Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-60/2025 27.01.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, X3 qızının katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 (X1 müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb edilmişdir) qarşı verilmiş “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 (X1 müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb edilmişdir) qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеhlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 16 noyabr 2022-ci il tarixli 017R********** nömrəli krеdit razılaşması üzrə 24161,89 (iyirmi dörd min yüz altmış bir manat, səksən doqquz qəpik) manat məbləğində əsas bоrc, 1795,24 (min yeddi yüz doxsan beş manat, iyirmi dörd qəpik) manat məbləğində faiz bоrcu, 488,07 (dörd yüz səksən səkkiz manat, yeddi qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 26445,2 (iyirmi altı min dörd yüz qırx beş manat, iyirmi qəpik) manat məbləğində borcun, 15 may 2023-cü il tarixli 017R********** nömrəli krеdit razılaşması üzrə 9241,94 (doqquz min iki yüz qırx bir manat, doxsan dörd qəpik) manat məbləğində əsas bоrc, 750,4 (yeddi yüz əlli manat, qırx qəpik) manat məbləğində faiz bоrcu və 192,23 (yüz doxsan iki manat, iyirmi üç qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 10184,57 (on min yüz səksən dörd manat, əlli yeddi qəpik) manat məbləğində bоrcun, ümumilikdə 36629,77 (otuz altı min altı yüz iyirmi doqquz manat, yetmiş yeddi qəpik) manat məbləğində pul vəsaitinin və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 199,89 manat məbləğində dövlət rüsumunun iddiaçının хеyrinə tutulması, tutmanın Cavabdeh2 məxsus “Man TGA 18.440 4x2 BLS” markalı **- HR-*** dövlət qeydiyyat nişanlı yəhərli dartıcı nəqliyyat vasitəsinə yönəldilməsi, həmin nəqliyyat vasitəsinin açıq hərracdan satılması və cəmi 36629,77 manat məbləğində bоrcun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 199,89 manat məbləğində dövlət rüsumunun həmin nəqliyyat vasitəsinin hərracdan satışından əldə olunan vəsait hesabına iddiaçıya ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən ümumi qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış 15 noyabr 2022-ci il tarixli 017L**********34 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsinə əsasən Cavabdeh2 120 ay müddətinə 300000 manat məbləğində krеdit хətti açılmışdır. Bundan başqa, 15 may 2023-cü il tarixli 017S**********01 nömrəli qoşulma barədə sazişlə uzunmüddətli kredit və təminat müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеh Cavabdeh1 zamin qismində bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. Uzunmüddətli kredit və təminat müqaviləsi əsasında Cavabdeh2 İddiaçı QSC ilə bağladığı 16 noyabr 2022-ci il tarixli 017R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.75 faiz оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 30000 manat məbləğində məbləğində kredit götürmüşdür. O, uzunmüddətli kredit və təminat müqaviləsinin 2.7-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmışdır. Cavabdeh2 götürdüyü krеdit bоrcundan 5838,11 manat ödəmiş, onun 24161,89 manat məbləğində kredit borcu qalmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün kredit faizi kreditin faiz dərəcəsinin 1/360 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən, Cavabdeh2 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 13 fevral 2024-cü il tarixə 148 gün üçün hesablanmış faiz borcu 1795,24 manat təşkil edir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.9-cu bəndinə uyğun оlaraq bоrclu ödəniş planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,02 % məbləğində cərimə ödəməlidir. 13 fevral 2024-cü il tarixə 148 gün üçün hеsablanmış cərimə 488,07 manat təşkil edir. Bundan başqa, uzunmüddətli kredit və təminat müqaviləsi əsasında Cavabdeh2 İddiaçı QSC ilə bağladığı 15 may 2023cü il tarixli 017R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma əsasında 30 ay müddətinə, aylıq faiz dərəcəsi 1.9167 faiz оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 10000 manat məbləğində kredit götürmüşdür. Cavabdeh2 götürdüyü krеdit bоrcundan 758,06 manat ödəmiş, onun 9241,94 manat məbləğində kredit borcu qalmışdır. Cavabdeh2 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 13 fevral 2024-cü il tarixə 151 gün üçün hesablanmış faiz borcu 750,4 manat təşkil edir. Həmin tarixə 151 gün üçün hеsablanmış cərimə 192,23 manat təşkil edir. Krеdit xətti müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdeh - ipoteka verən Cavabdeh2 ilə bank arasında bağlanılmış 15 noyabr 2022-ci il tarixli 017M**********01 nömrəli ipoteka müqaviləsi əsasında “Man TGA 18.440 4x2 BLS” markalı **-HR-*** dövlət qeydiyyat nişanlı yəhərli dartıcı nəqliyyat vasitəsi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. DİN BDYPİ-nin Sumqayıt RQİ və TBŞ tərəfindən verilmiş 144485 nömrəli çıxarışa əsasən, Cavabdeh2 məxsus olan “Man TGA 18.440 4x2 BLS” markalı **-HR-*** qeydiyyat nişanlı yəhərli dartıcı nəqliyyat vasitəsi Cavabdeh2 kredit öhdəliklərinin icrasını təmin еtmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsini müdafiə edərək izahatında bildirdi ki, iş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyində nəqliyyat vasitəsinin likvid dəyəri 33200 manat məbləğində müəyyən edilmişdir. İpoteka müqaviləsində isə həmin nəqliyat vasitəsinin dəyəri 17500 manat məbləğində qeyd edilmişdir. Qiymətlərdə fərq olmasına baxmayaraq, məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyinə etiraz etmir. Məhkəmə-mühasibatlıq ekspertizasının rəyindəki məbləğlər isə iddiaçının iddia ərizəsində tələb etdiyi məbləğlərdən çoxdur. Bununla əlaqədar məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə də etiraz edilmir. Cavabdehlərə göndərilmiş pretenziya məktublarında qeyd edilən və iddia ərizəsində göstərilən faiz borcları eynilik təşkil edir. İddia ərizəsi ilə məhkəməyə müraciət olunduqdan sonra cavabdehlər tərəfindən hər hansı ödəniş həyata keçirilməmişdir. İddiaçının nümayəndəsi göstərilənlərin nəzərə alınaraq iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehlər məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq, işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materialları: İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış 15 noyabr 2022-ci il tarixli 017L**********34 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsinin 2.2ci bəndi ilə müəyyən edilir ki, Cavabdeh2 sahibkarlıq fəaliyyətinin maliyyələşdirilməsi məqsədilə 120 ay müddətinə 300000 manat məbləğində kredit xətti açılmışdır. Həmin müqavilənin 2.7-ci bəndinə görə kredit alan hər bir kredit üzrə kredit borcunu, kredit faizini, xərcləri və başqa məsrəfləri bu müqavilənin tələbləri nəzərə alınmaqla müvafiq kredit sazişində müəyyən olunmuş qaydada, habelə olduğu halda ödəniş planına və ya ödəniş haqları cədvəlinə uyğun olaraq banka qaytarmağı öz öhdəsinə götürür. Həmin müqavilənin 2.13-cü bəndinə əsasən, zamin bu müqavilə üzrə kredit alanın öhdəliklərinin icrası üçün kredit alan ilə birgə və tam məsuliyyət daşıyır. Həmin müqavilənin 2.15-ci bəndinə əsasən, tərəflər bu müqaviləni bağlamaqla təsdiq və bəyan edirlər ki, üçüncü şəxs(lər) bank ilə qoşulma barədə saziş imzalamaqla zamin və girov qoyan qismində bu müqaviləyə qoşula bilər(lər). Üçüncü şəxs(lər) qoşulma barədə sazişi imzaladığı andan müqavilənin tərəfi hesab olunur və tərəflərin bu müqavilədə razılaşdırdığı şərtləri tam şəkildə qəbul və təsdiq etmiş hesab olunur. Həmin müqavilənin 2.16-cı bəndinə əsasən, qoşulma barədə sazişin imzalanması və yeni zamin və (və ya) girov qoyanın müqaviləyə qoşulması ilə əlaqədar tərəf(lər)in razılığının və ya təsdiqinin alınması tələb olunmur. Bank öz mülahizəsinə uyğun olaraq qoşulma barədə sazişi imzalamaq hüququna malikdir. Həmin müqavilənin 4.9-cu bəndinə görə bank kredit alan krediti və kredit faizini vaxtında və lazımi qaydada qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,02 %-i məbləğində cərimə borcu hesablamaq hüququna malikdir. Bank hesablanmış cərimə borcunu öz mülahizəsinə uyğun olaraq kredit alanın bankda olan hesab(lar)ından birtərəfli qaydada akseptsiz şəkildə silir və ya həmin cərimə borcunun ödənilməsini kredit alandan tələb edir. Həmin müqavilənin 11.1-ci bəndinə əsasən zamin kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və bank qarşısında kredit alan ilə birlikdə birgə məsuliyyət daşıyır. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış 16 noyabr 2022-ci il tarixli 017R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşmaya əsasən bank məbləği 30000 manat olan krediti illik faiz dərəcəsi 21 % olmaqla 36 ay müddətinə kredit alana verir. Həmin kredit sazişində bu sazişin tərəflər arasında 15 noyabr 2022-ci il tarixli 017L**********34 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsi üzrə bağlandığı qeyd edilmişdir. İş materiallarında olan 16 noyabr 2022-ci il tarixli 017R********** nömrəli razılaşma üzrə tərtib edilmiş ödəniş cədvəlinə əsasən, Cavabdeh2 banka olan borcu üçün son ödəniş tarixi 16 iyul 2025-ci il olmaqla müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi tərəflər arasında razılaşdırılmışdır. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış 15 may 2023cü il tarixli 017R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşmaya əsasən bank məbləği 10000 manat olan krediti illik faiz dərəcəsi 23 % olmaqla 30 ay müddətinə kredit alana verir. Həmin kredit sazişində bu sazişin tərəflər arasında 15 noyabr 2022-ci il tarixli 017L**********34 uzunmüddətli kredit və təminat müqaviləsi üzrə bağlandığı qeyd edilmişdir. İş materiallarında olan 15 may 2023-cü il tarixli 017R********** nömrəli razılaşma üzrə tərtib edilmiş ödəniş cədvəlinə əsasən, Cavabdeh2 banka olan borcu üçün son ödəniş tarixi 17 noyabr 2025-ci il olmaqla müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi tərəflər arasında razılaşdırılmışdır. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 15 may 2023cü il tarixli 017S**********01 nömrəli qoşulma barədə sazişin 1-ci bəndinə əsasən, zamin (Cavabdeh1) kredit alanın bu sazişin 2-ci bəndində göstərilən öhdəliklərini təmin etmək məqsədilə sazişi imzalamaqla müqaviləyə (15 noyabr 2022-ci il tarixli 017L**********34 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsinə) qoşulur və buna müvafiq olaraq müqavilə üzrə kredit alanın həm bu sazişin imzalanması anınadək mövcud olan, həm də bu saziş imzalandıqdan sonra yaranan öhdəliklərinin icrası üçün kredit alanla birgə və tam məsuliyyət daşıyır. İş materiallarında olan ipoteka saxlayan (İddiaçı QSC) ilə ipoteka qoyan (Cavabdeh2) arasında bağlanmış 15 noyabr 2022-ci il tarixli tarixli 017M**********01 nömrəli ipoteka müqaviləsinin 1.1-ci bəndinə əsasən, ipoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan bu müqavilənin 2-ci bəndində qeyd edilən əmlakı (“Man TGA 18.440 4x2 BLS” markalı **-HR-*** dövlət qeydiyyat nişanlı (istehsal ili:2007, rəngi:qırmızı, maksimal kütlə:1800 kq, yüksüz kütlə:6880 kq, mühərrikin həcmi: 10518, şassi nömrəsi: WMAH06ZZ47W088908) yəhərli dartıcı nəqliyyat vasitəsini) 15 noyabr 2022-ci il tarixdə Xırdalan şəhərində bağlanmış 017L**********34 saylı uzunmüddətli kredit və təminat müqaviləsinə əsasən yaranmış öhdəliyinin icrasının təmin edilməsi məqsədilə ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edir. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən, ipoteka predmetinə mülkiyyət hüququnu təsdiq edən rəsmi sənəd: Azərbaycan Respublikası DİN BDYPİ Qİİ tərəfindən 05 noyabr 2022-ci il tarixdə verilmiş BB321461 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsidir. Həmin müqavilənin 2.5-ci bəndinə əsasən, ipoteka predmetinin dəyəri - ilkin satış qiyməti tərəflərin qarşılıqlı razılığı ilə 17500 manat təşkil edir. Həmin müqavilənin 9.1-ci bəndinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka saxlayana ipoteka predmetinə tutma yönəltmək hüququ verir. İş materiallarında olan 16 noyabr 2022-ci il tarixli 144485 nömrəli ipoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən çıxarışdan görünür ki, Cavabdeh2 məxsus olan “Man TGA 18.440 4x2 BLS” markalı **-HR-*** qeydiyyat nişanlı yəhərli dartıcı nəqliyyat vasitəsi Cavabdeh2 15 noyabr 2022-ci il tarixli 017L**********34 nömrəli müqavilə üzrə kredit öhdəliklərinin icrasını təmin еtmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İş materiallarında olan 12 mart 2024-cü il tarixli OUT-2024/03/12-129 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh2 16 noyabr 2022-ci il tarixli 017R********** nömrəli kredit razılaşması üzrə 13 fevral 2024-cü il tarixinə iddiaçıya 24161,89 manat məbləğində bоrc, 1795,24 manat məbləğində faiz borcu və 488,07 manat məbləğində cərimə оlmaqla, cəmi 26445,2 manat məbləğində borcu vardır. İş materiallarında olan 12 mart 2024-cü il tarixli OUT-2024/03/12-131 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh2 15 may 2023-cü il tarixli 017R********** nömrəli kredit razılaşması üzrə 13 fevral 2024-cü il tarixinə iddiaçıya 9241,94 manat məbləğində bоrc, 750,4 manat məbləğində faiz borcu və 192,23 manat məbləğində cərimə оlmaqla, cəmi 10184,57 manat məbləğində borcu vardır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən məhkəməyə məhkəmə-mühasibatlıq ekspertizası üzrə təqdim edilmiş 30 sentyabr 2024-cü il tarixli 9/6953 nömrəli ekspert rəyindən görünür ki, Cavabdeh2 16 noyabr 2022-ci il tarixli 017R********** nömrəli kredit müqaviləsi üzrə 13 fevral 2024-cü il tarixə 24275,71 manat məbləğində əsas, 2209,09 manat məbləğində faiz borcu, 15 may 2023-cü il tarixli 017R********** nömrəli kredit müqaviləsi üzrə həmin tarixə 9256,37 manat məbləğində əsas, 1009,9 manat məbləğində faiz borcu müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən məhkəməyə məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə təqdim edilmiş 02 dekabr 2024-cü il tarixli 9/6982 nömrəli ekspert rəyindən görünür ki, “Man TGA 18.440 4x2 BLS” markalı **-HR-*** qeydiyyat nişanlı qoşqusuz yəhərli dartıcı nəqliyyat vasitəsinin orta bazar qiyməti təxminən36800 manat, 10 faiz azalma əmsalı tətbiq edilməklə həmin nəqliyyat vasitəsinin likvid dəyəri təqribən 33200 manat müəyyən olunur. Qoşqunun markasından, modelindən, istehsal ilindən, texniki göstəricilərindən, təyinatından asılı olaraq qiymətlərdə dəyişiklik ola bilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.4-cü və 269.5-ci maddələrinə əsasən, ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Həmin Məcəllənin 269.7-ci maddəsinə əsasən, girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Həmin Məcəllənin 270.1-ci maddəsinə əsasən, girov və ipoteka müqavilə üzrə əmələ gəlir. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci və 319.4-cü maddələrinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiyməti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci və 739.2-ci maddələrinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” 24 fevral 2023-cü il tarixli Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qüvvədə olmuş redaksiyasına əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi və (və ya) ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallara aiddir. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, ipoteka predmetinin ilkin satış qiymətini qərarda göstərməlidir, ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi: Yuxarıda təsvir olunanlarla müəyyən edilir ki, tərəflər arasında bağlanmış 15 noyabr 2022-ci il tarixli uzunmüddətli kredit və təminat müqaviləsi, 16 noyabr 2022-ci il tarixli və 15 may 2023-cü il tarixli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşmalar üzrə Cavabdeh2 üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməyərək iddiaçıya ödənilməli olan kredit məbləğini tam ödəməmiş, bununla da müqavilə öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Həmin müqavilələr üzrə o, öhdəliklərini müvafiq qaydada yerinə yetirmədiyindən, uzunmüddətli kredit və təminat müqaviləsinin və qoşulma barədə sazişin şərtlərinə əsasən, onunla birlikdə həmçinin zamin Cavabdeh1 də kreditor qarşısında borclu ilə eyni həcmdə birgə məsuliyyəti yaranmışdır. Məhkəmə qeyd edir ki, iddiaçı və Cavabdeh2 arasında bağlanmış 16 noyabr 2022-ci il tarixli 017R********** nömrəli və 15 may 2023-cü il tarixli 017R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşmalar üzrə tutulmalı olan əsas borcun və faiz borcunun məbləğləri müəyyən edilərkən iddia tələbi və cavabdehin mənafeyi nəzərə alınaraq əsas borcun məbləği məhkəmə-mühasibatlıq ekspertizasının 30 sentyabr 2024-cü il tarixli 9/6953 nömrəli nömrəli ekspert rəyində müəyyən edilmiş nəticələrə əsasən deyil, Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinin tələbləri (hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır) nəzərə alınmaqla, iddiaçı tərəfindən verilmiş iddia tələbinə uyğun olaraq müəyyən edilməlidir. Çünki hər iki razılaşma üzrə hesablanmış əsas və faiz borclarının məbləğləri ekspert rəyində hesablanmış məbləğlərdən az məbləğdədir və bu səbəbdən də həmin razılaşmalar üzrə borcların tutulmasında ekspert rəyində müəyyən edilmiş nəticə nəzərə alınmayaraq, iddia ərizəsində tələb edilən məbləğlərdə əsas və faiz borcları tutulmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehlərdən müştərək qaydada 16 noyabr 2022-ci il tarixli 017R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 24161,89 manat məbləğində əsas bоrc, 1795,24 manat məbləğində faiz bоrcu, 15 may 2023-cü il tarixli 017R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 9241,94 manat məbləğində əsas bоrc, 750,4 manat məbləğində faiz bоrcunun iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. İddia tələbinin cavabdehlərdən müştərək qaydada 16 noyabr 2022-ci il tarixli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 488,07 manat və 15 may 2023-cü il tarixli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 192,23 manat məbləğində cərimənin tutulmasına aid hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Cavabdeh2 kredit razılaşmaları üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə təsdiq edildiyindən və həmin müqavilələrdə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi də nəzərdə tutulduğundan (uzunmüddətli kredit və təminat müqaviləsinin 4.9-cu bəndi) iddiaçı cavabdehlərdən cərimənin ödənilməsini də tələb etməkdə haqlıdır və iddia tələbi bu hissədə də təmin edilməlidir. İddiaçı və Cavabdeh2 arasında bağlanmış 15 noyabr 2022-ci il tarixli uzunmüddətli kredit və təminat müqaviləsi üzrə Cavabdeh2 üzərinə düşən öhdəliklərin icrasının təmin edilməsi məqsədilə iddiaçı və Cavabdeh2 arasında bağlanmış 15 noyabr 2022-ci il tarixli 017M**********01 nömrəli ipoteka müqaviləsinə əsasən “Man TGA 18.440 4x2 BLS” markalı **-HR-*** qeydiyyat nişanlı yəhərli dartıcı nəqliyyat vasitəsi ipoteka ilə yüklü edilmişdir. Kredit razılaşmaları üzrə müvafiq pul vəsaitlərinin ipoteka ilə yüklü edilmiş həmin nəqliyyat vasitəsinə yönəldilməsi barədə tələb Mülki Məcəllənin 317-ci və 319-cu maddələrinin və “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğundur. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, ipoteka predmetinin ilkin satış qiymətini qərarda göstərməlidir, ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının nəticəsi olaraq verilmiş 02 dekabr 2024-cü il tarixli 3-16-16/2-9/6982/2024 nömrəli ekspert rəyini nəzərə alaraq hesab edir ki, ipotekaya qoyulmuş əmlakın ilkin satış (likvid) qiyməti 33200 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə iddia tələbinin “satışdan əldə edilmiş vəsait borcun ödənilməsi üçün yetərli olmazsa, borcun qalan hissəsinin cavabdehlərdən ümumi qaydada tutulması”na dair hissəsi ilə bağlı məhkəmə yuxarıda göstərilənləri və iş üzrə məhkəmə araşdırması zamanı müəyyən olunan digər halları, o cümlədən Mülki Məcəllənin, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun və "İpoteka haqqında" Azərbaycan Respublikasının Qanununun tələblərini nəzərə alaraq hesab edir ki, tələbin həmin hissədə əsaslılığı müəyyən olunmadığı üçün təmin edilməməlidir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 45.6-cı maddəsinə əsasən, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Göründüyü kimi, borcun yönəldiyi ipoteka predmetinin satışından əldə edilən vəsait cavabdehlərdən tutulan borcu tam ödəmədikdə, ödənilməyən hissənin cavabdehlərdən alınması, yəni qətnamə əsasında verilmiş icra sənədi ödənilməyən hissədə yuxarıda qeyd olunan Məcəllə və Qanunların tələblərinə uyğun olaraq ümumi qaydada icra edilir. Yəni satışdan əldə edilən məbləğ borcun ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin cavabdehlərdən tutulması qətnamənin icrası zamanı həll edilən məsələlərə aid olduğundan iddianın həmin hissədə əsassız hesab edilərək təmin edilməməlidir. Bundan başqa, iddia tələbinin 199,89 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmasına aid hissəsinə gəldikdə, iş materiallarında olan 10 may 2024-cü il tarixli ********** nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət edilən zaman 199,89 manat məbləğində dövlət rüsumu ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda, 120 manat + 10000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda istinad edilən normalar nəzərə alınaraq hazırkı iddia tələbi üzrə iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumunun məbləği 199,89 manat təşkil etdiyindən, həmin məbləğdə pul vəsaiti cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 30 sentyabr 2024-cü il tarixli 9/6953 nömrəli və 02 dekabr 2024-cü il tarixli 9/6982 nömrəli ekspert rəylərinə əlavə olunmuş ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, aparılan ekspertiza tədqiqatının dəyəri ümumilikdə 245 manat təşkil etmişdir. Hazırkı iddia ərizəsi qismən təmin edildiyindən iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 245 manat məbləğində pul vəsaiti Mülki Prosessual Məcəllənin yuxarıda istinad edilmiş 119.1-ci maddəsinə əsasən, cavabdehlərdən müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirib, istinad olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdеhlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 16 noyabr 2022-ci il tarixli 017R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 24161,89 manat məbləğində əsas bоrc, 1795,24 manat məbləğində faiz bоrcu və 488,07 manat məbləğində cərimə, 15 may 2023-cü il tarixli 017R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 9241,94 manat məbləğində əsas bоrc, 750,4 manat məbləğində faiz bоrcu və 192,23 manat məbləğində cərimə və məhkəməyə iddia ərizəsinin verilməsi üçün ödənilmiş 199,89 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 36829,66 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalı, cavabdehlərdən tutulmalı olan cəmi 36829,66 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmiş Cavabdeh2 xüsusi mülkiyyətində olan “MAN TGA 18.440 4x2 BLS” markalı **-HR-*** dövlət qeydiyyat nişanlı yəhərli dartıcı nəqliyyat vasitəsinə yönəldilməli və həmin ipoteka predmeti açıq hərracda satılaraq iddiaçıya olan cəmi 36829,66 manat məbləğində borc ödənilməli, qeyd edilən nəqliyyat vasitəsinin ilkin satış qiyməti 33200 manat müəyyən edilməli, iddia qalan hissədə təmin edilməməli, həmçinin iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 245 manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdеhlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 16 noyabr 2022-ci il tarixli 017R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 24161,89 (iyirmi dörd min yüz altmış bir manat, səksən doqquz qəpik) manat məbləğində əsas bоrc, 1795,24 (min yeddi yüz doxsan beş manat, iyirmi dörd qəpik) manat məbləğində faiz bоrcu və 488,07 (dörd yüz səksən səkkiz manat, yeddi qəpik) manat məbləğində cərimə, 15 may 2023-cü il tarixli 017R********** nömrəli kredit sazişibiznes krediti və girov barədə qarışıq razılaşma üzrə 9241,94 (doqquz min iki yüz qırx bir manat, doxsan dörd qəpik) manat məbləğində əsas bоrc, 750,4 (yeddi yüz əlli manat, qırx qəpik) manat məbləğində faiz bоrcu və 192,23 (yüz doxsan iki manat, iyirmi üç qəpik) manat məbləğində cərimə və məhkəməyə iddia ərizəsinin verilməsi üçün ödənilmiş 199,89 (yüz doxsan doqquz manat, səksən doqquz qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 36829,66 (otuz altı min səkkiz yüz iyirmi doqquz manat, altmış altı qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Cavabdehlərdən tutulmalı olan cəmi 36829,66 (otuz altı min səkkiz yüz iyirmi doqquz manat, altmış altı qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmiş Cavabdeh2 xüsusi mülkiyyətində olan "MAN TGA 18.440 4x2 BLS" markalı **-HR-*** dövlət qeydiyyat nişanlı yəhərli dartıcı nəqliyyat vasitəsinə yönəldilsin və həmin ipoteka predmeti açıq hərracda satılaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə olan cəmi 36829,66 (otuz altı min səkkiz yüz iyirmi doqquz manat, altmış altı qəpik) manat məbləğində borc ödənilsin. İpoteka predmeti olan "MAN TGA 18.440 4x2 BLS" markalı **-HR-*** dövlət qeydiyyat nişanlı yəhərli dartıcı nəqliyyat vasitəsinin ilkin satış qiyməti 33200 (otuz üç min iki yüz) manat müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 245 (iki yüz qırx beş) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(119)-60/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-60/2025
27.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver