Məhkəmə qərarları › İş №e-2-2(119)-676/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-676/2025

14.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-676/2025 14.05.2025 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, X1 oğlunun katibliyi, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə3, cavabdeh, eyni zamanda digər cavabdeh "King of Fruit” Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi Cavabdeh2 iştirakı ilə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada 33789,68 (otuz üç min yeddi yüz səksən doqquz manat altmış səkkiz qəpik) manat məbləğində əsas borc, 229,96 (iki yüz iyirmi doqquz manat doxsan altı qəpik) manat məbləğində faiz borcu, 827,85 (səkkiz yüz iyirmi yeddi manat səksən beş qəpik) manat məbləğində cərimə borcu olmaqla, cəmi 34847,49 (otuz dörd min səkkiz yüz qırx yeddi manat qırx doqquz qəpik) manat məbləğində borcun və 194,54 (yüz doxsan dörd manat əlli dörd qəpik) manat məbləğində dövlət rüsumunun və 0,40 (qırx qəpik) manat məbləğində bank xidmət haqqının iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2024-cü il tarixli 4278-ODM nömrəli kredit xətti müqaviləsinə əsasən bank tərəfindən borc alana dövriyyə vəsaitinin artırılması məqsədilə 12 ay müddətində 39800 (otuz doqquz min səkkiz yüz) manat məbləğində bərpa olunan kredit xətti açılmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə əsasən müəyyən edilmişdir ki, borcalan müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Həmçinin kredit müqaviləsinin təminatı kimi bank ilə Cavabdeh2 arasında xx.xx.2024-cü il tarixli 4278-İZG/1 nömrəli zaminlik müqaviləsi imzalanmışdır. 4278-ODM nömrəli xx.xx.2024-cü il tarixli kredit xətti müqaviləsinin 3.1-ci bəndinə əsasən kredit xətti üzrə krediti hər birinin ödəniş müddəti 90 gündən çox olmamaqla tranşlarla almaq üçün borc alan borc verənə tələb olunan məbləğ göstərilməklə yazılı müraciət təqdim edir. Cavabdeh1 tərəfindən təqdim edilmiş xx.xx.2024-cü tarixli yazılı müraciətə əsasən xx.xx.2024-cü il tarixli 4278-ODM nömrəli kredit xətti müqaviləsi daxilində 39800 (otuz doqquz min səkkiz yüz) manat xəttən istifadə üçün tranş ayrılmışdır. Kredit xətti müqaviləsinə əsasən borcalan müqavilədə göstərilən müddətdə və qaydada krediti, eyni zamanda kredit üzrə hesablanacaq faizləri qaytarmağı öhdəsinə götürmüşdür. Bundan başqa zaminlik müqaviləsinə əsasən zamin kredit müqaviləsi üzrə borc alanın bank qarşısında götürdüyü öhdəliklərin lazımınca icra edilməsi üçün borc alanla birgə qaydada məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Lakin cavabdehlər tərəfindən müqavilə şərtləri vaxtında yerinə yetirilməmişdir. xx.xx.2024-cü il tarixli 4278-ODM nömrəli kredit xətti müqaviləsinə əsasən xx.xx.2025-ci il tarixinə əsas borc üzrə 33789,68 manat, faiz borcu üzrə 229,96 manat və cərimə borcu üzrə 827,85 manat olmaqla, cəmi 34847,49 manat borcu mövcuddur. Məhkəmə baxış iclasında iştirak edən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən cavabdeh, eyni zamanda digər cavabdeh "King of Fruit” Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi Cavabdeh2 izahatında iddia tələbini qəbul etdiyini bildirmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə "King of Fruit” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 18 iyul 2024-cü il tarixli 4278-ODM nömrəli kredit xətti müqaviləsinin 1.1-ci bəndinə əsasən borc verən borc alana 12 ay müddətində (xx.xx.2025-ci il tarixədək) 39800 (otuz doqquz min səkkiz yüz) manat məbləğində, kredit xəttindən istifadəyə görə illik 15 % ödəmək şərtilə bərpa olunan kredit xətti açmağı, borc alan isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri borc verənə ödəməyi, habelə kreditdən dövriyyə vəsaitinin artırılması üzrə istifadə etməyi öhdəsinə götürür. Həmin müqavilənin 1.4-cü bəndinə əsasən kredit xətti üzrə faktiki illik faiz dərəcəsi (FİFD) illik 16,1 % faiz təşkil edir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən kredit xətti borcalana onun tərəfindən normativ xarakterli aktlarda və borc verənin daxili qaydalarında nəzərdə tutulmuş sənədlərin borc verənə təqdim edilməsindən sonra 10 iş günü ərzində borc verən tərəfindən açılır. Kredit xətti üzrə krediti hər birinin ödəniş müddəti 90 gündən çox olmamaqla tranşlarla almaq üçün borc alan borc verənə tələb olunan məbləğ göstərilməklə yazılı müraciət təqdim edir. Həmin müqavilənin 4.4.6-cı bəndinə əsasən bu müqavilədən irəli gələn öhdəliklərin vaxtında və lazımi qaydada icra edilməməsinə və ya pozulmasına görə bu müqavilədə müəyyən olunmuş dəbbə pulunun (cərimə, penya) borc verənə ödənilməsini təmin etmək borc alanın öhdəliyidir. İş materiallarında olan 18 iyul 2024-cü il tarixli ərizədən görünür ki, "King of Fruit” Məhdud Məsuliyyətli Cəmiyyəti 18 iyul 2024-cü il tarixli 4278-ODM nömrəli kredit xətti müqaviləsinə əsasən 39800 (otuz doqquz min səkkiz yüz) manat bərpa olunan kredit xəttindən 39800 (otuz doqquz min səkkiz yüz) manat xətdən istifadə edilməsinə köməklik göstərilməsini xahiş etmişdir. İş materiallarında olan 18 iyul 2024-cü il tarixli 4278-İZG/1 nömrəli "xxxx" Açıq Səhmdar Cəmiyyəti – “bank” və Cavabdeh2 – “zamin” olmaqla bağlanmış zaminlik müqaviləsinə əsasən bu müqaviləyə müvafiq olaraq zamin 18 iyul 2024-cü il tarixli 4278- ODM nömrəli kredit xətti müqaviləsi üzrə borc alanın bank qarşısında götürdüyü öhdəliklərin lazımınca icra edilməsi üçün borc alanla birgə qaydada məsuliyyət daşımağı öhdəsinə götürür. İş materiallarında olan iddiaçı tərəfindən təqdim olunmuş maliyyə arayışından görünür ki, borcalan Cavabdeh1 18 iyul 2024-cü il tarixli 4278-ODM nömrəli kredit xətti müqaviləsi üzrə 26 fevral 2025-ci il tarixinə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 33789,68 (otuz üç min yeddi yüz səksən doqquz manat altmış səkkiz qəpik) manat məbləğində əsas borc, 229,96 (iki yüz iyirmi doqquz manat doxsan altı qəpik) manat məbləğində faiz borcu, 827,85 (səkkiz yüz iyirmi yeddi manat səksən beş qəpik) manat məbləğində cərimə borcu olmaqla, cəmi 34847,49 (otuz dörd min səkkiz yüz qırx yeddi manat qırx doqquz qəpik) manat məbləğində borcu vardır. İş materiallarından görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 26 fevral 2025-ci il tarixdə bildiriş göndərilərək 33789,68 (otuz üç min yeddi yüz səksən doqquz manat altmış səkkiz qəpik) manat məbləğində əsas borc, 229,96 (iki yüz iyirmi doqquz manat doxsan altı qəpik) manat məbləğində faiz borcu, 827,85 (səkkiz yüz iyirmi yeddi manat səksən beş qəpik) manat məbləğində cərimə borcu olmaqla, cəmi 34847,49 (otuz dörd min səkkiz yüz qırx yeddi manat qırx doqquz qəpik) manat məbləğində borclarının olduğu, öhdəliyin 3 gün müddətində tam yerinə yetirilməsi, əks halda borcun qaytarılması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 465.2-ci maddəsinə əsasən borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Göründüyü kimi, təsvir olunanlarla müəyyən edilir ki, hüquqi şəxs borcalan Cavabdeh1 18 iyul 2024-cü il tarixli 4278-ODM saylı kredit xətti müqaviləsini bağlayarkən üzərinə götürdüyü öhdəlikləri pozmuş və onları lazımınca icra etməyərək borcverən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməli olan əsas borcu və faiz borcunu müvafiq qaydada ödəməmiş və bununla da iddiaçıdan aldığı krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla, müqavilə öhdəliklərini müvafiq qaydada yerinə yetirməmişdir. Buna görə məhkəmə hesab edir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 18 iyul 2024-cü il tarixli 4278-ODM saylı kredit xətti müqaviləsi üzrə 33789,68 (otuz üç min yeddi yüz səksən doqquz manat altmış səkkiz qəpik) manat məbləğində əsas borc, 229,96 (iki yüz iyirmi doqquz manat doxsan altı qəpik) manat məbləğində faiz borcu və 827,85 (səkkiz yüz iyirmi yeddi manat səksən beş qəpik) manat məbləğində cərimə iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 18 iyul 2024-cü il tarixli 4278-İZG/1 nömrəli zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh2 əsasən zamin 18 iyul 2024-cü il tarixli 4278-ODM nömrəli kredit xətti müqaviləsi üzrə borc alanın bank qarşısında götürdüyü öhdəliklərin lazımınca icra edilməsi üçün borc alanla birgə qaydada məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Buna görə məhkəmə hesab edir ki, iddianın həmin şəxsə münasibətdə də təmin olunması üçün əsaslar mövcuddur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. İddia tələbinin “194,54 (yüz doxsan dörd manat əlli dörd qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki iş materiallarında olan 04 mart 2025-ci il tarixli ********** nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 194,54 (yüz doxsan dörd manat əlli dörd qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Buna görə iddia tələbi həmin hissədə də təmin edilməli və iddiaçı tərəfindən ödənilmiş 194,54 (yüz doxsan dörd manat əlli dörd qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə hesab edir ki, iddia tələbi “0,40 (qırx qəpik) manat məbləğində bank xidmət haqqının da cavabdehdən iddiaçının xeyrinə tutulması” hissəsində əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin olunmalı, cavabdehlər Cavabdeh1ndən və Cavabdeh2 müştərək qaydada 33789,68 (otuz üç min yeddi yüz səksən doqquz manat altmış səkkiz qəpik) manat məbləğində əsas bоrc, 229,96 (iki yüz iyirmi doqquz manat doxsan altı qəpik) manat məbləğində faiz bоrcu, 827,85 (səkkiz yüz iyirmi yeddi manat səksən beş qəpik) manat məbləğində cərimə, 0,4 (qırx qəpik) manat məbləğində xidmət haqqı və 194,54 (yüz doxsan dörd manat əlli dörd qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 35042,43 (otuz beş min qırx iki manat qırx üç qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Yuxanda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1ndən və Cavabdeh2 müştərək qaydada 33789,68 (otuz üç min yeddi yüz səksən doqquz manat altmış səkkiz qəpik) manat məbləğində əsas bоrc, 229,96 (iki yüz iyirmi doqquz manat doxsan altı qəpik) manat məbləğində faiz bоrcu, 827,85 (səkkiz yüz iyirmi yeddi manat səksən beş qəpik) manat məbləğində cərimə, 0,4 (qırx qəpik) manat məbləğində xidmət haqqı və 194,54 (yüz doxsan dörd manat əlli dörd qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 35042,43 (otuz beş min qırx iki manat qırx üç qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar