Məhkəmə qərarları › İş №e-2-2(119)-617/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-617/2025

03.03.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-617/2025 03.03.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Alıyeva Həlimə Rəşid qızı, İddiaçı tərəfindən Cavabdeh qarşı verilmiş "arayışın etibarsız hesab edilməsi" tələbi barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN E T D İ M: İddiaçı 26 fevral 2025-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə xüsusi icraat qaydasında Cavabdeh qarşı “arayışın etibarsız hesab edilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 03 mart 2025-ci il tarixdə İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə “iddia ərizəsinin qaytarılması” barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddianı məhkəmə aidiyyəti üzrə Sumqayıt Şəhər Məhkəməsinə göndərəcəklərindən Cavabdeh qarşı verilmiş “arayışın etibarsız hesab edilməsi” tələbi barədə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.9-cu maddəsinə əsasən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Beləliklə, təsvir olunanlara əsasən hesab edirəm ki, İddiaçı “iddia ərizəsinin qaytarılması” barədə ərizəsi təmin edilməli, İddiaçı tərəfindən Cavabdeh qarşı verilmiş "arayışın etibarsız hesab edilməsi" tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıyə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutub, QƏRARA ALDİM: İddiaçı “iddia ərizəsinin qaytarılması” barədə ərizəsi təmin edilsin. İddiaçı tərəfindən Cavabdeh qarşı verilmiş "arayışın etibarsız hesab edilməsi" tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən (elektron kabinetə yerləşdirildikdən) sonra 10 (on) gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə şikayət verilə bilər. Hakim Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar