Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-623/2022 26.07.2022 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X5 qızının katibliyi, iddiaçı Şabran rayonu Dəvəçi Bələdiyyəsinin qanuni təmsilçisi Qanuni nümayəndə Gülbaba oğlunun və iddiaçının nümayəndəsi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Nümayəndə1, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Nümayəndə2 oğlunun iştirakı ilə, iddiaçı Şabran rayonu Dəvəçi Bələdiyyəsi tərəfindən cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı verilmiş “icarə haqqı borcunun ödənilməsi, icarə müqaviləsinə xitam verilməsi və torpaq sahəsinin qaytarılması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Şabran rayonu Dəvəçi Bələdiyyəsi 04 may 2022-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “icarə haqqı borcunun ödənilməsi, icarə müqaviləsinə xitam verilməsi və torpaq sahəsinin qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icarəsinə verilmiş Şabran rayonu Dəvəçi kəndi ərazisində yerləşən 189,7 hektar torpaq sahəsindən istifadəyə görə yaranmış Şabran rayonu Dəvəçi Bələdiyyəsinə “189,7 hektar torpaq sahəsinin icarəyə verilməsi haqqında” 02 mart 2017-ci il tarixli müqavilə əsasında icarə haqqı üzrə 1560 (min beş yüz altmış) manat, 15 may 2020-ci il tarixli X3 üzrə 18970 (on səkkiz min doqquz yüz yetmiş) manat, həmin müqavilə üzrə gecikdirməyə görə illik 5% cərimə və dəbbə pulu ilə birlikdə cəmi 21004 (iyirmi bir min dörd) manat olmaqla, ümumilikdə 22564 (iyirmi iki min beş yüz altmış dörd) manat məbləğində icarə haqqı borcunun və mediasiya xidməti ilə bağlı ödənilmiş 200 (iki yüz) manat pulun cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən iddiaçı Şabran rayonu Dəvəçi Bələdiyyəsinin xeyrinə tutulması, sözügedən torpaq sahəsinə dair Şabran rayonu Dəvəçi Bələdiyyəsi ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 15 may 2020-ci il tarixli X2 ləğv edilməsi, torpaq sahəsinin cavabdeh tərəfindən boşaldılaraq və onun hesabına əvvəlki vəziyyətə gətirilərək Şabran rayonu Dəvəçi Bələdiyyəsinə təhvil verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 28 fevral 2017-ci il tarixli,4 saylı məktubla iddiaçı Şabran rayon Dəvəçi Bələdiyyəsinə müraciət edilərək kənd təsərrüfatı sahəsində nəzərdə tutulmuş fəaliyyəti həyata keçirmək məqsədi ilə bələdiyyə torpaqlarından 189,7 hektar torpaq sahəsinin icarə əsasında Cəmiyyətə ayrılması xahiş edilmişdir. "xxxx" MMCnin müraciəti Bələdiyyə tərəfindən müsbət qarşılanmış və Şabran rayon Dəvəçi Bələdiyyəsinin 01 mart 2017-ci il tarixli iclas protokolunun 03 saylı qərarı ilə Bələdiyyənin kənd təsərrüfatı təyinatlı 189,7 hektar torpaq sahəsi üzərində Dəvəçi Bələdiyyəsinin mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması proseduruna başlanılması qərara alınmışdır. Eyni zamanda Dəvəçi Bələdiyyəsinin 01 mart 2017-ci il tarixli iclas protokolunun 03 saylı qərarının 3-cü bəndində icarəyə verilməsi nəzərdə tutulmuş torpaq sahəsinin sənədlərinin hazırlanması proseduru başa çatanadək 189,7 hektar torpaq sahəsinin icarə haqqı ödəmək şərti ilə "xxxx" MMC-nin istifadəsinə verilməsi qərara alınmışdır. Həmin Bələdiyyə qərarı əsasında Şabran rayon Dəvəçi Bələdiyyəsi ilə "xxxx" MMC arasında Şabran rayonunun inzibati ərazisindən 189,7 hektar torpaq sahəsinin icarəyə verilməsi haqqında” 02 mart 2017-ci il tarixli müqavilə bağlanmış və həmin torpaq sahəsi illik 2026 manat icarə haqqı ödəmək şərti ilə 49 il müddətinə sonuncunun icarəsinə verilmişdir. Sonradan həmin torpaq sahəsi qanunvericiliklə müəyyən edilmiş qaydada torpaq hərracına (müsabiqəsinə) çıxarılmış və keçirilmiş torpaq hərracının (müsabiqəsinin) qalibi kimi cavabdeh tanınaraq, Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən verilmiş 19 mart 2020-ci il tarixli, Seriya AM 011444 saylı Şəhadətnamə əsasında bələdiyyə mülkiyyətində olan 189,7035 hektar torpaq sahəsi "xxxx" MMC-nin icarəsinə verilmişdir. Eyni zamanda, Şabran rayonu Dəvəçi Bələdiyyəsi ilə "xxxx" MMC arasında sözügedən 189,7 hektar torpaq sahəsi ilə bağlı Şabran rayon Notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiqlənmiş 15 may 2020-ci il tarixli yeni X3 bağlanılmışdır. Qeyd olunan İcarə müqaviləsinin qüvvədə olma müddəti 49 il olmaqla, 15 may 2069-cu il tarixədək nəzərdə tutulmuşdur. Şabran rayonu Dəvəçi Bələdiyyəsi ilə "xxxx" MMC arasında bağlanmış 15 may 2020-ci il tarixli X3nə əsasən "xxxx" MMC icarəsinə verilmiş 189,7 hektar torpaq sahəsinə görə illik 9485 (doqquz min dörd yüz səksən beş) manat məbləğində icarə haqqını Şabran rayonu Dəvəçi Bələdiyyəsinə ödəməyi öz öhdəsinə götürmüşdür. Lakin, cavabdeh "xxxx" MMC müqavilə öhdəliklərini lazımi şəkildə icra etməmişdir. Belə ki, cavabdeh torpaq sahəsinə dair bağlanmış hər iki İcarə müqaviləsi ilə müəyyən edilmiş illik icarə haqlarıını vaxtında ödəməmişdir ki, bunun da nəticəsində cavabdehin iddia ərizəsi ilə məhkəməyə müraciət edilən günədək Dəvəçi Bələdiyyəsinə 189,7 hektar torpaq sahəsinin icarəyə verilməsi haqqında” 02 mart 2017-ci il tarixli müqavilə əsasında icarə haqqı üzrə 1560 manat, 15 may 2020-ci il tarixli X3 üzrə isə 18 970 manat və həmin müqavilə üzrə illik 5% və dəbbə pulu ilə birlikdə cəmi 21 004 manat, ümumilikdə isə 22 564 manat məbləğində icarə haqqı borcu yaranmışdır. Bələdiyyə tərəfindən borcun ödənilməsi üçün dəfələrlə "xxxx" MMC-yə müraciətlər edilsə də, cavabdeh öz müqavilə öhdəliklərini yerinə yetirməmiş və torpaq icarə haqqı üzrə yaranmış borcunu ödəməmişdir. Bələdiyyə tərəfindən cavabdehə müraciət olunaraq, yaranmış mübahisənin məhkəməyəqədər həlli qaydasında nizama salınması və borcun ödənilməsi təklif olunsa da, cavabdeh tərəfindən mübahisənin həlli ilə bağlı hər hansı addım atılmamışdır. Bu səbəbdən Dəvəçi Bələdiyyəsi yuxarıda göstərilənləri nəzərə alaraq, qeyd olunan qanunsuzluqların aradan qaldırılması və Bələdiyyənin hüquqlarının qorunması məqsədilə iddia ərizəsi ilə məhkəməyə müraciət etməyi məqsədəuyğun saymışdır. Şabran rayonu Dəvəçi Bələdiyyəsi ilə "xxxx" MMC arasında bağlanmış 15 may 2020-ci il tarixli X2 3.1-ci bəndinə əsasən İcarəçi torpaq sahəsindən istifadəyə görə hər il icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 3.3-cü bəndinə görə İcarəçi hər il 9485 manat icarə haqqını ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 3.4-cü bəndinə görə İcarəçi icarə haqqını hər ilin “15 may” tarixindən gec olmayaraq ödəməlidir. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə 14 iyun 2022-ci ildə məhkəməyə “iddia ərizəsinə Etiraz” təqdim edilərək, iddiaçı Şabran rayonu Dəvəçi Bələdiyyəsi tərəfindən cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı verilmiş “icarə haqqı borcunun ödənilməsi, icarə müqaviləsinə xitam verilməsi və torpaq sahəsinin qaytarılması” barədə iddia tələbinin rədd edilməsi xahiş olunmuş və həmin “Etiraz” onunla əsaslandırılmışdır ki, Şabran rayonu Dəvəçi Bələdiyyəsi ilə "xxxx" MMC arasında ilk dəfə 02 mart 2017-ci ildə həmin Bələdiyyənin ərazisində yerləşən 189,7 ha torpaq sahəsinin 49 il müddətinə icarəyə götürülməsi haqqında sadə, notarial təsdiqi olmayan icarə müqaviləsi imzalanmışdır. Həmin müqavilə üzrə illik icarə haqqı 2026 manat müəyyən edilmişdir və icarə haqqının ödənilməsi həmin müqavilənin 3.4-cü bəndinə əsasən 01 dekabr tarixindən gec olmayaraq ödənilməli idi. Lakin həmin Müqaviləni tərəflər imzalamasına baxmayaraq, Şabran rayonu Dəvəçi Bələdiyyəsi həmin icarə müqaviləsini qanunun tələblərinə uyğun rəsmiləşdirmədiyinə görə, əslində cavabdeh tərəf öz icarə hüquqlarını məhz həmin Müqaviləyə əsasən qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirə bilməmişdir. (bundan sonra “Etiraz”da “Torpaq icarəsi haqqında” Qanunun 12-ci maddəsinin və “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci və 9.1-ci maddələrinin məzmunu qeyd olunur). Yuxarıda sadalanan qanunların birbaşa tələblərindən göründüyü kimi, vaxtilə Şabran rayonu Dəvəçi Bələdiyyəsi öz səlahiyyətlərini aşaraq, yuxarıda istinad edilən Qanunun tələblərinə riayət etməmişdir və birbaşa Qanunun həmin tələblərini pozmuşdur. Belə ki, bu növ torpaqların icarəyə verilməsi üçün “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsində birbaşa müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra mümkünlüyü təsbit olunduğu halda, vaxtilə Şabran rayonu Dəvəçi Bələdiyyəsi qanunun bu tələbinidə pozmuşdur və heç bir müvafiq icra hakimiyyəti orqanlarının rəyi alınmamışdır. Məhz bu səbəblərdən cavabdehin hüquqi şəxs olaraq ilk dəfə 02 mart 2017-ci il tarixində həmin Bələdiyyə ilə bağladığı icarə müqaviləsinə əsasən istifadə hüquqlarının Dövlət reyestrində qeydiyyata alınması mümkün olmamışdır. Yəni, “Torpaq icarəsi haqqında” Qanunun 12-ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki, yuxarıda həmin maddəyə istinad edilərək göstərilmişdir ki, torpaq sahəsi üzərində müddəti on bir aydan çox olan icarə hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmalıdır. Lakin, həmin Qanunun da tələblərinə riayət edilməmişdir. Halbuki, “Torpaq icarəsi haqqında” Qanunun 29-cu maddəsinə əsasən Torpaq icarəsi haqqında qanunvericiliyin tələbləri pozulmaqla bağlanmış əqdlər etibarsızdır. Üstəlikdə, həmin müqavilə notarial təsdiqli olmamışdır və bu o deməkdir ki, həmin müqavilə etibarsızdır. Ona görə də, həmin icarə müqaviləsi üzrə hazırda iddiaçının öz iddia tələbində qeyd etdiyi və eyni zamanda tələb etdiyi 1560 manat məbləğində ödənilməmiş icarə haqqı tələbini cavabdeh qəbul etmir. Belə ki, həmin icarə müqaviləsi əslində vaxtilə qanunun tələbinə uyğun bağlanmadığına görə hazırda məhz 02 mart 2017-ci il tarixli icarə müqaviləsi əsas götürülməklə, cavabdehdən icarə haqqı tələb edilə bilməz. İddiaçının özü iddia tələbində qeyd etməsə də, cavabdeh tərəfindən məhz yardım məqsədilə 22 avqust 2019-cu il tarixində 2500 manat və 28 dekabr 2020-ci il tarixində isə 2018,52 manat Bələdiyyənin hesabına pul ödənilmişdir. Belə ki, vaxtilə cavabdeh tərəfindən həmin Bələdiyyəyə ödənilmiş həmin pullar qeyd edilən Bələdiyyəyə yardım məqsədi güdmüşdür. Çünki, vaxtilə cavabdeh "xxxx" MMC olaraq həqiqətən də Bələdiyyənin həmin torpaqlarını icarəyə götürməkdə iddialı olmuşdur. Lakin, həmin torpaqların böyük hissəsi şoran olduğundan və torpaqların şorandan yuyulması və ilkin meliorasiya işlərinin aparıması məqsədilə Bələdiyyəyə həmin pul vəsaitləri cavabdeh tərəfindən kömək məqsədilə ödənilmişdir. Odur ki, yuxarıda qeyd olunlara əsasən cavabdehin iddiaçıya vaxtilə həmin pulları ödəməsi, məhz 02 mart 2017-ci il tarixli icarə müqaviləsi üzrə icarə haqqının ödənilməsi kimi qiymətləndirilməməlidir. Digər tərəfdən, iş materiallarından və iddiaçının iddia tələbindən də görünür ki, tərəflər arasında məhz ikinci dəfə yenidən 15 may 2020-ci il tarixində notarial təsdiqli yeni icarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən də icarəyə götürülmüş torpaq sahəsi 189,7 ha torpaq sahəsidir və müqavilə yenə də 49 il müddətinə bağlanmışdır. Sual olunur, əgər tərəflər arasında vaxtilə imzalanmış 02 mart 2017-ci il tarixli icarə müqaviləsi qanuni olubsa, onda nədən yenidən eyni torpaq sahəsilə bağlı yeni icarə müqaviləsi imzalanmışdır ? Bütün bu hallar onu sübut edir ki, iddiaçının hazırkı iddia tələbində istinad etdiyi 02 mart 2017-ci il tarixli icarə müqaviləsi qanuni olmamış və həmin müqavilə üzrə iddiaçının cavabdehdən hər hansısa məbləğdə pul tələb etmək hüququ yoxdur. 15 may 2020-ci il tarixli notarial təsdiqli yeni icarə müqaviləsi əsasında iddiaçının hazırda cavabdehdən tələb etdiyi 18970 manat icarə haqqı borcuna və həmin müqavilə üzrə illik 5% dəbbə pulu əsas götürülməklə, tələb etdiyi 21004 manata gəldikdə isə, qeyd etmək lazımdır ki, iddiaçıya dəfələrlə təklif olunmuşdur ki, ikinci müqavilə üzrə "xxxx"MMC-yə elektron qaimə-faktura göndərilməsini təmin etsin ki, cavabdeh hüquqi şəxs olaraq Bələdiyyənin müvafiq bank hesabına həmin icarə haqqı borcunu ödəsin. Lakin təəsüflər olsun ki, iddiaçı Şabran rayonu Dəvəçi Bələdiyyəsi və onun hazırki Sədri heç bir qanuni və əsaslı arqumetlər gətirmədən "xxxx" MMC-yə vaxtında elektron qaimə fakturaların göndərilməsini təmin etməmişdir. Yalnız 01 mart 2022-ci il tarixində 21003,97 manat məbləğində olan elektron qaiməni "xxxx" MMC-yə göndərərək iki ilin cəmi olaraq icarə haqqının ödənilməsini tələb etmişdir (baxmayaraq ki, iki illik icarə müddəti məhz 15 may 2022-ci il tarixində bitir). Göründüyü kimi, iddiaçının özünün vaxtında elektron qaiməni göndərmədiyinə görə, hazırda onun cavabdehdən gecikməyə görə 5% dəbbə pulu tələb etməsi yolverilməzdir. Həmçinin qeyd olunmalıdır ki, 01 mart 2022-ci il tarixində 21003,97 manat məbləğində olan elektron qaiməni iddiaçı təşkilat "xxxx" MMC-yə göndərərkən 189,704 ha torpağa görə hər bir hektarının icarə haqqısı 110,72 manatdan qeyd etmişdir. Bu cür hesablanma yolverilməzdir. Belə ki, müqavilə üzrə 189,704 ha torpağın illik icarəsi 9485 manat olduğu halda və bu zaman 1 ha torpağın icarə haqqı dəyəri 50 manat təşkil etməsinə baxmayaraq, həmin elektron qaimənin bu qaydada tərtib edilərək cavabdeh təşkilata icra edilməsi üçün göndərilməsi yolverilməzdir. Məhz bu səbəbdən cavabdeh həmin ödənişləri hazırki vaxtadək rəsmi olaraq icra edə bilməmişdir. Yəni, buradan göründüyü kimi, yenə də iddiaçının özünün təqsiri ucbatından həmin icarə ödənişləri vaxtında həyata keçirilə bilməmişdir. Ölkədə hazırda qüvvədə olan “Nağdsız hesablaşmalar haqqında” 16 dekabr 2016-cı il tarixli Qanun var (bundan sonra “Etiraz”da “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.1-ci və 3.2-ci maddələrinin məzmunu qeyd olunur). Göründüyü kimi, istər iddiaçı Şabran rayonu Dəvəçi Bələdiyyəsi, istərsə də cavabdeh "xxxx" MMC hüquqi şəxs statusuna malik olan qurumlardır və hər iki təşkilatın müvafiq bank hesabları mövcuddur. Lakin, Şabran rayonu Dəvəçi Bələdiyyəsi məqsədli şəkildə icarə haqqının ödənilməsi barədə cavabdeh təşkilata vaxtında elektron qaiməfakturaların göndərilməsini təmin etmədən, heç bir qanuni əsas olmadan cavabdehə qarşı məhkəmədə əsassız iddia tələbini irəli sürmüşdür. Məhz bu səbəblərdən də cavabdeh "xxxx" MMC iddianı qəbul etmir. Məhkəmə iclasında iddiaçı Şabran rayonu Dəvəçi Bələdiyyəsinin nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icarəsinə verilmiş Şabran rayonu Dəvəçi kəndi ərazisində yerləşən 189,7 hektar torpaq sahəsindən istifadəyə görə yaranmış Şabran rayonu Dəvəçi Bələdiyyəsinə “189,7 hektar torpaq sahəsinin icarəyə verilməsi haqqında” 02 mart 2017-ci il tarixli müqavilə əsasında icarə haqqı üzrə 1560 manat, 15 may 2020-ci il tarixli X3 üzrə 18970 manat, həmin müqavilə üzrə gecikdirməyə görə illik 5% cərimə və dəbbə pulu ilə birlikdə cəmi 21004 manat olmaqla, ümumilikdə 22564 manat məbləğində icarə haqqı borcunun və mediasiya xidməti ilə əlaqədar ödənilmiş 200 manat pulun cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən iddiaçı Şabran rayonu Dəvəçi Bələdiyyəsinin xeyrinə tutulması, sözügedən torpaq sahəsinə dair Şabran rayonu Dəvəçi Bələdiyyəsi ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 15 may 2020-ci il tarixli X2 ləğv edilməsi, torpaq sahəsinin cavabdeh tərəfindən boşaldılaraq və onun hesabına əvvəlki vəziyyətə gətirilərək Şabran rayonu Dəvəçi Bələdiyyəsinə təhvil verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi və öz mövqeyini – icarəyə götürmüş olduğu torpaq sahəsi ilə əlaqədar “icarəçi” olaraq cavabdeh "xxxx" MMC tərəfindən Torpaq Qanunvericiliyinin tələblərinin pozulması, cavabdeh "xxxx" MMC tərəfindən icarə haqqının vaxtlı-vaxtında ödənilməməsi və icarəyə götürdüyü torpaq sahəsini təyinatı üzrə istafadə etməyərək, cavabdehin davranışının həmin torpağın istifadəyə yararsız hala düşməsinə səbəb olması ilə əsaslandırdı. Məhkəmə iclasında iddiaçı Şabran rayonu Dəvəçi Bələdiyyəsinin qanuni təmsilçisi Qanuni nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icarəsinə verilmiş Şabran rayonu Dəvəçi kəndi ərazisində yerləşən 189,7 hektar torpaq sahəsindən istifadəyə görə yaranmış Şabran rayonu Dəvəçi Bələdiyyəsinə “189,7 hektar torpaq sahəsinin icarəyə verilməsi haqqında” 02 mart 2017-ci il tarixli müqavilə əsasında icarə haqqı üzrə 1560 manat, 15 may 2020-ci il tarixli X3 üzrə 18970 manat, həmin müqavilə üzrə gecikdirməyə görə illik 5% cərimə və dəbbə pulu ilə birlikdə cəmi 21004 manat olmaqla, ümumilikdə 22564 manat məbləğində icarə haqqı borcunun və mediasiya xidməti ilə əlaqədar ödənilmiş 200 manat pulun cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən iddiaçı Şabran rayonu Dəvəçi Bələdiyyəsinin xeyrinə tutulması, sözügedən torpaq sahəsinə dair Şabran rayonu Dəvəçi Bələdiyyəsi ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanılmış 15 may 2020-ci il tarixli X2 ləğv edilməsi, torpaq sahəsinin cavabdeh tərəfindən boşaldılaraq və onun hesabına əvvəlki vəziyyətə gətirilərək Şabran rayonu Dəvəçi Bələdiyyəsinə təhvil verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi və öz mövqeyini – icarəçi "xxxx" MMC tərəfindən icarə haqqının vaxtlı-vaxtında ödənilməməsi və icarəyə götürdüyü torpaq sahəsini təyinatı üzrə istafadə etməyərək, cavabdehin hərəkətlərinin həmin torpağın istifadəyə yararsız hala düşməsinə səbəb olması ilə əsaslandırdı. Məhkəmə iclasında cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etmədiyini bildirib, iddia tələbinə qarşı verilmiş yazılı “Etiraz”da göstərilənlərə uyğun izahat verərək, iddiaçı Şabran rayonu Dəvəçi Bələdiyyəsi tərəfindən cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı verilmiş “icarə haqqı borcunun ödənilməsi, icarə müqaviləsinə xitam verilməsi və torpaq sahəsinin qaytarılması” barədə iddia tələbinin təmin olunmaması haqqında qətnamə qəbul edilməsini xahiş etdi və öz mövqeyini – cavabdeh tərəfin məhkəməyə təqdim etmiş olduğu iddia ərizəsinə qarşı “Etiraz”da qeyd olunan dəlillərlə, cavabdehə qarşı yönəlmiş iddia tələblərinin tamamilə əsassız olması ilə və eyni zamanda, icarəçi olaraq "xxxx" MMC tərəfindən 15 may 2020-ci il tarixli X2 şərtlərinin, Torpaq Qanunvericiliyinin və İcarə haqqında Qanunvericiliyin tələblərinin pozulmaması, tələb olunan icarə haqqı üzrə vaxtında müvafiq qaydada elektron qaimələr verilmədiyinə görə birinci ilin icarə haqqının ödənilməsinin iddiaçının hərəkətlərinə görə yubadılması, ikinci ilin icarə haqqının isə vaxtından əvvəl tələb olunması, məhkəmə prosesi başlandıqdan sonra isə icarəçinin ödəməli olduğu iki illik icarə haqqının bir dəfəyə ödənilməsinin tələb olunması və cavabdeh tərəfindən məhkəmə prosesi zamanı müqavilə üzrə nəzərdə tutulan icarə haqqının tam ödənilməsi ilə əsaslandırdı. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini, cavabdeh tərəfindən iddia tələbinə qarşı verilmiş yazılı “Etiraz”ı və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, icarəyəverən Şabran rayonu Dəvəçi Bələdiyyəsi (VÖEN **********) ilə icarəçi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) arasında 02 mart 2017-ci il tarixli “Şabran rayonunun inzibati ərazisindən 189,7 hektar torpaq sahəsinin icarəyə verilməsi haqqında” Müqavilə bağlanmış və həmin Müqavilə əsasında “İcarəyə verən” icarə əsasında sahəsi 189,7 hektar olan torpaq sahəsini illik 2026 (iki min iyirmi altı) manat icarə haqqı olmaqla və icarə haqqının hər ilin “1 dekabr” tarixindən gec olmayaraq ödənilməsi şərti ilə 49 (qırx doqquz) il müddətində “İcarəçi”yə istifadəyə vermişdir. Lakin, həmin İcarə Müqaviləsi bağlanarkən icarə predmeti olan 189,7 hektar torpaq sahəsinə icarəyəverən Şabran rayonu Dəvəçi Bələdiyyəsinın mülkiyyət hüququ müvafiq qaydada Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınmamış, məlum torpaq sahəsi hərrac (müsabiqə) vasitəsi ilə icarəyə verilməmiş, həmin İcarə müqaviləsi notariat qaydasında bağlanmamış və “İcarəçi”nin həmin İcarə Müqaviləsi əsasında yaranan istifadə hüququ müvafiq qaydada Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınmamışdır. İş materiallarından görünür ki, həmin 189,7035 hektar torpaq sahəsinə Şabran rayonu Dəvəçi Bələdiyyəsinın mülkiyyət hüququ Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində 30 may 2017-ci ildə qeydə alınmışdır. İş materiallarında olan icarəyəverən Şabran rayonu Dəvəçi Bələdiyyəsi (VÖEN **********) ilə icarəçi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) arasında bağlanaraq, notariat qaydasında tərtib və təsdiq edilmiş (Reyestrdə 3M-93 № ilə qeyd olunub) 15 may 2020-ci il tarixli İcarə Müqaviləsindən görünür ki, "İcarəyə verən" Şabran rayonu Dəvəçi Bələdiyyəsi tam mülkiyyət hüququ Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində **********26 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Dövlət Reyestrindən Çıxarışa əsasən 30 may 2017-ci ildə qeydə alınmış 189,7035 ha olan torpaq sahəsini (o cümlədən, su ilə örtülmüş sahəsi) icarə əsasında "İcarəçi" "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 49 (qırx doqquz) il müddətində icarəyə vermiş, "İcarəçi" isə onu qəbul etmişdir. Həmin Müqavilənin 3.2-ci bəndinə əsasən, İcarə haqqı 15 may 2020-ci il tarixindən hesablanır. Həmin Müqavilənin 3.3-cü bəndinə əsasən, “İcarəçi” hər il 9485 (doqquz min dörd yüz səksən beş) manat icarə haqqı ödəməyi öz öhdəsinə götürür. Həmin Müqavilənin 3.4-cü bəndinə əsasən, icarə haqqı hər ilin “15 May” tarixindən gec olmayaraq ödənilir. Həmin Müqavilənin 6.1-ci bəndinə əsasən, tərəflərdən hər hansı biri bu müqavilədə göstərilmiş öhdəlikləri pozduqda o biri tərəf rəsmi olaraq, bu müqavilədəki öhdəlikləri pozmuş tərəfə faktlar haqqında məlumat verir. Bu müqavilədə göstərilən qaydaların pozulması 60 gün müddətində və ya mümkün olan digər müddətdə aradan qaldırılmazsa, mövcud qanunlar əsasında müvafiq orqanlar və ya məhkəmə qarşısında iddia qaldırılır. Düzəldilməsi mümkün olan müqavilədəki qaydaların pozğunluğu, müqavilənin pozulmasına əsas vermir və tərəflər arasında qarşılıqlı razılıq əsasında həll olunur. İş materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışla müəyyən olunur ki, Şabran rayonu Dəvəçi kəndində yerləşən Şabran rayon Dəvəçi Bələdiyyəsinə məxsus kənd təsərrüfatı təyinatlı (əkin) 189,7035 ha torpaq sahəsinin 15 may 2020-ci il tarixli İcarə Müqaviləsi (reyestr nömrəsi: - 3M-93) əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 49 (qırx doqquz) il müddətinə icarəsinə verilməsi Daşınmaz Əmlakın Dövlət Reyestrində 65 nömrəli reyestr kitabının 40 nömrəli vərəqində qeydiyyata alınmışdır (Reyestr nömrəsi: –**********26; Qeydiyyat nömrəsi: –**********; Qeydiyyat tarixi: –20 may 2020-ci il). İş materiallarında olan Şabran rayon Dəvəçi Bələdiyyəsi tərəfindən X1 ünvanlanmış 14 iyul 2021-ci il tarixli 139 nömrəli "Vergi borcunun ödənilməsinə dair" Xəbərdarlıq məktubunda göstərilir ki, "xxxx" MMC-yə 15 may 2020-ci il tarixli İcarə müqaviləsi üzrə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 206.3-cü maddəsinə əsasən 11500 (on bir min beş yüz) manat icarə vergisi hesablanmışdır. "xxxx" MMC-yə dəfələrlə şifahi xəbərdarlıq edilərək icarə vergisinin ödənilməsi xahiş edilmişdir. Edilən xəbərdarlıqlara baxmayaraq "xxxx" MMC tərəfindən icarə vergisi ödənilməmişdir. Bununla da icarə müqaviləsinin 3.4 və 5.2.4 bəndlərinin tələbləri pozulmuşdur. Borc 5 gün müddətində ödənilmədiyi təqdirdə icarə müqaviləsinin ləğv olunması üçün məhkəməyə müraciət olunacaqdır. İş materiallarında olan "torpaq icarəsi haqqı" qeydi aparılmış 01 mart 2022-ci il tarixli EBBS 126629 nömrəli Elektron Qaimədən görünür ki, icarəyə verən Şabran rayon Dəvəçi Bələdiyyəsi tərəfindən icarəçi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 15 may 2020-ci il tarixli İcarə Müqaviləsi üzrə hesablanmış 21003,97 (iyirmi bir min üç manat 97 qəpik) manat torpaq icarə haqqı borcunun ödənilməsi ilə əlaqədar 01 mart 2022-ci il tarixli EBBS 126629 nömrəli elektron qaimə təqdim olunmuşdur. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən “İcra olundu” qeydi yazılmış 01 iyul 2022-ci il tarixli AZ0010011 nömrəli Ödəniş Tapşırığından görünür ki, tərəflər arasında bağlanmış 15 may 2020-ci il tarixli İcarə müqaviləsi üzrə ödəyici "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Şabran rayon Dəvəçi Bələdiyyəsinin bank hesabına 18970,40 (on səkkiz min doqquz yüz yetmiş manat 40 qəpik) manat məbləğində pul vəsaiti ödənilmişdir (əsas: - 01 mart 2022-ci il tarixli EBBS 126629 nömrəli elektron qaimə və 15 may 2020-ci il tarixli İcarə müqaviləsi). İş materialları ilə müəyyən olunur ki, hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə iddiaçı Şabran rayonu Dəvəçi Bələdiyyəsi tərəfindən mediatora 200 (iki yüz) manat məbləğində xidmət haqqı ödənilmişdir (19 aprel 2022-ci il tarixli MŞB/6-2060 nömrəli mediasiya arayışı). “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən, icarəyəverənlə icarəçinin münasibətləri torpaq icarəsi müqaviləsi ilə tənzimlənir. Həmin Qanunun 12-ci maddəsinə əsasən, torpaq sahəsi üzərində müddəti on bir aydan çox olan icarə hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır. Həmin Qanunun 13-cü maddəsinə əsasən, torpaq icarəsinin müddətləri tərəflərin razılığı ilə müəyyən edilir və onlar qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanan müqavilədə təsbit olunurlar. Həmin Qanunun 15-ci maddəsinə əsasən, torpaq icarəsi müqaviləsinin dəyişdirilməsi, uzadılması, vaxtından əvvəl ləğv edilməsi və xitamı Azərbaycan Respublikasının qanunvericiliyində və müqavilədə nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilir. Həmin Qanunun 29-cu maddəsinə əsasən, torpaq icarəsi haqqında qanunvericiliyin tələbləri pozulmaqla bağlanmış əqdlər etibarsızdır. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin tələblərinə görə, bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 51-ci maddəsinə əsasən, torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. Həmin Məcəllənin 66-cı maddəsinin tələblərinə görə, torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin tələblərinə görə, torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 706.1-ci maddəsinə əsasən, torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. Həmin Məcəllənin 719.4-cü madəsinə əsasən, icarə müqaviləsi 30 ildən çox müddətə bağlandıqda müqavilənin istənilən iştirakçısı 30 ildən sonra müqavilənin ləğvinə dair bildirişi icarənin növbəti ilinin sonu üçün qüvvəyə minməklə icarənin hər hansı ilinin üçüncü iş günündən gec olmayaraq verə bilər. Əgər müqavilə icarəyə verənin və ya icarəçinin bütün ömrü üçün bağlanmışdırsa, ləğvetməyə yol verilmir. Göründüyü kimi, yuxarıda təsvir olunanlarla müəyyən edilir ki, 189,7 hektar torpaq sahəsinin illik 2026 manat icarə haqqı olmaqla və icarə haqqının hər ilin “1 dekabr” tarixindən gec olmayaraq ödənilməsi şərti ilə 49 il müddətində icarəyə verilməsi ilə əlaqədar “icarəyəverən” Şabran rayonu Dəvəçi Bələdiyyəsi ilə “icarəçi” "xxxx" MMC arasında bağlanmış 02 mart 2017-ci il tarixli İcarə müqaviləsi notarial qaydada təsdiq olunmamış və həmin Müqavilədə nəzərdə tutulan icarə münasibətləri Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınmamışdır. Eyni zamanda, həmin Müqavilə bağlanarkən məlum torpaq sahəsinə “icarəyəverən” Şabran rayonu Dəvəçi Bələdiyyəsinin özünün də mülkiyyət hüququ müvafiq qaydada Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınmamışdır. Şabran rayonu Dəvəçi Bələdiyyəsinin həmin torpaq sahəsinə mülkiyyət hüququ yalnız 30 may 2017-ci ildə Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınmışdır. Bundan sonra isə icarəyəverən Şabran rayonu Dəvəçi Bələdiyyəsi ilə icarəçi "xxxx" MMC arasında notariat qaydasında tərtib və təsdiq edilmiş 15 may 2020-ci il tarixli İcarə Müqaviləsi bağlanmış və həmin Müqavilə əsasında “İcarəyə verən” icarə əsasında sahəsi 189,7035 ha olan torpaq sahəsini illik 9485 (doqquz min dörd yüz səksən beş) manat icarə haqqı olmaqla, icarə haqqı 15 may 2020-ci il tarixindən hesablanmaqla və icarə haqqının hər ilin “15 May” tarixindən gec olmayaraq ödənilməsi şərti ilə 49 (qırx doqquz) il müddətində “İcarəçi”yə icarəyə vermişdir (bu Müqavilə ilə yaranan istifadə hüququ müvafiq qaydada Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınmışdır). Lakin, həmin Müqavilədə tərəflər arasında daha əvvəl bağlanmış 02 mart 2017-ci il tarixli İcarə müqaviləsinə hər hansı bir istinad olunmamış və əvvəlki Müqavilə üzrə hər hansı bir icarə borcunun olması və s. qeyd edilməmişdir. İş materiallarından görünür ki, icarəyəverən Şabran rayonu Dəvəçi Bələdiyyəsi tərəfindən 14 iyul 2021-ci il tarixli “vergi borcunun ödənilməsi” barədə Xəbərdarlıq məktubu ilə icarəçi "xxxx" MMC-yə müraciət olunmuş və həmin məktubda İcarəçiyə “"xxxx" MMC-yə 15 may 2020-ci il tarixli İcarə müqaviləsi üzrə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 206.3-cü maddəsinə əsasən 11500 (on bir min beş yüz) manat icarə vergisi hesablanmışdır. "xxxx" MMC-yə dəfələrlə şifahi xəbərdarlıq edilərək, icarə vergisinin ödənilməsi xahiş edilmişdir. Edilən xəbərdarlıqlara baxmayaraq "xxxx" MMC tərəfindən icarə vergisi ödənilməmişdir. Bununla da icarə müqaviləsinin 3.4 və 5.2.4 bəndlərinin tələbləri pozulmuşdur. Borc 5 gün müddətində ödənilmədiyi təqdirdə icarə müqaviləsinin ləğv olunması üçün məhkəməyə müraciət olunacaqdır” məzmunda xəbərdarlıq edilmişdir (Xəbərdarlıq məktubunda istinad olunan Müqavilənin 3.4-cü bəndində “illik icarə haqqının məbləği”, 5.2.4-cü bənddə isə İcarəçinin “Qonşu torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaq sahələrinə torpaq qanunvericiliyi ilə müəyyən edilmiş servitut və məhdudiyyətlər qoyulmasını tələb etmək” hüququ əks olunmuşdur). Bundan sonra isə icarəyə verən Şabran rayon Dəvəçi Bələdiyyəsi tərəfindən icarəçi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 15 may 2020-ci il tarixli İcarə Müqaviləsi üzrə hesablanmış 21003,97 (iyirmi bir min üç manat 97 qəpik) manat torpaq icarə haqqı borcunun ödənilməsi ilə əlaqədar 01 mart 2022-ci il tarixli EBBS 126629 nömrəli elektron qaimə təqdim olunmuşdur (məlum İcarə Müqaviləsinin şərtlərinə görə iki illik icarə borcu ümimilikdə 18970 manat (9485 + 9485 = 18970) olduğu halda, elektron qaimədə 21003,97 manat məbləğində pulun ödənilməsi tələb edilmişdir). Hazırkı iddia tələbi üzrə məhkəmə prosesi başlandıqdan sonra icarəçi "xxxx" MMC məlum elektron qaimədə nəzərdə tutulan bütün məbləği deyil, 15 may 2020-ci il tarixli İcarə Müqaviləsində nəzərdə tutulan icarə haqqını iki il üzrə tam ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158.1 və 158.1.2-ci maddələrinə əsasən, əmlakdan istifadə hüququ da mülkiyyət hüququ ilə yanaşı əmlak hüququ sayılır. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən, əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Beləliklə də, yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, iddiaçı Şabran rayonu Dəvəçi Bələdiyyəsi tərəfindən cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı verilmiş “icarə haqqı borcunun ödənilməsi, icarə müqaviləsinə xitam verilməsi və torpaq sahəsinin qaytarılması” barədə iddia tələbinin, yəni “cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icarəsinə verilmiş Şabran rayonu Dəvəçi kəndi ərazisində yerləşən 189,7 hektar torpaq sahəsindən istifadəyə görə yaranmış Şabran rayonu Dəvəçi Bələdiyyəsinə “189,7 hektar torpaq sahəsinin icarəyə verilməsi haqqında” 02 mart 2017-ci il tarixli müqavilə əsasında icarə haqqı üzrə 1560 (min beş yüz altmış) manat, 15 may 2020-ci il tarixli X3 üzrə 18970 (on səkkiz min doqquz yüz yetmiş) manat, həmin müqavilə üzrə gecikdirməyə görə illik 5% cərimə və dəbbə pulu ilə birlikdə cəmi 21004 (iyirmi bir min dörd) manat olmaqla, ümumilikdə 22564 (iyirmi iki min beş yüz altmış dörd) manat məbləğində icarə haqqı borcunun və mediasiya xidməti ilə bağlı ödənilmiş 200 (iki yüz) manat pulun cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən iddiaçı Şabran rayonu Dəvəçi Bələdiyyəsinin xeyrinə tutulması, sözügedən torpaq sahəsinə dair Şabran rayonu Dəvəçi Bələdiyyəsi ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanılmış 15 may 2020-ci il tarixli X2 ləğv edilməsi, torpaq sahəsinin cavabdeh tərəfindən boşaldılaraq və onun hesabına əvvəlki vəziyyətə gətirilərək Şabran rayonu Dəvəçi Bələdiyyəsinə təhvil verilməsi” barədə iddia tələbinin əsaslılığı məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Eyni zamanda, qeyd etmək lazımdır ki, iddiaçı tərəf məhkəmə iclasında vermiş olduqları izahatlarında hazırkı iddia tələblərini cavabdeh "xxxx" MMC tərəfindən “icarə haqqının vaxtlı-vaxtında ödənilməməsi” ilə yanaşı, “icarəyə götürmüş olduğu torpaq sahəsi ilə əlaqədar “icarəçi” olaraq cavabdeh "xxxx" MMC tərəfindən Torpaq Qanunvericiliyinin tələblərinin pozulması və icarəyə götürdüyü torpaq sahəsini təyinatı üzrə istafadə etməyərək, cavabdehin davranışının həmin torpağın istifadəyə yararsız hala düşməsinə səbəb olması” ilə də əsaslandırmışdı. Lakin, izahatlarda qeyd olunan sonuncu hallar iddia ərizəsində qeyd olunaraq, müvafiq qaydada əsaslandırılmamış və bu halları təsdiq edən sübutlar, o cümlədən də 02 mart 2017-ci il tarixli İcarə müqaviləsinə əsasən “icarə haqqı üzrə 1560 manat məbləğində borcun” ödənilməli olmasının əsaslılığnı təsdiq edən sübutlar məhkəməyə təqdim olunmamışdır. Cavabdeh tərəf isə hazırkı iş məhkəmənin hazırlıq mərhələsində olarkən 15 may 2020-ci il tarixli İcarə Müqaviləsində nəzərdə tutulan icarə haqqı borcunu iki il üzrə tam ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəlləsinin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, əsaslılığı sübuta yetmədiyinə görə iddiaçı Şabran rayonu Dəvəçi Bələdiyyəsi tərəfindən cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı verilmiş “icarə haqqı borcunun ödənilməsi, icarə müqaviləsinə xitam verilməsi və torpaq sahəsinin qaytarılması” barədə iddia tələbi təmin olunmamalıdır. Eləcə də, iddia tələbi təmin edilmədiyindən, məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirakı edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Şabran rayonu Dəvəçi Bələdiyyəsi tərəfindən cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı verilmiş “icarə haqqı borcunun ödənilməsi, icarə müqaviləsinə xitam verilməsi və torpaq sahəsinin qaytarılması” barədə iddia tələbi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçının özünə aid edilsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №e-2-2(119)-623/2022
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-623/2022
26.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver