Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-644/2021 08.10.2021 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X20 qızının katibliyi, iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı və iddiaçının vəkili – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Nümayəndə1 Arif oğlunun, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsinə və Cavabdeh İddiaçı qarşı “maddi və mənəvi zərərin, əldən çıxmış faydanın əvəzinin ödənilməsi” tələbi barədə qarşılıqlı iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının xeyrinə Cavabdeh dəymiş maddi ziyana görə 49669 manat məbləğində pul vəsaitinin və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən həmin iddia ərizəsində iddia tələbi onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh arasında bağlanmış 08 mart 2018-ci il tarixli İcarə Müqaviləsinə əsasən, cavabdeh özünə məxsus olan Sumqayıt şəhəri, 2-ci mikrorayon, Sülh küçəsində yerləşən və sahəsi 70 kv.m olan qeyri-yaşayış sahəsini 1 (bir) il müddətinə ona icarəyə vermişdir. İcarə müqaviləsinin müddəti bitdikdən sonra, yəni 08 mart 2019-cu ildə onlar şifahi olaraq müqavilənin müddətsiz olmasına qərar vermiş və aralarında olan razılaşmaya əsasən o, fəaliyyətini davam etdirmək üçün icarəyə götürdüyü qeyri-yaşayış sahəsində əsaslı təmir işləri aparmış, həmin ünvanda fəaliyyətini təşkil etmək üçün müxtəlif reklam işləri görmüş və avadanlıqlar almışdır. Belə ki, təqdim edilən mütəxəssis rəyindən də göründüyü kimi, onun tərəfindən aşağıdakı təmir bərpa işləri aparılmışdır: 1). Dəyəri 150 manat olan qapı quraşdırılmış; 2). Dəyəri 3120 manat olan 52 ədəd projektor işıqlar quraşdırılmış; 3). Dəyəri 390 manat olan 13 ədəd divar kağızı vurulmuş; 4). Dəyəri 1500 manat olan malyar (rəngsaz) işləri görülmüş; 5). Dəyəri 550 manat olan malyar işi materialı alınmış; 6). Dəyəri 800 manat olan santexnika malları alınaraq quraşdırılmış; 7). Dəyəri 800 manat olan santexnika mallarının quraşdırılmasına xidmət haqqı ödənilmiş; 8). Dəyəri 100 manat olan əl-üz yuyan quraşdırılmış; 9). Dəyəri 300 manat olan unitaz quraşdırılmış; 10). Dəyəri 300 manat olan mətbəx mebeli yığılmış; 11). Dəyəri 1000 manat olan güzgülər quraşdırılmış; 12). 400 manat güzgülərin quraşdırılması üçün xərclənmiş; 13). Dəyəri 80 manat olan avtomat quraşdırılmış; 14). Dəyəri 185 manat olan “spot” işıqlar quraşdırılmış; 15). Dəyəri 140 manat olan gips-kardon işləri görülmüş; 16). Dəyəri 154 manat olan alçipan profil işləri görülmüş; 17). Dəyəri 700 manat olan şüşə şkaf yığılmışdır. Bundan əlavə, onun tərəfindən həmin qeyri-yaşayış sahəsində fəaliyyət göstərmək üçün dəyəri 700 manat olan stabilizator, dəyəri 1200 manat olan və quraşdırılmasına 500 manat xərclənmiş kamera alınmış, mağazanın dizayn olunmasına 1200 manat xərclənmiş, mağazaya dəyəri 16000 manat olan mebel avadanlıqları və stendlər sifariş edilərək gətirilmiş, həmin mebellərin kargo şirkəti tərəfindən gətirilməsinə 5000 manat xərclənmiş, 3000 manata reklam lövhəsi hazırlanmış, dəyəri 450 manat olan 7 ədəd (ümumi dəyəri 3150 manat) və dəyəri 120 manat olan 10 ədəd (ümumi dəyəri 1200 manat) maniken və dəyəri 1,5 manat olan 1200 ədəd (ümumi dəyəri 1800 manat) asılqan alınmış, mağazanın fəaliyyəti üçün proqram təminatına 1500 manat və bonus kartlarının hazırlanmasına isə 750 manat xərclənmiş, dəyəri 1000 manat olan siqnalizasiya sistemi və dəyəri 2500 manat olan oğurluq əleyhinə antenlər quraşdırılmışdır. Beləliklə, onun tərəfindən mübahisəli qeyri-yaşayış sahəsinin normal fəaliyyəti və müştərilərin rahatlığını təmin etmək üçün ümumilikdə 49669 manat məbləğində pul vəsaiti xərclənmişdir. Lakin, 2020-ci ilin sonlarından cavabdeh onu narahat etməyə başlamış və icarə haqqının astronomik qiymətə qaldırmaq niyyətində olduğunu, əks halda onu güc strukturları ilə hədələməyə başlamışdır. Bundan sonra, 10 fevral 2021ci il tarixli xəbərdarlıq məktubu göndərərək 01 mart 2021-ci il tarixdən qeyri-yaşayış sahəsini boşaltmağı tələb etmişdir. Xəbərdarlıq məktubunda qeyd edilir ki, adı çəkilən qeyri-yaşayış sahəsini 19 mart 2015-ci il tarixdə X5 icarəyə vermiş və hazırda S.Əliyeva fəaliyyətini dayandırmışdır. Onunla (iddiaçı ilə) heç bir müqaviləsi olmadığına görə qeyriyaşayış sahəsini 01 mart 2021-ci il tarixədək boşaltmağı tələb etmişdir (Bundan sonra iddia ərizəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci, 704.1-ci və 693.2.1-ci maddələrinin məzmunu qeyd olunur). Qanunvericiliyin tələbindən də göründüyü kimi, cavabdehlə aralarında olan icarə münasibətləri qeyri-müəyyən müddətə uzadıldığından cavabdeh yalnız 6 ay öncədən xəbərdarlıq müddətini gözləməklə ilin sonunda müqaviləyə xitam verə bilərdi. Lakin, cavabdehin bu qanunsuz hərəkətləri iddiaçının hüquqlarını davamlı pozmaqdan əlavə, normal halda sahibkarlıq fəaliyyətini həyata keçirməyə də mane olur. Bu səbəbdən də, o, cavabdehin əsassız varlanması ilə ona dəymiş ziyanın ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır (Bundan sonra iddia ərizəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci, 21.2-ci, 1091.1-ci, 1092.1-ci, 1092.2-ci, 1093.1-ci, 1096.1-ci, 1096.2-ci, 1097.1-ci və 1115-ci maddələrinin məzmunu qeyd olunur). Göründüyü kimi, cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona maddi ziyan dəymiş və cavabdeh onun (iddiaçının) hesabına əsassız olaraq varlanmışdır. Belə ki, cavabdehlə əldə edilən razılaşmaya əsasən o, cavabdehə məxsus qeyri-yaşayış sahəsindən sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün lazım olan təmir işlərini görüb, həmin qeyri-yaşayış sahəsinə uyğun avadanlıqlar sifariş vermiş, reklam işləri gördürmüşdür. Lakin, cavabdeh hazırda onun hüquqlarını pozduğuna görə həmin sahədən istifadə etməsi qeyri-mümkün olmağa başlamış və nəticədə ona 49669 manat maddi ziyan dəymişdir. İş üzrə məhkəmə prosesi zamanı Cavabdeh da İddiaçı qarşı “maddi və mənəvi zərərin, əldən çıxmış faydanın əvəzinin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh xeyrinə maddi zərər kimi 10000 manat, mənəvi zərər kimi 5000 manat, əldən çıxmış faydaya görə 15000 manat və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 30030 (otuz min otuz) manat məbləğində pulun tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh “maddi və mənəvi zərərin, əldən çıxmış faydanın əvəzinin ödənilməsi” tələbi barədə qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ona qarşı "maddi ziyan tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, guya aralarında bağlanmış 08 mart 2018-ci il tarixli İcarə Müqaviləsinə əsasən Sumqayıt şəhəri, Sülh küçəsi, 2-ci mikrorayon ərazisində yerləşən cavabdehə məxsus qeyri-yaşayış sahəsi bir il müddətinə ona icarəyə verilmiş, icarə müqaviləsinin müddəti bitdikdən sonra, yəni 08 mart 2019-cu il tarixdə şifahi olaraq müqavilənin müddətsiz olmasına qərar verilmiş və aralarında olan razılaşmaya əsasən o, fəaliyyətini davam etdirmək üçün qeyri-yaşayış sahəsində əsaslı təmir işləri aparmış, həmin ünvanda fəaliyyətini təşkil etmək üçün müxtəlif reklam işləri görmüş və avadanlıqlar almışdır. Bundan sonra, iddia ərizəsinin təsviri hissəsində, gördüyü işlərin dəyər qiymətini göstərməklə İddiaçı belə bir cümlə də qeyd etmişdir: "...Beləliklə, tərəfimdən mübahisəli qeyri-yaşayış sahəsinin normal fəaliyyəti və müştərilərin rahatlığını təmin etmək üçün ümumilikdə 49669 manat məbləğində pul vəsaiti xərclənmişdir". İlkin iddia tələbi əsassız olduğuna görə cavabdeh hesab edir ki, qarşılıqlı iddia tələbi irəli sürülməlidir. Belə ki, əvvəla, ona məxsus qeyri-yaşayış sahəsi hazırki iddia tələbinin predmeti olmadığına görə, iddia ərizəsində "mübahisəli qeyri-yaşayış sahəsi" ifadəsi yolverilməzdir. Həmin qeyriyaşayış sahəsi bütün qanuni əsaslarla 2004-cü ildən bu günə kimi mübahisəsiz olaraq onun istifadəsindədir. İkincisi, ilkin iddia ərizəsində göstərilənlər real həqiqətə uyğun deyil və İddiaçı öz şəxsi mülahizəsinin məhsuludur. Belə ki, o, istifadəsində olan 88 kv.metrdən ibarət qeyri-yaşayış sahəsini 19 mart 2015-ci il tarixli icarə Müqaviləsinə əsasən vergi ödəyicisi (VÖEN **********) X5 icarəyə vermiş və S.T.Əliyeva həmin qeyri-yaşayış sahəsini maqazin kimi işlətmişdir. 2020-ci ilin noyabr ayında ona məlum olmuşdur ki, S.T.Əliyeva maqazini tərk etmiş, İddiaçı onun xəbəri olmadan cavabdehin imzasını saxtalaşdırmış və dayandırılmış, fəaliyyətdə olmayan VÖEN-dən istifadə etməklə 08 mart 2018-ci il tarixdə öz adına İcarə Müqaviləsi yazmış, həmin İcarə Müqaviləsində qeyri-yaşayış sahəsinin ölçüsünü kiçildərək 70 kv.metr, aylıq icarə haqqını isə azaldaraq 300 (üç) yüz manat göstərməklə saxta sənəd düzəltmiş və iki il ərzində həmin saxta sənəddən istifadə etməklə həm vergidən yayınmış, həm də qanunsuz hüquq əldə etməklə iki ildən artıq müddət ərzində bu hüquqdan istifadə etmişdir. İddiaçı hətta həmin saxta İcarə Müqaviləsini elektron vergi sisteminə köçürməyə də nail olmuşdur. O, faktla bağlı araşdırma aparılması və qanuna müvafiq tədbir görülməsi barədə dəfələrlə və müxtəlif instansiyalara çoxsaylı müraciətlər etmiş və həmin İcarə Müqaviləsində olan imzanın ona məxsus olmamasını, ********** saylı VÖEN-in 03 dekabr 2014-cü il tarixdən – 03 dekabr 2019-cu il tarixədək dayandırıldığını bildirmişdir. Lakin, onun müraciəti cavablandırılmadığına görə həyat yoldaşı və etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 26 aprel 2021-ci il tarixdə ərizə ilə Baş Prokurorluğa və Vergilər Nazirliyinə müraciət etmişdir. Hazırda, hər iki dövlət orqanında aidiyyəti üzrə araşdırma aparılır. Qeyd etmək lazımdır ki, S.T.Əliyeva ilə bağlanmış 19 mart 2015-ci il tarixli İcarə Müqaviləsindən başqa o, heç kimlə İcarə Müqaviləsi bağlamamış və S.T.Əliyeva ilə İcarə Müqaviləsi bağlayan zaman qeyri-yaşayış sahəsi onun tərəfindən əsaslı təmir edilmiş vəziyyətdə S.T.Əliyevaya icarəyə verilmişdir. Cavabdehə məxsus qeyri-yaşayış sahəsində S.T.Əliyeva tərəfindən heç bir təmir işləri aparılmamış və bu barədə aralarında heç bir söhbət və razılaşma olmamışdır. İddiaçı isə bu işdə tələb hüququ olmayan bir şəxsdir. Məhz İddiaçı qanunsuz hərəkəti nəticəsində ona məxsus qeyri-yaşayış sahəsi yararsız hala düşmüş, həm maddi və mənəvi ziyan dəymiş, həm də qeyri-yaşayış sahəsinin iş fəaliyyəti tamamilə dayandırılmaqla işgüzar nüfuza xeyli miqdarda maddi ziyan vurulmuşdur. Belə ki, o, hazırda fiziki şəxs X4 ilə aylıq icarə haqqı 3000 manat olmaqla İcarə Müqaviləsi bağlamışdır. İddiaçı isə ona məxsus qeyri-yaşayış sahəsini zəbt edərək ticarətlə məşğul olmuş və Respublikada koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə əlaqədar Nazirlər Kabineti yanında X1 bəhanə edərək 2020-ci il ərzində ümumiyyətlə ona aylıq icarə haqqı verməmişdir. Halbuki, ona məxsus qeyri-yaşayış sahəsi ilə yanaşı fəaliyyət göstərən digər obyektlərin icarədarlarına həmin dövrdə aylıq icarə haqqı ödənilmişdir. Ona görə də 2020-ci ilin noyabr ayında ona məlum olanda ki, S.T.Əliyeva maqazini tərk edib, dərhal İddiaçı əvvəlcə şifahi surətdə tələb etdi ki, ona məxsus qeyri-yaşayış sahəsini boşaldıb, oranı tərk etsin. Lakin, İddiaçı zorakılıq edərək qeyri-yaşayış sahəsini boşaltmadıqda, 10 fevral 2021-ci il tarixdə ona rəsmi xəbərdarlıq etməklə 01 mart 2021-ci il tarixədək qeyri-yaşayış sahəsini boşaltmağı tələb etmişdir. İddiaçı yenə də qeyri-yaşayış sahəsini boşaltmamış və saxta İcarə Müqaviləsini əlində bayraq edərək onu məhkəməyə verəcəyi və təzminat alacağı ilə hədələmişdir. Qeyd etmək lazımdır ki, bu hərəkətləri etməzdən əvvəl İddiaçı ilkin iddia ərizəsində göstərilmiş və göstərilməmiş bəzi əşyaları qonşuluqda yerləşən yeni icarəyə götürdüyü maqazinə aparmış, ona məxsus qeyriyaşayış sahəsində isə "ostatka" deyilən, satılmayan ucuz və keyfiyyətsiz bəzi malları, manikenləri və digər lazımsız əşyaları bilərəkdən və qəsdən saxlamışdır ki, guya ona məxsus qeyri-yaşayış sahəsində əmlakı var və onun tərəfindən "Əmlakın çıxarılması tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət olunsun, məhkəmə araşdırması zamanı iddianın təmini tədbiri kimi qeyri-yaşayış sahəsinin fəaliyyəti dayandırılsın və bununla da məhkəmə araşdırmasının sonuna qədər ona xeyli və yaxud külli miqdarda maddi ziyan vurulmuş olsun. İddiaçı bu kələyinin baş tutmaması üçün 01 aprel 2021-ci il tarixdə İddiaçı özünün, polis əməkdaşlarının və hal şahidlərinin iştirakı ilə ona məxsus qeyri-yaşayış sahəsində olan əşyalar (hələ heç kimə məlum deyil ki, həmin əşyalar S.T.Əliyevaya məxsusdur, yoxsa İddiaçı ?) Akt tərtib edilməklə qablaşdırılmış və 166 nömrəli Yükdaşıma xidmətinin yük avtomobilinə yüklədilməklə təhvil verilmiş və video çəkiliş edilmişdir. İddiaçı 166 nömrəli Yükdaşıma xidmətinin sürücüsünə təzyiq göstərməsi və yaxud rüşvət verməsi nəticəsində sürücü qəfildən həmin əşyaları aparmaqdan imtina etmiş və oradan uzaqlaşandan sonra ona məxsus qeyri-yaşayış sahəsinin kilidini sındırmaqla həmin əşyaları yenidən və bu dəfə pərakəndə halda qeyri-yaşayış sahəsinə boşaltmışlar. O, axşam saat 2300 radələrində ona məxsus qeyri-yaşayış sahəsinin kilidinin sındırıldığı və qapısının açıq olduğunu görüb içəri daxil olmuşdur. Həmin vaxt DİN-nin 102 telefon xidmətinə zəng vurub bu barədə bildirmiş, Sumqayıt şəhər Pİ-nin 4-cü Polis Bölməsinə dəvət olunaraq izahat alınmış və oradan qayıdandan sonra gecə saatlarında həmin əmlaklar yenidən avtomaşın və fəhlə qüvvəsi cəlb etməklə, lakin bu dəfə Akt bağlamadan maşına yüklədilib saxlanc yerinə aparılmışdır. Beləliklə, İddiaçı saxta İcarə Müqaviləsi düzəltməsi, vergidən yayınması və digər qanunsuz hərəkətləri nəticəsində ona məxsus qeyri-yaşayış sahəsi yararsız hala düşmüş və ona həm maddi və mənəvi ziyan dəymiş, həm də qeyri-yaşayış sahəsinin iş fəaliyyəti tamamilə dayandırılmaqla işgüzar nüfuzuna xeyli miqdarda maddi ziyan vurulmuşdur. Bu da belə nəticəyə gəlməyə əsas verir ki, İddiaçı qanunsuz hərəkətləri nəticəsində ona təxminən 15000 manat məbləğində gəlirini - yəni, hər ay 3000 manat məbləğində aylıq icarə haqqını itirmişdir (Bundan sonra qarşılıqlı iddia ərizəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci, 1097.1ci, 21.1-ci, 21.2-ci və 700.1-ci maddələrinin məzmunu qeyd olunur). İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyr-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. “Mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Ali Məhkəmənin Plenumu (№ 7, 03.11.2008) izah edir ki, Mülki Məcəllənin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. “AR Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. O, hesab edir ki, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı onun xeyrinə maddi zərər kimi 10000 (on min) manat, mənəvi zərər kimi 5000 (beş min) manat, əldən çıxmış fayda kimi 15000 manat məbləğində pul tutulması barədə qətnamə qət edilməlidir. Məhkəmə iclasında iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı iddia tələbini müdafiə edib, qarşılıqlı iddia ərizəsini isə qəbul etmədiyini bildirərək, iddia ərizəsində yazılanlara uyğun izahat verib, ilkin iddianın təmin edilərək, onun xeyrinə Cavabdeh dəymiş maddi ziyana görə 49669 manat məbləğində pul vəsaitinin və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması və Cavabdeh “maddi və mənəvi zərərin, əldən çıxmış faydanın əvəzinin ödənilməsi” barədə qarşılıqlı iddia ərizəsinin isə təmin olunmaması haqqında qətnamə qəbul edilməsini xahiş etdi. İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı məhkəmə iclaslarında suallara cavab olaraq bildirmişdi ki, o, 2013-cü ildən Cavabdeh məxsus Sumqayıt şəhəri, 2-ci mikrorayon, Sülh küçəsində yerləşən obyekti icarəyə götürərək, paltar mağazası kimi işlətmişdir. Həmin obyekt icarəyə götürülərkən onun başqa bir obyektlə icarə müqaviləsi olduğuna görə həmin vaxt icarə müqaviləsi işçisi X9 ilə bağlanmışdır. Lakin, Sevil Əliyeva təxminən 2017-2018-ci illərdə Moskva şəhərinə köçmüş olduğundan, həmin obyektlə əlaqədar 08 mart 2018-ci il tarixli icarə müqaviləsi Vergi Orqanında onun özü ilə Cavabdeh arasında bir il müddətinə bağlanmış və son dövrədək həmin müqavilə üzrə o, həmin obyekti paltar mağazası kimi işlətmişdir. İcarə müqaviləsinin müddəti bitdikdən sonra, yəni 08 mart 2019cu ildən sonra onlar şifahi razılaşmaya əsasən müqavilənin müddətsiz olmasına qərar vermiş və arada olan şifahi razılaşmaya əsasən fəaliyyətini davam etdirmək üçün o, həmin qeyri-yaşayış sahəsində əsaslı təmir işləri aparmış, müxtəlif reklam işləri görmüş və avadanlıqlar almışdı. Mağazada iki dəfə, yəni 2013-cü ildə və 2018-ci ildə təmir işləri aparmışdır. O, obyekti götürəndə obyekt təmirsiz idi. Tualet, işıqlandırma yox idi, o, qoydurmuşdur. Həmin obyekt icarəyə götürüldüyü vaxtdan Cavabdeh hər ayın 15-i telefonla onu yığıb icarə haqqını ödəməyini tələb edirdi. O, ödənişi nağd qaydada edirdi. Həmin obyektə görə hər ay icarə haqqı onun tərəfindən ödənilmişdir. 2018-ci ildən etibarən Müqavilədə aylıq icarə haqqının 300 manat yazılmasına baxmyaraq, Cavabdeh ondan hər ay 4000 manat icarə haqqı alırdı. Belə ki, 2013-cü ildə həmin obyekti icarəyə götürdükdən sonra əvvəlcə icarə haqqını 6000 manat məbləğində ödəyirdi. Lakin, bir il sonra onun təklifi ilə icarə haqqı 5000 manata endirilmişdi. 2015-ci ildə devalvasiyadan sonra isə icarə haqqı 4000 manat olmuşdu. Ona Cavabdeh demişdir ki, icarə haqqını müqavilədə az göstərməlidir, ona görə də, müqavilədə icarə haqqı 300 manat yazılmışdır. Obyektin faktiki ərazisi 100 kv.m-dir, lakin müqavilədə az göstərilmişdir. O, bu şərtlərlə razılaşmasa, obyekt əlindən çıxacaqdı. İcarə haqqı müqavilədə 4000 manat göstərilsə idi, o, 14% vergi ödəyəcəkdi və vergi orqanında onun üçün əvəzləşdirmə ediləcəkdi. Lakin, Cavabdeh əlavə vergi ödəməli olacağını bildirərək, buna razılaşmamışdır. Ona icarə haqqının müqavilədə yüksək məbləğdə yazılması sərf edirdi, amma Cavabdeh buna razılaşmamışdır. Münasibətlərinin pozulma səbəbi isə Cavabdeh icarə haqqını daha da artırmaq istəməsi olmuşdur. O, 01 aprel 2021-ci ildə obyektən çıxarılmış, cavabdeh tərəfindən mağazada olan avadanlıqları və əşyaları ona verilməyərək, başqa yerə daşınmış və səhəri gün də təmir adı ilə onun mağazada qalmış olan avadanlıqları yararsız hala salınaraq məhv edilmişdir. Mağazada olan malları və avadanlıqları onun icazəsi olmadan Cavabdeh tərəfindən qohumlarının köməyi ilə mağazadan çıxarılaraq başqa yerə aparılmış, qalanları isə sökülüb yararsız hala salınmışdır. Aparılan mallar - paltarlar, mebellər, posterminallar, asılqanlar, manikenlər, televizor, stabilizator, projektorlar və sair əşyalardır. Bir neçə ay öncə Cavabdeh onunla əlaqə saxlayaraq, icarə haqqını qaldırdığını və onu da həmin obyektdən çıxardığını demişdi. O, heç olmasa obyektdən çıxmaq üçün vaxt verməsini xahiş etsə də, Cavabdeh və qohumları mağazaya gəlib, onun əşyalarını aparmışlar. O, bunu videoçəkilişlə qeydə almış və Polisə müraciət etmişdi. Lakin polisdə bu işin mülki iş olduğunu bildirərək, məhkəməyə müraciət etməyi tövsiyə etmişlər. Sumqayıt Şəhər Məhkəməsi isə polis orqanının həmin qərarını ləğv etmiş və hal-hazırda həmin şikayətə yenidən baxılır. Cavabdeh onun mallarını qaytarmadığı üçün həmin malların və təmirin, yararsız hala saldıqları avadanlıqların pulunu ödəməlidir. Təmir işləri barədə yazılı razılaşma olmamış, cavabdehlə əsaslı təmir işlərini görmək barədə şifahi razılığa gəlinmişdir. Cavabdeh onun mağazada olan əmlakını və avadanlıqlarını qaytarmamışdır. O, hər ayın 15-i mütəmadi olaraq cavabdehə icarə haqqı ödəmişdir. Pandemiya dövründə ona bir neçə ay güzəşt edilmişdir. İcarə haqqı 01 mart 2021-ci ilə qədər tam ödənilmişdir. Yəni, yalnız 01 martdan 01 aprel ayına kimi icarə haqqı ödənməmişdir. Mübahisə 2020-ci ilin noyabr ayından başlamışdır. 2020-ci ilin noyabr və dekabr, 2021-ci ilin yanvar aylarına görə hər ay üçün 1000 manat, əvvəlki aylar üçün isə 4000 manat məbləğində icarə haqqı ödənilmişdir. 2021-ci ilin yanvar ayının sonunda isə fevral ayı üçün 4000 manat məbləğində icarə pulunu əvvəlcədən ödəmişdir. 21 yanvar 2021-ci ildə pandemiya qurtardı və onlar icarə haqqının qiymətini artırdılar. Onun mağazada olan avadanlıqlarını və əmlaklarını cavabdeh tərəf öz bağlarına yığıblar. Onların mağazadan apardıqları və yaxud, söküb yararsız hala saldıqları mallar spot işıqlar, kameralar, 4 ədəd postterminal, kassa aparatı, mebellər, stendlər, manikenlər, geyimlər, işçilərin şəxsi əşyaları və sair digər əşyalardır. Malları onun icazəsi olmadan aparılmışdır. Onların arasında bağlanmış Müqavilə vergi orqanının elektron bazasındadır. Tələb edilən məbləğə aid olan təmir işləri və malların adı iddia ərizəsinin məzmununda sadalanıbdır. O, həmin təmir işlərinin və malların pulunu tələb edir. İlkin təmir xərci mütəxəssis rəyində təxminən 10000 manat məbləğində göstərilib. Digər xərclər ayrı yazılmışdır. Mebellərin yğılması və gətirilməsi də təmir xərcinə aid edilmişdir. İlkin təmir xərcinə metlax, ayaqyolu, razdivalka, sklad, arakəsmələr, qapılar və sairə daxildir. Obyekt 2018-ci ildə əsaslı təmir edilmişdir. 2021-ci ilin aprel ayının əvvəlində cavabdeh tərəf onun razılığı olmadan mağazanı boşaltmış və malları aparmışdır. Təmir barədə mülkiyyətçinin razılığı alınmamışdır, lakin təmirə etiraz da edilməmişdir. Hətta sevinirdilər ki, mağaza gözəlləşir. 52 ədəd projektor işıqları 2018-ci ildə quraşdırılmışdır, onu da cavabdeh aparmışdır. Projektorlar tavanda və vitrində idi. Projektorları sökmək olur, ancaq relsləri yox. Lampaları isə relssiz idarə etmək olmur. Bir çox əşyaları və avadanlıqların onun aparmasına icazə verməyiblər və “metallom” ediblər. Malyar və santexnika işləri təmirə aiddir. O, obyektdə “ayaqyolu” düzəltmiş, plastik qapılar, unitaz və sairə qoydurmuşdur. Mətbəx mebeli aparılmayacaqdı. Güzgülərin bəzilərini çıxarmaq olardı, digərləri isə yapışdırıldığı üçün çıxarıla bilməzdi. İşıqlar üçün avtomat quraşdırılmışdır. Spot işıqlar lampalar idi. Obyektdə istifadə olunan gips-karton və alçipanları aparmaq mümkün deyildi. Cavabdeh icazə versəydi aksessuarlar üçün olan şüşə şkafı, yəni vitrini, stabilizatoru, kameraları aparacaqdı. Mebelləri və stendləri də aparacaqdı. İşıqlı reklam mağazanın çölündə idi, apara bilərdi, lakin onu da cavabdeh tərəf söküb aparmışdır. Ayaqüstə olan manikenlər gipsdən hazırlanır. 1 ədədini 450 manata almışdır. Digərləri yarımçıq manikenlərdir. Mağazaya 2000 ədəd asılqan yerləşirdi. Komputerə “barkot” proqram təminatı yüklənmişdi və onu da aparacaqdı. Həmin proqram təminatının yüklənməsinə 1500 manat məbləğində pul verilmişdi və ondan yalnız onun mağazasında istifadə edilə bilərdi. Cavabdeh kompyuteri də vermir. Bonus kartları alınmışdı, şkafda idi, hələ paylanmamışdı. Kartlar proqramla işləyir, onları da cavabdeh vermir. Malların üzərində siqnalizasiya sistemi var idi. İddia ərizəsində işçilərin cavabdeh tərəfindən aparılan əşyaları yazılmamışdır, lakin işçilər də əşyalarını tələb edirlər. O, iddia ərizəsində təmir pulunu və aparılan malların pulunu birlikdə tələb edir. Malları cavabdeh apardığı və eyni zamanda, onun mağazada quraşdırdığı avadanlıqları cavabdeh təmir adı ilə yararsız hala saldığı üçün onların pulunu da cavabdehdən tələb edir. Məhkəmə iclasında cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh nümayəndəsi Nümayəndə2 qarşılıqlı iddia tələbini müdafiə edib, ilkin iddia ərizəsini qəbul etmədiyini bildirərək, qarşılıqlı iddia ərizəsində yazılanlara uyğun izahat verib, qarşılıqlı iddia tələbinin təmin edilərək, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh xeyrinə maddi zərər kimi 10000 manat, mənəvi zərər kimi 5000 manat, əldən çıxmış faydaya görə 15000 manat və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 30030 manat məbləğində pulun tutulması və İddiaçı ilkin iddia ərizəsinin isə təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh nümayəndəsi Nümayəndə2 məhkəmə iclaslarında vermiş olduğu izahatlarında Cavabdeh mülkiyyətində olan Sumqayıt şəhəri, 2-ci mikrorayon, Sülh küçəsində yerləşən obyektdən İddiaçı mağaza kimi istifadə etdiyini və buna görə də əvvəlcə 500 manat və sonra isə 300 manat məbləğində icarə pulu ödədiyini, lakin mülkiyyətçinin tələbi ilə həmin obyekti boşaltmadığı üçün mülkiyyət sahibi Cavabdeh özü tərəfindən mağazanın 01 aprel 2021-ci ildə boşaldılaraq, orada olan avadanlıqların və əşyaların saxlanc yerinə daşınaraq aparıldığını və saxlanc yerində saxlandığını, həmin əmlakların İddiaçı və digər şəxslərə qaytarılmadığını təsdiq etmiş və eyni zamanda, suallara cavab olaraq bildirmişdi ki, qarşılıqlı iddia ərizəsində 2020-ci ilin noyabr ayından 2021-ci ilin aprel ayına qədər Cavabdeh mülkiyyətində olan obyektə giriş hüququnun məhdudlaşdırılmasına görə mənəvi zərər də tələb edir. Əldən çıxmış fayda isə Cavabdeh hər ay 3000 manat məbləğində icarə haqqından məhrum olmasına görədir. Məlum obyektə görə icarə haqqını ya Elvin, ya Sevil, ya da işçilər vermişlər. Həmin obyektdə edilən təmirlərin əvəzi icarə haqqından çıxılmışdır. Cavabdeh hesab edir ki, 08 mart 2018-ci il tarixli icarə müqaviləsi saxtadır. Müqavilənin saxta olması barədə Daxili İşlər Nazirliyinə, Sumqayıt şəhər Prokurorluğuna, 4-cü Polis Bölməsinə rəsmi ərizə ilə özünün və Gülşən xanımın adından müraciətlər edilmiş olsa da, araşdırma aparılmamışdır. Cavabdeh və Sevil Əliyeva arasında icarə müqaviləsi bağlandığını təsdiq edir, İddiaçılə isə heç bir icarə müqaviləsi bağlanmamışdır. İddiaçı həmin obyektdən qanunsuz istifadə etmişdir. Obyektə görə icarə haqqı kimi hər ay 500 manat və ya 300 manat ödənmişdir. Lakin, 4000 manat və ya 3000 manat məbləğində icarə haqqı ödənməmişdir. Obyekt sahibi olan Cavabdeh təmir xərclərini qəbul etmir. Elvin təmiri özünün rahatlığı üçün etmişdir. 01 aprel 2021-ci ildə mağazadan aparılan əşyalar isə saxlanc yerində saxlanılır və onlar İddiaçı və yaxud digər hər hansı bir şəxsə qaytarılmamışdır. Cavabdeh mağazanı təmir edib Sevilə icarəyə vermişdir. İndi isə mağazaya zərər dəymişdir. Ona görə də, 10000 manat məbləğində maddi zərər tələb edilir. 2020-ci ilin noyabr ayından 2021-ci ilin aprel ayına qədər icarə haqqı ödənməyərək obyekt sahibi olan Cavabdeh hüquqlarını məhdudlaşdırdığı üçün 5000 manat məbləğində də mənəvi zərər tələb edilir. Elvin mağazadan çıxarıldıqdan sonra aylıq icarə haqqı 3000 manat olmaqla başqa bir şəxslə yeni icarə müqaviləsi bağlanılmışdı. Məhkəmə, tərəflərin izahatlarını və şahid ifadələrini dinləyib, ilkin iddia ərizəsini, qarşılıqlı iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən “pul tələbi” barədə ilkin iddia tələbi və “maddi və mənəvi zərərin, əldən çıxmış faydanın əvəzinin ödənilməsi” barədə qarşılıqlı iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş X6 məhkəmə iclasında vermiş olduğu ifadəsində 2018-ci ildən son dövrlərədək daimi olaraq İddiaçı məxsus Sumqayıt şəhəri, 2ci mikrorayon, Sülh küçəsində yerləşən mağazada “inzibatçı” işlədiyini, həmin mağazanın yerləşdiyi obyektin sahibinin Cavabdeh olduğunu, İddiaçı həmin obyekti icarəyə götürüb mağaza kimi işlətdiyini, mağazanın aylıq icarə haqqının 4000 manat olduğunu və buna görə də Cavabdeh hər ay 4000 manat məbləğində icarə pulu ödəndiyini, aylıq icarə pulları İddiaçı göstərişi əsasında hər ay 4000 manat olmaqla “inzibatçı” olaraq onun tərəfindən sayılaraq verildiyini, aylıq icarə pulunu bəzən Cavabdeh özünün, bəzən oğlunun gəlib götürdüyünü, bəzən də Cavabdeh telefon zəngi əsasında pulun ona göndərildiyini, 2021-ci ilin aprel ayının əvvəllərində isə Cavabdeh mağazadakı avadanlıqları və əşyaları İddiaçı icazəsi olmadan yığıb apardığını, həmin əşyaların içində onun özünün də şəxsi əşyalarının, geyimlərinin, üzüyünün və başqa bir tanışının da mallarının olduğunu, o, özünə məxsus üzüyü və əşyaları götürmək istədikdə Cavabdeh həmin üzüyü və əşyaları götürməyə icazə vermədiyini və hal-hazıradək də həmin əşyaların ona qaytarılmadığını bildirmişdir. Məhkəmə araşdırması zamanı iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş X7 məhkəmə iclasında vermiş olduğu ifadəsində son üç ildə daimi olaraq İddiaçı məxsus Sumqayıt şəhəri, 2-ci mikrorayon, Sülh küçəsində yerləşən mağazada işlədiyini, həmin mağazanın yerləşdiyi obyektin sahibinin Cavabdeh olduğunu, İddiaçı həmin obyekti icarəyə götürüb mağaza kimi işlətdiyini və buna görə də Cavabdeh hər ay icarə pulu ödədiyini, aylıq icarə pullarını mağazaya gələn Cavabdeh özünə, bəzən də oğluna “inzibatçı” Cəmalə Əliyeva tərəfindən verildiyini, bəzən də Cavabdeh telefon zəngi əsasında icarə pulunun ona göndərildiyini, 2021-ci ilin aprel ayının əvvəllərində isə Cavabdeh mağazadakı avadanlıqları və əşyaları İddiaçı icazəsi olmadan yığıb apardığını, həmin əşyaların içində onun özünün də şəxsi əşyaları və geyimlərinin olduğunu, o, özünə məxsus şəxsi əşyalarını götürmək istədikdə Cavabdeh həmin əşyaları götürməyə icazə vermədiyini və hal-hazıradək də həmin əşyaların ona qaytarılmadığını bildirmişdir. İş materialları və proses iştirakçılarının izahatları ilə müəyyən olunur ki, icarəyəverən Cavabdeh ilə icarəçi X9 arasında bağlanmış 19 mart 2015-ci il tarixli İcarə Müqaviləsinə əsasən İcarəyəverən tərəfindən Sumqayıt şəhəri, 2-ci mikrorayon, Sülh küçəsində yerləşən 88 kv.m-lik qeyri-yaşayış sahəsi 1 (bir) il müddətinə İcarəçiyə icarəyə verilmiş və icarə haqqı hər ay üçün 500 (beş yüz) manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan 08 mart 2018-ci il tarixli İcarə Müqaviləsinin surətindən görünür ki, icarəyəverən Cavabdeh (VÖEN **********) tərəfindən Sumqayıt şəhəri, 2-ci mikrorayon, Sülh küçəsində yerləşən 70 kv.m-lik qeyri-yaşayış sahəsi 1 (bir) il müddətinə icarəçi İddiaçı (VÖEN **********) icarəyə verilmiş və icarə haqqı hər ay üçün 300 (üç yüz) manat məbləğində müəyyən edilmişdir. Qeyd etmək lazımdır ki, 08 mart 2018-ci il tarixli İcarə Müqaviləsinin surətləri məhkəməyə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) və cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) tərəfindən iddia və qarşılıqlı iddia ərizələrinə və eləcə də, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin 05 oktyabr 2021-ci il tarixli **********041600 nömrəli məktubuna əlavə edilərək təqdim olunmuş və məhkəmə araşdırması zamanı cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) tərəf həmin İcarə müqaviləsinin saxta olduğunu bildirərək, onu sübut kimi qəbul etməmişdir. İş materiallarında olan, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) tərəfindən məhkəməyə təqdim olunmuş 01 aprel 2021-ci il tarixli Aktdan görünür ki, Sumqayıt şəhəri, Sülh küçəsi, 2-ci mikrorayon ərazisində yerləşən Cavabdeh məxsus qeyri-yaşayış sahəsində qanunsuz olaraq saxlanılmış aşağıdakı əmlakların siyahısı tərtib edilməklə, həmin tarixdə "166" Yükdaşıma Xidmətinə təhvil verilmişdir: Divan - 02 ədəd, Tumba - 03 ədəd, Qadın geyimləri - 87 dəst, Qadın əlcəkləri - 02 cüt, Qadın çimərlik paltarları - 05 dəst, Qadın manikenləri - 10 ədəd, Qadın yubkaları - 13 dəst, Ütü - 01 ədəd, Jurnal stolu - 02 ədəd, Asılqan - 04 ədəd, Mikrodalğalı soba - 01 ədəd, Güzgü - 01 ədəd, Kassa aparatı "Merkuri - 113" - 01 ədəd, Post Terminal aparatları - 04 ədəd, Telefon "Siqaset" - 01 ədəd, Premium kard - 02 sumka (həmin Akt Nümayəndə2, Cavabdeh, X3, X15, X8, X10 və X12 adlı şəxslər tərəfindən imzalanmış olsa da, həmin Aktda İddiaçı adı göstərilməmiş və eyni zamanda, həmin Akt sonuncu tərəfindən imzalanmamışdır). İş materialları ilə müəyyən olunur ki, İddiaçı Sumqayıt şəhəri, 2-ci mikrorayon, Sülh küçəsində yerləşən mağazada olan avadanlıqların və əşyaların Cavabdeh tərəfindən aparılması ilə əlaqədar hüquq-mühafizə orqanlarına şikayət etmiş və həmin şikayətlə əlaqədar Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin təhqiqatçısı tərəfindən NK-1/745 saylı yoxlama materialı üzrə qəbul edilmiş 06 may 2021-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” Qərarla cinayət işinin başlanması rədd edilmiş və İddiaçı mülki iddia qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Lakin, İddiaçı şikayəti əsasında Sumqayıt Şəhər Məhkəməsinin 25 iyun 2021-ci il tarixli 6(060)-42/2021 nömrəli qərarı ilə Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin təhqiqatçısının NK-1/745 saylı yoxlama materialı üzrə cinayət işinin başlanmasının rədd edilməsinə dair 06 may 2021-ci il tarixli qərarı qanunsuz hesab edilməklə ləğv olunmuş və NK-1/745 saylı yoxlama materialı məhkəmə qərarındakı məhkəmənin hüquqi mövqeyinə uyğun yenidən araşdırılması üçün Sumqayıt şəhər Prokurorluğu vasitəsilə Sumqayıt şəhər Polis İdarəsinə qaytarılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin 05 oktyabr 2021-ci il tarixli **********041600 nömrəli məktubunda göstərilir ki, uçot baza məlumatlarına əsasən İddiaçı (VÖEN: **********) ilə Cavabdeh (VÖEN: **********) arasında 08 mart 2018-ci il tarixdə bağlanmış icarə müqaviləsinə və İddiaçı tərəfindən təqdim edilən 14 mart 2018-ci il tarixli elektron obyektin qeydiyyatı ərizəsinə əsasən Sumqayıt şəhəri, 2-ci MKR, Sülh küçəsində yerləşən təsərrüfat subyekti (obyekti) vergi uçotuna alınmışdır. İddiaçı tərəfindən təqdim edilən 14 mart 2018-ci il tarixli təsərrüfat subyektinin (obyektinin) vergi uçotuna alınması barədə müraciət vergi ödəyicisi tərəfindən gücləndirilmiş elektron imza və ya Dövlət Vergi Xidməti tərəfindən verilmiş istifadəçi kod, parol və şifrə vasitəsi ilə verildiyindən icarə müqaviləsinin əslinin və ya əslinə bərabər tutulan surətinin təqdim edilməsi mümkün deyildir (həmin məktuba 08 mart 2018-ci il tarixli icarə müqaviləsinin surəti əlavə edilmişdir). İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə təqdim edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 11 fevral 2021-ci il tarixli LP-019/21 nömrəli “Daşınar əmlakın qiymətləndirilməsi barədə” mütəxəssis Rəyi ilə Sumqayıt şəhəri, 2-ci mikrorayon, Sülh küçəsində yerləşən, qeyri-yaşayış sahəsinin əsaslı təmirinə çəkilmiş xərclər 10469 (on min dörd yüz altmış doqquz) manat məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) tərəfindən məhkəməyə təqdim olunmuş 15 aprel 2021-ci il tarixli İcarə Müqaviləsinin kserosurətindən görünür ki, icarəyəverən Cavabdeh tərəfindən Sumqayıt şəhəri, 2-ci mikrorayon, Sülh küçəsində yerləşən 88 kv.metrdən ibarət ticarət mağazasının 85 kv.metr hissəsi 1 (bir) il müddətinə icarəçi X2 icarəyə verilərək, icarə haqqı hər ay üçün 3000 (üç min) manat məbləğində müəyyən edilmiş və həmin Müqavilə 01 iyun 2021-ci il tarixdən qüvvəyə minir. Məhkəmə araşdırması zamanı tərəflər məlum mağazada olan avadanlıq və əmlakların çıxarılmasını və onların mübahisəsini əks etdirən video görüntülərin olduğu elektron daşıyıcıları (diskləri) məhkəməyə təqdim etmiş və məhkəmə iclasında həmin videogörüntülər tərəflərin iştrakı ilə nümayiş etdirilmişdir. Beləliklə də, məhkəmə araşdırması zamanı işin mübahisə edilməyən halları ilə müəyyən olunmuşdur ki, Cavabdeh mülkiyyətində olan Sumqayıt şəhəri, 2-ci mikrorayon, Sülh küçəsində yerləşən qeyri-yaşayış sahəsindən İddiaçı bir neçə il ərzində paltar mağazası kimi istifadə etmiş və həmin sahənin icarə haqqı 19 mart 2015-ci il tarixli İcarə Müqaviləsində 500 manat məbləğində, 08 mart 2018-ci il tarixli İcarə Müqaviləsində isə 300 manat məbləğində göstərilmişdir. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) tərəf 08 mart 2018-ci il tarixli İcarə Müqaviləsini qəbul etməsə də, həmin qeyri-yaşayış sahəsinin mağaza kimi istifadə edilməsinə görə İddiaçı əvvəllər 500 manat, sonra isə 300 manat məbləğində aylıq icarə pulları alındığını etiraf etmişdir. Qeyd etmək lazımdır ki, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) tərəf iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilə məlum qeyri-yaşayış sahəsi üzrə hər hansı bir icarə münasibətlərində olmadığını bildirsə də, məhkəmə araşdırması zamanı tədqiq edilən sübutlarla, proses iştirakçılarının izahatları və ifadələri ilə onların faktiki olaraq məlum qeyri-yaşayış sahəsinin istifadə olunması ilə əlaqədar bir neçə il ərzində qarşılıqlı işgüzar münasibətdə olduqları və eyni zamanda, buna görə aylıq icarə haqqı kimi pulun verilib-alındığı təsdiq olunmuşdur (məhkəmə iclaslarında iddiaçı tərəf icarəçi olaraq hər ay 4000 manat məbləğində icarə pulu verdiyini iddia etsə də, cavabdeh tərəf icarəyə verən olaraq əvvəllər hər ay 500 manat, sonra isə 300 manat icarə pulu aldığını etiraf etmişdir). Eyni zamanda, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) tərəf məhkəmə iclaslarında 2021-ci ilin mart ayının 01-dək məlum qeyriyaşayış sahəsini boşaltmadığına görə mülkiyyət sahibi Cavabdeh özü tərəfindən mağazanın 01 aprel 2021-ci ildə boşaldılaraq, orada olan avadanlıqların və əşyaların başqa saxlanc yerinə daşınaraq aparıldığını və hal-hazıradək həmin əmlakların İddiaçı və digər şəxslərə qaytarılmadığını təsdiq etmişdir. Eləcə də, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı bir neçə il ərzində mağaza kimi istifadə etdiyi və icarə haqqı ödədiyi məlum qeyri-yaşayış sahəsini könüllü olaraq tərk etmədikdə, həmin qeyri-yaşayış sahəsinin mülkiyyətçisi (qeyd olunan həmin sahəyə görə İddiaçı aylıq icarə haqqı alan) Cavabdeh faktiki olaraq icarə obyekti olan həmin sahənin boşaldılmasını hüquqi müstəvidə, yəni mövcud qanunvericiliyin tələblərinə riayət etməklə tələb etməmiş və 01 aprel 2021-ci ildə həmin qeyri-yaşayış sahəsində olan İddiaçı və digər şəxslərə (mağazanın işçilərinə) məxsus avadanlıqları və əşyaları sonuncuların iradələrinə zidd olaraq mağazadan çıxararaq, digər yerə aparmış və hal-hazıradək də həmin əmlakları sahiblərinə qaytarmamışdır. Bununla da, Cavabdeh öz hərəkəti ilə faktiki olaraq İddiaçı və sonuncuya məxsus mağazada işləyən digər şəxsləri əmlaklarından məhrum etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158.1.2-ci maddəsinə əsasən, əmlakdan istifadə hüququ da mülkiyyət hüququ ilə yanaşı əmlak hüququ sayılır. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən, əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Həmin Məcəllənin 675-ci maddəsinə əsasən, əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş İcarə haqqı ödəməyə borcludur. Göründüyü kimi, yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh mülkiyyətində olan Sumqayıt şəhəri, 2-ci mikrorayon, Sülh küçəsində yerləşən qeyri-yaşayış sahəsi son bir neçə il ərzində iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı istifadəsində olmuş və sonuncu bu istifadə ilə əlaqədar mülkiyyətçiyə müəyyən məbləğlərdə aylıq pul vəsaitləri ödəmişdir. Lakin, sonradan bu münasibətlər pozulduğu üçün Cavabdeh 01 mart 2021-ci il tarixinədək həmin qeyri-yaşayış sahəsini boşaltmağı tələb etsə də, digər tərəf İddiaçı könüllü olaraq həmin tələbi yerinə yetirməmiş və paltar mağazası kimi istifadə etdiyi həmin qeyri-yaşayış sahəsini boşaldaraq, Cavabdeh təhvil verməmişdir. Bu səbəbdən də Cavabdeh 01 aprel 2021-ci ildə İddiaçı iradəsinin ziddinə olaraq ona məxsus avadanlıqları və əşyaları (məhkəmə araşdırması zamanı müəyyən olundu ki, həmin əşyaların içərisində İddiaçı məxsus mağazada işləyən işçilərin də şəxsi əşyaları olmuşdur. Lakin, hazırkı iddia ərizəsində Cavabdeh tələb olunan pul məbləğinə işçilərə məxsus şəxsi əşyaların qiyməti daxil edilməmişdir) mağaza kimi fəaliyyət göstərən həmin qeyri-yaşayış sahəsindən çıxararaq məhkəməyə dəqiq ünvanı bildirilməyən yerə aparılmış və hal-hazıradək də həmin əşyalar sahibinə, yəni İddiaçı qaytarılmamışdır. Buna görə də, İddiaçı hazırkı iddia ərizəsi ilə həm məlum qeyri-yaşayış sahəsinə sərf etdiyi təmir xərclərinin, yararsız hala salındığı üçün aparılması mümkün olmayan avadanlıqların və eləcə də, mağazadan başqa ünvana aparılmış əşya və avadanlıqların dəyərinin ödənilməsi üçün məhkəməyə müraciət etmiş və hazırkı iddia ərziəsində bununla əlaqədar Cavabdeh ümumilkdə 49669 manat miqdarında pul tələb edir. İş üzrə məhkəmə araşdırması zamanı aparılmış əşya və avadanlıqların sahibinə qaytarılması üçün cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh nümayəndəsinə dəfələrlə müraciət edilsə də, sonuncu bu təklifi qəbul etməmiş və həmin əşyaları qaytarmaqdan imtina etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, 49669 manat məbləğində ilkin iddia tələbinə daxil olan təmir xərcləri, avadanlıq və əşyaların bəziləri ayrılaraq götürülməsi mümkün olan, bəziləri isə ayrılması mümkün olmayan işlər və yaxud, avadanlıqlardır. Bu baxımdan, ümumilikdə cəmi dəyəri 49669 manat məbləğində göstərilərək, ilkin iddia tələbinə daxil olan və iddia ərizəsində sadalanan aşağıdakı əşya və avadanlıqların İddiaçı qaytarılması mümkün olsa da, cavabdeh tərəf həmin əşya və avadanlıqların özünü qaytarmaqdan imtina etmişdir: iddiaçı tərəfindən dəyəri 700 (yeddi yüz) manat məbləğində qiymətləndirilən şüşə şkaf, dəyəri 700 (yeddi yüz) manat məbləğində qiymətləndirilən stablizator, dəyəri 1200 (min iki yüz) manat məbləğində qiymətləndirilən kamera, dəyəri 16000 (on altı min) manat məbləğində qiymətləndirilən mebel avadanlıqları və stendlər, dəyəri 3000 (üç min) manat məbləğində qiymətləndirilən reklam lövhəsi, ümumi dəyəri 3150 (üç min yüz əlli) manat məbləğində qiymətləndirilən 7 ədəd maniken, ümumi dəyəri 1200 (min iki yüz) manat məbləğində qiymətləndirilən 10 ədəd maniken, ümumi dəyəri 1800 (min səkkiz yüz) manat məbləğində qiymətləndirilən 1200 ədəd asılqan, dəyəri 1500 (min beş yüz) manat məbləğində qiymətləndirilən mağazanın fəaliyyəti üçün proqram təminatı, dəyəri 750 (yeddi yüz əlli) manat məbləğində qiymətləndirilən bonus kartları, dəyəri 1000 (min) manat məbləğində qiymətləndirilən siqnalizasiya sistemi və dəyəri 2500 (iki min beş yüz) manat məbləğində qiymətləndirilən oğurluq əleyhinə antenlər. Qeyd olunan həmin əşya və avadanlıqların iddia ərizəsində göstərilən ümumi qiyməti cəmi 33500 (otuz üç min beş yüz) manat təşkil edir və həmin məbləğ “49669 manat məbləğində” müəyyən edilmiş ilkin iddia tələbinə daxildir. Cavabdeh tərəf həmin avadanlıq və əşyaları qaytarmaqdan imtina etdiyi üçün onların iddiaçı tərəfindən hesablanmış ümumilikdə 33500 (otuz üç min beş yüz) manat məbləğində pul vəsaitinin Cavabdeh tutulmalı olması əsaslıdır. Lakin, iddia ərizəsinin məzmununda sadalanan təmir xərcləri və digər avadanlıqların isə ayrılması və aparılması mümkün deyildir və həmin xərcləri əhatə edən pul vəsaitinin cavabdeh (mülkiyyətçi) tərəfindən ödənilməsini tələb etmək əsassızdır. Eyni zamanda, qeyd etmək lazımdır ki, cavabdeh tərəf həmin əşya və avadanlıqların mağazadan çıxarılaraq başqa yerdə saxlandığını etiraf etməsinə baxmayaraq, iddia tələbində həmin əşya və avadanlıqların özü deyil, pulla ifadə olunan dəyərlərinin ödənilməsi tələb olunduğundan, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbləri baxımından məhkəmə hazırkı iddia ərizəsi üzrə yalnız əsaslı olduğu müəyyən edilən tələb üzrə qətnamə çıxara bilər. Çünki, həmin normanın tələblərinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Eləcə də, məhkəmə araşdırması zamanı cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh nümayəndəsi məhkəmə iclaslarında məlum qeyri-yaşayış sahəsindən mağaza kimi istifadə edən iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı hər ay 500 manat, sonra isə 300 manat məbləğində icarə pulu ödəməyini etiraf etməsinə və eyni zamanda, sonuncunun həmin sahəyə görə 2021-ci ilin mart ayına görə ödənməmiş icarə pulu borcunun qaldığı müəyyən edildiyinə görə qarşılıqlı iddia üzrə cavabdehdən 300 manat məbləğində pul vəsaitinin tutulması hissəsində qarşılıqlı iddia tələbi əsaslıdır. Qalan hissələrdə isə qarşılıqlı iddianın əsaslılığı məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1092.2-ci maddəsinə əsasən, əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Beləliklə də, yuxarıda təsvir olunanlara və işin konkret hallarına və eləcə də, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi ilə nəzərdə tutulan prosessual qaydalara əsasən müəyyən edilir ki, iddia tələbi Cavabdeh (VÖEN **********) 33500 (otuz üç min beş yüz) manat məbləğində pul vəsaitinin tutulmalı olması hissəsində, qarşılıqlı iddia tələbi isə qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı (VÖEN **********) 300 (üç yüz) manat məbləğində pul vəsaitinin tutulmalı olması hissəsində əsaslıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəlləsinin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddiası qismən təmin olunaraq, Cavabdeh (VÖEN **********) 33500 manat məbləğində pul vəsaiti İddiaçı (VÖEN **********) xeyrinə tutulmalı və iddia qalan hissədə təmin edilməməlidir. Eyni zamanda, Cavabdeh İddiaçı qarşı “maddi və mənəvi zərərin, əldən çıxmış faydanın əvəzinin ödənilməsi” tələbi barədə qarşılıqlı iddia tələbi də qismən təmin edilərək, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı (VÖEN **********) 300 manat məbləğində pul vəsaiti qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh (VÖEN **********) xeyrinə tutulmalı və qarşılıqlı iddia qalan hissədə təmin edilməməlidir. Eləcə də, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə uyğun olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən – hazırkı iş üzrə iddia tələbi qismən təmin olunduğu üçün məhkəməyə müraciət edərkən iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun (16 fevral 2021-ci il tarixli ********* nömrəli Ödəniş Qəbzi) 20 (iyirmi) manatı Cavabdeh tutularaq İddiaçı ödənilməli, qalan hissəsi isə iddiaçının özünə aid edilməlidir. Həmçinin, iş üzrə qarşılıqlı iddia tələbi də qismən təmin olunduğu üçün məhkəməyə müraciət edərkən qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun (25 iyun 2021-ci il tarixli ********* nömrəli Ödəniş Qəbzi) 5 (beş) manatı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tutularaq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ödənilməli, qalan hissəsi isə qarşılıqlı iddia üzrə iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh (VÖEN **********) 33500 (otuz üç min beş yüz) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 20 (iyirmi) manat olmaqla, cəmi 33520 (otuz üç min beş yüz iyirmi) manat məbləğində pul vəsaiti İddiaçı (VÖEN **********) xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia tələbi qismən təmin edilsin. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı (VÖEN **********) 300 (üç yüz) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 5 (beş) manat olmaqla, cəmi 305 (üç yüz beş) manat məbləğində pul vəsaiti qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh (VÖEN **********) xeyrinə tutulsun. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №e-2-2(119)-644/2021
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-644/2021
08.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver