Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-605/2024 29.03.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlu, İddiaçı tərəfindən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Cavabdeh qarşı verilmiş “malların qaytarılması” tələbi barədə iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN E T D İ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “malların qaytarılması” tələbi barədə iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək tərəflər arasında bağlanmış 14 iyul 2020-ci il tarixli konsiqnasiya müqaviləsinin 01 və 02 nömrəli əlavəsinə əsasən cavabdehə satılmış ümumi dəyəri 900 (doqquz yüz) manat olan aşağıdakı malların - 42 manat məbləğində 02 ədəd KİXX AF/Cooland 3L (litr), 18 manat məbləğində 02 ədəd KİXX ATF DX-İİİ 1L, 66 manat məbləğində 02 ədəd KİXX ATF DX-İİİ 4L, 21 manat məbləğində 02 ədəd KİXX ATF DX-Vİ 1L, 84 manat məbləğində 02 ədəd KİXX ATF DX-Vİ 4L, 21 manat məbləğində 02 ədəd KİXX ATF MULTİ 1L, 75 manat məbləğində 02 ədəd KİXX ATF MULTİ 4L, 13,40 manat məbləğində 02 ədəd KİXX G 10W-40 SL 1L, 48 manat məbləğində 02 ədəd KİXX G 10W- 40 SL 4L “İron Packing”, 17 manat məbləğində 02 ədəd KİXX G1 10W-40 SN PLUS 1L, 57 manat məbləğində 02 ədəd KİXX G1 10W-40 SN PLUS 4L “İron Packing”, 19,40 manat məbləğində 02 ədəd KİXX G1 5W-30 Dexos1 1L, 72 manat məbləğində 02 ədəd KİXX G1 5W-30 Dexos1 4L, 19,40 manat məbləğində 02 ədəd KİXX G1 5W-30 SN PLUS 1L, 72 manat məbləğində 02 ədəd KİXX G1 5W-30 SN PLUS 4L “İron Packing”, 19 manat məbləğində 02 ədəd KİXX G1 5W-40 SN PLUS 1L, 72 manat məbləğində 02 ədəd KİXX G1 5W-40 SN PLUS 4L “İron Packing”, 84 manat məbləğində 02 ədəd KİXX HD1 10W-40 Cİ-4 6L, 15 manat məbləğində 02 ədəd KİXX HD1 10W-40 Cİ-4/SL 1L, 65 manat məbləğində 02 ədəd KİXX ATF DX-İİİ 4L - iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatının mümkünlüyünün yoxlanılması ilə əlaqədar iddiaçı tərəfindən cavabdehlərə qarşı verilmiş iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən həmin iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddiaçı eyni cavabdehə qarşı xx.xx.2024-cü il tarixində məhkəmə müraciət etmiş, həmin iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 284-3.5-ci maddəsinə əsasən geri qaytarılmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən hazırda məhkəməyə təqdim etdiyi iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətinin, eləcə də cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənədin cavabdeh tərəfindən alınmasını təsdiq edən sənədləri deyil, xx.xx.2024-cü il tarixdə məhkəməyə təqdim edilmiş iddia ərizəsinin cavabdehə çatdırılmasını təsdiq edən sənədi və həmin iş üzrə cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənədin cavabdeh tərəfindən alınmasını təsdiq edən sənədi hazırkı iddia ərizəsi ilə birgə məhkəməyə təqdim etmişdir. Başqa sözlə, iddiaçı tərəfindən hazırkı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilmiş iddia ərizəsinin və cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənədin cavabdeh tərəfindən alınmasını təsdiq edən sənədin əvəzinə 13 mart 2024-cü il tarixdə məhkəməyə təqdim edilən iddia ərizəsinin cavabdehə çatdırılmasını təsdiq edən sənəd və pretenziya məktubu hazırkı iş materiallarına əlavə edilmişdir. Halbuki iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən, məhz bu (hazırkı) ərizənin cavabdehə göndərilməsini təsdiq edən sənədi məhkəməyə təqdim etməli idi. Nəzərə alınmalıdır ki, cavabdehə göndərilən iddia ərizəsinin məzmununda 900 manat dəyərindəki malların iddiaçıya qaytarılması xahiş edilsə də, 900 manat dəyəri olan konkret olaraq hansı malın və ya malların iddiaçıya qaytarılması cavabdehə göndərilən iddia ərizəsinin məzmunundan müəyyən edilmir. Yəni məhkəməyə təqdim edilmiş iddia ərizəsinin məzmununda qaytarılmalı olan malların konkret siyahısı qeyd edilməsinə və məhz həmin malların qaytarılması xahiş edilməsinə baxmayaraq cavabdehə göndərilən iddia ərizəsində həmin mallar qeyd edilməmişdir. Başqa sözlə, iddia ərizəsinə əsasən məhkəməyə iddia tələbinin faktiki əsası, yəni tələb edilən malların siyahısı bəlli olsa da, məhz həmin ərizənin özü cavabdehə göndərilmədiyindən ondan tələb edilənlər ona məlum olmamışdır. Bundan başqa, mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınması məqsədilə cavabdehə göndərilmiş xx.xx.2023-cü il tarixli pretenziya məktubunun məzmununda da analoji hala rast gəlinməkdədir. Həmin məktubun məzmununda cavabdehdən konsiqnasiya müqaviləsinin 1 və 2 saylı əlavələrində qeyd olunan malların və təhvil verilən rəflərin tam həcmdə 5 iş günü ərzində qaytarılması xahiş edilir. İş materiallarına əlavə edilmiş müqavilənin 1 saylı əlavəsində 951 manat dəyərində, 2 saylı əlavəsində isə 835,60 manat dəyərində malların cavabdehə təhvil verildiyi görünür. Göründüyü kimi, iddia tələbində siyahısı konkretləşdirilmiş və ümumi dəyəri 900 manat təşkil edən malların qaytarılması tələb edilməsinə baxmayaraq mübahisənin məhkəməyə qədər həllinə yönələn pretenziya məktubunun məzmununda hazırkı iddia ərizəsində göstərilən malların siyahısı qeyd edilməmiş, bunun əvəzinə müqavilənin 1 və 2 saylı əlavələrində qeyd olunan malların və təhvil verilən rəflərin qaytarılması tələb edilmişdir, hansı ki həmin əlavələrə əsasən qaytarılmalı olan malların dəyəri 900 manat təşkil etmir. Bu isə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsini istisna edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1.1-ci maddəsinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 150.1.4-cü maddəsinə əsasən, iddia ərizəsinə bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd əlavə edilir. Həmin Məcəllənin 150.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) iddia ərizəsinə əlavə edilir. Göründüyü kimi, Mülki Prosessual Məcəllənin 150.1.4-cü və 150.1.6-cı maddələrində kommersiya mübahisələri üzrə iddia ərizəsinə iddia ərizəsinin surətinin işdə iştirak edən digər şəxslər alınması haqqında sənədin və cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənədin əlavə olunması imperativ qaydada müəyyən edilmişdir. Hazırkı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən isə görünür ki, iddiaçının cavabdehə göndərdiyi sənəd hazırkı iddia ərizəsi deyil, 13 mart 2024-cü il tarixdə məhkəməyə təqdim edilən iddia ərizəsidir. Bundan əlavə, yuxarıda qeyd edildiyi kimi, cavabdehə göndərilən pretenziya məktubunun məzmununda tələb edilənlərin iddia ərizəsində göstərildiyi kimi konkretləşdirilməməsi, üstəlik həmin məktubda tələb edilən malların dəyərinin miqdar baxımından iddia ərizəsində göstəriləndən fərqli olması mübahisənin məhkəməyə qədər nizama salınması qaydasının pozulmasına səbəb olmuşdur. Mülki Prosessual Məcəllənin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-3.5-ci maddəsinə əsasən, bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.4-cü və 152.1.6-cı maddələrinə əsasən, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə və müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə - hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə, mülki-prosessual qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə riayət edilməklə verilmədiyinə görə iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Mülki Prosessual Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Həmin Məcəllənin 284-3.5-ci maddəsinin ikinci cümləsinə əsasən, ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 149-152, 263, 264, 267,268 və 284-cü maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA A L D I: İddiaçı tərəfindən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Cavabdeh qarşı verilmiş “malların qaytarılması” tələbi barədə iddia ərizəsi iddiaçıya geri qaytarılsın. İddiaçıya izah olunsun ki, ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(119)-605/2024
Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-605/2024
29.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver