Məhkəmə qərarları › İş №e-2-2(119)-632/2020

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-632/2020

17.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-632/2020 17.09.2020 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Məmmədov Zahid Tahir oğlu iddiaçı “xxxxxxxxxxxx” ASC-nin cavabdeh "Cavabdeh" MMC-yə qarşı pul tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilmiş iddia ərizəsini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdehə qarşı pul tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Kiçik mübahisələr üzrə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən həmin iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki,Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin“Ərizənin forması və məzmunu adlanan 284-3-cü maddəsinə əsasən kiçik mübahisələr üzrə iddia ərizəsi məhkəməyə ümumi qaydada verilir. Kommersiya mübahisələri üzrə ərizə işdə iştirak edən şəxslər tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə göndərilir (maddə 284-3.1) və iddia ərizəsində - ərizənin verildiyi məhkəmənin adı (maddə 284-3.2.1), iddiaçı və cavabdehin adları, onların poçt ünvanları (maddə 284- 3.2.2) göstərilir. Lakin, hazırki iş üzrə iddia ərizəsində proses iştirakçıları olan iddiaçı və cavabdehin poçt ünvanları qeyd olunmamışdır. Halbuki, Mülki-Prosessual Məcəllənin 149.2.2-ci maddəsinin tələblərinə görə iddia ərizəsində proses iştirakçılarının (iddiaçının, cavabdehin) ünvanı iddiaçı tərəfindən göstərilməlidir.Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ərizəyə iddiaçı və cavabdeh olan kommersiya hüquqi şəxslərin dövlət reyesterindən çıxarışların əlavə edilməsi iddiaçını iddia ərizəsinin forma və məzmunun əməl etmə vəzifəsindən azad etmir. Beləliklə, işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanlarının iddia ərizəsindəgöstərilməməsi “İddia ərizəsinin forması və məzmunu”nun pozulmasına gətirib çıxarır. Həmin Məcəllənin 152.1.1-ci maddəsinin tələblərinə görə isə bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş iddia ərizəsinin formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarmaqda haqlıdır. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə bu nəticəyə gəlir ki, iddiaçı tərəfindən tərəflərin poçt ünvanları iddia ərizəsində göstərilmədiyinə, iddia ərizəsinin Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-cu maddəsi ilə müəyyən olunmuş məzmununa riayət edilmədiyinə görə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-ProsessualMəcəlləsinin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-3,149, 152, 263, 264 və 267-269-cu maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı “xxxxxxxxxxxx”ASC-nin cavabdeh "Cavabdeh" MMC-yə qarşı pul tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilmiş iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması, bu qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar