Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-675/2025 01.09.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Əliyev İslam Əli oğlunun sədrliyi, Novruzzadə Türkan Hüseyn qızının katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2, Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Maraqlı şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları
1. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Maraqlı şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеhlər Cavabdeh1, Cavabdeh2 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə 011R********** nömrəli krеdit razılaşması üzrə 25572,38 (iyirmi beş min beş yüz yetmiş iki manat otuz səkkiz qəpik) manat məbləğində əsas bоrc, 1946,58 (min doqquz yüz qırx altı manat əlli səkkiz qəpik) manat məbləğində faiz bоrcu və 529,48 (beş yüz iyirmi doqquz manat qırx səkkiz qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 28048,44 (iyirmi səkkiz min qırx səkkiz manat qırx dörd qəpik) manat məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 174,15 (yüz yetmiş dörd manat on beş qəpik) manat məbləğində dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 (on beş) manat məbləğində dövlət rüsumunun və 36 (otuz altı) manat məbləğində xidmət haqqının tutulması, tələbin Cavabdeh2 xüsusi mülkiyyətində olan Xaçmaz şəhəri, Telman Kərimov küçəsində dalan 1-də yerləşən 0,0375 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 103,3 kv.m sahədən ibarət 2 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin yaşayış evinin açıq hərracda satılması və ümumilikdə 28048,44 (iyirmi səkkiz min qırx səkkiz manat qırx dörd qəpik) manat məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 174,15 (yüz yetmiş dörd manat on beş qəpik) manat məbləğində dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 (on beş) manat məbləğində dövlət rüsumunun və 36 (otuz altı) manat (yüz yetmiş dörd manat on beş qəpik) xidmət haqqının ipoteka predmetinin hərracda satışından əldə olunan vəsait hesabına İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlər Cavabdeh1, Cavabdeh2 müştərək qaydada tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 və zamin X2 arasında bağlanmış 30 iyun 2022-ci il tarixli, 011L**********06 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsi əsasən Cavabdeh1 120 (yüz iyirmi) ay müddətinə 300000 (üç yüz min) manat məbləğində krеdit хətti açılmışdır. Bundan başqa, 20 noyabr 2023-cü il tarixli, 011S**********02 nömrəli qoşulma barədə sazişlə uzunmüddətli kredit və təminat müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеh Cavabdeh2 zamin qismində bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. Uzunmüddətli kredit və təminat müqaviləsi əsasında Cavabdeh1 onunla İddiaçı Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış 05 dekabr 2023-cü il tarixli, 011R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.8333% оlmaqla, ödəniş planı üzrə hissəhissə qaytarmaq şərti ilə 30000 (otuz min) manat məbləğində kredit götürmüşdür. O, uzunmüddətli kredit və təminat müqaviləsinin 2.7-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə 05 avqust 2024-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. Cavabdeh1 götürdüyü krеdit bоrcundan 4427,62 manat ödəmiş, onun 25572,38 manat məbləğində kredit borcu qalmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün kredit faizi kreditin faiz dərəcəsinin 1/360 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildiririk ki, Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 17 dekabr 2024-cü il tarixə 134 gün üçün hesablanmış faiz borcu 1946,58 manat təşkil edir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.9-cu bəndinə uyğun оlaraq bоrclu ödəniş planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,02 %-i məbləğində cərimə ödəməlidir. xx.xx.2024-cü il tarixə 134 gün üçün hеsablanmış cərimə 529,48 manat təşkil edir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 12.1.2-ci bəndinə əsasən kredit alan müvafiq оlaraq krediti və faizi qaytarma planına uyğun оlaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 11.1-ci bəndinə əsasən zamin kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və bank qarşısında kredit alan ilə birlikdə birgə məsuliyyət daşıyır. Həmin müqavilənin 11.4-cü bəndinə əsasən zamin müqavilə üzrə verilmiş kreditin qaytarılması ilə bağlı kredit alanın bütün öhdəliklərini icra etməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 11.7-ci bəndinə əsasən zamin təsdiq və bəyan edir ki, müqavilə üzrə verilən kreditlər barədə kredit alan və bank arasında istənilən razılaşma, o cümlədən kreditin faiz dərəcəsinin artırılması barədə razılaşma üzrə kredit alanın öhdəliklərinin icrası üçün kredit alan ilə birgə və tam məsuliyyət daşıyır. Uzunmüddətli kredit və təminat müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə cavabdeh - Cavabdeh1, ipoteka qoyan Cavabdeh2 və bank arasında bağlanılmış 04 dekabr 2023-cü il tarixli ipoteka müqaviləsi (Bakı şəhəri 53 nömrəli notariat ofisinin xüsusi notariusu X3 tərəfindən təsdiq edilib) əsasında Cavabdeh2 xüsusi mülkiyyətində olan Xaçmaz şəhəri, Telman Kərimov küçəsində dalan 1-də yerləşən xüsusi mülkiyyətində olan 0,0375 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 103,3 kv.m sahədən ibarət 2 nömrəli fərdi yaşayış evi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən 28 dekabr 2023-cü il tarixində qeydiyyata alınmış ********** qeydiyyat nömrəli çıxarışla Cavabdeh2 xüsusi mülkiyyətində olan Xaçmaz şəhəri, Telman Kərimov küçəsində dalan 1-də yerləşən xüsusi mülkiyyətində olan 0,0375 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 103,3 kv.m sahədən ibarət 2 nömrəli fərdi yaşayış evi Cavabdeh1 kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka qoyanın həyat yoldaşı Maraqlı şəxs Cavabdeh2 xüsusi mülkiyyətində olan Xaçmaz şəhəri, Telman Kərimov küçəsində dalan 1-də yerləşən xüsusi mülkiyyətində olan 0,0375 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 103,3 kv.m sahədən ibarət 2 nömrəli fərdi yaşayış evini İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka müqaviləsi əsasında ipoteka qoyularkən ipoteka müqaviləsinin rəsmiləşdirildiyi notariat kontoruna ərizə təqdim edərək həmin əmlakı qeyd-şərtsiz boşaldacağı barədə öhdəlik götürmüşdür. İpoteka saxlayan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən cavabdeh – ipoteka qoyana “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 36.2cimaddəsinə uyğun olaraq xx.xx.2024-cü il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 nömrəli Ərazi İdarəsinə təqdim olunmuşdur və həmin idarədə qeydiyyata alınmışdır. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ipoteka bildirişinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 nömrəli Ərazi İdarəsində qeydiyyata alınması üçün 15 mаnаt məbləğində dövlət rüsumu və 36 manat məbləğində xidmət haqqı ödəmişdir.
3. Məhkəmə iclasında iştirak edən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında müəllim kimi fəaliyyət göstərdiyini və yay aylarında məzuniyyətdə olduğunu, buna görə də yay aylarında aylıq 300-500 manat ödəniş edilə biləcəyi barədə banka məlumat verdiyini bildirmişdir. Lakin bank tərəfindən bu hal nəzərə alınmamış və ödənişlərdə gecikmə qeydə alınmışdır. Qeyd olunanlara əsasən o, məhkəmədən kredit borcu üzrə aylıq 200 manat məbləğində ödəniş edilməsinə şərait yaradılmasını xahiş etmişdir.
5. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 mütəxəssis rəyində qeyd olunmuş əmlakın bazar dəyəri ilə razı olmadığını, qonşuluqda yerləşən evlərin dəyəri mütəxəssis rəyində qeyd edilən əmlakın dəyərindən az olsa da, həmin evlərin bazar dəyərinin 120000 manat məbləğində müəyyən edildiyini bildirmişdir. Qeyd olunanlara əsasən o, ipoteka predmeti olan əmlakın hərraca çıxarılmasını istəmədiyini, yeni ödəniş qrafiki tərtib edilərək aylıq ödənişin məbləğinin azaldılmasını xahiş etmişdir.
6. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş proses iştirakçılarının gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə proses iştirakçılarının icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
8. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir.
9. Belə ki, iş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə borcalan Cavabdeh1 və zamin X2 arasında bağlanmış 30 iyun 2022-ci il tarixli, 011L**********06 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsi əsasən Cavabdeh1 120 (yüz iyirmi) ay müddətinə 300000 (üç yüz min) manat məbləğində krеdit хətti açılmışdır.
10. İş materiallarında olan 20 noyabr 2023-cü il tarixli, 011S**********02 nömrəli qoşulma barədə sazişlə uzunmüddətli kredit və təminat müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеh Cavabdeh2 zamin qismində bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşdür.
11. İş materiallarında olan ipoteka saxlayan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə borc alan Cavabdeh1 və ipoteka qoyan Cavabdeh2 arasında bağlanılmış 04 dekabr 2023cü il tarixli ipoteka müqaviləsinə əsasən 30 iyun 2022-ci il tarixli, 011L**********06 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsi üzrə yaranmış öhdəliklərinin icrasının təminatı kimi ipoteka qoyan Cavabdeh2 xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan Xaçmaz şəhəri, Telman Kərimov küçəsində dalan 1-də yerləşən xüsusi mülkiyyətində olan 0,0375 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 103,3 kv.m sahədən ibarət 2 nömrəli fərdi yaşayış evini ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü etmişdir.
12. İş materiallarında olan uzunmüddətli kredit və təminat müqaviləsi əsasında Cavabdeh1 onunla İddiaçı Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış 05 dekabr 2023-cü il tarixli, 011R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1,8333% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 30000 (otuz min) manat məbləğində məbləğində kredit götürmüşdür.
13. İş materiallarında olan 05 dekabr 2023-cü il tarixli, 011R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə tərtib olunmuş ödəniş planında borcalan Cavabdeh1 banka olan borcunun son ödəniş tarixi 07 dekabr 2026-ci il olmaqla, həmin borcun müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur və həmin ödəniş planı borcalan Cavabdeh1 və ipoteka qoyan və zamin Cavabdeh2 imzaları ilə təsdiq edilmişdir.
14. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış ev Cavabdeh2 xüsusi mülkiyyətindədir.
15. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Cavabdeh2 xüsusi mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmiş, əsas öhdəliyin mahiyyəti kimi 30 iyun 2022-ci il tarixli, 011L**********06 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsi göstərilmişdir.
16. İş materiallarında olan iddiaçı tərəfindən tərtib olunaraq məhkəməyə təqdim olunmuş 17 dekabr 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 05 dekabr 2023-cü il tarixli, 011R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 17 dekabr 2024-cü il tarixinə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə 25572,38 manat məbləğində əsas borcu, 1946,58 manat məbləğində faiz borcu və 529,48 manat məbləğində cərimə borcu olmaqla, cəmi 28048,44 manat məbləğində borcu vardır.
17. İş materiallarından görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlərə 17 dekabr 2024-cü il tarixdə xəbərdarlıq məktubu göndərilərək 25572,38 manat məbləğində əsas bоrcu, 1946,58 manat məbləğində faiz bоrcu və 529,48 manat məbləğində cərimə borcu olduğu bildirilmiş, borcun qaytarılması, əks təqdirdə kredit müqaviləsinə vaxtından əvvəl xitam veriləcəyi, daha sonra hesablanacaq faiz və cərimə məbləğlərinin məcburi alınması üçün hüquq mühafizə orqanlarına müraciət ediləcəyi bildirilmişdir.
18. İş materiallarında olan 18 iyul 2025-ci il tarixli, 02-111/25 nömrəli mütəxəssis rəyinin nəticə hissəsində göstərilir ki, Xaçmaz şəhəri, Telman Kərimov küçəsində dalan 1də yerləşən 0,0375 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 103,3 kv.m olan 2 nömrəli fərdi yaşayış evinin real bazar dəyəri 71500 manat, likvid dəyəri 64300 manat məbləğində müəyyən edilmişdir.
19. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər.
20. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, Cavabdeh1 iddiaçıdan aldığı kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin Cavabdeh1 30 iyun 2022-ci il tarixli, 011L**********06 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsi, həmin kredit və təminat müqaviləsi üzrə bağlanmış 05 dekabr 2023-cü il tarixli, 011R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə öhdəliklərini icra etməyərək iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir.
21. Məhkəmə yuxarıda təsvir olunanlara əsasən hesab edir ki, borcalan Cavabdeh1 30 iyun 2022-ci il tarixli, 011L**********06 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsini və 05 dekabr 2023-cü il tarixli, 011R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma barədə müqavilələri bağlayarkən üzərinə götürdüyü öhdəlikləri pozmuş və onları lazımınca icra etməyərək borcverən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilməli olan əsas borcu və faiz borcunu müvafiq qaydada ödəməmiş və bununla da iddiaçıdan aldığı krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla, müqavilə öhdəliklərini müvafiq qaydada yerinə yetirməmişdir.
22. Buna görə məhkəmə hesab edir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 05 dekabr 2023-cü il tarixli, 011R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 25572,38 (iyirmi beş min beş yüz yetmiş iki manat otuz səkkiz qəpik) manat məbləğində əsas bоrc, 1946,58 (min doqquz yüz qırx altı manat əlli səkkiz qəpik) manat məbləğində faiz bоrcu və 529,48 (beş yüz iyirmi doqquz manat qırx səkkiz qəpik) manat məbləğində cərimə iddiaçının xeyrinə ödənilməlidir.
23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
24. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış qoşulma barədə sazişin şərtlərinə, qeyd olunan maddi hüquq normalarının tələblərinə əsaslanaraq hesab edir ki, Cavabdeh2 iddiaçı qarşısında qanununvericilikdə nəzərdə tutulmuş qaydada Cavabdeh1 ilə birgə məsuliyyət daşıdığından iddia bu hissədə təmin olunmalı, tələb müştərək qaydada ödənilməlidir.
25. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. - 317-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. - 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir.
26. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: - 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: - 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; - 34.1.3-cü maddəsinə əsasən ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; - 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: - 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; - 41.1-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. - 59.3-cü maddəsinə görə ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar.
27. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” xx.xx.2020-ci il tarixli qərardadında göstərilir ki, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir.
28. Göründüyü kimi, kredit müqaviləsi üzrə Cavabdeh1 üzərinə düşən öhdəliklərin icrasının təmini məqsədilə iddiaçı ipoteka saxlayan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə borc alan Cavabdeh1 və ipoteka qoyan Cavabdeh2 arasında bağlanmış 04 dekabr 2023cü il tarixli ipoteka müqaviləsinə əsasən Xaçmaz şəhəri, Telman Kərimov küçəsində dalan 1-də yerləşən xüsusi mülkiyyətidə olan 0,0375 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 103,3 kv.m olan 2 nömrəli fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Tutmanın ipoteka ilə yüklü edilmiş evə yönəldilməsi barədə tələb Mülki Məcəllənin 317, 319-cu maddələrinin və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğundur.
29. Məhkəmə iş üzrə keçirilmiş mütəxəsis tədqiqatının nəticəsi olaraq verilmiş rəyi nəzərə alaraq hesab edir ki, ipotekaya qoyulmuş əmlakın ilkin satış (likvid) qiyməti 64300 (altmış dörd min üç yüz) manat göstərilməlidir.
30. Məhkəmə iddia tələbinin “hərracdan əldə edilmiş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması”na dair hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə əsassızdır.
31. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.6-cı maddəsinə əsasən, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir.
32. Göründüyü kimi, satışdan əldə edilən məbləğ borcun ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin cavabdehlərdən tutulması qətnamənin icrası zamanı həll edilən məsələlərdəndir. Odur ki, iddianın həmin hissəsi əsassızdır. Buna görə də iddia tələbi həmin hissədə rədd edilməlidir.
33. Məhkəmə iddianın “ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 (on beş) manat dövlət rüsumunun və 36 (otuz altı) manat xidmət haqqının ödənilməsi”nə dair hissəsini araşdıraraq hesab edir ki, iddia bu hissədə əsaslıdır. Belə ki, iş materiallarında olan 01 avqust 2025-ci il tarixli müraciətin qəbulu və dövlət rüsumunun ödənilməsi barədə təsdiqetmə bildirişlərindən görünür ki, iddiaçı tərəfindən ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 15 (on beş) manat məbləğində dövlət rüsumu və 36 (otuz altı) manat məbləğində xidmət haqqı ödənilmişdir. Buna görə məhkəmə hesab edir ki, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 15 (on beş) manat məbləğində dövlət rüsumunun və 36 (otuz altı) manat məbləğində xidmət haqqının əvəzi cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir.
34. Eləcə də, iş üzrə keçirilmiş mütəxəssis tədqiqatının dəyəri olan 300 (üç yüz) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir.
35. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur.
36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
37. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
38. İddia tələbinin “174,15 (yüz yetmiş dörd manat on beş qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki iş materiallarında olan 30 yanvar 2025-ci il tarixli, ********** nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 174,15 (yüz yetmiş dörd manat on beş qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Buna görə iddia tələbi həmin hissədə təmin edilməli və iddiaçı tərəfindən ödənilmiş 174,15 (yüz yetmiş dörd manat on beş qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir.
39. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
40. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 05 dekabr 2023-cü il tarixli, 011R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 25572,38 (iyirmi beş min beş yüz yetmiş iki manat otuz səkkiz qəpik) manat məbləğində əsas bоrc, 1946,58 (min doqquz yüz qırx altı manat əlli səkkiz qəpik) manat məbləğində faiz borcu və 529,48 (beş yüz iyirmi doqquz manat qırx səkkiz qəpik) manat məbləğində cərimə, 174,15 (yüz yetmiş dörd manat on beş qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu, ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 15 (on beş) manat məbləğində dövlət rüsumu, 36 (otuz altı) manat məbləğində xidmət haqqı olmaqla, cəmi 28273,59 (iyirmi səkkiz min iki yüz yetmiş üç manat əlli doqquz qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, cavabdehlərdən tutulmalı olan cəmi 28273,59 (iyirmi səkkiz min iki yüz yetmiş üç manat əlli doqquz qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmiş Xaçmaz şəhəri, Telman Kərimov küçəsində dalan 1-də yerləşən 0,0375 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 103,3 kv.m olan 2 nömrəli fərdi yaşayış evinə yönəldilməli və həmin ipoteka predmeti açıq hərracda satılaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə olan cəmi 28273,59 (iyirmi səkkiz min iki yüz yetmiş üç manat əlli doqquz qəpik) manat məbləğində borc ödənilməli, Xaçmaz şəhəri, Telman Kərimov küçəsində dalan 1-də yerləşən 0,0375 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 103,3 kv.m olan 2 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 64300 (altmış dörd min üç yüz) manat müəyyən edilməli, iddia qalan hissədə təmin edilməməlidir.
41. Həmçinin, iş üzrə keçirilmiş mütəxəssis tədqiqatının dəyəri olan 300 (üç yüz) manat məbləğində pul vəsaiti cavabdеhlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq "xxxx" MMC-yə ödənilməlidir.
42. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ:
İddia qismən təmin edilsin. Cavabdеhlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 25572,38 (iyirmi beş min beş yüz yetmiş iki manat otuz səkkiz qəpik) manat məbləğində əsas bоrc, 1946,58 (min doqquz yüz qırx altı manat əlli səkkiz qəpik) manat məbləğində faiz borcu və 529,48 (beş yüz iyirmi doqquz manat qırx səkkiz qəpik) manat məbləğində cərimə, 174,15 (yüz yetmiş dörd manat on beş qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu, ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 15 (on beş) manat məbləğində dövlət rüsumu, 36 (otuz altı) manat məbləğində xidmət haqqı olmaqla, cəmi 28273,59 (iyirmi səkkiz min iki yüz yetmiş üç manat əlli doqquz qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Cavabdehlərdən tutulmalı olan cəmi 28273,59 (iyirmi səkkiz min iki yüz yetmiş üç manat əlli doqquz qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmiş Xaçmaz şəhəri, Telman Kərimov küçəsində dalan 1-də yerləşən 0,0375 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 103,3 kv.m olan 2 nömrəli fərdi yaşayış evinə yönəldilsin və həmin ipoteka predmeti açıq hərracda satılaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə olan cəmi 28273,59 (iyirmi səkkiz min iki yüz yetmiş üç manat əlli doqquz qəpik) manat məbləğində borc ödənilsin. Xaçmaz şəhəri, Telman Kərimov küçəsində dalan 1-də yerləşən 0,0375 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 103,3 kv.m olan 2 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 64300 (altmış dörd min üç yüz) manat müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş mütəxəssis tədqiqatının dəyəri olan 300 (üç yüz) manat məbləğində pul vəsaiti cavabdеhlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən İslam Əliyev