Məhkəmə qərarları › İş №e-2-2(119)-603/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-603/2025

12.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-603/2025 12.06.2025 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Atakişiyeva Nülufər Nizami qızının katibliyi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3nə, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh3nə, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3ndən, Cavabdeh4 və Cavabdeh1 19 iyul 2023-cü il tarixli sm6433 saylı baş kredit müqaviləsi üzrə kredit verilməsinə dair 20 iyul 2023-cü il tarixli razılaşma üzrə 15083,66 (on beş min səksən üç manat altmış altı qəpik) manat məbləğində əsas borc, 1079,66 (min yetmiş doqquz manat altmış altı qəpik) manat məbləğində faiz borcu, 893,12 (səkkiz yüz doxsan üçü manat on iki qəpik) manat məbləğində cərimə borcu olmaqla, cəmi 17056,44 (on yeddi min əlli altı manat qırx dörd qəpik) manat məbləğində borcun və 12 dekabr 2023-cü il tarixli sm6433/1 nömrəli razılaşma üzrə 45112,39 (qırx beş min yüz on iki manat otuz doqquz qəpik) manat məbləğində əsas borc, 4157,78 (dörd min yüz əlli yeddi manat yetmiş səkkiz qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 49270,17 (qırx doqquz min iki yüz yetmiş manat on yeddi qəpik) manat məbləğində borcun, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 102 (yüz iki) manat rüsumun və 289 (iki yüz səksən doqquz) manat məbləğində iddia ərizəsinin qaldırılması üçün ödənilmiş dövlət rüsumunun tutulması, tələbin Cavabdeh2 xüsusi mülkiyyət hüququ üzrə məxsus olan ünvan 1 ünvanında yeləşən, ümumi sahəsi 71,18 kv.m, yaşayış sahəsi 52,01 kv.m, yardımçı sahəsi 19,17 kv.m sahədən ibarət olan 4 otaqlı 55 nömrəli mənzilə yönəldilməsi, həmin mənzilin ilkin satış qiyməti müəyyən edilməklə onun hərracda satılması və satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh3 19 iyul 2023-cü il tarixli sm6433 saylı baş kredit müqaviləsi üzrə kredit verilməsinə dair 20 iyul 2023-cü il tarixli razılaşma üzrə cəmi 17056,44 (on yeddi min əlli altı manat qırx dörd qəpik) manat, 12 dekabr 2023-cü il tarixli sm6433/1 nörməli razılaşma üzrə cəmi 49270,17 (qırx doqquz min iki yüz yetmiş manat on yeddi qəpik) manat borcun və ödənilmiş cəmi 391 (üç yüz doxsan bir) manat məbləğində rüsumların İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, ipoteka predmetinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait qeyd olunan borcun ödənilməsi üçün yetərli olmazsa qalan məbləğin cavabdehlər Cavabdeh3ndən, Cavabdeh4 və Cavabdeh1 tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Sumqayıt filialı ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2023-cü il tarixli sm6433 saylı baş kredit müqaviləsinə əsasən müqavilənin ayrılmaz tərkib hissələri hesab edilən bağlanacaq ayrıca razılaşmalar üzrə verilə biləcək kreditin maksimal məbləği 100000 (yüz min) manat, maksimal tələb edilə biləcək faiz dərəcəsi 30%, kreditin maksimal qaytarılma müddəti isə 60 ayadək təşkil edir. xx.xx.2023-cü il tarixli sm6433 saylı baş kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən öhdəliklərinin icrasının təmini üsulu kimi Cavabdeh2 xüsusi mülkiyyət hüququ üzrə məxsus olan ünvan 1 ünvanında yeləşən- ümumi sahəsi 71,18 kv.m, yaşayış sahəsi 52,01 kv.m, yardımçı sahəsi 19,17 kv.m sahədən ibarət olan 4 otaqlı 55 saylı mənzil İddiaçı Açıq Səhmdar Cəmiyyəti qarşısında xx.xx.2023-cü il tarixli ipoteka müqaviləsinə əsasən yüklü edilmişdir. İpoteka predmeti notarial qaydada təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. Həmçinin xx.xx.2023-cü il tarixli sm6433 saylı baş kredit müqaviləsinin 2.1-ci maddəsinə əsasən öhdəliklərinin icrasının təmini üsulu kimi Cavabdeh4 və Cavabdeh1 ilə xx.xx.2023-cü il tarixli sm6433 saylı zaminlik müqavilələri bağlanılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. xx.xx.2023cü il tarixli sm6433 baş kredit müqaviləsi üzrə kredit verilməsinə dair xx.xx.2023-cü il tarixli razılaşmaya əsasən illik 16 (on altı) faiz dərəcəsi olmaqla, 18 (on səkkiz) ay müddətinə 50000 (əlli min) manat məbləğində xx.xx.2023-cü il tarixli sm6433/1 saylı razılaşmaya əsasən isə 16 (on altı) faiz dərəcəsi olmaqla, 6 (altı) ay müddətinə 50000 (əlli min) manat məbləğində kredit verilmişdir. xx.xx.2023-cü il tarixli sm6433 baş kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh3 kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmələrinə baxmayaraq Cavabdeh3 öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Maliyyə arayışına əsasən Cavabdeh3 xx.xx.2023-cü il tarixli sm6433 baş kredit müqaviləsi üzrə kredit verilməsinə dair xx.xx.2023-cü il tarixli razılaşma üzrə borcunun məbləği əsas borca görə 15083,66 (on beş min səksən üç manat, altmış altı qəpik) manat, faiz borcuna görə 1079,66 (min yetmiş doqquz manat altmış altı qəpik) manat, cərimə borcuna görə 893,12 (səkkiz yüz doxsan üçü manat on iki qəpik) manat olmaqla, cəmi 17056,44 (on yeddi min əlli altı manat qırx dörd qəpik) manat, xx.xx.2023-cü il tarixli sm6433/1 saylı razılaşma üzrə isə əsas borca görə 45112,39 (qırx beş min yüz on iki manat otuz doqquz qəpik) manat, faiz borcuna görə 4157,78 (dörd min yüz əlli yeddi manat yetmiş səkkiz qəpik) manat, cərimə borcuna görə 0 (sıfır) manat olmaqla, cəmi 49270,17 (qırx doqquz min iki yüz yetmiş manat on yeddi qəpik) manat təşkil edir. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli sm6433 baş kredit müqaviləsinə əsasən, “borcalan bu müqavilə üzrə ona verilmiş krediti və onun faizini vaxtında ödəmədikdə (lazımınca ödəmək öhdəliyin ən azı bir dəfə pozduqda), habelə bu müqavilə ilə müəyyən edilmiş hər hansı bir öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, kreditor bu müqaviləyə xitam verilib-verilməməsindən asılı olmayaraq kreditin hesablanmış faizlərlə birlikdə vaxtından əvvəl qaytarılmasını borcalandan tələb edə bilər. Qeyd olunanlara əsasən kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyi üçün cavabdehlər Cavabdeh3ndən, Cavabdeh4 və Cavabdeh1 xx.xx.2023-cü il tarixli sm6433 baş kredit müqaviləsi üzrə kredit verilməsinə dair xx.xx.2023-cü il tarixli razılaşma üzrə borcunun məbləği əsas borca görə 15083,66 (on beş min səksən üç manat altmış altı qəpik) manat, faiz borcuna görə 1079,66 (min yetmiş doqquz manat altmış altı qəpik) manat, cərimə borcuna görə 893,12 (səkkiz yüz doxsan üçü manat on iki qəpik) manat olmaqla, cəmi 17056,44 (on yeddi min əlli altı manat qırx dörd qəpik) manat, xx.xx.2023-cü il tarixli sm6433/1 saylı razılaşma üzrə isə əsas borca görə 45112,39 (qırx beş min yüz on iki manat otuz doqquz qəpik) manat, faiz borcuna görə 4157,78 (dörd min yüz əlli yeddi manat yetmiş səkkiz qəpik) manat, cərimə borcuna görə 0 (sıfır) manat olmaqla, cəmi 49270,17 (qırx doqquz min iki yüz yetmiş manat on yeddi qəpik) manat borc tutulmalı, tələblər ipoteka predmetinə yönəldilməli və ipoteka predmeti hərracda satılmalıdır. İddiaçı Açıq Səhmdar Cəmiyyəti 11 iyun 2025-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək ipoteka predmeti olan əmlakın qiymətləndirilməsi ilə bağlı mütəxəssis rəyinin alınması üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə xidmət haqqı olaraq 500 manat məbləğində pulun İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənildiyini bildirmiş və iş üzrə yekun məhkəmə qərarı qəbul edilərkən həmin məbləğin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti 11 iyun 2025-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə baxış iclasını iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddianın tam təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. 01 may 2025-ci il tarixli məhkəmə baxış iclasında iştirak edən cavabdeh, eyni zamanda digər Cavabdeh3 qanuni təmsilçisi Cavabdeh4 izahatında iddia tələbini qəbul etdiyini bildirmişdir. Cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə görə Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan bank İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə müştəri Cavabdeh3 arasında bağlanmış 19 iyul 2023-cü il tarixli, sm6433 nömrəli baş kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən bu müqavilənin predmeti borc verənin bu müqavilə əsasında və bu müqavilənin ayrılmaz tərkib hissələri hesab edilən borc verənlə bağlanılacaq ayrıca razılaşmalar üzrə verilməsi üçün borcalana müqavilədəki şərtlərə bərpaolunan kredit limitini ayırması, borcalanın isə razılaşmalar üzrə limit çərçivəsində borc verən tərəfindən verilən kredit, kredit xətti, qarantiya və akkreditivdən bu müqavilədə və razılaşmalarda nəzərdə tutulmuş şərtlər daxilində istifadə etməsi və krediti qaytarmasına dair pul öhdəliyidir. Həmin müqavilənin 1.1.1-ci bəndinə əsasən kreditin maksimal məbləği 100000 (yüz min) manat təşkil edir, 1.1.2-ci bəndinə əsasən kreditin qaytarılma müddəti 60 ayadəkdir. İş materiallarında olan borcverən İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə borc alan Cavabdeh3 arasında bağlanmış 19 iyul 2023-cü il tarixli sm6433 nömrəli baş kredit müqaviləsi üzrə 20 iyul 2023-cü il tarixli kredit verilməsinə dair razılaşmanın 1.1-ci bəndinə əsasən borc verən bu müqavilənin şərtləri daxilində borc alana dövriyyə vəsaitinin artırılması məqsədilə 50000 (əlli min) manat məbləğdə kredit verməyi, borc alan isə aldığı krediti bu müqavilədə nəzərdə tutulan şərtlərlə və onun ayrılmaz tərkib hissəsi olan kreditin ödəniş cədvəlinə (1 saylı Əlavə) uyğun olaraq borc verənə qaytarmağı və kreditdən istifadəyə görə hesablanmış faizləri ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən kredit 18 (on səkkiz) ay müddətinə verilir. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən kreditə görə illik 16% faiz hesablanır. Müqavilə üzrə faktiki illik faiz dərəcəsi 17% təşkil edir. İş materiallarında olan 20 iyul 2023-cü il tarixli ödəniş qrafikində borc alan Cavabdeh3 banka olan borcunun son ödəniş tarixi 20 yanvar 2025-ci il olmaqla, müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur və həmin ödəniş planı borc alan Cavabdeh3 möhürü və qanuni təmsilçisinin imzası ilə təsdiq edilmişdir. İş materiallarında olan 20 iyul 2023-cü il tarixli **********4944-693980 nömrəli debet hesabdan çıxarışdan görünür ki Cavabdeh3 sözügedən hesabına 50000 manat köçürülmə həyata keçirilmişdir. İş materiallarında olan 31 yanvar 2025-ci il tarixli, RB02/PK-462 nömrəli maliyyə arayışından göstərilir ki, 19 iyul 2023-cü il tarixli, sm6433 nömrəli baş kredit müqaviləsi üzrə kredit verilməsinə dair 20 iyul 2023-cü il tarixli razılaşma üzrə borcalan Cavabdeh3 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 28 yanvar 2025-ci il tarixinə 15083,66 manat məbləğində əsas bоrc, 1079,66 manat məbləğində faiz borcu, 893,12 manat məbləğində cərimə borcu olmaqla, cəmi 17056,44 manat məbləğində borcu vardır. İş materiallarında olan bank İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə müştəri Cavabdeh3 arasında bağlanmış 19 iyul 2023-cü il tarixli, sm6433 nömrəli baş kredit müqaviləsi üzrə 12 dekabr 2023-cü il tarixli yeniləmə və dəyişdirmə barədə 001 nömrəli sazişin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsinə edilmiş və xx.xx.2023-cü il tarixdən qüvvəyə minmiş dəyişikliklərin tətbiqi və gələcəkdə kredit götürülməsi ilə bağlı rəsmiləşdirmə proseslərinin təkmilləşdirilməsi və surətləndirilməsi məqsədilə tərəflər arasında bağlanılmış ilkin baş kredit müqaviləsi bu saziş imzalandığı tarixdən bu sazişin 1.4-cü bəndində qeyd olunan sənədlər imzalanmaqla yenilənmiş redaksiyada qəbul olunur. İş materiallarında olan 19 iyul 2023-cü il tarixli, sm6433 nömrəli baş kredit müqaviləsi üzrə 12 dekabr 2023-cü il tarixli yeniləmə və dəyişdirmə barədə 001 nömrəli sazişə 2 nömrəli əlavəyə əsasən Cavabdeh3nə illik faiz dərəcəsi 30% olmaqla 19 iyul 2028-ci il tarixədək 100000 manat məbləğində kredit limiti verilmişdir. İş materiallarında olan 12 dekabr 2023-cü il tarixli sm6433/1 nömrəli kredit razılaşmasına əsasən faktiki illik faiz dərəcəsi 19,54 % olmaqla borc alana dövriyyə vəsaitinin artırılması məqsədilə 6 ay müddətinə 50000 (əlli min) manat məbləğdə kredit verilmişdir. İş materiallarında olan 12 dekabr 2023-cü il tarixli ödəniş qrafikində borc alan Cavabdeh3 banka olan borcunun son ödəniş tarixi 12 iyun 2024-cü il olmaqla, müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur və həmin ödəniş planı borc alan Cavabdeh3 möhürü və qanuni təmsilçisinin imzası ilə təsdiq edilmişdir. İş materiallarında olan 12 dekabr 2023-cü il tarixli **********4944-693980 nömrəli debet hesabdan çıxarışdan görünür ki Cavabdeh3 sözügedən hesabına 50000 manat köçürülmə həyata keçirilmişdir. İş materiallarında olan 31 yanvar 2025-ci il tarixli, RB02/PK-462 nömrəli maliyyə arayışından göstərilir ki, 19 iyul 2023-cü il tarixli, sm6433 nömrəli baş kredit müqaviləsi üzrə kredit verilməsinə dair 12 dekabr 2023-cü il tarixli sm6433/1 nömrəli razılaşma üzrə borcalan Cavabdeh3 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 28 yanvar 2025-ci il tarixinə 45112,39 manat məbləğində əsas bоrc, 4157,78 manat məbləğində faiz borcu, 0 manat məbləğində cərimə borcu olmaqla, cəmi 49270,17 manat məbləğində borcu vardır. İş materiallarında olan borcverən İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə zamin Cavabdeh4 arasında bağlanılmış 20 iyul 2023-cü il tarixli sm6433 nömrəli zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən bu müqavilənin predmeti Rabitəbank” Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh3 arasında bağlanılan 19 iyul 2023-cü il tarixli sm6433 saylı baş kredit müqaviləsinə, o cümlədən həmin müqavilə əsasında bağlanılacaq razılaşmalara əsasən, borcverən qarşısında kredit öhdəliyi olan borcalan tərəfindən bu öhdəliklərini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti zaminin öz üzərinə götürməsidir. İş materiallarında olan borcverən İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə zamin Cavabdeh1 arasında bağlanılmış 20 iyul 2023-cü il tarixli sm6433 nömrəli zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən bu müqavilənin predmeti Rabitəbank” Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh3 arasında bağlanılan 19 iyul 2023-cü il tarixli sm6433 saylı baş kredit müqaviləsinə, o cümlədən həmin müqavilə əsasında bağlanılacaq razılaşmalara əsasən, borcverən qarşısında kredit öhdəliyi olan borcalan tərəfindən bu öhdəliklərini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti zaminin öz üzərinə götürməsidir. İş materiallarında olan ipoteka saxlayan İddiaçı Açıq Səhmdar Cəmiyyəti, borc alan Cavabdeh3 və ipoteka qoyan Cavabdeh2 arasında bağlanmış 19 iyul 2023-cü il tarixli, sm6433 saylı ipoteka müqaviləsinə əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış 19 iyul 2023-cü il tarixli sm6433 saylı baş kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin təmin edilməsi üçün Cavabdeh2 xüsusi mülkiyyət hüququ üzrə məxsus olan ünvan 1 ünvanında yeləşən, ümumi sahəsi 71,18 kv.m, yaşayış sahəsi 52,01 kv.m, yardımçı sahəsi 19,17 kv.m sahədən ibarət olan 4 otaqlı 55 nömrəli mənzil ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yeləşən, ümumi sahəsi 71,18 kv.m, yaşayış sahəsi 52,01 kv.m, yardımçı sahəsi 19,17 kv.m sahədən ibarət olan 4 otaqlı 55 nömrəli mənzil Cavabdeh2 xüsusi mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən 24 iyul 2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yeləşən, ümumi sahəsi 71,18 kv.m, yaşayış sahəsi 52,01 kv.m, yardımçı sahəsi 19,17 kv.m sahədən ibarət olan 4 otaqlı 55 nömrəli mənzil İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmiş, əsas öhdəliyin mahiyyəti kimi 19 iyul 2023-cü il tarixli, sm6433 nömrəli baş kredit müqaviləsi göstərilmişdir. İş materiallarında görünür ki, iddiaçı tərəfindən cavabdehlər cavabdehlərə 28 yanvar 2025-ci il tarixdə bildiriş göndərilərək 27 yanvar 2025-ci il tarixinə 20 iyul 2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli sm6433 nömrəli baş kredit müqaviləsi üzrə kredit verilməsinə dair razılaşma üzrə 15083,66 manat məbləğində əsas borcu, 1079,66 manat məbləğində faiz borcu, 893,12 manat məbləğində cərimə borcu olmaqla, cəmi 17056,44 manat məbləğində borcu, 12 dekabr 2023-cü il tarixli sm6433/1 nömrəli razılaşma üzrə 45112,39 manat məbləğində əsas bоrc, 4157,78 manat məbləğində faiz borcu, 0 manat məbləğində cərimə borcu olmaqla, cəmi 49270,17 manat məbləğində borcu olduğu bildirilmiş, 3 iş günü müddətində banka olan borcun ödənilməsinin təmin edilməsi xahiş olunmuş, əks halda müqavilənin şərtlərinə əsasən həmin borcun ödənilməsi üçün qanunmüvafiq tədbirlər görüləcəyi qeyd edilmişdir. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 27 may 2025-ci il tarixli PR/332/2025 nömrəli mütəxəssis rəyində göstərilir ki, ünvan 1 ünvanında yeləşən, ümumi sahəsi 71,18 kv.m, yaşayış sahəsi 52,01 kv.m, yardımçı sahəsi 19,17 kv.m sahədən ibarət olan 4 otaqlı 55 nömrəli mənzilin 27 may 2025-ci il tarixinə olan bazar dəyəri 115000 (yüz on beş min) manat, likvid qiyməti 103000 (yüz üç min) manat müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, Cavabdeh3 iddiaçıdan aldığı kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin o, 19 iyul 2023-cü il tarixli sm6433 nömrəli baş kredit müqaviləsi üzrə kredit verilməsinə dair 20 iyul 2023-cü il tarixli razılaşma və 12 dekabr 2023-cü il tarixli sm6433/1 nömrəli razılaşma üzrə öhdəliklərini icra etməyərək iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də həmin müqavilələr üzrə əsas və faiz borcu iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə yuxarıda təsvir olunanlara əsasən hesab edir ki, 19 iyul 2023-cü il tarixli sm6433 saylı baş kredit müqaviləsi üzrə kredit verilməsinə dair 20 iyul 2023-cü il tarixli razılaşma üzrə 15083,66 (on beş min səksən üç manat altmış altı qəpik) manat məbləğində əsas borc, 1079,66 (min yetmiş doqquz manat altmış altı qəpik) manat məbləğində faiz borcu, 12 dekabr 2023-cü il tarixli sm6433/1 nömrəli razılaşma üzrə 45112,39 (qırx beş min yüz on iki manat otuz doqquz qəpik) manat məbləğində əsas borc, 4157,78 (dörd min yüz əlli yeddi manat yetmiş səkkiz qəpik) manat məbləğində faiz borcu iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 465.2-ci maddəsinə əsasən borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. - 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə iddianın "19 iyul 2023-cü il tarixli sm6433 saylı baş kredit müqaviləsi üzrə kredit verilməsinə dair 20 iyul 2023-cü il tarixli razılaşma üzrə 893,12 (səkkiz yüz doxsan üçü manat on iki qəpik) manat məbləğində cərimənin tutulması" tələbinə aid hissəsi ilə bağlı hesab edir ki, iddia həmin hissədə qismən təmin olunmalı, həm kreditorun, həm də borcluların əmlak mənafeləri və işin halları nəzərə alınmaqla cərimə məbləği azaldılaraq, 19 iyul 2023-cü il tarixli sm6433 saylı baş kredit müqaviləsi üzrə kredit verilməsinə dair 20 iyul 2023-cü il tarixli razılaşma üzrə cəmi 750 (yeddi yüz əlli) manat məbləğində cərimə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 20 iyul 2023-cü il tarixli sm6433 nömrəli zaminlik müqavilələrinə zaminlər Cavabdeh4 və Cavabdeh1 19 iyul 2023-cü il tarixli sm6433 saylı baş kredit müqaviləsinə, o cümlədən həmin müqavilə əsasında bağlanılacaq razılaşmalara əsasən borcverən qarşısında kredit öhdəliyi olan borcalan tərəfindən bu öhdəliklərini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Buna görə məhkəmə hesab edir ki, iddianın həmin şəxslərə münasibətdə də təmin olunması üçün əsaslar mövcuddur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. - 317-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. - 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: - 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: - 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; - 34.1.3-cü maddəsinə əsasən ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; - 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: - 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; - 41.1-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” xx.xx.2020-ci il tarixli qərardadında göstərilir ki, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Göründüyü kimi, baş kredit müqaviləsi üzrə cavabdeh Monycom” Məhdud Məsuliyyətli Cəmiyyətinin üzərinə düşən öhdəliklərin icrasının təmini məqsədilə ipoteka saxlayan İddiaçı Açıq Səhmdar Cəmiyyəti, borc alan Cavabdeh3 və ipoteka qoyan Cavabdeh2 arasında bağlanmış 19 iyul 2023-cü il tarixli sm6433 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh2 xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yeləşən, ümumi sahəsi 71,18 kv.m, yaşayış sahəsi 52,01 kv.m, yardımçı sahəsi 19,17 kv.m sahədən ibarət olan 4 otaqlı 55 nömrəli mənzil ipoteka ilə yüklü edilmişdir. Tutmanın ipoteka ilə yüklü edilmiş evə yönəldilməsi barədə tələb Mülki Məcəllənin 317, 319-cu maddələrinin və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğundur. Məhkəmə hesab edir ki, ünvan 1 ünvanında yeləşən, ümumi sahəsi 71,18 kv.m, yaşayış sahəsi 52,01 kv.m, yardımçı sahəsi 19,17 kv.m sahədən ibarət olan 4 otaqlı 55 nömrəli mənzilin likvid qiyməti müəyyən edilərkən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 27 may 2025-ci il tarixli PR/332/2025 nömrəli mütəxəssis rəyi nəzərə alınaraq ipoteka predmetinin likvid qiyməti 103000 (yüz üç min) manat göstərilməlidir. Məhkəmə iddia tələbinin “hərracdan əldə edilmiş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlər Cavabdeh3ndən, Cavabdeh4 və Cavabdeh1 müştərək qaydada iddiaçının xeyrinə tutulması”na dair hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə əsassızdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.6-cı maddəsinə əsasən, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Göründüyü kimi, satışdan əldə edilən məbləğ borcun ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin cavabdehlərdən tutulması qətnamənin icrası zamanı həll edilən məsələlərdəndir. Odur ki, iddianın həmin hissəsi əsassızdır. Buna görə də iddia tələbi həmin hissədə rədd edilməlidir. Məhkəmə iddianın “ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 102 (yüz iki) manat məbləğində xidmət haqqının iddiaçının xeyrinə tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iş materiallarında olan müraciətin qəbulu və dövlət rüsumunun ödənilməsi barədə təsdiqetmə bildirişlərindən görünür ki, iddiaçı tərəfindən ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınması ümumilikdə 102 (yüz iki) manat məbləğində xidmət haqqı ödənilmişdir. Buna görə iddia tələbi həmin hissədə təmin edilməli, iddiaçı tərəfindən ödənilmiş 102 (yüz iki) manat məbləğində xidmət haqqının əvəzi cavabdehlər Cavabdeh3ndən, Cavabdeh4 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddianın “289 (iki yüz səksən doqquz) manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması” hissəsi qismən təmin edilməli, iddianın təmin olunmuş hissəsinə uyğun olaraq hesablanmış 288,55 (iki yüz səksən səkkiz manat əlli beş qəpik) manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh3ndən, Cavabdeh4 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Məhkəmə iddia tələbinin “mütəxəssis rəyinin alınması üçün ödənilmiş 500 (beş yüz) manat məbləğində xidmət haqqının tutulması” hissəsi ilə bağlı qeyd edir ki, iş materiallarında olan 10 iyun 2025-ci il tarixli MD100625-50B nömrəli ödəniş tapşırığına əsasən mütəxəssis rəyinin verilməsi üçün İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 500 (beş yüz) manat məbləğində ödəniş həyata keçirilmişdir. Buna görə iddia tələbi həmin hissədə təmin edilməli və iddiaçı tərəfindən ödənilmiş 500 (beş yüz) manat məbləğində xidmət haqqının əvəzi cavabdehlər Cavabdeh3ndən, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalı, cavabdеhlər Cavabdeh3ndən, Cavabdeh4 və Cavabdeh1 müştərək qaydada 19 iyul 2023-cü il tarixli sm6433 saylı baş kredit müqaviləsi üzrə kredit verilməsinə dair 20 iyul 2023-cü il tarixli razılaşma üzrə 15083,66 (on beş min səksən üç manat altmış altı qəpik) manat məbləğində əsas borc, 1079,66 (min yetmiş doqquz manat altmış altı qəpik) manat məbləğində faiz borcu, 750 (yeddi yüz əlli) manat məbləğində cərimə, 12 dekabr 2023-cü il tarixli sm6433/1 nömrəli razılaşma üzrə 45112,39 (qırx beş min yüz on iki manat otuz doqquz qəpik) manat məbləğində əsas borc, 4157,78 (dörd min yüz əlli yeddi manat yetmiş səkkiz qəpik) manat məbləğində faiz borcu, ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 102 (yüz iki) manat məbləğində xidmət haqqı və 288,55 (iki yüz səksən səkkiz manat əlli beş qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 66574,04 (altmış altı min beş yüz yetmiş dörd manat dörd qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, cavabdеhlər Cavabdeh3ndən, Cavabdeh4 və Cavabdeh1 müştərək qaydada tutulmalı olan cəmi 66574,04 (altmış altı min beş yüz yetmiş dörd manat dörd qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmiş Cavabdeh2 xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yeləşən, ümumi sahəsi 71,18 kv.m, yaşayış sahəsi 52,01 kv.m, yardımçı sahəsi 19,17 kv.m sahədən ibarət olan 4 otaqlı 55 nömrəli mənzilə yönəldilməli və həmin ipoteka predmeti açıq hərracda satılaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə cəmi 66574,04 (altmış altı min beş yüz yetmiş dörd manat dörd qəpik) manat məbləğində pul vəsaiti ödənilməli, ipoteka predmeti olan ünvan 1 ünvanında yeləşən, ümumi sahəsi 71,18 kv.m, yaşayış sahəsi 52,01 kv.m, yardımçı sahəsi 19,17 kv.m sahədən ibarət olan 4 otaqlı 55 nömrəli mənzilin ilkin satış qiyməti 103000 (yüz üç min) manat müəyyən edilməlidir. Həmçinin iş üzrə mütəxəssis rəyinin alınması üçün İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş 500 (beş yüz) manat məbləğində xidmət haqqının əvəzi cavabdehlər Cavabdeh3ndən, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdеhlər Cavabdeh3ndən, Cavabdeh4 və Cavabdeh1 müştərək qaydada 19 iyul 2023-cü il tarixli sm6433 saylı baş kredit müqaviləsi üzrə kredit verilməsinə dair 20 iyul 2023-cü il tarixli razılaşma üzrə 15083,66 (on beş min səksən üç manat altmış altı qəpik) manat məbləğində əsas borc, 1079,66 (min yetmiş doqquz manat altmış altı qəpik) manat məbləğində faiz borcu, 750 (yeddi yüz əlli) manat məbləğində cərimə, 12 dekabr 2023-cü il tarixli sm6433/1 nömrəli razılaşma üzrə 45112,39 (qırx beş min yüz on iki manat otuz doqquz qəpik) manat məbləğində əsas borc, 4157,78 (dörd min yüz əlli yeddi manat yetmiş səkkiz qəpik) manat məbləğində faiz borcu, ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 102 (yüz iki) manat məbləğində xidmət haqqı və 288,55 (iki yüz səksən səkkiz manat əlli beş qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 66574,04 (altmış altı min beş yüz yetmiş dörd manat dörd qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Cavabdеhlər Cavabdeh3ndən, Cavabdeh4 və Cavabdeh1 müştərək qaydada tutulmalı olan cəmi 66574,04 (altmış altı min beş yüz yetmiş dörd manat dörd qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmiş Cavabdeh2 xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yeləşən, ümumi sahəsi 71,18 kv.m, yaşayış sahəsi 52,01 kv.m, yardımçı sahəsi 19,17 kv.m sahədən ibarət olan 4 otaqlı 55 nömrəli mənzilə yönəldilsin və həmin ipoteka predmeti açıq hərracda satılaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə cəmi 66574,04 (altmış altı min beş yüz yetmiş dörd manat dörd qəpik) manat məbləğində pul vəsaiti ödənilsin. İpoteka predmeti olan ünvan 1 ünvanında yeləşən, ümumi sahəsi 71,18 kv.m, yaşayış sahəsi 52,01 kv.m, yardımçı sahəsi 19,17 kv.m sahədən ibarət olan 4 otaqlı 55 nömrəli mənzilin ilkin satış qiyməti 103000 (yüz üç min) manat müəyyən edilsin. İş üzrə mütəxəssis rəyinin alınması üçün İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş 500 (beş yüz) manat məbləğində xidmət haqqının əvəzi cavabdehlər Cavabdeh3ndən, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar