Məhkəmə qərarları › İş №e-2-2(119)-650/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-650/2025

22.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-650/2025 22.04.2025 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Atakişiyeva Nülufər Nizami qızının katibliyi ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 01 mart 2023-cü il tarixli 011R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 18859,9 (on səkkiz min səkkiz yüz əlli doqquz manat doxsan qəpik) manat məbləğində əsas borc, 1599,18 (min beş yüz doxsan doqquz manat on səkkiz qəpik) manat məbləğində faiz borcu, 514,77 (beş yüz on dörd manat yetmiş yeddi qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 20973,85 (iyirmi min doqquz yüz yetmiş üç manat səksən beş qəpik) manat məbləğində borcun və 25 oktyabr 2023-cü il tarixli 011R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 3038,62 (üç min otuz səkkiz manat altmış iki qəpik) manat məbləğində əsas borc, 330,91 (üç yüz otuz manat doxsan bir qəpik) manat məbləğində faiz borcu, 87,41 (səksən yeddi manat qırx bir qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 3456,94 (üç min dörd yüz əlli altı manat doxsan dörd qəpik) manat məbləğində borcun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 163,29 (yüz altmış üç manat iyirmi doqquz qəpik) manat məbləğində dövlət rüsumunun iddiaçının хеyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh5 və zaminlər X1, Cavabdeh4 arasında bağlanmış 08 avqust 2022-ci il tarixli 011L**********88 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsinə əsasən Cavabdeh5 120 (yüz iyirmi) ay müddətinə 300000 (üç yüz min) manat məbləğində krеdit хətti açılmışdır. Bundan başqa 01 dekabr 2023-cü il tarixli 011S**********01, 011S**********03, 011S**********02, 011S**********04 nömrəli qoşulma barədə sazişlərlə uzunmüddətli kredit və təminat müqaviləsi üzrə Cavabdeh5 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеhlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 zamin qismində bank qarşısında öz üzərilərinə məsuliyyət götürmüşdür. Uzunmüddətli kredit və təminat müqaviləsi əsasında Cavabdeh5 İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə 01 mart 2023-cü il tarixli 011R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1,6667% оlmaqla, ödəniş planı üzrə hissəhissə qaytarmaq şərti ilə 30000 (otuz min) manat məbləğində məbləğində kredit götürmüşdür. O, uzunmüddətli kredit və təminat müqaviləsinin 2.7-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə 01 avqust 2024-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. Cavabdeh5 götürdüyü krеdit bоrcundan 11140,1 manat ödəmiş, onun 18859,9 manat məbləğində kredit borcu qalmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.4-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün kredit faizi kreditin faiz dərəcəsinin 1/360 hissəsi kimi hesablanır. Cavabdeh5 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 17 dekabr 2024-cü il tarixə 138 gün üçün hesablanmış faiz borcu 1599,18 manat təşkil edir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.9-cu bəndinə uyğun оlaraq bоrclu ödəniş planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,02 %-i məbləğində cərimə ödəməlidir. 17 dekabr 2024-cü il tarixə 138 gün üçün hеsablanmış cərimə 514,77 manat təşkil edir. Bundan başqa uzunmüddətli kredit və təminat müqaviləsi əsasında Cavabdeh5 İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə 25 oktyabr 2023-cü il tarixli 011R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2,1667% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 4200 (dörd min iki yüz) manat məbləğində məbləğində kredit götürmüşdür. O, uzunmüddətli kredit və təminat müqaviləsinin 2.7-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə 25 iyul 2024-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. Cavabdeh5 götürdüyü krеdit bоrcundan 1161,38 manat ödəmiş, onun 3038,62 manat məbləğində kredit borcu qalmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.4-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün kredit faizi kreditin faiz dərəcəsinin 1/360 hissəsi kimi hesablanır. Cavabdeh5 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 17 dekabr 2024-cü il tarixə 145 gün üçün hesablanmış faiz borcu 330,91 manat təşkil edir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.9-cu bəndinə uyğun оlaraq bоrclu ödəniş planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,02 %-i məbləğində cərimə ödəməlidir. 17 dekabr 2024-cü il tarixə 145 gün üçün hеsablanmış cərimə 87,41 manat təşkil edir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti 21 aprel 2025-ci il tarixində məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə baxış iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə uyğun olaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş proses iştirakçılarının gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə proses iştirakçılarının icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti – “bank” və Cavabdeh5 – “kredit alan” və Cavabdeh4 və X1 – “zamin” olmaqla bağlanmış 08 avqust 2022-ci il tarixli 011L**********88 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsinin 2-ci bəndinə görə kredit alana sahibkarlıq fəaliyyətinin maliyyələşdirilməsi üçün 120 ay müddətinə 300000 (üç yüz min) manat məbləğində kredit xətti açılmışdır. Həmin müqavilənin 2.7-ci bəndinə görə kredit alan hər bir kredit üzrə kredit borcunu, kredit faizini, xərcləri və başqa məsrəfləri bu müqavilənin tələbləri nəzərə alınmaqla müvafiq kredit sazişində müəyyən olunmuş qaydada, habelə olduğu halda ödəniş planına və ya ödəniş haqları cədvəlinə uyğun olaraq banka qaytarmağı öz öhdəsinə götürür. Həmin müqavilənin 2.13-cü bəndinə görə zamin bu müqavilə üzrə kredit alanın öhdəliklərinin icrası üçün kredit alan ilə birgə və tam məsuliyyət daşıyır. Həmin müqavilənin 4.9-cu bəndinə görə bank kredit alan krediti və kredit faizini vaxtında və lazımi qaydada qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,02 %-i məbləğində cərimə hesablamaq hüququna malikdir. Həmin müqavilənin 11.1-ci bəndinə əsasən zamin kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və bank qarşısında kredit alan ilə birlikdə birgə məsuliyyət daşıyır. Həmin müqavilənin 11.7-ci bəndinə əsasən zamin təsdiq və bəyan edir ki, müqavilə üzrə verilən kreditlər barədə kredit alan və bank arasında istənilən razılaşma, o cümlədən kreditin faiz dərəcəsinin artırılması barədə razılaşma üzrə kredit alanın öhdəliklərinin icrası üçün kredit alan ilə birgə və tam məsuliyyət daşıyır. İş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti – “bank” və Cavabdeh5 – “kredit alan” olmaqla bağlanmış 01 mart 2023-cü il tarixli 011R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşmaya əsasən bank məbləği 30000 (otuz min) manat olan biznes kreditini illik faiz dərəcəsi 20 % olmaqla 36 ay müddətidə kredit alana verir. Həmin razılaşmaya görə AZ66ACAB******************** nömrəli cari hesab və həmin cari hesabda 30000 (otuz min) manat məbləğində pul vəsaiti, həmçinin məbləğindən asılı olmayaraq gələcəkdə həmin hesaba daxil olacaq pul vəsaiti xüsusi girov predmeti olaraq müəyyən edilir. İş materiallarında olan 01 mart 2023-cü il tarixli 011R********** nömrəli kredit sazişibiznes krediti və girov barədə qarışıq razılaşması üzrə tərtib olunmuş 01 mart 2023-cü il tarixli ödəniş planında borcalan Cavabdeh5 banka olan borcunun son ödəniş tarixi 03 mart 2026-cı il olmaqla, müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur və həmin ödəniş planı borcalan Cavabdeh5 imzası ilə təsdiq edilmişdir. İş materiallarında olan 17 dekabr 2024-cü il tarixli maliyyə arayışından görünür ki, borcalan Cavabdeh5 01 mart 2023-cü il tarixli 011R********** nömrəli kredit razılaşması üzrə 17 dekabr 2024-cü il tarixinə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə 18859,9 (on səkkiz min səkkiz yüz əlli doqquz manat doxsan qəpik) manat məbləğində əsas bоrc 1599,18 (min beş yüz doxsan doqquz manat on səkkiz qəpik) manat məbləğində faiz borcu və 514,77 (beş yüz on dörd manat yetmiş yeddi qəpik) manat məbləğində cərimə borcu olmaqla, cəmi 20973,85 (iyirmi min doqquz yüz yetmiş üç manat səksən beş qəpik) manat məbləğində borcu vardır. İş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti – “bank” və Cavabdeh5 – “kredit alan” olmaqla bağlanmış 25 oktyabr 2023-cü il tarixli 011R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşmaya əsasən bank məbləği 4200 (dörd min iki yüz) manat olan biznes kreditini illik faiz dərəcəsi 26 % olmaqla 24 ay müddətidə kredit alana verir. Həmin razılaşmaya görə AZ66ACAB******************** nömrəli cari hesab və həmin cari hesabda 4200 (dörd min iki yüz) manat məbləğində pul vəsaiti, həmçinin məbləğindən asılı olmayaraq gələcəkdə həmin hesaba daxil olacaq pul vəsaiti xüsusi girov predmeti olaraq müəyyən edilir. İş materiallarında olan 25 oktyabr 2023-cü il tarixli 011R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşması üzrə tərtib olunmuş 25 oktyabr 2023-cü il tarixli ödəniş planında borcalan Cavabdeh5 banka olan borcunun son ödəniş tarixi 27 oktyabr 2025-ci il olmaqla, müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur və həmin ödəniş planı borcalan Cavabdeh5 imzası ilə təsdiq edilmişdir. İş materiallarında olan 17 dekabr 2024-cü il tarixli maliyyə arayışından görünür ki, borcalan Cavabdeh5 25 oktyabr 2023-cü il tarixli 011R********** nömrəli kredit razılaşması üzrə 17 dekabr 2024-cü il tarixinə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə 3038,62 (üç min otuz səkkiz manat altmış iki qəpik) manat məbləğində kredit borcu, 330,91 (üç yüz otuz manat doxsan bir qəpik) manat məbləğində faiz borcu və 87,41 (səksən yeddi manat qırx bir qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 3456,94 (üç min dörd yüz əlli altı manat doxsan dörd qəpik) manat məbləğində borcu vardır. İş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti – “bank” və Cavabdeh2 – “zamin” olmaqla bağlanmış 01 dekabr 2023-cü il tarixli 011S**********01 nömrəli qoşulma barədə sazişə əsasən zamin kredit alanın 08 avqust 2022-ci il tarixli 011L**********88 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsi üzrə öhdəliklərini təmin etmək məqsədilə bu sazişi imzalamaqla müqaviləyə qoşulur və buna müvafiq olaraq müqavilə üzrə kredit alanın həm bu sazişin imzalanması anınadək mövcud olan, həm də bu saziş imzalandıqdan sonra yaranan öhdəliklərinin icrası üçün kredit alanla birgə və tam məsuliyyət daşıyır. İş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti – “bank” və Cavabdeh1 – “zamin” olmaqla bağlanmış 01 dekabr 2023-cü il tarixli 011S**********03 nömrəli qoşulma barədə sazişə əsasən zamin kredit alanın 08 avqust 2022-ci il tarixli 011L**********88 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsi üzrə öhdəliklərini təmin etmək məqsədilə bu sazişi imzalamaqla müqaviləyə qoşulur və buna müvafiq olaraq müqavilə üzrə kredit alanın həm bu sazişin imzalanması anınadək mövcud olan, həm də bu saziş imzalandıqdan sonra yaranan öhdəliklərinin icrası üçün kredit alanla birgə və tam məsuliyyət daşıyır. İş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti – “bank” və Cavabdeh3 – “zamin” olmaqla bağlanmış 01 dekabr 2023-cü il tarixli 011S**********02 nömrəli qoşulma barədə sazişə əsasən zamin kredit alanın 08 avqust 2022-ci il tarixli 011L**********88 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsi üzrə öhdəliklərini təmin etmək məqsədilə bu sazişi imzalamaqla müqaviləyə qoşulur və buna müvafiq olaraq müqavilə üzrə kredit alanın həm bu sazişin imzalanması anınadək mövcud olan, həm də bu saziş imzalandıqdan sonra yaranan öhdəliklərinin icrası üçün kredit alanla birgə və tam məsuliyyət daşıyır. İş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti – “bank” və Cavabdeh4 – “zamin” olmaqla bağlanmış 01 dekabr 2023-cü il tarixli 011S**********04 nömrəli qoşulma barədə sazişə əsasən zamin kredit alanın 08 avqust 2022-ci il tarixli 011L**********88 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsi üzrə öhdəliklərini təmin etmək məqsədilə bu sazişi imzalamaqla müqaviləyə qoşulur və buna müvafiq olaraq müqavilə üzrə kredit alanın həm bu sazişin imzalanması anınadək mövcud olan, həm də bu saziş imzalandıqdan sonra yaranan öhdəliklərinin icrası üçün kredit alanla birgə və tam məsuliyyət daşıyır. İş materiallarından görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 17 dekabr 2024-cü il tarixli xəbərdarlıq məktubu göndərilərək 01 mart 2023-cü il tarixli 011R********** nömrəli kredit razılaşması üzrə 18859,9 (on səkkiz min səkkiz yüz əlli doqquz manat doxsan qəpik) manat məbləğində əsas bоrc, 364,03 (üç yüz altmış dörd manat üç qəpik) manat məbləğində faiz bоrcu və 514,77 (beş yüz on dörd manat yetmiş yeddi qəpik) manat məbləğində cərimə olmaqla, ümumilikdə 20973,85 (iyirmi min doqquz yüz yetmiş üç manat səksən beş qəpik) manat məbləğində borc olduğu bildirilmiş, borcun 27 dekabr 2024-cü il tarixədək qaytarılması, əks təqdirdə kredit müqaviləsinə vaxtından əvvəl ləğv ediləcəyi, daha sonra hesablanacaq faiz və cərimə məbləğlərinin məcburi alınması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarından görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 17 dekabr 2024-cü il tarixli xəbərdarlıq məktubu göndərilərək 25 oktyabr 2023-cü il tarixli 011R********** nömrəli kredit razılaşması üzrə 3038,62 (üç min otuz səkkiz manat altmış iki qəpik) manat məbləğində əsas borc, 330,91 (üç yüz otuz manat doxsan bir qəpik) manat məbləğində faiz borcu və 87,41 (səksən yeddi manat qırx bir qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 3456,94 (üç min dörd yüz əlli altı manat doxsan dörd qəpik) manat məbləğində borc olduğu bildirilmiş, borcun 27 dekabr 2024-cü il tarixədək qaytarılması, əks təqdirdə kredit müqaviləsinə vaxtından əvvəl ləğv ediləcəyi, daha sonra hesablanacaq faiz və cərimə məbləğlərinin məcburi alınması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 465.2-ci maddəsinə əsasən borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. - 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan borcalan Cavabdeh5 (VÖEN: **********) İddiaçı Qapalı Səhmdar Cəmiyyətindən aldığı kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin Cavabdeh5 08 avqust 2022-ci il tarixli 011L**********88 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsi, 01 mart 2023-cü il tarixli 011R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma və 25 oktyabr 2023-cü il tarixli 011R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə öhdəliklərini icra etməyərək bank qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Ona görə də həmin kredit razılaşmaları üzrə kredit ödənişlərini müqavilə şərtlərinə uyğun ödənilməsini təmin etmədiyindən həmin razılaşmalar üzrə yaranmış borclar iddiaçının xeyrinə tutulmalıdır. Buna görə məhkəmə hesab edir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh5 arasında bağlanmış 01 mart 2023-cü il tarixli 011R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 18859,9 (on səkkiz min səkkiz yüz əlli doqquz manat doxsan qəpik) manat məbləğində əsas borc, 1599,18 (min beş yüz doxsan doqquz manat on səkkiz qəpik) manat məbləğində faiz borcu, 514,77 (beş yüz on dörd manat yetmiş yeddi qəpik) manat məbləğində cərimə və 25 oktyabr 2023-cü il tarixli 011R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 3038,62 (üç min otuz səkkiz manat altmış iki qəpik) manat məbləğində əsas borc, 330,91 (üç yüz otuz manat doxsan bir qəpik) manat məbləğində faiz borcu, 87,41 (səksən yeddi manat qırx bir qəpik) manat məbləğində cərimə iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 08 avqust 2022-ci il tarixli 011L**********88 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsinə əsasən zamin Cavabdeh4, 01 dekabr 2023-cü il tarixli 011S**********01 nömrəli, 01 dekabr 2023-cü il tarixli 011S**********03 nömrəli və 01 dekabr 2023-cü il tarixli 011S**********02 nömrəli qoşulma barədə sazişlərə əsasən müvafiq olaraq zaminlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 kredit alanın uzunmüddətli kredit və təminat müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyırlar. Buna görə məhkəmə hesab edir ki, iddianın həmin şəxslərə münasibətdə də təmin olunması üçün əsaslar mövcuddur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin “cavabdehdəhlərdən müştərək qaydada "163,29 (yüz altmış üç manat iyirmi doqquz qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iş materiallarında olan 30 yanvar 2025ci il tarixli ********** nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 163,29 (yüz altmış üç manat iyirmi doqquz qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Buna görə iddia tələbi həmin hissədə də təmin edilməli və iddiaçı tərəfindən ödənilmiş 163,29 (yüz altmış üç manat iyirmi doqquz qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin olunmalı, cavabdеhlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 01 mart 2023-cü il tarixli 011R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 18859,9 (on səkkiz min səkkiz yüz əlli doqquz manat doxsan qəpik) manat məbləğində əsas borc, 1599,18 (min beş yüz doxsan doqquz manat on səkkiz qəpik) manat məbləğində faiz borcu, 514,77 (beş yüz on dörd manat yetmiş yeddi qəpik) manat məbləğində cərimə və 25 oktyabr 2023-cü il tarixli 011R********** nömrəli kredit sazişibiznes krediti və girov barədə qarışıq razılaşma üzrə 3038,62 (üç min otuz səkkiz manat altmış iki qəpik) manat məbləğində əsas borc, 330,91 (üç yüz otuz manat doxsan bir qəpik) manat məbləğində faiz borcu, 87,41 (səksən yeddi manat qırx bir qəpik) manat məbləğində cərimə və 163,29 (yüz altmış üç manat iyirmi doqquz qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 24594,08 (iyirmi dörd min beş yüz doxsan dörd manat səkkiz qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 01 mart 2023-cü il tarixli 011R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 18859,9 (on səkkiz min səkkiz yüz əlli doqquz manat doxsan qəpik) manat məbləğində əsas borc, 1599,18 (min beş yüz doxsan doqquz manat on səkkiz qəpik) manat məbləğində faiz borcu, 514,77 (beş yüz on dörd manat yetmiş yeddi qəpik) manat məbləğində cərimə və 25 oktyabr 2023-cü il tarixli 011R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 3038,62 (üç min otuz səkkiz manat altmış iki qəpik) manat məbləğində əsas borc, 330,91 (üç yüz otuz manat doxsan bir qəpik) manat məbləğində faiz borcu, 87,41 (səksən yeddi manat qırx bir qəpik) manat məbləğində cərimə və 163,29 (yüz altmış üç manat iyirmi doqquz qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 24594,08 (iyirmi dörd min beş yüz doxsan dörd manat səkkiz qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar