Məhkəmə qərarları › İş №e-2-2(119)-615/2021

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-615/2021

23.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-615/2021 23.07.2021 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X1 qızının katibliyi, iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Vəkil iştirakı ilə, İddiaçı cavabdeh "Yusa” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pul tələbi” barədə iddia ərizəsinə və Cavabdeh İddiaçınə qarşı “müqavilənin etibarsız hesab edilməsi və pul tələbi” barədə qarşılıqlı iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı 28 aprel 2021-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdehnə qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ƏDV daxil olmaqla 70800 (yetmiş min səkkiz yüz) manat məbləğində icarə haqqının, müqaviləyə vaxtından əvvəl xitam verilməsinə görə 600000 (altı yüz min) manat məbləğində kompensasiyanın, 100 (yüz) manat məbləğində hüquqi yardım xərcinin və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh MMC-dən alınaraq İddiaçı MMC-yə verilməsi haqqında qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC 25 fevral 2020-ci il tarixli İcarə Müqaviləsinə əsasən Sumqayıt şəhəri, Heydər Əliyev prospekti, 36-ci məhəllədə yerləşən 9 mərtəbəli qeyri-yaşayış binasını (Mərkəz Plaza) Cavabdehnə icarəyə vermişdir. Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən icarəyə verilən bina üçün bir aylıq icarə haqqının məbləği 30000 (otuz min) manat məbləğində müəyyən edilmişdir. Həmin Müqavilənin 2.2-ci bəndinə əsasən müqavilənin imzalandığı tarixdən 6 (altı) təqvim ayı sonra icarə haqqının hesablanmağa başlanması nəzərdə tutulmuşdur. Lakin, Cavabdeh MMC 01 oktyabr 2020-ci ildə müqaviləyə xitam verilməsi təşəbbüsü ilə İddiaçı MMC-yə müraciət etmişdir. Həmçinin, Cavabdeh MMC həmin bildirişlə müqavilənin pozulması halında müqavilə ilə nəzərdə tutulmuş ödənişləri və kompensasiyanı ödəməyi qəbul etdiyini bildirmişdir. İddiaçı MMC isə öz növbəsində Cavabdeh MMC-nin müqaviləyə xitam verilməsi barədə təklifini qəbul etmiş və onlar arasında bağlanmış 07 dekabr 2020-ci il tarixli “İcarə müqaviləsinin ləğvinə dair” Sazişə əsasən 25 fevral 2020-ci il tarixli icarə müqaviləsinə xitam verilmişdir. Həmin Sazişə əsasən Cavabdeh MMC 2020-ci ilin noyabr və dekabr ayları üçün olan 60000 (altmış min) manat məbləğində icarə haqqını (ƏDV daxil olmamaqla) və müqaviləyə vaxtından əvvəl xitam verməyə görə 20 (iyirmi) aylıq icarə haqqı məbləğində (600000 (altı yüz min) manat) kompensasiyanı Sazişin imzalandığı tarixdən 1 (bir) ay müddətində ödəməyi öhdəsinə götürmüşdü. Lakin, həmin Sazişin bağlanmasından 4 (dörd) aydan artıq vaxt keçməsinə baxmayaraq, Cavabdeh MMC həmin Sazişdə nəzərdə tutulmuş məbləğdən bir qəpik də olsun ödəməmişdir. Verilmiş pretenziyaya da cavabdeh heç bir əhəmiyyət verməmişdir. Buna görə də, İddiaçı MMC məcbur qalaraq öz pozulmuş hüquqlarının qorunması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Yuxarıda qeyd edilənlərə əsasən iddiaçı hesab edir ki, ƏDV daxil olmaqla 70800 (yetmiş min səkkiz yüz) manat məbləğində icarə haqqı, müqaviləyə vaxtından əvvəl xitam verilməsinə görə 600000 (altı yüz min) manat məbləğində kompensasiya, 100 (bir yüz) manat məbləğində hüquqi yardım xərci və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu Cavabdeh MMC-dən alınaraq İddiaçı MMC-yə verilməlidir. İş üzrə məhkəmə prosesi zamanı Cavabdeh də İddiaçınə qarşı “müqavilənin etibarsız hesab edilməsi və pul tələbi” barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh arasında Sumqayıt şəhəri, Heydər Əliyev prospekti, 36-cı məhəllədə yerləşən qeyri-yaşayış binasının icarəsinə dair bağlanmış icarə müqaviləsinin etibarsız hesab edilməsi və qeyri-yaşayış binasının təmirinə çəkilmiş 380000 manat məbləğində pulun, ödənilmiş 2 aylıq icarə haqqının - 120000 manat pulun, 200000 manat məbləğində vurulmuş ziyana görə təzminatın və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun qarşılıqlı iddia üzrə cavabdeh İddiaçındən alınaraq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdehnə ödənilməsi haqqında qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh “müqavilənin etibarsız hesab edilməsi və pul tələbi” barədə qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 20 fevral 2020-ci il tarixdə Sumqayıt şəhəri, Heydər Əliyev prospekti, 36-cı məhəllədə yerləşən qeyri-yaşayış binasını Cavabdeh İddiaçındən 5 il müddətinə, aylıq 35000 (otuz beş min) manat olmaqla icarəyə götürmüşdür. Müqaviləyə əsasən 6 aydan sonra icarə haqqının hesablanması aparılmalı idi. Cavabdeh MMC bu binanın ayrı-ayrı sahələrini müxtəlif hüquqi şəxs və fiziki şəxslərə icarəyə vermişdir. Lakin, bu müqavilə bağlandıqdan sonra pandemiyanın başlanması və işlərin dayandırılması səbəbindən planlaşdırılmış işdə çətinliklər olmuşdur. Cavabdeh MMC həm icarədən aldığı pullarla, həm də öz vəsaiti hesabına binanın əsaslı təmirini həyata keçirmiş və ümumilikdə binanın təmirinə 380000 (üç yüz səksən min) manat məbləğində vəsait sərf etmişdir. 6 aydan sonra, yəni 2020-ci ilin sentyabr-oktyabr aylarının icarə haqqını, hər ay üçün müqavilədən kənar məcburi qaydada 75000 manat tələb edilsə də, Cavabdeh MMC 2 aya görə 120000 manat icarə haqqı ödəmişdir. Lakin həmin ərəfədə pandemiya ilə bağlı yumşalmalara başlandığını görən İddiaçı MMC binanın icarə haqqını artıraraq 75000 (yetmiş beş min) manat etdiyini və bundan sonra icarə haqqının bu məbləğdə ödənilməli olmasını bildirmişdir. Lakin, Cavabdeh MMC bu məbləğdə icarə pulunu ödəməyə imkanı olmadığını bildirdikdə, İddiaçı MMC belə olan təqdirdə Cavabdeh MMC ilə bağladığı müqaviləyə xitam verəcəyini bildirdi. Cavabdeh MMC binaya 380000 manat vəsait qoyduğunu və artıq binanın ayrı-ayrı hissələrini icarəyə verdiyi şəxslərdən də uzun müddətli icarə haqqı aldığını dedikdə, İddiaçı MMC Cavabdeh MMC-ni əmin etmişdi ki, əgər 75000 manat verməyə imkanı yoxdursa, müqavilə pozulsun və həmin qiymətə bu binanı icarəyə götürmək istəyən şəxsdən icarə haqqını alıb, onun çəkdiyi xərci qaytaracaq və Cavabdeh MMC-nin həmin obyekti icarəyə verdiyi bir şəxsin (Ruslan Ağakişiyevin) pulunu qaytarmaqla borcundan da ödəyəcəkdir. İcarəçi Cavabdeh MMC icarəyəverən İddiaçı MMC-yə inanaraq onunla bağlanmış icarə müqaviləsinin xitam edilməsinə razılıq vermişdi. Lakin İddiaçı MMC nəinki vermiş olduğu vədə əməl etmiş, əksinə həmin icarə müqaviləsinə daxil edilmiş və qanunvericiliyin tələbinə zidd olan bəndə istinad etməklə Cavabdeh MMC-dən istifadə etmədiyi 2 illik icarə haqqını, yəni 600000 manat məbləğində pulu tələb etmək qərarına gəlmiş və hazırkı iddianı qaldırmışdır. Halbuki, İcarə haqqında Qanunda belə bir hal nəzərdə tutulmamışdır və bu müqavilə şərti İcarə haqqında Qanunun tələbinə zidd olduğu üçün etibarsız hesab olunmalıdır. Digər tərəfdən, icarə müqaviləsi şərtini Cavabdeh MMC yox, İddiaçı MMC pozaraq Cavabdeh MMC-dən müqavilədə göstərilən məbləğin 2 qatından da artıq məbləği, yəni 75000 manat aylıq icarə haqqı tələb etmiş və onun bu tələbi sonda həmin müqaviləyə xitam verilməsi ilə nəticələnmişdir. Bundan başqa, Cavabdeh MMC bu gün də icarə müqaviləsində razılaşdırılmış məbləğlə - 35 min manat aylıq icarə haqqı ödəməklə, həmin binanı icarəyə götürüb işlətməkdə maraqlıdır və bundan heç vaxt imtina etməmişdir, hər zaman bu müqaviləni bağlamağa hazırdır. Lakin Cavabdeh MMC-nin hər ay 75000 manat məbləğində icarə haqqı ödəməyə imkanı yoxdur və bu əsassız tələb Cavabdeh MMC tərəfindən 380000 manatdan artıq təmirinə vəsait qoyduğu bir binanın icarəsi ilə bağlı münasibətlərə son qoymağına səbəb olmuşdu. Qeyd edilən faktları sübuta yetirən yetərincə dəlillər də vardır. İcarə haqqında Qanunun 14-cü maddəsinə əsasən icarə müqaviləsinin bağlanması, icrası, dəyişdirilməsi və pozulması zamanı əmələ gələn mübahisələrə məhkəmə baxır. Həmin Qanunun 15-ci maddəsinə əsasən icarəçinin icarəyə götürülən əmlak üzərində hüququnun müdafiəsi mülkiyyətçinin hüququnun müdafiəsi ilə eyni əsasla təmin edilir. O, icarəyə götürülmüş əmlakın hər hansı qanunsuz sahiblikdən qaytarılmasını, ondan istifadə edilməsində maneələrin aradan qaldırılmasını, bütün şəxslərin, o cümlədən icarəyəverənin əmlaka vurduğu zərərin ödənilməsini tələb edə bilər. İcarə haqqında Qanunun 7.2-ci maddəsində göstərilir ki, icarəyə verilən əmlakın tərkibi və dəyəri, icarə haqqının məbləği, icarənin müddətləri əmlakın ikinci əldən icarəyə verilməsi (icarəyə götürülmüş əmlakın icarəyə verilməsi) imkanına münasibət icarəyə götürülmüş əmlakı tam bərpa və təmir etmək sahəsində tərəflərin vəzifə bölgüsü, icarəyəverənin icarəçiyə əmlakı müqavilə şərtlərinə uyğun vəziyyətdə vermək vəzifəsi, icarəçinin əmlakdan müqavilə şərtlərinə uyğun surətdə istifadə etmək, icarə haqqını ödəmək, və müqaviləyə xitam verildikdən sonra əmlakı müqavilədə şərtləşdirilmiş vəziyyətdə icarəyə verənə qaytarmaq vəzifəsi göstərilməlidir. Lakin, İddiaçı MMC sui-istifadəyə yol verməklə Cavabdeh MMC-dən 2 ay sonra icarə haqqının 2 qatından da artıq məbləğ tələb etmiş və bu müqavilənin pozulmasına zəmin yaratmışdır ki, Cavabdeh MMC-dən kompensasiya kimi istifadə etmədiyi əlavə 2 illik icarə haqqı tələbini irəli sürsün. Cavabdeh MMC əvvəlki razılaşdırılmış məbləğdə bu binanı 5 il müddətində icarəyə götürüb icarə haqqını ödəyəcəyinə tam əmin olduğu üçün bu addımı atmış, lakin İddiaçı MMC-nin təqsiri üzündən bu münasibətlər baş tutmamışdır. Müqavilə İddiaçı MMC-nin təqsiri üzündən pozulmuş və digər tərəfdən onun istinad etdiyi müqavilənin 3.3-cü bəndi istər Mülki Məcəlləyə, istərsə də İcarə haqqında Qanuna zidd olduğu üçün etibarsız hesab olunmalıdır. İcarə haqqında Qanunun 7.5-ci maddəsinə görə icarə müqaviləsi üzrə vəzifələri icra etməmək və ya lazımınca icra etməmək. o cümlədən müqaviləni birtərəfli qaydada dəyişdirmək və pozmaq üstündə tərəflər Azərbaycan Respublikasının qanunvericiliyi və müqavilə ilə müəyyən edilən məsuliyyət daşıyırlar. Konkret halda İddiaçı MMC müqaviləni birtərəfli qaydada dəyişməklə icarə haqqını artırmış, Cavabdeh MMC-ni çıxılmaz bir vəziyyətə salmış və bu səbəbdən də Cavabdeh MMC icarə müqaviləsinin ləğv edilməsi ilə bağlı (tərəfin hazırladığı sənədləri imzalamaqla) müraciət etməli olmuşdur. Mülki Məcəllənin 337-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Mülki Məcəllənin 339-cu maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda, həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Aldatma yolu ilə başlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqdi mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və va zərərin əvəzinin ödənilməsini tələb etsin. Ona görə də, İddiaçı MMC ilə bağlanmış müqavilə qanunun tələbləri pozulmaqla və Cavabdeh MMC üçün əlverişsiz şəraitə yol açmaqla bağlandığı üçün etibarsız sayılmalı, həmin müqavilə üzrə öhdəliklərə xitam verilməli, qeyri-yaşayış sahəsinə çəkilmiş 380000 manat xərc, 2 aylıq 120000 manat icarə haqqı, dəymiş ziyana görə 200000 manat məbləğində təzminat və ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı MMC-dən alınaraq Cavabdehnə ödənilməlidir. Məhkəmə iclasında iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı nümayəndəsi Vəkil iddia tələbini müdafiə edib, qarşılıqlı iddia ərizəsini qəbul etmədiyini bildirərək, iddia ərizəsində yazılanlara uyğun izahat verib, ilkin iddianın təmin edilərək, ƏDV daxil olmaqla 70800 manat məbləğində icarə haqqının, müqaviləyə vaxtından əvvəl xitam verilməsinə görə 600000 manat məbləğində kompensasiyanın, 100 manat məbləğində ödənilmiş hüquqi yardım xərcinin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh MMC-dən alınaraq İddiaçı MMC-yə verilməsi və Cavabdeh “müqavilənin etibarsız hesab edilməsi və pul tələbi” barədə qarşılıqlı iddia tələbinin isə təmin olunmaması haqqında qətnamə qəbul edilməsini xahiş etdi. 13 iyul 2021-ci ildə keçirilən məhkəmə baxış iclasında iştirak etmiş cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh nümayəndəsi Nümayəndə qarşılıqlı iddia tələbini müdafiə edib, ilkin iddia ərizəsini qəbul etmədiyini bildirərək, qarşılıqlı iddia ərizəsində yazılanlara uyğun izahat verib, qarşılıqlı iddia tələbinin təmin edilərək, İddiaçı MMC ilə Cavabdeh MMC arasında Sumqayıt şəhəri, Heydər Əliyev prospekti, 36-cı məhəllədə yerləşən qeyri-yaşayış binasının icarəsinə dair bağlanmış 20 fevral 2020-ci il tarixli icarə müqaviləsinin etibarsız hesab edilməsi və həmin qeyri-yaşayış binasının təmirinə çəkilmiş 380000 manat məbləğində pulun, ödənilmiş 2 aylıq icarə haqqı olan 120000 manat məbləğində pulun, 200000 manat məbləğində vurulmuş ziyana görə təzminatın və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun qarşılıqlı iddia üzrə cavabdeh İddiaçındən alınaraq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdehnə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdi. Lakin, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) "Yusa” MMC-nin nümayəndəsi Nümayəndə 23 iyul 2021-ci il tarixinə təxirə salınmış məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, həmin tarixə təxirə salınmış məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) "Yusa” MMC-nin nümayəndəsinin iştirakı olmadan məhkəmə baxış iclasının davam etdirilməsini mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarının məhkəmə iclasında vermiş olduqları izahatları, iddia ərizəsini, qarşılıqlı iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən “pul tələbi” barədə ilkin iddia qismən təmin edilməli, “müqavilənin etibarsız hesab edilməsi və pul tələbi” barədə qarşılıqlı iddia tələbi isə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, Sumqayıt şəhəri, 36-cı məhəllə, Heydər Əliyev prospektində olan 0,0750 ha torpaq sahəsinin üzərində yerləşən qeyri-yaşayış binasının (ümumi sahəsi 7169,20 kv.metr) İddiaçı xüsusi mülkiyyətində olması Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmışdır ((Reyestr nömrəsi – **********34-06301); Qeydiyyat nömrəsi – **********; Qeydiyyat tarixi – 15 oktyabr 2019-cu il). İş materiallarında olan icarəyəverən İddiaçı (VÖEN **********) ilə icarəçi Cavabdeh (VÖEN **********) arasında bağlanaraq, notariat qaydasında tərtib və təsdiq edilmiş (Reyestrdə 3M-112 № ilə qeyd olunub) 20 fevral 2020-ci il tarixli İcarə Müqaviləsinin müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, bu Müqaviləyə əsasən İcarəyəverən Sumqayıt şəhəri, 36-cı məhəllə, Heydər Əliyev prospekti ünvanda olan 0,0750 ha torpaq sahəsinin üzərində yerləşən 9 mərtəbəli və ümumi sahəsi 7169,20 kv.metr olan binanı (qeyri-yaşayış sahəsini), habelə orada yerləşən və bu Müqavilənin 1.2 və 4-cü bəndlərində göstərilən qaydada təhvil-təslim aktında ətraflı şəkildə sadalanan daşınar əşyaları (bundan sonra daşınmaz əmlak və daşınar əşyalar birlikdə "icarə obyekti" adlandırılacaq) İcarəçinin istifadəsinə verir, İcarəçi isə bunun müqabilində bu Müqavilə ilə müəyyən edilən qaydada icarə haqqı ödəməyi öhdəsinə götürür (Müqavilənin 1.1-ci bəndi). Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən, İcarəçi, bu Müqavilənin 2.5 və 2.6-cı bəndləri nəzərə alınmaqla, İcarə obyektindən istifadəyə görə İcarəyəverənə (ƏDV xaric) hər ay 30000 (otuz min) manat məbləğində icarə haqqı ("icarə haqqı") ödəyir. Həmin Müqavilənin 2.4-cü bəndinə əsasən, icarə haqqı İcarəyəverənin təqdim etdiyi bank hesabına köçürmə yolu ilə ödənilir. Həmin Müqavilənin 3.1-ci bəndinə əsasən, bu Müqavilə imzalandığı tarixdən 5 (beş) il müddətində (bundan sonra "ilkin icarə müddəti" və ya "ilkin müddət" adlandırılacaq) qüvvədədir. Həmin Müqavilənin 3.3-cü bəndinə əsasən, tərəflər razılaşır ki, İcarəçi iki ildən tez icarəyə götürdüyü əmlakı tərk edə bilməz, əks halda icarəyə verənə kompensasiya şəklində iki illik icarə haqqını ödəməyə borcludur. Həmin Müqavilənin 3.5-ci bəndinə əsasən, bu Müqaviləyə İcarəyəverən tərəfindən istənilən əsasla vaxtından əvvəl birtərəfli qaydada, ehtimal olunan xitam tarixinə 60 (altmış) gün qalmış icarəçiyə yazılı bildiriş təqdim etməklə, xitam verilə bilər. Həmin Müqavilənin 3.6-cı bəndinə əsasən, bu Müqaviləyə İcarəçi tərəfindən vaxtından əvvəl birtərəfli qaydada xitam verilməsinə, 3.3-cü bənd nəzərə alınmaqla, qanuni və əsaslı səbəblər olduqda yol verilir. Bu zaman İcarəçi ehtimal olunan xitam tarixinə 90 (doxsan) gün qalmış İcarəyəverənə yazılı bildiriş təqdim etməklə Müqaviləyə xitam verir. Qeyri-müəyyənliyə yol verməmək üçün, İcarəçi həmin müddət (3 ay) üçün icarə haqqını icarəyəverənə ödəməlidir. Həmin Müqavilənin 3.7-ci bəndinə əsasən, bu Müqaviləyə istənilən əsasla xitam verildiyi halda. Tərəflər bu Müqavilənin 4.3-cü bəndində göstərilən təhvil-təslim aktının imzalandığı tarixdən 15 (on beş) gün ərzində bu Müqavilə üzrə qarşılıqlı son haqqhesabları yerinə yetirməlidirlər. Həmin Müqavilənin 4.3-cü bəndinə əsasən, bu Müqaviləyə istənilən səbəblə xitam verildikdən sonra İcarəçi icarə obyektini ilkin vəziyyətdə İcarəyəverənə təhvil-təslim aktı əsasında 10 (on) gün ərzində geri qaytarır. İş materiallarında olan icarəçi Cavabdeh tərəfindən icarəyəverən “A+A Şirkətlər Qrupu" Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanlanmış 01 oktyabr 2020-ci il tarixli “Bildiriş” məktubunun məzmunu ilə müəyyən olunur ki, həmin “Biliriş” məktubunda “Yusa" Məhdud Məsuliyyətli Cəmiyyətinin təşəbbüsü ilə 20 fevral 2020-ci il tarixli İcarə Müqaviləsində nəzərdə tutulan bildiriş müddəti gözlənilmədən 30 dekabr 2020-ci il tarixdən etibarən həmin İcarə Müqaviləsinə xitam verilməsinin və həmin tarixdən icarə obyektinin Müqavilə şərtlərinə uyğun olaraq təhvil-təslim aktı əsasında Cavabdeh MMC tərəfindən “A+A Şirkətlər Qrupu" MMC-yə geri təhvil verilməsinin mümkünlüyünə münasibət bildirilməsi xahiş olunmuş və eyni zamanda, qeyd edilmişdir ki, Cavabdeh MMC-nin “A+A Şirkətlər Qrupu" MMC qarşısında Müqaviləyə əsasən bu Bildirişdə göstərilən xitam tarixinə ödənilməyən olan icarə haqqı (2020-ci ilin noyabr və dekabr ayı daxil), habelə Müqaviləyə İcarəçi tərəfindən birtərəfli qaydada xitam verilməsi nəticəsində Müqavilənin 3.3-cü bəndinə uyğun olaraq nəzərdə tutulmuş kompensasiya məbləği Müqaviləyə xitam verilməsi barədə Sazişdə göstərilən müddət ərzində Cavabdeh MMC tərəfindən ödəniləcəkdir. İş materiallarında olan icarəyəverən İddiaçı ilə icarəçi Cavabdeh arasında bağlanaraq, notariat qaydasında tərtib və təsdiq edilmiş (Reyestrdə 3M-527 № ilə qeyd olunub) “İcarə Müqaviləsinin ləğvinə dair” 07 dekabr 2020-ci il tarixli Sazişin məzmunu ilə müəyyən olunur ki, həmin Sazişə əsasən icarəyəverən İddiaçı MMC və icarəçi Cavabdeh MMC razılaşır ki, 20 fevral 2020-ci il tarixində aralarında bağlanmış İcarə Müqaviləsinə həmin tərəflərin qarşılıqlı razılığı ilə 30 dekabr 2020-ci il tarixindən etibarən xitam verilir (Müqavilənin 1-ci bəndi). Həmin Sazişin 2-ci bəndinə əsasən, icarə obyekti Müqavilə şərtlərinə uyğun olaraq təhvil təslim aktı əsasında İcarəçi tərəfindən İcarəyəverənə 30 dekabr 2020-ci il tarixdə geri təhvil verilməlidir. Tərəflər bununla qəbul edir və razılaşırlar ki, təhvil-təslim aktında İcarəçi tərəfindən İcarə obyektinin yaxşılaşdırılmasına xərclənmiş vəsaitin, habelə təhvil zamanı müəyyən edilə bilən və İcarəçi tərəfindən icarə obyektinə vurulmuş hər hansı zərərin məbləği (“Vurulmuş Zərər”) öz əksini tapmalıdır. Təhvil-təslim aktına əsasən müəyyən edilən Vurulmuş Zərərin əvəzi bu Sazişin 3-cü bəndinə uyğun olaraq İcarəçi tərəfindən iİcarəyəverənə ödəniləcəkdir. Həmin Sazişin 3-cü bəndinə əsasən, tərəflər bununla qəbul edir və razılaşırlar ki, İcarəçinin İcarəyəverən qarşısında Müqaviləyə əsasən icra olunmayan Maliyyə Öhdəliyi, vurulmuş zərər də daxil olmaqla, bu Sazişin imzalandığı tarixə ödənilməyən icarə haqqı üzrə (2020-ci ilin noyabr və dekabr ayı üzrə) 60000 (altmış min) manat (ƏDV xaric) borcundan, habelə Müqaviləyə İcarəçi tərəfindən birtərəfli qaydada xitam verilməsi nəticəsində Müqavilənin 3.3-cü bəndinə uyğun olaraq nəzərdə tutulmuş kompensasiya məbləğindən (20 aylıq icarə haqqina bərabər məbləğ) ibarətdir (“İcarəçinin Müqavilə üzrə Maliyyə Öhdəlikləri"). Tərəflər razılaşır ki, bu Sazişə əsasən müəyyən edilən İcarəçinin Müqavilə üzrə Maliyyə Öhdəlikləri bu Saziş imzalandığı tarixdən 1 (bir) təqvim ayı ərzində İcarəçi tərəfindən icra olunmalıdır. Həmin Sazişin 4-cü bəndinə əsasən, bu Saziş “07” dekabr 2020-ci il tarixindən qüvvəyə minir. Həmin Sazişin 5-ci bəndinə əsasən, Tərəflər razılaşırlar ki, İcarəçinin Müqavilə üzrə Maliyyə öhdəlikləri onlar İcarəçi tərəfindən tam icra olunanadək qüvvədə qalır. İcarəçinin Müqavilə üzrə Maliyyə Öhdəliklərinin ödənilməsi bu Saziş əsasında icra olunacaqdır. Həmin Sazişin 6-cı bəndinə əsasən, bu Sazişdən irəli gələn və onunla bağlı olan bütün mübahisələr danışıqlar yolu ilə (hər iki tərəf vicdanla və ağlabatan şəkildə çıxış etməlidir) həll edilir. Danışıqlar 30 (otuz) gün ərzində müsbət nəticə verməzsə, mübahisə həll olunması üçün Azərbaycan Respublikasının məhkəmələrinə verilir. İş materiallarında olan 19 may 2021-ci il tarixli 21/05 nömrəli Maliyyə arayışında göstərilir ki, İddiaçı MMC və Cavabdeh MMC arasında bağlanmış 20 fevral 2020-ci il tarixli icarə müqaviləsinə əsasən İddiaçı MMC Sumqayıt şəhər, Heydər Əliyev prospekti, 36-ci məhəllədə yerləşən 9 mərtəbəli qeyri-yaşayış binasını cavabdehə icarəyə vermişdir. Müqaviləyə əsasən icarəyə verilən bina üçün aylıq icarə haqqının məbləği 30000 (otuz min) manat məbləğində müəyyən edilmişdir. Tərəflər arasında olan razılaşmaya əsasən icarə haqqı müqavilənin bağlandığı tarixdən 6 (altı) aydan sonra yəni, 20 avqust 2020-ci il tarixindən hesablanmağa başlamışdır. Ümumilikdə icarə haqqının hesablandığı 20 avqust 2020-ci il tarixindən 30 dekabr 2020-ci il tarixinə qədər olan dövr üçün Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə ƏDV daxil olmamaqla 60000 (altmış min) manat məbləğində icarə haqqı ödənilmişdir. Cavabdeh MMC tərəfindən 2020-ci ilin noyabr və dekabr ayları üçün icarə haqqı ödənilməmişdir ki, bu da ƏDV daxil olmaqla 70800 (yetmiş min səkkiz yüz) manat təşkil edir. İş materiallarında olan 21 yanvar 2021-ci il tarixli “Öhdəliklərin verilməsi haqqında” müqavilədən görünür ki, Cavabdeh MMC, "xxxx" MMC və "xxxx" MMC (məlum icarə obyektinin yeni icarədarı) arasında bağlanmış üçtərəfli həmin Müqavilə ilə Cavabdeh MMC "xxxx" MMC-yə 12242,58 manat qalıq borcunun olmasını etiraf etmiş və "xxxx" MMC isə həmin qalıq borcun "xxxx" MMC-yə ödəməyi öz üzərinə götürmüşdür. İş materiallarında olan 2021-ci ilin fevral ayında Cavabdeh MMC, Novruzov Cabir və "xxxx" MMC tərəfindən tərtib edilmiş Qarşılıqlı razılaşma Aktından görünür ki, Cavabdeh MMC-nin Novruzov Cabirə olan 8500 manat borcun hissə-hissə ödənilməsini "xxxx" MMC (məlum icarə obyektinin yeni icarədarı) öz üzərinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 675-ci maddəsinə əsasən, əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş İcarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən, icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Göründüyü kimi, notariat qaydasında tərtib və təsdiq edilmiş 20 fevral 2020-ci il tarixli İcarə Müqaviləsinə əsasən icarəyəverən İddiaçı MMC tərəfindən Sumqayıt şəhəri, 36-cı məhəllə, Heydər Əliyev prospektində yerləşən ümumi sahəsi 7169,20 kv.metr olan bina (qeyri-yaşayış sahəsi) ayliq icarə haqqı (ƏDV xaric) 30000 (otuz min) manat olmaqla 5 il müddətinə icarəçi Cavabdeh MMC-nin istifadəsinə (icarəsinə) verilmişdir. Lakin, icarəyəverən İddiaçı MMC ilə icarəçi Cavabdeh MMC arasında bağlanaraq, notariat qaydasında tərtib və təsdiq edilmiş 07 dekabr 2020-ci il tarixli “İcarə Müqaviləsinin ləğvinə dair” Sazişə əsasən icarəyəverən İddiaçı MMC ilə icarəçi Cavabdeh MMC 20 fevral 2020ci il tarixli İcarə Müqaviləsinin 30 dekabr 2020-ci il tarixindən etibarən xitam verilməsi və 30 dekabr 2020-cı ıldə icarə obyektinin geri təhvil verilməsi barədə razılığa gəlmişlər (Sazişin 4-cü bəndinin tələblərinə görə, həmin Saziş 07 dekabr 2020-ci il tarixindən qüvvəyə minmişdir). Eyni zamanda, tərəflər arasında bağlanmış 07 dekabr 2020-ci il tarixli “İcarə Müqaviləsinin ləğvinə dair” Sazişin tələblərinə görə 20 fevral 2020-ci il tarixli İcarə Müqaviləsinin ləğvi ilə əlaqədar icarəyəverən İddiaçı MMC ilə icarəçi Cavabdeh MMC razılığa gəlmişlər ki, İcarəçinin İcarəyəverən qarşısında Müqaviləyə əsasən icra olunmayan Maliyyə Öhdəliyi - vurulmuş zərər də daxil olmaqla, bu Sazişin imzalandığı tarixə ödənilməyən icarə haqqı üzrə (2020-ci ilin noyabr və dekabr ayı üzrə) 60000 (altmış min) manat (ƏDV xaric) borcundan, habelə Müqaviləyə İcarəçi tərəfindən birtərəfli qaydada xitam verilməsi nəticəsində Müqavilənin 3.3-cü bəndinə uyğun olaraq nəzərdə tutulmuş kompensasiya məbləğindən (20 aylıq icarə haqqina bərabər məbləğ) ibarətdir (“İcarəçinin Müqavilə üzrə Maliyyə Öhdəlikləri") və bu Sazişə əsasən müəyyən edilən “İcarəçinin Müqavilə üzrə Maliyyə Öhdəlikləri” bu Saziş imzalandığı tarixdən 1 (bir) təqvim ayı ərzində İcarəçi tərəfindən icra olunmalıdır (Sazişin 3-cü bəndi). Beləliklə də, təsvir olunanlarla müəyyən edilir ki, “icarəçi” Cavabdeh MMC 20 fevral 2020-ci il tarixli İcarə Müqaviləsinə xitam verilməsi ilə əlaqədar bağlanmış 07 dekabr 2020ci il tarixli “İcarə Müqaviləsinin ləğvinə dair” Saziş ilə üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş və həmin Sazişin 3-cü bəndinə əsasən “icarəyəverən” İddiaçı MMC-nə ödənilməli olan 2020-ci ilin noyabr və dekabr ayları üzrə cəmi 60000 (altmış min) manat icarə haqqı (ƏDV xaric) borcunu və 20 (iyirmi) aylıq icarə haqqina bərabər kompensasiya məbləğini (30000 manat icarə haqqı x 20 ay = 600000 (altı yüz min) manat) Sazişdə nəzərdə tutulan müddətdə ödəməmişdir. Ona görə də, İddiaçı MMC hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “ƏDV” daxil olmaqla 70800 manat məbləğində icarə haqqının və müqaviləyə vaxtından əvvəl xitam verilməsinə görə 600000 (altı yüz min) manat məbləğində kompensasiyanın Cavabdeh MMC-dən alınaraq İddiaçı MMC-yə verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İş materiallarından görünür ki, 07 dekabr 2020-ci il tarixli “İcarə Müqaviləsinin ləğvinə dair” Saziş üzrə yaranmış borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar Cavabdeh MMCyə müvafiq qaydada xəbərdarlıq olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Beləliklə də, yuxarıda təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, 07 dekabr 2020-ci il tarixli “İcarə Müqaviləsinin ləğvinə dair” Sazişin tələbləri nəzərə alınaraq, İddiaçı MMC-nin Cavabdeh MMC-nə qarşı “ƏDV daxil olmaqla 70800 (yetmiş min səkkiz yüz) manat məbləğində icarə haqqının və müqaviləyə vaxtından əvvəl xitam verilməsinə görə 600000 (altı yüz min) manat məbləğində kompensasiyanın tutulması” barədə iddia tələbi qismən təmin olunmalı və cavabdeh "Yusa” MMC-dən 60000 (altmış min) manat məbləğində icarə haqqı borcu və 600000 (altı yüz min) manat məbləğində kompensasiya pulu İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Çünki, tərəflər arasında bağlanmış 07 dekabr 2020-ci il tarixli “İcarə Müqaviləsinin ləğvinə dair” Sazişdə 20 fevral 2020-ci il tarixli İcarə Müqaviləsinə xitam verilməsi ilə əlaqədar icarəçi "Yusa” MMC-nin pul öhdəlikləri dəqiq müyyən edilmişdir. Yəni, həmin Sazişdə məlum İcarə Müqaviləsinə xitam verilməsi ilə əlaqədar icarəçi "Yusa” MMC tərəfindən icarəyəverən İddiaçı MMC-yə 2020-ci ilin noyabr və dekabr ayları üzrə cəmi 60000 (altmış min) manat icarə haqqı (ƏDV xaric) borcunun və 20 (iyirmi) aylıq icarə haqqina bərabər (600000 manat) kompensasiya məbləğinin ödənilməli olması nəzərdə tutulmuşdur. Göründüyü kimi, tərəflər arasında olan İcarə Müqaviləsinə xitam verilməsi şərtlərini müəyyən edən məlum Sazişdə İcarəçi tərəfindən ödənilməli olan pul vəsaitlərinin dəqiq məbləğləri göstərilmiş və eyni zamanda, Sazişdə 60000 (altmış min) manat icarə haqqı borcunun “ƏDV xaric” ödənilməli olması razılaşdırılmışdır. Bu halda isə Sazişin məlum şərtlərindən kənara çıxaraq İcarəçidən həmin məbləğin “ƏDV”-sinin də tələb olunması əsassızdır (qeyd etmək lazımdır ki, məlum Sazişdə İcarəçi tərəfindən ödənilməli olan kompensasiya kimi müəyyən edilmiş 600000 manat məbləğində pul vəsaiti məlum icarə haqqı borcunun ƏDV-si kimi müəəyən oluna biləcək mümkün xərcdən dəfəllərlə çoxdur). Eləcə də, məhkəmə yuxarıda təsvir olunanlara əsasən hesab edir ki, Cavabdeh İddiaçınə qarşı “müqavilənin etibarsız hesab edilməsi və pul tələbi” barədə qarşılıqlı iddia tələbinin, yəni “İddiaçı ilə Cavabdeh arasında Sumqayıt şəhəri, Heydər Əliyev prospekti, 36-cı məhəllədə yerləşən qeyri-yaşayış binasının icarəsinə dair bağlanmış icarə müqaviləsinin etibarsız hesab edilməsi və qeyri-yaşayış binasının təmirinə çəkilmiş 380000 manat məbləğində pulun, ödənilmiş 2 aylıq icarə haqqının - 120000 manat pulun, 200000 manat məbləğində vurulmuş ziyana görə təzminatın və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun qarşılıqlı iddia üzrə cavabdeh İddiaçındən alınaraq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdehnə ödənilməsi” barədə qarşılıqlı iddia tələbinin əsaslılığı məhkəmə araşdırması zamanı sübuta yetmədiyi üçün təmin edilməməlidir. Eyni zamanda, bununla əlaqədar məhkəmə qeyd etməyi lazım bilir ki, cavabdeh tərəf məhkəmə iclasında qarşılıqlı iddianın sübutu kimi Cavabdeh MMC ilə əlaqədar tərtib edilmiş elektron qaimələri və məlum icarə obyektinə aid videogörüntüləri məhkəməyə təqdim etmiş olsa da, məhkəmə araşdırması zamanı həmin sənədlərlə və videogörüntülərlə qarşılıqlı iddianın əsaslı olması müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəlləsinin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilərək, cavabdeh "Yusa” MMCdən 60000 manat məbləğində icarə haqqı borcu və 600000 manat məbləğində kompensasiya pulu İddiaçı MMC-nin xeyrinə tutulmalı və iddia qalan hissədə təmin edilməməlidir. Eyni zamanda, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nə qarşı verilmiş “müqavilənin etibarsız hesab edilməsi və pul tələbi” barədə qarşılıqlı iddia tələbi isə təmin edilməməlidir. Həmçinin, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən – hazırkı iş üzrə məhkəməyə müraciət edilərkən iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu (27 aprel 2021-ci il tarixli ********* nömrəli Ödəniş Qəbzi) cavabdeh "Yusa” MMC-dən tutularaq İddiaçı MMC-nə ödənilməlidir. Qarşılıqlı iddia isə təmin edilmədiyindən qarşılıqlı iddia tələbi üzrə məhkəmə xərcləri qarşılıqlı iddianı vermiş cavabdeh "Yusa” MMC-nin özünə aid edilməlidir. Eləcə də, İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman hüquqi yardımla əlaqədar ödəmiş olduğu 100 (yüz) manat məbləğində xidmət haqqı (06 aprel 2021-ci il tarixli OD1 nömrəli Ödəniş Tapşırığı) da cavabdeh "Yusa” MMC-dən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara ala bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "Yusa” Məhdud Məsuliyyətli Cəmiyyətindən 60000 (altmış min) manat məbləğində icarə haqqı borcu, 600000 (altı yüz min) manat məbləğində kompensasiya pulu, hüquqi yardımla əlaqədar ödənilmiş 100 (yüz) manat məbləğində pul və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 660130 (altı yüz altmış min yüz otuz) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh tərəfindən İddiaçınə qarşı verilmiş “müqavilənin etibarsız hesab edilməsi və pul tələbi” barədə qarşılıqlı iddia tələbi təmin edilməsin. Qarşılıqlı iddia tələbi üzrə məhkəmə xərcləri Cavabdehnə aid edilsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar