Məhkəmə qərarları › İş №e-2-2(119)-674/2024

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-674/2024

15.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-674/2024 15.05.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Alıyeva Həlimə Rəşid qızı, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh qarşı verilmiş “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair kommersiya işinə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə sadələşdirilmiş icraat qaydasında Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 2464,44 (iki min dörd yüz altmış dörd manat qırx dörd qəpik) manat məbləğində əsas borc, 303,77 (üç yüz üç manat yetmiş yeddi qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 2768,21 (iki min yeddi yüz altmış səkkiz manat iyirmi bir qəpik) manat məbləğində borcun və ödənilmiş 47,68 (qırx yeddi manat altmış səkkiz qəpik) manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada (mobil tətbiqi vasitəsilə) bağlanmış 13 sentyabr 2023-cü il tarixli KBSK3607552B252 nömrəli kredit müqaviləsinə əsasən ona 24 ay müddətinə, illik 25 faiz dərəcəsi ilə 2600 manat kredit verilmişdir. Kredit elektron qaydada rəsmiləşdirilməsinə baxmayaraq filialdan nəğd qaydada əldə edilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən borcalan öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirmir. Cavabdehin 06 mart 2024-cü il tarixə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 2464,44 (iki min dörd yüz altmış dörd manat qırx dörd qəpik) manat əsas, 303,77 (üç yüz üç manat yetmiş yeddi qəpik) manat faizcu olmaqla, cəmi 2768,21 (iki min yeddi yüz altmış səkkiz manat iyirmi bir qəpik) manat borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi və yazılı formada xəbərdarlıq olunmasına baxmayaraq cavabdeh borcun qaytarılması təmin etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair kommersiya işinə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də, mülki prossesual qanunvericiliyin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehlərə göndərilmişdir. Məhkəmə, kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə borcalan Cavabdeh arasında bağlanmış 13 sentyabr 2023-cü il tarixli, **********13092023 nömrəli bank xidmətlərinin göstərilməsi haqqında ümumi müqavilənin 2-ci bəndinə əsasən bank müqavilə çərçivəsində müştəriyə cari hesabın açılması, aparılması, kredit və korporativ kart kimi xidmətləri və məhsulları təqdim edir. Həmin müqavilənin 3-cü bəndinə əsasən müştəri bank tərəfindən yuxarıda qeyd olunan xidmət və məhsullardan istifadə etmək istədikdə müştəri və bank arasında həmin məhsul və xidmətin xüsusi şərtlərini özündə əks etdirən və müqavilənin ayrılmaz tərkib hissəsi hesab olunan Əlavə (Razılaşma) imzalanır. İş materiallarından görünür ki, tərəflər arasında 13 sentyabr 2023-cü il tarixli **********13092023 nömrəli bank xidmətlərinin göstərilməsi haqqında ümumi müqaviləyə kreditləşmənin xüsusi şərtlərinə dair 13 sentyabr 2023-cü il tarixli KBSK3607552B252 nömrəli Əlavə imzalanmışdır. Həmin Əlavənin 2-ci bəndinə əsasən, bank xüsusi şərtlərlə borcalana kredit ayırır, borcalan isə kreditdən müqavilənin və əlavənin şərtlərinə uyğun olaraq istifadə etməyi, habelə krediti (əsas borcu), kreditdən istifadəyə görə hesablanacaq faizləri, komisyon haqq(lar)ı müqavilə (əlavə) ilə müəyyən olunan müddətdə və qaydada banka ödəməyi öhdəsinə götürür. Həmin Əlavənin 2.2, 2.3, 2.4, 2.5, 2.6 və 2.13-cü bəndlərinə əsasən, cavabdehə 24 ay müddətinə qaytarmaq şərtilə illik 25 faiz dərəcəsi ilə məqsədli təyinatı fərdi mikro kredit olan 2600 (iki min altı yüz) manat məbləğində kredit verilmişdir. Həmin Əlavənin 2.15-ci bəndinə əsasən bu Əlavə yazılı imzalandığı, yaxud elektron imza (Asan imza), OTP, Google Authenticator, video zəng və bank tərəfindən nəzərdə tutulan əlavə texniki imkanlarla şəxsi imzanın digər analoqları vasitəsilə imzalandığı gündən qüvvəyə minir və tərəflər öz öhdəliklərini tam icra edənədək, o cümlədən, məhkəmə qətnaməsi çıxarıldıqdan sonra hesablanmış faizlər, dəbbə pulu, maliyyə sanksiyası, tutmanın ipoteka predmetinə yönəldilməsi ilə bağlı çəkilən xərclər tam ödənilənədək qüvvədə qalır. İş materiallarından görünür ki, 13 sentyabr 2023 tarixli KBSK3607552B252 saylı kredit müqaviləsinə əlavə olan ödəniş qrafikində borcalan Cavabdeh banka olan borcunun müvafiq ödəniş cədvəlinə əsasən son ödəniş tarixi 15 sentyabr 2025-ci il olmaqla, müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi tərəflər arasında razılaşdırılmışdır. İş materiallarında olan 13 sentyabr 2023-cü il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətindən 2574 (iki min beş yüz yetmiş dörd) manat məbləğində pul vəsaitini təhvil almışdır. İş materiallarında olan maliyyə arayışından görünür ki, borcalan Cavabdeh elektron qaydada (mobil tətbiqi vasitəsilə) bağlanmış 13 sentyabr 2023-cü il tarixli KBSK3607552B252 nömrəli kredit müqaviləsi üzrə 06 mart 2024-cü il tarixinə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 2464,44 (iki min dörd yüz altmış dörd manat qırx dörd qəpik) manat məbləğində əsas borc, 303,77 (üç yüz üç manat yetmiş yeddi qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 2768,21 (iki min yeddi yüz altmış səkkiz manat iyirmi bir qəpik) manat məbləğində borcu vardır. İş materiallarından görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehə 21 fevral 2024-cü il tarixdə xəbərdarlıq məktubu göndərilərək 2464,44 (iki min dörd yüz altmış dörd manat qırx dörd qəpik) manat məbləğində əsas borc, 303,77 (üç yüz üç manat yetmiş yeddi qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 2768,21 (iki min yeddi yüz altmış səkkiz manat iyirmi bir qəpik) manat məbləğində borcu olduğu bildirilmiş, cavabdehdən 3 təqvim günü müddətində banka olan borcunu tam ödəməsi tələb olunmuş, əks təqdirdə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müvafiq tədbirlər görüləcəyi bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Beləliklə, yuxarıda təsvir olunanlarla müəyyən edilir ki, cavabdeh iddiaçı ilə bağladığı 13 sentyabr 2023-cü il tarixli, **********13092023 nömrəli bank xidmətlərinin göstərilməsi haqqında ümumi müqaviləyə kreditləşmənin xüsusi şərtlərinə dair 13 sentyabr 2023-cü il tarixli KBSK3607552B252 nömrəli Əlavə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməyərək iddiaçıya ödənilməli olan borcu müvafiq qaydada ödəməmiş və bununla da iddiaçıdan aldığı krediti aralarında bağlanmış müqaviləyə uyğun olaraq qaytarmamaqla, öhdəliklərini müvafiq qaydada yerinə yetirməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 13 sentyabr 2023-cü il tarixli KBSK3607552B252 nömrəli Əlavə üzrə cavabdehdən 2464,44 (iki min dörd yüz altmış dörd manat qırx dörd qəpik) manat məbləğində əsas borc və 303,77 (üç yüz üç manat yetmiş yeddi qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 2768,21 (iki min yeddi yüz altmış səkkiz manat iyirmi bir qəpik) manat məbləğində pul vəsaitinin tutulması barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Bundan başqa, iddia tələbinin “ödənilmiş 47,68 (qırx yeddi manat altmış səkkiz qəpik) manat dövlət rüsumunun tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iş materiallarında olan 08 mart 2024-cü il tarixli, ********** nömrəli ödəniş qəbzindən görünür ki,iddiaçı tərəfindən məhkəməyə müraciət olunan zaman 47,68 (qırx yeddi manat altmış səkkiz qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Buna görə də iddia tələbi həmin hissədə də təmin edilməli və iddiaçı tərəfindən ödənilmiş 47,68 (qırx yeddi manat altmış səkkiz qəpik) manat dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh 2464,44 (iki min dörd yüz altmış dörd manat qırx dörd qəpik) manat məbləğində əsas bоrc, 303,77 (üç yüz üç manat yetmiş yeddi qəpik) manat məbləğində faiz borcu və 47,68 (qırx yeddi manat altmış səkkiz qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 2815,89 (iki min səkkiz yüz on beş manat səksən doqquz qəpik) pul vəsaiti tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 284-1 – 284-6, 338-360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 2464,44 (iki min dörd yüz altmış dörd manat qırx dörd qəpik) manat məbləğində əsas bоrc, 303,77 (üç yüz üç manat yetmiş yeddi qəpik) manat məbləğində faiz borcu və 47,68 (qırx yeddi manat altmış səkkiz qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 2815,89 (iki min səkkiz yüz on beş manat səksən doqquz qəpik) pul vəsaiti tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar