Məhkəmə qərarları › İş №e-2-2(119)-64/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-64/2025

13.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-64/2025 13.10.2025 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Qasımova Rəvanə Əşrəf qızının katibliyi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı "borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehlərdən müştərək qaydada 18 yanvar 2023-cü il tarixli 32-MCR-1-23-23/1 nömrəli kredit verilməsinə dair razılaşma üzrə 10979,03 (on min doqquz yüz yetmiş doqquz manat üç qəpik) manat məbləğində əsas borc, 1126,23 (min yüz iyirmi altı manat iyirmi üç qəpik) manat məbləğində faiz borcu və 46,59 (qırx altı manat əlli doqquz qəpik) manat məbləğində cərimə borcu olmaqla, cəmi 12151,85 (on iki min yüz əlli bir manat səksən beş qəpik) manat borcun və 03 aprel 2023-cü il tarixli 32-MCR-1-23- 23/SMS_LOAN_********** nömrəli kredit müqaviləsi üzrə 8305,72 (səkkiz min üç yüz beş manat yetmiş iki qəpik) manat əsas məbləğində borc, 786,03 (yeddi yüz səksən altı manat üç qəpik) manat məbləğində faiz borcu və 51,49 (əlli bir manat qırx doqquz qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 9143,24 (doqquz min yüz qırx üç manat iyirmi dörd qəpik) manat məbləğində borcun və 153,89 (yüz əlli üç manat səksən doqquz qəpik) manat məbləğində dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 18 yanvar 2023-cü il tarixli kredit limitinin ayrılmasına dair razılaşmaya əsasən Cavabdeh3 İddiaçı ASC-nin “Xaçmaz” filialından 120 ay müddətinə 50000 manat məbləğində kredit limiti ayrılmışdır. 18 yanvar 2023-cü il tarixli kredit limitinin ayrılmasına dair müqavilənin təminatı olaraq 18 yanvar 2023-cü il tarixdə Cavabdeh1 və Cavabdeh2 ilə zaminlik müqavilələri bağlanmışdır. 18 yanvar 2023-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh3 İddiaçı ASC-dən illik 22% olmaqla 36 ay müddətinə 14000 manat məbləğində kredit götürmüşdür. 03 aprel 2023-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh3 İddiaçı ASC-dən illik 22% olmaqla 36 ay müddətinə 10000 manat məbləğində kredit götürmüşdür. 07 may 2024-cü il tarixinədək Cavabdeh3 banka 18 yanvar 2023-cü il tarixli kredit müqaviləsi üzrə 10979,03 manat məbləğində əsas borc, 1126,23 manat məbləğində faiz borcu və 186,35 manat məbləğində cərimə borcu olmaqla, cəmi 12291,61 manat məbləğində borcu vardır. Cavabdeh3 18 yanvar 2023-cü il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 186,35 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25%-i miqdarında olmaqla, yəni 46,59 manat məbləğində tələb olunur. 07 may 2024-cü il tarixinədək Cavabdeh3 banka 03 aprel 2023-cü il tarixli kredit müqaviləsi üzrə 8305,72 manat məbləğində əsas borc, 786,03 manat məbləğində faiz borcu və 102,98 manat məbləğində cərimə olmaqla, cəmi 9194,73 manat məbləğində borcu vardır. Cavabdeh3 03 aprel 2023-cü il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 102,98 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50%-i miqdarında olmaqla, yəni 51,49 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər borcu ödəməkdən boyun qaçırır. İddiaçı Açıq Səhmdar Cəmiyyəti 10 oktyabr 2025-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə ərizə verərək məhkəmə baxışı iclasının iştirakı olmadan keçirilməsini və iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan borcverən İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə borcalan Cavabdeh3 arasında bağlanmış 18 yanvar 2023-cü il tarixli 32-MCR-1-23-23 nömrəli kredit limitinin ayrılmasına dair razılaşmaya əsasən Cavabdeh3 120 ay müddətinə aylıq faiz dərəcəsi 2,50 % olmaqla 50000 (əlli min) manat məbləğində kredit limiti ayrılmışdır. İş materiallarında olan borcverən İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə borcalan Cavabdeh3 arasında bağlanmış 18 yanvar 2023-cü il tarixli, 32-MCR-1-23-23/1 nömrəli kredit verilməsinə dair razılaşmaya əsasən borcalan Cavabdeh3 biznes məqsədi ilə 36 ay müddətinə illik faiz dərəcəsi 22,37% olmaqla 14000 (on dörd min) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 18 yanvar 2023-cü il tarixli, 32-MCR-1-23-23 nömrəli kredit verilməsinə dair razılaşmaya 1 saylı Əlavədə borcalan Cavabdeh3 banka olan borcunun müvafiq ödəniş cədvəlinə əsasən son ödəniş tarixi 18 yanvar 2026-cı il olmaqla müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur və həmin ödəniş planı borcalan Cavabdeh3 imzası ilə təsdiq etmişdir. İş materiallarında olan 07 may 2024-cü il tarixli maliyyə arayışından görünür ki, borcalan Cavabdeh3 18 yanvar 2023-cü il tarixli, 32-MCR-1-23-23/1 nömrəli kredit verilməsinə dair razılaşma üzrə 07 may 2024-cü il tarixinə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 10979,03 (on min doqquz yüz yetmiş doqquz manat üç qəpik) manat məbləğində əsas borc, 1126,23 (min yüz iyirmi altı manat iyirmi üç qəpik) manat məbləğində faiz borcu və 186,35 (yüz səksən altı manat otuz beş qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 12291,61 (on iki min iki yüz doxsan bir manat alrmış bir qəpik) manat məbləğində borcu vardır. İş materiallarından görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış 03 aprel 2023-cü il tarixli, 32-MCR-1-23-23/SMS_LOAN_********** nömrəli kredit müqaviləsinə əsasən borcalan Cavabdeh3 biznes məqsədi ilə 36 ay müddətinə illik faiz dərəcəsi 22 % olmaqla 10000 (on min) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 07 may 2024-cü il tarixli maliyyə arayışından görünür ki, borcalan Cavabdeh3 03 aprel 2023-cü il tarixli, 32-MCR-1-23-23/SMS_LOAN_********** nömrəli kredit müqaviləsinə əsasən 07 may 2024-cü il tarixinə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 8305,72 (səkkiz min üç yüz beş manat yetmiş iki qəpik) manat məbləğində əsas borc, 786,03 (yeddi yüz səksən altı manat üç qəpik) manat məbləğində faiz borcu və 102,98 (yüz iki manat doxsan səkkiz qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 9194,73 (doqquz min yüz doxsan dörd manat yetmiş üç qəpik) manat məbləğində borcu vardır. İş materiallarından görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlərə 07 may 2024-cü il tarixdə xəbərdarlıq məktubu göndərilərək cavabdehlərdən 5 gün müddətində banka olan borclarını tam ödəmələri, əks təqdirdə borc məbləğinin tutulması üçün məhkəməyə müraciət olunacağı bildirilmişdir. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə zamin Cavabdeh1 arasında bağlanmış 18 yanvar 2023-cü il tarixli Z/00673/23 nömrəli zaminlik müqaviləsinə əsasən zamin 18 yanvar 2023-cü il tarixli 32-MCR-1-23-23 saylı kredit limitinin ayrılmasına dair razılaşma üzrə borcalanın bank qarşısında götürdüyü öhdəliklərini tamamilə icra etməsi və ya lazımınca icra etməsi üçün borcalanla birgə qaydada məsuliyyət daşımaq öhdəliyini öz üzərinə götürür İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə zamin Cavabdeh2 arasında bağlanmış 18 yanvar 2023-cü il tarixli Z/00674/23 nömrəli zaminlik müqaviləsinə əsasən zamin 18 yanvar 2023-cü il tarixli 32-MCR-1-23-23 saylı kredit limitinin ayrılmasına dair razılaşma üzrə borcalanın bank qarşısında götürdüyü öhdəliklərini tamamilə icra etməsi və ya lazımınca icra etməsi üçün borcalanla birgə qaydada məsuliyyət daşımaq öhdəliyini öz üzərinə götürür. İş materiallarında olan məhkəmə-mühasibat ekspertizasının 18 sentyabr 2025-ci il tarixli 9/2667 nömrəli ekspert rəyində göstərilir ki, Cavabdeh3 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 18 yanvar 2023-cü il tarixli 32-MCR-1-23-23/1 nömrəli kreditin verilməsinə dair razılaşma üzrə 07 may 2024-cü il tarixinə əsas borcu 11546,95 manat, faiz borcu 1147,71 manat, 09 oktyabr 2024-cü il tarixə əsas borcu 11546,95 manat və faiz borcu 2218,34 manat müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 465.2-ci maddəsinə əsasən borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. - 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Göründüyü kimi, təsvir olunanlarla müəyyən edilir ki, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan borcalan Cavabdeh3 18 yanvar 2023-cü il tarixli 32- MCR-1-23-23/1 nömrəli kredit verilməsinə dair razılaşma üzrə və 03 aprel 2023-cü il tarixli 32-MCR-1-23-23/SMS_LOAN_********** nömrəli kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri pozmuş və onları lazımınca icra etməyərək borcverən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli olan borcunu müvafiq qaydada ödəməmiş və bununla da iddiaçıdan aldığı kreditləri müqavilələləri ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla, müqavilə öhdəliklərini müvafiq qaydada yerinə yetirməmişdir. Məhkəmə, yuxarıda təsvir olunanlara əsasən hesab edir ki, 18 yanvar 2023-cü il tarixli, 32-MCR-1-23-23/1 nömrəli kredit verilməsinə dair razılaşma üzrə tutulmalı olan əsas və faiz borcunun məbləği müəyyən edilərkən iddia tələbi və cavabdeh tərəfin mənafeyi nəzərə alınaraq əsas və faiz borcunun məbləği məhkəmə-mühasibatlıq ekspertizasının 18 sentyabr 2025-ci il tarixli 9/2667 nömrəli ekspert rəyində müəyyən edilmiş nəticəyə əsasən deyil, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbləri (hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır) nəzərə alınmaqla, iddiaçı tərəfindən verilmiş iddia tələbinə uyğun olaraq müəyyən edilməlidir. Belə ki, 18 sentyabr 2025-ci il tarixli 9/2667 nömrəli ekspert rəyində 18 yanvar 2023-cü il tarixli, 32-MCR-1-23-23 nömrəli kredit verilməsinə dair razılaşma üzrə əsas borcun 11546,95 (on bir min beş yüz qırx altı manat doxsan beş qəpik) manat və faiz borcunun 1147,71 (min yüz qırx yeddi manat yetmiş bir qəpik) manat olması müəyyən edilmiş olsa da, iddia tələbində iddiaçı tərəfindən cavabdehlərdən müştərək qaydada 10979,03 (on min doqquz yüz yetmiş doqquz manat üç qəpik) manat məbləğində əsas borcun və 1126,23 (min yüz iyirmi altı manat iyirmi üç qəpik) manat məbləğində faiz borcunun tutulması tələb olunur. Göründüyü kimi, iddia tələbi üzrə hesablanmış əsas və faiz borc məbləği ekspert rəyində hesablanmış məbləğdən az məbləğdədir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış 18 yanvar 2023-cü il tarixli, 32-MCR-1-23-23/1 nömrəli kredit verilməsinə dair razılaşma üzrə 10979,03 (on min doqquz yüz yetmiş doqquz manat üç qəpik) manat məbləğində əsas borc, 1126,23 (min yüz iyirmi altı manat iyirmi üç qəpik) manat məbləğində faiz borcu və 46,59 (qırx altı manat əlli doqquz qəpik) manat məbləğində cərimə, 03 aprel 2023-cü il tarixli 32-MCR-1-23-23/SMS_LOAN_********** nömrəli kredit müqaviləsi üzrə 8305,72 (səkkiz min üç yüz beş manat yetmiş iki qəpik) manat məbləğində əsas borc, 786,03 (yeddi yüz səksən altı manat üç qəpik) manat məbləğində faiz borcu və 51,49 (əlli bir manat qırx doqquz qəpik) manat məbləğində cərimə iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 18 yanvar 2023-cü il tarixli Z/00673/23 nömrəli zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh1 və 18 yanvar 2023-cü il tarixli Z/00674/23 nömrəli zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh2 18 yanvar 2023-cü il tarixli 32-MCR-1-23-23 saylı kredit limitinin ayrılmasına dair razılaşma üzrə borcalanın bank qarşısında götürdüyü öhdəliklərini tamamilə icra etməsi və ya lazımınca icra etməsi üçün borcalanla birgə qaydada məsuliyyət daşımaq öhdəliyini öz üzərinə götürür. Buna görə məhkəmə hesab edir ki, iddianın həmin şəxslərə münasibətdə də təmin olunması üçün əsaslar mövcuddur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. İddia tələbinin “cavabdehlərdən müştərək qaydada 153,89 (yüz əlli üç manat səksən doqquz qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iş materiallarında olan 21 iyun 2024-cü il tarixli ********** nömrəli ödəniş qəbzindən iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 153,89 (yüz əlli üç manat səksən doqquz qəpik) manat məbləğində dövlət rüsumu ödənildiyi görünür. Buna görə iddia tələbi həmin hissədə də təmin edilməli və iddiaçı tərəfindən ödənilmiş 153,89 (yüz əlli üç manat səksən doqquz qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin olunmalı, cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 18 yanvar 2023-cü il tarixli, 32-MCR-1-23-23/1 nömrəli kredit verilməsinə dair razılaşma üzrə 10979,03 (on min doqquz yüz yetmiş doqquz manat üç qəpik) manat məbləğində əsas borc, 1126,23 (min yüz iyirmi altı manat iyirmi üç qəpik) manat məbləğində faiz borcu, 46,59 (qırx altı manat əlli doqquz qəpik) manat məbləğində cərimə, 03 aprel 2023-cü il tarixli, 32-MCR-1-23-23 /SMS_ LOAN_ ********** nömrəli kredit müqaviləsi üzrə 8305,72 (səkkiz min üç yüz beş manat yetmiş iki qəpik) manat məbləğində əsas borc, 786,03 (yeddi yüz səksən altı manat üç qəpik) manat məbləğində faiz borcu, 51,49 (əlli bir manat qırx doqquz qəpik) manat məbləğində cərimə və 153,89 (yüz əlli üç manat səksən doqquz qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 21448,98 (iyirmi bir min dörd yüz qırx səkkiz manat doxsan səkkiz qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Eyni zamanda iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq X1 ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 284-1 – 284-6, 338-360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 18 yanvar 2023-cü il tarixli, 32-MCR-1-23-23/1 nömrəli kredit verilməsinə dair razılaşma üzrə 10979,03 (on min doqquz yüz yetmiş doqquz manat üç qəpik) manat məbləğində əsas borc, 1126,23 (min yüz iyirmi altı manat iyirmi üç qəpik) manat məbləğində faiz borcu, 46,59 (qırx altı manat əlli doqquz qəpik) manat məbləğində cərimə, 03 aprel 2023-cü il tarixli, 32-MCR-1-23-23/SMS_LOAN_********** nömrəli kredit müqaviləsi üzrə 8305,72 (səkkiz min üç yüz beş manat yetmiş iki qəpik) manat məbləğində əsas borc, 786,03 (yeddi yüz səksən altı manat üç qəpik) manat məbləğində faiz borcu, 51,49 (əlli bir manat qırx doqquz qəpik) manat məbləğində cərimə və 153,89 (yüz əlli üç manat səksən doqquz qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 21448,98 (iyirmi bir min dörd yüz qırx səkkiz manat doxsan səkkiz qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq X1 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar