Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-612/2025 04.04.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Alıyeva Həlimə Rəşid qızı, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh qarşı verilmiş “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair kommersiya işinə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "Bank VTB (Azərbaycan)" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 4167,76 (dörd min yüz altmış yeddi manat yetmiş altı qəpik) manat məbləğində əsas borc, 87,57 (səksən yeddi manat əlli yeddi qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 4255,33 (dörd min iki yüz əli beş manat otuz üç qəpik) manat məbləğində borcun və ödənilmiş 62,55 (altmış iki manat əlli beş qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2023-cü il tarixli 001 nömrəli “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri” ilə tanış olub (https://vtb.az/about-bank/documents/ saytı) həmin şərtləri qəbul edərək xx.xx.2023-cü il tarixli 371890-CNS-46148 saylı “Birdəfəlik kreditin əsas şərtlərinə dair müştəri ərizəsi ilə İddiaçı ASC-yə müraciət etmiş və ona dövriyyə vəsaitlərinin artırılması (mal-material qiymətlilərinin alınması, təchizatçılar və podratçılarla hesablaşmaların aparılması) məqsədilə illik 19 faiz hesablanması şərti ilə 12 ay müddətinə 10000 (on min) manat məbləğində kredit verilməsini xahiş etmiş, yəni təklif (oferta) vermiş, bank isə aksept etmiş, yəni təklifi qəbul etmişdir. Daha sonra tərəflər arasında xx.xx.2023-cü il tarixli 371890- CNS-46148 saylı kredit müqaviləsinə (annunitet cədvəl üzrə) dəyişikliklər və əlavələr edilməsi barədə xx.xx.2024-cü il tarixli 371890-CNS-46148/1 nömrəli Əlavə razılaşma bağlanmışdır. xx.xx.2024-cü il tarixli 371890-CNS-46148/1 nömrəli Əlavə razılaşmaya əsasən Cavabdeh illik 15 (on beş) faiz hesablanması şərti ilə 24 (iyirmi dörd) ay müddətinə 4417,87 (dörd min dörd yüz on yeddi manat səksən yeddi qəpik) manat məbləğində yeni qrafik üzərində kredit verilmişdir. Bununla da, tərəflər arasında bağlanmış müqaviləyə əsasən Cavabdeh ərizəsində qeyd edilən şərtlərlə və qeyd olunan məbləğdə kredit verilmiş və kredit vəsaiti “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri”nin 7.3-cü və 7.26.3-cü bəndlərinə əsasən cavabdehin kart hesabına köçürülmüşdür. “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri”nin 7.3-cü və 7.26.3-cü bəndlərinə əsasən bank krediti ümumi şərtlər rəsmiləşdirildikdən və komisyon haqqı ödənildikdən sonra müştərinin müvafiq ərizədə göstərdiyi cari hesabına köçürür. Bank kredit vəsaitini əldə etmək üçün müştəriyə ödəniş kartı təqdim edir və müştəri onun cari hesabından kart hesabına akseptsiz qaydada köçürülməsinə razılıq verir. Cavabdeh kredit vəsaitindən istifadə etmiş, lakin öz üzərinə götürdüyü kredit öhdəliklərini xx.xx.2024-cü il tarixdən icra etməmiş və nəticədə onun xx.xx.2024-cü il tarixə banka 4167,76 (dörd min yüz altmış yeddi manat, yetmiş altı qəpik) manat məbləğində əsas borc, 87,57 (səksən yeddi manat əlli yeddi qəpik) manat məbləğində faiz borcu, ümumilikdə 4255,33 (dörd min iki yüz əli beş manat otuz üç qəpik) manat məbləğində borcu qalmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair kommersiya işinə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də, mülki-prossesual qanunvericiliyin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehə göndərilmişdir. Məhkəmə kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan "Bank VTB (Azərbaycan)" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh (VÖEN **********) arasında bağlanmış 21 iyun 2023-cü il tarixli 371890-CNS- 46148 nömrəli birdəfəlik kreditin əsas şərtlərinə dair müştəri ərizə-razılaşmasına əsasən dövriyyə vəsaitlərinin artırılması (mal-material qiymətlilərinin alınması, təchizatçılar və podratçılarla hesablaşmaların aparılması) məqsədilə Cavabdeh illik 19 faiz dərəcəsi ilə 12 ay müddətinə 10000 (on min) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 13 may 2024-cü il tarixli 21 iyun 2023-cü il tarixli 371890- CNS-46148 nömrəli kredit müqaviləsinə dəyişikliklər və əlavələr edilməsi barədə 1 saylı Əlavə razılaşmaya əsasən borcalanın maliyyə çətinliyinin yaranması səbəbindən kredit müqaviləsindən irəli gələn borc öhdəliyinin lazımi qaydada icrasını təmin etmək məqsədilə tərəflər krediti restrukturizasiya edərək borcalanın 13 may 2024-cü il tarixinə olan kredit müqaviləsindən irəli gələn öhdəlikləri kapitallaşdırılaraq 4417,87 manat müəyyən edilir. Həmin razılaşmanın 3.3-cü bəndinə əsasən kredit alan krediti tam məbləğdə 13 may 2026-ci il tarixində və ya kredit müqaviləsində nəzərdə tutulmuş hallarda vaxtında əvvəl ödəməlidir. Həmin razılaşmanın 3.4.1-ci bəndinə əsasən kreditdən istifadəyə görə faizlər bank tərəfindən illik 15 faiz olmaqla və krediti müqavilənin 5.9-cu bəndinə əsasən faiz dərəcəsinin avtomatik artırılması və ya azaldılmasının mümkünlüyünü nəzərə almaqla hesablanır. İş materiallarında olan 21 iyun 2023-cü il tarixli 371890-CNS-46148 nömrəli kredit müqaviləsinə 13 may 2024-cü il tarixli 1 nömrəli Əlavə olan ödəniş cədvəlində borcalan Cavabdeh banka olan borcunun son ödəniş tarixi 13 may 2026-cı il olmaqla, müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur və həmin ödəniş cədvəlini kredit alan Cavabdeh imzası ilə təsdiq etmişdir. İş materiallarından görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehə 06 dekabr 2024-cü il tarixdə xəbərdarlıq məktubu göndərilərək 13 may 2024-cü il tarixli 371890-CNS-46148/1 nömrəli kredit müqaviləsi üzrə 05 dekabr 2024-cü il tarixə 4167,76 (dörd min yüz altmış yeddi manat, yetmiş altı qəpik) manat məbləğində əsas borc, 87,57 (səksən yeddi manat əlli yeddi qəpik) manat məbləğində faiz borcu, 465,78 (dörd yüz altmış beş manat yetmiş səkkiz qəpik) manat məbləğində cərimə borcu olmaqla, cəmi 4255,33 (dörd min iki yüz əli beş manat, otuz üç qəpik) manat məbləğində borc olduğu bildirilmiş, borcun 3 iş günü ərzində qaytarılması, əks təqdirdə bank tərəfindən öz mülki hüquqlarının müdafiəsi məqsədi ilə borcun ödənilməsi üçün qanunvericiliyin tələbinə uyğun tədbirlər görüləcəyi qeyd edilmişdir. İş materiallarında olan 05 dekabr 2024-cü il tarixli maliyyə arayışından görünür ki, “Bank VTB (Azərbaycan)" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 13 may 2024-cü il tarixli 371890-CNS-46148/1 nömrəli kredit müqaviləsi üzrə 05 dekabr 2024-cü il tarixə borclu Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 4167,76 (dörd min yüz altmış yeddi manat, yetmiş altı qəpik) manat məbləğində əsas borc, 87,57 (səksən yeddi manat əlli yeddi qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 4255,33 (dörd min iki yüz əli beş manat otuz üç qəpik) manat məbləğində borcu vardır. İş materiallarında olan 04 aprel 2025-ci il tarixli maliyyə arayışından görünür ki, borcalan Cavabdeh 13 may 2024-cü il tarixli 371890-CNS-46148/1 nömrəli kredit müqaviləsi üzrə 04 aprel 2025-ci il tarixə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 4095,33 (dörd min doxsan beş manat otuz üç qəpik) manat məbləğində əsas borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Göründüyü kimi, təsvir olunanlarla müəyyən edilir ki, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan kredit alan Cavabdeh 21 iyun 2023-cü il tarixli 371890-CNS-46148 nömrəli Birdəfəlik kreditin əsas şərtlərinə dair müştəri ərizərazılaşmasını və 13 may 2024-cü il tarixli 21 iyun 2023-cü il tarixli 371890-CNS-46148 nömrəli kredit müqaviləsinə dəyişikliklər və əlavələr edilməsi barədə 1 saylı Əlavə Razılaşmanı bağlayarkən üzərinə götürdüyü öhdəlikləri pozmuş və onları lazımınca icra etməyərək borcverən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli olan borcunu müvafiq qaydada ödəməmişdir. Bununla da, cavabdeh iddiaçıdan aldığı krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini müvafiq qaydada yerinə yetirməmişdir. Ona görə də yaranmış borc iddiaçının xeyrinə tutulmalıdır. Lakin 13 may 2024-cü il tarixli 21 iyun 2023-cü il tarixli 371890-CNS-46148 nömrəli kredit müqaviləsinə dəyişikliklər və əlavələr edilməsi barədə 1 saylı Əlavə Razılaşma üzrə tutulmalı olan əsas borcun məbləği müəyyən edilərkən iddiaçı tərəfindən 04 aprel 2025-ci il tarixdə təqdim edilmiş maliyyə arayışı nəzərə alınmalıdır. Belə ki, 04 aprel 2025-ci il tarixdə təqdim olunmuş maliyyə arayışında Cavabdeh "Bank VTB (Azərbaycan)" Açıq Səhmdar Cəmiyyətinə 4095,33 (dörd min doxsan beş manat otuz üç qəpik) manat məbləğində əsas borcunun qaldığı qeyd olunmuşdur. Buna görə məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində qismən təmin edilməli, 13 may 2024-cü il tarixli 21 iyun 2023-cü il tarixli 371890-CNS-46148 nömrəli kredit müqaviləsinə dəyişikliklər və əlavələr edilməsi barədə 1 saylı Əlavə Razılaşma üzrə 4095,33 (dörd min doxsan beş manat otuz üç qəpik) manat məbləğində əsas borc iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə hesab edir ki, iddia tələbi “cavabdehdən 87,57 (səksən yeddi manat əlli yeddi qəpik) manat məbləğində faiz borcunun iddiaçının xeyrinə tutulması" hissəsində təmin edilməməlidir. Belə ki, iddiaçı tərəfindən tərtib olunaraq məhkəməyə təqdim olunmuş 04 aprel 2025-ci il tarixli maliyyə arayışında cavabdehin iddiaçıya faiz borcunun olmadığı göstərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Məhkəmə qeyd edir ki, iddia tələbinin “62,55 (altmış iki manat əlli beş qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması” hissəsi qismən təmin edilməli, iddianın təmin olunmuş hissəsinə uyğun olaraq hesablanan 60,95 (altmış manat doxsan beş qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdeh 4095,33 (dörd min doxsan beş manat otuz üç qəpik) manat məbləğində əsas borc və 60,95 (altmış manat doxsan beş qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 4156,28 (dörd min yüz əlli altı manat iyirmi səkkiz qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 284-1 – 284-6, 338-360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 4095,33 (dörd min doxsan beş manat otuz üç qəpik) manat məbləğində əsas borc və 60,95 (altmış manat doxsan beş qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 4156,28 (dörd min yüz əlli altı manat iyirmi səkkiz qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-612/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-612/2025
04.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver