Məhkəmə qərarları › İş №e-2-2(119)-601/2024

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-601/2024

24.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-601/2024 24.04.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlu, İddiaçı tərəfindən Cavabdeh qarşı verilmiş “malların qaytarılması” tələbi barədə iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Cavabdeh qarşı “malların qaytarılması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tərəflər arasında bağlanmış 07 noyabr 2019-cu il tarixli 0210-RAA-GM/19 nömrəli konsiqnasiya müqaviləsinə əsasən 1 ədəd KİXX GS Oil Treatment 0.444L 5,95 manat, 1 ədəd AF/Coolant 1L 7,65 manat, 1 ədəd AF/Coolant 3L 21,25 manat, 2 ədəd KİXX ATF DX-İİİ 4L 66 manat, 2 ədəd KİXX ATF DX-Vİ 1L 21manat, 2 ədəd KİXX ATF DX-Vİ 4L 84 manat, 2 ədəd KİXX ATF DX-İİİ 1L 18 manat, 2 ədəd KİXX G 10W-40 SL 1L 13,50 manat, 2 ədəd KİXX G 10W-40 SL 4L “Plastic Packing” 48 manat, 2 ədəd KİXX G1 OW-20 SN PLUS 1L 22,50 manat, 2 ədəd KİXX G1 OW-20 SN PLUS 4L 78 manat, 2 ədəd KİXX G1 OW-30 SN PLUS 1L 22,50 manat, 2 ədəd KİXX G1 OW-30 SN PLUS 4L 78 manat, 2 ədəd KİXX G1 10W-30 SN PLUS 1L 18 manat, 2 ədəd KİXX G1 10W-30 SN PLUS 4L 66 manat, 2 ədəd KİXX G1 10W-40 SN PLUS 4L “İron Packing” 57 manat, 2 ədəd KİXX G1 10W-40 SN/CF 1L 17 manat, 2 ədəd KİXX G1 5W-30 SN PLUS 1L 19,50 manat, 2 ədəd KİXX G1 5W-30 SN PLUS 4L 72,00 manat, 2 ədəd KİXX G1 5W-40 SN PLUS 4L 72 manat, 2 ədəd KİXX Geartec 75W-90 GL-5 1L 16,50 manat, 2 ədəd KİXX ATF MULTİ 4L 75 manat, 2 ədəd KİXX PAO A3/B4 5W-30 SN 1L 36 manat, 2 ədəd KİXX PAO A3/B4 5W-30 SN 4L 132 manat, 2 ədəd KİXX X1 (PSV) 1L 24 manat, 2 ədəd KİXX SHD DOT 3 0.5L 16 manat, 2 ədəd KİXX SHD DOT 4 0.5L 16 manat, 2 ədəd KİXX Engine Clean 1L 12,60 manat , 2 ədəd KİXX Engine Clean 4L 46 manat, 2 ədəd KİXX G1 10W-40 SN PLUS 3L 43,40 manat, 2 ədəd KİXX G1 5W-40 SN PLUS 3L 54 manat, 2 ədəd KİXX HD 15W-40 CF-4 6L 60 manat, 2 ədəd KİXX HD 15W-40 CF-4/SG 1L 12 manat, 2 ədəd KİXX HD1 10W-40 Cİ- 4 1L 15 manat, 2 ədəd KİXX HD1 10W-40 Cİ-4 6L 84 manat olmaqla ümumi dəyəri 1450 (min dörd yüz əlli) manat məbləğindəki malların cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, aralarında bağlanmış 07 noyabr 2019-ci il tarixli 0210-RAA-GM/19 nömrəli konsiqnasiya müqaviləsinə əsasən, satıcı (iddiaçı) müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 və 2 saylı əlavələrdə göstərilmiş malları sifarişə uyğun miqdarda və çeşiddə alıcıya satmağı, alıcı (cavabdeh) isə öz növbəsində bu malların əvəzini müqavilə ilə nəzərdə tutulmuş qaydada və şərtlərdə ödəməyi öhdəsinə götürmüş, cavabdehə iddiaçı tərəfindən ümumi dəyəri 3114,70 manat məbləğində olan məhsul satılmış, cavabdeh qeyd edilən məbləğin yalnız 1664,70 manat məbləğində olan hissəsini ödəmiş, qalan 1450 manat məbləğindəki malların dəyərini isə ödəməmiş, eyni zamanda həmin malları iddiaçıya geri qaytarmamışdır. Bununla əlaqədar cavabdehin ünvanına pretenziya məktubu göndərilmiş, lakin göstərilənlər hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Cavabdehlə mübahisənin pretenziya qaydasında nizama salınmasına cəhd edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iddiaçının cavabdehə qarşı iddia ərizəsinə dair kommersiya işinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş, bununla əlaqədar Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildirişlər müvafiq qaydada cavabdehlərə göndərilmişdir. Məhkəmə, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan iddiaçı və cavabdeh arasında bağlanmış 07 noyabr 2019-ci il tarixli, 0210-RAA-GM/19 nömrəli konsiqnasiya müqaviləsinin 1.1-ci bəndinə əsasən, satıcı (İddiaçı MMC) alıcının (Cavabdeh) sifarişinə uyğun miqdarda və çeşiddə malları alıcıya satır. alıcı isə bu malların əvəzini bu müqavilə ilə nəzərdə tutulmuş qaydada və şərtlərlə ödəyir. Həmin müqavilənin 2.1.4-cü bəndinə əsasən, həftədə bir dəfə satılmış məhsulların müqaviləyə müvafiq olaraq 1 və 2 nömrəli əlavə ilə müəyyən edilmiş qiymətlər üzrə dəyərini satıcıya ödəmək və məhsulları satıcıdan təkrarən alaraq rəflərdə yerini doldurmaq alıcının vəzifəsidir. Həmin Müqavilənin 3.1-ci bəndinə əsasən, alıcı satıcının təqdim etdiyi malların dəyərini həmin mal satıldıqdan sonra nağd və ya köçürmə yolu ilə ödəyir. Həmin Müqavilənin 3.2-ci bəndinə əsasən, alıcı ödənişi mal satıldıqdan sonra ilk hesabat zamanı nağd qaydada həyata keçirir. Köçürmə yolu ilə həyata keçirilən ödənişlər hesabatdan sonra 10 bank günü ərzində həyata keçirilməlidir. İş materiallarında olan və həmin müqaviləyə 1 saylı əlavə olan “Qiymətlərin razılaşdırılması və malların təhvil verilməsi haqqında” 08 noyabr 2019-cu il tarixli 01 nömrəli aktdan görünür ki, 1630,35 manat dəyərindəki mallar satıcı tərəfindən alıcıya təhvil verilmiş və alıcı tərəfindən həmin mallar qəbul edilmişdir. İş materiallarında olan və həmin müqaviləyə 2 saylı əlavə olan “Qiymətlərin razılaşdırılması və malların təhvil verilməsi haqqında” 27 oktyabr 2020-ci il tarixli 02 nömrəli aktdan görünür ki, 1484,35 manat dəyərindəki mallar satıcı tərəfindən alıcıya təhvil verilmiş və alıcı tərəfindən həmin mallar qəbul edilmişdir. İş materiallarında olan 19 dekabr 2023-cü il tarixli 0050/GM/23 nömrəli maliyyə arayışından görünür ki, cavabdehin iddiaçıya 07 noyabr 2019-cu il tarixli konsiqnasiya müqaviləsi üzrə 1450 manat məbləğində borcu vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1 və 284-5.2-ci maddələrinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 390.4-cü maddəsinə əsasən, tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 822-ci maddəsinə əsasən, saxlama müqaviləsinə görə bir şəxs (yük götürən, saxlayıcı) başqa şəxsin (yük verənin, tapşıranın) ona verdiyi daşınar əşyanı saxlamağı və müqavilənin qüvvəsi sona çatdıqda qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 837.1-ci maddəsinə əsasən, konsiqnasiya anbarı haqqında müqavilə hər hansı sahibkara (tapşırana) malları (konsiqnasiya mallarını) müştərilərə tez çatdırmaq məqsədilə sənətkarlıq şəklində müstəqil fəaliyyətlə məşğul olan başqa şəxsin (tacirin) anbarında saxlamaq hüququ verir. Tacir konsiqnasiya mallarını saxlamağı öhdəsinə götürür və konsiqnasiya anbarı haqqında müqavilənin şərtlərinə əsasən bu mallara dair sərəncam vermək hüququna malikdir. Həmin Məcəllənin 837.2-ci maddəsinə əsasən, əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, konsiqnasiya mallarının saxlanmasına anbarda saxlama haqqında müddəalar, konsiqnatorun konsiqnasiya anbarından mal götürməsinə isə alğı-satqı haqqında müddəalar tətbiq edilir. Həmin Məcəllənin 840.1-ci və 840.2-ci maddələrinə əsasən, konsiqnasiya anbarı haqqında müqavilənin qüvvədə olduğu müddətdə tacirin öz adi ticarət fəaliyyəti çərçivəsində müştərilərinə mal göndərmək üçün konsiqnasiya anbarından mal götürmək hüququ vardır. Konsiqnasiya anbarından mal götürüldükdə tapşıran ilə tacir arasında münasibətlər həmin malın alğı-satqısı haqqında müqavilə ilə tənzimlənir. Alış qiyməti və alğı-satqının digər şərtləri iştirakçılar arasında razılaşmalara əsasən, qalan məsələlər isə bu Məcəllə ilə müəyyənləşdirilir. Beləliklə, yuxarıda təsvir olunanlarla müəyyən edilir ki, tərəflər arasında alqı-satqı, saxlama və konsiqnasiya anbarında saxlama müqavilələrinin ünsürlərini əhatə edən qarışıq müqavilə bağlanılmış, həmin müqaviləyə əsasən iddiaçı müəyyən malları sifarişə uyğun miqdarda və çeşiddə cavabdehə satmağı, cavabdeh isə öz növbəsində bu mallar satıldıqdan sonra nağd və ya köçürmə yolu ilə həmin malların dəyərini iddiaçıya ödəməyi öhdəsinə götürmüş, müqavilə öhdəliklərinə uyğun olaraq iddiaçı tərəfindən cavabdehə 3114,70 manat dəyərində məhsul satılmış, cavabdeh həmin məhsullara görə 1664,70 manat məbləğində ödəniş etsə də, qalan 1450 manat məbləğindəki malların dəyərini ödəməmiş, o cümlədən həmin mallar iddiaçıya geri qaytarılmamış, bununla da cavabdeh müqavilə öhdəliyini lazımınca icra etməmişdir. Məhkəmə tərəflər arasındakı bağlanmış 07 noyabr 2019-ci il tarixli, 0210-RAA- GM/19 nömrəli konsiqnasiya müqaviləsinin şərtlərini, yuxarıda istinad edilən Mülki Məcəllənin 600.4-cü, 822-ci, 837.2-ci, 840.1-ci və 840.2-ci maddələrinin müddəalarını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, iddia ərizəsində adları qeyd edilən və ümumi dəyəri 1450 manat məbləğində olan mallar cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 284-1–284-6, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh 07 noyabr 2019-cu il tarixli 0210-RAA-GM/19 nömrəli konsiqnasiya müqaviləsinə əsasən 1 ədəd KİXX GS Oil Treatment 0.444L 5,95 manat, 1 ədəd AF/Coolant 1L 7,65 manat, 1 ədəd AF/Coolant 3L 21,25 manat, 2 ədəd KİXX ATF DX-İİİ 4L 66 manat, 2 ədəd KİXX ATF DX-Vİ 1L 21manat, 2 ədəd KİXX ATF DX-Vİ 4L 84 manat, 2 ədəd KİXX ATF DX-İİİ 1L 18 manat, 2 ədəd KİXX G 10W-40 SL 1L 13,50 manat, 2 ədəd KİXX G 10W-40 SL 4L “Plastic Packing” 48 manat, 2 ədəd KİXX G1 OW-20 SN PLUS 1L 22,50 manat, 2 ədəd KİXX G1 OW-20 SN PLUS 4L 78 manat, 2 ədəd KİXX G1 OW-30 SN PLUS 1L 22,50 manat, 2 ədəd KİXX G1 OW-30 SN PLUS 4L 78 manat, 2 ədəd KİXX G1 10W-30 SN PLUS 1L 18 manat, 2 ədəd KİXX G1 10W-30 SN PLUS 4L 66 manat, 2 ədəd KİXX G1 10W-40 SN PLUS 4L “İron Packing” 57 manat, 2 ədəd KİXX G1 10W-40 SN/CF 1L 17 manat, 2 ədəd KİXX G1 5W-30 SN PLUS 1L 19,50 manat, 2 ədəd KİXX G1 5W-30 SN PLUS 4L 72,00 manat, 2 ədəd KİXX G1 5W-40 SN PLUS 4L 72 manat, 2 ədəd KİXX Geartec 75W-90 GL-5 1L 16,50 manat, 2 ədəd KİXX ATF MULTİ 4L 75 manat, 2 ədəd KİXX PAO A3/B4 5W-30 SN 1L 36 manat, 2 ədəd KİXX PAO A3/B4 5W-30 SN 4L 132 manat, 2 ədəd KİXX X1 (PSV) 1L 24 manat, 2 ədəd KİXX SHD DOT 3 0.5L 16 manat, 2 ədəd KİXX SHD DOT 4 0.5L 16 manat, 2 ədəd KİXX Engine Clean 1L 12,60 manat , 2 ədəd KİXX Engine Clean 4L 46 manat, 2 ədəd KİXX G1 10W-40 SN PLUS 3L 43,40 manat, 2 ədəd KİXX G1 5W-40 SN PLUS 3L 54 manat, 2 ədəd KİXX HD 15W-40 CF-4 6L 60 manat, 2 ədəd KİXX HD 15W-40 CF-4/SG 1L 12 manat, 2 ədəd KİXX HD1 10W-40 Cİ- 4 1L 15 manat, 2 ədəd KİXX HD1 10W-40 Cİ-4 6L 84 manat olmaqla ümumi dəyəri 1450 (min dörd yüz əlli) manat məbləğindəki mallar alınaraq İddiaçınə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar