Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-687/2025 29.04.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Alıyeva Həlimə Rəşid qızı, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 qarşı verilmiş “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair kommersiya işinə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti sadələşdirilmiş icraat qaydasında cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 qarşı “borcun tutulması” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət 3777,68 (üç min yeddi yüz yetmiş yeddi manat altmış səkkiz qəpik) manat məbləğində əsas borc, 334,49 (üç yüz otuz dörd manat qırx doqquz qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 4112,17 (dörd min bir yüz on iki manat on yeddi qəpik) manat məbləğində borcun və 62 (altmış iki) manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Şamaxı filialı ilə Cavabdeh3 arasında bağlanmış 15 mart 2024-cü il tarixli SHMMK-2544 nömrəli kredit müqaviləsinə əsasən illik 24 % faiz dərəcəsi olmaqla 24 ay müddətinə 5000 (beş min) manat məbləğində cavabdehə kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq 15 mart 2024-cü il tarixdə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Şamaxı filialı ilə digər cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh4 arasında zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə zamin 15 mart 2024-cü il tarixli SHMMK-2544 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin icrasına görə borclu ilə birlikdə məsuliyyət daşıyır. 15 mart 2024-cü il tarixli SHMMK-2544 nömrəli kredit müqaviləsinin şərtlərinə görə borc alan Cavabdeh3 kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış 15 mart 2024-cü il tarixli SHMMK-2544 nömrəli kredit müqaviləsinə görə cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında, hər ayın 15-dan gec olmayaraq hər ay 264,36 (iki yüz altmış dörd manat otuz altı qəpik) manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımı qaydada icra etməmişdir. Təqdim olunan maliyyə arayışına əsasən Cavabdeh3 15 mart 2024-cü il tarixli SHMMK- 2544 nömrəli kredit müqaviləsi üzrə borcunun məbləği əsas borcuna görə 3777,68 (üç min yeddi yüz yetmiş yeddi manat altmış səkkiz qəpik) manat, faiz borcuna görə 334,49 (üç yüz otuz dörd manat qırx doqquz qəpik) manat olmaqla, cəmi 4112,17 (dörd min bir yüz on iki manat on yeddi qəpik) manat təşkil edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 62 (altmış iki) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 qarşı “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair kommersiya işinə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də, mülki prossesual qanunvericiliyin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehlərə göndərilmişdir. Məhkəmə kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti - “bank”, Cavabdeh3 - “müştəri” olmaqla bağlanmış 15 mart 2024-cü il tarixli SHMMK-2544 nömrəli kredit verilməsinə dair əsas şərtlərə-razılaşmaya əsasən bank Cavabdeh3 əsas vəsaitlərin artırılması məqsədilə 24 ay müddətinə illik faiz dərəcəsi 24 % olmaqla 5000 (beş min) manat məbləğində kredit vermişdir. Həmin razılaşmanın 3.1-ci bəndinə əsasən müştəri aldığı krediti ümumi şərtlərdə və bu razılaşmada nəzərdə tutulan şərtlərlə və onun ayrılmaz tərkib hissəsi olan kreditin ödəniş cədvəlinə uyğun olaraq banka qaytarmağı və kreditdən istifadəyə görə hesablanmış faizləri, gecikmə faizlərini, habelə digər ödənişləri ödəməyi öhdəsinə götürür. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə zaminlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 arasında bağlanmış 15 mart 2024-cü il tarixli SHMMK-2544 nömrəli zaminlik müqavilələrinə əsasən zaminlər 581004 nömrəli kredit məhsulları üzrə bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər, ümumi şərtlər üzrə 15 mart 2024-cü il tarixli SHMMK-2544 nömrəli kredit verilməsinə dair əsas şərtlər-razılaşma, habelə ümumi şərtlər üzrə bağlanılacaq bütün razılaşmalara əsasən bankdan kredit götürmüş Cavabdeh3 kreditor qarşısında öz öhdəliklərini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərlərinə götürür. Həmin zaminlik müqavilələrinin 4.1-ci bəndinə əsasən zaminliklə təmin edilmiş öhdəlik kredit müqaviləsində göstərilmiş qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə zamin və ya zaminlər və borcalan kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. İş materiallarında olan 28 fevral 2025-ci il tarixli maliyyə arayışından görünür ki, borcalan Cavabdeh3 15 mart 2024-cü il tarixli SHMMK-2544 nömrəli kredit verilməsinə dair əsas şərtlər-razılaşma üzrə 28 fevral 2025-ci il tarixə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 3777,68 (üç min yeddi yüzyetmiş yeddi manat altmış səkkiz qəpik) manat əsas borc, 334,49 (üç yüz otuz dörd manat qırx doqquz qəpik) manat faiz borcu olmaqla, cəmi 4112,17 (dörd min bir yüz on iki manat on yeddi qəpik) manat borcu vardır. İş materiallarından görünür ki, borcun lazımi qaydada ödənilməsi üçün cavabdehlərə 28 fevral 2025-ci il tarixində xəbərdarlıq məktubu göndərilərək 15 mart 2024-cü il tarixli SHMMK-2544 nömrəli kredit verilməsinə dair əsas şərtlər-razılaşma üzrə 27 fevral 2025-ci il tarixinə hesablanmış 3777,68 manat əsas borc, 334,49 manat faiz borcu olmaqla, cəmi 4112,17 manat borcun 3 iş günü müddətində banka ödənilməsi, əks təqdirdə müqavilənin şərtlərinə əsasən həmin borcun ödənilməsi üçün qanunamüvafiq tədbirlər görüləcəyi bildirilmişdir. İş materiallarında olan 29 aprel 2025-ci il tarixli maliyyə arayışından görünür ki, borcalan Cavabdeh3 15 mart 2024-cü il tarixli SHMMK-2544 nömrəli kredit verilməsinə dair əsas şərtlər-razılaşma üzrə 29 aprel 2025-ci il tarixə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 3677,68 (üç min altı yüz yetmiş yeddi manat altmış səkkiz qəpik) manat əsas borc, 486,46 (dörd yüz səksən altı manat qırx altı qəpik) manat faiz borcu olmaqla, cəmi 4164,14 (dörd min yüz altmış dörd manat on dörd qəpik) manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul Cavabdeh3 İddiaçı Açıq Səhmdar Cəmiyyətindən aldığı kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin o, 15 mart 2024-cü il tarixli SHMMK- 2544 nömrəli kredit verilməsinə dair əsas şərtlər-razılaşma üzrə öhdəliklərini icra etməyərək bank qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Ona görə də həmin kredit müqaviləsi üzrə kredit ödənişlərinin müqavilə şərtlərinə uyğun ödənilməsini təmin etmədiyindən həmin müqavilə üzrə yaranmış borc iddiaçının xeyrinə tutulmalıdır. Lakin 15 mart 2024-cü il tarixli SHMMK-2544 nömrəli kredit verilməsinə dair əsas şərtlər-razılaşma üzrə tutulmalı olan əsas borcun məbləği müəyyən edilərkən iddiaçı tərəfindən təqdim edilmiş 29 aprel 2025-ci il tarixli maliyyə arayışı nəzərə alınmalıdır. Belə ki, 29 aprel 2025ci il tarixli maliyyə arayışında Cavabdeh3 15 mart 2024-cü il tarixli SHMMK-2544 nömrəli kredit verilməsinə dair əsas şərtlər-razılaşma üzrə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 3677,68 (üç min altı yüz yetmiş yeddi manat altmış səkkiz qəpik) manat məbləğində əsas borcunun qaldığı qeyd olunmuşdur. Buna görə məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində qismən təmin edilməli, 15 mart 2024-cü il tarixli SHMMK-2544 nömrəli kredit verilməsinə dair əsas şərtlər-razılaşma üzrə 3677,68 (üç min altı yüz yetmiş yeddi manat altmış səkkiz qəpik) manat məbləğində əsas borc iddiaçının xeyrinə tutulmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, 15 mart 2024-cü il tarixli SHMMK-2544 nömrəli kredit verilməsinə dair əsas şərtlər-razılaşma üzrə 334,49 (üç yüz otuz dörd manat qırx doqquz qəpik) manat məbləğində faiz borcunun tutularaq iddiaçıya ödənilməsi hissəsində iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 15 mart 2024-cü il tarixli SHMMK-2544 nömrəli zaminlik müqavilələrinə əsasən zaminlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 15 mart 2024-cü il tarixli SHMMK-2544 nömrəli kredit verilməsinə dair əsas şərtlərə-razılaşmaya əsasən bankdan kredit götürmüş Cavabdeh3 bank qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərlərinə götürürmüşlər. Buna görə məhkəmə hesab edir ki, iddianın həmin şəxslərə münasibətdə də təmin olunması üçün əsaslar mövcuddur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddianın “62 (altmış iki) manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada iddaçının xeyrinə tutulması” hissəsi qismən təmin edilməli, iddianın təmin olunmuş hissəsinə uyğun olaraq hesablanan 60,12 (altmış manat on iki qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalı, cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 müştərək qaydada 3677,68 (üç min altı yüz yetmiş yeddi manat altmış səkkiz qəpik) manat məbləğində əsas bоrc, 334,49 (üç yüz otuz dörd manat qırx doqquz qəpik) manat məbləğində faiz borcu və 60,12 (altmış manat on iki qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 4072,29 (dörd min yetmiş iki manat iyirmi doqquz qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. İddia qalan hissədə təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 284-1 – 284-6, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 müştərək qaydada 3677,68 (üç min altı yüz yetmiş yeddi manat altmış səkkiz qəpik) manat məbləğində əsas bоrc, 334,49 (üç yüz otuz dörd manat qırx doqquz qəpik) manat məbləğində faiz borcu və 60,12 (altmış manat on iki qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 4072,29 (dörd min yetmiş iki manat iyirmi doqquz qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində elektron kabinet vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-687/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-687/2025
29.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver