Məhkəmə qərarları › İş №e-2-2(119)-649/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-649/2025

30.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-649/2025 30.04.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Calalova Jalə Habil qızının katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı verilmiş “borcun tutulması və tutmanın ipoteka pedmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun tutulması və tutmanın ipoteka pedmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 06 avqust 2021-ci il tarixli 011R********** nömrəli krеdit razılaşması üzrə 9737,97 (doqquz min yeddi yüz otuz yeddi manat, doxsan yeddi qəpik) manat məbləğində əsas bоrc, 643,31 (altı yüz qırx üç manat, otuz bir qəpik) manat məbləğində faiz bоrcu və 887,23 (səkkiz yüz səksən yeddi manat, iyirmi üç qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 11268,51 (on bir min iki yüz altmış səkkiz manat, əlli bir qəpik) manat məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 123,81 (yüz iyirmi üç manat, səksən bir qəpik) manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 (on beş) manat məbləğində dövlət rüsumunun və 36 (otuz altı) manat məbləğində xidmət haqqının əvəzinin tutulması, tutmanın Cavabdeh2 məxsus Qusar şəhəri, Ləzgi Nemət küçəsində xüsusi mülkiyyətdə olan 0.04 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 8 otaqlı, ümumi sahəsi 172.7 kv.m. sahədən ibarət 96 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin mənzilin açıq hərracda satılması və borcun həmin əmlakın satışından əldə olunan vəsait hesabına iddiaçıya ödənilməsi, satışdan əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin müştərək qaydada cavabdеhlərdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı 25 aprel 2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onun nümayəndəsinin iştirakı olmadan keçirilərək iddia ərizəsinin baxılmadan geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər məhkəmə hazırlıq iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdirlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin 1-ci cümləsinə əsaslanaraq, işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin Məcəllənin 170.1-ci maddəsinin tələblərinə görə, işin məhkəmə baxışına hazırlanması zamanı iddiaçının vəsatəti ilə iddia ərizəsi qaytarıla bilər. Təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının 25 aprel 2025-ci il tarixli ərizəsi təmin edilməli və onun tərəfindən cavabdehlərə qarşı verilmiş “borcun tutulması və tutmanın ipoteka pedmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 259-260, 263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D I: İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin iddia ərizəsinin qaytarılması barədə ərizəsi təmin edilsin. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı verilmiş “borcun tutulması və tutmanın ipoteka pedmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar