Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-647/2023 13.10.2023 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X3 qızının katibliyi, Cavabdeh1 nümayəndəsi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Nümayəndə2 iştirakı ilə, iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “krеdit razılaşmasının ləğv edilməsi, borcun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti 08 may 2023-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “krеdit razılaşmasının ləğv edilməsi, borcun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, kredit alan Cavabdeh3 ilə bağlanmış 29 noyabr 2021-ci il tarixli 009R********** nömrəli kredit razılaşmasının ləğv edilməsi, cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçı "xxxx" QSC-nin xeyrinə 15123,81 manat məbləğində əsas bоrc, 1386,72 manat məbləğində faiz bоrcu və 447,66 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 16958,19 manat məbləğində bоrcun və ödənilmiş 200 manat məbləğində mediasiya xərcinin tutulması, tutmanın Cavabdeh2 məxsus ipoteka predmeti olan "Land Rover" markalı **-KN-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin nəqliyyat vasitəsinin açıq hərracdan satılması və ümumilikdə cəmi 16958,19 manat məbləğində borcun və ödənilmiş 200 manat məbləğində mediasiya xərcinin ipoteka predmeti "Land Rover" markalı **-KN-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə isə qalan məbləğin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 ümumi qaydada tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, kredit verən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən 13 sentyabr 2019-cu il tarixli 014L**********82 saylı Uzunmüddətli Kredit Müqaviləsinə əsasən kredit alan Cavabdeh3 120 (yüz iyirmi) ay müddətinə ******* (iki milyon) manat məbləğində krеdit хətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə vеriləcək məbləğ və müddət ayrıca оlaraq Krеdit Razılaşması ilə müəyyən оlunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh3 "xxxx" QSC ilə bağladığı 29 noyabr 2021-ci il tarixli 009R********** saylı krеdit razılaşması əsasında 18 ay müddətinə, aylıq faiz dərəcəsi 1,8333% оlmaqla, ödəniş planı üzrə hissəhissə qaytarmaq şərti ilə 20000 (iyirmi min) manat məbləğində krеdit götürmüşdür. O, krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri 06 iyun 2022-ci il tarixdən Banka qaytarmamışdır. O, götürdüyü krеdit bоrcundan 4876,19 manat ödəmiş və onun 15123,81 manat məbləğində kredit borcu qalmışdır. Kredit Razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu Kredit Razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən, borcalan Unal Coşkunun kredit borcu və faiz borcundan ibarət olmaqla, ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 01 noyabr 2022-ci il tarixə 148 gün üçün hesablanmış faiz borcu 1386,72 manat təşkil edir. Krеdit razılaşmasının 4.2.2-ci bəndinə uyğun оlaraq borclu ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. 01 noyabr 2022-ci il tarixə 148 gün üçün hеsablanmış cərimə 447,66 manat təşkil edir. Uzunmüddətli krеdit müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən krеdit alan müvafiq оlaraq krеditi və faizi ödəniş planına uyğun оlaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vеrmək, qalan krеdit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hеsablanmış cəriməni tələb еtmək hüququna malikdir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh3 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеhlər Cavabdeh1 və Cavabdeh2 zaminlik müqavilələrinə əsasən Bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin Zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən yuхarıda göstərilən Uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün Bank qarşısında cavabdeh ilə birgə məsuliyyət daşıyır və Cavabdeh3 uzunmüddətli kredit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidirlər. Eləcə də, Krеdit xətti müqaviləsi üzrə Cavabdeh3 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdeh – ipoteka verən Cavabdeh2 ilə Bank arasında bağlanılmış 25 noyabr 2021-ci il tarixli ipoteka müqaviləsi (Bakı şəhəri 53 saylı notariat ofisinin xüsusi notariusu Əli A.Hüseynov tərəfindən təsdiq edilib) əsasında “Land Rover” minik markalı **-KN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinin Qeydiyyat İmtahan İdarəsi tərəfindən verilmiş AA № 143374 saylı Çıxarışa əsasən Cavabdeh2 məxsus olan “Land Rover” markalı **-KN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh3 kredit öhdəliklərinin icrasını təmin еtmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka saxlayan İddiaçı QSC tərəfindən cavabdeh – ipoteka qoyana “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 36.2-ci maddəsinə uyğun olaraq 18 oktyabr 2022-ci il tarixdə “ipoteka predmetinə tutmanın yönəldilməsi” haqqında bildiriş göndərilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinin Qeydiyyat İmtahan Şöbəsinə təqdim olunmuş və ərizə 26 oktyabr 2022ci il tarixində BDYPİ-nin QİŞ-də qeydə alınmışdır. İpoteka verən Cavabdeh2 əri Cavabdeh3 25 noyabr 2021-ci il tarixində Bakı şəhəri 53 saylı Notariat Kontoruna ərizə ilə müraciət edərək, Cavabdeh2 məxsus olan “Land Rover” minik markalı **-KN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin İddiaçı QSC-nin xeyrinə yüklü edilməsinə razı olduğunu bildirmişdir (Razılıq ərizəsinin surəti ərizəyə əlavə olunur). Hazırki mübahisə kommersiya mübahisəsi olduğundan məhkəməyə müraciət edilməmişdən əvvəl mübahisənin məhkəməyədək həll olunması məqsədi ilə iddiaçı tərəfindən mediasiya təşkilatına və pretenziya qaydasında cavabdehlərə müraciət olunmasına baxmayaraq, borc ödənməmiş və mübahisənin məhkəmədən kənar və yaxud mediasiya qaydasında həll edilməsi mümkün olmamışdır. Mediasiya xərci olaraq İddiaçı QSC tərəfindən 200 manat haqq ödənilmişdir. Həmin iddia ərizəsinə dair kommersiya işinin məhkəmədə baxılmağa hazırlanması yekunlaşanadək Cavabdeh1 nümayəndəsi Nümayəndə2 tərəfindən 13 oktyabr 2023-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə iddia tələbinə qarşı “Etiraz” təqdim edilərək, iddiaçı “"xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “krеdit razılaşmasının ləğv edilməsi, borcun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi” barədə iddia tələbinin Cavabdeh1 yönələn hissədə təmin olunmaması haqqında qətnamə qəbul edilməsi xahiş olunmuş və həmin “Etiraz” onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə olan Zaminlik müqaviləsi 26 noyabr 2021-ci il tarixdə, yəni hazırkı borc tələbinin yaranmasına səbəb olmuş Unal Coşkuna 20000 manat məbləğində kreditin ayrılmasını nəzərdə tutan Kredit Razılaşmasından əvvəl bağlanmışdır. Zaminlik Müqaviləsinin predmeti Unal Coşkuna 13 sentyabr 2019-cu il tarixdə ******* (iki milyon) manat məbləğində ayrılmış kredit xətti ilə bağlı olmuşdur və Uzunmüddətli Kredit Müqaviləsindən irəli gələn öhdəliklərin icra edilməsindən ibarətdir. Hazırkı borc tələbinin yaranmasına səbəb olmuş Unal Coşkuna 20000 manat məbləğində kreditin verilməsini nəzərdə tutan Kredit Razılaşması haqqında isə hər hansı müddəa yoxdur və ola bilməz, ona görə ki, həmin kredit müqaviləsi zaminlik müqaviləsindən bir neçə gün sonra imzalanmışdır. ““Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 iyul 2019-cu il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə müvafiq olaraq, zaminlik müqaviləsində başqa qayda nəzərdə tutulmamışdırsa və bu müqavilə qanunvericiliyin tələblərinə uyğun bütün şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) barəsində razılıq əldə edilməklə bağlanmışdırsa, zamin borclu ilə birlikdə kreditor qarşısında tam məsuliyyət daşıyır. Bu baxımdan və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsinin məzmununa uyğun olaraq, zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olan hallar baş verdikdə, zaminliyə bütövlükdə xitam verilir. İddia ərizəsindən və işə əlavə edilmiş sənədlərdən görünür ki, Cavabdeh1 zaminlik müqaviləsini imzalayarkən Unal Coşkuna konkret olaraq 20000 manatın verilməsi barədə razılaşma mövcud olmamışdır. Cavabdeh1 ilə bağlanılmış zaminlik müqaviləsi mahiyyətinə görə kredit xətti ilə bağlı müqavilədir və onun Unal Coşkuna 20000 manat kreditin verilməsi ilə bağlı müqavilə üzrə zamin kimi məsuliyyətini müəyyən edə bilməz. X1 giriş hissəsindən görünür ki, müqavilədə mövcud olmayan Kredit Razılaşmasına istinad edilmişdir. Bu isə müqavilənin qanunsuz olduğunu göstərir və zaminə qarşı əlverişsiz nəticələrə səbəb olan halların baş verdiyinə sübutdur. Ona görə də hesab edilir ki, Cavabdeh1 zaminliyə xitam verilməlidir. Odur ki, hazırkı iddia tələbi Cavabdeh1 münasibətdə əsassızdır və ona görə də rədd edilməlidir. Hazırkı kommersiya işi ekspertiza tərəfindən məhkəməyə qaytarıldıqdan sonra iş üzrə 13 oktyabr 2023-cü il tarixinə təyin edilmiş məhkəmə baxış iclasına Cavabdeh1 nümayəndəsi Nümayəndə2 gəlsə də, həmin məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi və cavabdehlər Cavabdeh3 və Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər. Lakin, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilən ərizə ilə məhkəməyə müraciət edərək, üzürlü səbəblərə görə gələ bilmədiyi üçün həmin məhkəmə baxış iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iş üzrə iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasına gəlmiş Cavabdeh1 nümayəndəsi isə iddiaçının nümayəndəsinin və digər cavabdehlərin iştirakı olmadan məhkəmə baxış iclasının keçirilməsinə etiraz etməmişdir. Odur ki, məhkəmə, Cavabdeh1 nümayəndəsinin mövqeyini nəzərə alaraq, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “krеdit razılaşmasının ləğv edilməsi, borcun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işi üzrə 13 oktyabr 2023-cü il tarixinə təyin edilmiş məhkəmə baxış iclasının iddiaçının nümayəndəsinin və cavabdehlər Cavabdeh3 və Cavabdeh2 iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə baxış iclasında Cavabdeh1 nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etmədiyini bildirib, iddia tələbinə qarşı verilmiş yazılı “Etiraz”da göstərilənlərə uyğun izahat verərək, əsassız olduğu üçün iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “krеdit razılaşmasının ləğv edilməsi, borcun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi” barədə iddia tələbinin Cavabdeh1 yönələn hissədə təmin edilməməsi haqqında qətnamə qəbul olunmasını xahiş etdi. İş üzrə 21 iyul 2023-cü il tarixində keçirilmiş məhkəmə baxış iclasında iştirak etmiş iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə3 iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddia tələbinin təmin olunması və kredit alan Cavabdeh3 ilə bağlanmış 29 noyabr 2021-ci il tarixli 009R********** nömrəli kredit razılaşmasının ləğv edilməsi, cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçı "xxxx" QSC-nin xeyrinə 15123,81 manat məbləğində əsas bоrc, 1386,72 manat məbləğində faiz bоrcu və 447,66 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 16958,19 manat məbləğində bоrcun və ödənilmiş 200 manat məbləğində mediasiya xərcinin tutulması, tutmanın Cavabdeh2 məxsus ipoteka predmeti olan "Land Rover" markalı **-KN-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin nəqliyyat vasitəsinin açıq hərracdan satılması və ümumilikdə cəmi 16958,19 manat məbləğində borcun və ödənilmiş 200 manat məbləğində mediasiya xərcinin ipoteka predmeti "Land Rover" markalı **-KN-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə isə qalan məbləğin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 ümumi qaydada tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdi. Məhkəmə, proses iştirakçılarının izahatlarını, iddia ərizəsini, iddia tələbinə qarşı verilmiş yazılı “Etiraz”ı və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 13 sentyabr 2019-cu il tarixli 014L**********82 nömrəli Uzunmüddətli Kredit Müqaviləsindən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti – “Kredit verən”, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Cavabdeh3 (VÖEN **********)– “Kredit alan” olmaqla, bağlanmış həmin Müqaviləyə əsasən Bank bu Müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə verilən kreditlər üçün (bundan sonra «Kredit» adlandırılacaq) Kredit Alana ******* (iki milyon) manat məbləğində uzunmüddətli kredit xəttini (bundan sonra «Uzunmüddətli Kredit Xətti» adlandırılacaq) açır. Uzunmüddətli Kredit Xətti bu Müqavilə üzrə və onun qüvvədə olduğu müddətdə istənilən anda Kredit Alanın Bank qarşısında faizlər nəzərə alınmadan maksimum borclanma həddidir (1.1-ci bənd). Həmin Müqavilənin 1.3-cü bəndinə əsasən, bu müqavilə və Kredit Razılaşmaları əsasında istənilən məbləğ 120 (yüz iyirmi) ay müddətinə, 13 sentyabr 2029-cu il tarixdən gec olmayarq verilməlidir. Bu Müqavilə və Kredit Razılaşmaları əsasında verilən kreditlərin illik faiz dərəcəsinin yuxarı həddi 28 (iyirmi səkkiz) faiz müəyyən olunur. İş materiallarında olan 13 sentyabr 2019-cu il tarixli 014L**********82 nömrəli Uzunmüddətli Kredit Müqaviləsi əsasında bağlanmış 29 noyabr 2021-ci il tarixli 009R********** nömrəli Kredit Razılaşmasından görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti – “Kredit verən”, Cavabdeh3 – “Kredit alan” olmaqla bağlanmış həmin Razılaşmaya əsasən “fərdi mikro kredit” məqsədilə hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan kredit alan Cavabdeh3 (VÖEN **********) 30 ay müddətinə aylıq 1,8333 % dərəcəsi ilə 20000 (iyirmi min) manat məbləğində kredit verilmişdir. Həmin Razılaşmanın 1.2-ci bəndinə əsasən, Kredit alan bu Kredit Razılaşmasının ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə göstərilmiş Ödəniş Planına («Ödəniş Planı») əsasən razılaşdırılmış tarixlərdə kredit məbləğini, ona hesablanmış faizlə birlikdə Banka qaytarmağı öz öhdəsinə götürür. Həmin Razılaşmanın 4.2.2-ci bəndinə əsasən, Ödəniş Planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməyə bocludur. İş materiallarında olan 29 noyabr 2021-ci il tarixli 009R********** nömrəli Kredit Razılaşmasında göstərilən kreditin və ona hesablanmış faizlərin 29 noyabr 2021-ci il tarixli Ödəniş Planından (Ödəniş Cədvəlindən) görünür ki, borcalan Cavabdeh3 Banka olan borcunun müvafiq qrafikə əsasən aylar üzrə müəyyən edilmiş məbləğlərdə və hər ay üzrə müəyyən olunmuş vaxtlarda ödənilməsi nəzərdə tutulmuşdur və həmin Ödəniş Planını borcalan Cavabdeh3 imza etmişdir. X2 əsasən ödənişin son tarixi 06 iyun 2023-cü il müəyyən olunmuşdur. İş materialları ilə müəyyən olunur ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti – “Bank”, Cavabdeh2 – “Zamin” olmaqla, bağlanmış 25 noyabr 2021-ci il tarixli 009S**********03 nömrəli Zaminlik Müqaviləsinə əsasən Cavabdeh2 zamin olaraq, borcalan Cavabdeh3 13 sentyabr 2019-cu il tarixli 014L**********82 nömrəli Uzunmüddətli Kredit Müqaviləsi əsasında bağlanmış 29 noyabr 2021-ci il tarixli 009R********** nömrəli Kredit Razılaşması ilə alınan kredit üzrə Bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirməsinə görə Borcalanla birgə məsuliyyəti öz üzərinə götürmüşdür. İş materialları ilə müəyyən olunur ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti – “Bank”, Cavabdeh1 – “Zamin” olmaqla, bağlanmış 26 noyabr 2021-ci il tarixli 009S**********03 nömrəli Zaminlik Müqaviləsinə əsasən Cavabdeh1 zamin olaraq, borcalan Cavabdeh3 13 sentyabr 2019-cu il tarixli 014L**********82 nömrəli Uzunmüddətli Kredit Müqaviləsi əsasında bağlanmış 29 noyabr 2021-ci il tarixli 009R********** nömrəli Kredit Razılaşması ilə alınan kredit üzrə Bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirməsinə görə Borcalanla birgə məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan Maliyyə Arayışından görünür ki, borcalan Cavabdeh3 29 noyabr 2021-ci il tarixli 009R********** nömrəli Kredit Razılaşması üzrə 01 noyabr 2022-ci il tarixə borcverən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə 15123,81 manat məbləğində əsas borc, 1386,72 manat məbləğində faiz borcu və 447,66 manat məbləğində cərimə borcu olmaqla, cəmi 16958,19 manat məbləğində borcu vardır (cərimə hesablanmış gecikdirilən günlərin sayı: 148 gün). Lakin, iş üzrə həmin hesabatla razı olmayan Cavabdeh1 nümayəndəsi Nümayəndə2 vəsatəti əsasında qəbul edilmiş 21 iyul 2023-cü il tarixli qərardadla məlum kreditlə əlaqədar mübahisənin obyektiv həlli məqsədi ilə 29 noyabr 2021-ci il tarixli 009R********** nömrəli Kredit Razılaşması üzrə tələb edilən borcun düzgün hesablanıbhesablanmamasının müəyyən edilməsi üçün məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. İş materiallarında olan məhkəmə-mühasibatlıq ekspertizasının 05 sentyabr 2023-cü il tarixli 3-16-16/2-9/6133/2023 nömrəli Ekspert Rəyindən görünür ki, iş materiallarında olan cari hesabdan çıxarış məlumatları, tərəflər arasında bağlanmış 13 sentyabr 2019-cu il tarixli 014L**********82 nömrəli Uzunmüddətli Kredit Müqaviləsi və 29 noyabr 2021-ci il tarixli 009R********** nömrəli Kredit Razılaşmasının şərtlərinə əsasən ekspert qarşısında qoyulmuş suallar üzrə 01 noyabr 2022-ci il tarixinə və eyni zamanda 21 iyul 2023-cü il tarixinə Cavabdeh3 iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə olan borcu qeyd edilən tarixlər üzrə ayrı-ayrılıqda aşağıdakı kimi müəyyən edilir: 1) 01 noyabr 2022-ci il tarixinə: əsas borc üzrə 14871,17 manat, - faiz borcu üzrə 1526,77 manat; 2) 21 iyul 2023-cü il tarixinə: - əsas borc üzrə 14871,17 manat, - faiz borcu üzrə 3389,64 manat. İş materialları ilə müəyyən olunur ki, 29 noyabr 2021-ci il tarixli 009R********** nömrəli Kredit Razılaşması üzrə cəmi 20000 manat məbləğində verilmiş kredit Ödəniş Planına (Ödəniş Cədvəlinə) uyğun olaraq qaytarılmadığı üçün kredit verən Bank tərəfindən borcalan Cavabdeh3 01 noyabr 2022-ci il tarixə 15123,81 manat məbləğində əsas borc, 1386,72 manat məbləğində faiz borcu və 447,66 manat məbləğində cərimə borcu olmaqla, cəmi 16958,19 manat məbləğində borcun cavabdehlərdən (borcalan Cavabdeh3, zaminlər Cavabdeh1 və Cavabdeh2) müştərək qaydada tutulması, tərəflər arasında bağlanmış Kredit Razılaşmasının ləğv edilməsi və borcun ipoteka predmetinə yönəldilməsi üçün müvafiq iddia ərizəsi ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən məhkəməyə müraciət olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.3-cü maddəsinə əsasən, birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Göründüyü kimi, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan kredit alan (cavabdeh) Cavabdeh3 (VÖEN **********), zaminlər (cavabdehlər) Cavabdeh2 və Cavabdeh1 müvafiq olaraq 13 sentyabr 2019-cu il tarixli 014L**********82 nömrəli Uzunmüddətli Kredit Müqaviləsi, 29 noyabr 2021-ci il tarixli 009R********** nömrəli Kredit Razılaşması, 25 noyabr 2021-ci il tarixli 009S**********03 nömrəli və 26 noyabr 2021-ci il tarixli 009S**********03 nömrəli Zaminlik Müqavilələrini bağlayarkən götürdükləri öhdəlikləri pozmuş və onları lazımi qaydada icra etməyərək, borcverən İddiaçı QSC-yə ödənilməli olan əsas borcu və əsas borca görə hesablanmış faizləri Ödəniş Cədvəlində (Ödəniş Planında) nəzərdə tutulan qaydada ödəməmiş və bununla da, borcverən İddiaçı QSC-dən alınmış krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla, müqavilə öhdəliklərini müvafiq qaydada yerinə yetirməmişlər. İş materiallarından görünür ki, cavabdehlərə borcun müvafiq qaydada ödənilməsi barədə xəbərdarlıq olunmuşdur və hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə İddiaçı QSC tərəfindən mediatora 200 (iki yüz) manat məbləğində xidmət haqqı ödənilmişdir. Lakin, mövcud mübahisənin məhkəməyə qədər mərhələdə və yaxud, mediasiya vasitəsi ilə həll edilməsi mümkün olmamışdır (Cavabdeh1 nümayəndəsi Nümayəndə2 ilkin mediasiya sessiyasında iştirak etmişdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 421-ci maddəsinin tələblərinə görə, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür (maddə 421.1);, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur (maddə 421.2); və müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır (maddə 421.3). Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 430.1-ci maddəsində göstərilir ki, əgər Mülki Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Beləliklə də, məhkəmə, yuxarıda təsvir olunanlara əsasən hesab edir ki, məlum kredit müqaviləsi üzrə borcalan Cavabdeh3 29 noyabr 2021-ci il tarixli 009R********** nömrəli Kredit Razılaşması üzrə kredit ödənişlərini müqavilə şərtlərinə uyğun ödənilməsini təmin etmədiyindən, həmin Müqavilə üzrə yaranmış borc - “Borcalan” və “Zaminlər” olaraq cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulmalıdır. Lakin, 29 noyabr 2021-ci il tarixli 009R********** nömrəli Kredit Razılaşması üzrə cavabdehlərdən müştərək qaydada tutulmalı olan əsas borcun və faiz borcunun məbləğləri müəyyən edilərkən - iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 05 sentyabr 2023-cü il tarixli 3-16-16/2-9/6133/2023 nömrəli Ekspert Rəyi də mötəbər sübut olaraq nəzərə alınmalı və cavabdehlərdən tutulmalı olan borc məbləğləri iddia tələbi nəzərə alınmaqla, həmin Rəyə uyğun olaraq müəyyən edilməlidir. Yəni, 05 sentyabr 2023cü il tarixli 3-16-16/2-9/6133/2023 nömrəli Ekspertiza Rəyində Cavabdeh3 ilə bağlanmış 29 noyabr 2021-ci il tarixli 009R********** nömrəli Kredit Razılaşması üzrə iddiaçı tərəfindən borcun hesablandığı 01 noyabr 2022-ci il tarixə “əsas borc 14871,17 manat və faiz borcu 1526,77 manat miqdarında” müəyyən edilmiş olsa da, iddia tələbində iddiaçı tərəfindən cavabdehlərdən müştərək qaydada 01 noyabr 2022-ci il tarixə hesablanmış “15123,81 manat məbləğində əsas borcun və 1386,72 manat məbləğində faiz borcun“ tutulması tələb olunur. Buna görə də, iddia ərizəsində tələb olunan 1386,72 manat məbləğində faiz borcu Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbləri (hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır) nəzərə alınmaqla tam olaraq tutulmalı olduğu halda, 01 noyabr 2022-ci il tarixə hesablanaraq tələb edilən “15123,81 manat məbləğində əsas borc” 05 sentyabr 2023-cü il tarixli 3-16-16/2-9/6133/2023 nömrəli Ekspertiza Rəyi ilə təsdiq olunmadığına görə 29 noyabr 2021-ci il tarixli 009R********** nömrəli Kredit Razılaşması üzrə həmin Ekspertiza Rəyi ilə 01 noyabr 2022-ci il tarixə müəyyən edilmiş "14871,17 manat” miqdarında əsas borc cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulmalıdır. Eyni zamanda, işin konkret halları nəzərə alınaraq, iddia tələbi cavabdehlərdən müştərək qaydada “447,66 manat məbləğində cərimənin tutulması” hissəsində də təmin olunmalıdır. Eləcə də, məhkəmə, iddianın “tutmanın Cavabdeh2 məxsus ipoteka predmeti "Land Rover" markalı **-KN-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin nəqliyyat vasitəsinin açıq hərracdan satılması və borcun hərracdan satışdan əldə olunan vəsait hesabına ödənilməsi” hissəsini də araşdıraraq hesab edir ki, iddia tələbinin həmin hissəsi də əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarında olan 25 noyabr 2021-ci il tarixli 009M**********02 nömrəli İpoteka Müqaviləsindən görünür ki, İddiaçı QSC-nin Azadlıq filialı ilə Cavabdeh2 arasında bağlanmış həmin müqaviləyə əsasən mübahisə predmeti olan məlum kredit verilərkən kreditin təminatı kimi tərəflərin razılığına əsasən mülkiyyət hüququ Cavabdeh2 məxsus "Land Rover" markalı **-KN-*** dövlət qeydiyyat nişanlı avtomobil Bank qarşısında ipoteka ilə yüklü edilmişdir və həmin İpoteka Müqaviləsinə əsasən Borcalan üzərinə götürdüyü öhdəlikləri icra etmədikdə və ya lazımınca icra etmədikdə Borcverən öhdəliklərin icrasını təminat üsuluna yönəltmək hüququna malikdir. İş materiallarından görünür ki, yuxarıda qeyd olunan ipoteka predmeti və həmin ipoteka predmetinə dair ipoteka saxlayan İddiaçı QSC-nin “tutmanın yönəldilməsi haqqında bildirişi” Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsi tərəfindən “İpoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın rəsmi reyestrində” müvafiq qaydada qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.4-cü maddəsinə əsasən, ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 296.1-ci maddəsinə əsasən, girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda, girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikası Qanununun şamil edildiyi yüklülük predmetinə tutmanın yönəldilməsi həmin Qanunla müəyyən edilmiş qaydada həyata keçirilir. "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən haldır . Həmin Qanunun 41.2-ci maddəsinin tələblərinə əsasən, məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Odur ki, təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, hazırkı qətnamə üzrə cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulmalı olan pul vəsaiti İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş Cavabdeh2 məxsus "Land Rover" markalı **-KN-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməli, həmin ipoteka predmeti açıq hərracda satılaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan borc ödənilməlidir. Həmçinin, məhkəmə, yuxarıda qeyd olunanları və iş üzrə məhkəmə araşdırması zamanı müəyyən olunan digər halları, o cümlədən də “İcra haqqında” Azərbaycan Respublikası Qanununun, "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi digər hissədə - yəni, “hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 ümumi qaydada tutulması” hissəsində - əsaslılığı müəyyən olunmadığı üçün təmin edilməməlidir. Çünki, borcun yönəldiyi ipoteka predmetinin satışından əldə edilən vəsait cavabdehlərdən tutulan borcu tam ödəmədikdə, ödənilməyən hissənin cavabdehlərdən alınması, yəni qətnamə əsasında verilmiş icra sənədi ödənilməyən hissədə yuxarıda qeyd olunan Məcəllə və Qanunların tələblərinə uyğun olaraq ümumi qaydada icra edilir. Bundan başqa iddiaçı iddia tələbində “Kredit alan” Cavabdeh3 ilə “Kredit verən” İddiaçı Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış 29 noyabr 2021-ci il tarixli 009R********** nömrəli Krеdit razılaşmasının ləğv edilməsini xahiş etmişdir. Lakin, məhkəmə araşdırması zamanı iddia tələbinin həmin hissədə də əsaslılığı müəyyən edilməmişdir. Çünki sözügedən kredit razılaşmasının müddəti 06 iyun 2023-cü il tarixindən bitdiyindən, hal-hazırda müqavilənin məhkəmə qaydasında ləğv edilməsi zərurəti aradan qalxmışdır. Ona görə də, iddia tələbi bu hissədə də təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəlləsinin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 14871,17 manat məbləğində əsas borc, 1386,72 manat məbləğində faiz borcu və 447,66 manat məbləğində cərimə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı və cavabdehlərdən müştərək qaydada tutulmalı olan pul vəsaiti iddiaçı "xxxx" QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş Cavabdeh2 məxsus "Land Rover" markalı **-KN-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilərək, həmin avtomobil açıq hərracda satılıb iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə olan borc ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Həmçinin, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada mediatora ödənilmiş 200 (iki yüz) manat məbləğində xidmət haqqının 100 (yüz) manat hissəsi tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeydşərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Eləcə də, cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaiti (05 sentyabr 2023-cü il tarixli, 3-16-16/2-9/6133/2023 nömrəli Ekspert Rəyi) və iddia tələbinin təmin olunan hissəsinə mütənasib olaraq hesablanan 140,12 (yüz qırx manat 12 qəpik) manat məbləğində dövlət rüsumu dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda, 120 manat + 10000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh3 (VÖEN **********), Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 14871,17 (on dörd min səkkiz yüz yetmiş bir manat 17 qəpik) manat məbləğində əsas borc, 1386,72 (min üç yüz səksən altı manat 72 qəpik) manat məbləğində faiz borcu, 447,66 (dörd yüz qırx yeddi manat 66 qəpik) manat məbləğində cərimə və mediasiya ilə əlaqədar ödənilmiş xidmət haqqının 100 (yüz) manat hissəsi olmaqla, cəmi 16805,55 (on altı min səkkiz yüz beş manat 55 qəpik) manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Cavabdehlərdən müştərək qaydada tutulmalı olan cəmi 16805,55 (on altı min səkkiz yüz beş manat 55 qəpik) manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmiş Cavabdeh2 məxsus "Land Rover" markalı **-KN-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilsin və həmin avtomobil açıq hərracda satılaraq iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə olan borc ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada dövlət nəfinə 140,12 (yüz qırx manat 12 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq, Dövlət Büdcəsinə ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №e-2-2(119)-647/2023
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-647/2023
13.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver