Məhkəmə qərarları › İş №e-2-2(119)-660/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-660/2025

23.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-660/2025 23.04.2025 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Atakişiyeva Nülufər Nizami qızının katibliyi ilə iddiaçı "Kapital Bank” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 13342,27 (on üç min üç yüz qırx iki manat iyirmi yeddi qəpik) manat məbləğində əsas borc, 1961,22 (min doqquz yüz altmış bir manat iyirmi iki qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 15303,49 (on beş min üç yüz üç manat qırx doqquz qəpik) manat məbləğində borcun və 135,91 (yüz otuz beş manat doxsan bir qəpik) manat məbləğində dövlət rüsumunun İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında elektron qaydada (mobil tətbiqi vasitəsilə) bağlanmış 05 iyun 2024-cü il tarixli KBEK8147441B252 saylı kredit müqaviləsinə əsasən ona 24 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə 14300 manat kredit verilmişdir. Kredit online qaydada rəsmiləşdirilməsinə baxmayaraq 20 iyun 2024-cü il tarixində 2500 manat, 21 iyun 2024-cü il tarixində 11375 manat cavabdeh tərəfindən kassadan nəğd formada əldə edilmiş, qalan məbləğ isə cavabdehə məxsus hesaba köçürülmüşdür. Göstərilənlər hesabdan çıxarışda öz əksini tapmışdır. Kredit müqaviləsinin şərtlərinə əsasən borcalan öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirmir. Cavabdehin 14 fevral 2025-ci il tarixə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 13342,27 manat əsas, 1961,22 manat faiz borcu olmaqla, cəmi 15303,49 manat borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) cavabdeh tərəfindən borcun qaytarılması təmin edilməmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti 02 aprel 2025-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə ərizə təqdim edərək işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə uyğun olaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 05 iyun 2024-ci il tarixli **********05062024 nömrəli “Bank xidmətlərinin göstərilməsi haqqında” ümumi müqaviləyə (mikrokredit üzrə) əsasən bu müqavilə bank tərəfindən müştəri(lərə)yə göstərilən xidmətlərin ümumi şərtlərini və qaydalarını müəyyən edir, həmçinin, bunun nəticəsində bank və müştəri arasında yaranan münasibətləri tənzimləyir. Müqavilədə istifadə olunan əsas anlayışlar müqavilənin ayrılmaz tərkib hissəsi hesab olunan 1 saylı Qoşmada əks olunmuşdur. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə borc alan Cavabdeh arasında bağlanmış 05 iyun 2024-ci il tarixli **********05062024 nömrəli “Bank xidmətlərinin göstərilməsi haqqında” ümumi müqaviləyə 05 iyun 2024-cü il tarixli Kreditləşmənin Xüsusi Şərtlərinə dair KBEK8147441B252 saylı Əlavəyə əsasən “əsas vəsait” məqsədilə kredit alan Cavabdeh (VÖEN **********) 24 ay müddətinə illik 24 % dərəcəsi ilə 14300 (on dörd min üç yüz) manat məbləğində kredit verilmişdir. Həmin Əlavənin 2-ci bəndinə əsasən bank xüsusi şərtlərlə borcalana kredit ayırır, Borcalan isə kreditdən müqavilənin və əlavənin şərtlərinə uyğun olaraq istifadə etməyi, habelə krediti (əsas borcu), kreditdən istifadəyə görə hesablanacaq faizləri, komisyon haqq(lar)ı müqavilə (əlavə) ilə müəyyən olunan müddətdə və qaydada banka ödəməyi öhdəsinə götürür. Həmin Əlavənin 2.15-ci bəndinə əsasən hazırkı Əlavə yazılı imzalandığı, yaxud elektron imza (Asan imza), OTP, Google Authenticator, video zəng və ya Bank tərəfindən nəzərdə tutulan əlavə texniki imkanlarla şəxsi imzanın digər analoqları vasitəsilə imzalandığı gündən qüvvəyə minir və Tərəflər öz öhdəliklərini tam icra edənədək, o cümlədən, məhkəmə qətnaməsi çıxarıldıqdan sonra hesablanmış faizlər, dəbbə pulu, maliyyə sanksiyası, tutmanın ipoteka predmetinə yönəldilməsi ilə bağlı çəkilən xərclər tam ödənilənədək qüvvədə qalır. İş materiallarında olan 05 iyun 2024-cü il tarixli KBEK8147441B252 nömrəli kredit müqaviləsinə əlavə "xxxx" ASC-nin Mikro Biznes Departamenti ödəniş qrafikindən görünür ki, kredit alan Cavabdeh banka olan borcunun müvafiq qrafikə əsasən aylar üzrə müəyyən edilmiş məbləğlərdə və müəyyən olunmuş vaxtlarda ödənilməsi nəzərdə tutulmuşdur və həmin ödəniş qrafikini kredit alan Cavabdeh imza etmişdir. Həmin iş ödəniş qrafikinə əsasən ödənişin son tarixi 05 iyun 2026-cı il müəyyən olunmuşdur. İş materiallarında olan 14 fevral 2025-ci il tarixli maliyyə arayışında göstərilir ki, 05 iyun 2024-cü il tarixli KBEK8147441B252 nömrəli kredit müqaviləsi üzrə 14 fevral 2025-ci il tarixinə Cavabdeh 13342,27 (on üç min üç yüz qırx iki manat iyirmi yeddi qəpik) manat məbləğində əsas borc və 1961,22 (min doqquz yüz altmış bir manat iyirmi iki qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 15303,49 (on beş min üç yüz üç manat qırx doqquz qəpik) manat məbləğində borcu vardır. İş materiallarından görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh 15 yanvar 2025-ci il tarixli xəbərdarlıq məktubu göndərilərək 05 iyun 2024-cü il tarixli KBEK8147441B252 nömrəli kredit müqaviləsi üzrə 15 yanvar 2025-ci il tarixinə 13342,27 (on üç min üç yüz qırx iki manat iyirmi yeddi qəpik) manat məbləğində əsas bоrc, 1961,22 (min doqquz yüz altmış bir manat iyirmi iki qəpik) manat məbləğində faiz bоrcu olmaqla, ümumilikdə 15303,49 (on beş min üç yüz üç manat qırx doqquz qəpik) manat məbləğində borc olduğu bildirilmiş, kredit borcları üzrə tam borc məbləğinin ödənilməsi, əks təqdirdə kredit müqaviləsinin şərtlərinə və Azərbaycan Respublikasının qanunlarının tələblərinə uyğun olaraq müvafiq tədbirlər görüləcəyi qeyd edilmişdir. İş materiallarında olan 21 iyun 2024-cü il tarixli TT**********65811375 nömrəli kassa məxaric orderinə əsasən Cavabdeh 11375 (on bir min üç yüz yetmiş beş) manat məbləğində pul vəsaitini nağd qaydada aldığını öz imzası ilə təsdiq etmişdir. İş materiallarında olan 20 iyun 2024-cü il tarixli TT**********2312500 nömrəli kassa məxaric orderinə əsasən Cavabdeh 2500 (iki min beş yüz) manat məbləğində pul vəsaitini nağd qaydada aldığını öz imzası ilə təsdiq etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətindən aldığı kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş faizi iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin Cavabdeh 05 iyun 2024-cü il tarixli KBEK8147441B252 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyərək bank qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Ona görə də, həmin kredit müqaviləsi üzrə kredit ödənişlərini müqavilə şərtlərinə uyğun ödənilməsini təmin etmədiyindən həmin müqavilə üzrə 13342,27 (on üç min üç yüz qırx iki manat iyirmi yeddi qəpik) manat məbləğində əsas borc və 1961,22 (min doqquz yüz altmış bir manat iyirmi iki qəpik) manat məbləğində faiz borcu Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda, 120 manat + 10000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin “135,91 (yüz otuz beş qəpik doxsan bir qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iş materiallarında olan 28 fevral 2025-ci il tarixli ********** nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 135,91 (yüz otuz beş manat doxsan bir qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Buna görə iddia tələbi həmin hissədə də təmin edilməli və iddiaçı tərəfindən ödənilmiş 135,91 (yüz otuz beş manat doxsan bir qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 13342,27 (on üç min üç yüz qırx iki manat iyirmi yeddi qəpik) manat məbləğində əsas borc, 1961,22 (min doqquz yüz altmış bir manat iyirmi iki qəpik) manat məbləğində faiz borcu və 135,91 (yüz otuz beş manat doxsan bir qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 15439,4 (on beş min dörd yüz otuz doqquz manat qırx qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 13342,27 (on üç min üç yüz qırx iki manat iyirmi yeddi qəpik) manat məbləğində əsas borc, 1961,22 (min doqquz yüz altmış bir manat iyirmi iki qəpik) manat məbləğində faiz borcu və 135,91 (yüz otuz beş manat doxsan bir qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 15439,4 (on beş min dörd yüz otuz doqquz manat qırx qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Ali yeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar