **********14-05101-093013, tarix xx.xx.2008) ipoteka predmeti kimi İddiaçı BOKT ASC-yə təqdim etmiş və bu barədə xx.xx.2020-ci il tarixli, 2020/00055-011P №-li İpoteka müqaviləsi bağlanmışdır. İpoteka müqaviləsi xx.xx.2020-ci il tarixində qeydə alınmış və müvafiq çıxarış verilmişdir (Daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarış: Qeydiyyat №-si **********, Reyestr № **********14-05101-093013). İpoteka ilə yüklü edilmiş əmlakın dəyəri tərəflərin razılığına əsasən 50 000 AZN məbləğində müəyyən edilmişdir. Cavabdeh tərəfindən kredit üzrə ödənişlər aparılmamışdır. İddiaçı BOKT ASC cavabdehə dəfələrlə müraciət edərək, əsas kredit məbləği və ona hesablanmış faizlərin ödənilməsini xahiş etmişdir. Cavabdehə yaranmış borcu ödəmədiyi təqdirdə borcun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə bildiriş məktubu göndərilmişdir. Lakin göstərilən kredit məbləğləri və onlara hesablanmış faizlər bu günə kimi ödənilməmişdir. Bu isə müqavilələr ilə cavabdehin öz üzərinə götürdüyü öhdəliyin pozulmasına gətirib çıxarmışdır. Belə ki, xx.xx.2020-ci il tarixli, 2020/00049-01 №-li Kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixinə kreditin əsas borcu üzrə 14.300 AZN məbləğində qalıq, ona hesablanmış 2.331,20 AZN məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 2.245,10 AZN məbləğində dəbbə pulu, cəmi 18.876,30 AZN məbləğində borc yaranmışdır. xx.xx.2020-ci il tarixli, 2020/00055-01 №-li Kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixinə kreditin əsas borcu üzrə 3.600 ABŞ dolları məbləğində qalıq, ona hesablanmış 427,20 ABŞ dolları məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 543,60 ABŞ dolları məbləğində dəbbə pulu, cəmi 4570,80 ABŞ dolları məbləğində borc yaranmışdır. Göstərilənləri nəzərə alaraq, İddiaçı BOKT ASC məhkəmədən tərəflər arasında bağlanılmış xx.xx.2020-ci il tarixli, 2020/00049-01 №-li İstehlak Kredit müqaviləsinin və xx.xx.2020-ci il tarixli, 2020/00055-01 №-li Kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh2 xx.xx.2020-ci il tarixli, 2020/00049-01 №-li Kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixinə kreditin əsas borcu üzrə 14.300 AZN məbləğində qalıq, ona hesablanmış 2.331,20 AZN məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 2.245,10 AZN məbləğində dəbbə pulu, cəmi 18.876,30 AZN məbləğində borcun və xx.xx.2020-ci il tarixli, 2020/00055-01 №-li Kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixinə kreditin əsas borcu üzrə 3.600 ABŞ dolları məbləğində qalıq, ona hesablanmış 427,20 ABŞ dolları məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 543,60 ABŞ dolları məbləğində dəbbə pulu, cəmi 4570,80 ABŞ dolları məbləğində borcun və dövlət rüsumu kimi ödənilmiş 30,40 manat məbləğində pulun tutulması, tələbin Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 40 saylı mənzilə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına xx.xx.2020-ci il tarixli, 2020/00049-01 №-li Kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixinə kreditin əsas borcu üzrə 14.300 AZN məbləğində qalıq, ona hesablanmış 2.331,20 AZN məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 2.245,10 AZN məbləğində dəbbə pulu, cəmi 18.876,30 AZN məbləğində borcun və xx.xx.2020-ci il tarixli, 2020/00055-01 №-li Kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixinə kreditin əsas borcu üzrə 3.600 ABŞ dolları məbləğində qalıq, ona hesablanmış 427,20 ABŞ dolları məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 543,60 ABŞ dolları məbləğində dəbbə pulu, cəmi 4570,80 ABŞ dolları məbləğində borcun və dövlət rüsumu kimi ödənilmiş 30,40 manat məbləğində pulun İddiaçı BOKT ASC-yə ödənilməsi, ipoteka predmeti açıq hərracda satıldıqdan sonra cavabdehin ən geci 01 ay ərzində ipoteka predmeti olan əmlakdan istifadə hüquqları itirilməklə, əşyaları ilə birlikdə çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonra İddiaçı BOKT ASC məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, tərəflər arasında bağlanılmış xx.xx.2020-ci il tarixli, 2020/00049-01 №-li İstehlak Kredit müqaviləsinin və xx.xx.2020-ci il tarixli, 2020/00055-01 №-li Kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh2 xx.xx.2020-ci il tarixli, 2020/00049-01 №-li Kredit müqaviləsi üzrə kreditin əsas borcu üzrə 14.300 AZN məbləğində qalıq, ona hesablanmış 3.260,70 AZN məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 3.188,90 AZN məbləğində dəbbə pulu, cəmi 20.749,60 AZN məbləğində borcun və xx.xx.2020-ci il tarixli, 2020/00055-01 №-li Kredit müqaviləsi üzrə kreditin əsas borcu üzrə 3.600 ABŞ dolları məbləğində qalıq, ona hesablanmış 583,20 ABŞ dolları məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 781,20 ABŞ dolları məbləğində dəbbə pulu, cəmi 4964,40 ABŞ dolları məbləğində borcun və dövlət rüsumu kimi ödənilmiş 30,40 manat məbləğində pulun tutulması, tələbin Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 40 saylı mənzilə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına xx.xx.2020-ci il tarixli, 2020/00049- 01 №-li Kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixinə kreditin əsas borcu üzrə 14.300 AZN məbləğində qalıq, ona hesablanmış 3.260,70 AZN məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 3.188,90 AZN məbləğində dəbbə pulu, cəmi 20.749,60 AZN məbləğində borcun və xx.xx.2020-ci il tarixli, 2020/00055-01 №-li Kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixinə kreditin əsas borcu üzrə 3.600 ABŞ dolları məbləğində qalıq, ona hesablanmış 583,20 ABŞ dolları məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 781,20 ABŞ dolları məbləğində dəbbə pulu, cəmi 4964,40 ABŞ dolları məbləğində borcun və dövlət rüsumu kimi ödənilmiş 30,40 manat məbləğində pulun İddiaçı BOKT ASC-yə ödənilməsi, ipoteka predmeti açıq hərracda satıldıqdan sonra cavabdehin ən geci 01 ay ərzində ipoteka predmeti olan əmlakdan istifadə hüquqları itirilməklə, əşyaları ilə birlikdə çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili X5 iddia tələbinə etiraz edərək bildirmişdir ki, kredit müqavilələri üzrə əsas borclu Cavabdeh2 aldığı kreditlə minik avtomobili almış, lakin koronavirus pandemiyası ilə əlaqədar Azərbaycan Respublikasında karantin rejimi tətbiq olunduğuna görə fəaliyyət göstərə bilməmişdir. Ölkə ərazisində 2020ci ilin mart ayından sentyabr ayına kimi sərt karantin rejimi, Cavabdeh2 yaşadığı və əmək fəaliyyəti ilə məşğul olduğu Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonu ərazisində isə xüsusi karantin rejimi tətbiq olunmuşdur. Məhz bu səbəbdən, yəni özünün cavabdeh olmadığı səbəbdən Cavabdeh2 işləyə bilmədiyinə görə kredit müqavilələri üzrə ödənişləri edə bilməmişdir. Cavabdeh2 borcunu üzürlü səbəbdən ödəyə bilmədiyinin nəzərə alınmasına dair ərizə ilə 2020-ci ilin iyun ayında iddiaçıya ərizə vermişdir. Lakin iddiaçı müqavilələrin 2020-ci ilin fevral ayında bağlanmasına, hər kəsə aydın və məlum olan səbəblərdən kredit borcunun ödənilməsində gecikdirilməyə yol verildiyinə əhəmiyyət verməyərək, müqavilələrin ləğv edilməsi və s. tələblə məhkəməyə müraciət etmişdir. İddia tələbinə etiraz onunla əsaslandırılır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.5ci maddəsinə əsasən əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır (448.2-ci maddə), borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin (448.4-cü maddə). Yuxarıda göstərilənlərdən aydın olur ki, kredit müqaviləsi üzrə borcun ödənilməsində olan gecikdirmələr Cavabdeh2 cavabdeh olmadığı haldan irəli gəlmişdir və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyi, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığı tamamilə aşkardır. Z.Abbasov yuxarıda qeyd olunanları nəzərə alaraq, məhkəmədən iddianın təmin olunmamasını xahiş etmişdir. Digər Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən, Cavabdeh2 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclas iştirakçılarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı BOKT ASC ilə Cavabdeh2 arasında bağlanılmış xx.xx.2020-ci il tarixli, 2020/00049-01 №-li istehlak kredit müqaviləsindən görünür ki, iddiaçı tərəfindən cavabdehə 36 ay müddətinə illik 36% hesablanmaq şərtilə 14.300 AZN məbləğində kredit verilmişdir. İş materiallarında olan İddiaçı BOKT ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 2020/00055-01 №-li kredit müqaviləsindən görünür ki, iddiaçı tərəfindən cavabdehə dövriyyə vəsaitinin artırılması məqsədilə 48 ay müddətinə illik 24% hesablanmaq şərtilə 3.600 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olanxx.xx.2020-ci il tarixli, 2020/00049-011P №-li və xx.xx.2020-ci il tarixli, 2020/00055-011P №-li ipoteka müqavilələrindən görünür ki, qeyd edilən kredit müqavilələrinin təminatı olaraq Cavabdeh1 mülkiyyətində olan Sumqayıt şəhəri, 41-ci məhəllə, ev 1A ünvanında yerləşən 40 saylı mənzili (Daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarış: Qeydiyyat №-si **********, Reyestr № **********14-05101-093013, tarix xx.xx.2008) ipoteka predmeti kimi İddiaçı BOKT ASC-yə təqdim etmişdir. İpoteka ilə yüklü edilmiş əmlakın dəyəri tərəflərin razılığına əsasən 50 000 AZN məbləğində müəyyən edilmişdir. İş materiallarından görünür ki, Cavabdeh2 İddiaçı BOKT ASC-yə xx.xx.2020-ci il tarixli, 2020/00049-01 №-li Kredit müqaviləsi üzrə kreditin əsas borcu üzrə 14.300 AZN məbləğində qalıq, ona hesablanmış 3.260,70 AZN məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 3.188,90 AZN məbləğində dəbbə pulu, cəmi 20.749,60 AZN məbləğində borcu və xx.xx.2020-ci il tarixli, 2020/00055-01 №-li Kredit müqaviləsi üzrə kreditin əsas borcu üzrə 3.600 ABŞ dolları məbləğində qalıq, ona hesablanmış 583,20 ABŞ dolları məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 781,20 ABŞ dolları məbləğində dəbbə pulu, cəmi 4964,40 ABŞ dolları məbləğində borcu yaranmışdır. İş materiallarında olan AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli çıxarışların təsdiqlənmiş surətindən görünür ki, xx.xx.2020-ci il tarixli, 2020/00049-01 №-li və xx.xx.2020-ci il tarixli, 2020/00055-01 №-li kredit müqavilərindən irəli gələn öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh1 mülkiyyətində olan Sumqayıt şəhəri, 41-ci məhəllə, ev 1A ünvanında yerləşən 40 saylı mənzilin ipotekasının dövlət qeydiyyatı aparılmışdır. İşdən görünür ki, Cavabdeh2 və Həsənova X1 şəhəri, 41-ci məhəllə, ev 1A ünvanında yerləşən 40 saylı mənzildə qeydiyyatdadırlar. İş materiallarında olan bildirişin surətindən görünür ki, cavabdeh bank qarşısında öhdəliklərinin yerinə yetirilməsi, öhdəliklər yerinə yetirilmədiyi təqdirdə borcun məhkəmə qaydasında alınması üçün müvafiq tədbirlər görüləcəyi barədə xəbərdar edilmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh2 kredit müqaviləsi əsasında İddiaçı BOKT ASC-dən kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda, göstərilən müqavilələr əsasında kredit məbləğlərini, həmin müqavilələr ilə müəyyən edilmiş faizləri və cəriməni iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqavilələri əsasında iddiaçıdan kredit vəsaitlərini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitlərini, həmin kreditlərdən yaranan faiz və cərimə borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Bununla da, Cavabdeh2 onunla İddiaçı BOKT ASC arasında bağlanılmış kredit müqavilələrini əhəmiyyətli dərəcədə pozmuşdur. Məhkəmə iş üzrə Cavabdeh1 nümayəndəsi və vəkili X3 iddia tələbinə etirazı ilə bağlı bildirir ki, bəli hər yerdə olduğu kimi, Azərbaycanda da koronavirus pandemiyası ilə bağlı çətinliklər olmuşdur və hazırda da var. Bakı və Sumqayıt şəhərlərində və Abşeron rayonu ərazisində müəyyən aylar ərzində xüsusi karantin rejimi tətbiq olunmuş, sonradan məhdudiyyətlər götürülmüşdür. Lakin hazırkı iş üzrə Cavabdeh2 istər xüsusi karantin dövründə, istərsə də onun ləğvindən sonra kredit borclarını ödəməyə cəhdlər etməmişdir. Yəni, onun tərəfindən kredit müqavilələri üzrə öhdəliklərin yerinə yetirilməməsi tamamilə koronavirus pandemiyası ilə əlaqələndirilə bilməz. Ona görə də, məhkəmə hesab edir ki, iş üzrə Cavabdeh2 kredit müqavilələri üzrə öhdəliklərinin yerinə yetirilməməsində onun təqsirliliyi istisna oluna bilməz. Bu səbəbdən, məhkəmə hesab edir ki, İddiaçı BOKT ASC müqavilələrin ləğvini, verdiyi kreditləri, həmin kreditlərə hesablanmış faizləri, cəriməni və həmin kreditlərin əvəzinin ipoteka predmetinə yönəldilməsini tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirilməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası MM-nin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. “İpoteka haqqında” Qanunun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1.2-ci maddəsinə əsasən əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması üçün əsasdır. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh2 müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş, yəni müqavilələri əhəmiyyətli dərəcədə pozmuşdur. Ona görə də, İddiaçı BOKT ASC hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə, tələbin ipotekaya qoyulmuş daşınmaz əmlaka yönəldilməsinə dair hissəsini araşdıraraq hesab edir ki, iddia bu hissədə əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinin tələbinə əsasən, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidərsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Göstərilən qanunvericilik aktları normalarına əsasən məhkəmə hesab edir ki, qeyd olunan kredit müqavilələri üzrə borclu Cavabdeh2 İddiaçı BOKT ASC-nə olan pul öhdəliyi digər Cavabdeh1 mülkiyyətində olan Sumqayıt şəhəri, 41-ci məhəllə, ev 1A ünvanında yerləşən 40 saylı mənzil ilə ipoteka şəklində təmin edildiyindən və Cavabdeh2 iddiaçı qarşısında olan pul öhdəliyini yalnız özünün cavabdeh olduğu səbəblərdən icra etmədiyindən, borc tələbi kreditin təminatı kimi ipoteka qoyulmuş göstərilən əmlaka yönəldilməlidir. Məhkəmə, eyni zamanda, tələbin ipoteka qoyulmuş əmlaka yönəldilməsi qaydasını müəyyən edərək, belə nəticəyə gəlir ki, İddiaçı BOKT ASC-nin tələbinin ipoteka qoyulmuş göstərilən əmlaklara yönəldilməsi Mülki Məcəllənin 317.2-ci maddəsinin tələbinə uyğun olaraq, ipoteka qoyulmuş göstərilən əmlakın açıq hərracdan satış yolu ilə realizə edilməlidir. Məhkəmə ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı qeyd edir ki, ipoteka predmeti olan Sumqayıt şəhəri, 41-ci məhəllə, ev 1A ünvanında yerləşən 40 saylı mənzilin ipoteka müqavilələrində tərəflərin razılığı ilə 50000 manat məbləğində qiymətləndirildiyini və hazırda həmin evin ilkin satış qiymətinin 50000 manat məbləğində müəyyən edilməsinə məhkəmədə tərəflərin etiraz bildirmədiklərini, eləcə də ipoteka müqavilələrin bağlandığı 2020-ci ilin fevralından çox vaxt keçmədiyini və bu müddət ərzində maliyyə və daşınmaz əmlak bazarlarında nəzərəçarpacan dəyişikliklər olmadığını nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, Sumqayıt şəhəri, 41-ci məhəllə, ev 1A ünvanında yerləşən 40 saylı mənzilin ilkin satış qiyməti 50000 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə iddia tələbinin dəbbə pulu borclarınını tutulması hissəsi ilə bağlı hesab edir ki, xx.xx.2020-ci il tarixli, 2020/00049-01 №-li Kredit müqaviləsi üzrə əsas borc 14.300 AZN təşkil etdiyi halda 3.188,90 AZN məbləğində dəbbə pulu hesablanması tənasübsüz surətdə yüksək olduğuna görə dəbbə pulu borcu 300 manata qədər azaldılmalıdır. Həmçinin, xx.xx.2020-ci il tarixli, 2020/00055-01 №-li Kredit müqaviləsi üzrə əsas borc 3.600 ABŞ dolları təşkil etdiyi halda, 781,20 ABŞ dolları məbləğində dəbbə pulu hesablanması tənasübsüz surətdə yüksək olduğuna görə dəbbə pulu borcu 70 ABŞ dollarına qədər azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia qismən əsaslı olduğuna görə qismən təmin edilərək, İddiaçı BOKT ASC ilə Cavabdeh2 arasında bağlanmış xx xxxxxx 2020-ci il tarixli, 2020/00049- 01 №-li İstehlak krediti müqaviləsi və xx xxxxxx 2020-ci il tarixli, 2020/00055-01 saylı Kredit müqaviləsi vaxtından əvvəl ləğv edilməlidir. Cavabdeh2 xx xxxxxx 2020-ci il tarixli, 2020/00049- 01 №-li İstehlak krediti müqaviləsi üzrə 14.300 manat məbləğində əsas borc, 3.260,70 manat məbləğində faiz borcu və ödənişlərin gecikdirilməsinə görə 300 manat məbləğində dəbbə pulu; xx xxxxxx 2020-ci il tarixli, 2020/00055-01 saylı Kredit müqaviləsi üzrə 3.600 ABŞ dolları məbləğində əsas borc, 583.20 ABŞ dolları məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə 70 ABŞ dolları məbləğində dəbbə pulu ödəniş gününə olan məzənnə üzrə manatla tutularaq İddiaçı BOKT ASC-yə ödənilməlidir. Tələb ipoteka predmeti olan Cavabdeh1 məxsus ünvan 2 ünvanında yerləşən 40 nömrəli mənzilə yönəldilməli, ünvan 2 ünvanında yerləşən 40 nömrəli mənzilin ilkin satış qiyməti 50.000 manat məbləğində müəyyən edilməklə, həmin mənzil açıq hərracdan satılmalı, mənzilin satışından əldə olunacaq vəsait hesabına Cavabdeh2 iddiaçıya olan borcları ödənilməli, borc ödənildikdən sonra artıq vəsait qalarsa, evin mülkiyyətçisi olan Cavabdeh1 qaytarılmalıdır. İpoteka predmeti açıq hərracda satıldıqdan sonra cavabdeh ən gec bir ay ərzində könüllü olaraq çıxmasa, istifadə hüquqlarını itirməklə ipoteka predmeti olan əmlakdan əşyaları ilə birlikdə çıxarılmalıdır. İddia qalan hissədə əsassız olduğu üçün təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MM-nin 439.1-ci maddəsinə əsasən, pul öhdəliyi manatla ifadə edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı BOKT ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilsin. Tərəflər arasında bağlanmış xx xxxxxx 2020-ci il tarixli, 2020/00049- 01 №-li İstehlak krediti müqaviləsi və xx xxxxxx 2020-ci il tarixli, 2020/00055-01 saylı Kredit müqaviləsi ləğv edilsin. Cavabdeh2 xx xxxxxx 2020-ci il tarixli, 2020/00049- 01 №-li İstehlak krediti müqaviləsi üzrə 14.300 manat məbləğində əsas borc, 3.260,70 manat məbləğində faiz borcu və ödənişlərin gecikdirilməsinə görə 300 manat məbləğində dəbbə pulu, cəmi 17.860,70 manat; xx xxxxxx 2020-ci il tarixli, 2020/00055-01 saylı Kredit müqaviləsi üzrə 3.600 ABŞ dolları məbləğində əsas borc, 583.20 ABŞ dolları məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə 70 ABŞ dolları məbləğində dəbbə pulu, cəmi 4.253,20 ABŞ dolları ödəniş gününə olan məzənnə üzrə manatla tutularaq İddiaçı BOKT ASC-yə ödənilsin. Tələb ipoteka predmeti olan Cavabdeh1 məxsus ünvan 2 ünvanında yerləşən 40 nömrəli mənzilə yönəldilsin. ünvan 2 ünvanında yerləşən 40 nömrəli mənzilin ilkin satış qiyməti 50.000 manat məbləğində müəyyən edilsin. Həmin mənzil açıq hərracdan satılsın. Həmin mənzilin satışından əldə olunacaq vəsait hesabına Cavabdeh2 iddiaçıya olan borcu ödənilsin. Borc ödənildikdən sonra artıq vəsait qalarsa, evin mülkiyyətçisi olan Cavabdeh1 qaytarılsın. İpoteka predmeti açıq hərracda satıldıqdan sonra cavabdeh ən gec bir ay ərzində könüllü olaraq çıxmasa, istifadə hüquqlarını itirməklə ipoteka predmeti olan əmlakdan əşyaları ilə birlikdə çıxarılsın. İddia qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 85%-i iddiaçıya, 15%-i cavabdehlərə aid edilsin. Cavabdehlərdən müştərək qaydada 25 manat pul alınaraq, İddiaçı BOKT ASC-yə ödənilsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Xəqani Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar