Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-644/2023 11.12.2023 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Bağırova Naidə Saləddin qızının katibliyi, Cavabdeh3 iştirakı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “kredit razılaşmasının və ona əlavə edilmiş sazişin ləğv edilməsi, borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “kredit razılaşmasının və ona əlavə edilmiş sazişin ləğv edilməsi, borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 011R********** saylı krеdit razılaşmasının və ona əlavə edilmiş sazişin ləğv edilməsi, cavabdеhlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh2 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə 011R********** saylı krеdit razılaşması üzrə 5398,01 manat məbləğində krеdit bоrcu, 577,48 manat məbləğində faiz bоrcu və 3123,08 manat məbləğində cərimə borcu, 011R********** saylı krеdit razılaşması üzrə 6276,58 manat məbləğində krеdit bоrcu, 3493,28 manat məbləğində faiz bоrcu və 3617,65 manat məbləğində cərimə borcu olmaqla, hər iki müqavilə üzrə ümumilikdə cəmi 22486,08 manat məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 200 manat məbləğində mediasiya xərcinin, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının tutulması, Cavabdeh3 və Cavabdeh4 Ricaddin qızının mülkiyyətində olan Qusar rayonu, Kuzunqışlaq kəndində 0.9556 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin açıq hərracda satılması, 22486,08 manat məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 200 manat məbləğində mediasiya xərcinin, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi; hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh3, Cavabdeh1, Cavabdeh5, Cavabdeh4, Cavabdeh2 tutulması, Cavabdeh3 və Cavabdeh4 Ricaddin qızının mülkiyyətində olan Qusar rayonu, Kuzunqışlaq kəndində 0.9556 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh3 və Cavabdeh4 həmin torpaq sahəsinə istifadə hüquqlarının itirilməsi, həmin torpaq sahəsinin boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh3 İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə bağladığı xx.xx.2019-cu il tarixli 011L**********27 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə ******* (bir milyon) manat məbləğində krеdit хətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə vеriləcək məbləğ və müddət ayrıca оlaraq krеdit razılaşması ilə müəyyən оlunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh3 İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə bağladığı xx.xx.2019-cu il tarixli 011R********** saylı krеdit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 0.5833% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 11000 (on bir min) manat məbləğində krеdit götürmüşdür. Cavabdeh3 krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xx.xx.2021-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh3 götürdüyü krеdit bоrcundan 5601,99 manat ödəmiş, onun 5398,01 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən Cavabdeh3 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2023-cü il tarixə 759 gün üçün hesablanmış faiz borcu 577,48 manat təşkil edir. Krеdit razılaşmasının 4.2.2-ci bəndinə uyğun оlaraq borclu ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığının 0,1 faizi məbləğində cərimə ödəməlidir. xx.xx.2023-cü il tarixə 759 gün üçün hеsablanmış cərimə 3123,08 manat təşkil edir. Bundan başqa, uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh3 İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə bağladığı xx.xx.2019-cu il tarixli 011R********** saylı krеdit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.9167% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 10000 (on min) manat məbləğində krеdit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2020-ci il tarixli 011R**********S saylı, xx.xx.2021-ci il tarixli 011R**********SA saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh3 krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xx.xx.2021-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh3 götürdüyü krеdit bоrcundan 3723,42 manat ödəmiş, onun 6276,58 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən Cavabdeh3 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2023-cü il tarixə 595 gün üçün hesablanmış faiz borcu 3493,28 manat təşkil edir. Krеdit razılaşmasının 4.2.2-ci bəndinə uyğun оlaraq borclu ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığının 0,1 faizi məbləğində cərimə ödəməlidir. xx.xx.2023-cü il tarixə 595 gün üçün hеsablanmış cərimə 3617,65 manat təşkil edir. Uzunmüddətli krеdit müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən krеdit alan müvafiq оlaraq krеditi və faizi ödəniş planına uyğun оlaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vеrmək, qalan krеdit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hеsablanmış cəriməni tələb еtmək hüququna malikdir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh3 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеhlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh4, Cavabdeh2 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən yuхarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh3 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidirlər. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh3 öhdəliyinin icrasını təmin etmək məqsədi ilə cavabdeh- ipoteka qoyanlar Cavabdeh3, Cavabdeh4 ilə bank arasında bağlanılmış xx.xx.2019-cu il tarixli 011M**********02 saylı ipoteka müqaviləsi əsasında onlara məxsus Qusar rayonu, Kuzunqışlaq kəndində 0.9556 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində Qusar rayonu, Kuzunqışlaq kəndində 0.9556 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh3 kredit öhdəliyinin icrasını təmin etmək üçün İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. Hazırkı mübahisə kommersiya mübahisəsi olduğundan məhkəməyə müraciət etməmişdən əvvəl mediasiyaya müraciət edilmişdir. İlkin mediasiya sessiyasında iddiaçı tərəf iştirak etmiş, lakin cavabdehlər iştirak etməmişdir. Bu barədə xx.xx.2022-ci il tarixli arayış verilmişdir. Mediasiya xərcləri olaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən 200 manat haqq ödənilmişdir. 08 dekabr 2023-cü il tarixdə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən “Elektron məhkəmə” İnformasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə ərizə təqdim edilərək iddiaçının iş üzrə təyin edilmiş məhkəmə mühasibatlıq və qiymətləndirmə ekspertizalarının nəticələrinə etiraz etmədiyi bildirilmiş, məhkəmə baxış iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 izahatında ekspert rəyləri ilə razı olduğunu bildirmiş, faiz borcunun və cərimənin azaldılmasını məhkəmədən xahiş etmişdir. Lakin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə həmin cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş proses iştirakçılarının gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə proses iştirakçılarının icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanılmış xx.xx.2019-cu il tarixli 011L**********27 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən Cavabdeh3 120 (yüz iyirmi) müddətinə ******* (bir milyon) manat məbləğində kredit xətti açılmışdır. İş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında xx.xx.2019-cu il tarixli 011L**********27 saylı uzunmüddətli kredit müqaviləsi üzrə bağlanmış xx.xx.2019-cu il tarixli 011R********** saylı krеdit razılaşmasının 1-ci bəndinə görə bank 11000 (on bir min) manat krediti aylıq faiz dərəcəsi 0.5833% olmaqla 36 ay müddətinə kredit alana verir. Kredit alan bu kredit razılaşmasının ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilmiş ödəniş planına əsasən razılaşdırılmış tarixlərdə kredit məbləğini ona hesablanmış faizlə birlikdə banka qaytarmağı öz öhdəsinə götürür. İş materiallarında olan 011R********** nömrəli krеdit razılaşması üzrə tərtib olunmuş 17 iyul 2019-cu il tarixli ödəniş planında borcalan Cavabdeh3 banka olan borcunun son ödəniş tarixi 01 iyul 2022-ci il olmaqla, həmin borcun müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur və həmin ödəniş planı borcalan Cavabdeh3, zaminlər Cavabdeh1 və Cavabdeh4 imzaları ilə təsdiq edilmişdir. İş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında xx.xx.2019-cu il tarixli 011L**********27 saylı uzunmüddətli kredit müqaviləsi üzrə bağlanmış xx.xx.2019-cu il tarixli 011R********** saylı krеdit razılaşmasının 1-ci bəndinə görə bank 10000 (on min) manat krediti aylıq faiz dərəcəsi 1.9167% olmaqla 36 ay müddətinə kredit alana verir. Kredit alan bu kredit razılaşmasının ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilmiş ödəniş planına əsasən razılaşdırılmış tarixlərdə kredit məbləğini, ona hesablanmış faizlə birlikdə banka qaytarmağı öz öhdəsinə götürür. İş materiallarında olan 011R********** nömrəli krеdit razılaşması üzrə tərtib olunmuş 18 noyabr 2019-cu il tarixli ödəniş planında borcalan Cavabdeh3 banka olan borcunun son ödəniş tarixi 18 noyabr 2022-ci il olmaqla, həmin borcun müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur və həmin ödəniş planı borcalan Cavabdeh3 və zamin Cavabdeh4 imzaları ilə təsdiq edilmişdir. Həmin kredit razılaşmalarının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Həmin kredit razılaşmalarının 4.2.2-ci bəndinə görə kredit alan ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 %-i məbləğində cərimə ödəməyə borcludur. İş materiallarında olan kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında 22 dekabr 2020-ci il tarixli 011R**********S nömrəli sazişin 1-ci bəndinə əsasən xx.xx.2019-cu il tarixli 011L**********27 saylı uzunmüddətli kredit müqaviləsi üzrə bağlanmış xx.xx.2019-cu il tarixli 011R********** nömrəli kredit razılaşması əsasında kredit alan kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu sazişə əlavə olunan 22 dekabr 2020-ci il tarixli ödəniş planına uyğun olaraq banka ödəməlidir. İş materiallarında olan 011R********** nömrəli krеdit razılaşması üzrə tərtib olunmuş 22 dekabr 2020-ci il tarixli ödəniş planında borcalan Cavabdeh3 banka olan borcunun son ödəniş tarixi 20 dekabr 2022-ci il olmaqla, həmin borcun müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur və həmin ödəniş planı borcalan Cavabdeh3 və zaminlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 imzaları ilə təsdiq edilmişdir. İş materiallarında olan kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında 28 aprel 2021-ci il tarixli 011R**********SA nömrəli sazişin 1-ci bəndinə əsasən xx.xx.2019-cu il tarixli 011L**********27 saylı uzunmüddətli kredit müqaviləsi üzrə bağlanmış xx.xx.2019-cu il tarixli 011R********** nömrəli kredit razılaşması əsasında kredit alan kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu sazişə əlavə olunan 28 aprel 2021-ci il tarixli ödəniş planına uyğun olaraq banka ödəməlidir. İş materiallarında olan 011R********** nömrəli krеdit razılaşması üzrə tərtib olunmuş 28 aprel 2021-ci il tarixli ödəniş planında borcalan Cavabdeh3 banka olan borcunun son ödəniş tarixi 20 iyun 2023-cü il olmaqla, həmin borcun müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur və həmin ödəniş planı borcalan Cavabdeh3 və zaminlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 imzaları ilə təsdiq edilmişdir. İş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 24 may 2019-cu il tarixli 011S**********01 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh1 borclunun kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. İş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh4 arasında bağlanmış 24 may 2019-cu il tarixli 011S**********2 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh4 borclunun kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. İş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 18 noyabr 2019-cu il tarixli 011S**********01 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh2 borclunun kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. İş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh5 arasında bağlanmış 18 noyabr 2019-cu il tarixli 011S**********02 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh5 borclunun kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. İş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə ipoteka qoyanlar Cavabdeh3 və Cavabdeh4 arasında bağlanmış 24 may 2019-cu il tarixli 011M**********02 nömrəli ipoteka müqaviləsinə əsasən xx.xx.2019-cu il tarixli 011L**********27 saylı uzunmüddətli kredit müqaviləsi üzrə yaranmış öhdəliklərinin icrasının təminatı kimi ipoteka qoyanlar Cavabdeh3 və Cavabdeh4 Qusar rayonu, Kuzunqışlaq kəndində yerləşən 0.9556 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ipoteka saxlayanın xeyrinə ipoteka ilə yükləməyi üzərinə götürmüşlər. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsəlləri Dövlət Komitəsi yanında daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, Cavabdeh3 və Cavabdeh4 xüsusi mülkiyyətində olan Qusar rayonu, Kuzunqışlaq kəndində 0.9556 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 24 may 2019-cu il tarixdən öhdəlikklər yerinə yetirilənə kimi İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmiş, əsas öhdəliyin mahiyyəti kimi xx.xx.2019-cu il tarixli 011L**********27 saylı uzunmüddətli kredit müqaviləsi göstərilmişdir. İş materiallarında olan iddiaçı tərəfindən tərtib olunaraq məhkəməyə təqdim olunmuş 13 fevral 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh3 xx.xx.2019-cu il tarixli 011R********** saylı krеdit razılaşması üzrə 03 fevral 2023-cü il tarixinə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə 5398,01 manat məbləğində əsas borcu, 577,48 manat məbləğində faiz borcu və 3123,08 manat məbləğində cərimə borcu olmaqla, cəmi 9098,57 manat məbləğində borcu vardır. İş materiallarında olan iddiaçı tərəfindən tərtib olunaraq məhkəməyə təqdim olunmuş 13 fevral 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh3 xx.xx.2019-cu il tarixli 011R********** saylı krеdit razılaşması üzrə 03 fevral 2023-cü il tarixinə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə 6276,58 manat məbləğində əsas borcu, 3493,28 manat məbləğində faiz borcu və 3617,65 manat məbləğində cərimə borcu olmaqla, cəmi 13387,51 manat məbləğində borcu vardır. İddiaçı tərəfindən tərtib olunaraq 08 dekabr 2023-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə təqdim olunmuş 08 dekabr 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh3 xx.xx.2019-cu il tarixli 011R********** saylı krеdit razılaşması üzrə 01 iyul 2023-cü il tarixinə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə 5398,01 manat məbləğində əsas borcu, 900,76 manat məbləğində faiz borcu və 3455,60 manat məbləğində cərimə borcu olmaqla, cəmi 9754,37 manat məbləğində borcu vardır. İddiaçı tərəfindən tərtib olunaraq 08 dekabr 2023-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə təqdim olunmuş 08 dekabr 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh3 xx.xx.2019-cu il tarixli 011R********** saylı krеdit razılaşması üzrə 25 iyul 2023-cü il tarixinə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə 7176,58 manat məbləğində əsas borcu, 2924,3 manat məbləğində faiz borcu və 3354,67 manat məbləğində cərimə borcu olmaqla, cəmi 13455,55 manat məbləğində borcu vardır. İş materiallarında olan 17 avqust 2023-cü il tarixli 9/5162 nömrəli ekspert rəyindən görünür ki, İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 011R********** nömrəli kredit razılaşması üzrə Cavabdeh3 01 iyul 2022-ci il tarixə banka olan borcu əsas borc üzrə 5798 manat, faiz borcu üzrə 642,57 manat, 03 fevral 2023-cü il tarixə banka olan borcu əsas borc üzrə 5398,01 manat, faiz borcu üzrə 598,27 manat, illik 5%-lə hesablanmış faiz borcu 164,03 manat; xx.xx.2019-cu il tarixli 011R********** saylı krеdit razılaşması üzrə 03 fevral 2023-cü il tarixə banka olan borcu əsas borc üzrə 6234,87 manat, faiz borcu üzrə 3675,35 manat müəyyən olunmuşdur. İş materiallarında olan 01 noyabr 2023-cü il tarixli 3-16- 16/2-10/4874-9/5112 nömrəli ekspert rəyindən göstərilir ki, Qusar rayonu, Kuzunqışlaq kəndində yerləşən 0.9556 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mövcud orta bazar dəyəri təqribən 20800 manat, likvid dəyəri isə təqribən 18750 manat məbləğində olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. - 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. İddiaçı iddia tələbində Cavabdeh3 ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2019-cu il tarixli 011R********** saylı krеdit razılaşmasının və ona əlavə edilmiş sazişin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə araşdırması zamanı iddia tələbinin həmin hissədə əsaslılığı müəyyən edilməmişdir. Çünki sözügedən kredit razılaşmasının müddəti 20 iyun 2023-cü il tarixindən bitdiyindən müqavilənin məhkəmə qaydasında ləğv edilməsinə zərurət qalmır. Buna görə iddia tələbi bu hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. - 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. - 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. - 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, Cavabdeh3 iddiaçıdan aldığı kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin Cavabdeh3 xx.xx.2019-cu il tarixli 011L**********27 saylı uzunmüddətli kredit müqaviləsi, həmin kredit müqaviləsi üzrə bağlanmış xx.xx.2019-cu il tarixli 011R********** nömrəli və xx.xx.2019-cu il tarixli 011R********** nömrəli krеdit razılaşmaları üzrə öhdəliklərini icra etməyərək iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Məhkəmə yuxarıda təsvir olunanlara əsasən hesab edir ki, borcalan Cavabdeh3 xx.xx.2019-cu il tarixli 011L**********27 saylı uzunmüddətli kredit müqaviləsi, həmin kredit müqaviləsi üzrə bağlanmış xx.xx.2019-cu il tarixli 011R********** nömrəli və xx.xx.2019-cu il tarixli 011R********** nömrəli krеdit razılaşmaları üzrə kredit ödənişlərinin müqavilə şərtlərinə uyğun ödənilməsini təmin etmədiyindən həmin müqavilə üzrə yaranmış əsas və faiz borcu ondan tutulmalıdır. Cavabdeh3 xx.xx.2019-cu il tarixli 011R********** nömrəli kredit razılaşması üzrə tutulmalı olan əsas borcun məbləği müəyyən edilərkən iş üzrə keçirilmiş ekspertizanın 17 avqust 2023-cü il tarixli 9/5162 nömrəli ekspert rəyi mötəbər sübut olaraq nəzərə alınmalı, Cavabdeh3 ekspert rəyində və iddia ərizəsində qeyd edilən 5398,01 manat əsas borc tutulmalıdır. xx.xx.2019-cu il tarixli 011R********** nömrəli kredit razılaşması üzrə Cavabdeh3 tutulmalı olan faiz borcunun məbləği müəyyən edilərkən iddia tələbi və cavabdeh tərəfin mənafeyi nəzərə alınaraq əsas borcun məbləği məhkəmə-mühasibatlıq ekspertizasının 17 avqust 2023-cü il tarixli 9/5162 nömrəli ekspert rəyində müəyyən edilmiş nəticəyə əsasən deyil, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbləri (hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır) nəzərə alınmaqla, iddiaçı tərəfindən verilmiş iddia tələbinə uyğun olaraq müəyyən edilməlidir. Belə ki, 17 avqust 2023-cü il tarixli 9/5162 nömrəli ekspert rəyində Cavabdeh3 ilə bağlanmış xx.xx.2019-cu il tarixli 011R********** nömrəli nömrəli kredit razılaşması üzrə 01 iyul 2023cü il tarixinə faiz borcunun 642,57 manat, 03 fevral 2023-cü il tarixinə 598,27 manat olması müəyyən edilmiş olsa da, iddia tələbində iddiaçı tərəfindən 577,48 manat məbləğində faiz borcunun tutulması tələb olunur. Ona görə də, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələblərinə uyğun olaraq kredit razılaşması üzrə iddia tələbində göstərilən məbləğdə, yəni 577,48 manat məbləğində faiz borcu tutulmalıdır. Çünki iddia tələbi üzrə hesablanmış faiz borcunun məbləği ekspert rəyində hesablanmış məbləğdən az məbləğdədir və bu səbəbdən də, həmin kredit müqaviləsi üzrə faiz borcunun tutulmasında ekspert rəyində müəyyən edilmiş nəticə nəzərə alınmayaraq, iddia tələbi üzrə 577,48 manat məbləğində faiz borcu tutulmalıdır. İddia tələbində Cavabdeh3 xx.xx.2019-cu il tarixli 011R********** nömrəli kredit razılaşması üzrə tələb edilən “6276,58 manat əsas borc 17 avqust 2023-cü il tarixli 9/5162 nömrəli ekspert rəyi ilə təsdiq olunmur. Buna görə də, həmin müqavilə üzrə əsas borcun tutulması hissəsində ekspert rəyi mötəbər sübut kimi nəzərə alınmalı və Cavabdeh3 ekspert rəyində qeyd edilən 6234,87 manat məbləğində əsas borc tutulmalıdır. İddia tələbinin Cavabdeh3 xx.xx.2019-cu il tarixli 011R********** nömrəli kredit razılaşması üzrə “3493,28 manat məbləğində faiz borcunun tutulması” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən tərtib olunaraq xx.xx.2023-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə təqdim olunmuş maliyyə arayışında həmin kredit razılaşması üzrə xx.xx.2023-cü il tarixə olan faiz borcunun məbləği 2924,30 manat göstərilmişdir. 17 avqust 2023-cü il tarixli 9/5162 nömrəli ekspert rəyində cavabdehin sözügedən kredit razılaşması üzrə 15 mart 2022-ci il tarixə 2230,99 manat məbləğində faiz borcunun olması müəyyən edilmişdir. 15 mart 2022-ci il tarixdən 25 iyul 2022-ci il tarixədək olan dövr üzrə faiz borcunun məbləği ekspert rəyində qeyd olunmasa da, məhkəmə hesab edir ki, 15 mart 2022-ci il tarixdən 25 iyul 2022-ci il tarixədək olan 130 günü əhatə edən həmin dövr üçün faiz borcunun məbləği 610,21 manat hesablanmaqla (7346,92 manat əsas borc x 1,9167% aylıq faiz dərəcəsi /30=4,69% günlük faiz dərəcəsi; 130 x 4,69=610,21 manat) xx.xx.2019-cu il tarixli 011R********** nömrəli kredit razılaşması üzrə tutulmalı olan faiz borcunun məbləği 2841,20 manat (2230,99 manat +610,21 manat=2841,20 manat) müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq iddiaçı ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 arasında bağlanmış zaminlik müqavilələrinin şərtlərinə, qeyd olunan maddi hüquq normalarının tələblərinə əsaslanaraq hesab edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 iddiaçı qarşısında qanununvericilikdə nəzərdə tutulmuş qaydada Cavabdeh3 ilə birgə məsuliyyət daşıdığından iddia bu hissədə təmin olunmalı, tələb müştərək qaydada ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 465.2-ci maddəsinə əsasən borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə iddianın "xx.xx.2019-cu il tarixli 011R********** nömrəli kredit razılaşması üzrə 3123,08 manat məbləğində cərimənin tutulması" tələbinə aid hissəsi ilə bağlı hesab edir ki, iddia həmin hissədə qismən təmin olunmalı və işin halları nəzərə alınmaqla cərimə məbləği azaldılaraq, cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh2 müştərək qaydada cəmi 100 (yüz) manat məbləğində cərimə tutulmalıdır. Məhkəmə iddianın “xx.xx.2019-cu il tarixli 011R********** nömrəli kredit razılaşması üzrə 3617,65 manat məbləğində cərimənin tutulması" tələbinə aid hissəsi ilə bağlı qeyd edir ki, iddia həmin hissədə də qismən təmin olunmalı və işin halları nəzərə alınmaqla cərimə məbləği azaldılaraq, cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh2 müştərək qaydada cəmi 100 (yüz) manat məbləğində cərimə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. - 317-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. - 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: - 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. - 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; - 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; - 41.1-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. - 59.3-cü maddəsinə görə ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” xx.xx.2020-ci il tarixli qərardadında göstərilir ki, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Göründüyü kimi, kredit müqaviləsi üzrə Cavabdeh3 üzərinə düşən öhdəliklərin icrasının təmini məqsədilə iddiaçı ilə Cavabdeh3 və Cavabdeh4 arasında bağlanmış müvafiq ipoteka müqaviləsinə əsasən Qusar rayonu, Kuzunqışlaq kəndində yerləşən 0.9556 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir. Tutmanın ipoteka ilə yüklü edilmiş mənzilə yönəldilməsi barədə tələb Mülki Məcəllənin 317, 319-cu maddələrinin və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğundur. Məhkəmə iş üzrə keçirilmiş ekspertiza tədqiqatın nəticəsi olaraq verilmiş rəyi nəzərə alaraq hesab edir ki, ipotekaya qoyulmuş əmlakın ilkin satış (likvid) qiyməti 18750 (on səkkiz min yeddi yüz əlli) manat göstərilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, ipoteka predmeti olan cavabdehlər Cavabdeh3 və Cavabdeh4 Ricaddin qızının mülkiyyətində olan Qusar rayonu, Kuzunqışlaq kəndində yerləşən 0.9556 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə tutma yönəldikdən və o, satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində həmin əmlak boşaldılmalıdır. Məhkəmə iddia tələbinin “hərracdan əldə edilmiş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması”na dair hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə əsassızdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.6-cı maddəsinə əsasən, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Göründüyü kimi, satışdan əldə edilən məbləğ borcun ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin cavabdehlərdən tutulması qətnamənin icrası zamanı həll edilən məsələlərdəndir. Odur ki, iddianın həmin hissəsi əsassızdır. Buna görə də iddia tələbi həmin hissədə rədd edilməlidir. Məhkəmə iddia tələbinin “cavabdehlər Cavabdeh3 və Cavabdeh4 ipoteka predmeti olan torpaq sahəsinə istifadə hüquqlarının itirilməsi” hissəsinə münasibətdə qeyd edir ki, istifadə hüquqlarının itirilmiş hesab edilməsi tələbini əmlakın mülkiyyətçisi irəli sürə bilər. Digər tərəfdən, onların bu istifadə hüququ əmlak satılıb, mülkiyyətçisi dəyişənə qədər qüvvəsində qalır. Belə ki, cavabdehlərin ipoteka predmeti olan torpaq sahəsi üzərində istifadə hüququ onların mülkiyyət hüququndan irəli gələn və həmin hüququn tərkib hissəsi olan bir hüquqdur. Belə olan halda aydındır ki, torpaq sahəsi açıq hərracdan satılaraq cavabdehlər Cavabdeh3 və Cavabdeh4 həmin torpaq sahəsi üzərində mülkiyyət hüququna xitam verilərsə, mülkiyyət hüququnu tərkib hissəsi olan istifadə hüquqlarına da xitam veriləcəkdir. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin olunmamalıdır. Məhkəmə, iddianın “ipoteka predmeti olan torpaq sahəsinin alıcıya təhvil verilməsi” hissəsini də əsaslı hesab etmir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qeyd olunan məsələ qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrası zamanı “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həll edilən bir məsələ olduğundan həmin hissədə iddia əsassızdır və təmin edilməməlidir. Məhkəmə iddianın 200 manat mediasiya xərcinin iddiaçının xeyrinə cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh2 müştərək qaydada tutulmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır və təmin edilməlidir. Belə ki, “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə iddianın “ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ödənilməsi”nə dair hissəsini araşdıraraq hesab edir ki, iddia bu hissədə əsaslıdır. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 26.2-ci maddəsinə əsasən, vərəsəlik nəticəsində əldə edilmiş hüquqların, bölünmə nəticəsində əvvəlki hüquq sahibində qalan hissə üzərindəki hüquqların, yüklülüyün (girov, ipoteka, icarə, istifadə, lizinq, servitut və s.), icarə və istifadə hüquqlarının yüklülüyünün və özgəninkiləşdirilməsinin dövlət qeydiyyatının aparılması üçün 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 26.4-cü maddəsinə əsasən, ipotekanın əlavə dövlət qeydiyyatına, girovun əlavə dövlət qeydiyyatına alınması, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması, daşınmaz əmlakın yüklülükdən (ipoteka, icarə, istifadə, lizinq, servitut və s.) azad edilməsi, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışın dublikatının verilməsi, daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) dublikatının verilməsi üçün 15 manat məbləğində dövlət rüsumu tutulur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia “ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının cavabdehlər cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh2 müştərək qaydada tutulması” hissəsində təmin edilməlidir. Bundan başqa iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət olunan zaman dövlət büdcəsinə ödənilmiş 0,1 manat məbləğində dövlət rüsumu da cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Eləcə də, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 150 (yüz əlli) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh2 müştərək qaydada tutularaq X1 ödənilməlidir. Eləcə də, hazırkı iddia tələbinin təmin olunmuş hissəsinə uyğun hesablanan 135,76 (yüz otuz beş manat yetmiş altı qəpik) manat məbləğində dövlət rüsumunun ödənilməmiş hissəsi olan 135,66 (yüz otuz beş manat altmış altı qəpik) manat məbləğində (135,76 manat – 0,1 manat = 135,66 manat) pul vəsaiti isə dövlət rüsumunun qalığı kimi cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh2 müştərək qaydada dövlət nəfinə tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Həmin Qanununun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdеhlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh2 müştərək qaydada 17 iyul 2019-cu il tarixli 011R********** saylı krеdit razılaşması üzrə 5398,01 (beş min üç yüz doxsan səkkiz manat bir qəpik) manat məbləğində krеdit bоrcu, 577,48 (beş yüz yetmiş yeddi manat qırx səkkiz qəpik) manat məbləğində faiz bоrcu və 100 (yüz) manat məbləğində cərimə, 18 noyabr 2019-cu il tarixli 011R********** saylı krеdit razılaşması üzrə 6234,87 (altı min iki yüz otuz dörd manat səksən yeddi qəpik) manat məbləğində krеdit bоrcu, 2841,20 (iki min səkkiz yüz qırx bir manat iyirmi qəpik) manat məbləğində faiz bоrcu və 100 (yüz) manat məbləğində cərimə, iddia ərizəsi verilərkən ödənilmiş 0,1 (on qəpik) manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 15 (on beş) manat məbləğində dövlət rüsumu, 30 (otuz) manat məbləğində xidmət haqqı və mediasiya ilə əlaqədar ödənilmiş 200 (iki yüz) manat məbləğində mediasiya xərci olmaqla, cəmi 15496,66 (on beş min dörd yüz doxsan altı manat altmış altı qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Cavabdehlərdən tutulmalı olan cəmi 15496,66 (on beş min dörd yüz doxsan altı manat altmış altı qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmiş cavabdehlər Cavabdeh3 və Cavabdeh4 Ricaddin qızının mülkiyyətində olan Qusar rayonu, Kuzunqışlaq kəndində yerləşən 0.9556 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə yönəldilsin və həmin ipoteka predmeti açıq hərracda satılaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə olan cəmi 15496,66 (on beş min dörd yüz doxsan altı manat altmış altı qəpik) manat məbləğində borc ödənilsin. Qusar rayonu, Kuzunqışlaq kəndində yerləşən 0.9556 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ilkin satış qiyməti 18750 (on səkkiz min yeddi yüz əlli) manat müəyyən edilsin. İpoteka predmeti olan cavabdehlər Cavabdeh3 və Cavabdeh4 Ricaddin qızının mülkiyyətində olan Qusar rayonu, Kuzunqışlaq kəndində yerləşən 0.9556 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə tutma yönəldikdən və o, satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində həmin əmlak boşaldılsın. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 150 (yüz əlli) manat məbləğində pul vəsaiti cavabdеhlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh2 müştərək qaydada tutularaq X1 ödənilsin. Cavabdеhlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh2 müştərək qaydada dövlət nəfinə 135,66 (yüz otuz beş manat altmış altı qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-644/2023
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-644/2023
11.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver