Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-653/2023 18.07.2023 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X6 qızının katibliyi, iddiaçı Sumqayıt şəhər X1 nümayəndəsi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Vəkil oğlunun, Cavabdeh iştirakı ilə, iddiaçı Sumqayıt şəhəri X1 Cavabdeh qarşı “icarə müqaviləsinin ləğv edilməsi və borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair e-2-2(119)-653/2023 nömrəli kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Sumqayıt şəhəri X3 10 may 2023-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh (VÖEN **********) qarşı “icarə müqaviləsinin ləğv edilməsi və borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri Hacı Zeynalabdin qəsəbəsi ərazisində yerləşən sahəsi 200 kvadrat metr olan torpaq sahəsinin icarəyə verilməsinə dair hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Cavabdeh (VÖEN **********) ilə Sumqayıt şəhəri X3 arasında bağlanılmış 16 sentyabr 2014cü il tarixli X5 əsasında yaranmış icarə haqqı üzrə 4856 (dörd min səkkiz yüz əlli altı) manat əsas, dəbbə pulu olaraq 3644,88 (üç min altı yüz qırx dörd manat 88 qəpik) manat və borc məbləğinin geçikdirilmiş vaxtı üçün illik 5 % olmaqla 242,8 (iki yüz qırz iki manat 80 qəpik) manat olmaqla, ümumilikdə 8743,68 (səkkiz min yeddi yüz qırx üç manat 68 qəpik) manat məbləğində borc, mediasiya prosesinin keçirilməsi xərci olaraq ödənilmiş 60 (altmış) manat və vəkil xidmətinin haqqı olaraq ödənilmiş 500 (beş yüz) manat olmaqla, ümumilikdə 9303,68 (doqquz min üç yüz üç manat 68 qəpik) manat məbləğində pul vəsaitinin Cavabdeh iddiaçı Sumqayıt şəhəri X1 xeyrinə tutulması, həmin torpaq sahəsinə dair iddiaçı Sumqayıt şəhəri X3 ilə Cavabdeh arasında bağlanılmış 16 sentyabr 2014-cü il tarixli X4 ləğv edilməsi, torpaq sahəsinin cavabdeh tərəfindən boşaldılması və cavabdehin hesabına əvvəlki vəziyyətə gətirilərək iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (e-2-2(119)-653/2023 nömrəli kommersiya işi). Məhkəmə baxışı zamanı iddiaçı Sumqayıt şəhəri X1 nümayəndəsi və Cavabdeh məhkəməyə həmin iddia ərizəsinə dair e-2-2(119)-653/2023 nömrəli kommersiya işi üzrə iddiaçı və cavabdeh tərəfindən tərtib olunaraq imzalanmış 19 iyun 2023-cü il tarixli Barışıq Sazişi və “Barışıq Sazişinin təsdiq edilməklə, işin icraatına xitam verilməsi” barədə ərizələr təqdim edərək, həmin mübahisə üzrə tərəflər arasında bağlanaraq imzalanıb-möhürlənmiş 19 iyun 2023-cü il tarixli Barışıq Sazişinin məhkəmə tərəfindən təsdiq edilib, işin icraatına xitam verilməsi xahiş olunmuşdur. Məhkəməyə təqdim edilmiş 19 iyun 2023-cü il tarixli Barışıq Sazişinin məzmunu ilə müəyyən olunur ki, 19 iyun 2023-cü ildə iddiaçı Sumqayıt şəhəri X3 ilə Cavabdeh arasında Barışıq Sazişi bağlanmış və həmin Barışıq Sazişi hazırkı iddia tələbi üzrə iddiaçı və cavabdeh arasında məhkəmədən kənar gəlinən razılığı əks etdirir. Eyni zamanda, tərəflər Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191-ci maddəsinin tələbləri ilə tanış olmuşlar və barışıq sazişinin məhkəmə qaydasında təsdiqinin hüquqi nəticələri onlara məlumdur. Azərbaycan Respublikası Mulki-Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, tərəflərin işi Barışıq Sazişi ilə qurtarmaları heç bir şəxsin hüququnu və qanunla qorunan mənafeyini pozmadığına görə 19 iyun 2023-cü il tarixli Barışıq Sazişi təsdiq olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə - hakim iş üzrə icraata xitam verməlidir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 262.5-cü maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Beləliklə də, məhkəmə, proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçı Sumqayıt şəhəri X1 Cavabdeh qarşı “icarə müqaviləsinin ləğv edilməsi və borcun tutulması” tələbinə dair kommersiya işi üzrə tərəflər arasında bağlanmış 19 iyun 2023-cü il tarixli Barışıq Sazişi təsdiq edilməli və həmin Barışıq Sazişinin təsdiq olunması ilə əlaqədar e-2-2(119)-653/2023 nömrəli kommersiya işi üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52, 191, 261-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: İddiaçı Sumqayıt şəhəri X3 ilə Cavabdeh (VÖEN **********) arasında bağlanmış 19 iyun 2023-cü il tarixli Barışıq Sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin: - " 1. Sumqayıt şəhəri X3 ilə bağlanmış və Sumqayıt şəhər 3 saylı notariat ofisinin xüsusi notariusu T.Mustafazadə tərəfindən təsdiqlənmiş 16 sentyabr 2014-cü il tarixli X5 əsasında sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə Cavabdeh icarəsinə verilmiş Sumqayıt şəhəri Hacı Zeynalabdin qəsəbəsi ərazisində yerləşən 200 kvadrat metr torpaq sahəsindən istifadəyə görə Bələdiyyəyə icarə haqqı borcu şəklində yaranmış 5416 (beş min dörd yüz on altı) manat məbləğində pul vəsaitini Cavabdeh hissə-hissə olmaqla 2024cü ilin aprel ayının 30-dək X2 tam şəkildə ödəməyi, X3 isə həmin məbləği qəbul etməyi öhdəsinə götürür;
2. Cavabdeh icarəsinə verilmiş Sumqayıt şəhəri Hacı Zeynalabdin qəsəbəsi ərazisində yerləşən 200 kvadrat metr torpaq sahəsindən istifadəyə görə Bələdiyyəyə icarə haqqı borcu şəklində yaranmış 5416 (beş min dörd yüz on altı) manat məbləğində pul vəsaitini 2023-cü ilin iyul ayından başlayaraq hər ayın 25-dən gec olmamaq və hər ay 500 (beş yüz) manatdan az olmamaq şərti ilə 2024-cü ilin aprel ayının 30-dək ödəməyi, X3 də həmin pul vəsaitini qeyd olunan müddətlərdə qəbul etməyi öhdəsinə götürür.
3. Barışıq Sazişi tərəflərdən biri tərəfindən pozulduqda, digər tərəf onun məhkəmə qaydasında icrasını tələb etmək hüququna malikdir.
4. Barışıq sazişi 3 (üç) nüsxədə tərtib olunur. Onlardan biri məhkəməyə,qalan nüsxələri isə Saziş üzrə tərəf olan şəxslərə təqdim edilir.
5. X7 imzalamaqla tərəflər məhkəmədən Sazişi təsdiq edərək, ış üzrə icraata xitam verilməsini xahiş edirlər.
6. Tərəflərin hər biri Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191-ci maddəsinin tələbləri ilə tanış olmuşlar və barışıq sazişinin məhkəmə qaydasında təsdiqinin hüquqi nəticələri onlara məlumdur.
7. Barışıq sazişi məhkəmə tərəfindən təsdiq edildiyi tarixdən qüvvəyə minir.” Barışıq Sazişinin təsdiq olunması ilə əlaqədar iddiaçı Sumqayıt şəhər X1 Cavabdeh qarşı “icarə müqaviləsinin ləğv edilməsi və borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair e-2-2(119)-653/2023 nömrəli kommersiya işi üzrə icraata xitam verilsin. Tərəflərə izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən Zülfüqar Sadiqov