Məhkəmə qərarları › İş №e-2-2(119)-622/2022

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-622/2022

19.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-622/2022 19.07.2022 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X4 qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə2 Tərlan oğlunun iştirakı ilə, İddiaçı tərəfindən Cavabdeh qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh oğlundan 249186 (iki yüz qırx doqquz min yüz səksən altı) manat məbləğində pul, ödənilmiş 400 (dörd yüz) manat məbləğində mediasiya xərci və 140 (yüz qırx) manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə cəmi 249726 (iki yüz qırx doqquz min yeddi yüz iyirmi altı) manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Həmin iddia ərizəsində iddiaçı tərəfindən iddia tələbi onunla əsaslandırılmışdır ki, alıcı İddiaçı MMC armatur ehtiyacının ödənilməsi üçün fərdi sahibkar olan satıcı Cavabdeh ilə 16 may 2021-ci il tarixli 76/21 nömrəli Alqı-satqı müqaviləsi bağlamışdır. Müqavilənin şərtinə görə Alıcı tərəfindən Satıcıya avans şəklində ƏDV daxil cəmi 249186 manat məbləğində pulun köçürmə yolu ilə ödənilməsinə baxmayaraq, Satıcı müqavilədə nəzərdə tutulan malı, yəni armaturu Alıcıya təhvil verməmiş və köçürülmüş olan ödənişi də geri qaytarmamışdır. Bununla da satıcı Rüstəmov X1 1.1ci bəndinin şərtlərini pozmuşdur. Bununla əlaqədar xx.xx.2022-ci il tarixdə Alıcı İddiaçı MMC-nin nümayəndələri ilə Satıcı Cavabdeh arasında üzləşdirmə aparılaraq, bu barədə müvafiq akt tərtib edilmişdir. X3 Cavabdeh 249186 manat məbləğində pulu etiraf edərək, 21 yanvar 2022-ci il tarixədək İddiaçı MMC-yə qaytarmağı öhdəsinə götürsə də, buna əməl etməmişdir. Bu səbəbdən də 24 yanvar 2022-ci il tarixdə Cavabdeh elektron məhkəmə portralı və vergi ödəyicisinin elektron kabineti vasitəsi ilə pulun qaytarılmasına dair pretenziya ünvanlanmışdır. Lakin, pretenziyada göstərilən müddətin keçməsinə baxmayaraq Cavabdeh tərəfindən cavab verilməmişdir. Məhkəmə icraatına qədər işin mediasiya vasitəsi ilə həlli üçün 28 yanvar 2022-ci il tarixdə Cavabdeh müvafiq təklif göndərilsə də, təklif cavablandırılmadığından müvafiq mediyasiya təşkilatına müraciət edilmişdir. Mediasiya Təşkilatının 28 mart 2022-ci tarixli MŞB/5-01027 nömrəli arayışından göründüyü kimi fərdi sahibkar Cavabdeh təyin edilmiş ilkin mediasiya sessiyasına gəlməmişdir. Həmin arayışdan da göründüyü kimi mediasiya sessiyasının keçirilməsi ilə bağlı İddiaçı MMC 400 manat məbləğində ödəniş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və Cavabdeh oğlundan 249186 manat məbləğində pul, ödənilmiş 400 manat məbləğində mediasiya xərci və 140 manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə cəmi 249726 manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan “satıcı” Cavabdeh (VÖEN: **********) ilə “alıcı” İddiaçı (VÖEN **********) arasında bağlanmış 16 may 2021-ci il tarixli 76/21 nömrəli Alqı-satqı Müqaviləsinin 1.1-ci bəndindən görünür ki, «Satıcı» «Alıcı»ya müqavilənin şərtlərinə, «X2» (Əlavə 1) uyğun qiymətə, lazımi keyfiyyətə, həcminə və müvafiq göstəricilərə malik malları (bundan sonra «mal») «Alıcı»nın mülkiyyətinə verir, «Alıcı» isə həmin malları qəbul edərək, malın dəyərini «Satıcı»ya ödəyir. Həmin Müqavilənin 1.2-ci bəndinə əsasən, Müqavilənin dəyəri Satıcı tərəfindən təchiz olunmuş malın həcminə uyğun olaraq tərtib edilmiş və müqavilənin ayrılmaz hissəsi sayılaraq razılaşma protokolu ilə müəyyən olunur. Həmin Müqavilənin 3.3.1-ci bəndinə əsasən, «Satıcı» Alıcıya onun verdiyi sifarişin göstəricilərinə uyğun, eyni zamanda qüsursuz, keyfiyyətli, beynəlxalq və yerli standartlara, normalara uyğun malı verməyi, bu tələblərə cavab verməyən malı Alıcının tələb və seçiminə uyğun olaraq Alıcının razılıq verdiyi müddət ərzində yenisi və uyğun olam ilə əvəz etmək və ya dəyərini 10 gün ərzində tam olaraq geri ödəməyi öhdəsinə götürür. Həmin Müqavilənin 3.3.2-ci bəndinə əsasən, Alıcı malı qəbul etdikdən sonra onu dəyərini köçürmə yolu ilə ödəməyi öhdəsinə götürür. İş materiallarında olan, 16 may 2021-ci il tarixli 76/21 nömrəli Müqavilənin icrası ilə əlaqədar tərtib edilərək təsdiq olunmuş 16 may 2021-ci il tarixli 01 saylı "Qiymətlərin razılaşdırma” Protokolundan (Əlavə 1) görünür ki, həmin Protokola əsasən 16 may 2021ci il tarixli 76/21 nömrəli Müqavilə üzrə satıcı Cavabdeh tərəfindən alıcı İddiaçınə bir tonu 1020 (min iyirmi) manat dəyərində “armatur”un satılması barədə razılığa gəlinmişdir. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin vasitəsilə həyata keçirilən 09 sentyabr 2021-ci il tarixli BD1 nömrəli Ödəniş Tapşırığından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh bank hesabına 27000 (iyirmi yeddi min) manat məbləğində pul vəsaiti köçürülmüş və həmin sənəddə “ödənişin təyinatı və əsası” “Müqaviləyə əsasən alınacaq materiallar üçün avans ödənilir” kimi qeyd olunmuşdur. İş materiallarında olan “Köçürmənin aparılması haqqında” 14 sentyabr 2021-ci il tarixli **********0924 nömrəli bildirişdən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh hesabına köçürülən vəsait üzrə 4860 manat məbləğində ƏDV ödənişi həyata keçirilmişdir. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin vasitəsilə həyata keçirilən 15 sentyabr 2021-ci il tarixli BD14 nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh bank hesabına 197000 (yüz doxsan yeddi min) manat məbləğində pul vəsaiti köçürülmüş və həmin sənəddə “ödənişin təyinatı və əsası” “Müqaviləyə əsasən alınacaq materiallar üçün avans ödənilir” kimi qeyd olunmuşdur. İş materiallarında olan “Köçürmənin aparılması haqqında” 15 sentyabr 2021-ci il tarixli **********945922 nömrəli bildirişdən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh hesabına köçürülən vəsait üzrə 35460 manat məbləğində ƏDV ödənişi həyata keçirilmişdir. İş materiallarında olan cavabdeh və iddiaçının nümayəndələri tərəfindən tərtib edilmiş və imzalanmış 10 yanvar 2022-ci il tarixli Aktdan görünür ki, Alıcı İddiaçı 16 may 2021-ci il tarixli 76/21 nömrəli müqavilə üzrə Satıcı Cavabdeh avans şəklində 249186 manat məbləğində (ƏDV daxil) pul ödəmişdir. Həmin Müqavilə üzrə Satıcı tərəfindən Alıcıya hər hansı mal təhvil verilməmiş və heç bir ödəniş geri qaytarılmamışdır. Ona görə də, satıcı Cavabdeh 10 (on) gün ərzində, yəni 21 yanvar 2021-ci il tarixədək qeyd olunan məbləğin dəyərində malı və ya onun dəyərini alıcı İddiaçınə tam və birdəfəlik ödəməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci madəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən, satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Həmin Məcəllənin 569.1-ci maddəsinə əsasən, satıcının əşyanı alıcıya vermək vəzifəsinin icrası müddəti alğı-satqı müqaviləsi ilə, müqavilə həmin müddəti müəyyənləşdirməyə imkan vermədikdə isə bu Məcəllənin 427-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Həmin Məcəllənin 575.1-ci maddəsinə əsasən, əgər satıcı satılmış əşyanı alıcıya verməkdən imtina edirsə, alıcı alğı-satqı müqaviləsinin icrasından imtina edə bilər. Həmin Məcəllənin 599.3-cü maddəsinə əsasən, qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. Beləliklə də, təsvir olunanlarla müəyyən edilir ki, tərəflər arasında bağlanmış 16 may 2021-ci il tarixli 76/21 nömrəli Alqı-satqı Müqaviləsinin və həmin Müqavilənin icrası ilə əlaqədar tərtib edilərək təsdiq olunmuş 16 may 2021-ci il tarixli 01 saylı "Qiymətlərin razılaşdırma” Protokolunun (Əlavə 1) tələblərinə uyğun olaraq 1 tonu 1020 (min iyirmi) manat dəyərində armaturun alınması üçün 2021-ci ilin sentyabr ayında avans olaraq razılaşdırılmış pul vəsaiti alıcı İddiaçı tərəfindən satıcı Cavabdeh hesabına ödənilməsinə və həmin Müqavilə ilə nəzərdə tutulan müddətin bitməsinə baxmayaraq, almış olduğu pul vəsaitinin müqabilində “Satıcı” tərəfindən məlum Protokolda nəzərdə tutulan armatur məhsulları “Alıcı”ya satılmamışdır. Ona görə də, 10 yanvar 2022-ci il tarixli Aktda “Satıcı” (cavabdeh) Cavabdeh tərəfindən “Alıcı” (iddiaçı) İddiaçınə 249186 manat məbləğində pulun qaytarılmalı olması və yaxud, həmin məbləğdə malın 21 yanvar 2021-ci il tarixədək verilməli olması qeyd olunmuşdur. İş materiallarından görünür ki, borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuşdur. İş materialları ilə müəyyən olunur ki, hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl Cavabdeh ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə İddiaçı tərəfindən mediatora 400 (dörd yüz) manat məbləğində xidmət haqqı və eyni zamanda, iddia ərizəsi ilə məhkəməyə müraciət olunarkən isə 140 (yüz qırx) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Yuxarıda təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı xeyrinə Cavabdeh 249186 manat məbləğində pulun tutulması barədə iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli və Cavabdeh (VÖEN **********) 249186 (iki yüz qırx doqquz min yüz səksən altı) manat məbləğində borc İddiaçı xeyrinə tutulmalıdır. Eləcə də, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman Dövlət Büdcəsinə ödəmiş olduğu 140 (yüz qırx) manat məbləğində dövlət rüsumunun əvəzi və mediasiya xidməti ilə əlaqədar mediatora ödənilmiş 400 (dörd yüz) manat məbləğində xidmət haqqı Cavabdeh tutularaq İddiaçınə ödənilməlidir. Həmçinin, hazırkı iddia tələbi üzrə ümumilikdə hesablanan 539,19 (beş yüz otuz doqquz manat 19 qəpik) manat məbləğində dövlət rüsumunun ödənilməmiş hissəsi olan 399,19 (üç yüz doxsan doqquz manat 19 qəpik) manat məbləğində (539,19 manat – 140 manat = 399,19 manat) pul vəsaiti isə dövlət rüsumunun qalığı kimi Cavabdeh dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.4-cü maddəsinə əsasən, iddia qiyməti 100000 manatdan ******* manatadək olduqda, 390 manat + 100000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Cavabdeh (VÖEN **********) 249186 (iki yüz qırx doqquz min yüz səksən altı) manat məbləğində əsas borc, mediasiya ilə əlaqədar ödənilmiş 400 (dörd yüz) manat məbləğində xidmət haqqı və 140 (yüz qırx) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 249726 (iki yüz qırx doqquz min yeddi yüz iyirmi altı) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Cavabdeh dövlət rüsumunun qalığı kimi 399,19 (üç yüz doxsan doqquz manat 19 qəpik) manat məbləğində pul vəsaiti dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar